Hər nəslin öz qəbristanlığı olan Sündü kəndi | Qobustan rayonu

Sdílet
Vložit
  • čas přidán 31. 07. 2024
  • #keşfet #tarih #qədim #history #qəbristanlıq #tariximiz #sündü #qobustan #kənd #kəndhəyatı #RSD Aliyev #azərbaycan
    Bu kəndin 5 mindən çox yaşı var, lakin onu maraqlı edən təkcə bu deyil. Bu, Azərbaycanın yegənə kəndidir ki, burada otuzdan çox qəbiristanlıq var. İş ondadır ki, onların sayı əslində azalıb.
    Sündü kəndi Qobustanın mərkəzindən 16 km aralıda - rayonun şimal qərb hissəsində olan dağlıq və qayalıq ərazidə yerləşir. Bu kəndə getmək üçün Bakı-Şamaxı-Yevlax avtomobil yolundan ayrılıb kənd istiqamətinə hərəkət edirik. Enişli-yoxuşlu, dolaylı yollardan keçib Sündü kəndinə çatırıq. Kəndin mərkəzinə doğru hərəkət etdikcə avtomobil yolunun sağ və sol tərəfində böyük daşlardan ibarət olan qəbirlər hər kəsin diqqətini özünə cəlb edir. Kəndin çox da böyük olmayan küçələrində hərəkət etdikcə fərqli üslubda inşa edilən evlər, hasarların daşları kəndin qədimliyini bələdçisiz də göstərir. Bəlkə də Sündü Azərbaycanın yeganə kəndidir ki, burada 30-dan artıq qəbiristanlıq mövcuddur, amma görünür bunun da öz səbəbləri var.
    Qobustanda Sündü qəbiristanlığı
    Məhz bu məsələni ayınlaşdırmaq üçün Sündü kənd sakini, Əməkdar tarix müəllimi İdris Alcanovla görüşdük. Tarixçinin sözlərinə görə, bir vaxtlar kənd ərazisində 36 qəbiristanlıq olsa da, hazırda bu say 32-dir. Kəndin mərkəzində olan qəbiristanlıqların yaşının qədim dövrə (islamdan əvvəlki dövrə) təsadüf etdiyini, kəndin kənarında olan qəbiristanlıqların isə bir qədər müasir dövrlə əlaqəli olduğunu deyən tarixçi bir kənddə 30-dan çox qəbiristanlığın olma səbəbini belə izah edir:
    “Sündü kəndi Azərbaycanda ən qədim kəndlərdən hesab olunur. Burada aparılan ilkin arxeoloji tədqiqatlardan belə müəyyən etmək mümkündür ki, bu kəndin əhalisinin burada yaşamasının tarixi Erkən Tunc dövründən götürülür. Erkən Tunc dövründə əhalinin dağətəyi bölgələrdə məskunlaşması tarixi bizim kəndə də aiddir. Bu hesabla götürsək, Sündü kəndində yaşamın tarixi 5000 ildən artıqdır. Bu tarixin qədimliyini kəndin ərazisində olan maddi mədəniyyət abidələri də təsdiq edir. Kəndin ərazisində şəhid qəbiristanlıqlarının mövcudluğu burada vaxtilə xəzər-ərəb müharibələrinin getdiyini sübut edən faktlardandır. Kəndin şimal-qərb hissəsində yerləşən yuxarı və aşağı şəhid qəbiristanlıqları bunu təsdiq edə bilər. Qəbiristanlıqlarda olan küp saxsı, daş qutu, katakomba, sərdabələr və müasir qəbirlər üslubuna, hündürlüyünə və eninə görə bir-birindən xeyli fərqlənirlər".
    Xatırladaq ki, Sündü kəndində 600-dən çox fərdi təsərrüfat var. Sakinlərinin sayı isə 3000-dən çoxdur.

Komentáře • 10

  • @shamkhalimanov272
    @shamkhalimanov272 Před rokem +4

    Maraqlı

  • @ruhiyyerehimova4561
    @ruhiyyerehimova4561 Před rokem +3

    Cox maraqli sehifedir.bele davam edin.😊

  • @TheEddiebig77
    @TheEddiebig77 Před 15 dny

    Atam orada doğurmuş
    Bir evimizde var . Mescidin arxasinda. Men orada olanda 4 yaşım var idi . İndi 55 yaşım var .

  • @ruslanrauf8614
    @ruslanrauf8614 Před 4 měsíci +2

    ❤🇹🇷🇦🇿🫶🔥🤝

  • @validahacizade3803
    @validahacizade3803 Před 8 měsíci +1

    Tovuzda da var qedim qebirstanliq.

    • @RSDcfs
      @RSDcfs  Před 8 měsíci +1

      İnşallah qismət olar oranı da çəkərik

  • @ilqaraliyev6297
    @ilqaraliyev6297 Před 6 měsíci +1

    Kendde kurqanlar da var.

    • @RSDcfs
      @RSDcfs  Před 6 měsíci

      Təəssüf ki gedə bilmədik

  • @user-jc3cf6hh6i
    @user-jc3cf6hh6i Před 7 měsíci

    Monqollarin Azərbaycana yürüşü sonra sundu kənd əksəriyyəti həmən Monqol tayfasindadir

    • @RSDcfs
      @RSDcfs  Před 7 měsíci

      Maraqli melumatdi