Hər gün bir ovuc zirinc yeyənlərin orqanizmində görün nələr baş verir

Sdílet
Vložit
  • čas přidán 5. 07. 2024
  • Sənə Maraqlıdırsanın bütün videolarını CZcams-da izləmək üçün kanala ABUNƏ olun: goo.gl/RMf2cF
    ☪ Musiqi:
    ☪ Əziz Dostlar kanala ABUNƏ OLaraq bir birindən maraqlı videoları izləyə bilərsiniz
    ☪ Bütün Hüquqlar Qorunur © ® ™
    Hər gün bir ovuc zirinc yeyənlərin orqanizmində görün nələr baş verir
    Zirinc qədim zamanlardan bəri tanınan və istifadə edilən bitkidir. Hələ qədim Babilistanda və Hindistanda yerli sakinlər zirinc meyvələrini qanı təmizləyən, Tibet monastrlarını idarə edən kahinlər isə ömrü uzadan vasitə hesab ediblər. Qədim slavyan təbiblərinin zirinc kökləri və qabığından hazırladığı cövhər isə soyuqdəymə və qanaxmalarda tətbiq olunurdu. Onun meyvə, kök, gövdəsi vasitəsilə yun və dəri məmulatları sarı rəngə boyanırdı.
    Tikanlı və yarpağını tökən kol bitkisi olan zirincın xırda çəlləyi xatırladan meyvələri qırmızı rəngdədir. Qurudulanda rəngi tündləşir. Turş dadına və faydalı xüsusiyyətlərinə görə onu bəzən "şimal limonu" da adlandırırlar.
    Xalq təbabətində bitkinin meyvə, yarpaq, qabıq və köklərindən də müalicə vasitəsi kimi istifadə olunur. Meyvələrinin şirəsi qızdırmasalıcı, mikrob əleyhinə, qankəsici təsir göstərir. Bu bitkidən toksinlərin xaric edilməsi, orqanizmin təmizlənməsi və yaşlanma prosesini ləngitmək üçün də istifadə edirlər. Bitki həzm vəzlərinin sekresiyasını artırır, iştahanı və həzmi yaxşılaşdırır, hipoasid qastrit zamanı müşahidə olunan həzmsizlik və köp əlamətlərini aradan qaldırır. Zirincin təzə meyvələrinin yeyilməsi və ya şirəsinin içilməsi qaraciyər xəstəliklərinin, revmatizm, bəzən də sidik kisəsi və böyrəklərin iltihabının müalicəsində yaxşı nəticə verir. Ürək vurğularının sayını azaltdığı və arterial təzyiqi aşağı saldığı üçün hipertoniya və taxiaritmiya zamanı da tətbiq olunur. Zirinc qaraciyər və öd kisəsi üçün də çox faydalı sayılır.
    Zirincin tərkibində olan "berberin" maddəsi güclü iltihabəleyhinə təsirə malik olduğundan qaraciyər və öd kisəsində iltihabları azaldır, ödün ifrazını yaxşılaşdırır.
    Antikorlar müxtəlif infeksiyalara qarşı müdafiə mexanizmini dəstəkləyən bədənimizin immun sistemi tərəfindən istehsal olunan zülal molekullarıdır.
    Antikorlar bədənimizin bir çox yoluxucu agentə qarşı təbii olaraq inkişaf etdirdiyi bir müdafiə mexanizmidir.
    Mikroorqanizm (virus, bakteriya, göbələk, parazit və s.) orqanizmə daxil olduqda, immun sistemi bu yad varlıqlara qarşı anticisimlər istehsal edir.
    Antikorlar yoluxucu agentləri zərərsizləşdirir və ya onların bədənə zərər verməsinin qarşısını alır.
    Təbiətdə təbii şəkildə bitən bəzi meyvələr orqanizmdə daha çox antikor yaratmağa kömək edə bilər. Bu meyvələrdən ən təsirlisi zirincdir.
    Zirinc meyvəsinin tərkibində olan C vitamini kimi antioksidantlar immunitet sistemi hüceyrələrinin fəaliyyətini artıraraq və sərbəst radikallarla mübarizə apararaq immunitet funksiyalarını dəstəkləyir. Bu proseslər bədənin antikor istehsalına təsir göstərir.
    Dəyərli izləyicilər zirincin sağlamlığa faydalarından yararlanmaq üçün onu təzə-tər halda və yaxud qurusunda gündə 1 ovuc yemək eləcə də kompotundan, merəbəsindən və yeməklərdə istifadə etmək olar.
    Dəyərli izləyicilər, mümkünsə videonu bəyənib WhatsAppda, Facebookda paylaşın👍 Öncədən təşəkkürlər
    Bizə dəstək üçün kanala ABUNƏ OLun və ZƏNG yəni (ZINQIROV) düyməsini basınki hərdəfə yeni, xeyirli, maraqlı videolar paylaşanda sizə bildiriş kimi gəlsin və sizdə videolarımdan faydalanasınız inşALLAH

Komentáře • 13

  • @senemaraqlidirsa
    @senemaraqlidirsa  Před měsícem +5

    *Dəyərli izləyicilər, mümkünsə videonu bəyənib WhatsAppda, Facebookda paylaşın👍 Öncədən təşəkkürlər*
    *Bizə dəstək üçün kanala ABUNƏ OLun və ZƏNG yəni (ZINQIROV) düyməsini basınki hərdəfə yeni, xeyirli, maraqlı videolar paylaşanda sizə bildiriş kimi gəlsin və sizdə videolarımdan faydalanasınız inşALLAH*

    • @elvinniftaliyev8297
      @elvinniftaliyev8297 Před 29 dny

      Salam men Göygöl rayonundan zirinc bəkməzi almışam bilmək istəyirəm ki bekmezi faydalı ola bilər və necə istifadə etmək olar təşəkkürlər

  • @saidr1124
    @saidr1124 Před měsícem +5

    Təşəkkürlər🙏👍❤

  • @Adem-hb1lw
    @Adem-hb1lw Před měsícem +2

    ❤❤❤❤❤

  • @isaismailov3538
    @isaismailov3538 Před měsícem +2

    Azerbayyycannn Turkiyeeeeee

  • @huaweipsmart275
    @huaweipsmart275 Před měsícem +3

    Çox sağ ol🙏👍

  • @peykpeyk7204
    @peykpeyk7204 Před měsícem +4

    👍❤

  • @İradeRehimova-f9h
    @İradeRehimova-f9h Před 24 dny

    Plovda ela olur 👍

  • @sevdamemmedova4380
    @sevdamemmedova4380 Před 18 dny

    sağ olyn

  • @teymurlngteymurlng2906
    @teymurlngteymurlng2906 Před 28 dny +1

    Rusça neçə aflanır.xaiş edirəm yazın.

  • @teymurlngteymurlng2906
    @teymurlngteymurlng2906 Před 28 dny +1

    Zirinç nədir.?

  • @namiqhsnov9285
    @namiqhsnov9285 Před 27 dny

    Salam ürəyə ziyanı yoxdu??

  • @huseynhesenov5043
    @huseynhesenov5043 Před 28 dny +1

    İtburnu