Qobustanın 5000 illik Sündü kəndi | Azerbaijan Travel Vlog

Sdílet
Vložit
  • čas přidán 23. 04. 2022
  • Azərbaycan Respublikasının #Qobustan rayonunda olan kənd, #Sündü ərazi vahidinin mərkəzi. Qobustan şəhərindən 95 km şərqdə, Sündü platosunda yerləşir. Mənbələrə görə, Sündü kəndinin tarixi eramızdan əvvələ təsadüf edir. Sündü kəndi Azərbaycanın ən qədim yaşayış yerlərindən biridir. Bu kəndin tarixi 5 min ildən artıqdır. Onun ərazisində tapılan maddi-mədəniyyət nümunələrinə əsasən kəndin tunc dövründə salınması ehtimal olunur. Tarixi mənbələr, yer adları bunu təsdiq edir. Bu kəndin qədimliyini sübut edən faktlardan biri də burada mövcud olan Sündü məscididir. 920-ci ildə tikilən bu məscid hazırda fəaliyyət göstərir. Əhalinin əsas məşğuliyyəti əkinçilik, heyvandarlıq və sənətkarlıq olub. Kənd 1918-ci ilin qanlı mart hadisələrindən-erməni təcavüzündən, soyqırımdan da yan keçməyib, daha çox əziyyət çəkib, dəhşətli itkilərlə üzləşib. 1918-ci ilin mart, aprel və may aylarında Azərbaycanın bir çox bölgələrində olduğu kimi Sündü kəndində də ermənilər misli görünməyən vəhşiliklər törədiblər. #Azərbaycan #Xalq #Cümhuriyyəti dövründə, 1918-ci ilin avqust ayında yaradılan komissiya tərəfindən soyqırım faktları araşdırılmışdır. #Soyqırımı olan kəndlərdə yerli əhali ilə görüşərək iclaslar keçirən və həmin iclasları rəsmi şəkildə protokollaşdıran həmin komissiyanın üzvləri 1918-ci il noyabr ayının 8-də Sündü kəndində də görüş keçirmiş, görüş və hadisələr protokollaşdırılmışdır. İclasın protokolundan görünür ki, 1918-ci ilin aprel ayında, yəni soyqırım törədilən zaman Sündü kəndində 433 ev olmuş, əhalinin sayı 2.553 nəfər təşkil etmişdir. #Ermənilərin törətdikləri soyqırım zamanı 198 ev yandırımış, 295 nəfər qətlə yetirilmişdir. Kəndin qocaman sakini Səbzalı kişinin xatirələrindən: "
    "Ermənilər ilk dəfə şimal istiqamətindən hücum ediblər. #Erməni-bolşevik hakimiyyətinin rəhbəri Stepan Şaumyanın planı əsasında Bakıdan gələn Qozlu-Xilmilli istiqamətində cəmləşən erməni silahlı dəstələri 1918-ci ilin aprel ayında Sündü kəndində belə qanlı hadisələr törətdilər. XIX əsrdə Xilmilli kəndinə #Rusiyadan köçürülən malakanlar (ruslar) həmin hadisələr zamanı ermənilərə kömək ediblər."
    İlk qurbanlarımız Sündü kəndi ilə Xilmilli kəndi arasındakı "Dikdaş" adlı ərazidə olub. Qoçalı Cəbi oğlu və onun həyat yoldaşı Töhfə adlı qadın öz torpaq sahələrində işləyən zaman erməni hücumuna məruz qalıblar. Sonra Sündü kəndi top atəşinə tutulur. Əhali silahsız olduğuna görə yalnız qaçmaqla canlarını qurtarmağa çalışırlar. Lakin silahlı erməni dəstələri onları təqib ediblər. Yaşlı insanlar, azyaşlı uşaqlar kütləvi şəkildə qətlə yetiriliblər". Əhalinin qaça bilən hissəsi "Acıdərə" adlanan yer vasitəsilə qaçıb Kurdəmirə, oradan isə Azərbaycan Xalq Cümhuruyyətinin fəaliyyət göstərdiyi Gəncə şəhərinə gedib çıxıblar. Yalnız Türk İslam Ordusu Bakını azad etməyə gələndən sonra yerli əhali öz döğma yurdlarına qayıdıb. Bütün bu məlumatlar Azərbaycan Dövlət Arxivində 1061 nömrəli fondda yerləşir. 1937-ci ildə Sündü kəndi də sovet hökümətinin işgəncə terrorundan qurtula bilmir. Həmin ildə kənddən 15 nəfər sürgün edilmişdi. Kənd məktəbinin müəllimi Fariq Məmməd oğlun Həsənovun dediklərindən: "Atam danışırdı ki, o vaxt qaça bilməyən və onu aparmaq çətin olan yaşlı bir qadını həyətdə taxıl saxlamaq üçün istifadə olunan quyuda gizlədiblər. Əhali "Qəzənfər" adlanan yerdə, mağaralarda gizlənib. Ermənilər bu ərazini tərk edəndən sonra yenidən kəndə qayıdıb quyudakı həmin qadını da xilas ediblər. Babam Bağı kişi İslam Türk Odusunun bu ərazilərdən keçərək Bakıya doğru uğurlu yürüşünü xatırlayırdı. Başqa bir faktı qeyd edim ki, həmin hadisələr zamanı Umuleyla qadın danışırdı ki, onun yeganə bir körpəsi olub, o, uşağını götüb qaçırmış. Yolda ermənilər onun əlindən körpəsini alaraq gülələyiblər. Həmin qadın isə yalnız qaçaraq canını qurtara bilib. O qadın sonralar bu dəhşətli hadisıni hər zaman xatırlayırmış". Sündü kəndinin digər bir yaşlı sakini Nəcəfquliyev Boyükağa Əliağa öğlunun dediklərindən:
    "1918-ci il hadisələri haqqında atamdan eşitmişəm. O, inşaatçı olub. Həmin dövrdə Azərbaycana gələn türk qoşunları ilə təmasları olub. Bu regionda, Sündü və başqa qonşu kəndlərdə baş verən qanlı hadisələrin, erməni vəhşiliyinin canlı şahidi olub. Atam həmişə danışardı ki, həmin dəhşətli qırğının və faciənin qarşısının alınmasında Qafqaz İslam Ordusu böyük rol oynadı. Yoxsa dinc sakinlər erməni vəhşiliyinin qarşısının alınmasında aciz idi."
    #qobustan #travel #blog #travel vlog
    Abunə olmaq üçün
    / getdikgorduk
    Videoların davam etməsi üçün kanalımıza abune olmağı və bildirimləri açmağı unutmayın.
    Sosial media hesablarımız ;
    instagram/getdikgorduk
    tiktok/getdikgorduk
    ____

Komentáře • 45

  • @muradhuseyn1712
    @muradhuseyn1712 Před 2 měsíci +1

    Allah şəhidlərimizə rəhmət eləsin 🤲🏽

  • @tofiqdasdemirov3013
    @tofiqdasdemirov3013 Před 11 měsíci +4

    Azrbaycanimizin her qarisina qurban olum❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍🙏

    • @GetdikGorduk
      @GetdikGorduk  Před 11 měsíci +1

      Elədir hər daşı doğmadır insana

  • @shikarresulov6506
    @shikarresulov6506 Před rokem +6

    Çox gözəl kəntdir, biz məcburi köçgün gələndə bu kənddə gəlmişik bu kəndin insanlarından hörmət-izzət gördük. Bu kəndin milli qəhramanıda var Şikar Şikarov ruhu şad olsun

  • @azerqhrmanov2412
    @azerqhrmanov2412 Před 2 lety +11

    Salamaleykum Qardaşlarım. Mən neçə həftə idi sizin çəkilişinizi şəbirsizliklə gözləyirdim.yenədə həmişəki kimi maraqlı çəkiliş oldu, təşəkkür edirəm.Allahdan sizə can saglıgı və bol ruzi arzu edirəm ki çoxlu vidyolar olsun.Allah bütün Şəhidlərimizə rəhmət eləsin.

    • @rq9055
      @rq9055 Před 2 lety +2

      Va aleykum salam. Allah razı olsun.

  • @ismailismailov1715
    @ismailismailov1715 Před rokem +5

    Salam. Təşəkkür edirəm Sizə, çəkiliş qrupunuza. Hər yeri gözəldi ölkəmizin. Məşhir mahnıda deyildiyi kimi: "Sən bu gözəlliyi anlaya, duya bilsən". Səhranın da bir gözəlliyi var hətta. Tarixi kəndlərin, qədim yurd yerlərinin hər birində bir huzur var. Uğurlar Sizə.

  • @emilrecebaliyev9586
    @emilrecebaliyev9586 Před 2 lety +7

    Salam ,çox sağolun kəndimizi tanitdiqiniz üçün,siz orada kənd marketine yaxınlaşıb məlumat verseydiniz sizi kəndimizin hər bir qarışını gəzdirərdiler və qonağ edərdilər ,bir daha minnətdaram diqqətinizə görə təşəkkür edirəm

    • @GetdikGorduk
      @GetdikGorduk  Před 2 lety +2

      Sağlıq olsun, bir daha getmək fikrimiz var. Yeri gəlmişkən kanalımıza abunə olsanız bizi çox sevindirmiş olarsınız 🙂

    • @imranisayev1597
      @imranisayev1597 Před rokem +2

      Heç olmaya eşeklere sahib çıxardılar qəbirstanlıqda otlayır

  • @zarazara8355
    @zarazara8355 Před rokem +2

    Gözəl kəndim!

  • @teymurabdullayev2665
    @teymurabdullayev2665 Před rokem +2

    👏👏👍👍

  • @anaragayev9839
    @anaragayev9839 Před rokem +2

    Super sağolun əzyət çəkmisiz

  • @nizamseyfullah6311
    @nizamseyfullah6311 Před rokem +2

    Красивый репортаж

  • @elzamehbalyeva2626
    @elzamehbalyeva2626 Před rokem +2

    Hər yay tətilində gedərdim doğma kəndə

  • @Aladdin.Safarli
    @Aladdin.Safarli Před 2 lety +3

    Canım Qobustanım👍

  • @nataqocal3290
    @nataqocal3290 Před 2 lety +2

    Coxsaqolun Allah komeyiniz olsun bizim kəndi çəkmisiz 👍👏

  • @qurbanlipiriyev6916
    @qurbanlipiriyev6916 Před 2 lety +3

    Bura ağlayan qayadi burda qayadi yənida daş arasindan hər gün saat 4 radələrindən bu qayanin arasindan iki ədəd göz yaşı kimi su axır bir saat ağliyir ona görədə bura ağlayan qaya deyilər amma bu qayanin ağlama səbəbi başxadi qobustanlar bilrsusə deyin görək bilirsuz mən şamaxli və qobustanli olarak bilrəm ki niyə görə saat 4 də ağlayir bu qala

  • @elzamehbalyeva2626
    @elzamehbalyeva2626 Před rokem +3

    Mədəniyyət evinin yanı babamın evi olub

  • @mellimmusa1879
    @mellimmusa1879 Před 2 lety +1

    👍🏻

  • @azerqhrmanov2412
    @azerqhrmanov2412 Před 2 lety +5

    Kəntdə bulaq varıydımı

  • @feridkerimov4480
    @feridkerimov4480 Před rokem +2

    Salam şəlaləyə motorsikletlə gedə bilərikmi?düz yanına qədər

  • @didrollio
    @didrollio Před 2 lety +2

    34)))

  • @Aida806
    @Aida806 Před rokem +1

    Şelaleye piyada yol coxdu?

  • @elzamehbalyeva2626
    @elzamehbalyeva2626 Před rokem +2

    Babam qədim məscidin axundu olub

  • @kamiloglu927
    @kamiloglu927 Před rokem +4

    Bu Həmişə Şamaxının olub, bura camaatı Şamaxılı kimi tanınıb. Qobustan adı heç yaraşmır bura. Bura Şamaxının tarixi yeridir. Buranın adını Qobustan qoymaq düzgün deyil.

    • @GetdikGorduk
      @GetdikGorduk  Před rokem +1

      Buranın adını biz qoymamışıq ki ) Rəsmi olaraq nə gedirsə onu səsləndirmişik. Kim Goranboya Qasımismayılov deyir ki 🙂

    • @Nigar_ABISHOVA
      @Nigar_ABISHOVA Před rokem

      istəyir 100 ildə keçsin elə bura Şamaxıdırki, Şamaxı

  • @qumrukrimova8319
    @qumrukrimova8319 Před 2 lety +2

    Hecolmasa eşəki cəkmiyəydin 😂😂😂😂😂😂

    • @GetdikGorduk
      @GetdikGorduk  Před 2 lety +5

      Beş on ildən sonra eşşək görmək üçün zooparklara üz tutacağıq. Dedim xatirə olaraq qalsın ))

  • @qurabaqrib3014
    @qurabaqrib3014 Před 11 měsíci

    Bakı elə şirvandırda.

  • @user-ni1mz3mh8i
    @user-ni1mz3mh8i Před rokem

    Айыб олсун на Гобустан сунди канди Шама Шамахы шахаринин олуб

    • @GetdikGorduk
      @GetdikGorduk  Před rokem +1

      Ayıb niyə olur? Hazırda Qobustanındır. Kimsə İstanbula gedəndə ayıb olur ki, bura yunanların idi?)))

    • @rq9055
      @rq9055 Před rokem +1

      😂