Noxudu islatdığınız suda əsla bişirməyin

Sdílet
Vložit
  • čas přidán 14. 10. 2021
  • Sənə Maraqlıdırsanın bütün videolarını CZcams-da izləmək üçün kanala ABUNƏ olun: goo.gl/RMf2cF
    ☪ Musiqi: Daily Beetle - Kevin MacLeod
    ☪ Əziz Dostlar kanala ABUNƏ OLaraq bir birindən maraqlı videoları izləyə bilərsiniz
    ☪ Bütün Hüquqlar Qorunur © ® ™
    Noxudu isladdığnız suda əsla bişirməyin
    Noxudun tarixi 7000 il əvvəllərə gedib çıxır. Noxud Asiya qitəsindən bütüb dünyaya yayılaraq həm qida, həm də çərəz vasitəsi kimi istifadə edilir. Noxud təbiətin bəxş etdiyi ən şəfalı qidalardan biridir. Təəssüf ki, ölkəmizdə noxuddan elə də geniş şəkildə istifadə edilmir. Məsələn, küftə və dovğanın əsas kompenentlərindən biri olsa da, başqa yeməklərə nadir hallarda əlavə edilir. Bu videonu izlədikdən sonra noxuddan daha çox istifadə etmək istəyəcəksiniz.
    Noxud bol kalorili qida hesab edilir. 100 qram noxud 360 kaloridir. Ancaq ideal çəkidə qalmaq istəyənlər noxuddan vaz keçməməlidir. Çünki noxud toxluq hissi yaradaraq gün ərzində çox yeməyin qarşısını alır. 360 kalorini zərərli maddələrlə dolu olan hazır qidalardan və ya şirniyyatlardan almaqdansa, noxud yemək daha ağıllı seçimdir.
    Noxud bol miqdarda nişasta və azot ehtiva edir. B vitamini, həmçinin, zülal qaynağıdır. Dəmir, kalsium və fosfor kimi minerallarla zəngindir. Noxudun faydalaırnı saymaqla bitməz. Bədəni qüvvətləndirir, enerji verir, iştahanı açır, ana südünü isə artırır. Mədəyə xeyirlidir, bağırsaqların işini asanlaşdırır, sidik qovucudur. Zehni yorğunluğu aradan qaldıran noxud yaddaşı gücləndirir, öyrənməyi asanlaşdırır. Səsi açır, öskürəyi kəsir. Esterogen hormonunu tarazlaşdırdığı üçün xüsusilə, klimaks dövründəki qadınlar gündə yarım stəkan noxud yeməlidirlər. Noxud hər kəs üçün şəfa qaynağı olsa da, əın çox qadınlara yararlıdır. Belə ki, onları ölüm təhlükəsiylə üz-üzə qoyan döş xərçənginin əsl düşmənidir. Noxud cinsi gücü artırır. Həftədə iki dəfə noxud yemək şəkər xəstəliyinin qarşısını alır.
    Noxud bağırsaqda olan zərərli bakteriyaların inkişafına mane olur. Orqanizm üçün faydalı bakteriyaları isə qoruyur. Təzyiqi tənzimləməyə kömək edir. Bir çox vitamin və minerallarla zəngin olan noxud immunitet sistemini gücləndirir. Xəstəliklərə tutulma riskini azaldır. Bol miqdarda lif ehtiva edir. Fosforla zəngin olduğu üçün dişlərin sağlamlığına yaxşı təsir edir. Sümükləri və dişləri gücləndirir. Xoşbəxtlik hormonlarının səviyyəsini artırdığından özünüzü daha sağlam və dinc hiss etməyinizə səbəb olur. Depressiyaya meyilli insanlara noxud yemək tövsiyə edilir. Xolesterini aşağı salır. Noxud ürəyin də dostudur. Ürək xəstəliklərinə tutulma riskini azaldır. İflic və infarkt riskini aradan qaldırır. Həzm sisteminə yaxşı təsir etdiyi üçün qəbizliyi önləyir.
    Hər şey kimi noxudun da çoxu zərərlidir. Noxud qarında qaz yığılmasına səbəb ola bilir. Mədə problemi olanlara noxud yemək məsləhət deyil.
    Noxudun faydaları saymaqla bitmir ancaq onu bişirərkən diqqət etdiymiz məqamlarda var. Belə ki bəzi insanlar vitamin səviyyəsi aşağı düşməsin deyə, noxudu islatdığı suyu atmır. Elə həmin suda da bişirir və ya suyunu içir. Lakin bu üsul heç də sağlam metod deyil və çox zərərlidir. Çünkü həmin su vitamindən çox zəhərlə doludur. Mütəxəssislər noxudu ən az həftədə iki dəfə qəbul etməyi məsləhət görür.
    Dəyərli izləyicilər əgər videonu bəyəndinizsə bizə dəstək ücün layk düyməsini aktiv edərək kanala abunə olub şərhlərdə öz fikirlərnizi yazmagı unutmayın .Öznüzə yaxşı baxın növbəti videolarda görüşənədək ALLAHamanında.

Komentáře • 37

  • @senemaraqlidirsa
    @senemaraqlidirsa  Před 2 lety +16

    *Dəyərli izləyicilər, mümkünsə videonu bəyənib Vatsapda, Feysbukda paylaşın👍 Öncədən təşəkkürlər*

  • @namiqkarimov9353
    @namiqkarimov9353 Před 2 lety +17

    Mümkünsə noxudun zərərindən danəşın ki qiyməti aşağı düşsün bazarda beş manatdan aşağı noxud yoxdur

  • @ayxannuray6889
    @ayxannuray6889 Před 2 lety +4

    Allahin butun ne matlarina wukurlar olsun

  • @user-iw4xq7bm5q
    @user-iw4xq7bm5q Před 2 lety +7

    Millet coxy mede xestesidir saq olun

  • @sevdababayeva4672
    @sevdababayeva4672 Před 2 lety +5

    Butun vidyolarniz deyerlidir tewekkur edirik emeyinze

  • @saidr1124
    @saidr1124 Před 2 lety +7

    Bir sözlə bütün dərdlərin dərmanıdı əla məlumat üçün təşəkkürlər 👍🙏🙏🙏

  • @nbnb3953
    @nbnb3953 Před 2 lety +5

    Sevdiyim denli bitkidir

  • @valideabuzerova7258
    @valideabuzerova7258 Před 2 lety +8

    Noxudun ziyanli olan yerinide men deyim medeye qaz yiqilir medede köp yaradir.

  • @huaweipsmart275
    @huaweipsmart275 Před 2 lety +5

    Super məlumat 👍

  • @huaweipsmart275
    @huaweipsmart275 Před 2 lety +4

    Çox sağ olun 👍

  • @irade.7445
    @irade.7445 Před 2 lety +4

    Ellerine ureyine emeyine saglıq 👍👍👍💙

  • @detroiddetroit8560
    @detroiddetroit8560 Před 2 lety +4

    Əla

  • @minaymmmdova3588
    @minaymmmdova3588 Před 2 lety +5

    Noxudu qaynadib suyun içseniz öskurmeyi kesir

  • @rustemquliyev1561
    @rustemquliyev1561 Před 2 lety +8

    Sizin bu məlumatınızdan sonra adam ancaq noxud yemək isteyer

  • @tehmineeliyeva1543
    @tehmineeliyeva1543 Před 2 lety +1

    саг олун

  • @azizanebiyeva1961
    @azizanebiyeva1961 Před 3 měsíci

    Noxudu bişirib sellofan kulyoklarda buzxanada 1-2ay saxlamaq, bütün sulu xorəklərdə işlətmək olar..Tomatlı yağ-soğan qatanda dadlı və tutumlu olur.

  • @akifenesibova3935
    @akifenesibova3935 Před 2 lety +2

    Mən cox sevirəm noxudu dovgadada eləcə yemək ucundə axsamdan isladiram səhər bisirirəm onda həm tez bisir həmdə noxud suda islanib yumsalir təsuf noxuda dədə lərinin üiymətini yaziblar o vaxtlar 10 kilonu birdən alirdiq. Yaziq lasib

  • @user-sh1dv3gw2d
    @user-sh1dv3gw2d Před 2 lety +2

    Super lap yaxwi

  • @quluyevaaysel6179
    @quluyevaaysel6179 Před 2 lety +3

    Sade görünüşü olsada vitamini imiş sevimli yemeyim sırasına keçdi..

  • @afethuseynova1908
    @afethuseynova1908 Před 2 lety +2

    Karona başlayanda sarımsağı bahalaşdırdı kar .Bu qədər xeyrindən sonra noxudu da qaldıracaqlar .Onsuzda hər şeyi günü _gündən qiymətini qaldırırlar.Noxuda da həsrət qoymayın barı milləti .

  • @sexavetallahverdiyev6449

    Salam noxudun uyudulmesiyle bal qarisimi necedir

  • @ruxsaraceferova1595
    @ruxsaraceferova1595 Před 2 měsíci

    Suyunu tez tez detşmək lazımdır

  • @dilareorucova247
    @dilareorucova247 Před 7 měsíci

    Köp verir

  • @elvinmemmedov-ze1wp
    @elvinmemmedov-ze1wp Před 7 měsíci

    Kop verir axl 😮😢

  • @tamellaahmadova865
    @tamellaahmadova865 Před 2 lety +5

    Noxudu təriflədiniz . qiymətini artırıb on manata satarlar.

  • @melek9227
    @melek9227 Před 2 lety +5

    Salam mən 1gün islaqda saxlayıb suyun süzüb buzxanada saxlayıram lazım olduqca çıxarıb bişirirəm çox tez bişir amma bilmirəm ziyandı ya yox

    • @natavandjafarova9598
      @natavandjafarova9598 Před 2 lety +2

      Mən bişirirəm, sonra saxlayıram buzxanada, lazım olanda biraz biraz işlədirəm, vaxta qənaət olur ,hə,birdə bişirəndə biraz soda atın ki, köp vərməsin😊

    • @melek9227
      @melek9227 Před 2 lety +2

      @@natavandjafarova9598 Salam çox sağ olun

  • @senemaraqlidirsa
    @senemaraqlidirsa  Před 2 lety +4

    *Bizə dəstək üçün kanala ABUNƏ OLun və ZƏNG yəni (ZINQIROV) düyməsini basınki hərdəfə yeni xeyirli, maraqlı videolar paylaşanda sizə bildiriş kimi gəlsin və sizdə videolarımdan faydalanasınız inşALLAH*

  • @senemaraqlidirsa
    @senemaraqlidirsa  Před 2 lety +4

    *Dəyərli izləyicilər, mümkünsə videonu bəyənib Vatsapda, Feysbukda paylaşın👍 Öncədən təşəkkürlər*