Tut meyvəsi kimlərə olmaz və faydaları

Sdílet
Vložit
  • čas přidán 4. 06. 2021
  • Sənə Maraqlıdırsanın bütün videolarını CZcams-da izləmək üçün kanala ABUNƏ olun: goo.gl/RMf2cF
    ☪ Musiqi: Mia - Jeremy Blake
    ☪ Əziz Dostlar kanala ABUNƏ OLaraq bir birindən maraqlı videoları izləyə bilərsiniz
    ☪ Bütün Hüquqlar Qorunur © ® ™
    Tut meyvəsi kimlərə olmaz və faydaları
    Tut Azərbaycan torpağında qədimdən becərilən bir nemətdir. Azərbaycanda tut ağacının bir çox növləri yayılıb, eyni zamanda qiymətli bitki kimi respublikanın əksər rayonlarında çox qədimdən becərilir. Qara, ağ fərqi yoxdur, cana çox xeyirlidir. Ağ və qara olan tutun tərkibində vitamin və minerallarla yanaşı mikrob öldürücü xüsusiyyəti də var. İstehlak etdiyimiz tutun nəyə necə yaxşı təsir göstərdiyini görüncə çox heyrətlənəcəksiniz. Hələ qədimdə bu giləmeyvə, onun yarpaqları, kökləri və ağacının qabığı müxtəlif xəstəliklər zamanı müalicəvi vasitə kimi istifadə olunurdu. Məşhur İbn Sina bu giləmeyvəni yaşlı insanlar üçün xüsusilə xeyirli hesab edirdi.
    Tut bir çox faydalı vitamin və mikroelementlərlə zəngindir. Tutun tərkibində müxtəlif orqanik turşular, fruktoza, qlükoza, efir yağları, A,C, K, B qrupu vitaminləri, fol turşusu, beta-karotin, fosfor, kalium, maqnezium, kalsium, dəmir və sink var.
    Belə zəngin tərkib tutu insanın bir çox orqan və sistemləri üçün xeyirli edir. Həm ləzzətli, həm də vitamin mənbəyi olan tutdan gündə bir ovuc istifadə qan azlığından infeksion xəstəliklərə kimi bir çox dərdin çarəsidir. Tərkibindəki liflər qan şəkərinə nəzarət etməyə, zərərli xolestrolu azlatmağa, həzm sisteminin fəaliyyətini yaxşılaşdırmağa kömək edir.
    Antioksidanlarla zəngin bu meyvə eyni zamanda sərbəst radikallara qarşı savaşaraq xərçəngdən də müdafiə edir.
    Tut yüksək miqdarda C vitamini qaynağıdır. Bu vitamin isə immun sistemini möhkəmləndirmək və zərər görən hüceyrələrin bərpası üçün əvəzsizdir.
    Kalium, maqnezium və dəmir ürəyin normal fəaliyyəti üçün olduqca vacibdir. Bu səbəbdən tut ürək-damar sisteminə çox müsbət təsir edir, ürəyin fəaliyyətini yaxşılaşdırır, ürək əzələsini möhkəmləndirir.
    Qara tut qanın tərkibinə də çox müsbət təsir edir, orqanizmin qanyaradan funksiyasını gücləndirir. Anemiyalardan (qanazlığı) əziyyət çəkən insanlar bu giləmeyvəyə mütləq fikir verməlidir.
    Sübut olunub ki, tut (həm qara, həm ağ) orqanizmə iltihabəleyhinə təsir edir, immun sistemini möhkəmləndirir.
    Tutun şirəsi çox faydalı məhsuldur. İnfeksion və soyuqdəymə xəstəlikləri zamanı tutun şirəsi xəstənin vəziyyətini yaxşılaşdırır, sağalmanı sürətləndirir.
    Tut yumşaq sidikqovucu təsirə malikdir. İltihabəleyhinə təsiri ilə birlikdə bu tutu böyrək, sidik kisəsi və sidik yolları iltihabları zamanı çox xeyirli edir.
    Həmçinin tut (həm qara, həm ağ) qəbizlik zamanı da çox yaxşı kömək edir - bağırsaqların fəaliyyətini yaxşılaşdırır, gücləndirir, bağırsaqları yaxşı təmizləyir.
    Tut sinir sistemi üçün də xeyirlidir - sakitləşdirir, yuxusuzluğu aradan qaldırır, baş ağrılarını azaldır. Əqli fəaliyyəti ilə məşğul olan insanlara tut xüsusilə xeyirlidir - tut beyinin fəaliyyətini yaxşılaşdırır, yorğunluğu aradan qaldırır.
    Tutun yarpaqları da çox güclü müalicəvi xüsusiyyətlərə malikdir. Tutun yarpaqlarının dəmləməsi bronxit və ağ ciyər iltihabları zamanı çox xeyirlidir - iltihabı azaldır, bəlğəmgətirici təsir edir.
    Bəs bu qədər faydaları olan meyvə kimlərə olmaz?
    Nəzərinizə çatdıraq ki, tut allergik reaksiyalara səbəb ola bilər. Şəkərli diabetdən əziyyət çəkən insanlar bu giləmeyvəni yeməməlidir (tərkibində çoxlu miqdrda qlükoza və fruktoza var). Həmçinin bu giləmeyvədən mədə və bağırsaq problemlərinə (ishal, köp və s) səbəb ola bilər. Gün ərzində 200-300 qr tut yemək kifayətdir.
    #tut #tutmeyvəsi #tutgiləmeyvəsi #tuthaqda #tuthaqqında #tutunxeyri #tutunxeyirləri #tutunfaydası #tutunfaydaları

Komentáře • 47

  • @senemaraqlidirsa
    @senemaraqlidirsa  Před 3 lety +17

    *Dəyərli izləyicilər, mümkünsə videonu bəyənib Vatsapda, Feysbukda paylaşın👍 Öncədən təşəkkürlər*

    • @user-ji2gf3vs5w
      @user-ji2gf3vs5w Před 3 lety +2

      Х0х00000000х00х00

    • @asliibra7213
      @asliibra7213 Před 3 lety +2

      Allah şəhidlərə rəhmət eləsin, analarının əllərindən öpürəm.Qarabağ şəhidlərin əzəməti,şücaəti ,möhtəşəm qəhrəmanlıq dastanıdı.Şükür bu günümüzə.Qaradağ Azərbaycandır

  • @Gulsever_
    @Gulsever_ Před 3 lety +28

    Bütün meyvələr gözəldir.Şükür olsun Allahın yaratdıqlarına

  • @ruhengizruhengiz1838
    @ruhengizruhengiz1838 Před 3 lety +13

    Allah təala yaratdıqlarının hər birinin öz səbəbi var.Rəbbim nə yaradıb gözəl yaradıb.

  • @huaweipsmart275
    @huaweipsmart275 Před 3 lety +12

    Tutun nə cox xeyri vamış nə yaxşı ki tut u mövsümündə çox yeyirəm 👍👍👍

  • @mahmudibadov3766
    @mahmudibadov3766 Před 3 lety +11

    İndi tutun vaxtıdır, tam yetişib, hər səhər doyunca yeyirəm.

  • @senemaraqlidirsa
    @senemaraqlidirsa  Před 3 lety +9

    *Dəyərli izləyicilər, mümkünsə videonu bəyənib Vatsapda, Feysbukda paylaşın👍 Öncədən təşəkkürlər*

  • @CamalBeyisov
    @CamalBeyisov Před měsícem +2

    Tut çox xeyirlidi

  • @KhanaKhanum
    @KhanaKhanum Před 3 lety +4

    Faydalı məlumatlara görə təşəkkürlər

  • @hacilogmanabbasli1248
    @hacilogmanabbasli1248 Před 3 lety +6

    Allah razı olsun məsləhət üçün.

  • @serlokholms5722
    @serlokholms5722 Před 3 lety +6

    Allah sizi var eləsin!

  • @senemaraqlidirsa
    @senemaraqlidirsa  Před 3 lety +7

    *Bizə dəstək üçün kanala ABUNƏ OLun və ZƏNG yəni (ZINQIROV) düyməsini basınki hərdəfə yeni xeyirli, maraqlı videolar paylaşanda sizə bildiriş kimi gəlsin və sizdə videolarımdan faydalanasınız inşALLAH*

    • @nbnb3953
      @nbnb3953 Před 3 lety +1

      Tutu adi meyve bilirsen deme cox xeyirli meyve imis

  • @BurçlarVideos333
    @BurçlarVideos333 Před 3 lety +5

    Məlumat üçün təşəkkür

  • @mehbubeehmedova8183
    @mehbubeehmedova8183 Před 3 lety +3

    Əla desənə tut dərddərin dərmanıdı

  • @eimxangadjiyev5428
    @eimxangadjiyev5428 Před rokem +2

    Bizim məhləmizdə var axı tut qara var biz hər yay yeriy çox tatlıdı 😍😍😍😍😍😍😍😍😍

  • @mehebbetqasimova2763
    @mehebbetqasimova2763 Před 3 lety +6

    Tutu hec xoşlamıram amma bəhməzini cooox xoşlayıram

  • @user-rp8ps6en5q
    @user-rp8ps6en5q Před 3 lety +12

    Туту ел иле дериб йемек башга леззети вар, хейиф о иллерден ушаг идик.😪

  • @huaweipsmart275
    @huaweipsmart275 Před 3 lety +6

    Çox sağ olun əla məlumatdır👍👌👌👌

  • @saidr1124
    @saidr1124 Před 3 lety +8

    Tutu sevmədiymə görə faydaların heç bilmirdim ancaq nə qədər faydası varmiş🤔məlumat üçün təşəkkürlər🙏👍

  • @nigarhuseynova5786
    @nigarhuseynova5786 Před 3 lety +3

    Təşəkkür dəyərli admin.rayondan şəhərə gəlməyimə peşimanam.həsrət qalmışıq.bəhməzi də özümüz hazırlayırdıq.ildə bir sezon.20gün bar verir.ziyan olsa da meyvədir.ömrü azdır.təşəkkür kecmişimin gözəlliklərini yaşatdız.🍀🕋🍀🌹🕊🕊🕊🌹

  • @hicrankerimova825
    @hicrankerimova825 Před 3 lety +5

    Tut həqiqətən əla meyvədir .

  • @xanum555555
    @xanum555555 Před měsícem +1

    Teşekkür edirem melumat ücün.Men meyve xoşlamasamda faydalarini bilende mende mativaciya yaranir.Xeyirli olduqunu bildiyim ücün hevesle aliram

  • @ruqiyesirinova7342
    @ruqiyesirinova7342 Před 2 lety +1

    Super👍👍

  • @renaqocayeva5827
    @renaqocayeva5827 Před 3 lety +6

    bəs hansı xəstəliklərə olmaz

  • @afethuseynova1908
    @afethuseynova1908 Před 3 lety +3

    Tut sirkəsi uşaqlarda qurd xəstəliyini yox edir .Aç qarına bir çay qaşığı içilir .

  • @mirsadiqcfrov1640
    @mirsadiqcfrov1640 Před rokem +2

    Videonun əvvəlində deyirsiniz tut tərkibində liflər qan şəkərini və xalesterolu normallaşdırır, videonun axırında isə deyirsiniz ki, şəkərli xəstələr tut yeməsinlər. İndi hansı sözünüzə inanaq?

  • @xuramanpawayeva9139
    @xuramanpawayeva9139 Před 3 lety +12

    Tut tapırıq ki ,yeyək də.

  • @dunyaaliakberova6268
    @dunyaaliakberova6268 Před 3 lety +3

    Esas doshabdi icin

  • @seferquliyev3621
    @seferquliyev3621 Před 3 lety +5

    Heyetmizde tökülür yere men se hele işdeyem üreyim gedir o tutdan hec olmasa üç gün ondan yiyebileydim seher seher act qarnina😋

    • @ibrahimmmmdli3254
      @ibrahimmmmdli3254 Před 3 lety +4

      Səhər tezdən durub yeməy olar hər şeyin çarəsi var tənbəl olma👍👍😊

  • @hacidayi9531
    @hacidayi9531 Před 2 lety

    Mədəaltı vəzi xəstələrinə olar yemək?

  • @russosperanza3206
    @russosperanza3206 Před 3 lety +1

    e un frutto delicato ma io le mangio

  • @yanamammadova8313
    @yanamammadova8313 Před rokem +1

    Tut yarpagından vanna revmatizma garşı kömək edir

  • @sadiyeresulova9977
    @sadiyeresulova9977 Před rokem +1

    Hər gün yagış dolu Yavər heç dadı qalmayıb ki ?!

  • @sevdakerimova7049
    @sevdakerimova7049 Před rokem

    Acqarina yeyilmeli, 30-40 deqiqa giger bir qidadan istifade edilmemelifir.

  • @shriyarbahadulu670
    @shriyarbahadulu670 Před 3 lety +3

    Tut behmezinin çox faydası var.xalis tut behməzi

  • @user-ox7dn6zg3e
    @user-ox7dn6zg3e Před měsícem +1

    Тут йемек учин 150 000 рубл билете пул вермишем аиле иле бирликде

  • @1Adadov11
    @1Adadov11 Před rokem

    Medeye ziyandi he?