Kitab oxumaq nəyə lazımdır? | Sərxan Rüstəmov | Söhbətgah

Sdílet
Vložit
  • čas přidán 17. 12. 2022
  • Bu dəfə ‪@DjTural‬ və ‪@AliKhayyam‬ -ın qonağı kitab bloqeri Sərxan Rüstəmov oldu. Onlar #kitaboxumaq-dan, #mütaliə-dən söhbətləşdilər. #Söhbətgah-ın bu buraxılışı haqqında fikirlərinizi yazın, kanalımıza abunə olun və bölüşün💙💚
    Sərxan Rüstəmovun CZcams kanalı: ‪@serxanrustemovvlog‬
    Buraxılışın əsas dəstəkçisi “Azerçay”a təşəkkürlər☕ Azerçay, Doğma Çay!
    📢Bizə "Patreon"dan dəstək olub patronlara özəl buraxılışlar əldə edə bilərsiniz: / sohbetgah
    🔔Hesab.az vasitəsilə bizə dəstək olun: sohbetgah.az/hesabaz/
    👋"Söhbətgah"a abunə olun: / @sohbatgah
    💡HƏYAT TƏRZİ İLƏ BAĞLI BÜTÜN SÖHBƏTLƏRİMİZ
    • 🧳Söhbətgah - Həyat tərzi
    📖İSTİNADLAR
    Boris Akunin - az.wikipedia.org/wiki/Boris_A...
    Var mısın? (kitab) - www.libraff.az/books/adult-no...
    Insan Geleceğini Nasil Kurar (kitab) - www.libraff.az/books/adult-no...
    Reklam yazarının el kitabı (kitab) - www.libraff.az/books/adult-no...
    Otuz milyon kelime (kitab) - www.libraff.az/books/adult-no...
    BƏS BİZ KİMİK?
    sohbetgah.az
    📬ƏMƏKDAŞLIQ ÜÇÜN
    gel@sohbetgah.az
    sohbatgah@gmail.com
    Instagram: / sohbatgah
    Facebook: / sohbatgah
    Podkastı dinləmək üçün:
    🔻Spotify: open.spotify.com/show/1eHR7Mb...
    🔻Apple Podcast: podcasts.apple.com/us/podcast...
    🔻Yandex Podcast: music.yandex.ru/album/18071206
    🔻Google Podcast: podcasts.google.com/feed/aHR0...
    🔻Spreaker: www.spreaker.com/show/sohbatgah

Komentáře • 199

  • @serxanrustemovvlog
    @serxanrustemovvlog Před rokem +205

    Dəvətə görə "Söhbətgah"a bir daha təşəkkür edirəm. Videonu izləyənlər üçün faydalı olması diləyi ilə.📚

    • @validcavid3805
      @validcavid3805 Před rokem +4

      Maraglidir hele baxmağa davam edırem. Təşəkkür edirəm zehmet çəkirsiz

    • @teraneresidova9216
      @teraneresidova9216 Před rokem +4

      Verliş çox maraqlı idi.Tövsiyə etdiyiniz kitabların qeydini aldım.Birdə sizdən bir xahişim olacaq Uşaqların yaş qrupa görə kitablar haqqında video çəkə bilərsiz? Çünki mən neçə kitab mağazasına daxil olmuşam.Hamısından da xahiş eliyirəm ki mənə 3yaşlı uşaqlar üçün olan hekaya kitablarını göstərin,özləri də ayırd edə bilmirlər ki hansı kitablar 3yaş qrupuna daxildir.Hər gün oğluma hekaya oxuyuram.Amma elə hekayələr var ki uşaq onu başa düşməkdə çətinlik çəkir.Soruşur ki,ana o nə deməkdi filan şey nə deməkdi.kitabın içində bir ya iki hekaya ona maraqlı gəlir,yadında qalır.Ona görə çox istəyərdim ki 3yaş qrupa aid hekayalər barədə və yaxud kitablar haqda mövzu paylaşasiz.Yəni bütün yaş qruplarına uyğun.Videolarınızı çox maraqla izliyirəm.Allah elminizə bərəkət versin.Əvvəlcədən təşəkkürlər

    • @Nizi_1987
      @Nizi_1987 Před rokem +2

      Gəldiyiniz üçün təşəkkür.

    • @azademamedova3917
      @azademamedova3917 Před rokem +1

      Çox maraqlıdır. Çox təşəkkür edirəm.

    • @everybazar1792
      @everybazar1792 Před rokem +1

      Çox faydalı oldu.

  • @aydinliyev616
    @aydinliyev616 Před rokem +118

    Bir psixoloq olaraq dəqiq olan bir şeyi deyə bilərəm ki, kimin beyninin hafizə bölümü (Hipokampus) daha böyükdüsə, onun həyatda qarşılaşacağı travmalara dözümlülüyü digər insanlardan daha güclü olur. Bu hipokampusun böyük olması üçün isə çoox kitab oxunmalıdı. Kitab oxuyun hipokampusunuzu böyüdün və travmadan maksimum dözüm əldə edin😉 Təşəkkürlər Söhbətgah və dəyərli qardaşlar❤

  • @gulnarismayilova3719
    @gulnarismayilova3719 Před rokem +21

    Ölü ozanlar derneği filmindən bir dialoq yadıma düşdü. 😁
    - Bay Anderson, kitap okuyormusunuz?
    - Hayır, okumuyorum, eksikliğini de hissetmiyorum.
    - Biz hissediyoruz.

  • @See88..88
    @See88..88 Před 10 měsíci +2

    Bilmediyin bir şeyi sorusmaqdan utansan bir omur utanacaqsan.
    Bilmediyin bir seyi soruşsan sadece 5 deqiqe utanacaqsan.

  • @elish81
    @elish81 Před rokem +3

    Tural bəy hər şey gözəldir.Çalışın bu podkastı TV-lərin birində proqrama salın.Belə bir TV olsa daha gözəl olar.Uğurlar.

  • @leylaaslanova1812
    @leylaaslanova1812 Před rokem +2

    Bu videodan sonra məndə bir azərbaycan dilində yazılan kitabı oxumaq üçün həvəs yarandı (özüm rus dilliyəm). Və ikinci qatqısı da o oldu ki, qərar verdim sosial şəbəkədə belə Azərbaycanca sözləri düz yazım , artıq inglis klaviaturasından istifadə etməyim. Necə də xoşdu təmiz ana dilimizdə danışan insanları dinləmək!Parazit sözlər olmayan, rus alınmalı sözləri olmadan. İlk öncə öz dilimizə hörmət qoymalıyıq və mən bunu sizin sayənizdə öyrəndim. Təşəkkür edirəm.😊

  • @gunay6888
    @gunay6888 Před rokem +4

    Ətrafımızda günü-gündən cahil kütlənin artdığı bir dövrdə, ümidsizliyə qapılıram əslində. Ətrafımdakı insanların oxumamaqla, elmsiz olmaqla qürrələndiyi bu günlərdə ümid edirəm, bu qəbildən olan kontentlərin baxış sayı x100 artdığı günləri görərik. Önə çəkmədən bütün videonu zövqlə, səbrlə izlədim. Kitab oxumaq (dinləmək) qədər, kitab oxuyan insanı dinləmək də çox xoşdur. Podcast mədəniyyətini bizdə keyfiyyətli şəkildə başlatdığınız üçün sizə təşəkkür edirəm. Uğurlarınız daim olsun :)

  • @ugurmg
    @ugurmg Před rokem +3

    Evvelâ cânım Azerbaycan'a ve O'nun güzel halkına mahsus selam olsun.
    Azerbaycan'a ve Azerbaycan'da konuşulan şiveye olan alâkam ve muhabbetim beni doğru dinleyebileceğim kaynak aramaya yöneltti.
    İlk olarak devlet televizyonu ile başladım dinlemeye ama umumiyetle haber ağırlıklı olduğu için ve günümüzde haberler de pek iç açıcı olmadığı için çok cazip gelmemeye başladı.
    Zira Türkiye'de de haber bülteni dinleyen bir insan değilim.İnternetten takip ederim gündemi.
    Arayışıma devam ederken bu güzel kanala denk geldim ve ilk olarak konusu ilgimi çektiği için bu programı açtım.
    Öncelikle takdimciler Tural ve Ali Bey'lerin üslubuna,duruşuna,kültürüne ve konuklarına olan ilgilerine hayran kaldım.
    Bu kadar dikkatle soru sormak,bu kadar dikkatle,konuğunun gözünün içine bakarak dinlemek ne kadar samimi,ne kadar güzel.Tebrik ederim.
    Hatta bu sohbet sayesinde Sərxan Rüstəmov'un @serxanrustemovvlog kanalını da keşfetmiş oldum.Onun da kitap yorumlarını dinleyeceğim bundan sonra.
    Kanalın diğer videolarına da baktığım vakit,hepsi dolu dolu olan içeriklerle karşılaştım,mutluluğum daha da arttı.
    Sayenizde hem Azerbaycan'ı daha yakından tanıma hem de dil olarak kendimi geliştirme imkanı bulacağım.
    Bu güzel kanala emeği geçen herkese sonsuz teşekkürlerimi sunuyorum.İstanbul'dan yürek dolusu sevgi ve saygılarımla...Uğur Gürleroğlu.

    • @serxanrustemovvlog
      @serxanrustemovvlog Před rokem +1

      Aleykumsalam. Dəyər verdiyiniz üçün təşəkkür edirəm.📚

    • @ugurmg
      @ugurmg Před rokem +1

      @@serxanrustemovvlog Ben de bu değerli cevabınız için ayrıca teşekkür ederim 🙏🏻🙋🏻

  • @gulyamammadova1718
    @gulyamammadova1718 Před rokem +30

    -Kitab oxuyursunuzmu, cənab Anderson?
    -Oxumuram, heç bunun çatışmazlığını da hiss etmirəm.
    -Amma biz hiss edirik.
    Mütaliəni çox sevirəm, demək olar ki, hər maaşımda kitab alıram, kitab oxumaq möhtəşəm bir kalitedir, ən gözəl kubarlıqdır. 😌
    Dostlar yaxşı ki, varsınız. 😊
    Söhbətgah. 💙

    • @JustaCarEnjoyer
      @JustaCarEnjoyer Před rokem +1

      başa düşmədim bu Anderson söhbətini xahiş edirəm başa salardız

    • @gulyamammadova1718
      @gulyamammadova1718 Před rokem

      @@JustaCarEnjoyer bu fikirlər "Ölü Ozanlar dərnəyi 1989" kitabındandır, iki nəfərin bu dialoqu ona dəlalət edir ki, kitab oxuyanla oxumayan arasında fərqi gösterir, aydın məsələdir ki,kitab oxumayan adamda çatışmazlıqlar daha çoxdur amma yersiz eqosunun dəstəyi nəticəsində özünü sındırmır və o cür cavab verir. 🙂

    • @JustaCarEnjoyer
      @JustaCarEnjoyer Před rokem

      @@gulyamammadova1718 çox sağolun geridönüşünüz üçün .başa düşdüm həqiqətən mənalıdır...

  • @cingizhesenov4870
    @cingizhesenov4870 Před rokem +2

    Əli Xəyyamın hər fürsətdə Elxandan danışması bu podkastlara baxmağımın ən başlıca səbəblərindən birincisidir. Elxan fanatı deyiləm amma bütün kitablarını oxuduğumdan Əli Xəyyamdan da həmən ortaq enerjini aldığımı hiss edirəm. Hamınıza uğurlar.

  • @aydansalmanova1553
    @aydansalmanova1553 Před rokem +3

    Elektron kitab və ya adi kitab oxumaq şəxsi seçimdir. Səsliyə qulaq asan və ya elektron oxuyanlar bibliosmia takıntısı olanları lağlağı şəkildə davranmasın. Araşdırmalar etsələr, əslində kitab əldə oxuyarkən həm göz, həm qoxu, həm dəri- 3 duygu üzvündən informasiya almış oluruq. Ki bu da yaddaşda yaxşı qalmasına səbəb olur. Kiminsə eşidib yadda saxlaması daha yaxşı ola bilər, amma statistik olaraq əldə oxunan kitabın daha uzunmüddətli yaddaşda qalması faktdır.

  • @Danisir_Kit
    @Danisir_Kit Před rokem +3

    Kanalım yenidir. Kitablardan hissələr səsləndirirəm. Dəstək olanlara təşəkkürlər ✨💙💚

  • @nijatSh
    @nijatSh Před rokem +7

    Sərxan bəyin nitqi, səbrlə hər şeyi izah etməsi mən çox pozitiv enerji ötürdü və sevərək dinlədim. Həqiqətən savadlı insanların söhbəti möhtəşəm olur, təşəkkür edirəm hər birinizə, dəyərli bir burqxılış alınıb.

  • @kamaltabdulla
    @kamaltabdulla Před rokem +2

    Azərbaycanda bu cür düşünən, fədəkar insanların olması çox sevindiricidir. Hamının dəyişməsinə ehtiyac yoxdur. Faiz nisbəti çoxalsa ölkə də dəyişəcək. Daha yaxşı, ədalətli, mutlu Azərbaycanda yaşayacayıq.

  • @islamismailov2625
    @islamismailov2625 Před rokem +18

    Bugün son günlərdə ən xoşbəxt olduğum gün oldu, Argentina nəhayət çempion oldu, üstəlik Söhbətgahdan Podcast gəldi, bundan artıq nə istəyə bilərəm ki 💚💙🇦🇷

  • @mirvarieyvazzad7946
    @mirvarieyvazzad7946 Před 7 měsíci +3

    "Uşağın tərbiyəsi həyat yoldaşı seçən andan başlayır " möhtəşəm düşüncədir. Çox zövq alaraq dinlədim. Təşəkkürlər 🌸

  • @ceyhunmanafov7612
    @ceyhunmanafov7612 Před rokem +2

    Heftenin 7 gunu var. Her gun insan bir
    saheye uygun kitab oxusa daha yaxsi
    olar. Mes 1-ci gun Bedii kitab. 2-ci gun
    Sosialogiyaya aid kitab.

  • @ramilgurbanov6014
    @ramilgurbanov6014 Před rokem +2

    Detektiv və digər "yüngül" ədəbiyyatı müdafiyə edim.
    1. kitab oxuyarkan, insan beynində simvolları (hərfləri) vizual obrazlara çevirir, bu zehni əməkdir, beynin inkişafına gətirir.
    2. Söz ehtiyyatını artırır. Söz ehtiyyatı az olan insan həm öz fikrini çatdıra bilmir (burdan gəlir qışqıraraq danışmaq, "şey", "zad" kimi ifadələr), həm də deyilən fikri düzgün anlaya bilmir.
    3. Düzgün münasibət modelini göstərir. Əlbətdə istisnalar var, amma əsasən nəyin yaxşı nəyin pis olduğunu göstərir.
    4. Dünya ilə, tarix ilə, digər mədəniyyətlər ilə tanış edir.
    Ötəri bu məsələlər haqda danışdınız, amma yenə də.

  • @fatimaahadiaydn5043
    @fatimaahadiaydn5043 Před rokem +2

    İlk öncə sizə belə gözəl mövzuya toxunduğunuz üçün minnətdarlığımı bildirirəm.Mən 7 yaşlı oğluma kitablar almışam amma fərqli mövzularda. Oxuyur amma həvəssiz.. Sizin bu müzakirənizdən sonra anladımki, mən ona maraqlı olacaq mövzuda kitablar seçməmişəm. Səhvimi sizin sayənizdə düzəltdim. Nəticə super🥰

  • @masimfati
    @masimfati Před rokem +6

    Mən sizə xalqı maarifləndirdiyiniz üçün çox təşəkkür edirəm🙏🏻

  • @andreibrahimsoy4346
    @andreibrahimsoy4346 Před rokem +2

    Salam əziz SÖHBƏTGAH sizə nəqədər təşəkkür etsəm azdır. -20 dərəcə şaxtada işimlə bağlı 800 km yol gedə - qulaq asdım maşında. Möhtəşəmsiniz. Bildirmək istəyirəm ki, mən asiya ölkəsində xüsusən də Yaponiya və Mongoliada oluram və mənim bir çətinliyim var. Hər dəfə sizin kitab təqdimatınızı diqqətlə izləyirəm amma təssüf ki, bizim dildə bu kitabları əldə edə bilmirəm. Heç olmaya 1 ya 2 kitab əldə edə bilsəm minnətdar olaram. Axırıncı dəfə Bakıda idim və 5 kitab almışdım və onlarıda bitirmişəm. Heç olmaya bir kitab göndərən olarsa əlbəttə odənişli olaraq minnətdar olardım.

  • @ilhame_fetullayeva
    @ilhame_fetullayeva Před rokem +3

    Salam.Sizi şox böyük maraqla dinləyirəm. Çox gözəl mövzulara toxunursunuz.Uğurlar hər ikinizə. Mən orta təhsil almışam. Qiymətlərim də ürəyaçan olmayıb.Həyatda məqsədim hansısa işin sahibi olmaq olmayıb. Yaxşı ana olmaq istəmişəm. Şükür 3 övladım var.Mən övlad sahibi olandan serialları, ümumiyyətlə televizoru həyatımdan çıxarmışam. Bunlara vaxt itgisi kimi baxıram. Özüm heç kitab oxumamışdım amma istəyirdim ki uşaqlarda kitaba maraq yaradım. İlk öncə onları kitabxanaya apardım və kiçik həcimli kitablar götürdüm. Başladım hər gün axşam kitab oxumağa. Bu arada uşaqların çox gözəl dinləmə qabiliyyəti var.1 2 ay belə davam etdi. Sonra bir gün oxuyurdum bir gün oxumurdum ki özləri götürüb oxusunlar. Yavaş-yavaş qalın kitablara keçdim. Mənim oxumağa vaxdım olmayanda ağlayırdılar ki kitab oxu sonra yataq. Artıq hər ay davamlı olaraq kitabxanadan kitab götürüb oxuyurlar. Onları kitab oxumağa məcbur etmirəm. Əgər kitab xoşlarına gəlməyibsə başqasına keçirlər.Məqsədim kitabı sevdirməkdi. İndi özüm də oxuyuram. Uşaqlarla evdə təmiz Azərbaycan dilində danışıram hətta tapşırmışam mənim də səhvimi düzəltsinlər ki bəzi rus sözlərini dilimdən çıxarım. Şəxsi inkişafımla çox məşğul oluram istəyirəm övladlarıma örnəy olum.

  • @85Yusif
    @85Yusif Před rokem +17

    Qolum sınıb sabah mənim üçün vacib bir gün olacaq.Bu gecəni stressiz və özümü inkişaf etdirməyə kömək olan Söhbətgah kollektivinə minnətdaram.💙💚

  • @aydansalmanova1553
    @aydansalmanova1553 Před rokem +4

    Sərxan bəyin "uşağın tərbiyəsi ailə quracağın insanın seçimi ilə başlayır" ifadəsi çox xoşuma gəldi, çox dərinə apardı bu fikir məni👍 Bu, hər iki cinsə şamil olunur.H.Z.Tağıyevin "bir qıza təhsil verməklə, təhsilli bir ailə qazanırsınız" ifadəsi çox doğrudur. Amma günümüzdə hər təhsilli qadın da, övladını düzgün şəxsiyyət kimi yetişdirə bilmir təəssüf ki. Təhsili olmayıb, ancaq emosional tam sağlam övlad yetişdirən analar da var.

  • @ortodontdr.kerimmehdiyev9783

    Sərxan dəyərli dostumuzdur.

  • @aminhuseynov8230
    @aminhuseynov8230 Před rokem +1

    Mohtesemsiz sadece

  • @limonvmavic4329
    @limonvmavic4329 Před rokem +2

    Çox sag olun yenede maraülı melumatlarla dolu söhbetgah üçün men size ne qeder teşekkür etsem azdır, birde xahiş edirem kitablatı tanıtımını çox edin men sizden biliklenib alıram

  • @ayishememmedli6569
    @ayishememmedli6569 Před rokem +1

    Sizin genclere qatdiginiz tohve evezedilmezdir,Var olun

  • @Slavik822
    @Slavik822 Před rokem +3

    35:30 normal Azərbaycan dilində, normal diskusiya verilişi sizə qədər olmayıb. Hamı İlber-Celal tandeminə, Okan Bayulgen “Beyin bedava”, “Az önce kpnuştum” və sair kimi keyfiyyətli türk kontetinə baxıb. Mən daxil… səbəb budur. Çox şeyə gecikirik!
    Buna görə sizə təşəkkür. Uşaqlara göstərməyə adam kimi kontent çıxartdığınıza görə

  • @jeyelsh
    @jeyelsh Před rokem +10

    təşəkkür edirəm, iş görə-görə dinlədim. Təvazökarlıqdan uzaq bəzi düşüncələrimizin eyni olması və ya şərhlərdə həmfikir olan digər dostları görmək sevindirir.. çünki bəzən insana elə gəlir ki, sanki sənin kimi düşünə bilən insan azdır və ya sən yanlış düşünürsən ki, həmfikir olanların azdır.. bu kanalın mənim üçün necə deyərlər strateji tərəfi odur ki, ölkəmizdə düşünə bilən, fərqli fikirli insanları dartıb çıxarır, bir yerə toplayır.. Hətta gələcəkdə bu cəmiyyətin içində qonaqlarınızı qəbul edib, elə podcastlarınızı etsəniz daha qəşəng, daddı olar. Bir daha təşəkkürlər,

  • @pervinmemmedov9045
    @pervinmemmedov9045 Před rokem +4

    Bəylər möhtəşəmsiz

  • @f.e.r.i.d.a9505
    @f.e.r.i.d.a9505 Před rokem +6

    Allahım mənədə qismət et 😭 sizin qonaq olmaq üçün o həddə gəlib çatmaq istəyirəm 😢

  • @gulnarismayilova3719
    @gulnarismayilova3719 Před rokem +4

    Bir də həyata toxunmaqdan danışdız, heç indiyə qədər yazmamışam bu barədə, Tural bəyin sağlam qida haqqında söhbətlərini o qədər qulağım eşidirdi ki, bir gün ayıldım və dedim “Şəkər istifadə etməyəcəm”. Artıq 9 aydır, şəkər istifadə etmirəm, halbuki heç vaxt belə düşüncəm olmayıb.☺️

  • @mamedmirzeli800
    @mamedmirzeli800 Před rokem +8

    Bəyənim, sonra baxaram)

  • @ArzuShirin
    @ArzuShirin Před rokem +15

    Allah məni kitablardan ayrı salmasın🥰kitabın o qoxusu, oxuyarkən keçirdiyim hisslər, aldığım o həzz😍kitab mağazalarında keçirdiyim vaxt😇 hamısı mənim üçün dəyərlidir💜 oxuyun,camaat😇 bu arada,ən sevdiyim detektiv janrıdır😇psixoloji romanları da sevirəm😇xoş mütaliələr😇

  • @alsuiskander7525
    @alsuiskander7525 Před rokem +4

    Kitab oxumaq dünyanın ən gözəl məşqulliətlərindən biridir. Özünü inkişaf etdirmək üçün tək yoldu. Xoş mütaliyələr hərkəsə.

  • @elvinnsirov1843
    @elvinnsirov1843 Před rokem +6

    💙💚🇦🇷

  • @vusalhacyev6363
    @vusalhacyev6363 Před rokem +5

    çox ssevinirəm ki, mənim kitabım oxucumu intihardan döndürə bildi. bunu təzəlikcə öyrəndim və "axır ki" dedim. sizin də cəmiyyətə təsiriniz az deyil. şəxsən mənə faydalısınız. təşəkkür edirəm

  • @celirzayev
    @celirzayev Před rokem +7

    Bəs eşitməmisiniz ki, oğlanlar gözəl qızları özləri üçün bəyənmirlər ki, övladları gözəl olsun deyə seçirlər?! 🫢🙄

  • @rashadbabayevofficial
    @rashadbabayevofficial Před rokem +2

    Maraqlı diskusiya üçün təşəkkürlər👏👏👏

  • @matinhasanzade
    @matinhasanzade Před rokem +2

    “Hər yeni bir kitab oxuduqdan sonra özümdən utanıram. Çünki nə qədər cahil olduğumu anlayıram. Fəqət başqalarının yerinə utanmaqdan özümə sıra gəlmir” - Həsənzadə Mətin.
    Bu mövzu ətrafında söhbətləşdiyiniz üçün təşəkkürlər. Proqrama sərf etdiyiniz zaman və enerjiniz üçün ayrıca təşəkkürlər. Var olun!

  • @tofiqcfrzad3036
    @tofiqcfrzad3036 Před rokem +1

    Super verlis idi.indi baxdim sanki kitab oxuyudum.👏

  • @chingizpiri-zade6925
    @chingizpiri-zade6925 Před rokem +9

    Sərxan bəy, sizə təşəkkür edirəm. Sizin haqqınızda bundan öncə məlumatım yox idi, lakin fikirləriniz, baxışınız çox maraqlı bir təsəvvür yaratdı. @Söhbətgah - da hər zaman olduğu kimi, bizə - bizi tanıtdı! Təşəkkürlər!

  • @asteroidb-6129
    @asteroidb-6129 Před rokem +2

    Sanki söhbətdə əyləşən 4 cü şəxs özümdüm, çox doğma gəldi mövzu və ortam.

  • @meherremrzayev4684
    @meherremrzayev4684 Před rokem +5

    Bele gozel sohbetleri dinleyib ibret goturmemek mumkum deyil.. isder valdeyin olan isder olmayan,eger bu sohbetler ibret goture bilmirse demeli o insan insan deyil. Heyat onun ucun maragsizdi.. indi ki bezi bir cox vaeldeyinler var ki onun ucun usag onemlidi deyil olar ucun geyim ve ipone onemlidi.. sizin sohbetlere her defe qulaq asdiqca cox xos olur. . 1 saatliq sohbet bir nece deyqelil kimi gelir insnana. Cox sagolun . Kaski her kese qulaq asa bilse. Men her kese meslehet gorurem 👍

  • @nuranamusayeva7667
    @nuranamusayeva7667 Před rokem +2

    Çoxdan gözlədiyim podcast idi. Sərxan bəyi yenə dəvət edin💙

  • @tariyelmustafa5122
    @tariyelmustafa5122 Před rokem +2

    Mövzularınızın aktual,qonaqlarınızın çoxunun belə nümunəvi insanlardan seçilmiş olması gəncliyimizin "nümunəvi insan" ehtiyyacının qarşılanması və viziyası adına çox böyük dəstəkdir. Təşəkkürlər, söhbətgah...

  • @homehouse7968
    @homehouse7968 Před rokem +12

    Uşaqlıqdan atamın, müəllimlərimin və mənim də həvəsim nəticəsində çox gözəl bir miras əldə etmişəm. Oxuyun ki yaşamağı biləsiniz təşəkkürlər @sohbetgah komandası 👏🏻👌🏻

  • @sarkanisgandarli
    @sarkanisgandarli Před rokem +4

    Hər videodan sonra başqa bir şeylər öyrənirəm çox sağ olun 💙💚

  • @turalrovshanoglu2741
    @turalrovshanoglu2741 Před rokem +1

    Gördüyünüz bu cür deyerli işlər üçün çox saqolun beyler.

  • @Slavik822
    @Slavik822 Před rokem +1

    25:14 programın başlığına çevrilə biləcək cümlədir!
    Super!

  • @Ramin-Allahverdiyev
    @Ramin-Allahverdiyev Před rokem +1

    Təşəkkür edirəm.💙💚

  • @Resul_Resul
    @Resul_Resul Před rokem +4

    Təşəkkür edirəm bizi marifləndirdiyiniz üçün. Sizə işlərinizdə uğurlar ✌

  • @ziyadaslanov7066
    @ziyadaslanov7066 Před rokem +2

    Maraqlı və maarifləndirici söhbətə görə təşəkkürlər.

  • @gunelmiraslanova4389
    @gunelmiraslanova4389 Před rokem +1

    Möhtəşəm idi, əməyi keçən hər kəsə təşəkkürlər!

  • @ferzade5311
    @ferzade5311 Před rokem +2

    Əməyinizə qüvvət 👏

  • @fuad_1988
    @fuad_1988 Před rokem +1

    Maraqlı söhbət alındı, daha bir dəfə məncə danışa bilərsiniz

  • @Esqin0
    @Esqin0 Před rokem +4

    Məncə Azərbaycanda uşaqların türkce danışmasının səbəbi uşaqlıqdan türk kontentlerinə baxmağımızdır. Biz lap balaca olanda türk multiklerine baxırdıq və youtube - a keçəndə yenə türk youtuberlerə baxmağa başladıq. Çünki Azərbaycan dilində kontenlər yox idi. Necə ki Türkiyə Amerikanı 10 il arxadan izləyir bizdə Türkiyəni 10 il arxadan izləyirik. Bizdə youtubeda dəyərli kanallar daha yeni yeni çıxmağa başlayır. Mən heç azərbaycanca kanal izləmirdim amma son 1 ildə 3 azərbaycan kanalı izləməyə başlamışam.

  • @Shahriyar_Aliyev
    @Shahriyar_Aliyev Před rokem +1

    Super,👍

  • @dasqinkurcayli
    @dasqinkurcayli Před rokem +8

    Çoxdan gözlədiyim podcast nəhayət ki, çay və Söhbətgah💚

  • @kanan564
    @kanan564 Před rokem +1

    Əla buraxılış alınıb. Parkda gəzə gəz qulaq asdım. Haçansa otaqda 10-15 nəfər auditoriyada olsa əla olar. Canlı :)

  • @user-pf4gj7ph5s
    @user-pf4gj7ph5s Před rokem +1

    Çox dəyərli görüş idi.Əli,Tural bəy və əziz qonağımıza təşəkkür edirəm.

  • @musabaliyev7652
    @musabaliyev7652 Před měsícem

    Mütaliə edən insanların artması sevindirici haldır. Şərab evlərinin sayı qədər kitab evləri olduqda cəmiyyətdə bəzi şeylərin düzəlməsini gözləmək olar.

  • @taranasafarova
    @taranasafarova Před rokem +8

    Hədiyyənin kiməsə faydası olduğunu görmək nə gözəldi. Dəyərləndirdiyiniz üçün sağ olun, Tural bəy.
    Kitabı Sizə hədiyyə edəndə də bildirmişdim, o kitab mənim həyatımı xilas edib. Ondan sonra o kitabı bacardığım qədər insanlara hədiyyə edirəm. Ümid edirəm onlara da müsbət təsiri olacaq. Ətrafımda elə insanlar var ki onlar da mütləq o kitabı oxumalıdırlar, amma təəssüf ki onlara bu maraqlı deyil. Necə var elə davam etmək istəyirlər. Onları indiki vəziyyətdə başa düşürəm. Bəlkə bir gün bu və ya başqa kitab fikirlərini cəlb edər və onunla həyatları gözəlləşər.

  • @tamerlanqara
    @tamerlanqara Před rokem +2

    çox keyfiyyətli söhbət alınıb. təşəkkürlər.

  • @AfqanQuliyev
    @AfqanQuliyev Před rokem +1

    Sərxan bir dəyərdir. Çox gözəl mövzudur.

  • @heydernecefov4435
    @heydernecefov4435 Před rokem +4

    Super!Bu vaxta qədər olan buraxlışlar arasında ilk üçlüyə düşəsi
    buraxlışdı.Təşəkkürlər

  • @gulbanizqurbanova8490
    @gulbanizqurbanova8490 Před rokem +4

    Maraqli, lazimli, faydali movzu👍teshekkurler👍

  • @aynurmemmedova
    @aynurmemmedova Před rokem +3

    Kitab səsləndirməyi düşünün, məncə. Hər ikinizdə gözəl alinar. Səsiniz adami yormur. ❤️

  • @everybazar1792
    @everybazar1792 Před rokem +1

    Maraqlı oldu.

  • @Slavik822
    @Slavik822 Před rokem +2

    3:15 inkişaf etmiş ölkələrdə detektivlər də az oxunmur. Məncə məqsədlər üçün kitablar dəyişir... və ya yolun başında olan gənclər daha inkişafyönlü kitablar vacibri. Amma başqa janrları da lazımsız hesab elemək olmaz

  • @elmeddinakhundov9969
    @elmeddinakhundov9969 Před rokem +4

    💙💚Kitab💙💚

  • @elvinkazimli8110
    @elvinkazimli8110 Před rokem +1

    Çox əla söhbətgah idi. Qonağınız çox xoşuma gəldi..

  • @aslibabayeva
    @aslibabayeva Před rokem +2

    Çox gözəl buraxılış idi.
    Çox təşəkkür edirəm. 🤍

  • @yavernovruzov805
    @yavernovruzov805 Před rokem +1

    Sıxılmadan izlədim və oxumağa olan həvəsim, doğrudan da, artdı. Məni ilhamlandıra bildiniz. Sadəcə hiss etdiklərimi yazmaq istədim bura. Hər biriniz, yaxşı ki, varsız!

  • @nilufertalibova
    @nilufertalibova Před rokem +2

    Siz mənim də həyatıma toxunmusunuz, əziz Söhbətgah komandası! Xəbəriniz belə olmadan həyatımın çox müsbət istiqamətə doğru dəyişməsində rolunuz olub! Bunun üçün sizə daim minnətdaram😇

  • @quliyeva3550
    @quliyeva3550 Před rokem +4

    Şərhsizzz çoooox maraqlı olacaqqq.

  • @yusifmahmudlu936
    @yusifmahmudlu936 Před rokem +2

    Zövq aldim ne yaxşiki sizin kimi bilikli , dünya görüşlü, insanlar var .Var olasiz😊 mene maraqli olan mövzulara toxundunuz teşekkürler

  • @narminm.9903
    @narminm.9903 Před rokem +5

    Çox sağolun, necə səmimi insandı. Uğurlar inşəAllah.

  • @abdullayev1
    @abdullayev1 Před rokem +1

    ilk defedir dinleyirdim, zovq aldim , maariflenmek gozeldir

  • @rubailhkkh6591
    @rubailhkkh6591 Před rokem +1

    Kitab olmasa bilik də yoxdur.

  • @elchinmamedov761
    @elchinmamedov761 Před rokem +4

    Hər buraxılışınız superdi qonagları da həmçinin marağlı seçirsiz Youtubda sadəcə Azərbaycana aid bir dənə sizin kanalı izləyirəm həqiqətən. Uğurlar hər ikinizə.

  • @sevdaqurbanova9458
    @sevdaqurbanova9458 Před rokem +2

    Sizin kanalı dünən kəşf eləmişəm . Dünən kəşf etməyimə baxmıyaraq çox şey öyrənməyə başlıyıram və bir çox fikirlərim formalaşır və dəyişir. Belə davam edin👍

  • @rahibnecef3296
    @rahibnecef3296 Před rokem +1

    👏

  • @nihadhmzyev
    @nihadhmzyev Před rokem +8

    Podcastlarınız üçün çox sağolun. Tələbələri qonaq kimi çağırsanız sevinərəm. Çünki hal hazırda istedadlı tələbələr var ki öz ideyalarını çatdırmaqda çətinlik çəkirlər. Oxuyub diqqət ayırdığınız üçün çox sağolun

  • @mirxaliqfettahzada9147
    @mirxaliqfettahzada9147 Před rokem +1

    💙💚

  • @arzuvazirova3935
    @arzuvazirova3935 Před rokem +1

    👍👍👍

  • @ehlimanquliyev8024
    @ehlimanquliyev8024 Před rokem +5

    Çox sağolun bəylər mən sizin ilk verlişinizə baxıram bir bilsəzki həyatımda nələr dəyişib sizə və Allaha təşəkürlər edirəm ki, sizin kimi şəxslər göndərib dünyaya

  • @Fizzliyeva
    @Fizzliyeva Před 3 měsíci +1

    Bu gün tam 4 podcast dinlədim sizə təşəkkür edirəm ,çoox sağ olun həyatıma rəng qatdınız və həyatıma toxunmusunuz sözün əsl mənasında.

  • @zohrtahirova8264
    @zohrtahirova8264 Před rokem +1

    Salam! Biri gecə-, gündüz əl yazma yazır, əsasən də yaradıcı elm adamları vəsaiti olmadığından digər pullu adamlar onu asalıqla ələ keçirib öz adına keçirir, amma şuall verəndə düzgün izzah edə bilmir, lakin oğurlanan elmi əsərləri elmi şura gərək bunları izləsin ki, əsər kimə məxsusdur, koorrupsiya və rüşvətxorluq olanda bunlar susdurulur, başqasının elmi əsərləri ilə onlayn üsulla da müzakirələr aparılır müəllifin xəbəri olmadan, yəni pulsus kasıbın

  • @mehibabayev3042
    @mehibabayev3042 Před rokem +2

    Tessekurler sizlere.🙏

  • @huseynmmmdli6129
    @huseynmmmdli6129 Před 10 měsíci +1

    Mohtesemsiniz. Tesekkurler. 👍👍👍🙏

  • @nuranahsydarzade893
    @nuranahsydarzade893 Před rokem +3

    Çox gözəl mövzu seçmisiniz.Təşəkkürlər.Daima kitabın özündən oxumağı sevirəm.Elektron kitab oxuduğum zaman elə bilirəm oxumamış kimiyəm.Uğurlar ✌️

  • @nuranaimanova
    @nuranaimanova Před rokem +4

    Yenə möhtəşəm podkast olub. Əziyyətinizi halal edin, çox şey öyrənirik sizlərdən. 👏👍💙💚

  • @sarkanisgandarli
    @sarkanisgandarli Před rokem +18

    Həqiqətən sizin kanalını izləyəndən sonra həyatım çox dəyişib. Sizdən çox şey öyrəndim,özümlə qürur duyuram,Yaxşı ki varsınız 💚💙

    • @nezrinshikarova3395
      @nezrinshikarova3395 Před 8 měsíci

      Bu kanalı izləmək son dövrlər ən maraqlı məşğuliyyətlərimdən biridir,vaxt tapan kimi tez kanala daxil olub istənilən bir buraxılışı dinləyirəm, çox zövq alıram həqiqətən, belə söhbətlərə çox ehtiyac var,Hər bir buraxılışdan nəsə öyrənirəm, film və kitab tövsiyyələrindən faydalanıram ,təşəkkür edirəm buna görə sizə.Davamlı olsun🌹

  • @nigaraslanova2374
    @nigaraslanova2374 Před rokem +1

    Çox doğru👍

  • @whoisnurlan
    @whoisnurlan Před rokem +3

    zövqlə izlədim. sizlərə minnətdar olmaq azdır

  • @iradaali4718
    @iradaali4718 Před 9 měsíci +1

    Chox teshekkur edirem size! Var olun

  • @user-sd5pr9jz6h
    @user-sd5pr9jz6h Před 8 měsíci +1

    15:38 İlber Ortaylıdan müsahibə alan adam dəhşət bilgilidi dedikdən 6 ay sonra İlber Ortaydan və Cahan Şengörden müsahibə alan Söhbətgah komandası sevilirsiniz🤍

  • @samira4929
    @samira4929 Před rokem +5

    Как хорошо, что есть такие люди как вы! Спасибо за вашу работу. На канал вашего гостя тоже подписалась недавно, когда искала аудиокниги на азербайджанском языке.