Kişilər vəhşidirmi?

Sdílet
Vložit
  • čas přidán 21. 08. 2024
  • Florida Universitetinin doktorantı Lalə Orucova ilə aktyor Fəxrəddin Manafovun qızlara ünvanladığı müraciət videosundan çıxan sualı müzakirə etdik. "Kişilər həqiqətənmi vəhşidir?" Qadınlıq və kişiliyin fəlsəfəsi üzərinə düşündük.
    Kanalın inkişafına dəstək olmaq və ianə etmək istəyənlər üçün
    Rabitəbank: 5261 6333 3581 0132
    MR MUSHFIG SHUKUROV
    öncədən təşəkkür edirəm.

Komentáře • 63

  • @sirinhikmet3155
    @sirinhikmet3155 Před rokem +20

    Manafın anqırtısına milyonlar baxır, amma belə fəlsəfi mövzular müzakirə olanda 3-5 adam baxır. Baxın cəmiyyətimiz budur.

    • @elnurabbasov4227
      @elnurabbasov4227 Před rokem +2

      Zər qədrini Zərgər bilər🙂

    • @elnurabbasov4227
      @elnurabbasov4227 Před rokem

      Məndən bu nəfəs Saqiyə sadiq qalmış
      Xəlqdənsə mənə bu bivəfalıq qalmış.
      Cəmiyyət xalq həmişə bivəfadır və insanın rütbəsini bilə bilməz.
      Necə ki Seyyid Əzim deyirdi.
      Seyyida eşq sözün söyləmə nafəhmlərə
      Çəkmə əziyyət nə bilir rütbəyi-insanı cəmaət

    • @muradbaxsiyev4280
      @muradbaxsiyev4280 Před 19 dny +1

      Insan agzinda qizil xirdalayir👏👏qadin kiwi ferqini cox deqiq duwundurecek halda vurgulayir🙏Sohbetleriniz dahada bol olsun🤲🤲

    • @muradbaxsiyev4280
      @muradbaxsiyev4280 Před 19 dny +1

      Nyaya dinclik duwse vedagilmasa bilinki bele insanlarin varligina gore dunya durduqca duracaq🙏🙏🙏🙏🙏🙏🙏

  • @bossaze990
    @bossaze990 Před rokem +7

    Rəhmətlik əmimin bir sözü yadıma düşdü. Deyirdi "Həddindən artıq tərbiyəli olmağın özü belə tərbiyəsizlikdir"

  • @danceschoolar5201
    @danceschoolar5201 Před rokem +5

    " Azzar olub!" Gözəl dediniz, əzizim , Müşviq müəllim.😊😘

  • @rahibcfrov7703
    @rahibcfrov7703 Před rokem +2

    Müşfiq fəlsəfəsi çox maraqlıdır ,əla söhbətdir

  • @sabuhirustamov242
    @sabuhirustamov242 Před rokem +6

    "Kişi bütün ömrü boyu özünü sübut etməklə məşğuldur. O özünü sübut eləməsə, onun üçün heç nə yoxdur: qadın yoxdur, uşaq yoxdur, insanların ona hörməti yoxdur. O qəhrəmanlıq etməyə məcburdur."
    "Breaking bad" serialında bu mövzu qəşəng işlənib.
    Professor Walter White-ın cinayətkar Heisenberg-ə transformasiyasını şərtləndirən əsas amil də elə bu idi - uğur.
    Çox doğru buyursunuz, müəllim: başarı yoxdursa, kişi heç kimdir.

    • @sabuhirustamov242
      @sabuhirustamov242 Před rokem

      "Qadınlar daha funksionaldır" fikrinə bir balaca inanmağa başlamışdım.
      Elə bu düşüncələrlə Gəncədə 2 No-li marşruta mindim. Şofer həm avtobus sürür, həm də siqaret çəkə-çəkə telefonla danışırdı. Eyni zamanda manatdan iki nəfərin pulunu çıxıb "zdaçi" qaytarır. Bütün o qarışıqlığın ortasında da tez-tez maqintafonun səsini gah artırıb-azaldır, gah da meyxananın biri bitməmiş o birinə keçid edirdi..
      Dayanacağa çatanda "ASAN-da düşən kim idi? Qabağa gəlsin dedi".
      Mən də köhnə fikrimə geri qayıdası oldum))

  • @kamranmmmdli1809
    @kamranmmmdli1809 Před rokem +4

    Təşəkkürlər Müşfiq müəllim və Lalə xanım. Danışdıqlarınız bu gün çoxlarına lazımsız görunə bilər. Amma bu videonu bərk-bərk qoruyun. 20 il sonra hər şey bəlkədə gec olanda qayıdıb təkrar təkrar baxmaq ehtiyacı duyacaqlar və hamının ürəyində məcburi razılıq hissi olacaq. Çünki qanunları insanlar yox təbiət qoyur.

    • @anlama_sanati
      @anlama_sanati  Před rokem +8

      ən etibarlı yer insanların ürəkləridir. Qalan heç nəyə etibar yoxdur.

  • @TheKhagany
    @TheKhagany Před rokem +4

    Müəllim, siz əjdahasınız!
    Arada işlətdiyiniz Türkiyə sözləri də olmasa lap əla olardı.
    Bu gün çox yorğun idim. Nəyəsə baxmağa həvəsim yox idi. Sadəcə vərəqləyirdim interneti. Sizin danışığınız məni su axını kimi apardı...
    Allah razı olsun!
    Lalə xanım, sizin də intellektiniz və həyanız məni heyran elədi! Allah sizi qorusun!

  • @altaybagrov7349
    @altaybagrov7349 Před rokem +4

    Əla! Mən deyərdimki, bu videoları audio olaraq spotify a yükləsəz daha da yaxşı olar.👍🏻

  • @elnurhajiyev2477
    @elnurhajiyev2477 Před rokem +4

    Cox sag olun bele lazimli bir movzunu muzakire elemisiz. Lale xanimin reaksiyalari tam olaraq muasir/feminist qadin reaksiyasidir. Heqiqetler onda qiciq yaradir. Yerini deyisen kisiler deyil, qadinlardir ve tebii realliqlari deyende xoslarina gelmir. Ne ise, cetin duzeler. Qadinlari kisilerin ustune salan Marksist felsefeye sahib elitler cox gozel bilir ki, her evde kisinin basinda bir basagrisi olmasa, o kisiler birlesib elitlerin altini ustune getirecek. Hem de dunyada ehalinin sayini azaltmaq lazimdir ki, her sey ozlerine qalsin. Bunun ucun de aileler dagilmali, ya da hec qurulmamalidir.
    Qadin ev talan elemir sozu duz deyil. Eleyir, Kisinin malini da, ovladini da alir, ustelik reputasiyasini da mehv edir. Qadinlarin intiqami fiziki yox, dil ile olur.
    O ki qaldi qadinin ozunu kontrol etmesine, o da kisiden artiq deyil. Kisi ucun her hansi bir qadinla cinsi munasibet qebuldur. Qadin ucunse yalniz ust tebeqe kisiler qebuldur ve onlarin yaninda bir cox qadin da ozunu itirir, hem de goruntu ile. Biz hemiseden ele bilirdik ki, yalniz kisilerdir gozelliye meftun. Xeyr, qadinlarda bu daha yuxari seviyyede var; onlar hem de en ust tebeqeni secirler.

    • @lalaorugova1411
      @lalaorugova1411 Před rokem

      Digər yazdıqlarınıza fikir bildirməyəcəm, çünki siz də bizim kimi fikrinizi azad ifadə edə bilərsiz.
      Lakin mənim haqqımda drdiyini “feminist” kəliməsi ilə razı deyiləm.
      Mən qadın və kişinin eşit şərtlərdə yaşamasının tərəfdarıyam. Kimsənin üstünlüyünu qəbul etmirəm. Çünki qadın və kişi fərqli alanlarda irəlidərilər. Bir sözlə feminist, hələ-hələ qarı feminizt deyiləm.

  • @userİ1e8l
    @userİ1e8l Před 10 měsíci +3

    Təşəkkürlər maraqlı söhbət üçün...
    Mən də cəmiyyətdə müşahidə, müqayisə aparanlardan biriyəm.Həmişə dərin düşünən, fəlsəfi danışan bir qadın axtarıram...Çox təssüff ki, hələ tapa bilməmişəm! Baxmayaraq ki, özüm də qadınam. Şəxsən etiraf edirəm, kişinin intellekti, düşüncəsi qadından üstündür! Qadın müdrük ola bilmir! Müşfiq müəllim, Sizinlə söhbət edən qadın həmsöhbətləriniz inciməsin, onlar danışanda səbrsizlənirəm! Gözləyirəm ki, onlar söhbəti bitirsəydi, Müşfiq müəllim söhbətə başlayardı❤🌹

    • @samiremeherremova1671
      @samiremeherremova1671 Před 23 dny +1

      Siz qadınları təhqir etdiniz ki?!inanın qadın var ki, kişi də uğurludur bu həyatda! Hər tərəfli müzakirə olunub bunun doğruluğunu sübut etmək olar.

  • @nigarabdullayeva4756
    @nigarabdullayeva4756 Před rokem +2

    Söhbetiniz,heqiqeten,möhteşemdir!

  • @nailazabitova
    @nailazabitova Před rokem +4

    İş görə-görə Lalə xanımla bu müzakirənizə, söhbətinizə qulaq asmaq ayrı zövq verir mənə 😇 Var olun.

  • @zaurmuradov8006
    @zaurmuradov8006 Před rokem +3

    Mənim sevimli mövzum idi. Evdə və çöldəki dost , tanış qadınlarla tez-tez etdiyim söhbətlər. Maraqlı müzakirə oldu. Bir çox şeyləri öyrəndim, anladım. Və bir daha təbiət sevməkdən məmnun oldum :)

  • @nailazabitova
    @nailazabitova Před rokem +4

    1 saat necə keçdi, bilmədim.. ləzzət elədi. Çox sağ olun, həqiqətən, super idi. 👍❤

  • @konulftliyeva4749
    @konulftliyeva4749 Před rokem +3

    Cox sağ olun Müşfiq müellim ...cox maraqla,zövqlə dinlədim və tam razıyam sizinlə ❤🌹❤

  • @mehishirinov4348
    @mehishirinov4348 Před 9 měsíci

    Mukammal.

  • @asif_zulfugarov
    @asif_zulfugarov Před rokem +4

    Bu nə gözəl dərs, müzakirə idi abi!

  • @ahmadmirzayev8435
    @ahmadmirzayev8435 Před rokem +4

    Yaxşı ki Lalə xanım sizlə razı olmur. Kontrast yaranır. 🙂

  • @ruhulla9103
    @ruhulla9103 Před rokem +6

    Lalə xanım, qadın ayrılanda kişinin həyatını necə talan etdiyi barədə bioqrafik mühazirə oxuyaram bir gün sizə 😃 Yüksək texnalogiya. Bir düymə və atom bombası.

  • @narkarim1455
    @narkarim1455 Před rokem +2

    Mushfiq muəllim,əlasınız.Bütün günü sizi dinləyə bilərəm🤍

  • @turqutheydrli6330
    @turqutheydrli6330 Před rokem +3

    Çox sağolun Minnətdarıq.Sevilirsiniz😍

  • @martiniden7263
    @martiniden7263 Před rokem +3

    Əla

  • @nemethacieli4926
    @nemethacieli4926 Před rokem +3

    Əla!

  • @elchinabdurahmanov2128
    @elchinabdurahmanov2128 Před rokem +2

    Çox möhtəşəm söhbət oldu! Təşəkkürlər !

  • @ulduzparlak131
    @ulduzparlak131 Před rokem +2

    Təşəkkürlər maraqlı söhbət idi😊

  • @maaria4852
    @maaria4852 Před rokem +2

    Dəyərli fikirlərlə dolu müzakirə idi. Var olasınız.

  • @AmazingWorld-rx3nc
    @AmazingWorld-rx3nc Před rokem +2

    Mukemmel

  • @Resul_Resul
    @Resul_Resul Před rokem +1

    Maraqlı söhbət idi. Müşviq müəlli təşəkkürlər❤

  • @elcin.13z23
    @elcin.13z23 Před rokem +2

    İnsan dogrudan zövq alır Danışıqlardan

  • @sahetveliyev4877
    @sahetveliyev4877 Před rokem +2

    Musfiq Bey cunki kisi aileye baxmalidi kisinin yuku agirdi qadininda yuku agirdi evde usaga baxmalidi ev isleri gormelidi mence bu sebebdendirki kisi daima ireli getmeye can atir.

  • @Resul_Resul
    @Resul_Resul Před rokem +2

    44:45 Qadında heç nə etməməyi ilə talan edir. Bəzən kişinin həyatından qadının çıxması belə kişinin həyatını talan eləməsi deməydi. Mən belə fikirləşirəm.

  • @nailazabitova
    @nailazabitova Před rokem +3

    Müşfiq müəllim 🙏🙏🙏❤

  • @sahylamyr
    @sahylamyr Před rokem +3

    Qiyamət, hocam )

  • @yavernovruzov805
    @yavernovruzov805 Před 8 měsíci

  • @tural9975
    @tural9975 Před 2 měsíci +2

    Qurandan bir ayə ( Kişilər qadınlar üzərində ixtiyar sahibidirlər (onların hamisidirlər). Bu, Allahın onlardan birini digərinə üstün etməsi və (kişilərin) öz mallarından (qadınlar üçün) sərf etməsinə görədir. Əməlisaleh qadınlar (ərlərinə) itaətkardırdılar, )

  • @resm_analizi
    @resm_analizi Před rokem

    Qadının geymini müzakirə etməklə yanaşı, kişinin iradə tərbiyəsini müzakirə etsək nə gözəl cəmiyyət yaranar

    • @anlama_sanati
      @anlama_sanati  Před rokem +1

      Tərbiyə lazımdır. Amma o, insan təbiətini kardinal dəyişdirmir. Ən inkişaf etmiş saydığınız ölkədə belə gözdən uzaq qaranlıq küçədə dekolte geymiş qadın yenə də təhlükədədir. Elə deyil mi? Təbiət haqqında danışdım mən ən çox burada.

  • @resm_analizi
    @resm_analizi Před rokem +1

    İşilərə olan mənfi baxışım daha da çoxaldı

  • @Tomris-Tomris
    @Tomris-Tomris Před měsícem +1

    Müşviq bey,men bir xanım kimi sizin yanaşmanıza müsbet yanaşıram

  • @muradabdullayev5928
    @muradabdullayev5928 Před 2 měsíci

    İfratların tətqiqi zərərdir demək bir şeyi istisnalar üzərindən qiymətləndirmək doğru deyil deməkdir.Bu o demək deyil ki,bir şeyi qiymətləndirərkən müsbət nümünə üzərindən qiymətlənidirmək gərəkdir.Müsbət və ya mənfi nümunə üzərindən deyil çoxunluq üzərindən qiymətləndirmək gərəkdir.Məsələn biz dindar topluluğa baxanda, bəli onlar arasında intellektual qisim də var ancaq çoxunluğa baxsaq cahil hissənin daha çox olduğunu görürük, bu da ümumi bir dəyərləndirmə etməyə imkan yaradır.Eyni şey qadın və kişilər üçün də keçərlidir.

  • @aas5719
    @aas5719 Před 2 měsíci

    Salam.qadinla kişi tamamilə fərqli bir tipdir.heresinin ayrılıqda güclü tərəfləridə var ,zəyif tərəfləridə var.Məzuniyyete çıxanda 1 fefte evdə uşaq saxladım , yoldaşım evleri yığışdırdı.Onda anladım çox çətin iş görürlər.Amma menimde gördüyüm işi yoldaşım görə bilmir.Men yanğınsöndürən isliyrem.agir yangınlarda oluram .1 sutka işdən sora gedib başqa yerde işdiyirem.bizimde bu çetinliymiz var.Uzun sözün qısası Vallah qadının qadın yeri var.Kisininde kişi.hersey öz yerinde olsa daha gözəl olardı.Allah məsləhət bilseydi qadından Peyğəmbər göndərərdi.Peygmberlerle yanaşi ele qadınlar olubki,meselen- Xanım Xədicə,xanım Zəhra, Məryəm ana.bu insanlar iz qoyub gediblər.

  • @turalrahimli3935
    @turalrahimli3935 Před rokem

    Bəzi maymaqlar deyir ki, mən ehtiyatlı olmayacam, zəhmət çəksin kişi təbiətini dəyişsin.

  • @elnurabbasov4227
    @elnurabbasov4227 Před rokem

    Kişinin həyatda missiyası belə bir fikrlə uyğun gəlir.Öküzün gözünə sancılmış ox ,ona atılmış yüzlərlə oxun nəticəsidir.

  • @elsenkaraca6210
    @elsenkaraca6210 Před rokem

    Müşfiq bəy var olunki cəmiyətə ailə dəyərlərində kişi və qadının roluna diqqət çəkirsiz,ama bəzi nüanslarda istisnalar var,şəxsən düşünmürəmki kişilər vahşidir,düşünürəmki vəhşi kişilər yetişdirən cəmiyətlər var,ama kişi təbiətində vəhşi deyil,qadının “dizini” görende əhvalı dəyişmə məsələsi afrikada çılpaq gəzən tayfalara şamil etmək olmaz,ordada kişilər var.Qadınların kişilərdən intellektual zəif olması fikrinidə qəbul etmirəm,çünki ataxaqanlıq dövründə bütün hüquqları kişilər üstlənib,indiki dövrdə qadın bilim adamları və avtobus,taksi sürücüləri yeteri qeder buna sübutdur.Qadın və kişinin ayrı ayrı rolları var,burda intellekt və ya vəhşilik yox başqa vacib nüansları irəliyə çıxarmanızı istəyərdim.Videonun əvvəlində kişi qadından bir addım öndə başlamışdı sizin fikrinizcə,daha sonra Lalə xanımın sehirli suallarından sonra qadın bir nömrə olduğunu qəbul ettiniz.Düşünürəmki bir nömrə yoxdu,dahi Nəsimi dediyi kimi cahil insan və ya kamil insan var!uğurlar diləyirəm çox maraqla izlədim!

    • @anlama_sanati
      @anlama_sanati  Před rokem +1

      Qadınların kim olmasını hələ keçən il yayimladigim Daosizm videosunda da danışmışam. Yeni bir mövqe yoxdur düşüncələrimdə.

  • @sevm8882
    @sevm8882 Před měsícem

    Biz hamımız yığışıb desək ki, kişi güclüdür, rahat olcasınız? Bu nə özünü sübut cəhdidir, niyə belə güvənsizsiniz? Kişi fiziki güclüdür, əqli yox. İntellekt səviyyəsinin üstünlüyünün kişiyə, ya qadına aid olmasının fərqi yoxdur. Kişidə məntiq idarə edir, qadında emosiya. Bu sadə həqiqəti dərk etmirsinizsə onda sizin özünüzün İQ səviyyəniz yüksək deyil.

    • @anlama_sanati
      @anlama_sanati  Před měsícem

      :)

    • @orxanbagirov2771
      @orxanbagirov2771 Před měsícem

      İngilislərin sözü olmasın , niyə get triggered olmusunuz , əgər bu həqiqət deyilsə ? Feminizm sizin kimi ölüm mələklərini tənhalıqla məhv edəcək .Qərbdəki qadınların yolunu gedirsiniz .Sizə və sizin fikirdə olan neqativ qadınlara yaxşı cəhənnəm istisi arzu edirəm .

    • @orxanbagirov2771
      @orxanbagirov2771 Před měsícem

      İngilislərin sözü olmasın , niyə get triggered olmusunuz , əgər bu həqiqət deyilsə ? Feminizm sizin kimi ölüm mələklərini tənhalıqla məhv edəcək .Qərbdəki qadınların yolunu gedirsiniz .Sizə və sizin fikirdə olan neqativ qadınlara yaxşı cəhənnəm istisi arzu edirəm .

    • @orxanbagirov2771
      @orxanbagirov2771 Před měsícem

      İngilislərin sözü olmasın , niyə get triggered olmusunuz , əgər bu həqiqət deyilsə ? Feminizm sizin kimi ölüm mələklərini tənhalıqla məhv edəcək .Qərbdəki qadınların yolunu gedirsiniz .Sizə və sizin fikirdə olan neqativ qadınlara yaxşı cəhənnəm istisi arzu edirəm .

    • @orxanbagirov2771
      @orxanbagirov2771 Před měsícem

      İngilislərin sözü olmasın , niyə get triggered olmusunuz , əgər bu həqiqət deyilsə ? Feminizm sizin kimi ölüm mələklərini tənhalıqla məhv edəcək .Qərbdəki qadınların yolunu gedirsiniz .

  • @user-bd2we7qc3e
    @user-bd2we7qc3e Před 10 měsíci

    Женщина не обладает душой, это аксиома.
    Плясать надо отсюда.