Qatığa bunları qatıllar diqqətli olun

Sdílet
Vložit
  • čas přidán 5. 08. 2024
  • Sənə Maraqlıdırsanın bütün videolarını CZcams-da izləmək üçün kanala ABUNƏ olun: goo.gl/RMf2cF
    ☪ Musiqi:
    ☪ Əziz Dostlar kanala ABUNƏ OLaraq bir birindən maraqlı videoları izləyə bilərsiniz
    ☪ Bütün Hüquqlar Qorunur © ® ™
    Qatığa bunları qatıllar diqqətli olun
    Süd və süd məhsulları dedikdə, ağla ilk gələn qatıqdır. Hər iki məhsul insanların gündəlik qida rasionunda mühüm yerə malikdir. Xüsusən də milli mətbəximizdə süd və qatıqdan hazırlanmış səhər yeməkləri, sərinlədən içkilər mütəmadi olaraq istifadə edilir.
    Mütəxəssislər hesab edir ki, hər gün istehlak edilən 1 kasa qatıq bir müddət sonra orqanizmə faydalar verir. Belə ki, süd məhsulları maddələr mübadiləsini tənzimləyir, həzm prosesini asanlaşdırır. Tərkibində B1, B2, B12 və D vitamini olan süd və süd məhsulları mədə-bağırsaq xəstəlikləri yaradan mikrobları məhv edir. Süd məhsullarının tərkibində mikroelementlər, dişləri və sümükləri möhkəmləndirən kalsium və fosfor mövcuddur. Kalsium sinir sisteminin, gözlərin sağlamlığında böyük rol oynayır. Zəhərlənmə təhlükəsi hiss edilən insana ilkin yardım kimi qatıq içirilir.
    Məsələ burasındadır ki, belə faydalı məhsuldan düzgün istifadə etmək başlıca şərtdir. Kimyəvi qatqılarla hazırlanmış və düzgün şəraitdə saxlanmayan süd və qatığın orqanizmə faydasından çox ziyanı olur.
    İlkin olaraq diqqətinizə çatdıraq ki, bazarlarda küçələrdə parakəndə “Kənd qatığı”, “Kənd məhsulları adı ilə süd və qatıqlar satılmaqdadır. nə qədər kənd məhsulu olsa da, yayın qızmar günəşində soyuducusuz saxlanılan və müştəriyə təklif edilən süd-qatığın keyfiyyətinə şübhə ilə yanaşmamaq mümkün deyildir. Əksər hallarda kənd məhsulu adı ilə satılan süd quru süddən hazırlanır. Qatıqlarda da bu cür hallara rast gəlinir”.Mütəxəsislər iddia edir ki, istehsalçılar südə SU, NİŞASTA, TABAŞİR, SODA, ƏHƏNG, və s. qatırlar. Bu qatqılar məhsulun daha gec turşumasına yardım edir
    Mütəxəssislər bildirir ki, faydalı qatığın hazırlanması üçün yaxşı süd olmalıdır. Yaxşı süd isə inandığınız şəxsdən aldığınız süddür. Marketlərdən pasterizə olunmuş süd ala bilərsiniz, amma onların hamısı müəyyən proseslərdən keçir. Bu zaman südün yağı alınır və homogen hala gəlir. Nəticədə bu süddən alınan qatıq dəyərini və faydasını itirmiş olur.
    Havanın istiliyi və heyvanın yediyi yemdən asılı olaraq qatığın tərkibi, dadı və keyfiyyəti dəyişə bilər. Evdə hazırlanan qatıq sulanır və suyu da faydalıdır. Qatığın uşaqlar üçün şirini, böyüklər üçün turş olanı daha gözəldi. Buna görə də ev üsulu hazırlanan qatıqlara üstünlük verin
    Dəyərli izləyicilər sonda onu deyə bilərəm ki, ağartı məhsullarının evdə hazırlanmasından və ya mağazadan alınmasından asılı olmayaraq, bir sıra amillərə diqqət etmək vacibdir: "Bu halda məhsul insan sağlamlığı üçün təhlükə yaratmır. Öncəliklə mütləq şəkildə mənşəyi bəlli olan yerlərdən ağartı məhsulunu almaq lazımdır. Sənayə üsulu ilə paketlənmiş süd və süd məhsullarını alarkən paketin zədəsiz olmasına diqqət edilməlidir. Üzərində istehsalçı şirkət haqqında məlumatların tam olmasına fikir verilməlidir.
    Dəyərli izləyicilər, mümkünsə videonu bəyənib WhatsAppda, Facebookda paylaşın👍 Öncədən təşəkkürlər
    Bizə dəstək üçün kanala ABUNƏ OLun və ZƏNG yəni (ZINQIROV) düyməsini basınki hərdəfə yeni, xeyirli, maraqlı videolar paylaşanda sizə bildiriş kimi gəlsin və sizdə videolarımdan faydalanasınız inşALLAH

Komentáře • 12

  • @senemaraqlidirsa
    @senemaraqlidirsa  Před 2 měsíci +7

    *Dəyərli izləyicilər, mümkünsə videonu bəyənib WhatsAppda, Facebookda paylaşın👍 Öncədən təşəkkürlər*

  • @saidr1124
    @saidr1124 Před 2 měsíci +8

    Təşəkkür efirəm super paylaşım🙏👍

  • @kim-minyong
    @kim-minyong Před 2 měsíci +8

    Ürək açıqlığı ilə yediyimiz qatığa da hiylə qatılır? Ayıb olsun İNSANLIĞIMIZA.

  • @Anamnmetbexi
    @Anamnmetbexi Před 2 měsíci +5

    Çox saĝol olun deyerli melumatlar üçün

  • @senemaraqlidirsa
    @senemaraqlidirsa  Před 2 měsíci +5

    *Bizə dəstək üçün kanala ABUNƏ OLun və ZƏNG yəni (ZINQIROV) düyməsini basınki hərdəfə yeni, xeyirli, maraqlı videolar paylaşanda sizə bildiriş kimi gəlsin və sizdə videolarımdan faydalanasınız inşALLAH*

  • @huaweipsmart275
    @huaweipsmart275 Před 2 měsíci +5

    Həməşəki kimi əlaa çox sağ olun

  • @user-dr4tb9wf2y
    @user-dr4tb9wf2y Před 2 měsíci +1

    Çox sagolun ,teşekkürler🙏

  • @leylaleyli5334
    @leylaleyli5334 Před 2 měsíci +4

    qatıqsız yemek olmur yaxşı qatıq tapmaq olmur hamısı eledi maddeler qatırlar gah salfetka qoyurlar ustune guya qaymağıdı herşey edırler eclaflar

  • @user-om3mt7fr5u
    @user-om3mt7fr5u Před 2 měsíci +2

    Чохххххххххххх саголун ки мелуматландырсыныз ❤👏👏👏

  • @nurumikayilov654
    @nurumikayilov654 Před 2 měsíci +5

    Nə cür ! Yəni nə edək. ?

  • @user-ch5hf6gc9z
    @user-ch5hf6gc9z Před 2 měsíci +3

    mağaza qatıqları qatıq dadmır

  • @user-tz6lv4op8v
    @user-tz6lv4op8v Před 2 měsíci +2

    Bizim xalqın 70 faizinden ne desen çıxacaq hasan yol tapıllarda pul qazqnmaqa haram pul qazanıb bu xalqı hansı yollada olsun aldatmaqı sevirde bunlar cehemeye biz öyreşmisik bizden hansı ölkede varıq o ölkeleride yaman güne qoyuruqe