Kolanı TV- El ağsaqqalı Hacı Şəfi Kişi ilə söhbət

Sdílet
Vložit
  • čas přidán 7. 04. 2024
  • Qədim türklərdə ağsaqqallıq kultu vardı. Ağsaqqal elin ən ağır, dar günündə təcrübəsinə və müdrikliyinə dayanaraq, insanlara doğru yön verər, çıxış yolunu göstərərdi. Təsadüfü deyil ki, Türk dünyasının ən böyük ədəbi abidəsi “Kitabi-Dədə Qorqud” eposu da Oğuz ellərinin müdrik ağsaqqalı Ulu dədəmiz Qorqudun adı ilə bağlıdır.
    Tədqiqatçı Cəmilə Çiçək “Ailə dəyərlərini simvollaşdıran kultlar” adlı əsərində yazır:
    “Tarixən dünyagörüşü, həyata baxışı, dərin müşahidə qabiliyyəti olan müdrik ağsaqqallar həmişə mizan-tərəzini saxlayar, hökmlü, hünərli olduğu qədər də məsləhətli, mərhəmətli, rəhmli olardılar, bir əlində qılınc, bir əlində qalxan tutar, bir əllərində od, bir əlllərində su olardı. Dəyərli əsərlərdən də öyrənmişik ki, elin ağsaqqalı səliqəsahmanlı olar, ağır oturar, ağır durar, davranışı, duruşu, ağayana yerişi, müdrikliyi, sadəliyi, səmimiliyi, sədaqətliliyi, fikrinin aydınlığı, dərin düşüncəsi ilə seçilərdi. Yaşına görə deyil, başına görə ağsaqqal, ağbirçək sayılan şəxslər hazırcavab, az danışan, inamlı danışan, hikmət söyləyən, sözübütöv, əməlisaleh, zəhmətsevər, işgüzar, işbilən, gözü-könlü tox, tamahsız, təmənnasız, qəlbi təmiz, ürəyi təpərli, hünərli, arzusu geniş, sarsılmaz, el arasında başı yığnaqlı, qeylü-qallı, məclislərdə, mərasimlərdə başda oturan, məclis yaraşığı olardı. Onlar elin yolgöstərəni, adət-ənənələrimizin, milli-mənəvi dəyərlərimizin daşıyıcısı, qoruyucusu, inkişaf etdirəni kimi milli-mənəvi dəyərlər sistemimizdə kultlaşıblar. Ağsaqqallıq, eləcə də ağbirçəklik son dərəcə çətin, mürəkkəb, məsuliyyətli bir vəzifə, böyük zəhmət, min bir əziyyət, məhrumiyyətlər bahasına başa gələn ictimai missiya, məişət-sosial vəzifə sayılır. Ağsaqqallara, yaşlılara, dünyagörmüşlərə, çətinliklərə sinə gərmişlərə sınaqdan çıxmış insanlar arasında daha çox rast gəlinir. Belə ixtiyarların həyat təcrübəsi zəngindir, onlar öz əməlləri, uzaqgörənlikləri ilə sayılıb-seçilirlər. Bu şərəfli vəzifə əsasən başdan-binadan, nəsildən, əsildən-kökdən gəlir. Hər ixtiyar yaşında olana ağsaqqal səlahiyyəti verilməz. Ağsaqqallıq yaşda deyil, başdadı, işdə, əməldədi”.
    Bu gün bizim yolumuz Türkün bir neçə minillik ağsaqqallıq kultunu, ənənəsini öz davranışında, əməlində və düşüncəsində yaşadan bir ağsaqqalın yaşadığı Şirvanın Hacıqəhrəmanlı qəsəbəsinədir. Bu insan 95 yaşlı el ağsaqqalı Hacı Şəfi Kişidir. Əlbəttə, bilirik ki, bir görüş çərçivəsində ondan bildiklərini öyrənmək mümkünsüzdür. Lakin istəyimiz və hədəfimiz bu bilgi dəryasından bir damla da olsa, öyrənmək və öyrəndiklərimizi sizə təqdim etməkdir, əziz izləyicilərimiz!

Komentáře • 72

  • @userrr221
    @userrr221 Před měsícem +5

    Allah sənə rəhmət eləsin Şəfi baba eyni ilə Namiq müəllim ruhunuz şad olsun

  • @MehmanIsmayilov-vt1gl
    @MehmanIsmayilov-vt1gl Před 2 měsíci +5

    Maraqlı həmsöhbət, qayğıkeş ata, canlı tarixi mənbə olan, yaddaşına heyran qaldığım dəyərli Atam, səninlə qürur duyuram

  • @sahlarismayl5628
    @sahlarismayl5628 Před 2 měsíci +8

    Var ol Ata, səninlə fəxr edirəm!

  • @shahanaismayilova
    @shahanaismayilova Před 2 měsíci +10

    Əziz babam Hacı Atam 💙

  • @xatiremelikzade6173
    @xatiremelikzade6173 Před 2 měsíci +3

    Allah rəhmət etsin göözəl insan 😢😢

  • @shehriyarismayilov4228
    @shehriyarismayilov4228 Před 2 měsíci +7

    Hər iki babam Kolanıdır. Bu babama ata demişik həmişə, el arasında Hacı Şəfi kimi tanınır. Hər kəlməsi bir tarixdir, çox sağ olun Namiq müəllim, bu tarixin işıqlandırılmasında göstərdiyiniz xidmətlər üçün.
    Qədim türkün dastanı,
    Bir tarixdir Kolanı.
    Hər yanında izi var,
    Gəzsən Azərbaycanı.

  • @KolaniTv
    @KolaniTv  Před 2 měsíci +11

    Əziz yurddaşlar!
    Zəhmət olmasa, verilişimizi ,,bəyən,,in, yorum yazın və paylaşın. Ən əsası isə hələ abunə olmamısızsa, mütləq abunə olun.
    Öncədən hər birinizə təşəkkür edirik...

  • @elmanabbasov942
    @elmanabbasov942 Před měsícem

    Meqamın uca olsun İNŞALLAH şefi emi

  • @eldarheydarov6090
    @eldarheydarov6090 Před 2 měsíci +13

    Yaradıcı heyyətə minnətdaram. Çox maraqlı çəkilisdi. Ağsaqqal Hacı Şəfi dayıynıda Allah verən ömrü sağlam yaşmasını arzulayıram.

  • @nemetsefizade4274
    @nemetsefizade4274 Před měsícem +1

    Canim atam allah sene rehmet elesin mekenin cenet olsun eziz atammmm

  • @IslamIsmayilov-wq2sz
    @IslamIsmayilov-wq2sz Před 2 měsíci +10

    Sənin adını qoymaq da fikrimdə yanılmadım Ata, İnşallah adaşın balaca Şəfi sənin davamçın olar.

  • @atabaladadasov2892
    @atabaladadasov2892 Před 2 měsíci +3

    Yaradıcı heyətə minnətdaram.Allah Hscı Şəfi əminin timsslında ağsaqqallarımıza , ağbirçəklərimizə can sağlığı versin. Keçmişimizi bizə xatırlatdıqları üçün onlara minnətdaram. Ardı gəlsin.

  • @user-zk5pt4vl9u
    @user-zk5pt4vl9u Před 2 měsíci +4

    Əziz qardaşım Namik bəy, bu uğurlu yolda sizə dönməzlik və sağlamlıq arzulayıram.

  • @EminSadyarov
    @EminSadyarov Před 2 měsíci +2

    Allah rehmet eləsin Namiq qardaşa. Məyus oldum😢

  • @leylaheydrova7185
    @leylaheydrova7185 Před 2 měsíci +4

    Maarifləndirici video üçün Namiq müəllimə və heyətinə minnətdarıq. Davamlı olsun!

  • @tebrizehedov6393
    @tebrizehedov6393 Před 2 měsíci +6

    Bəlkə də soyumuzun tarixi kökləri haqqında xatirələr belə dəyərli araşdırmalar olmasaydı tarixin toz basmış səhifələrində ilişib qalacaqdı., Kolanılar haqqında vaxtınızı ayırıb araşdırmalar aparıb və bunları işıqlandırdığınız üçün minnətdarıq❤

  • @Xan_Yt_2010
    @Xan_Yt_2010 Před 2 měsíci +8

    Allah sizə uzun ömür can sağlığı versin, Həmişə yazıb yaradasız, belə gözəl verilişlər çəkəsiz.

  • @turalserdarov273
    @turalserdarov273 Před 2 měsíci +3

    CZcamsdə izlədiyim ən səviyyəli və marağlı kanallardan biri Kolanı tv

  • @rafetismaylov7328
    @rafetismaylov7328 Před 2 měsíci +4

    Fəxrimizsən əziz Atam

  • @mahireheyderova5177
    @mahireheyderova5177 Před 2 měsíci +3

    Nə yaxşı ki belə verilişlər var. Tariximizi, kimliyimizi öyrənirik. Davamını gözləyirik. Tanrı qorusun sizi!

  • @user-sd1wc1kq3q
    @user-sd1wc1kq3q Před 2 měsíci +4

    Kolanı Tv-yə gözəl verilişlərə görə təşəkkür edirəm. Namiq müəllimə bu gözəl proyektdə uğurlar diləyirəm. Nicat Kolan

  • @ElsenQarayev-xo5km
    @ElsenQarayev-xo5km Před měsícem

    Allah rəhmət eləsin

  • @vaqifbayramov276
    @vaqifbayramov276 Před 2 měsíci +4

    Salam əleyküm inşAllah Ağdam kölanıları yurduna qayıdar onlar hakqındada məlumat verərik

  • @AygunHsimova-fw1gb
    @AygunHsimova-fw1gb Před 2 měsíci +4

    Allah Ömür versin in şə Allah.

  • @EmilSelimov-rp4de
    @EmilSelimov-rp4de Před 2 měsíci +2

    El ağsaqqalı Hacı Şəfi dayı.Allah sənə uzun ömür versin

  • @aliismaylov3513
    @aliismaylov3513 Před 2 měsíci +3

    Allah size can sagligi versin. Haci Emim 🤲

  • @nebiismayilzade5747
    @nebiismayilzade5747 Před 2 měsíci +2

    Menim Aqsaqaal Şefi emim
    ALLAH sen uzur ömür can saqliqi versin

  • @HabilHeyderov-je1wp
    @HabilHeyderov-je1wp Před 2 měsíci +3

    Uğurlarınız daimi olsun. Namiq müəllim!

  • @sertv1559
    @sertv1559 Před 2 měsíci +8

    Əziz Namiq müəllim zəhmətiniz danılmazdı😊

  • @Coxceshidli
    @Coxceshidli Před 2 měsíci +4

    Biri birindən maraqlı vərdişləriniz üçün təşəkkürlər 🙏 uğurlu və davamlı olsun!

  • @cosqunibrahimli1924
    @cosqunibrahimli1924 Před 2 měsíci +3

    Namiq müəllim, təbrik edirəm. Uğurlar arzulayıram. Canlı tarix dərsidir. Davamlı olsun.

  • @shahanaismayilova
    @shahanaismayilova Před měsícem +1

    Bənzərin yox bu qoca dünyada əzizim canım babam haci atam.Gəlməyəcək sənintək biri bu dunyaya daha❤️‍🩹

  • @YusifHeyderov-bk5ds
    @YusifHeyderov-bk5ds Před 2 měsíci +3

    Əziz Namiq Müəllim sayənizdə tarixmizi, bizə görə uzaq keçmiş olan arşivimizi daha yaxşı öyrənib gələcək nəsillərə ötürmək imkanmız var. Bu proektə görə size çox minnətdariq davamlı və uzun ömürlü olsun inşallah 🙏

  • @balemiismayilov2973
    @balemiismayilov2973 Před 2 měsíci +9

    @baləmi İsmsyılov
    Hörmətli Namiq m. və kanalın əməkdaşlarına qədim türk soylarının araşdırılması yolunda uğurlar arzulayıram.

  • @kusverhuseynova4328
    @kusverhuseynova4328 Před 2 měsíci +3

    Cox maraqli sohbet edir allah can sagligi versin babaya🕋🤲🕋🤲Namiq muellim sizede cox teşekkür ederim gozel melumatlar ucun 🙏🙏🥰

  • @SeymurBayramov-pj3hb
    @SeymurBayramov-pj3hb Před 16 dny

    Namiq əmi allah sənə rəhmət etsin inşallah

  • @ZahidIsmayilov-ki5po
    @ZahidIsmayilov-ki5po Před 2 měsíci +2

    Salam.
    Gözəl kanal rəhbərliyinədə uğurlar.
    Dəyərli elimizin Nəslimizi fəxri dahi Hacı Şəfi əmimə allahdan uzun ömür sağlam can sağlığı arzulayıram.Allah səni qorusun.❤❤ ağsaqalımızıda t

  • @user-ni3fy9fo3t
    @user-ni3fy9fo3t Před 2 měsíci +4

    Canlı ensklapediya.Çox sağ olun Namiq müəllim! Olduqca maraqlı idi.

  • @huseynismayilli2916
    @huseynismayilli2916 Před 2 měsíci +6

    Belə baba hər adama nəsib olmur. Allah səni başımızdan əskik eləməsin

  • @RuslanKerimov-du1ll
    @RuslanKerimov-du1ll Před 2 měsíci +4

    Namiq müəllim işlərinizdə uğurlar arzulayıram

  • @bmm5928
    @bmm5928 Před 2 měsíci +1

    Ruhun şad olsun Namiq muellim

  • @qflanaslanl130
    @qflanaslanl130 Před 2 měsíci +2

    Esq olsun deyerli agsaqqalimiza.

  • @user-ss9fl3nu8t
    @user-ss9fl3nu8t Před 2 měsíci +1

    Allah sağlam can sağlığı versin mənim Hacı Şəfi babama

  • @boyukagamikayilli7686
    @boyukagamikayilli7686 Před 2 měsíci +4

    Maraqla izləyirəm...

  • @TuralCamaloglu
    @TuralCamaloglu Před 2 měsíci +3

    Maşallah Hər Zaman Belə çəkilişlər çəkib Ağsaqqaları göstərmək lazımdır
    İbrət almaq lazımdır

  • @zaurnerimanov225
    @zaurnerimanov225 Před 2 měsíci +1

    Maraqla izlədim. Uğurlarınız daim olsun!

  • @MahmudIsmayilzade
    @MahmudIsmayilzade Před 2 měsíci +1

    Allah size can sagligi versin Haci baba

  • @etibarsefizade4537
    @etibarsefizade4537 Před 2 měsíci +6

    Kimin oğlusan deyə soruşulanda Hacı Şəfinin nəvəsiyəm dediyim kişi Allah səni elimizdən əskik etməsin.

  • @VusalIsmayilov-fd9st
    @VusalIsmayilov-fd9st Před 2 měsíci +6

    Dəyərli əmim, Sənin kimi ağsaqqalı Allah kolanı elindən və bizim ocağımızdan əskik eləməsin

  • @nicatslimov7026
    @nicatslimov7026 Před 2 měsíci +1

    Əziz əmimiz Allah sənə sağlam ömür versin

  • @userrr221
    @userrr221 Před 2 měsíci +2

    Allah ömür versin🙏

  • @tunarveliyev-ft8sx
    @tunarveliyev-ft8sx Před 2 měsíci +2

    Allah sizi qorusun cox sag olun Kolanilari lente aldiginiz ucun minetdariq size. Imkan olsa Eyer Hacuqabul rayonunun Mugandaki Kolanilarida cekesiniz

    • @KolaniTv
      @KolaniTv  Před 2 měsíci

      Təşəkkür edirik. Ora da gələcəyik inşallah

  • @balemiismayilov2973
    @balemiismayilov2973 Před 2 měsíci +2

    @bismayılov
    Allah can sağlığı versin kolanının canlı tarıxi, el ağsaqqalı, fenomen yaddaşa malik Hacı Şəfi kişiyə.

  • @user-rm9gw9jt8u
    @user-rm9gw9jt8u Před 2 měsíci +8

    Namiq müəllim qədim türk tayfası olan kolanıların məskunlaşdığı yerləri aşkar edib onların həyat tərzini özlərinə məxsus adət ənənələrini,haradan gəlmələrini müəyyən edib işıqlandırması təqdirə layiqdir.Namiq müəlıim bu sahədə bir növ tikanlıqda cıqır açıbdır..Bəxyiyar Fərzəliyev.

  • @KamilSmdova-jh2yz
    @KamilSmdova-jh2yz Před 2 měsíci +7

    Uğurlar təklif edərdim sadaladığı ağsaqqalların bir bir nə işlə məşqul olduqları necə nə cur hansı fəaliyyətləri xususiyyətləri barədədə məlumat alardız tarix yazirsız zəhmət çəkirsiz . Bu nüanslara diqqət edin ki dəqiq məlumatlar təhrifsiz tarixdə qalsın

  • @vaqifbayramov276
    @vaqifbayramov276 Před 2 měsíci +6

    Kolanı hakda məlumat sankpeterburqda arxivdədi

  • @user-hq3ut2zw8q
    @user-hq3ut2zw8q Před 2 měsíci

    Çox sağolun Namiq müəllim, Allah Kolanıları qorusun.

  • @leylamikayilova5704
    @leylamikayilova5704 Před měsícem +1

    Allah rehmet elesin kanalin sahibine...

  • @cavko299
    @cavko299 Před 2 měsíci +1

    ALLAH omur versin Agsaqqala❤

  • @balemiismayilov2973
    @balemiismayilov2973 Před 2 měsíci +2

    @TIsmayIlova
    Dağ-kolanının hər parçası onun üçün əziz olan əziz atama allahdan can sağlığı arzulayıram.

  • @samxalkbrov2374
    @samxalkbrov2374 Před 2 měsíci +6

    Salam Namiq Müəllim Necəsiz? Yeni çəklişişiniz digərləri Kimi təqdirə layiqdir uğurlar.

  • @user-jw8pv4wd8e
    @user-jw8pv4wd8e Před 2 měsíci +1

    Саг олун Ки,бу нов.Тарихи верлишлар лазымдыр,важибдир.

  • @nmtd5833
    @nmtd5833 Před 2 měsíci +3

    mikrafonunuz cox zeifdi.

  • @teranealxanova7215
    @teranealxanova7215 Před měsícem

    Namiq ...tələbə yoldaşım 25 illik dostum...ruhun şad olsun. Hələ də inanmıram..

  • @ayazhmdov1968
    @ayazhmdov1968 Před 2 měsíci +1

    Eşq olsun kolanilara başqa başqa yerlərdə yadasaqda biz bir tayfayiq. Qorxmaz və mərd.

  • @vasiftalibov4967
    @vasiftalibov4967 Před 14 dny

    5

  • @kamran3921
    @kamran3921 Před 2 měsíci +1

    ALLAH cansagligi versin

  • @farizhesenov8101
    @farizhesenov8101 Před 2 měsíci +2

    Hacı Şəfi kişinin deməyi ilə Kolanılar ancaq Hacı Heydərli təbəhindən ibarətdir . Şair bir halda ki , bu məsuliyyəti üzərinizə götürmüsiniz , Allah köməyiniz olsun , onda məlumatı bir çox istiaamətdən almaq yaxşı olmazmı ?

    • @KolaniTv
      @KolaniTv  Před 2 měsíci +1

      İstiqamətdən məlumat almaq ifadəsi anlaşılmazdı. Fikirlərinizi aydın və anlaqlı şəkildə ifadə edin zəhmət olmasa. Ayrıca, Hacı Şəfi kişi kimi bilgi sahibinə irad bildirmək üçün ən az onun qədər bilmək və arqumentlərlə danışmaq tələb olunur. Əks halda fikirlər söz yığınından o yana keçməz.