Azərbaycanda analoqu olmayan kənd - 36 məzarlığı olan Sündü kəndi

Sdílet
Vložit
  • čas přidán 10. 03. 2023
  • #kəndhəyatı #qobustan #sündükəndi
    Azərbaycanın kəndləri ilə bağlı rubrikamız davam edir. Bu dəfə sizə 5 min ildən çox yaşı olan kəndimizlə bağlı məlumat verəcəm. Lakin onu maraqlı edən təkcə bu deyil. Sündü Azərbaycanın yeganə kəndidir ki, burada otuzdan çox qəbiristanlıq var. Bunun səbəbi isə çox maraqlıdır.
    Yerin Qulağı yutub kanalı Azərbaycanın ən qədim kəndlərindən biri ilə bağlı məlumatı təqdim edir:
    Sündü kəndi Qobustanın mərkəzindən 16 km aralıda, rayonun şimali-qərb hissəsində olan dağlıq və qayalıq ərazidə yerləşir.
    Sündü kəndinin əhalisi 3 min nəfərdən çoxdur. Əhali milli tərkibinə görə Azərbaycan türklərindən ibarətdir, kənddə Azərbaycan türkcəsindən başqa hər hansı yerli dil və dialektdə danışılmır.
    Mənbələrə görə, Sündü kəndinin tarixi eramızdan əvvələ təsadüf edir. Sündü kəndi Azərbaycanın ən qədim yaşayış yerlərindən biridir. Bu kəndin tarixi 5 min ildən artıqdır. Onun ərazisində tapılan maddi-mədəniyyət nümunələrinə əsasən kəndin tunc dövründə salınması ehtimal olunur. Tarixi mənbələr, yer adları bunu təsdiq edir.
    Kənd Sündü platosundadır. Sinədi adının təhrif olunmuş formasıdır. Oykonim Azərbaycan dilindəki sinə (döş, yamac) və tat dilindəki di (kənd) sözlərindən ibarət olub, “yamacdakı kənd” mənasındadır. 1848-ci il məlumatına əsasən, həmin ərazidə Sündi icması da olub.
    Bəlkə də Sündü Azərbaycanın yeganə kəndidir ki, burada otuzdan artıq qəbiristanlıq mövcuddur, amma görünür bunun da öz səbəbləri var.
    Bir vaxtlar kənd ərazisində 36 qəbiristanlıq olsa da, hazırda onların sayı 32-dir.
    1918-ci ilin mart soyqırımında ermənilər tərəfindən Sündü kəndində 295 nəfər kənd sakini şəhid edilib.
    Kəndin mərkəzində olan qəbiristanlıqların yaşının qədim dövrə (İslamdan əvvəlki dövrə) təsadüf etdiyini, kəndin kənarında olan qəbiristanlıqların isə sonrakı dövrlərə aid olduğunu deyən Sündü kənd sakini, Əməkdar tarix müəllimi İdris Alcanov bir kənddə 30-dan çox qəbiristanlığın olmasının səbəblərini kəndin tarixinin qədim olması ilə əlaqələndirir.
    Kənddə ölkə əhəmiyyətli arxeoloji abidələr yerləşir: Qədirtəpə kurqanı. Köhnə qəbiristanlıq. Quyulu mağaralar. Mağaralar-8 ədəd. Qədim yaşayış yeri .
    Sündü kənd sakini polkovnik-leytenant Şikarov Şikar Şükür oğlu 90-cı illərdə Qarabağ uğrunda gedən döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra Azərbaycan Respublikasının milli qəhrəmanı adına layiq görülüb. Kənddə onun adına orta məktəb fəaliyyət göstərir.
    Sündü kənd sakini Ziya Məlikov isə müsahibəsində bildirib:
    ”Kəndimiz turizm baxımından da çox böyük əhəmiyyət kəsb edir. Bura tez-tez yerli və xarici turistlər də gəlirlər. Kəndimizdə hal hazırda 35 bulaq, 36 qəbiristanlıq və mağaralar eləcə də şəlalələr, "Ağlayan bulaq" adlandırılan əraziyə ekiskursiyalar təşkil olunur. Kəndin çox da böyük olmayan küçələrində hərəkət etdikcə yolun sağ və sol tərəfində böyük daşlardan ibarət olan qəbirlər, fərqli üslubda inşa edilən evlər, hasar daşları kəndin qədimliyini bələdçisiz də göstərir”.
    Yayı quraq keçən mülayim isti iqlimin olması ilə səciyyələnir. Tez-tez Xəzri küləkləri (şimal-şərq) əsir, şərq və cənub-şərq tərəfdən isti küləklərin əsməsi də təsadüf edilir.
    Əhalisi əkinçilik (dənli bitkilər, xüsusilə taxıl), üzümçülük və heyvandarlıqla məşğuldur. Taxılçılıq əsasən dəmyə şəraitində becərilir.
    Bu kəndin qədimliyini sübut edən faktlardan biri də burada mövcud olan Sündü məscididir. 920-ci ildə tikilən bu məscid hazırda fəaliyyət göstərir. Əhalinin əsas məşğuliyyəti əkinçilik, heyvandarlıq və sənətkarlıq olub. Kənd 1918-ci ilin qanlı mart hadisələrindən - erməni təcavüzündən, soyqırımdan da yan keçməyib, daha çox əziyyət çəkib, dəhşətli itkilərlə üzləşib. 1918-ci ilin mart, aprel və may aylarında Azərbaycanın bir çox bölgələrində olduğu kimi Sündü kəndində də ermənilər misli görünməyən vəhşiliklər törədiblər.
    Azərbaycan Xalq Cümhuriyyəti dövründə, 1918-ci ilin avqust ayında yaradılan komissiya tərəfindən soyqırımı faktları araşdırılıb.
    Soyqırımı olan kəndlərdə yerli əhali ilə görüşərək iclaslar keçirən və həmin iclasları rəsmi şəkildə protokollaşdıran həmin komissiyanın üzvləri 1918-ci il noyabr ayının 8-də Sündü kəndində də görüş keçirib, görüş və hadisələr protokollaşdırılıb. İclasın protokolundan görünür ki, 1918-ci ilin aprel ayında, yəni soyqırımı törədilən zaman Sündü kəndində 433 ev olub, əhalinin sayı 2 553 nəfər təşkil edib. Ermənilərin törətdikləri soyqırımı zamanı 198 ev yandırılıb. 295 nəfər qətlə yetirilib. Kəndin qocaman sakini Səbzalı kişinin xatirələrindən:
    "Ermənilər ilk dəfə şimal istiqamətindən hücum ediblər. Erməni-bolşevik hakimiyyətinin rəhbəri Stepan Şaumyanın planı əsasında Bakıdan gələn Qozlu-Xilmilli istiqamətində cəmləşən erməni silahlı dəstələri 1918-ci ilin aprel ayında Sündü kəndində belə qanlı hadisələr törətdilər. XIX əsrdə Xilmilli kəndinə Rusiyadan köçürülən malakanlar (ruslar) həmin hadisələr zamanı ermənilərə kömək ediblər.
  • Věda a technologie

Komentáře • 39

  • @yeringulagi
    @yeringulagi  Před rokem +7

    Azərbaycanın kəndləri ilə bağlı rubrikamız davam edir. Bu dəfə sizə 5 min ildən çox yaşı olan kəndimizlə bağlı məlumat verəcəm. Videonu bəyəndinizsə kanala abunə olaraq dəstək olmağı unutmayın. Fikirlərinizi rəy bölməsinə yazın

  • @tofiqquliyev3372
    @tofiqquliyev3372 Před rokem +5

    Salamlar olsun həmin kəndə. Çox qədim kənddi

  • @refailagayev4803
    @refailagayev4803 Před rokem +2

    Bu kənddə olmuşam çox qədim bir kənddir. Burda arxolji qazıntıların və tarixi araşdırmalar aparılsa çox yaxşı olardı. Çox yaxşı təmiz suyu olan bulaqlarda var

    • @yeringulagi
      @yeringulagi  Před rokem

      salam. çox düzgün vurğuladız, ciddi şəkildə araşdırılmalıdır

  • @elmiraisayeva8479
    @elmiraisayeva8479 Před rokem +6

    Həmin kəndə və əhalisinə atəşin salamlar👍

  • @muvahidamariyam9914
    @muvahidamariyam9914 Před rokem +2

    Sündülü olarag sündülüləri salamlayıram😊

  • @hmedia93
    @hmedia93 Před rokem +2

    Eşq olsun

  • @Bangchan_leader2373
    @Bangchan_leader2373 Před rokem +1

    Çox sağolun kəndimizi çəkdiyiniz (Allah sizdən razı olsun əlinizə ağzınıza sağlıq) üçün həqiqətəndə Sündü kəndinin bir başqa havası var bulaqları çox gözəl və saf suyu var hələ insanları çox qonaqpərvərdilər

  • @gulnarsuleymanova6860
    @gulnarsuleymanova6860 Před rokem +1

    Bizim qonşu kənd

    • @yeringulagi
      @yeringulagi  Před rokem

      Salam. Sizin qonşu kənddi? Maraqlıdı

  • @qurbanyaquboglu3251
    @qurbanyaquboglu3251 Před rokem +1

    Şirvanın ən qədim kəndlərindəndi.

    • @yeringulagi
      @yeringulagi  Před rokem

      Salam. Çox tarixi kənddi, yeni tanıdıq

  • @Kh_amzel1_
    @Kh_amzel1_ Před rokem

    Maraqlıdır

  • @rovsensahbazov1888
    @rovsensahbazov1888 Před rokem +2

    Mənim rəhmətlik Nənəmdə sündüdən olub😅

  • @villagelife4514
    @villagelife4514 Před rokem

    ilk dəfədi eşidirəm

  • @teraneehmedova
    @teraneehmedova Před rokem +2

    Tariximizdi

  • @22ciesr
    @22ciesr Před rokem +1

    Necə fərqli yerlər var

  • @gundelikteleqraf6448
    @gundelikteleqraf6448 Před rokem +1

    Adını eşitmişdim. Ancaq çox ətraflı məlumat bilmirdim. Tanıdıq sayənizdə

  • @qazana
    @qazana Před rokem

    Sual meydana çıxır. Əgər bu kəntdə türklərdən başqa heç bir millət yaşamırsa niyə kəndin adı irandilli xalqların ( tat, talış) dilindədir? Kəndin əsl adı Sinədidir. Tat və talış dilində sin- yaş, sinə yaşlı, di- kənd deməkdir. Belə çıxır bu kəndin mənası Yaşlı kənd deməkdir.

    • @yeringulagi
      @yeringulagi  Před rokem

      Salam. Çox doğru vurğuladız. Bunu araşdırıb tapa bilmədim. Ümid edirəm ordan olan, bunu bilən bir nəfər yazar. Tat dilində di kənd mənası verir - bunu bəlkə ordan olmayan alimlərin araşdırması ilə bu qənatə gəliblər. Ancaq sual olaraq qalan məsələlərdən biridir bəli

  • @xazangulasadova2613
    @xazangulasadova2613 Před rokem

    Səlamun ələykum
    Bu kəndə necə getmək olar hansı avtobusla marşrut necədi!?

    • @yeringulagi
      @yeringulagi  Před rokem

      Salamlar. Bu kənddə həm turlar var, həm avtobusla getmək olar. Qobustan şəhərindən 16 km aralıdadı, ora gedib ordan gedə bilərsiz

    • @xazangulasadova2613
      @xazangulasadova2613 Před rokem

      @@yeringulagi təşəkkür edirəm

    • @yeringulagi
      @yeringulagi  Před rokem

      @@xazangulasadova2613 sağolun