Ölüm haqqında

Sdílet
Vložit
  • čas přidán 22. 08. 2024
  • Florida Universitetinin doktorantı Lalə Orucova Bakıda olarkən əməliyyat sonrası onunla online formatda Olüm haqqında söhbətləşmək istədik. Bəzi şəxsi təcrübələrimizi anlamağa çalışdıq. Ümid edirik ki, bir başqası üçün gərəkli məqamlar oldu söhbətimizdə. Video 2022-ci ilin avqustunda yazılmışdır.
    Kanalın inkişafına dəstək olmaq və ianə etmək istəyənlər üçün
    Rabitəbank: 5261 6333 3581 0132
    MR MUSHFIG SHUKUROV
    öncədən təşəkkür edirəm.

Komentáře • 35

  • @zaurveliyev6571
    @zaurveliyev6571 Před rokem +11

    "Valideynlerimiz dogulusdan her seyi oyretdikleri kimi sonda ölməyi də oyredirler".. mohtesem👏

  • @user-sq4qm8nh4e
    @user-sq4qm8nh4e Před 3 měsíci +1

    Salam. Hec qorxmuram ölumden. Yaw 30-larda qorxurdum,cox fikirlewirdim. Indi yaw 47 deyirem, haziram. Namaza bawladiqdan sonra bawa duwdum ki, özumuzu tehvil vermeliyik Allaha. Wukurler olsun Allaha, ölumun xeyirlisini, qismet etsin hamimiza.🤲🏼

  • @altayyolcuyev6705
    @altayyolcuyev6705 Před rokem +4

    Bu gün axşam balaca oğlum yatarkən ata məndə qocalıb öləcəyəm dedi. Canına bir qorxu düşb deməkdir. Bunu anladım. Və bu qorxu oğluma insan omağı və tərbiyə olunmağı öyrədəcək deməkdir. Mən özüm atamın ölümünü görmüşdüm. Dayımın sonra yaxın bir qohumum vardı necə xırıltı icində öldüyünü görmüşdüm. Ama atam öləndə bir məmnunluq vardı icində. Sərt iti mənə qarşı. Baxışı ilə sanki zəif olma deyirdi. Oğluma isə dedim ki, qocalaraq ölmək özü böyük nemətdir. Hec ölməmək isə öz sevdiklərinin ölümünü izləyib əzab cəkməkdir. Bunu ana babamdan eşitmişdim. 2 oğlu sonra nənəm sonra bacı və qardaşları öldükcə yaşamışdır ən sonda isə hönkürərək ağladığı yadımdadır. Allah mənə bu sevdiklərimin ölümünü niyə göstərirsən deyib ağlayırdı. Babam öləndə bəlkədə sevinən insan mən idim. Anam acıxlanırdı mənə. Sonra izah edib səmimi danışdıqca anam mənimlə razılaşdı.

  • @elmaneminov4315
    @elmaneminov4315 Před rokem +2

    Yaşadıqlarımız həqiqət balına çevrilsin. Amin!!! Təşəkkür edirəm bu dəyərli söhbət üçün!

  • @rsadnatiq9454
    @rsadnatiq9454 Před rokem +3

    Düşüncələriniz çox dəyərlidir hocam. Yazacaq nəsə tapmaq olmur, şərq fəlsəfəsi insanın ruhuna hopanda cümlələr bundan daha fərqli formada zühur edə bilmir demək ki. Təşəkkürlər sizə!

  • @kkings0
    @kkings0 Před rokem +6

    Ölümü yad edənlərə salam olsun.

  • @kamaleliyev6699
    @kamaleliyev6699 Před rokem +2

    “Hər bir kəs ölümü dadacaqdır” (Ali İmran surəsi, 185)

  • @iltimasabiyev6196
    @iltimasabiyev6196 Před rokem +1

    Salam , yenədə əvvəlki kimi çox mükəmməl,Dahilərdən birindən soruşurlar ki,nə üçün insan ölümdən qorxur?,cavab verir ki,insan yaşadığı dünyasını çox gözəl bəzəyib,gedəcəyi dünyasını xərəb,bərbad hala salıb.İnsan yaxşı yerdən bərbad yerə getmək istəməz.Necə ki,tələbə dərsə hazır olanda özünü rahat hiss edir müəlliminin yanında.Amma dərsə hazır olmasa,çox narahat olur.Peyğəmbər(ə) buyurub:"Ən böyük moizə ölümdür". Allah sizi var eləsin.Allah sizə bərəkətli ömür versin.

  • @yusifagayev9400
    @yusifagayev9400 Před rokem +2

    Sağ olun,Müşfiq müəllim.Çox təsirləndim.Var olun.

  • @elchinabdurahmanov2128
    @elchinabdurahmanov2128 Před rokem +3

    Nə gözəl söhbət idi belə təşəkkürlər! Lalə xanıma da şəfalar diləyirəm!

  • @masterwood4292
    @masterwood4292 Před 6 měsíci

    Müşfiq Müəllim təşəkkürlər dəyərli söhbətə görə. Lalə Xanıma da Allah şəfa yetirsin

  • @kamaleliyev6699
    @kamaleliyev6699 Před rokem +2

    Yenə həmişəki kimi maraqlı söhbət oldu, sağ olun !

  • @axiretyolcusu7213
    @axiretyolcusu7213 Před rokem +2

    Allah Axırınızı xeyir etsin .Mən ölümü düşünməklə çox şeyləri dərk etdim .

  • @vasiframazanli4416
    @vasiframazanli4416 Před rokem +3

    Lalə xanım dəyərli bir insandır. Tezliklə şəfa diləyirəm ona.

    • @anlama_sanati
      @anlama_sanati  Před rokem +1

      Yaxşıdır indi. Təşəkkür edirəm. Yeni video yaxında yüklənəcək.

    • @vasiframazanli4416
      @vasiframazanli4416 Před rokem +2

      @@anlama_sanati sizin videoları səbrsizliklə gözləyirəm. Heç bir filosof sizin qədər ruhumu oxşaya bilmir. Məxsusən Lalə xanımla söhbətlər dərinliyinə görə fərqlənir. O qədər gözəl mövzular qoyur ki, bunun əsasında sizi daha çox kəşf edirəm

  • @afetnecefova7521
    @afetnecefova7521 Před 5 měsíci

    Cox gözəl duşuncələr Təşəkkur edirəm

  • @KiberBobik1234
    @KiberBobik1234 Před rokem +2

    Cox nurlu,qiymətli insansiiz Musfiq müəllim! Lalə xanıma da tezliklə sağlamlığına qovussun. Onunla videolariniz maraqlı alinir.Sizin videolarinizdan adam guclenib ayrilir.

  • @solmazrustamova995
    @solmazrustamova995 Před rokem +1

    Ğözəl məlumatlar verirsiniz cavanlıqda mən də ölüm yadıma düşəndə anı olaraq qəlbimə sevinc dolurdu

  • @sabuhirustamov242
    @sabuhirustamov242 Před rokem +2

    Tətminlik barədə söhbətləşmişdiniz: həm Lalə xanımla, həm mənlə. Maraqlıdır ki, tətmin sözünün elə ilk mənası qorxmuş adamın təsəlli edilməsi deməkdir. Əsas da ölüm qorxusu yaşamış adamın təsəlli edilməsi...

  • @iradtanirverdiyeva5217

    Anam 50 yaşında rehmete getdi, xeste olanda her deq yanında olduq, amma rehmete gedende xaricde xestexanada tek rehmete getdi, yanında ola bilmedik deye helede onun ezabını yaşayıram. Siz de Kövreldiz men hönkürtü ile ağladım anamın tek olduğuna göre. 49 yaşındayam iki defe ölümün nefesini hiss etdim, heyatım gözümün önünden keçdi ve anladım ki bu hemin sorğu sualdır, qorxmadım ,gözümün gec açıldığına tesüf etdim, indi hadiseleri başqa gözle görürem, çox duğusal olmuşam , uşaqlar böyüdüyüne göre rahatladım. Her an mende 50 yaşımda köçeceyimi hiss edirem hazırlaşıram

  • @xuramanmusayeva880
    @xuramanmusayeva880 Před 2 měsíci

    Dünya uşaqlarla gözəldi🥰❤️

  • @deyanetmemmedzade5686
    @deyanetmemmedzade5686 Před měsícem

    🎉

  • @user-ru6db7lg4e
    @user-ru6db7lg4e Před 4 měsíci

    Anlama sənəti 😊❤

  • @user-jn8rq8mg9r
    @user-jn8rq8mg9r Před 3 měsíci

    Ölümü nə qeder tərifləsıniz də, (obrazlı şəkildə nəzerdə tuturam) qalanlar ücün həmişə kədərli olur. Yəni ölən ücün nədisə bilmirəm, sağlar ücün qəlbə vurulan yara, iz olur. Ölümü məhkəmə sayanlar ücün qorxuludu yəqin. Mənim ücün sadəcə olaraq bir andır və onu adı”Ölümdür” bu qədər sadəcə.

  • @sbinliyeva1687
    @sbinliyeva1687 Před rokem +2

    ölümü qorxmadan qarşılaya bilər gənc biri ? yoxsa ancaq bu həyatı nisbətdə yaşamış biri onu rahat qarşılaya bilər? gənc biri məncə bunu rahat qarşılaya bilməz((

    • @anlama_sanati
      @anlama_sanati  Před rokem +1

      Gənc nə etməlidirsə onu edir.

    • @lalaorugova1411
      @lalaorugova1411 Před rokem +1

      Mənə elə gəlir ki, bunun yaşla əlaqəsi yoxdur. Ayılmaqla, özünü dərs ilə əlaqəsi var. 🙏☺️. 40 dəqiqədən sonranı zəhmət olmasa bir daha izləyin! Orada düzgün həyat ilə yalnış həyat haqqında danışacaq 🙏☺️✅

  • @user-ru6db7lg4e
    @user-ru6db7lg4e Před 4 měsíci

    Bəli,qorxu bi yerəcəndi,sonra hec vecinə almirsan

  • @vaqifagayev3893
    @vaqifagayev3893 Před 7 měsíci

    SALAM ƏZİZİM....
    SUAL....
    ÜMUMİYYƏTLƏ BU GÜNKÜ ÜMUMBƏŞƏRİ İNSAN ZƏKASI ÖLÜMÜN İNSANA MƏLUM OLMAYAN MAHİYYƏT GÖRƏMİNİ ANLAMAQ QÜDRƏTİNDƏ , MƏNTİQİ GÜCÜNDƏMİ ????

    • @anlama_sanati
      @anlama_sanati  Před 7 měsíci +1

      İnsan idrakı heyrət yaşamaq üçündür, mütləq həqiqəti yetərli çəkildə dərk etmək üçün deyil.

    • @vaqifagayev3893
      @vaqifagayev3893 Před 7 měsíci

      @@anlama_sanati hörmətlə qadan alım

  • @azerbabakisiyev4939
    @azerbabakisiyev4939 Před rokem

    Müşfiq müəllim seminarlar təşkil edir? Kim deyər?

    • @anlama_sanati
      @anlama_sanati  Před rokem

      Facebook səhifəsini izləyin. Ordan paylaşımlar edir seminarlar olanda.