Video není dostupné.
Omlouváme se.

Orkhan Zeynalli ft. Çinarə Məlikzadə - Böyük Ümidlər/Xatirədir

Sdílet
Vložit
  • čas přidán 19. 08. 2024
  • Orkhan Zeynalli-nın “Böyük Ümidlər/Xatirədir” treki artıq onlayndır.
    Orkhan Zeynalli-ya CZcams-da abunə ol: mikpro.az/ozey...
    Orkhan Zeynalli sosial şəbəkələrdə:
    Facebook: mikpro.az/ozey...
    Instagram: mikpro.az/ozey...
    Genius: mikpro.az/ozey...
    Orkhan Zeynalli rəqəmsal platformalarda:
    Keçid: mikpro.az/ozey...
    Sözlər:
    [Bənd 1]
    Doğulmaq yadımızdan çıxardığımız ilk addımdır
    Necə ki, qalmır yadda ilk öpüş, ilk laylalar
    Bir gün qabaq yox idin, bu gün isə həyatın var
    Heyif, olmur qoymaq şərt doğulacam, olsa qayğılar
    Axmamış yaş qədər təmiz qucaqda böyümək hissi
    Adam qayıdıb keçmişə, yenidən böyümək istəyir
    Biz axı göylərin sevən qəlblərə hədiyyəsi idik
    Onların yerinə bütün xoşbəxtliklərə “hə” deyəsi idik
    Zaman heç nəyi gizlətmir, zaman heç nəyi sağaltmır
    Zaman göstərir sən demə xoşbəxtlik biz olsaq artmır
    Biz bəzən şəfəqləri bitişdirib edirik parıltı
    Bəzənsə parçalanan qaya arasında son qırıntı
    Gözünü yum, qorxma bir azdan bitəcək səslər
    Küsmə taleyindən o heç nəyi etmir qəsdən
    Azalacaq səslər, azalacaq səslər
    Valideyn sayı azaldıqca azalacaq səslər, hey
    [Nəqərat]
    Niyə çıxdıq yola biz?
    Dəli olub bu dəniz
    Bir adadır sevgimiz
    Hər yanı xatirədir
    Niyə çıxdıq yola biz?
    Dəli olub bu dəniz
    Bir adadır sevgimiz
    Hər yanı xatirədir
    [Bənd 2]
    Valideyn davaları dəriyə hopmuş yaralar kimidir
    Ağrılar qalsa da keçmişdə, nəticə göz önündədir
    Bu günü ən uzaq vaxtlardan, yapışacaq ayaqlardan
    Bu sevgili deyil ki, dərd verəndə deyəsən səhv özündədir
    Seçim olmur heç kimdə, kimsə doğulur çirk içində
    Kimsə nazir ailəsində, var-dövlət, mülk içində
    Kimsə son anda abort etməyən tək anayla
    Kimsə sevgi ocağında, həyatı bənzəyir bəlkə nağıla
    Analar var - qalıb baş-başa yadigar başdaşıyla
    Ömründən kəsib böyütdüyü övlad əvəz olunub başdaşıyla
    Uşaqlar var - valideyn əvəzi böyüyüb qardaşıyla
    Doğmalaşıb artıq soyuq küçədəki hər daşıyla
    Gecədən qalma yaşı ilə səhər məktəbə getmək
    Çətin idi özgələrdən qayğı tələb etmək
    Çətin idi xoşbəxtlərin arasında qarışıb azmaq
    Çətin idi "Mənim ailəm" mövzusunda inşa yazmaq, hey
    [Nəqərat]
    Niyə çıxdıq yola biz?
    Dəli olub bu dəniz
    Bir adadır sevgimiz
    Hər yanı xatirədir
    Niyə çıxdıq yola biz?
    Dəli olub bu dəniz
    Bir adadır sevgimiz
    Hər yanı xatirədir
    Niyə çıxdıq yola biz?
    Dəli olub bu dəniz
    Bir adadır sevgimiz
    Hər yanı xatirədir
    Niyə çıxdıq yola biz?
    Dəli olub bu dəniz
    Bir adadır sevgimiz
    Hər yanı xatirədir
    Gözümü bağlayıb dinlədim o səsləri
    Dizimi qucaqlayıb dinlədim o səsləri
    Yastıqlar gizlədəndə o səsləri
    Gözümü bağlayıb dinlədim o səsləri
    Dizimi qucaqlayıb dinlədim o səsləri
    Yastıqlar gizlədəndə o səsləri
    Qalanı xatirədir
    Gözümü bağlayıb dinlədim o səsləri
    Dizimi qucaqlayıb dinlədim o səsləri
    Yastıqlar gizlədəndə o səsləri
    Qalanı xatirədir
    İçimdən səs gəlir
    Orkhan Zeynalli tərəfindən ifa olunan “Böyük Ümidlər/Xatirədir” parçasının rəsmi videosu. Bu videonun bütün hüquqları "mikpro” MMC tərəfindən qorunur. © 2023
    Etiketlər:
    #OrkhanZeynalli #BöyükÜmidlər #mikpro

Komentáře • 664

  • @Abdullayev.085
    @Abdullayev.085 Před měsícem +5

    Amerikada yaşayıram və hər gün ən azı 3-4 dəfə replay edirəm. Azərbaycan da keçirdiyim uşaqlığım, rəhmətə gedən Atam, dostlarım, ailəm hamısı yadıma düşür və keçmişə, yarım qalan həyatıma aparır. Sadəcə xəyallara dalmağım mənə xoş təsir edir. Bizlər hostla, aidlə, prometeylə böyüdük, formalaşdıq, təhsil aldıq, xaricə üz tutduq. Ona görə də sən bizlərə xitab edə bilirsən sənin tracklarında özümüzü tapırıq. Uğurlar həyatında, işlərində, sənətində Orxan.! Çinarə xanıma da ayrıca ehtiram.!

  • @denizqafar
    @denizqafar Před rokem +686

    Valideyn davaları dəriyə hopmuş yaralar kimidir
    Ağrılar qalsa da keçmişdə,nəticə göz önündədir🖤

    • @xyallddinqz9670
      @xyallddinqz9670 Před rokem +28

      Çox təəssüfki bu bir gerçəkdi. Və çox təəssüfki övladlarmızı da bu ağrıdan bu yaralardan qoruya bilmirik...

    • @denizqafar
      @denizqafar Před rokem +12

      @@xyallddinqz9670 öz yaralarımızı sarayaq kı sonra övladlarımızda bizim keçmişimizi yaşamasınlar....

    • @ilahag
      @ilahag Před rokem +1

      💔

    • @denizqafar
      @denizqafar Před rokem

      @@ilahag 😐

    • @xyallddinqz9670
      @xyallddinqz9670 Před rokem +9

      @@denizqafar Heç istəməzdim övladlarım mənim yaralarmı yaşasın və tək əlimdən gəlıni deyil gücüm çatdığından qat qat artığını edirəm bunun üçün. Amma bəzən neynəsən də olmur çünki ailənin iki sütunu var atalar da anlar qədər qorumalıdı övladları bu yaralardan.... Bizim yaralarmızın sağalmağısa bir ömür yaşadığımız insana bağlıdı.

  • @farida8912
    @farida8912 Před 3 měsíci +3

    Zaman hec neyi gizletmir, zaman hec neyi saxlamir....

  • @aartchaos
    @aartchaos Před rokem +832

    Konsertdə gözü dolaraq canlı dinləyənlər...🤍

    • @stillwithyou_
      @stillwithyou_ Před rokem +65

      Konsertə gedə bilmədiyinə görə gözü dolanlar🥺

    • @NIko9394
      @NIko9394 Před rokem +8

      Konserte getdiyini bildirmedin heç.

    • @aartchaos
      @aartchaos Před rokem +15

      @@NIko9394 Məncə mahnını dinləyin, commentləri o qədər də ürəyinizə salmayın.

    • @humel90
      @humel90 Před rokem +7

      Konsertin olduğundan heç xəbərim yox idi 🤷 gəncliyim bu qrupun mahnıları ilə keçib, heyif, illər sonra canlı izləmək qismət olmadı ☹️

    • @ceyhunaaliyeva8101
      @ceyhunaaliyeva8101 Před rokem +5

      1:0 öndəyikk💙

  • @ayskeyserovskaya
    @ayskeyserovskaya Před rokem +145

    "Çətin idi özgəsindən qayğı tələb etmək"

  • @SadiqaSalahova
    @SadiqaSalahova Před rokem +288

    Zaman heçnəyi sağaltmır. Sadəcə insan zamanla hərşeyə öyrəşir..🎭

  • @fuad9481
    @fuad9481 Před rokem +285

    Bir insan necə bir həyat yaşasın ki bu qədər möhtəşəm bir track bəstələsin. Xüsusilə bu bənd.... Ölkəmdəki minlərlə gəncin demək istəyibdə deyə bilmədiyi cümlələr... Həqiqətən çətin idi, çox çətin..
    Gecədən qalma yaşı ilə səhər məktəbə getmək
    Çətin idi özgələrdən qayğı tələb etmək
    Çətin idi xoşbəxtlərin arasında qarışıb azmaq
    Çətin idi "Mənim ailəm" mövzusunda inşa yazmaq

    • @omarali9665
      @omarali9665 Před rokem +6

      Həqiqətəndə mükəmməl 👍👍

    • @xyallddinqz9670
      @xyallddinqz9670 Před rokem +6

      Eynən xüsulilə də qeyd etdiyiniz bənd😔

    • @Moren2012
      @Moren2012 Před 6 měsíci

      Bir sözle möhtesem ❤❤❤❤

  • @raxidaa
    @raxidaa Před rokem +126

    2:46 Bütün inşalardan 5 alırdım . Yeganə inşa idi ki həmin gün 2 almışdım. Hardan başlıyım nə yazım bilmirdim. Xoşbəxt başlanğıcları ayrılıqlı sonla tamamlamag istəmirdim. Bütün sinifin həvəslə yazdığı inşada mənim sakit qalmağım ədalətsizlik deyil ? İndi evə gedirəm , anamın hazırladığı yeməkdən yeyib , atamla günümün necə keçməsini müzakirə edəcəm. Hər şey düzəlib amma hələdə bir mahnının bir misrası bəs edir mənə xatırlamağa :) Övladlarınızın yaddaşında onlara travma qalmayacag həyat yaşadın. Sizdən geriyə böyük ümidlər bəslədiyiniz uşaglarınızda sadəcə xatirəniz qalacag .

  • @Vahid_Axundlu
    @Vahid_Axundlu Před rokem +206

    "Adam qayıdıb keçmişə yenidən böyümək istiyir"...

    • @gulnarquliyeva3213
      @gulnarquliyeva3213 Před rokem +14

      Özü də necə qayıtmaq istəyir, kaş qaytarmaq olardı keçmişi yenidən böyümək üçün kaş ki elə bir zaman maşını olardı, kaş ki ....

    • @MelahetMelahet-zd5uj
      @MelahetMelahet-zd5uj Před 4 měsíci

      Boyumemek😢

  • @JalaAslanova
    @JalaAslanova Před rokem +391

    Bu sunileşmiş dünyada sizin ifalarınız bize gerçəkləri xatırladır . Yaxşı ki sizlər kimi ifaçılar sənətçilər var .

  • @alberteinstein07n
    @alberteinstein07n Před 3 měsíci +16

    Replə muğam birləşəndə hər zaman möhtəşəm bir şey ortaya çıxır. Tək sözlə möhtəşəmm)))

  • @mamedoff.18
    @mamedoff.18 Před rokem +67

    "Uşaqlar var Valideyin əvəzi böyüyüb qardaşıyla"😶‍🌫️

  • @Myarkhe
    @Myarkhe Před rokem +135

    İçimdə nə illər əvvəl ki insan, nə də illər sonra olmaq istədiyim insan var.

  • @Kanansworld
    @Kanansworld Před rokem +139

    Çinarə Məlikzadəni ilk dəfə idi dinləyirdim, dünya səviyyəli canlı performans göstərdi. Konsertdən ən çox yadımda qalan bu ifa idi.

  • @elfidaaa1
    @elfidaaa1 Před rokem +20

    *Çətin idi "Mənim ailəm" mövzusunda inşa yazmaq..*
    *14.06.2023.*
    *16:58*

  • @ewanwictor
    @ewanwictor Před rokem +217

    İmkanım olsa konserlerini kaçırmam. Çok kaliteli bir sanatçısın.

  • @smrqurbanova6974
    @smrqurbanova6974 Před rokem +33

    Bu qədər şərhin içindən inanmıram mənim şərhim qarşına çıxa,oxuyasan amma beynimdəki səslər susmur, sənin eşqin dinmir İlkin.Alınmır olmur,bir insan hər şeydən mi əksik qalar?Ailədən,eşqdən,dostdan əksik qalarmı insan? Qalarmış... Bəzən insan öz uçurumda tək qalarmış özünü həyata bağlamaq üçün özü tutunarmış heç kimdən kömək almadan,heç kimə bağlanmadan tutunarmış.Bəzən ailədən görmədiyi sevgisini başqa birində axtararmış və dünyanın ən xoşbəxti sanarmış özünü,11 ay əvvələ qədər belə sanırdım.1 ilə az qalıb bax,indi tam anlamıyla həyatımda əksiklik hiss edirəm.Sən yoxsan,biz yoxuq İlkin.Sənin üçün çox darıxıram.Bir insanın yoxluğu həyatımda nə qədər dəyişiklik edərmiş?
    Niyə çıxdıq yola biz?Əgər yarı yolda buraxacaqdınsa niyə çıxdıq?Çox yalnız hiss edirəm özümü,kaş yanımda olardın etdiyin hər şeyə rəğmən yanımda olardın,İlkin.Olmadı.Alınmadı,Bacarmadıq biz...

    • @nazrynhadjizade
      @nazrynhadjizade Před rokem +7

      Küsme taleyindən o heçneyi etmir qesden

    • @zeilansss
      @zeilansss Před 6 měsíci +1

      🥹❤️‍🩹

    • @aytnbaxsaliyeva5668
      @aytnbaxsaliyeva5668 Před 6 měsíci +1

      Hardasa eyni hisləri 11 il yaşamiş biri var və hələdə bu əzabla yaşamağa davam edir..!

    • @Deniz_Murad
      @Deniz_Murad Před 6 měsíci +2

      Allah bəndəsinə kifayətdir! Allah tapan insanın heç bir insana ehtiyacı olmur.Allah üçün bir insan sevgisini tərk etmədikcə , insan üçün Allah sevgisini tərk etmisən deməkdir.

    • @S.A-fo8vk
      @S.A-fo8vk Před 5 měsíci +1

      Ümid edirəm indi çox yaxşısınız,Əsmər

  • @elfidaaa1
    @elfidaaa1 Před rokem +66

    Zaman heç nəyi gizlətmir, zaman heç nəyi sağaltmır.

  • @Pranga1
    @Pranga1 Před 10 měsíci +5

    Bir vaxt gələcək bu şərhlərimizin üstündə 4 il öncə 5 il öncə 10 il öncə yazılacaq..

  • @My.LiFe.My.Rules.25
    @My.LiFe.My.Rules.25 Před rokem +59

    Elə bir yaşa catmişiq ki, ne valideynlər,nə müəllimlər buraxdığımız səhvləri bizə başa salır.Artiq səhvlərimizə görə həyat bizi cəzalandırır...

  • @coshqunharunov7406
    @coshqunharunov7406 Před rokem +105

    İnsan zamanla hər çərçivəyə sığan varlıqdır 🕯

  • @tbrizdadasovxacmaz7531
    @tbrizdadasovxacmaz7531 Před rokem +84

    Kirpiyə döndüm.. Bu nə səs, bu nə sözlər,bu nə keyfiyyət...Möhtəşəm!..

  • @elsadhuseynov1295
    @elsadhuseynov1295 Před rokem +81

    Gözlərimiz Önündə Yaşlanan Sənətkar Orxan Zeynallı❤

  • @iammuju
    @iammuju Před rokem +6

    Doğulmaq yadımızdan çıxardığımız ilk addımdır
    Necə ki, qalmır yadda ilk öpüş, ilk laylalar
    Bir gün qabaq yox idin, bu gün isə həyatın var
    Heyif, olmur qoymaq şərt doğulacam, olsa qayğılar
    Axmamış yaş qədər təmiz qucaqda böyümək hissi
    Adam qayıdıb keçmişə, yenidən böyümək istəyir
    Biz axı göylərin sevən qəlblərə hədiyyəsi idik
    Onların yerinə bütün xoşbəxtliklərə “hə” deyəsi idik
    Zaman heç nəyi gizlətmir, zaman heç nəyi sağaltmır
    Zaman göstərir sən demə xoşbəxtlik biz olsaq artmır
    Biz bəzən şəfəqləri bitişdirib edirik parıltı
    Bəzənsə parçalanan qaya arasında son qırıntı
    Gözünü yum, qorxma bir azdan bitəcək səslər
    Küsmə talehindən o heç nəyi etmir qəsdən
    Azalacaq səslər, azalacaq səslər
    Valideyn sayi azaldıqca azalacaq səslər
    Dizimi qucaqlayıb dinlədim o səsləri
    Gözümü bağlayıb dinlədim o səsləri
    Yastıqlar gizlədəndə o səsləri
    Valideyn davaları dəriyə hopmuş yaralar kimidir
    Ağrılar qalsa da keçmişdə, nəticə göz önündədir
    Bu günü ən uzaq vaxtlardan, yapışacaq ayaqlardan
    Bu sevgili deyil ki, dərd verəndə deyəsən səhv özündədir
    Seçim olmur heç kimdə, kimsə doğulur çirk içində
    Kimsə nazir ailəsində, var-dövlət, mülk içində
    Kimsə son anda abort etməyən tək anayla
    Kimsə sevgi ocağında, həyatı bənzəyir bəlkə nağıla
    Analar var - qalıb baş-başa yadigar başdaşıyla
    Ömründən kəsib böyütdüyü övlad əvəz olunub başdaşıyla
    Uşaqlar var valideyn əvəzi böyüyüb qardaşıyla
    Doğmalaşıb artıq soyuq küçədəki hər daşıyla
    Gecədən qalma yaşı ilə səhər məktəbə getmək
    Çətin idi özgələrdən qayğı tələb etmək
    Çətin idi xoşbəxtlərin arasında qarışıb azmaq
    Çətin idi "Mənim ailəm" mövzusunda inşa yazmaq
    Dizimi qucaqlayıb dinlədim o səsləri
    Gözümü bağlayıb dinlədim o səsləri
    Yastıqlar gizlədəndə o səsləri
    Gələcək nəsillərə böyük nifrət bəsləyir

  • @turancelilsoy7583
    @turancelilsoy7583 Před 10 měsíci +13

    Əzizlərim, bu nə idi dinlədim ? Sizin kimi soydaşlarım olduğu üçün qürur duydum. İkiniz də möh tə şəm siniz ! VAR OLUN !

  • @tulip_mmdva
    @tulip_mmdva Před 6 měsíci +3

    Niyə çixdiq yola biz.....?🎞

  • @lovechuuya.
    @lovechuuya. Před rokem +13

    Valideyn davaları dəriyə hopmuş yaralar kimidir.
    Ağrılar qalsa da keçmişdə,nəticə göz önündədir:)

  • @zibasahkrimova278
    @zibasahkrimova278 Před rokem +16

    Küsmə taleyindən o heç nəyi etmir qəsdən.....🍂

  • @whoseinizs
    @whoseinizs Před rokem +15

    "Biz axı göylərin sevən qəlblərə hədiyyəsi idik
    Onların yerinə bütün xoşbəxtliklərə "hə" deyəsi idik"

  • @fairy7378
    @fairy7378 Před rokem +10

    Heçnə üçün yox bir gün valdeyinlərimi itirəcəyim ağlıma gələndə həyatım qaralır😞

  • @orkhanmammadov7175
    @orkhanmammadov7175 Před rokem +26

    Yenə qulaqdan yox damardan qəbul edirik)

  • @Aliyevsway
    @Aliyevsway Před 10 měsíci +5

    Haradandır ən ümidsiz vəziyyətdə bu qədər enerji?
    “Ən böyük ümidlər ən böyük ümidsizliklərdən doğur”

  • @light2838
    @light2838 Před rokem +5

    Orxan Salam, sən biz Azərbaycan gəncliyinə bəxş edilmiş bir nemətsən.

  • @xyallddinqz9670
    @xyallddinqz9670 Před rokem +8

    Kaş bu musuqidəki hər sözü hər kəlməni sümüklərmizə qədər sızlayaraq hiss etməyəydik...

  • @eltonzaki1566
    @eltonzaki1566 Před rokem +31

    Oysa ki, "böyük ümidlər" yaşamağa həvəs yaradırdı.. amma onlar indi nə yaşayır nə də ümidləri var..🥀

  • @raee0109
    @raee0109 Před 7 měsíci +6

    Bilmirəm sözə haradan başlayım, necə başlayım.. Hər şey o qədər qəribədir ki. İnsanlar 'uşaq' desə də, mən bu 18 il müddətində yaşadıqlarımı bəlkə də çox insan bu qədər qısa vaxtda yaşamayıb. Həyatda həmişə pis hadisələr olmur, düzdü. Amma yaxşı anlarım o qədər azdır ki, heç yadıma belə gəlmirlər. Bilirəm, mənim yaşadıqlarım heç kimin vecinə deyil, amma içimi sadəcə bura tökə bilirəm..
    Bu dünyaya göz açandan bəri, ailə problemləri ilə yaşamışam. Çoxları üçün bu normal gələ bilər, amma mənim üçün elə deyildi. Bu hər zaman olanlardan çox, çox fərqli idi. Mən də istəyərdim ailəm məni çox sevsin, qayğı göstərsin. Hər kəs kariyerası üçün çalışıb oxuyarkən, mən ən çox bu evdən qurtulmaq üçün çalışdım. Və buna nail oldum. Hər gün dərsə getmək üçün evdən çıxanda, hər zaman ilk bu mahnıya qulaq asırdım. Həmişə mənimlə eyni yoldan keçən ata və qızı olurdu. Nə vaxt onları görsəm üzlərində bir gülüş var idi. Qızın adətən gözləri parlayırdı atasına baxanda. Həmişə yolda belə valideyn və uşağını gördükdə həsət aparırdım. Mənim atam niyə belə deyildi? Mən nə günah işlədim ki, atamla aramızda bu cür bağımız olmadı? Və neçə-neçə buna bənzər suallar.. Amma heç vaxt buna görə özümü günahlandırmadım. Həmişə atamla vaxt keçirməyə çalışdım. Amma alınmadı. Həqiqətən valideyn yaraları dəriyə hopmuş yaralar kimidir.
    Sevdiyim bir oğlan var idi, ilk dəfə sevgini onunla yaşamışdım. Atamda görmədiyim sevgini onda gördüm. Ona sığındım. Ad günüm olan gün əsgərliyə gedəndə necə ağladığımı bir mən bilirəm.. Amma onunla da atama görə əlaqəmi kəsdim.. Hələ də unutmamışam, unuda bilmərəm. Ondan sonra heç kimlə danışmadım. Bu ay qayıdacaq, çox istəyirəm onu görüm. O qədər darıxmışam ki. Qoxusu, gülüşü, gözləri üçün..
    Evdə hər gün dava-dalaş, qab qırılma səsləri.. Bu səslərdən uzaq olmaq üçün səhər tezdən dərsə gedirdim, 2 dərsim olsa da mən 3 cü dərsdə boş otururdum, kitab oxuyurdum. Sırf evə gec getmək üçün. Dizimi qucaqlayıb, gözümü bağlayıb dinləyirdim o səsləri. Yolda, metroda, avtobusda gözlərim dolanda özümü saxlayırdım. Hamıya güclü görünməyə çalışırdım, həmişə gülərüz idim, amma nə fayda? Çox duyğusal idim, bircə kəlməyə belə ağlayırdım. Bir neçə dəfə int!har etmək fikrinə düşdüm. Amma anam var idi. Taleyimə küsmədim, bu da bir imtahandır deyib səbr elədim. Amma son zamanlar çox yorğun hissedirəm. Artıq ağlaya bilmirəm, duyğularım sönüb sanki. Həmişə hər yerdə parlayan, zarafatları ilə insanları güldürən o qız yoxdu daha. Bəzi insanlar indiki zamandan bezib uşaq olmaq istəyir. Mənim uşaqlığım belə yaxşı keçməyib. Ona görə də indi çalışıb içimdəki uşağı öldürməməyə çalışıram. Çox şey istəməmişdim. Sevgi istəmişdim. Sadəcə sevgi, qayğı. Amma "çətin idi özgələrdən qayğı tələb etmək."

    • @dnizsahil4872
      @dnizsahil4872 Před 6 měsíci +1

      Sevdiyiniz oglan əsgərlikdən gəldi? Əgər oda sizi sevirsə çalışın heç kimə görə sevdiyinizdən ayrılmayın .Hələdə atanıza gorə heç ayrılmayın .Çox istərdimki uşaqlıgınızda yaşaya bilmədiyiniz xoşbəxtliyi sevdiyinizlə gələcəkdə uşaqlarınızla yaşayasınız

    • @raee0109
      @raee0109 Před 6 měsíci

      ​@@dnizsahil4872 Aha gəlib, yanvarın 10'da. Ad günümdə yazdı, nə üçün ayrıldığımı dedim, barışdıq. Görüşdük, inanırsınız o qədər darıxmışdım ki.. Çox xoşbəxtəm🥺 Diqqətiniz üçün təşəkkür edirəm 💕

    • @raee0109
      @raee0109 Před 6 měsíci

      ​@@dnizsahil4872 Aha, yanvarın 10-u gəldi. Ad günümdə yazdı, olanları danışdım anlayışla qarşıladı. Barışdıq, görüşdük. İnanırsınız o qədər darıxmışdım ki..🥺 indi çox xoşbəxtəm. Diqqətiniz üçün təşəkkür edirəm 💗

  • @cefer0vh_
    @cefer0vh_ Před rokem +14

    Bu sözləri gözünüzü bağlayıb təsəvvür edin ciddən gözümüzün önünə gəldikcə göz damlasının axması imkansızdı...
    Gözümü bağlayıb dinlədim o səsləri
    Dizimi qucaqlayıb dinlədim o səsləri
    Yastıqlar gizlədəndə o səsləri

  • @seyfullahqeybullayev3452
    @seyfullahqeybullayev3452 Před rokem +17

    Zaman heçnəyi gizlətmir, zaman heçnəyi sağaltmır ) gizlətdiyin acılar bir gün mütləq ortaya çıxar 1:12

  • @lemancavadva
    @lemancavadva Před rokem +153

    "Əsl Orkhan Zeynallı fanatı gündə 1 dəfə yaraşır dinləməlidir" demişdi,sayın hesabın itirmişəm..

  • @orxanbayramli1934
    @orxanbayramli1934 Před rokem +7

    Kiçik yaşda yaşadıglarımız boyudukcə canımızdan min əziyyətlə çıxır.yaşa doldugca daha agrılı olur...

  • @ulkerquliyeva3332
    @ulkerquliyeva3332 Před rokem +5

    Qaranlığa çəkilib.Otağın bir küncündə Çarəsiz yerə çöküb dizimi qucaqlayib ağladım....😔😔😔

  • @suleymanaliyev2588
    @suleymanaliyev2588 Před rokem +7

    Əzizim Orxan, bu mesajı oxuyarsansa bilməni istərəm ki, uşaqlığımın potensial təməlini və mövzuya, dünyaya baxış bucağımı dəyişdirən ilklərdənsən. Səni və dəyərlimiz Elxanı hər zaman düşüncəmdə və xatirəmdə ruhuma əmanət tək qoruyub saxlayacam. Bir vaxt track'lərində deyərdin mən böyümüşəm.. indi mən böyümüşəm, sən yaşlanmısan gənc adam! ❤

  • @ismayiladiyevv
    @ismayiladiyevv Před rokem +13

    Orxan bəyin mənalı, düşündürücü sözləri və Çinarə xanımın gözəl səsi, xatirədir mahnısı ilə ..bir sözlə möhtəşəm

  • @anarsam
    @anarsam Před 8 měsíci +1

    Analar var - qalıb baş-başa yadigar başdaşıyla
    Ömründən kəsib böyütdüyü övlad əvəz olunub başdaşıyla
    Uşaqlar var - valideyn əvəzi böyüyüb qardaşıyla
    Doğmalaşıb artıq soyuq küçədəki hər daşıyla
    hansi seviyye dili mukemmel bilesen, heyati derk edesen, dunyani hiss edesen, insan olasan ki bele track yaradasan
    Sehid analari yadima dusdu, Sehid usaqlari... 🙁

  • @ilduzemammadli8768
    @ilduzemammadli8768 Před rokem +41

    Bütün keçmiş geleceyi sizin mahnılarda tapmaq💙

    • @mahir.02
      @mahir.02 Před rokem +2

      Mahnilardan çixmaq lazim həyata davam elemek lazimdi...

    • @ilduzemammadli8768
      @ilduzemammadli8768 Před rokem +2

      @@mahir.02 siz demesez bilmirdim:) təşəkkürlər

    • @mahir.02
      @mahir.02 Před rokem +2

      @@ilduzemammadli8768 xosdur gözel insan

  • @Refiqe_MHR
    @Refiqe_MHR Před 4 měsíci +3

    Bu parçanı hər dəfə kiməsə tövsiyə edəndə özüm də gəlib bir daha dinləyirəm... Şedevr, ah əziz xatirələrim.💜

  • @user-xt1wy8be7z
    @user-xt1wy8be7z Před 10 měsíci +6

    Mənim ailəm haqqında inşa yazmaq yarımçıq ailələrdə, atasız evlərdə böyüyən usaqlarçün çox çətindi...

  • @Mirmehemmedd
    @Mirmehemmedd Před rokem +3

    bu nəydi ala Çinarenin sesi çoxxxxxxx zorduda cingildiyire❤ Orxan Zeynallida Boss❤

  • @ekremmelikov8972
    @ekremmelikov8972 Před rokem +10

    Evimdə belə gözlərim dola-dola dinlədim..

  • @melekmuradli5215
    @melekmuradli5215 Před rokem +10

    Biz axı göylərin sevən qəlblərə hədiyəsiydik🥺❤️

    • @isgenderlisabit
      @isgenderlisabit Před rokem

      İmkan ver paylaşılsın da😂

    • @melekmuradli5215
      @melekmuradli5215 Před rokem

      @@isgenderlisabit ömrümdə ilk dəfədir ki hansısa comentdə ilk oluram. Dayan da bir 😂

  • @gunay-wt6pc
    @gunay-wt6pc Před rokem +4

    Çinarə xanıma gözəl layihələr lazımdır

  • @pedaqoqnusabesahverdiyeva4836
    @pedaqoqnusabesahverdiyeva4836 Před 4 měsíci +2

    Bütün konsertlərin may ayında olması…🩵

  • @sakinazadeh
    @sakinazadeh Před rokem +3

    Valideyn davaları dəriyə hopmuş yara kimidir....

  • @Sevda884
    @Sevda884 Před rokem +9

    İşdə qulaq asmaq və hamıdan göz yaşlarını gizlətməyə çalışmaq…😢

  • @serxanmusa1926
    @serxanmusa1926 Před rokem +11

    və yenə də anladığımızı zənn edərək dinlədiyimiz amma illər sonra tamam fərqli anlayışla dinləyəcəyimiz bir musiqi daha girdi həyatımıza.

    • @elmira.n30
      @elmira.n30 Před 11 měsíci

      tam olarag qeyd etmək istediyim fikri söylediniz..

  • @vusalqurbanov5824
    @vusalqurbanov5824 Před rokem +5

    Xatirədir Alim Qasımovun oxuduğu kimi hec kim oxuya bilməz😢

  • @ulviyyeyusifli
    @ulviyyeyusifli Před rokem +12

    Bu tracki belə dərindən anlamaq istəməzdim.🖤

  • @Iconiic777
    @Iconiic777 Před rokem +2

    Çinarəon səsi sanki acılar içində çırpınan bir dəryanın dalğaları, Orxanın sözləri bu dalğalarda çırpınan bir qayıqdı sanki....

  • @arzuhuseynova-su8lf
    @arzuhuseynova-su8lf Před měsícem +1

    Çoxx təssüf, zaman heç nəyi sağaltmır.... 😢😢

  • @aydanletifli2800
    @aydanletifli2800 Před rokem +2

    Hər gün qulaq asmasam bu mahnıya olmur

  • @madinasadig
    @madinasadig Před rokem +10

    Biz axi göylərin sevən qəlblərə hədiyyəsi idik 🤍

  • @user-ti4ft5cj8v
    @user-ti4ft5cj8v Před rokem +4

    Valideyn itirdikcə uşaqlıq bitirmiş...səslər xatirələrdə,şəkillər dumanlar içində qalırmış...😔

  • @Y_T_Huseynzade
    @Y_T_Huseynzade Před rokem +52

    Hər zaman ki, kimi anılarımızı sizinlə anırıq. Mükəmməl ötəsi❤

  • @Lala-mu6ep
    @Lala-mu6ep Před rokem +7

    Qarşıma hər hansı bir qəza, ölüm və ya şiddətlə bağlı məlumat və ya videolar çıxdığında özümdən asılı olmadan özümü o hadisənin içərisində tapıram. O anı yaşadığımı təsəvvür edərkən tapıram özümü..
    Çox qəribədir.. O an, o insanın orada hansı hiss və düşüncələrlə qarşılaşdığını bilmək, nə hiss etdiyini anlamaq istəyirəm..
    Həmin anlarda, ölümü hiss edirəm.. Əslində sadəcə bir nəfəs uzaq olduğunu dərk edirəm və bu çox ağır gəlir bəzən.
    İlk baxışdan sadə bir empatiya kimi görünsə belə, insanı psixoloji olaraq çox yoran bir haldır.
    Çox yox, sadəcə 5-10 dəqiqə əvvəl bir ölüm xəbəri ilə daha qarşılaşdım. 23 yaşında, motosikletlə qəza keçirib və vəfat etmiş biri..
    Ölümündən saatlar əvvəl paylaşım edib, rəyləri cavablayıb, gülüb, əylənib..
    1 gün öncəsində bir paylaşımı daha var.. Hansı ki, o videonu çəkərkən xəbərsiz idi son gününü yaşadığından..
    Bu hiss.. Bu hiss çox ağır və qəribədir.
    Sadəcə təsəvvür edin, bəlkə də bu gün sizin də son gününüzdür
    Mən deyəsən bunu heç vaxt dərk edə bilməyəcəm..

  • @xyallddinqz9670
    @xyallddinqz9670 Před rokem +20

    Dinləndiyində yaşatdığı duyğular sözlə ifdə olunmayacaq qədər mükəmməldir. Bu qədər süniliyin ucuzlaşmış (sənətlərin) və dünyanın başına dayanmadan dövrə vuran yalanların içində nə yaxşı ki gerçəksiz nə yaxşı ki varsız hər zaman var olun!❤️

  • @shahinmirzelizade6156
    @shahinmirzelizade6156 Před rokem +14

    Bu adam əfsanə 💜💜

  • @nuray7712
    @nuray7712 Před 6 měsíci +2

    Həqiqi mənada o qədər gözəl bir ifadır ki, sözlərdə elə balaca mesajlar var ki.. Çox gözəl və duyğu yüklü olan bir mahnıdır. Orkhan Zeynallının mahnıları mükəmməldir.

  • @S.A-fo8vk
    @S.A-fo8vk Před 6 měsíci +3

    Küsmə taleyindən o heç nəyi etmir qəsdən🦋💙

  • @Okeanemlak
    @Okeanemlak Před rokem +5

    Mukemmel insanlari arasdirsaniz en cetinlerin icinden cixib
    Cetinliklerden qorxmayin
    Sevin o gunleri severek yasayin cunki duzgun aldiginiz dersler sizi MUKEMMEL EDECEK!

  • @syyadramazanov9980
    @syyadramazanov9980 Před rokem +2

    Çinarə😳😳😳😍🖤🖤🖤

  • @nese7193
    @nese7193 Před 11 měsíci +3

    Bir Azerbaycan Türk'ü tanıdım. Ve bu benim için bir ayrıcalık gibi 🤍

  • @mahuseynejderov9883
    @mahuseynejderov9883 Před rokem +9

    Allah butun dunyadan kocen valideynlere rehmet elesin.qalanlara can sagliqi uzun omr qismet elesin allah hec bir evi valideynsiz qoymasin❤️

  • @sebinenagiyeva9000
    @sebinenagiyeva9000 Před rokem +4

    Çinarə Məlikzadəəə , əlasızz...

  • @rabill17.
    @rabill17. Před rokem +9

    Ümid deyə bir şey yoxdu, acı həqiqətlər və bunlarla barışa bilməyənlər var..)#R

  • @umidsizarzular151
    @umidsizarzular151 Před 9 měsíci +4

    Cetin idi menim ailem movzusunda insa yazmaq😔

  • @alicewonderland9971
    @alicewonderland9971 Před 6 měsíci +1

    Mükəmməl..

  • @user-xf8mr4pl6l
    @user-xf8mr4pl6l Před 6 měsíci +1

    mukemmel 👏🏻

  • @asadzadee8218
    @asadzadee8218 Před rokem +6

    Doğrular üzümüzə şillə kimi deyir hər sətirdə 😢😢😢

  • @ogtayshixmammadov7043
    @ogtayshixmammadov7043 Před 6 měsíci +1

    Möhtəşəm, çox möhtəşəmdir... 😢😢

  • @_Haciyeva__
    @_Haciyeva__ Před rokem +13

    Gözlərim dolaraq dinlədim 🥲 Çox söz var yazilası amma bəzən hisslerimizi ifadə edəcək cümlə tapa bilmərik.Yaşanmışlıqları,içimizdəkiləri cümlələrə sığdırmaq olmur ..🍂🖤

  • @shabnamcafarova5242
    @shabnamcafarova5242 Před rokem +12

    Sözlər sadəcə bir dəryadır, acı həyatın gözardı etdiyimiz gerçəkləri var kəlmələrdə😢

  • @familmustafayev6316
    @familmustafayev6316 Před 3 měsíci

    Filmi də möhtəşəm filmdir. Böyük ümidlər. Musiqisi isə həqiqətən şedvr musiqidir. Adamın ruhunu dinləndirir.

  • @user-ov7gl1rm9f
    @user-ov7gl1rm9f Před rokem +4

    Bu cur senetcilere destek olun ey azad insanlar ey azadliqda olanlar ) 10 ilin mehbusundan bir tovsiye qardash yana 🤗❤️

  • @ceyhunallahverdiyev2028
    @ceyhunallahverdiyev2028 Před rokem +3

    Bəlkə bir gün...

  • @lamanabbas
    @lamanabbas Před rokem +5

    Ağrılar qalsa da keçmişdə nəticə göz önündədir.

  • @zhrammmdova2894
    @zhrammmdova2894 Před rokem +9

    Mükəmməl performans..Çinarənin ifası möhtəşəmm🥺.Halal olsun sənə dağlı qızı❤

  • @gulsenmemmedova3386
    @gulsenmemmedova3386 Před 7 měsíci +1

    Xanimin sesi efsaneeee❤

  • @sahileyusif3896
    @sahileyusif3896 Před rokem +9

    Canlı dinləmişdim bunu konsertdə və ağlamışdım….😞

  • @elxanbodurov2333
    @elxanbodurov2333 Před rokem +3

    Möhtəşəm

  • @nurlanahesimova2395
    @nurlanahesimova2395 Před rokem +8

    Musiqi, tar, ifacılar hamısı möhtəşəm ifa ediblər 👍Afərin

  • @omarnazarzada
    @omarnazarzada Před rokem +31

    Səsinizin verdiyi o gözəl hisləri ifadə etmək mümkün deyil, gözəl insan. Sizintək insanlar, bu dünyaya vergidir, həqiqətən. Səsinizin, ritminizin cana bəxş etdiyi rahadcılığ var, bunun üçün əbədi zirvədəsiniz siz. Dahada böyük yerlərə, Orxan Əmi. 🖤👑

  • @lailamustafa6105
    @lailamustafa6105 Před 2 měsíci

    Bədənim biz-biz, qəlbimdə sancı, gözlərimdə yaş dinlədim

  • @guligarayeva
    @guligarayeva Před rokem +13

    15 mayda canlı dinləyəndə kaş ki bu versiyası da yayımlansın demişdim çox möhtəşəmdir!!!! ❤‍🩹

  • @lovechuuya.
    @lovechuuya. Před rokem +5

    Bəzən yastıqlar o səsləri gizlədə bilmir.Ömrümün sonuna qədər beynimin içində həmin anlar səslənəcək.Yastıqlar gizlədə bilsəydi,hər şey daha yaxşı olardı?Bəlkə də

  • @esmerisayeva3017
    @esmerisayeva3017 Před 3 měsíci

    Nece menali yazir . Yaralarimiz cox derindi 😢

  • @_moon_crown_
    @_moon_crown_ Před rokem +8

    Siz həmişə yadda qalacaqsız....Orxan Zeynalli....❤

  • @Lamiy-uq3wg
    @Lamiy-uq3wg Před rokem +2

    Bu mahniya qulaq asmayan çox sey itirer qulaq asanlar artıq herseyini itrib💔

  • @mahir.02
    @mahir.02 Před rokem +3

    Orxan zeynalli emin oglu Elxan Zeynallini sebirsizlikle gozleyirəm illərdir oxudugu mahnilari bu gunde dinleyirem ... Və inşAllah ki geri donər

  • @mustafacehyan
    @mustafacehyan Před rokem +2

    Bu konsere gitmisdim.Nedense cocuklugum aklima geldi bu sarkida ve cidden sevdiginden degilde senden ayri olanlardan sevgi beklemek ne zor bir sey bu sarkida daha iyi anlamisdim.

  • @fuadyahyazade
    @fuadyahyazade Před rokem +6

    Adamı qayıdıb keçmişə yenidən böyümək istəyir..necə də ürəyimizdən xəbər verirsən ❤