Orkhan Zeynalli - Məni Xatırla (Live)

Sdílet
Vložit
  • čas přidán 26. 08. 2024
  • Orkhan Zeynalli-nın “Məni Xatırla” trekinin canlı ifası.
    Orkhan Zeynalli-ya CZcams-da abunə ol: mikpro.az/ozey...
    Orkhan Zeynalli sosial şəbəkələrdə:
    Facebook: mikpro.az/ozey...
    Instagram: mikpro.az/ozey...
    Genius: mikpro.az/ozey...
    Orkhan Zeynalli rəqəmsal platformalarda:
    Keçid: mikpro.az/ozey...
    Bu videonun bütün hüquqları "mikpro” MMC tərəfindən qorunur. © 2023
    Etiketlər:
    #OrkhanZeynalli #MəniXatırla #mikpro

Komentáře • 320

  • @orkhanzeynalli
    @orkhanzeynalli  Před 9 měsíci +378

    Hər dəfə məhz bu videoya, bu mahnıya qayıdanlar, çox dəyərlisiniz❤️

  • @K.Salayev
    @K.Salayev Před rokem +574

    Bir vaxtlar “Yadımda deyilsən” deyən Orxan indi “Məni xatırla” deyir!

  • @rahilzulfuqarl6645
    @rahilzulfuqarl6645 Před rokem +262

    Yenə 10 yaşındayam, 5 iyun yığılmışıq parkda
    Baxıram kənardan öz ad gününü qeyd eləyən Orxana asta
    Asta baxıram ki, tanımasın, birdən tanıyar qorxar
    Necə saf cizgilərin var imiş, niyə belə dəyişdin, Orxan?
    Yenə 13 yaşındayam, iyunun sonu, Mərkəzi Univermaq
    Dostumuza hədiyyə seçirik, bu qədər dost, bu qədər doğma
    Bu qədər şən, zarafatcıl, dosta görə can yandıran oğlan
    Hara getdi bu qardaşlıqlar, niyə belə dəyişdin, Orxan?
    Yenə 15 yaşındayam məktəbin damında səhərə yaxın
    İllər keçəcək, amma bir də olmayacan Allaha bu qədər yaxın
    20 yaşındayam, gözlərim yol çəkir, inanıram çox sevənim var
    Çoxunun ürəyinin içindəyəm, niyə belə dəyişdin, Orxan?
    Bu gün 30 yaşındayam, heç dəyişməmişəm əslində
    Bu soyuq körpüdə həyat hönkürər, həyat bəhs edər ölümün əksinə
    Bir daha düşünüm, dərin nəfəs alım, bir daha bərk durum
    Əlimdə son damla cəsarət və ilk vəda məktubu
    Məni xatırla...
    Mahnılarım silinməsin qoy yaddaşından
    Məni xatırla...
    İstəməzdim bəlkə bu qədər erkən daş olmaq
    Bu qədər günahı kim dedi bir “bağışla” silər?
    Məzarıma qoyduğun dodaq boyasını bir payız günü yağışlar silər

    • @khayalapoladova
      @khayalapoladova Před rokem +10

      Kim dedi bu qədər günahı bir bağışla silər 😊

  • @tomris
    @tomris Před rokem +58

    Of! Tüklərim biz-biz! 🥺

    • @SHAH_762
      @SHAH_762 Před 6 měsíci +1

      Ooo, sənətkar, siz də burdasız..🌹🤍

  • @namigdadashov829
    @namigdadashov829 Před rokem +30

    Yenə 10 yaşındayam, 5 iyun, yığılmışıq parkda
    Baxıram kənardan, öz ad gününü qeyd edən Orxana, asta
    Asta baxıram ki, tanımasın
    Birdən tanıyar, qorxar
    Necə saf çizgilərin var imiş
    Niyə belə dəyişdin, Orxan?
    Yenə 13 yaşındayam
    İyunun sonu, mərkəzi univermaq
    Dostumuza hədiyyə seçirik
    Bu qədər dost, bu qədər doğma
    Bu qədər şən, zaraftcıl, dosta görə can yandıran oğlan
    Hara getdi bu qardaşlıqlar, niyə belə dəyişdin, Orxan?
    Yenə 15 yaşındayam, məktəbin damında, səhərə yaxın
    İllər keçəcək, amma bir də olmayacam Allaha bu qədər yaxın
    20 yaşındayam, gözlərim yol çəkir
    İnanıram, çox sevənim var
    Çoxunun ürəyinin içindəyəm, niyə belə dəyişdin, Orxan?
    Bu gün 30 yaşındayam, heç dəyişməmişəm əslində
    Bu soyuq körpüdə, həyat hönkürər, həyat bəhs edər, ölümün əksinə
    Bir daha düşünüm, dərin nəfəs alım, bir daha bərk durum
    Əlimdə son damla cəsarət və ilk vida məktubu
    Məni xatırla, mahnılarım silinməsin qoy yaddaşından
    Məni xatırla, istəməzdim bəlkə bu qədər erkən daş olmaq
    Bu qədər günahı kim dedi, bir "bağışla" silər?
    Məzarıma qoyduğun dodaq boyasını, bir payız günü yağışlar silər. (x2

  • @hashimalakbarov1090
    @hashimalakbarov1090 Před rokem +45

    Anladım ki, mahnılarım bəzən son çarəm,
    “Məni Xatırla” trekiylə tavana taxanda bir ip.. 🎵

  • @LCE579
    @LCE579 Před rokem +168

    Konsert mənə çox təsir etdi... bütün cavanlığım gözümün önündən keçdi... Təşəkkürlər O.Zeynallı...

  • @diepolad
    @diepolad Před rokem +36

    İlk qulaq asdığım vaxt yadıma düşdü, ağlımdakı gic-gic fikirlərlə Xırdalan küçələrində ağladığım vaxt

  • @Xalid_veli
    @Xalid_veli Před rokem +48

    Bele içden, emosional oxunan canli ifa yeqinki coxlarimiz dinlememişdik

  • @feridenesirli5225
    @feridenesirli5225 Před rokem +65

    Canlı olaraq bu mahnını eşitmək.... Unudulmaz andır

  • @maqsudosmanli2794
    @maqsudosmanli2794 Před rokem +59

    Ən öndən bu çıxışa canlı şahid olmaq…. O qədər təsirli idi ki, çəkmək belə yadımdan çıxdı. Beləsi daha gözəldi, o an anı yaşadım sadəcə….
    Respect, Orxan

  • @Eyvazzzli
    @Eyvazzzli Před rokem +78

    Konsert versiyası gəlməli idi 😍. Bu emosiya trackin nece ürekden yazildigina şahiddir. Konsert üçün isə çox sağ ol Orxan. Hər bildiriş gələndə qulaq asacam və səni xatırlayacıq 🎹💎

    • @nigarmanjanova6594
      @nigarmanjanova6594 Před rokem

      P😢 0:00 0😊 0:00 😢😊🎉 0:😂😂❤😮😂😂😂😂😢😂😂😂❤😂😂😂 0:00 😂 0:00 ❤😂😢😂😂🎉🎉🎉00 0:00 😢😅😅🎉❤😢m❤😮😮
      😮🎉

  • @totovadede7728
    @totovadede7728 Před rokem +7

    " Orxan " müraciəti hər kəsin içindəki öz "eqo"sunun timsalıdır.
    Bu qədər melanxoliyanı necə daşıya bilirsən ?
    Sevilirsən . RESPECT

  • @egojafarov4526
    @egojafarov4526 Před rokem +9

    Bəlkə nəvaxtsa bu mahnıya qulaq asarsan , Səni Heçvaxt Unutmadım Xatirələrlə birlikdə silinməzlərdəsən...(( Sənsiz 3 il keçdi "Ayan 🥀

  • @aynurmammadova5703
    @aynurmammadova5703 Před měsícem +1

    İlk dəfədir dinləyirəm. Hönkürtü ilə ağladım. 😢

  • @stillwithyou_
    @stillwithyou_ Před rokem +20

    Göz yaşlarim dayanmir bu mahnida. Yaxşiki varsan Orxan. Və unutma sən heç dəyişmədin.

  • @turanaalieva4129
    @turanaalieva4129 Před rokem +65

    Gəncədə verdiyin unudulmaz konsert üçün təşəkkürlər sənə, uğurlar hər zaman sənə.

    • @orxanniftalyev6497
      @orxanniftalyev6497 Před rokem +4

      Və bu konsertə gəlməyi bəlkədə hər kəsdən çox istəyib ama gələ bilməyən bir ədəd Mən((((((.......

    • @ZeynebMunzevi
      @ZeynebMunzevi Před rokem

      ⁠@@orxanniftalyev6497 və mən 😔

    • @rizvanrcbli4319
      @rizvanrcbli4319 Před rokem

      Şanslı idim ki iştirak etdim

  • @azepubgmobile9787
    @azepubgmobile9787 Před 5 dny +1

    Yeni konsert ne vaxt olsa mən orda olacam ❤

  • @nicataliyev950
    @nicataliyev950 Před rokem +15

    nəqarətin israrla təkrarı qəlbimi titrətdi❤

  • @Kelbecer_qartalı
    @Kelbecer_qartalı Před rokem +131

    HOST unudulmaz unudulmayacaq Qaraqanın qayıdışını gözləyən HOST-çular var hələdə

    • @mehdimehdizade-8669
      @mehdimehdizade-8669 Před rokem +1

      Qaraqanin harda olduqu ne is gorduyu bilinmir?

    • @SevdaBaku
      @SevdaBaku Před rokem

      ​@@mehdimehdizade-8669amerikadadır

    • @babalazimov9276
      @babalazimov9276 Před rokem +4

      Qaraqanı da yenidən səhnədə görmək ümidi ilə.Bravo Orxan ,sən möhtəşəmsən

    • @SevdaBaku
      @SevdaBaku Před rokem +2

      @@babalazimov9276 ++elxanla ikisi bir yerdə nə gözəl tracklar yaradardılar 🥲

    • @Kelbecer_qartalı
      @Kelbecer_qartalı Před rokem

      @@SevdaBaku Qaraqan qayıtmayacaq ona verilın bir misyaydı herinə yetirdi və getdi

  • @SevinjShabanova
    @SevinjShabanova Před rokem +22

    Kaş canlı dinləyə bilsəm... Super ❤

  • @raulsfamily7250
    @raulsfamily7250 Před rokem +4

    İstəməzdim bu qədər erkən daş olmaq😥❤

  • @AbbasovaNuray
    @AbbasovaNuray Před rokem +19

    Bu track'in yeri ayrıdı.. Məni Xatırla...💙

  • @qrbnvsr
    @qrbnvsr Před rokem +14

    Bu trek şedevrdi… ❤

  • @rabill17.
    @rabill17. Před rokem +10

    Məni xatırlamasanda inanıram ki, sevgimi qabağına hər səhv biri çıxanda xatırlayacaqsan...#R

  • @Kenanazimli
    @Kenanazimli Před rokem +27

    Bu mahnı sənin üçün şəxsi və doğmadır Amma səndə bizim hər kəsdən gizlətdiyimiz göz yaşımız və dərd ortağımızsan.

  • @qarayevaelmira3003
    @qarayevaelmira3003 Před 9 měsíci +3

    Baxdıqım hər üzdə onun sifətini, aldıqım nəfəsdə onun ətrini axtarıram😣 Bu musiqini dinləyərsə əgər ona sözüm Xatırla! (Mircəlal)

  • @efsanemehemmedli4580
    @efsanemehemmedli4580 Před rokem +5

    14 may bunu necə içdən oxuduq heç vaxt unutmayacam 💙

  • @nermintarverdiyeva8376
    @nermintarverdiyeva8376 Před rokem +8

    Bir saat evvel buna playlistimde dinlemisdim😮

  • @ilhamsuleymanli6075
    @ilhamsuleymanli6075 Před rokem +6

    Mən o konserti hər zaman xatırlayacam. Məni xatırlamasa bu dünyada...

  • @gunayallahverdi3412
    @gunayallahverdi3412 Před 11 měsíci +3

    Yenə konsertdə yaşadığım o mükəmməl hisslər yad etdi məni…Arada yuxuma gəlirsən Orxan çox sağol bu çətin dünyama işıq olduğun üçün

  • @elvinadgozlov2355
    @elvinadgozlov2355 Před rokem +12

    Çox emosional oxuyub👍🏻

  • @useerrali
    @useerrali Před rokem +11

    Məzarıma qoyduğun dodaq boyasını
    Bir payız günü yağışlar silər..🖤🍷

  • @arzu_poladova
    @arzu_poladova Před rokem +21

    Mükəmməl ifa. Möhtəşəm Səs. Hər şeyi o qədər gözəl anlatdınki. Hər zaman varOl. VarOl ki, mahnılarınla həyata tutuna bilək🖤

  • @JavidGAME
    @JavidGAME Před rokem +11

    Nə qədər dəyərlər var bu mahnıda. Təşəkkür Orxan.

  • @Sabina.m7
    @Sabina.m7 Před 7 měsíci +2

    Niyə bu qədər möhtəşəmsiz axı?💙

  • @vuqareliyev6096
    @vuqareliyev6096 Před rokem +4

    Sen bir canli EFSANESEN daim var ol Orxan Zeynalli 🙏🙏🙏

  • @ZulfuqarKarabin
    @ZulfuqarKarabin Před rokem +5

    Kim dedi bu qədər günahı bir bağışla silər 😔🚬

  • @dilbragayeva6211
    @dilbragayeva6211 Před rokem +4

    Hər şey bir mahnıda bu qədərmi anlatıla bilər... Mükəmməl ifa

  • @Pulqazanc
    @Pulqazanc Před rokem +5

    Bu necə ürəkdən məni xatırladır ❤

  • @benovsem7378
    @benovsem7378 Před rokem +5

    Dinləmədən ilk commenti yazım. Darıxmışdıq sizin üçün. ❤

  • @agshinhashimli0111
    @agshinhashimli0111 Před rokem +2

    heç istəməzdim bu qədər erkən daş olmaq😢😢😢

  • @nhedits5654
    @nhedits5654 Před rokem +4

    Yene mükemmel bir track trendlerde deyil...🥀

  • @bulfzgulqdmoglu5182
    @bulfzgulqdmoglu5182 Před rokem +5

    Məni xatırla. yenə möhtəşəmsiz Orxan ❤Artıq cümlələr belə yeterli deyil,nə desek azdı həqiqətən. Yeni uğularınızı səbirsizliklə gözlüyürük😍

  • @tunzalejafarquluyeva8140

    Orxan Zeynallıya qulaq asan çox şey itirib.Qulaq asmayan isə onsuzda hər şeyi🤍

  • @carcrash2239
    @carcrash2239 Před rokem +7

    Konsertinə gedə bilmədim. Çox istərdim ki, konsertin tam varsiyası çəkilibsə paylaşasınız, canlı ifanı eşidib o gözəl hissləri yaşayaq

  • @nazrynhadjizade
    @nazrynhadjizade Před 9 měsíci +3

    Meni xatirla..

  • @YasmnGulmalyeva
    @YasmnGulmalyeva Před 7 měsíci +2

    Rəfinin xatiresi ❤ meni xatırla

  • @mehdicavadli7772
    @mehdicavadli7772 Před rokem +3

    illər keçəcəy birdə olmuyacam allaha bu qədər yaxın❤

  • @nurayalizade_02
    @nurayalizade_02 Před 8 měsíci +3

    İstəməzdim bəlkədə bu qədər ərkən daş olmaq...!!

  • @kamranmammadli235
    @kamranmammadli235 Před 10 měsíci +4

    Back vocalist çox ela iş çıxarıb mahnının tesirini en az x10 ede bilib. Xanımın adını bilen varsa bildirsin zehmet olmasa.

  • @Narminfood
    @Narminfood Před rokem +14

    Bugün 30 yaşındayam. Heç dəyişməmişəm əslində. Bu soyuq körpüdə həyat hönkürər, həyat bəhs edər ölümün əksinə.
    Əlimdə son damla cəsarət və ilk vəda məktubu🖤

  • @manufakturaazerbajian3431

    Bu qədər dost bu qədər doğma !
    Hara getdi bu dostluqlar

  • @mosyoka2041
    @mosyoka2041 Před rokem +4

    Əlasan Orxan❤

  • @chinarahesenova8872
    @chinarahesenova8872 Před rokem +3

    Yaxşı ki varsan,Orxan!Nə yaxşı ki✨💫🌙

  • @mania_221
    @mania_221 Před 4 měsíci

    Belə şah əsər üçün çox sağ ol

  • @nicatqdirli6582
    @nicatqdirli6582 Před rokem +3

    Senin mahnilarin heç vaxt yaddaşimdan silinmez ❤❤❤

  • @ContentX11
    @ContentX11 Před rokem +5

    İnşallah gələcək konsertlərinə gələcəmm

  • @sfaismaylzad8190
    @sfaismaylzad8190 Před 11 měsíci +4

    Əlimdə sənin uşaqlıq şəklin bunu dinləyirəm,bu tərz mahnılar dinləyirsən yəqinki bir gün yolun düşər.Gün gələcək məni itirdiyinə görə peşman yox, pərişan olacaqsan.Sən isə mənim yaddaşımda ideal oğlan obrazı olaraq qalacaqsan.Qismət olmadı görüşüb danışmaq,sözlərdə qaldı elə.Ümid edirəm bir gün səni görmədən ölmərəm.Ümid edirəm ki,hər zaman xoşbəxtt olasan.¹³ Yada sal məni.

  • @elsevermuradzade
    @elsevermuradzade Před rokem +5

    İnşallah Zərdabda Heydər parkında da konsert verərsiz 🙏🙏🙏

  • @sirius_caspian_clan
    @sirius_caspian_clan Před rokem +2

    Qəşəng track-dir!✌

  • @smail5558
    @smail5558 Před rokem +2

    Tek kelimeyle mükemmel. Bayıldım.türkiyeden selamlar olsun herkese

  • @sevincalizadeh3189
    @sevincalizadeh3189 Před rokem +2

    İstəməzdim bəlkə bu qədər erkən dərs almaq🥲

  • @mvroyal4141
    @mvroyal4141 Před rokem +2

    Göz yaşlarında Məni Xatırla 💔🥀

  • @martiniden-
    @martiniden- Před rokem +1

    Orxan mənə azrapi sevdirən şəxslərdəndir, onun yazdıqları sətrlər və musiqi tam başqa sfera və atmosferdir. Hər tracki isə mənimçün başqa xatirədir. Bu ilki doğum günümdə "məni xatırla" tracki ilə kainata müraciət etdim. Düşünürəm ki, kainat məni eşidər, "məni xatırla" ilə mənim də həyatım dəyişər🍷

  • @user-yv8cz2ku9q
    @user-yv8cz2ku9q Před rokem +3

    Aid,senin sesin evezolunmazdir.Ugurlar!!!!!!!

  • @Aytac2712
    @Aytac2712 Před rokem

    Uwaqligim kecmiwim.Iller kecsede deyiwmeyen o ses o insan o ifa.Yaxwiki sen.Istəməzdim bəlkə bu qədər erkən daş olmaq....

  • @gozely1006
    @gozely1006 Před 3 měsíci

    Dinləyərkən, öncə insan necə dəyişdiyini düşünür, sonra isə əslində heç dəyişmədiyini anlayır… 💔

  • @asgarov352
    @asgarov352 Před rokem +1

    Kansertde olabilmemey çox pis tesir edir .. belke ne vaxtsa 🖤🙏💣

  • @Klassikabituriyent
    @Klassikabituriyent Před 4 měsíci +1

    Seniii cOOOOOOOOX SEVIRIKK ORKHANNNNN ❤

  • @mirzeyeva522
    @mirzeyeva522 Před rokem +3

    Necə də möhtəşəmdir 🤌

  • @faqansafarov6837
    @faqansafarov6837 Před rokem

    Yaxsiki seni 2008ci ilde BDU qarşısında gormusem. Gel gedek mahnisina qulaq asirdim o vaxtlar. Meni xatirla. Xatirlamasanda eybi. Ama bil sen unudulmaz izler qoymusan .DOSTUM

  • @suadazeynalova3127
    @suadazeynalova3127 Před rokem +2

    "kim dedi bu qədər günahı bir bağışla silər"😢

  • @yapub0-57
    @yapub0-57 Před rokem

    Bu meni xatirla kimese sirgadi...cox tesir eledi...ureyine sagliq kecmisimin xatiresi...

  • @cefer0vh_
    @cefer0vh_ Před rokem +3

    Heyif çox heyif ki Qaraqan üçün darıxmışam kaş konsertə gəlib sürpriz edərdi...🖤

  • @Klassikabituriyent
    @Klassikabituriyent Před 4 měsíci

    Ne olaaaar geelen ilde konsert olsun ve men gencede unide oxuyaraq bakiya konserte gelim yada genceye gel Orxann ,qisquraraq mahnilarini seninle oxumaq iateyirem...en cixda boyuk umidleri😢

  • @Motive.Günlüğüm
    @Motive.Günlüğüm Před 6 dny

    ❤❤❤

  • @Rashidramazan
    @Rashidramazan Před rokem

    Özündən keçib özünə gəlmisən Orxan, hamımız kimi.

  • @alizadeh5555
    @alizadeh5555 Před rokem

    Heyatimda en boyuk ugurumdu Hostcu olmaq butun ugurlarimi atmag her misran qelbimize toxundu usagligim Aid usaglarim Orxan Zeynalliya qulag asir❤

  • @ayselaxundova8516
    @ayselaxundova8516 Před rokem +1

    20 yaşındayam gözlerim yol çekir.....

  • @Mima_12382
    @Mima_12382 Před rokem +1

    Orxan və Elxan mükəmməlsiz

  • @nargismajidli
    @nargismajidli Před rokem +3

  • @user-yv8cz2ku9q
    @user-yv8cz2ku9q Před rokem +2

    Repe bu qeder hormet mukemmeldir👏👏👏👏👏

  • @deyanetislamov2949
    @deyanetislamov2949 Před rokem +2

    İllər keçəcək, amma bir də olmayacan Allaha bu qədər yaxın

  • @zahrahuseinova3744
    @zahrahuseinova3744 Před rokem

    Host tracki dadında 1 track oldu..
    Ilk defe konsertde dinlemek ve bu qeder emosia dolu ifa etmeyiniz ise hele de qulaq asan zaman insanin tüklerini biz-biz edir...

  • @fidashka085
    @fidashka085 Před 3 měsíci

    Məni xatırla,səni əsla unutmadım.Yaşadıqlarımızı əsla unutmadım

  • @sabinaaliyeffa9586
    @sabinaaliyeffa9586 Před rokem +1

    Meni xatirla
    Mahnilarim silinmesin qoy yaddasindan..

  • @nigaribrahimova9062
    @nigaribrahimova9062 Před rokem +5

    mene hec bir bildiris lazim deyil cunki her gun dinleyirem. ...💜

  • @music_pro7
    @music_pro7 Před rokem +6

    SİLƏ BİLMƏDİKLƏRİMİZ BİZİ HƏR ZAMAN HARASA DARTİR...

  • @leylaaqa1855
    @leylaaqa1855 Před rokem +1

    Birdən tanıyar,qorxar.💔

  • @ayselgale
    @ayselgale Před 13 dny

    🖤

  • @RizvanVaqifoglu
    @RizvanVaqifoglu Před rokem +2

    Orxan Zeynallı yenə super track

  • @validanurmammad
    @validanurmammad Před rokem +3

    Məncə hərkəs öz balaca uşaqlığını gordu bu treklə, onun başına bir sığal çəkib necə dəyərli olduğunu dedi ✨

  • @Kamran...
    @Kamran... Před rokem +5

    Məni xatırladın 😊

  • @CessiHuseyncan
    @CessiHuseyncan Před rokem +1

    Bilmirəm sənə qulaq asmaqla səhv edirəm ya düz. Ama hər dəfə sənin trekinə qulaq asanda azı bir ay təsirindən çıxa bilmirəm..

  • @MahmudAz799
    @MahmudAz799 Před rokem +1

    ilk şərh, yenede möhtəşəm 🥹❤️

  • @shamkhalhukurow0
    @shamkhalhukurow0 Před rokem +4

    "Yanağıma qoyduğun dodaq boyasını, əsl sevgi, dolu baxışlar silər.."

  • @TheGencliktv
    @TheGencliktv Před rokem

    Hər dəfə Məni Xatırla dedikdən sonra,
    1 siqaret yanır,
    Sonra heç nə olmamış kimi özümüzü aldadırıq,
    Sən də yaxşı bilirsən ki, ölənin arxasıyca ölmürlər...

  • @rufetmemmedov4533
    @rufetmemmedov4533 Před měsícem

    Xatirlamaq istəmirəm.unutmaq istirəm.

  • @user-yv8cz2ku9q
    @user-yv8cz2ku9q Před rokem +1

    Her etrin sadece 1 qoxusu var,her notun sadece 1 sesi var.Bu notlari unutduran sadece sozlerdir.Bezen notlar,bezen sozler.Yasasin musiqiciler ve repciler😊😊