Dağ Kolanı Kəndi

Sdílet
Vložit
  • čas přidán 8. 06. 2024
  • Kolanı qədim türk tayfalarından biridir. Görkəmli alimlər İ. Şopen, M.Adıgözəl bəy, Xan Aqov, A.Bakıxanov, I.Savina, R.Yüzbaşov, A.Qurbanov, N.Məmmədov, N.Xudiyev və b. öz tədqiqatlarında kolanı tayfası, onun mənşəyi, təbǝh və tirələri barədə müəyyən məlumatlar vermişlər. Mənbələrə görə, qədim türk tayfalarından olan kolanılar təxminən, XVI-XVII asrlərdə Xorasan əyalətin-don Anadoluya, oradan isə Qarabağa köçüb gəlmişlər. "Ağa Məhəmməd şah Qarabağa hücumu zamanı Qarabağ elatlarının bir qismi, o cümlədən, kolanılar köçüb Naxçıvanda, Şirvanda və b. yerlərdə məskunlaşmışlar". Şirvana köçən kolanı təbəhlərinin bir qismi Quba ərazisində, bir qismi isə mal-qaraya münasib yer olduğu üçün Girdə yaylasında
    bina salmışlar. Daha sonralar kolanıların bir qismi Kür qırağına köçmüşlər. Girdə yaylasında olanlar Dağ Kolanı kimi tanınmışdır. Son tədqiqatlarda kolanı toponimi kolan, kuman, kol tayfaları ilə əlaqələndirilir. Mənbələrdə kolanı sözünün leksik mənası "böyük", "yüksǝk" və s. kimi yozulur. Bu adda respublikamızda bir çox kəndlər mövcuddur.
    Dağ Kolanı elatı bir çox təbǝh və tirələrdən - Pirəvǝd (Borravənd, Pirili Abbaslı, Ağarzalı); Alataxta (Həzili, Zeynallı, Zülfüqarlı, Kəllə Məmmədli, Babalı, Məşədili); Qaroğlanlı (Tahirli); Ağsaqlı (Qurbanlı) və s. ibarətdir. Köçəri elat olan Dağ Kolanılar qış aylarında Küdrü düzündəki Gögǝc qışlağı, yaz-yay aylarında Girdə yaylasında, Sarıdaş yaylağında öz mal-dövlətlərini bəsləyərdilər. Kənddə kolxoz ötən əsrin 30-cu illərində yaradılmışdır. Kolxozun ilk sədri Sündülü Şamil Musa oğlu olmuşdur. Sonralar kolxoza İsmayıl İbrahim oğlu, Mirzə Alı oğlu, İfti Assan oğlu, Xeyrulla Sǝməd oğlu sədr seçilmişdir.
    Dağ Kolanı əhalisi XX əsrin 50-ci illərindən sonra Poladlı kəndi, Hacıqabul, Salyan regionu və Bakı şəhərinə köçmüşlər. Kolanı təşnəsi olan Sahabcan kişi öz doğmaları ilə ötən əsrin 60-cı illərindən
    sonra Girdədə yenidən yurd saldılar. Amma son illərdə həmin insanlar da ata-baba yurdlarını tərk etdilər və Dağ Kolanı yenidən "yox" oldu.
    Respublikamızın başqa bölgələrində olduğu kimi Dağ Kolanıbelatında da camaatın savadlanmasında vaxtilə kənd mollalarının əvəzsiz xidməti olmuş və həmyerlilərinə "qara tanımaq", "Quran" oxutmağı öyrətmişlər. Belə xeyirxah insanların - Hacı Heydər, Kərbəlayi Qaraxan, Məşədi Molla Qəni, Məşədi Nuh, Molla Saday, Molla Allahyar və b. adları indi də el arasında hörmət və ehtiramla
    yad edilir. Dağ Kolanı köçəri elat olduğu üçün sovetlər zamanı təşkil edilən ilk ibtidai məktəb də "köçəri" idi. 1925-1935-ci illərdə təşkil olunan ibtidai məktəb yaz-payız aylarında Girdədə əvvəl alaçıqlarda, sonra taxta evdə təşkil edilir, qış aylarında isə Gögǝc qışlağında fəaliyyət göstərərdi. Dağ Kolanı məktəbində Dilmanlı Tacəddin, Bicolu
    Köçəri, Bakılı Həsənbala, Dəmirçili Məcid, Şamaxılı Nabat, Həmyǝli Rəhim, Dədəgünəşli Qulu, Kolanı Əsəd Məşədi Səftər
    oğlu və b. pedaqoqlar şərəflə çalışmışlar...'

Komentáře • 1

  • @AzerAzer-dy2wb
    @AzerAzer-dy2wb Před 9 dny

    Kolanılar əlbətdə Türkdürlər söz yox.Amma Kolanıların adı bir yerdə olsun Şərəfnamədə Şərəfxan Bitlisi tərəfindən kürd aşirətləri arasında çəkilmir.Şərəfnamədə ümumiyyətlə Kolanı sözü yoxdu.Əgər Kolanıların adı Şərəfnamədə çəkilsəydi inanın bu Kolanıları kürdlərlə bağlamaq istəyənlər üçün göydəndüşmə olardı