Qaraciyəri Təmizləyən 7 QİDA - Mütləq Yeyin!

Sdílet
Vložit
  • čas přidán 14. 11. 2023
  • #BirBax #Azerbaycan #qaraciyər
    Qaraciyərin ən böyük daxili orqan olduğunu artıq hamı bilir. Onun vacib funksiyası haqqında da məlumatlıyıq. Yad maddələri orqanizmdən xaric edən, hormonların tənzimlənməsində böyük rolu olan, enerji ehtiyatımızın və vitaminlərin qorunub saxlanılmasını təmin edən, qan dövranında iştirak edən qaraciyərimizin işi sadaladıqlarımla bitmir. Buna görə də, qaraciyərin xəstələnməsi bütün orqanizmə təsir edir. Orqandakı problemlər ağrı reseptorlarını həmən aktivləşdirmir. İnsan yalnız o zaman ağrı hiss edir ki, qaraciyərdəki xəsarətlərin həcmi böyük olur. Qaraciyərimizi qorumaq üçün ağrılı mərhələyə çatmamış müəyyən tədbirlər görə bilərsiniz. Məsələn, qaraciyərinizə faydalı olan, onu özünü bərpa prosesinə tətikləyən qidalar yeyərək. Bəli, bu gün sizə qaraciyərinizə şəfa olacaq qidalar barədə danışacam. İnanıram ki, verdiyim məlumatlar sizə qaraciyərinizi qorumaqda kömək edəcək. Diqqətiniz məndə olsun.
    Qaraciyərin sağlamlığının vəziyyəti bütün orqanizmin işində əks olunur. Qaraciyər öd suyu istehsal edərək, qidanın normal mənimsənilməsinə, toksinlərin, xarici birləşmələrin, mikrobların zərərsizləşdirilməsinə və orqanizmdən çıxarılmasına kömək edir. Bir sözlə, orqanizmi detoks edir. Zülalların, yağların, qlükozanın, xolesterinin və hormonların mübadiləsində böyük rol oynayır. Qaraciyərin xroniki xəstəlikləri onun normal iş prinsipini pozur və fəaliyyətinə ciddi zərbə vurur. Nəticədə, zamanla:
    -həzm sisteminin, ürək-damar sisteminin işi pisləşir;
    -cinsi funksiya zəifləyir;
    -çəki artır;
    -görmə problemləri yarana bilir;
    - tiroid xəstəliyi və diabet riski artır;
    -sinir sistemində ciddi pozğunluqlar inkişaf edir;
    Xalq təbabətində qaraciyər hüceyrələrinin zədələnməsinin qarşısını almaq, onun sağalmağını sürətləndirmək üçün bir çox üsullar mövcuddur. Məsələn; bir çox qida məhsulları bu istiqamətdə olduqca faydalıdır. İndi məhz onlardan danışacam.
    Sarımsaq. Qaraciyərin ferment ifrazetmə qabiliyyətini artıran sarımsaq orqanizmin toksinlərdən təmizlənməsinə də xidmət edir. Malik olduğu allicin, kükürd və selen sarımsağa imkan verir ki, qaraciyəri təmizləsin. Allicin antioksidant, antibiotik və göbələk əleyhinə fəaliyyət göstərir. Mütəxəssislər tövsiyə edir ki, gün ərzində, ən azı, 2 diş sarımsaq yemək faydalıdır. Bununla belə, həddən artıq sarımsaq yemək faydalı yox, zərərli ola bilər; qaraciyər yüklənməməlidir. Mədə problemi yaşayanlar gün ərzində yarım diş sarımsaq yesələr, bəsdir. Hepatitdən əziyyət çəkənlər isə sarımsaqdan uzaq durmalıdırlar.
    Balqabaq. Narıncı və qırmızı meyvə-tərəvəzlər qaraciyərin dostudur. Balqabaq T vitamini ilə zəngindir. Buna görə də, qırmızı və ağ ətlə birgə yeyilsə, orqanizmə faydalılığı artır. T vitamini imkan vermir ki, yağlar qaraciyəri yükləsin. Maddələr mübadiləsi zamanı qaraciyərin xəsarət alan hüceyrələrinin bərpasında da T vitamininin xüsusi əhəmiyyəti var.
    Brokoli. Sağlamlığımızın keşiyində duran brokoli antioksidantlarla zəngindir. Müntəzəm qəbulu xərçəng riskinin azalmasına səbəb olur. Qaraciyəri, ümumiyyətlə, daxili orqanları zərərli birləşmələrdən effektiv şəkildə təmizləyən, onların fəaliyyətini normallaşdıran brokoli həzm prosesini nizamlayır. Qanda xolesterinin səviyyəsini azaltmağa isə tərkibindəki lif sayəsində nail olur. Brokoli qaraciyərin qocalmasını gecikdirən E vitamini ilə zəngindir. Tərkibindəki qlükozidlər və xardal yağı kimi qida maddələri isə qaraciyərin fəaliyyətini mükəmməl şəkildə stimullaşdırır.
    Kişmiş. Kişmiş qaraciyərdən və bütövlükdə bədəndən zərərli maddələri çıxaran ən təsirli, eyni zamanda, təhlükəsiz məhsullardan biri hesab olunur. Bu çərəz faydalı vitaminlərlə, minerallarla zəngindir. Kişmişin tərkibində qan dövranını yaxşılaşdırmağa və damarları zərərli xolesteroldan təmizləməyə kömək edən maddələr var. Məhz bu sayədə kişmiş ürək-damar sisteminin fəaliyyətinə müsbət təsir göstərə bilir.
  • Věda a technologie

Komentáře • 42

  • @irkaroma7090
    @irkaroma7090 Před 7 měsíci +10

    Menim prablemim cox saq olun 👍

  • @adilemirzeyeva3307
    @adilemirzeyeva3307 Před 7 měsíci +6

    Cox sağ olun.Hər gün bizi yeni vidiolarla məlumatlandırırsınız.Allah Sizdən razı olsun.Allah Sizi Qorusun☝️❤😘👍👍👍👏👏👏👏👏

  • @esmiramirzeyeva7336
    @esmiramirzeyeva7336 Před měsícem

    Aııah sizden razı olsun bu melumatlara göre . Cox sagolun .

  • @saidebayramova2629
    @saidebayramova2629 Před 7 měsíci +2

    Tesekkurler💖💖💖💖

  • @user-tz5ye2zv3g
    @user-tz5ye2zv3g Před 7 měsíci +3

    Abone oldum tşk ederim verdiğin bilgiler için ❤🇹🇷

  • @asifesgerov3284
    @asifesgerov3284 Před 7 měsíci +1

    Coxlu -coxlu sag olun

  • @gunelhmdova7341
    @gunelhmdova7341 Před 7 měsíci +2

    Allah köməyiniz olsun, cox gözəl izzah edirsiz 🙏.

  • @user-kf2bl7rm3r
    @user-kf2bl7rm3r Před 2 měsíci +1

    Cooox sagolun səsiniz kimi məslətlərnizdə gözəldi

    • @birbaxkanal
      @birbaxkanal  Před 2 měsíci

      Çox sağ olun. Sağlam və gümrah olun.

  • @yaqutmasimova8572
    @yaqutmasimova8572 Před 7 měsíci

    Faydalı və gərəkli məlumatlar üçün təşəkkür edirəm .

  • @user-dx4iv7rr8s
    @user-dx4iv7rr8s Před 7 měsíci +1

    Cox sağ olun,təşəkkür edirəm,dəyərli məlumatlar verdiniz

    • @birbaxkanal
      @birbaxkanal  Před 7 měsíci

      TƏŞƏKKÜR EDİRİK. Bizi haradan izləyirsiniz?

    • @user-dx4iv7rr8s
      @user-dx4iv7rr8s Před 7 měsíci

      @@birbaxkanal Salam,Sabahınız xeyir!Rusiya,Yaroslavl.Çox xahiş edirem yoğun bağırsaqda (сигмовидный кишечник) divirtikulyoz xesteliyinin müalicesi haqqında melumat beresiz!Əvvəlcədən təşəkkür edirəm.

  • @ayvengo1536
    @ayvengo1536 Před 2 měsíci

    Xeyale gizim cox sag olun Allah komeyiniz olsun ,sizin melahetli sesiniz bizim ucun sanki melhemdir ,size gulag asdigdan sonra hekime ehtiyac gelmir ,Allah ailenizi gorusun ,Allah amaninda olun!

    • @birbaxkanal
      @birbaxkanal  Před 2 měsíci

      İzlədiyiniz üçün çox sağ olun🌹

  • @Tayfun555
    @Tayfun555 Před 7 měsíci

    teşkurler😊😊🥰🤗

  • @aqalar1909
    @aqalar1909 Před 7 měsíci

    Bir çox məlumatlar öyrəndim

  • @user-jh8ic8nw1c
    @user-jh8ic8nw1c Před 7 měsíci +1

    Хемише вар олун ки, халгы марифлендирирсиз, сиз 💓сиз.

  • @S90135
    @S90135 Před 7 měsíci +1

    🙏

  • @f.xanoglu.9999
    @f.xanoglu.9999 Před 7 měsíci +1

    Dəyərli məlumatlar verdiyin üçün təşəkkür edirəm

  • @abbasov07-07
    @abbasov07-07 Před 7 měsíci

    Kim bilir CZcams seyfemi 1 ildir ki isledmirem yeniden nece aktiv ola bilerem yazarız zehmet olmasa

  • @user-jh8ic8nw1c
    @user-jh8ic8nw1c Před 7 měsíci

    💞❤😘🥰💕🌹🌹🌹🌹🌹💋💋💋💋💋💋

  • @user-sy2xr7my6m
    @user-sy2xr7my6m Před 4 měsíci

    Salam meni yoldaşim qara ciyeri xesdedr neyniyim

    • @Nax.267
      @Nax.267 Před 2 měsíci

      Balqabaq suyu içsin

  • @ezraselefi2094
    @ezraselefi2094 Před 2 měsíci

    Sarımsaq Balqabaq,brokole qarabaşaq kişmiş

  • @user-jh8ic8nw1c
    @user-jh8ic8nw1c Před 7 měsíci

    💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓👍👍👍👍👍👍👍👍