Emil Quliyevlə pərdəsiz söhbət | Kino biznesi | Söhbətgah

Sdílet
Vložit
  • čas přidán 26. 08. 2024
  • Bu dəfə #Pərdə trilogiyasının, #Əqrəbmövsümü və "Körpü" seriallarının rejissoru ‪@emilguliev‬ -lə #Söhbətgah-da pərdəsiz söhbət etdik. ‪@DjTural‬ və ‪@AliKhayyam‬ 2 saat ərzində Emillə müxtəlif mövzulara müraciət edərək kinomuzun problemindən danışdılar.
    Siz də kanala abunə olub, bölüşüb və şərh yazmaqla "Söhbətgah"a dəstək ola bilərsiniz.
    Podkastımızın dəstəkçisi Access Bank, təşəkkür edirik💙💚 www.accessbank...
    📢Bizə "Patreon"dan dəstək olub patronlara özəl buraxılışlar əldə edə bilərsiniz: / sohbetgah
    🔔Hesab.az vasitəsilə bizə dəstək olun: sohbetgah.az/h...
    👋"Söhbətgah"a abunə olun: / @sohbatgah
    💡BİZNES İLƏ BAĞLI BÜTÜN SÖHBƏTLƏRİMİZ
    • 💵 Söhbətgah - Biznes
    BƏS BİZ KİMİK?
    sohbetgah.az
    📬ƏMƏKDAŞLIQ ÜÇÜN
    gel@sohbetgah.az
    sohbatgah@gmail.com
    Instagram: / sohbatgah
    Facebook: / sohbatgah
    Podkastı dinləmək üçün:
    🔻Spotify: open.spotify.c...
    🔻Apple Podcast: podcasts.apple...
    🔻Yandex Podcast: music.yandex.r...
    🔻Google Podcast: podcasts.googl...
    🔻Spreaker: www.spreaker.c...

Komentáře • 529

  • @ahlimanbagirov
    @ahlimanbagirov Před rokem +343

    Çox diqqətlə dinlədim... Heç tərzim deyil bu cür danışmaq, amma ürəyimdən ancaq bu sözü demək keçdi. Əgər millət, cəmiyyət olaraq bu qədər eşqi olan bir insandan yaxşı mənada istifadə etməsək, kül bizim başımıza...

    • @terlanmemmedova2525
      @terlanmemmedova2525 Před rokem +2

      Beli

    • @tofiqhumbetov6712
      @tofiqhumbetov6712 Před rokem +1

      Söyüş süz olmazmı? Bədii dəyəri məyus edır ...

    • @turalxanl6604
      @turalxanl6604 Před rokem

      soxum senin qezeline

    • @TraubenfeldGANG
      @TraubenfeldGANG Před rokem

      @@tofiqhumbetov6712 xəstə zehniyyatlı, burada söyüş görürsən?

    • @selekta9692
      @selekta9692 Před rokem +12

      Tofiq,Bədii dəyərivi də götür siktir də burdan,qardaşımsan.By boyda söhbətdə heç özüvü görmədin yəni sən?

  • @eyvallah8317
    @eyvallah8317 Před rokem +46

    Bu 3 Adamın Azərbaycan cəmiyyətinə verdiyi töhfəni 30 ildə mədəniyyət nazirliyi verə bilməyib

  • @etibarhaciyev8917
    @etibarhaciyev8917 Před rokem +137

    Emil Quliyeva qulaq asannan sora, Azərbaycan kinosunun gələcəyinə ümidlərim artır, ona görə də baxacam. Həmdə SÖHBƏTGAHIN efirində. Bu uje möhtəşəmdir.

  • @mardanaaliyeva
    @mardanaaliyeva Před rokem +11

    "Tamaşaçının zövqünü biz formalaşdırırıq..." - nə gözəl sözlərdi. Bəli, tamamilə düzdür.

  • @elaymmmdzad3609
    @elaymmmdzad3609 Před rokem +123

    Yəqin həyatımda çatışmayan bir çox şeydən, boşluqlardan qaynaqlanır ki, mən nadir hallarda film/teleseriala səbr edib baxa bilirəm. Çünki son 5-6 ildə yarı depressiv halda idim və hələ təzə-təzə çıxıram. Hər şeyin xırdalığına getdiyim üçün film izləmək belə mənimçün dəhşətli sayıla bilərdi. Emil Quliyevə minnətdaram ki, həyata qayıtdığım bu dövrdə bu cür gözəl işlərlə ona rəng qatdı. Kənanın (Hikmət Rəhimov) dediyi kimi, həyat belə şeylər üçün qısadır. Şadruh! 💙💚

  • @tamerlan3999
    @tamerlan3999 Před rokem +37

    Emil o qədər içdən danışırki ,bağrı çatlayacaq.İnsan nə qədər həvəs göstərər öz işinə.Həqiqətən Azərbaycan kinosunun gələcəkdə əsas inqilabçısı hesab olunacaq şəxsin ,çox şükürlərki qalxışının şahidi oluruq!

  • @ElnurVahidzade
    @ElnurVahidzade Před rokem +12

    2 saat 15 dəqiqəlik üsyan. Elə bir üsyan ki, hər saniyəsində milyonlarla həqiqət şarları uçuşur. Biz cəmiyyət olaraq dünyaya mədəniyyət, şeir, elm payı verməyi bacarmışıq. Amma bu gün. Çox təəssüf. Mən əminəmki siz hər şeyin ən gözəlinə layiqsiniz. Təşəkkür edirəm.

  • @xanim0789
    @xanim0789 Před rokem +27

    Emili o qədər gözəl başa düşürəm, belə olmayan kimi. Yeri gəlmişkən Emilin bu gün doğum günüdür, buradan da təbrik edirəm. İki saat o qədər sürətli və gözəl axdı, elə bil evdə oturub, söhbət edirik kimi gəldi, çox cana yaxın "svoyski".

  • @user-cu2zf1tg2b
    @user-cu2zf1tg2b Před 8 měsíci +2

    Bu cavan oğlan Emil coooox səmimi çox istedadli olduğu hiss olunur 👍👍👏👏👏

  • @gulyamammadova1718
    @gulyamammadova1718 Před rokem +67

    Yenə də Söhbətgah. 💙😊
    "İnsanlara hədəflərinə çatmaq üçün əmr verməkdənsə, onlara pozitiv stimul vermək daha məqsədəuyğundur".
    Emil bəy, kaşki imkanım olardı sizə maddi dəstək olardım. 🙂
    Sizə uğurlar arzulayıram, irəli. 😊

  • @rafaelshirinov6608
    @rafaelshirinov6608 Před 11 měsíci +4

    Adam kimi ADAM. nir nefesə dinleyib baxdım. Allah qorusun sizleri cox minnetdaram bu verlişi cekdiyiniz ùcùn. Emil Quliyev avropada dogulsaydı daha başqacùr olardı. Yeni( Qiymetli ). Baxa baxa ancaq ayaq uste alqışladm. ISTEDAD bòyuk herfle. OGLUMA GÒSTERIB DEDIMKI BAX BU OGLANA VAXT GELECEY BU INSAN KARIFEY REJISSOR ADLANACAQ. cox xahiş edirəm òzunùzù. Düşùncelerinizi ve ùreyinizi qoruyun. Var olun. Yaşayìn Yaradın. Sizin ùreyinizə qurban olum. ❤❤❤

  • @faridbalayevv
    @faridbalayevv Před rokem +79

    Bu buraxılış dərslik kimi əlavə olunmalıdır məncə Mədəniyyət və İncəsənət Universitetində 💚💙

  • @ilgaromarov7317
    @ilgaromarov7317 Před rokem +19

    Tural şokdadır, Böyük ehtimalla birinci dəfədir Emil ilə üzbəüz oturub.😂👍👏əla

  • @arzualiyeva6635
    @arzualiyeva6635 Před rokem +47

    Çox maraqlı,çox istedadlı,sənətinə ćox bağlı insanı dəvət etdiyiniz çox şağ olun!

  • @guluzamanli7503
    @guluzamanli7503 Před rokem +16

    Dəhşət maraqlı söhbət oldu. Emil Quliyev o qədər axıcı danışır ki, video 5 saat da olsa adam yorulmaz. Superrr idi. Çox sağolun.

  • @arshadmammadov92
    @arshadmammadov92 Před rokem +15

    Videonu arada saxlayıb həzm edə-edə baxdım. Maraqlı buraxılış oldu. İnsanı özüm üçün kəşf etdim, adam praktikdir, çevikdir, risk etməkdən çəkinmir, olduğu kimidir.
    Praktik olduğuna görə planı, çərçivəni sevmir, improvizasiyanı üstün tutur. İşindən zövq alır, ən əsası etdiyini hiss edir, çox incə və vacib məqamdır bu.
    Nəysə, ürəyim doludur, bəlkə arada event edəsiniz gələk orada söhbət alış-verişi edək Söhbətgah talks kimi bir şey ? :) Əla olardı! Uğur olsun! 💛

  • @nicatkerimli5443
    @nicatkerimli5443 Před rokem +58

    Yerli film sənayesində möhtəşəm geridönüş edən bir şəxsin ölkənin bir nömrəli podcast layihəsində qonaq olması👍👍Uğurlar hər birinizə bəylər!💙💚

  • @eni9mad
    @eni9mad Před rokem +6

    Emil, mən təxmin edirəm ki, sən yaxşı insansan, istedadlısan və müsbət enerjilisən. Ona görə də hər zaman uğurlu olacaqsan. Nə qədər çətinliklər olsa da, sən zatən artıq çox şey eləmisən. Əgər belə davam eləsən mən inanıram ki, bundan qat-qat böyük uğurlar əldə edəcəksən və edəcəksiniz komanda olaraq. Azərbaycanda kifayət qədər səni və sizi başa düşən, aydın, istedadlı, bacarıqlı, zövqlü insanlar var. Yəni, elədiyin iş mütləq qarşılığını alacaq və alır da. O qədər görünməz, səssiz, sizi sevənlər var ki, amma bir gün parlayacağıq. Səmimiyyətiniz filmlərinizdə özünü əks etdirir
    Əjdahasız ! Sizi sevirəm !
    Yaxşı ki varsan Emil ! 💚
    Söhbətgah da ürəydi :)

  • @arsangusein2697
    @arsangusein2697 Před rokem +4

    yolunuz daima aclq olsun Emil,siz də oz isinizdə əsgərsiniz....

  • @kostlischesmenu5791
    @kostlischesmenu5791 Před rokem +11

    Salamlayıram Almaniyadan hamınızı, çox gözəl podcast alındı hər zamanki kimi, Emil müəllimin təvazökarlığına heyran qaldım və ələxüsusda ona köməy edənləri unutmamağı sadəcə əhsən, çox motivasiyalı bir buraxılış alınıb👏👏👏

  • @eldanizrustam
    @eldanizrustam Před rokem +6

    Yaradıcı insanlarla olan podkastlar bir başqa enerjili olur məncə.Bir Etibar Əsədli qonaq olan podkast,bir də bu günkü Emil Quliyevlə olan,enerjinin ekranın o biri tərəfindən bizə bir başqa gəldiyi veriliş boyunca hiss olunurdu.O ki yaradıcı insan nəyisə izah etməyə çalışır və söz tapa bilmir ee...bax budu enerji...və biz izləyicilər bu enerjini alırıq,o an əslində onun ne demək istədiyini başa düşürük. Bir 2 saat da davam edə bilərdi əminəm ki ancaq hər şey də dadında gözəldir deyiblər. Çox sağ olun Tural bəy və Əli bəy,qonaq üçün!!! Emil bəy siz də əgər kommentləri oxuyursunuzsa,bilin ki, sizin təvazökar olmağınız elə sizin əjdaha olmağınızın göstəricisidir.

  • @nigararzuqizi
    @nigararzuqizi Před rokem +47

    Emil Quliyevlə 2 saat 15 dəq. Çox xoşbəxtəm. 🤌

  • @suliko1988
    @suliko1988 Před rokem +20

    Belə təbii, canlı , səmimi söhbətləriniz bol olsun . Çox zövq aldım. Təşəkkürlər

  • @FatimeMamedova-xj3pd
    @FatimeMamedova-xj3pd Před 9 měsíci +1

    Adam necə emosiyayla,hislərlə,ehtirasla danışır..Söhbətgah yaxşı ki, var bizdə belə adamları tanıya bilirik..

  • @kazimkhasanli4873
    @kazimkhasanli4873 Před rokem +13

    Emin bəy, nə yaxşı ki varsız. Nə yaxşı ki bizimkisiz. Sizə dükənməz sağlıq, yaradıcılıq yüksəlişi və istəklərinizi həyata keçirmək üçün imkanlar arzu edirəm. Verlişin aparıcılarına da xüsusi təşəkkürlər. Çox xoş oldu.

  • @vafelka19
    @vafelka19 Před rokem +37

    Emil müəllim,bu gözəl filmlərinizə və seriallarınıza görə sizə təşəkkür edirəm!Bu ölkəyə sizin kimi səviyyəli və istedadlı rejissorlara ehtiyac var!😊Həmdə bu gün sizin ad gününüzdür,təbrik edirəm,uzun ömür ,can sağlıqı arzulayıram!Söhbətgaha da öz təşəkkürlərimi bildirirəm👏🏻

  • @EskoZQasimov
    @EskoZQasimov Před 9 měsíci +1

    Sonacan izlədim.Emil bəy çooox istedadlı rejisordu."Pərdə" filmindən tanımışam və ətrafımdakı insanlara da baxmağa rəva bilmişəm və çox şükür ki,hər biri də bəyənib.Şəxsən Emil bəy bizim kino üçün yeni nəfəsdi.Uğurları bol olsun❤

  • @islamismailov2625
    @islamismailov2625 Před rokem +40

    Vulf Dornun imza gününə gedə-gedə qulaq asmaq 🤌🏻 Təşəkkürlər. 💚💙

  • @zulfiyamusaeva1942
    @zulfiyamusaeva1942 Před rokem +17

    Necə hər podcastınızda bu qədər maraqlı olmağı bacarırsınız?! İlk dəfə idi qonaqlı buraxılışınız bu qədər uzun oldu və 2 saatı keçməsinə baxmayaraq saxlamadan sona qədər izlədim. Emil Quliyev Azərbaycan müasir kinosunun intibahını gətirəcək. Belə gözəl bir buraxılış üçün çox təşəkkürlər hər birinizə 🙏🏻

  • @ulker3357
    @ulker3357 Před rokem +4

    Evvelden axira kimi diqqetle dinledim bezen heyifislendim bezen ferehlendim butun bunlara baxmayaraq umud hemishe var en azindan ona gore var ki bu cur istedadli fedakar insanlara sahibik 👏🏻 daha gozel ishler gormek qismetiniz olsun Emil Quliyev🙏🏻

  • @TMN0930
    @TMN0930 Před rokem +6

    Zövq aldım bu söhbətdən. Nə qədər içi dolu, ruhu tox insandır

  • @askajafarli
    @askajafarli Před rokem +17

    Bu cür həvəsli və istedadlı insana mütləq şərait yaratmaq lazımdır.👏👏👏 Səbirsizliklə yeni işlərini gözləyirik.🥰

  • @UserL15
    @UserL15 Před rokem +6

    Уважаемый Эмиль,
    Вы будущее азерб кино. Выведите его на новый уровень достойный Netflix👌
    Пусть все завистники от вас отпадут и заглохнут. У нашей нации, к сожалению, Зависть впереди национального достояния и гордости.
    Чужих будем хвалить, своих топить.
    Эмиль , удачи вам и дальнейшего процветания.
    Назло всем , наперекор трудностям ,просто творите дальше ваши шедевры👍
    Интеллектуальные люди непременно это оценят. 🌹

  • @fatimemusayeva9755
    @fatimemusayeva9755 Před rokem +17

    Dinlədikcə o qədər fikirlər formalaşır ki, hansını necə yazasan ki bu dəyərli söhbəti yaxşı qiymətləndirə biləsən. Bir sözlə sağ olun!

  • @pashayevrashad
    @pashayevrashad Před rokem +17

    "Sanat bir sorunu kendi yaratıcılığınız ile çözme yeteneğidir" deyə bir cümlə oxumuşdum. Düşünürəm ki, Emil də məhz bu bacarığa malik birisidir. Möhtəşəm podcast üçün təşəkkürlər və Emilə də gələcək proyektlərində uğurlar! ❤️

  • @nrmin9
    @nrmin9 Před 10 měsíci +1

    Normalda bas roldakı oyuncu sadece yarasigi ile seçilir.Korpu serialındakı Nofəl ile bir daha gorduk ki aktyor nece olur.Tebii ki boyuk tesekkur Emil beyedir.Ugurları bol olsun

  • @balahuseynalekberov-ih7sx
    @balahuseynalekberov-ih7sx Před 9 měsíci

    Heqiqetende cox sade, cox semimi ve cox durust biri, yani uzun sozun qisasi ureyi qurtdu olmuyan birisi ve bele insanlari ne qederde ort basdir eleselerde mumkunu olmiycey, belelerine Allah yox yerden bir qapi acicey. Heqiqetende esq olsun!!! Sozun esl menasinda oz senetinin senetkari👍👏

  • @TheMrrovshan
    @TheMrrovshan Před 7 měsíci +1

    Emil Quliyev, filmlərinizi çox bəyənirik. Davamını gözləyirik. İnşAllah gəliŕ götürüb daha gözəl işlərə imza atarsınız.

  • @aynurahasanova7195
    @aynurahasanova7195 Před rokem +9

    "Körpü" - dən sonra Nofəli bir möhtəşəm aktyor kimi kəşf etdim. Bunun üçün də sizə ayrıca təşəkkürlər düşür, Emil bəy. ) Əsl istedadları tanıtdırmaq missiyasını öz üzərinizə götürmüsüz.

  • @user-jj9kb6ff7e
    @user-jj9kb6ff7e Před 11 měsíci +2

    Cox malaqlı söybətdir! Bravo cox közəl və isteydadlı ınsan!❤

  • @megrurcoshqun
    @megrurcoshqun Před rokem +2

    Emille bir mehlede boyumushuk, yashca menden balaca olub. Amma boyume terzi bizlerden yaxshi olub. Heyat terzi, baxishi ferqli olub. Ushaq vaxti xirda-xirda ushaq munaqishlerimiz bele olub)) amma hemishe normal munasibet olub demek olar. Ailece hemishe bashqa istiqametde olublar (DiN) amma Emil istedadini bu uzre gordu ve ozunu inkishaf etdirdi. 2-3 xirda filmleri olub evveller. Xirda da olsa normal effekt verib. Perde-den Emilin yaradiciligini daha aydin gordum. Ehsen ne deyim. Gozel istedad, oz uzerinde ishleyen parlaq bir Genc. Fexr edirem. Men inaniramki, Emil olmush Azerbaycan kino senetine daha chox yenilikler getirecek. Ugurlar Emil.

  • @ismailhacihasanov4781
    @ismailhacihasanov4781 Před rokem +7

    Rus sözlərinə qarşı olanlara sözüm var:
    Rus sözündən istifadə etmək dilimizi unutdurmaq demək deyil, o sözlər illərlə Azərbaycan dilində istifadə olunub və olacaq. Uje, naoborot, rozetka, qubka, skvoznyak, fortoçka və s. onlarla söz artıq Azərbaycan dilinə daxil olub. Belə sözləri dilçilər qəbul etməsələr belə, insanlar arasında istifadədə qalacaq. Dili zorla dəyişmək mümkün deyil. Mənim xoşuma gəlir istifadə edirəm, başqasının xoşuna gəlmir istifadə etmir. Televiziyada, verilişlərdə olmaz belə sözlərdən istifadə etmək, çünki ədəbi, rəsmi, kitab dili olmalıdır. Amma filmlərdə və seriallarda bu sözlər olmalıdır. Amerikan kinolarında küçə söyüşləri, ləhçələr, xarici sözlər deyirlər, heç kim onlara demir.

  • @yaqutyaqubova4798
    @yaqutyaqubova4798 Před 2 měsíci +2

    Emil Quliyev səni bir insan kimi sevdim. Əla.

  • @subhanletifov347
    @subhanletifov347 Před rokem +2

    Bu nə möhtəşəm buraxlışdır. Hələ 25 dəqiqə baxmışam. İstəyirəm yarımçıq saxlayıb bir neçə hissəyə bölüb baxım serial kimi. O dərəcədə bitməyini istəmir adam. Emil bəy hiss olunur ki, necə güclü bir yaradıcı insandır ki, bu qədər həyəcanla, yanğı ilə, emosiya ilə danışır. Adamı nə həddə çatdırıblar ki, bu qədər yanğı ilə danışır. Tək Pərdə filmləri bəs edir ki, bu insanın necə dəyərli biri olduğu aydın olsun. Uğur olsun, təslim olmayın, çəkin. Baxacağıq da, paylaşacağıq da.

  • @aysuhumbetova7266
    @aysuhumbetova7266 Před 5 měsíci +1

    Bu bölüm hamımızın mənəvi narahatlıqlarını göstərir. Çoox maraqli və çoxx dəyərli bölümdür. Təşəkkürlər

  • @ismayilovtalib959
    @ismayilovtalib959 Před 11 měsíci +1

    Mən elə bilirdim ki, təkcə mənəm "əqrəb mövsümü"nün bütün serialarını bir günə baxıb bitirən, sən demə əksəriyyət belə edib. Ümumiyyətlə Emil Quliyevin çəkdiyi filmlər çox fərqlənir baxımlı olur. Sadəcə "PƏRDƏ" filmi möhtəşəmdir. Emil Quliyev'in bütün filmlərini aparır

  • @qahiretarverdiyeva1257
    @qahiretarverdiyeva1257 Před rokem +3

    Bu qeder durust insan gorende kovrelirem)) Emil bey ureyinin behresini gorur indi. Men buna inaniram. Ugurlar 👍🏻

  • @vefamamedova3815
    @vefamamedova3815 Před 10 měsíci +1

    Bu kanalı yeni kəşf etmişəm və çox bəyənirəm. Xeyli video izləmişəm,hər şey əladır. Bu günkü qonağınızı diqqətlə izlədim.Emil bəyə uğurlar arzu edirəm,ümid edirəm ki ,bu cür yaradıcı insanlara ,sənət fədailərinə dəstək göstərən olacaq.

  • @kamranathome
    @kamranathome Před rokem +8

    2 saat isig sureti ile ucdu❤️❤️ Mohtesemsiniz ve cemiyyetimiz ucun evezolunmaz ishler gorursunuz. Ishlerinizde ugurlar ❤️💚💙

  • @nerminhsnova6699
    @nerminhsnova6699 Před rokem +4

    Nə yaxsi ki,sizin kimi rejissorumuz da nəhayət meydana cixdi! Sizə ugurlar!

  • @ayselb.1394
    @ayselb.1394 Před rokem +1

    Yaradici insan yaradici insani harda olsa enerjisinden taniyir))) Emil Quliyevin o isteyi, filmlerine qoydugu fedakarligi, realliqlari bele semimi danishmagi- heddinnen chox heyecanlandirdi meni. Umid edirem ki, onun bu cur chixishi bir chox dogru yerlere gedib chatacaq ve kinoya olan dirnaqarasi baxish - stereotip qirilacaq! Her kes ozunu 1% faiz duzeltse, 9 milyon % deyishim olacaq😍👌🏼 Emil beyi sonuna qeder destekleyirem, chunki 6ci seriyadayam hele ferziyyem yoxdu kiiii, qatil kimdi) Bir chox xarici filmde onceden ferziyyemle hardasa 80% bilirdim. Indi tapa bilmirem)) ve bu, mence rejissor ve ssenaristin boyuk gucudur👍🏻👍🏻 Ugurlu ishdir, tebrik edirem!

  • @mnj3032
    @mnj3032 Před rokem +9

    Nece haqlısınız,Emil bey. Anlatmağa çalışdığınız defektlerin sebebi " eksiklik ve eziklik psixologiyası" dır.
    Tefekkürü, dünyagörüşü, hadiseleri qavraması, anlayışı, derrakesi immatür insanlar dünyanı bu hala getirib. Bir qrup insanların seviyyesi yerlerde olduğu üçün musiqi, medeniyyet, film, opera anlayışı inkişaf etmeyib. Sizi sevirik. Sizi destekleyirik. Size inanırıq. Yolunuz işıqlı ve parlaq olsun.

  • @islambaxs6020
    @islambaxs6020 Před 10 měsíci +1

    Hamınıza təşəkkür. Çox möhtəşəm verlişdi. Emil Quliyev, Hikmət bəy günümüzün əjdahaları. Və əlbəttə ki, Tural və Əli bəyə də minnətdaram ki, belə seçilmiş qonaqlar çağırırlar. Çox marağnan axıra kimi izlədim, həmçinin digər bir neçə buraxılışı da. Əliniz qolunuz var olsun, Söhbətgah kanalının bütün heyətinə meqa uğurlar

  • @lilamemmedovaa
    @lilamemmedovaa Před rokem +3

    47 dəqiqədi baxıram bu qədər səmimi, içdən olan buraxılışınız olmamışdı deyərdim😃 elə serial kimidir hər buraxılışınız bezmədən izləyir adam💚💙

  • @mirhesenmecidov1026
    @mirhesenmecidov1026 Před rokem +1

    Bütün müsahibəyə çox diqqətlə baxdım, Emil bəyin səmimiyyəti çox diqqətimi çəkdi, xüsusilə Emil bəydə dahi yaradıcı insanlara aid kaprizmi deyim yoxsa dəcəllikmi deyim, lap xoşuma gəldi. Təşəkkür edirəm bütün yaradıcı heyətdən belə geniş müsahibə üçün.

  • @lalezardashdemirli8954
    @lalezardashdemirli8954 Před rokem +3

    Fitri istedadın hiperaktiv təzahür forması= Emil Quliyev 👏🤩
    Söhbətgah, kinomuzun yeni dirçəliş ümidi ilə daha yaxından tanış olmaq imkanı yaratdığınız üçün təşəkkürlər.

  • @gurbanovashahnaz
    @gurbanovashahnaz Před rokem +5

    Emil Quliyevi dinləmək♥️
    Təşəkkürlər, Söhbətgah, minnətdarıq!

  • @curiousignorant1554
    @curiousignorant1554 Před rokem +4

    Başdan sona maraqla izlədim. Həqiqətən Azərbaycan kinosu, ədəbiyyatı, ümumiyyətlə Azərbaycan adına müsbət işlər görəndə hədsiz çox sevinirəm. Emili də çox bəyənirəm. Uğurlar!

  • @nuranamammadova1924
    @nuranamammadova1924 Před rokem +2

    Çoox içdən və səmimi podcastlardan biridi. Emil bəyə təşəkkürlər, işlərinizdə uğurlar. İnşallah maddi vəsaitiniz artar, daha gözəl işlər yaradarsız❤

  • @azerrustemli446
    @azerrustemli446 Před rokem +1

    Mənədə şans verdi Emil çox dəyərli insandı səmimi dəyərli birlikdə işlədim gördüm Allah uğurlarını bol etsin

  • @nusabnadirova1788
    @nusabnadirova1788 Před rokem +6

    Çox böyük həvəslə baxdım, həmişəki kimi çox maraqlı buraxılış idi. Təşəkkürlər sizə, hər üçünüzə uğurlar!👌

  • @sarahasan6015
    @sarahasan6015 Před rokem +2

    Super super super! Film mohteshem! Siz her biriniz de ötäsi! Molodci! Tebrikler,ughurlar! ❤️🤍

  • @zehraqaradaqi-or4tj
    @zehraqaradaqi-or4tj Před rokem +1

    Спасибо Вам Эмиль за талант, за широкое сердце, за искренность. Вы высокообразованный профессионал своего дела! Дай Бог, чтобы все Ваши планы сбылись. На таких людях и профи, как Вы держатся наша культура. Не опускайте руки. Вы большая умница!

  • @NigarSafura
    @NigarSafura Před rokem +60

    Bu videoya yazılacaq rəylər Emil Quliyev üçün ən gözəl doğum günü təbrikləri olacaq. 💙💚🥰

  • @qdirsuleymanov7264
    @qdirsuleymanov7264 Před rokem +2

    Cox əla serial idi əqrəb mövsümü.emil Quliyevi belə kəşf etdim.düşüncəsi,fikirləri fərqli.ardı gəlsin.

  • @Gulay_pkxd
    @Gulay_pkxd Před rokem +3

    Əqrəb mövsümü seriala Tural bəyin paylaşımı ilə baxdım 👍🏻👍🏻əməyinizə sağlıq

  • @tottikhdev
    @tottikhdev Před rokem +3

    Emil bey bir meseleye toxundu bu sahede olmamişam dedi bu artiq Yaradici ideya düşuncesi fantaziyasi var artiq fitri istedaddir.

  • @elnareislam433
    @elnareislam433 Před rokem +9

    2 saat 15 dəqiqə necə keçdi bilmədim.Emil müəllim tam mənim Azərbaycan üçün arzu etdiyim incəsənət işsidir.Hər bir şeyə ruh qoymaq.Pula görə iş görmək,sənət göstərmək olmaz!!!!!!!!!!Bunu vallah başa düşürük ekrandan olsa belə.Laiq olduğunuz yerlərdə sizi görmək arzusu ilə Emil müəllim.Uğurlar sizə.

  • @meyvelerlesohbet5372
    @meyvelerlesohbet5372 Před rokem +3

    Qoca:Orqanik veriliş alınıb.Allah millətimizə can sağlığı versin.Mən də Sabunçu qəsəbəsindənəm.Qəsəbəmiz həmişə istedadlı insanlar yetişdirib.Torpağın rolu böyükdür.Mənlik bu qədər.Emil müəllimə və ailəsinə salamlar.Xüsusilə Fazil bəyə.

  • @shukurisgandarov
    @shukurisgandarov Před rokem +2

    Çox maarifləndirici verilişiniz var. Həmçinin qonaqlarınız. İki saatdan çox çəkildiyinə baxmayaraq, adama yenə də az gəlir.

  • @xediceelekberova4551
    @xediceelekberova4551 Před rokem +1

    Həqiqətən mövüzədir.Çox sağ ol Emil Quliyev.

  • @yaveribrahimov1265
    @yaveribrahimov1265 Před rokem +1

    Paxıllıq heç vaxt yaxşıya apara bilməz. Qoy qabağa getsin, inkişaf eləsin. Bu adamlar ölkəyə, bu vətənə qalacaq da. Belə hallarda həmişə sevinirəm ki bu ölkənin gələcəkdə istedadlı, intelektual, düşüncəli nəsli olacaq. Tural bəy və Əli bəy, təşəkkür edirəm gözəl söhbət üçün. Emil bəyə ideyalarının tükənməməsi və bu ideyaları həyata keçirə bilməyini arzu edirəm. Bəlkə də belə yazmaq doğru çıxmaz, amma bir şeyi deyə bilərəm ki hansısa filminiz üçün "kimin gücü nəyə çatır dəstək olun" desəniz böyük bir tamaşaçı ordusundan dəstək alacaqsız. Bizim millət gözəl millətdir!.

  • @ilkincabbarzade3437
    @ilkincabbarzade3437 Před rokem +3

    Ugurlariniz bol olsun , davami gelsin.

  • @raminsalimov2451
    @raminsalimov2451 Před rokem +2

    25 ci deqiqedeyem, anlayirem ki, bu usaqlar gor ne eder eziyyet cekibler ki, emosiya partlayiree... var olun, sag olun!!! Davam edim😉

  • @e.h274
    @e.h274 Před rokem +1

    Çox maraqlıdır ki, aparıcılar Emil Quliyevə elə diqqətlə qulaq asıb, kinonun pərdə arxası çətinliklərə, aktorların fedakarliqlarina və ümumən keyfiyyətli kinonun ərsəyə gəlməsinə 1001 əziyyət və böyük mexanizminden keçməsinə şahid oldular. Amma yaşadığımız dünya, kainat, bəşərin və yaşadığımız mürəkkəb bir sistemin Allah tərəfindən yaradılmasına və idarə olunmasına inanmırlar , qəribə deyilmi .

  • @aynurazohrab
    @aynurazohrab Před rokem +20

    130 dəqiqə sonra commentlərdə fikirlərimi bölüşəcəm.Xoş seyrlər.Uğurlar 💚💙

    • @ayaz8062
      @ayaz8062 Před rokem

      Bir söz deyim: Allah eləsin kinolarınızı Hollivudda çəkəsiniz

  • @farmeraze
    @farmeraze Před rokem +1

    bizde motive edecek insanlar yoxdu size baxanda motive oluram çox sağ olun Emil Quliyevde çox təbii danisir rola girmir semimidi Azərbaycanin gənclərin inkisafi üçün belə insanlar lazimdi bizde bele insanlari yox edirik

  • @kb7182
    @kb7182 Před rokem +1

    Əhsən, Emil yeni ulduzdur!! Молодец, красавчик!!! Звезда нашего кинематографа!

  • @ilqarmeherremov_
    @ilqarmeherremov_ Před rokem +11

    Hər kəs öz qapısın süpürsə Bakı təmiz şəhər olar ( Hostun hansısa repində var idi bu fikir . Emilin demək istədiyi budur .

    • @arshadmammadov92
      @arshadmammadov92 Před rokem +6

      Almaniyada belə bir şey var, əgər kimsə sizin qapınızın ağzında buzlu havada sürüşüb yıxılsa, məsuliyyəti siz daşıyırsınız. Ona görə hər kəs qarı, buzu təmizləyir. Hər kəs özündən başlasın, yəni. Bu ağlıma gəldi şərhinizi oxuyanda.

  • @huseynhuseynlii
    @huseynhuseynlii Před rokem +2

    Qısa və konkret möhtəşəm idi.Elvin Dadaşsoyu da Söhbətgahda görmək gözəl olardı.

  • @Kenan_444_
    @Kenan_444_ Před rokem +1

    Allah Azerbaycan Filmini Emil Quliyeve Çoxx görmesin.! Allah size can sağlığı uzun ömür versin Sizin kimi Rejissordan 3 denede olsa Azərbaycanda film Esirlerle ölməz!

  • @vusalsirin-ov8534
    @vusalsirin-ov8534 Před rokem +1

    Bu günə qədər izlediyim ən gözəl müsahibə.Emili hər gün daha da cox təqdir edirəm.Əsl rejissor bax bu cür olmalıdı.Dastayevski oxumaqla,universitet bitirmekle olmur her şey.Rejissor doğulasan gerey.Tebrik edirem her üçünüzü👏👏👏

  • @50nomrlitamortamktb.samilo40

    Çox maraqlı söhbətə görə təşəkkür edirəm. Emil Quliyev istedadlı olması ilə yanaşı, sözün əsl mənasında böyük insandır. Təvazökar, fədakar ,yaxşı insan. Allah ürəyinə görə versin, gözəl insan .

  • @MikoFutbolist
    @MikoFutbolist Před rokem +1

    Salam Alekum
    Emil gardas heyatda necedise ele de cek filimlerini .
    Sene ugurlar arzulayiram gardas

  • @arzuimv5180
    @arzuimv5180 Před rokem +12

    Danışdığı bəzi söhbətlərə çox pis oldum…( Nə vaxt qiymət qoyulacaq bizdə əziyyətə, zəhmətə, keyfiyyətə… çox heyif!
    Sizə də uğurlar arzulayıram💚💙davam edin bu cür buraxılışlara. Sevə-sevə baxıram😇

  • @biologiyatedrisi
    @biologiyatedrisi Před rokem +5

    Kino bir senetdir😍 1 sehnenin cekilmesi kadrarxasina baxanda nece maraqlidir👏🏻

  • @eljafa8963
    @eljafa8963 Před rokem +1

    Emil bəy haqlıdır. Xalqımız yaxşı xalqdır. Özünə güvəni artmalıdır xalqın. İstedadlıların ayaqlarından çəkməməli, əksinə, imkan yaratmalıdır xalq.

  • @narmin_ibrahimova
    @narmin_ibrahimova Před rokem +12

    Söhbətgahın "ən səmimi podcastı" deyə bilərəm. Hər birinizin əməyinə sağlıq.😊👍

  • @gullusohbetler
    @gullusohbetler Před rokem +3

    Emil bəy, bizə bu gözəl zövqü yaşatdığınız üçün təşəkkurlər.

  • @zulfiyyagayeva9160
    @zulfiyyagayeva9160 Před rokem +8

    "Eqreb mövsümü" nü də maraqla izledim, romanını oxudum, amma "Körpü" mənim fikrimcə, daha faydalı serial idi, çox incə mətləblərə toxundu, qabartdi, düşündürdü, ardı çəkilsə məncə reytinq də qazanar, baxılar.. heç reytinq mövzusunu sevmirəm... faydalı işin reytinq qazanması üçün səbr etmək, davamlılıq, fədakarlıq lazımdı...

    • @zulfiyyagayeva9160
      @zulfiyyagayeva9160 Před rokem +2

      Emil Quliyeve bir tamaşaçı kimi təşəkkür edirəm👏👏👏

  • @elish81
    @elish81 Před rokem +3

    Əla podkast. Mükəmməl söhbət,Kənan MM dən sonra hələ bu qədər həqiqəti danışan,olduğu kimi söhbət
    edən yaradıcı incəsənət adamı görməmişdim.Uğurlar.

  • @faiqaliyev4820
    @faiqaliyev4820 Před rokem +3

    Əqrəb mövsümü üçün təşəkkürlər 2 ci dəfə baxacam kiçik şahzadənin kino versiyasıdı hər dəfə bir çox şey öyrənirsən neçə uğurlu layihələrə emil bəy və söhbətgah komandası.

  • @user-xi6bi4ml7j
    @user-xi6bi4ml7j Před 6 měsíci +1

    Çox maraqla dinlədim Emil bəy təşəkkürlər uğurlarınız davamlı olsun Amin

  • @elkhanmaharramli6508
    @elkhanmaharramli6508 Před rokem +6

    Bazar gününün ən gözəl hədiyəsi. Çox sağ olun. Almaniyadan salamlar 💙💚

  • @nubarisrafil
    @nubarisrafil Před rokem +1

    Fasiləsiz izlədim. Təşəkkürlər, Emil Quliyev! Təşəkkürlər, Söhbətgah💙💚

  • @kianschool-59-QQ-703
    @kianschool-59-QQ-703 Před rokem +4

    Salam,Emil Quliyev adama motivasiya verir,uğurlar

  • @fuad.hasanov
    @fuad.hasanov Před 4 měsíci +1

    Emil Quliyevə qulaq asmaq adama zövq verir. Savadlı, zövqlü, işləmək istəyən rejissor amma heyf ki, Azərbaycanda belə insanlara yer yoxdu. Mədəniyyət Nazirliyi və yaxud kinomatoqrafiya ilə məşğul olan qurumlar ayıb olsun sizə!

  • @turalhuseynov5138
    @turalhuseynov5138 Před rokem +2

    İndiyənə kimi bu söhbətgaha baxmamışdım.. bir nəfəsə baxdım qutardım..chox xoshum geldi ..

  • @kamrangurban985
    @kamrangurban985 Před rokem +1

    Heqiqeten sevdim seni. ))
    Cox sade ve semimi yanaşmalardan dolayı teşekkürler.

  • @ing4137
    @ing4137 Před rokem +1

    Emil Quliyev sizi "pərdə"lərdən tanımışam.çəkdiklərinizi izləməyi səbirsizliklə gözləyənlərdənəm.əməyinizçün təbriklər və təşəkkürlər...təxəyyülünüzün heç bitməməsi diləyiylə...