Başdan sona Ausbildug prosesim və köstək olan insanlar

Sdílet
Vložit
  • čas přidán 30. 06. 2023
  • Salam dostlar. İnstagramda həddən artıq maraqlanılan mövzu olduğu üçün ətraflı formada bu mövzulara girmək istədim. Xüsusəndə çox insan almaniyada ausbildungu necə dəyişdiyimi və almaniyaya gələrkən hansı yollardan keçdiyimi bilmək istəyir. Buna görə istədimki təcrübəmi və hekayəmi sizinlə paylaşım. Video ümumi olaraq aşağıdakı mövzularla bağlı danışıram. Əgər almaniyaya gəlməyi düşünürsünüzsə videonu sona qədər izləməyinizi tövsiyyə edirəm.
    Videoda olan mövzular:
    1. Almaniyaya necə gəldim❓
    2. Hansı proseslərdən keçdim və hansı əziyyətləri çəkdim❓
    3. Kurslar məni necə aldatdı❓
    4. Ausbildunga Özüm necə qəbul aldım❓
    5. Kursların təcrübəsizliyi❓
    6. Mcd da Ausbildunga gəlməyim❓
    7. Miqrasiyada yaşadığım problemlər❓
    8. Ausbildung dəyişmək prosesi❓
    9. Azərbaycandan İT-ə qəbul mümkündürmü❓ və s.
    Social Media:
    Instagram → ausbildungyashami
    Tiktok → tiktok.com/@ausbildungyashami

Komentáře • 252

  • @tarlanmalikov9264
    @tarlanmalikov9264 Před 6 měsíci +13

    qardas men bu gun butun gunumu senin videoyalarina hesr eledim, men senin kimi insan tanimiram heyatda, senin ureyin nece temiz insansan,

  • @jokerface4866
    @jokerface4866 Před rokem +15

    Qardaş sənin kimi köməksevər gözəl xaysiyyətli insanlar arzu edərdim çox olsun azerbaycanda

    • @ausbildungyashami
      @ausbildungyashami  Před rokem +2

      Bildiklərimizi paylaşdıqca böyüyəcik və çoxalacıq ✌️

  • @aytanbagyeva9862
    @aytanbagyeva9862 Před 11 dny +1

    Butun videolariniza baxmiwam. Cox sagolun heqiqeten, nece nece insanlara yol gosterirsiniz, motive edirsiniz🙏🏼🙏🏼🙏🏼

  • @mohubbtbabayev7401
    @mohubbtbabayev7401 Před 10 měsíci

    Teşekkürler videoların ardi gelsin

  • @hmdbaxszad9079
    @hmdbaxszad9079 Před 9 měsíci

    Çox sağ olun hər şeyə görə. Minnətdarıq

  • @rovsenaliyev228
    @rovsenaliyev228 Před 7 měsíci +1

    Çox təşəkkür məlumat üçün

  • @AliHaqqdir
    @AliHaqqdir Před rokem +35

    Ad vermirsiz başa düşürəm sizi amma belə kursları ifşa etmək lazımdır ki, bizim kimiləri yenə bedbaxt eləməsinlər. Mən fakt bu dəq əziyyət çəkirəm. Pulumuzu da alıblar və düz əməlli dərs keçmirlər və çox soyuq yanaşırlar

    • @hirokikurasawa5101
      @hirokikurasawa5101 Před rokem +2

      Dəyiş yenə dəyişəndə tüpürüm üzlərinə, səbəb budur ki ograslara yaraşan yalnız tüpürcəkdi

    • @fuadhuseynov7116
      @fuadhuseynov7116 Před rokem

      hansı kursdur qardaş

    • @Memmedov98
      @Memmedov98 Před rokem +4

      Yaxşı heç olmasa siz yazardızda hansı kursda oxuduğunuzu

    • @Matthewmest
      @Matthewmest Před 10 měsíci +2

      Ozun niye yazmamisan qardas

    • @konuljafarova411
      @konuljafarova411 Před 10 měsíci

      Salam.harda?

  • @salehaghayev9373
    @salehaghayev9373 Před rokem

    Əla alınıb,uğurlar.👏

  • @mmmdovelnur6954
    @mmmdovelnur6954 Před 11 měsíci +2

    Əhsən qardaş sənə səmimiyyətine göre teşekkür edirik doğru düzgün məlumat verdiniz.

  • @Huseynehmedow
    @Huseynehmedow Před měsícem +1

    Qardaş çox sağ olun

  • @armada_1905
    @armada_1905 Před rokem

    Təşəkkürlər 🙏

  • @Black_White88
    @Black_White88 Před rokem +5

    Sağol qardaş sizin ki qəlbi təmiz insanlar varmış Allah sizdən razı olsun

    • @ausbildungyashami
      @ausbildungyashami  Před rokem

      Sizdən də razı olsun. Təşəkkür edirəm xoş sözləriniz üçün ✌️

  • @yasemenqurbanova8174
    @yasemenqurbanova8174 Před rokem

    Təşəkkür🙏👍

  • @Herromusic
    @Herromusic Před rokem +1

    Təşəkkürlər

  • @abduldjalilkhalilli790
    @abduldjalilkhalilli790 Před rokem +1

    Məsləhətinizə ehtiyac var çox

  • @elchinhasan7241
    @elchinhasan7241 Před rokem +8

    Qardaş bravo.Hər adam öz təcrübəsini paylaşmaq istəmir.Səmimiyyətinizə görə təşəkkür

  • @Aska8922
    @Aska8922 Před 6 měsíci +2

    Allah hər şeyi o gözəl ürəyinizə görə versin!

  • @gopromarlow2994
    @gopromarlow2994 Před rokem +16

    Mənə Alman dilini öyrənmək və Ausbildung məsələlərini həll etmək üçün bir adam məsləhət görmüşdülər. Almaniyada bir neçə illər yaşadığını, alman dilini özünün oyrəndiyini və super savadlı olduğunu dedilər. Mən danışıq bacarığını artırmaq üçün bu adamla davam etdim.Amma peşmançılıq. Dərs müddəti bir saat və bu adam bir saatı necə tez bir formada bitirmək barədə düşünürdü. Dərsə 5-10 dəqiqə gec başlamaq, dərs müddətində fikir yayındırıcı əlamətlərin olması (dərsi evdən online keçirdi. uşaqlar və.s) və həmçinin dərsi tez bitirmək cəhdləri. Məsələnin ikinci bir tərəfi Ausbildung məsələsi ilə bağlıdır.Mən saytlarda çox vaxt keçirir, Almanizanın müxtəlif regionlarındakı Ausbildung vakansiyalarını axtarıb müvafiq sənədləri onlara göndəriridim. Bu adama ilk başlarda sənədlərimi göndərdiyim halda üzərindən iki aya yaxın müddət keçməsinə baxmayaraq məndən bəzi sənədləri yenidən istədi və mən artıq o an aldadıldığımı hiss etdim və beləcə həmin adam məni iki ay gecikdirdi. Niyə o şəxs haqqında "ADAM" deyə bəhs etdiyimi sual edə bilərsiz, cavab verə bilərəm. Adam olmaq çox asan bir işdir,adam kimi dünyaya gelirik, amma sonrakı proseslərdə oyrəndiklərimiz, məsələlərə düzgün yanaşmağımız, fərqli düşüncə və dünyagörüşünə malik olmağımız ən nəhayətində təcrübələrimiz bizi "İNSAN" laşdırır. İnsanların çıxılmaz vəziyyətindən istifadə etmək, onları aldadaraq gəlir əldə etmək "İNSAN" lıqdan kənar bir hərəkətdir. Ausbildung yolunda olan hər bir sağlam düşüncəyə malik olan həmvətənlilərimə uğurlar arzu edirəm.

  • @PizZa-wj7yh
    @PizZa-wj7yh Před 6 měsíci

    Kaş senin kimi adam herbir ölkede ola bele etrafli açiqlamalar vere

  • @hirokikurasawa5101
    @hirokikurasawa5101 Před rokem +5

    Allah işlərini avand eləsin, səmimiyyətin, insanlığın simanda təzahür edir. RƏBBİM bizlerede nəsib etsin amin

    • @ausbildungyashami
      @ausbildungyashami  Před rokem

      Təşəkkürlər ✌️🍀

    • @ramilaasgerova1884
      @ramilaasgerova1884 Před 11 měsíci +1

      Salam .Əhsən sizə. Bu qədər faydalı xəsislik etmədən ətraflı məlumat verirsiz .Minnətdarıq.
      Xahiş edirəm alman dili müəlliminizlə əlaqə saxlamaqda bizə yardımçı olardınız.

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 11 měsíci

      @@ramilaasgerova1884 instagramda əlaqə saxlayın sizə yönləndirim ✌️

    • @sevdarahmanova9169
      @sevdarahmanova9169 Před 10 měsíci

      @@ramilaasgerova1884 Salam.Bizə də yaxşı kurs lazımdı.Xahiş edirəm mənə də məlumat verin.Çox xahiş edirəm

  • @Zero-0577
    @Zero-0577 Před 11 měsíci

    21:38 bu kimi hallar başımıza gəldikdə tam olaraq nə etməliyik haradan nə öyrənməliyik bu haqda qısa video və ya mənbə paylaşayabilərsən qardaş? Allah yolunu açıq etsin, bu qədər əziyyət çəkibsən bə hələ də çəkirdən bəhrəsini görəcəksən, in şə ALLAH.

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 11 měsíci +1

      Qanubları öyrənmək lazımdır. Ən əsası budur. Sizə verilən vizada paraqraf verilir. O paraqrafı internetdə yazdığınızda çıxır. Onu rahatlıqla oxuya bilərsiniz. Ordan digər paraqraflara keçid edərək digər qanunları da oxuya bilərsiniz. Vəya internetdə BBiG (BerufsBildendeGesetz) yazın internetdə. Bununla siz ausbildung haqqında bütün qanunlarınızı oxuya bilərsiniz 👌🏻

  • @sevilmmmdli5229
    @sevilmmmdli5229 Před 10 měsíci +1

    ❤❤

  • @mehmanabdullayev2834
    @mehmanabdullayev2834 Před rokem +1

    salam, sizə həyatınızda uğurlar) kanalınızda təcrübələrinizi bölüşməyiniz faydalıdı, məlumatlar üçün də təşəkkür edirəm. zəhmət olmasa, alman dili müəlliminizin kontanktını təsvirə yazın və ya şərh bölməsinə sancaqlayın.
    çox sağ olun.

  • @alekberovmurad
    @alekberovmurad Před 8 měsíci

    Salam kanali yeni izleyirem mende gedmek isteyirem bir şey maraqlidi mene zehmet olmassa deyerdiz Almanyada oturum aldiqdan sora ausbuildinge problemsiz daxil olmaq olur? Yeni oturumdan sonra isdediyiniz vaxt hansisa peşe uzre oxuya bilerikmi?

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 8 měsíci

      Salam. Milli viza ilə ausbildunga gəlirsiniz və milli viza oturum kimi bir şeydir. Viza vəya oturum fərq etmir. Siz ausbildung ilə gəlirsiniz və daha sonra istədiyiniz vaxt ausbildungunuzu başqa peşəyə dəyişə bilirsiniz✌️🍀

  • @fuadhasanli9022
    @fuadhasanli9022 Před rokem

    Vielen Dank

  • @funnyadventuretravel-allyo1956

    Videoya gore tesekkur edirem it uzre qebul ederken o prosesde dil seviyyeniz ne yerde idi? Men ozumde almaniyada yasayiram ve gastronomiya uzre isleyirem

    • @ausbildungyashami
      @ausbildungyashami  Před rokem +1

      Salam. B1 səviyyəsində idim. Əgər İT ilə maraqlanırsınızsa, yaxın zamanlarda bu mövzu ilə bağlı da ətraflı video gələcək ✌

  • @vuqarmemmedov6491
    @vuqarmemmedov6491 Před 11 měsíci

    çox təşəkkür edirəm dolğun məlumat üçün. orda helpdesk üzrə işləmək olar? yəni ausbildungda helpdesk peşəsi var? Maaşı neçədir? Zəhmət olmasa cavablayarsız

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 11 měsíci +1

      Salaç. Bəli, təbiiki var. Kanalımda bununla bağlı video hazırlamışam ✌️ Sizə köməyi olacağını düşünürəm 😉

  • @nigarvaliyeva4476
    @nigarvaliyeva4476 Před rokem

    Salam

  • @elnuraliyev627
    @elnuraliyev627 Před rokem

    Salam cox sagolun melumatlar ucun siz alman dilini nece oyrendiniz. Neleri meslehet gorursunuz?

    • @ausbildungyashami
      @ausbildungyashami  Před rokem +4

      Salam. Bu mövzu uzun mövzudur biraz. Bunun üçün ətraflı bir video çəkəcəm youtube üçün.
      Ama ümumi olaraq almancanızı inkişaf etdirmək istəyirsinizsə youtube da olan kanallardan daimi olaraq almanca videolar izləyin, podcastlar dinləyin. Bunlar almancanı inkişaf etdirmək üçün vacibdir 👌🏻

  • @ibrahimsalimbayli6891
    @ibrahimsalimbayli6891 Před 10 měsíci +1

    Salam, uğurlar sizə,təşəkkürlər məlumat üçün🫶🏻Alman dili müəlliminiz kim olub? Deyə bilərsiniz?

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 10 měsíci

      Salam. Təşəkkürlər ✌️🍀 Könül müəllimə olub

  • @aslanovasaray7861
    @aslanovasaray7861 Před 4 měsíci

    Salam. videoda qeyd edirsiz ki, xoşum gəlir azərbaycanlılar bir birinə kömək edir.Ama inanın ki, yadlar bir birinə kömək edir.Qohum tanış ancaq pisliyir, həvəsdən salır.Səhv yönləndirir. İnanın Almaniyada yaşayan qohumlarım var nə vaxt istiqamət almaq üçün sual versən həmişə pisliyir.Ora necə gəlmək olar haqda guya məlumatsızdırlar.Adama deyərlər ora pisdisə nə itin azıb orda.Cəhənnəm ol qayıt da.

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 4 měsíci

      Ola bilər. İstədiyiniz vaxt kommentlərdə suallarınızı verə bilər vəya instagramdakı sual-cavablarıma qatılaram məlumat ala bilərsiniz məndən. Bildiyimizi paylaşmaq və paylaşdıqca çoxalacağımıza inanıram. ✌🏻🍀

  • @me-ek6cs
    @me-ek6cs Před rokem

    Salam hər vaxtınız xeyir olsun bir sualim var eger mumkunse melumat vererdiz. Ausbildung oxuyanda sirf secdiyin peseye aid dersler kecirilir yoxsa elave fenlerde olur ?

    • @ausbildungyashami
      @ausbildungyashami  Před rokem +1

      Salam. Əlavə fənnlər də olur. Tələbə qanunları, biraz siyasət, alman dili və s kimi şeylərdə əlavə öyrədirlər ✌️

    • @me-ek6cs
      @me-ek6cs Před 11 měsíci

      @@ausbildungyashami cox sag olun minnetdaram

  • @idrissuleymanov8420
    @idrissuleymanov8420 Před 10 měsíci +1

    Ətraflı melumat üçün çox sagolun,men qrafik dizaynerem ausbildug qrafik dizayn işi üzüre qebul ala bilerem yeni elebir şans varmı?birde qrafik dizaynere almanyada telebat varmı yeni gelsen peşe tehsilimi butirdikden sonura iş tapa bileremi zehmet olmazsa cvb vererdiz🙏🙏

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 10 měsíci +1

      Salam. Bəli, təbiiki bu peşəyə tələbat var. Lakin klassik ausbildunglar çox az olur bu peşə üçün. Bu peşə əsasən duale-studium olaraq tədris olunur. Duale-Studium haqqında da ətraflı video hazırlayacam ✌🏻🍀

  • @sevilmmmdli5229
    @sevilmmmdli5229 Před 10 měsíci

    İs vizası da cətindi ki gəlib sonrq ausbildunga cevirəsən.Cətindi

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 10 měsíci +1

      İş vizasını ausbildunga çevirmək asan olur 👌🏻 Lakin ausbildungu iş vizasına çevirmək üçün əlavə tələblər olur 🙂

  • @baxseyisismayilov1053

    Kaski insdaqrmda Ausbildung ucun muraciyet etme vidyonuz daha uzun ve datayli olardi😢

    • @ausbildungyashami
      @ausbildungyashami  Před rokem +3

      İnstagramdakı videoda çox aydın şəkildə göstərmişəm. Müraciət üçün göstərdiklərimdən başqa şeyə ehtiyac yoxdu✌️ama daha uzun video youtube üçün çəkəcəm.

    • @raqifhuseynov2099
      @raqifhuseynov2099 Před 2 měsíci

      ​@@ausbildungyashami instagramda adiniz?

  • @Evelynka13177
    @Evelynka13177 Před 9 měsíci +1

    65 yaşında Almaniyaya köçmək mümkündürmü?Riyaziyyatçıyam.

  • @royalhumbtov6530
    @royalhumbtov6530 Před 11 měsíci +1

    Salam, Siz hansı proqramlaşdırma dili üzrə Ausbildung edirsiz?

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 10 měsíci

      Salam. Bəli, bu sahə üzrə bir neçə video hazırlamışam artıq ✌🏻🍀

  • @seyareseyare7667
    @seyareseyare7667 Před 10 měsíci +1

    Menede meslehet verin xahis edirem hansi muellimle nece baslayim alman diline

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 10 měsíci

      İnstagram səhifəmlə əlaqə saxlaya bilərsiniz ✌🏻🍀

  • @user-mg7ne5kc6u
    @user-mg7ne5kc6u Před 10 měsíci

    Salam. Siz dediniz ki prosesi ozunuz aparmisiniz . Ausbildung muracietinizi Almaniyada olarken etmisiniz. Bes Alminaya ilk hansi vizayla getdiniz. Zehmet olmasa melumatlandirardiniz. Kanalda yeniyem belke de qacirmisam

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 10 měsíci

      Salam. Bəli, bütün ausbildung prosesini özüm etmişəm. Videodada qeyd etdiyim kimi Ausbildung ilə gəlmişəm və daha sonra peşəmi dəyişmişəm. Ausbildunga sıfırdan müraciət üçün və daha sonra ausbildungu dəyişmək üçün kanalda videolar da var. Onlarla siz bütün proseslər haqqında dəqiq məlumat ala bilər və heçbir xərcsiz bütün işlərinizi həll edə bilərsiniz ✌🏻🍀

  • @user-kv2ou7dt8i
    @user-kv2ou7dt8i Před 7 měsíci

    Salam aleykum qardas men bilmey isdyrem ausbildung uzre hansi ixtisasla gelsem daha yaxsi olar ? Hem maawina gore hemde iwinde coxda cetin olmasn deye ??

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 7 měsíci

      Ausbildunglarda peşədən asılı olmayaraq bir çox şirkətlər ortalama eyni maaşı verirlər. Ama ausbildungdan sonrakı maaşları dəyişir. Almaniyada bir çox sahəyə tələbat var. Buna görə əsas odurki, siz özünüzə uyğun və sevəcəyiniz bir peşə seçəsiniz. Yaxında peşə seçimi ilə bağlı da video gələcək ✌️🍀

  • @allahqorusun3451
    @allahqorusun3451 Před 4 měsíci

    Salam. Müəllimin nömrəsini göndərərdiniz zəhmət olmazsa. Qızım orta məktəbdə oxuyur. Almaniyada təhsil üçün hazırlaşır. Müəllimin nömrəsinə ehtiyacımız var

  • @Shahid_Kusayev
    @Shahid_Kusayev Před 23 dny

    Salam cvb yazsaz çox sevinerem))) heçbir IT biliyi olmadan almanca öyrənib ora gele bilərəm İT ixtisasini oxumaq üçün??

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 23 dny

      Salam. Yenədə başlanğıc olaraq bəzi şeyləri öyrənməlisiniz. Kanalda bununla bağlı video var. Orda nələri öyrənməli olduğunuzu ətraflı izah etmişəm ✌🏻🍀

  • @lkbr-ti4uh
    @lkbr-ti4uh Před dnem

    Hansı şirkəti məsləhət görə bilərsiz Ausbildung üçün?

  • @user-ox4um5yo6d
    @user-ox4um5yo6d Před 2 měsíci

    Salam.Müəlimənizin adını deyərdiz zəhmət olmasa

  • @abduldjalilkhalilli790

    Bu il 17 yaşım oldu ora gəlmək istəyirəm

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 10 měsíci

      müraciətlər edə bilərsiniz. Müraciət üçün kanalda video hazırlamışam. Onunla özünüz rahatlıqla müraciətlər edə bilərsiniz ✌🏻🍀

  • @arifnovruzov9948
    @arifnovruzov9948 Před 11 měsíci

    Almaniya getmək istəyənin yaş həddi haqqında məlumat verin zəhmət olmasa.

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 11 měsíci +1

      Salam. Xüsusi bir yaş limiti yoxdur. Sadəcə 35-40 yaşdan sonra biraz çətin olur. Ama mümkünsüz deyil. 😉✌️

  • @turkiyeazrbaycan1792
    @turkiyeazrbaycan1792 Před 6 měsíci

    Salam isiniz ugurlu olsun körpe usaqli pese tehsiline müraciyet etmek olarmi ?

  • @Black_White88
    @Black_White88 Před rokem

    Zəhmət olmasa mende sizin kimi bəzi kurslara müraciət elədim doğru yonlendirmirle mən sizinlə necə vahatsapla əlaqə saxliya bilerem

    • @ausbildungyashami
      @ausbildungyashami  Před rokem

      İnstagramdan yaza bilərsiniz. Vaxtım olduqca cavablamağa çalışıram ✌

  • @Diamondsss23
    @Diamondsss23 Před 10 měsíci +1

    Salamaleykum bilirsiz mənə nə marağlıdı Ausbildung qəbulu aldıqadan sora gedəcəyin ünvan falan yazilir yeni sərbəst getməlisən də ora ona gorə deyirəm məsləən mən getmək istəyirəm Alman dilini öyrənirəm ona görə marağlanram zəhmət olmasa cavab verərdizdə ?)

  • @farizhuseynli199
    @farizhuseynli199 Před měsícem

    Salam Bəhlul bəy mən 20 gündü gəlmişəm koch üzrə aus edirəm başqa yerdən qebul almışam ama oturum falan almamisam hele cixdigim isden hansisa sened almaliyam?

    • @nezrinsadiqova-cf9fz
      @nezrinsadiqova-cf9fz Před měsícem

      Salam,ozun ausbulding etmisen ya kurslar vasitesiile?

    • @ausbildungyashami
      @ausbildungyashami  Před měsícem

      Salam. Oturuma ehtiyac yoxdur və siz halhazırda prob müddətində olduğunuz üçün xitam müddəti olmadan işdən çıxa bilirsiniz. Ama qanuni prosesi öyrənmək üçün kanalda olam ausbildungu dəyişmək videosunu izləməyinizi tövsiyyə edirəm ✌🏻🍀

  • @rashidqadimov1259
    @rashidqadimov1259 Před 3 měsíci

    Salam bestekarliğa aid ausbilding var?

  • @drop9161
    @drop9161 Před rokem

    men bir defe deyismisem ausbildungu indi xosuma gelmir yene deyismey isteyirem . bu mene problem ola bilermi .qanunla deyise bilerem harda yazilib o qanun hansi senedlerle qanunlarla ustelerine getmeliyem?

    • @ausbildungyashami
      @ausbildungyashami  Před rokem +1

      Salam. Əgər bir peşəni bəyənmirsinizsə başqa peşəyə rahatlıqla dəyişə bilərsiniz. Heçkəsi hər hansısa təhsili almağa heçkəs məcbur edə bilməz. Məcburiyyət deyə bir şey yoxdur qanunda. Bbig qanunlarına əsasən əsaslı bir səbəblə ausbildungunuzu başqa bir peşəyə 4 həftə xəbərdarlıq müddəti ilə dəyişə bilərsiniz. Bunu edən çox azərbaycanlı var. 3-4 dəfə ausbildungu dəyişiblər. Narahat olmayın 👌🏻 Sizə deyə bilməzlərki dəyişə bilməzsiniz ✌️

  • @kontakthomet4734
    @kontakthomet4734 Před rokem

    Salam A1 seviye ile orda işlemek olar peşede qaynagçi kimi

    • @ausbildungyashami
      @ausbildungyashami  Před rokem

      Salam. Təəssüfki A1 səviyyəsi çox aşağıdır. Bir neçə ay səbrli olaraq almancanızı yaxşılaşdırdıqdan sonra işləməyinizi məsləhət görərdim ✌

  • @knanmmmdov3400
    @knanmmmdov3400 Před rokem +1

    Qardaş neçə yaşın var

  • @gulzarmuradova5420
    @gulzarmuradova5420 Před 9 měsíci

    Salam biz yoldaşımla gəlməyi düşünürük ausbildung yoluyla gəlmək mümkün olsa qiyabi oxuyub işləmək mümkün olurmu cavablandıratdız zəhmət olmasa

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 9 měsíci

      Salam. Siz ausbildung zamanı full time həm oxuyursunuz həm də işləyirsiniz. Buna görə də bunu qiyabi etmək mümkün deyil. ✌🏻🍀

  • @suzi2719
    @suzi2719 Před rokem +1

    Video heqiqeten çox faydalı oldu. Machen Sie weiter so!
    Menim sadece bir sualın var idi ki, Ausbildungda danısıq zamanı, yeni, dil ile bagli cetinliklerle uzlesirdiniz?
    Hal hazırda meni en cox narahat eden mesele budur

    • @ausbildungyashami
      @ausbildungyashami  Před rokem +1

      Dil ilə bağlı hər variantda müəyyən qədər çətinliklər olur. Ama bir iki aya öyrəşirsiniz. Və bunu şirkətlər başa düşür əsasən və çox vaxt problem yaratmır müdürlər, əgər işinizi yaxşı işləyirsinizsə və probleminiz yoxdursa. Çox vaxt şirkətlər danışığınızı bilərək aldıqları üçün bunu problem etmirlər. Ama yenə də dili yaxşı formada öyrənib daha sonra ausbildung etmək lazımdır, çünki işdən çıxarılanlarda görmüşəm bu səbəbdən ✌️

    • @turkanbabayeva7312
      @turkanbabayeva7312 Před rokem

      İsden çixarilan zaman ne etmek lazimdir?

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 11 měsíci +1

      @@turkanbabayeva7312 arbeitsagentura məlumat verə bilərsiniz iş tapmağ kömək etmələri üçün. Ama çox vaxt sürətli geri dönüş olmur. Məsləhətim odurki sürətli formada ən yaxın tarixə yeni bir iş tapmağınızdır 👌🏻

  • @qudretxaliqov9350
    @qudretxaliqov9350 Před 11 měsíci

    Allah sene komey olsun Qardaş ne zülümler cekmisen
    QARDAS CNC operator uzre peşe tehsilim var Azerbaycanda ve bu peşe uzre calisiram bu peşe uzre ausbilding elde ede bilecem ? Muraciet etsem ?

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 10 měsíci

      bu dediyiniz iş tam olaraq hansı peşədir və ya hansı peşənin içərisinə daxildir dəqiq bilmirəm. Ama ona yaxın peşələrdə ausbildung rahatlıq edə bilərsiniz. ✌🏻🍀

    • @qudretxaliqov9350
      @qudretxaliqov9350 Před 10 měsíci

      @@ausbildungyashami qardaş Peşe olaraq adi tokarliq Torna ve frezerci gedir ama kompuyuterlesmis formasi deqiq metal emali yeni

  • @PizZa-wj7yh
    @PizZa-wj7yh Před 6 měsíci

    Almaniyada mcdonaldsa işlemeye getdiyiniz hemin eyaletin adini qeyd etseydiz almaniyaya gelmek isteyen bizlerde o şeher yönlendirilmeyek. Hemde bu videodan anladim ki iş vizasiyla gelmek ausbildungla gelmekden daha yaxşidir. Ve iş yerivi rahat deyişe bilirsen. Birazda gelmekle bağli qorxu yarandi😂

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 6 měsíci

      Heçbir qorxu yaranmasın. Bütün qanunları və bildiklərimi paylaşıram ki, siz bunlarla qarşılaşmayın. ✌🏻🍀

  • @raufdadashov3465
    @raufdadashov3465 Před rokem +1

    Berlin akademiyani meslehet bilirsiz?

  • @vsildadasova7930
    @vsildadasova7930 Před rokem

    Salam orda qeyd etdiniz ki orda tehsil almaq ucün 2-3 sirkətə müraciət etmək lazimdi.Bina vəsaitdə gedir?Duz qeyd etmirəm?

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 11 měsíci

      Salam. Videoda belə bir ifadə istifadə etməmişəm. Tam olaraq fikrinizi başa düşmədim. Yenidən daha aydın şəkildə yaza bilərsiniz zəhmət olmasa ?🙂

  • @ilhamqenberov
    @ilhamqenberov Před 11 měsíci

    bağışlıyın ausbildungu deyişen zaman sığorta prosesleri necə gedir?

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 11 měsíci

      Almaniyada olduğunuz müddətdə mütləq formada tibbi sığortanı ödəməlisiniz. Bu məcburiyyətdir. İşdən çıxarıldığınız zaman sığortanız ləğv olur. Bu zaman sığorta ilə danışmalı və özünüz aylıq ödəməyə davam etmək istədiyinizi bildirməlisinizki daha sonra sizin üçün problem olmasın 👌🏻

  • @user-zb3ii1ik3i
    @user-zb3ii1ik3i Před rokem +1

    Salam, Almaniyadan İT-yə müraciət edəndə yaş limiti var?

    • @ausbildungyashami
      @ausbildungyashami  Před rokem +2

      Salam. Xeyr, xüsusi bir yaş limiti yoxdur. Mən özüm də 26 yaşımda mürqciət edib qəbul almışam. Videoda qeyd etdiyim kimi 42 yaşında birinə də qəbul almağa kömək etmişəm. 👌🏻 Motivasiyada qalın 😉

  • @AnnaFalbichuk
    @AnnaFalbichuk Před rokem +1

    Salam.ausbildunqda yash heddi var?

    • @ausbildungyashami
      @ausbildungyashami  Před rokem

      Salam. Xeyr, xüsusi bir yaş limiti yoxdur. Sadəcə yaş artdıqca nisbətən çətinləşir qəbul almaq. Ama mümkünsüz deyil. Bir çox insan tanıyıram 35-40 yaşdan yuxarı ausbildung edən 👌🏻

  • @leylaismayilova8637
    @leylaismayilova8637 Před rokem

    Salam hər vaxtınız xeyir olsun.Sizdən bir şey soruşum dili yaxsı öyrənob sertifikat almadan gəlmək olar yoxsa sertifikat vacibdir.Ausbildung ücün Azərbaycandan qəbul alıb getmək yaxsıdır yoxsa oraya gəlib almaq?Burdan alanda yaş həddi nəzərə alınmır deyirler ordan alanda alınır doğrusunu siz bilərsiz deye yazıb sorusmaq istədim.Narahat etdiyim ücün üzrlü sayın.

    • @turkanbabayeva7312
      @turkanbabayeva7312 Před rokem

      Menede maraqlidir ausbildung ucun Azerbaycan almaq daha yaxsidir yoxsa Almaniya gelib ordan?

    • @ausbildungyashami
      @ausbildungyashami  Před rokem +1

      Salam. Azərbaycandan da, Almaniyadan da qəbul almaq mümkündür. Təbii olaraq Almaniyada olarkən qəbul almaq ehtimalınız daha yüksək olur.
      Ausbildung üçün xüsusi bir yaş limiti yoxdur. Sadəcə olaraq yaş artdıqca biraz çətinləşir qəbul almaq. Ama mümkünsüz olmur ✌

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 11 měsíci

      @@snapturbo286 bir çox fərqli peşələrdə oxuyan xanımlarımızın şahidi olmuşam. Krankenschwester, Kauffrau peşələri, diş həkimi köməkçisi peşəsi, logistika üzrə ausbildung vəs kimi bir çox peşədə xanımlarımız ausbildung edir Almaniyada 👌🏻

    • @user-vj2nf5hl2p
      @user-vj2nf5hl2p Před 6 měsíci

      ​@@ausbildungyashamiqardas logistika ve dis hekimi peseleri ausbildung bitirdikden sonra yuksek maas sayilir yoxsa orta?

  • @fatih5167
    @fatih5167 Před 8 měsíci

    Salam qardaş men almaniyada yaşayıram bäckerei üzre ausbildung edirem birinci ilimdi amma IT sahesinde ausbildung etmek isteyirem ama hec bir tecrübem yoxdu IT sahesi üzre buna baxmayaraq qebul ala bilerem şirketlerden?

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 8 měsíci

      Salam. Bəli, təcrübəsiz mümkündür ama bəzi baza biliklərinin bilinməsi üstünlük olacaqdır. İT-nin hər iki istiqaməti üçün video var kanalda. Onları izləməyinizi şiddətlə tövsiyyə edirəm. Həmin videonun kommentində görüşənədək ✌️🍀

    • @fatih5167
      @fatih5167 Před 8 měsíci

      @@ausbildungyashami Çox sağ olun bes neçe şirkete müraciet edim menim indiye qeder 5 müracietim oldu ama hamısından imtina geldi.

  • @user-le8sl9nq3j
    @user-le8sl9nq3j Před rokem

    Menede komek edin yol izin gosterin mende gelimmmm ne olarrrrr

    • @ausbildungyashami
      @ausbildungyashami  Před rokem

      instagram və youtube videolarımdan yararlana bilərsiniz. Ümid edirəm sizə köməyi dəyər ✌

  • @abduldjalilkhalilli790

    Salam sizinlə necə əlaqə qurmaq olar??

    • @ausbildungyashami
      @ausbildungyashami  Před rokem

      Salam. Suallarınızı burdan vəya instagramdan verə bilərsiniz✌️

  • @user-jv8wz3si6l
    @user-jv8wz3si6l Před 3 měsíci

    Salam. Ausbildunq ucun yas heddi varml? 42 yas.

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 3 měsíci

      Salam. Xeyr, yaş həddi yoxdur ama yaş artdıqca qəbul almaq çətinləşir

  • @JusticeForEverybodi
    @JusticeForEverybodi Před 11 měsíci

    Hər vaxtınız xeyir. Mən Rusiya vətəndaşıyam. Xahiş edirəm, ausbildinqə gəlmək üçün mənə kömək edin.

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 11 měsíci

      Hər vaxtınız xeyir ✌️ Mən heç bir ödənişli xidmət vermirəm 🙂 Sadəcə bilik və təcrübələrimi paylaşıram. Kanalda ausbildunga özünüz müraciət edə bilməyiniz üçün də video hazırlamışam. Onu izləyərək özünüz müraciət edə bilərsiniz ✌️

  • @reshadmemmedli7466
    @reshadmemmedli7466 Před rokem

    Salam, Men hazirda Auslandere muraciet etmisem, mail yazmisam ausbildungumu deyismek ucun, ama geri donus yoxdur hele de, dusunurem ki cavab gelmese kundigung yazacam, Oturun ucun terminim dekabrdadir, sizce problem olar bu? Ozleri o zanan demisdi ki yeni Vertragi o termine getire bilersen birbasa. Sizce problem olar?

    • @ausbildungyashami
      @ausbildungyashami  Před rokem

      Salam. Məsləhətim bir şəkildə zənglərlə vəya maillərlə onlardan okey almanızdır. Çünki bir başa işdən çıxıb yeni şəhərinizə getsəniz ordakı miqrasiya bu səfər köhnə olduğunuz şəhərdən sənədlərinizi gözləyəcək və gəldikdən sonra, prosesə başlayacaq.
      ps. Əgər getdiyiniz yerin miqrasiyası sürətli işləyirsə elə bir başa onlarla həll edə də bilərsiniz onlara öncədən mail yazaraq ✌

    • @valehmemmedli9986
      @valehmemmedli9986 Před 10 měsíci

      Mende bu prossesi etmek isteyirem. Sizle telde elaqe saxlaya bilerem?

    • @valehmemmedli9986
      @valehmemmedli9986 Před 10 měsíci

      ​​@@ausbildungyashamiyeni gedeceyim şəhərin kohne oldugum şəhərdən gozlediyi senedin adi "zusatzplatz "- dir ? Ya nece?

    • @yene_gel
      @yene_gel Před 9 měsíci

      Salam men sizinle nece elaqe saxliya bilerem ama tecilidi

  • @ilhamqenberov4326
    @ilhamqenberov4326 Před 10 měsíci

    Salam oturuma müraciət etdikdə sonra nə qədər sonra oturum verilir zəhmət olmasa deyə bilərsiz. Mən Ausbildung yerimi dəyişdikdən sonra gəlsə nə etməliyəm zəhmət olmasa deyə bilərsiz?

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 10 měsíci

      Sizə ilk olaraq termin verirlər və sənədlərinizi təqdim edirsiniz. Sənədlərinizi verdikdən sonra 4-6 həftə arasında davam edir əsasən (Bəzən daha az da davam edir). Almaniyada hər şəhərin miqrasiyası fərqli işləyir. Bəziləri çox ləng bəziləri isə çox sürətli işləyir. Buna görə də dəqiq vaxt demək olmur. Ama proses başda qeyd etdiyim kimi olur.
      Ausbildung yerinizi dəyişdikdən sonra gəlsə də problem yoxdur. Hər bir halda miqrasiyadan icazə almalısınız ausbildungunuzu dəyişmək üçün. Bu situasiyanız izah edirsiniz və yeni işləyəcəyiniz yerə okey verildikdən sonra rahatlıqla oturumunuzu verirlər və zusatzblatt-ı dəyişirlər ✌🏻🍀

    • @ilhamqenberov4326
      @ilhamqenberov4326 Před 10 měsíci

      @@ausbildungyashami sizi bezdirdiyəmə görə üzr istəyirəm öncəliklə verdiyiniz məlumatlar çox dəyərlidir mənim üçün . Mənim gələn həftə Deichmannda 1 gün satıcılıq ausbildungu üçün sınaq müddətim var və sonra bəyənsələr vertrag və digər sənədləria ala bilərəm. Və mən bu həftə və ya sabah şefimə oturum üçün lazımı sənədləri verməliyəm və mənə gələn məktubunda üstündə iş yerimin adresi yazılıb mənim adresim kimi. Bu o deməkdir onlar sənədi ora yollayacaqlar? Və ya mən özüm nəsə etməliyəm.Oturum sənədi gəlməmişdən qabaq ausbildung yerimi dəyişmək üçün müraciət edə bilərəmmi . Bağışlıyın məni anlamaqda çətinlik çəkirəm prosesi.

  • @SelbiRasulova
    @SelbiRasulova Před 9 měsíci

    Salam men ausbildung etmek isteyirem zəhmət olmasa komeklik göstererdiniz

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 9 měsíci

      Salam. Kanalda Ausbildunga necə müraciət etmək lazım olduğu və bütün prosesləri izah etdiyim video var. Onu izləyərək özünüz bütün prosesi edə bilərsiniz.✌️🍀

  • @elnurbayramov8415
    @elnurbayramov8415 Před 3 měsíci

    Ausbildung edorem 1 aydi . Ama anmeldungdan başqa senedleri duzelde bilmirem. Nece ede bilerem?

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 3 měsíci

      Düzəltmək deyəndə nəyi nəzərdə tutursunuz? Bank hesabı üçün bankdan görüş götürməli və yeni hesab açdırmalısınız. 👌🏻

    • @elnurbayramov8415
      @elnurbayramov8415 Před 3 měsíci

      @@ausbildungyashami bankdan termın goturmuşem deyırler Almanca Yaxshı bılen bırıyle gel kart açaq. Sağlık sıgortasına getdım deyır 1 cı fınansala getmelısen falan. Sıze ınstaqramda yazmışam . Zehmet olmasa baxardınız

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 3 měsíci

      @@elnurbayramov8415 Əgər yaxınlıqda tanıdığınız bir tanışınız varsa, almanca bilən, onunla gedə bilərsiniz tərcüməçi olaraq. İlk olaraq bank hesabı açdırmaq çox vacibdir. Təəssüf ki, mesaj qutusundan həddən çox mesaj olduğu üçün hərkəsə cavab yazmağa vaxtım olmur. ✌🏻🍀

  • @gulnarqafarova6424
    @gulnarqafarova6424 Před 9 měsíci

    Hansi kurs?

  • @vuqarhsnov2523
    @vuqarhsnov2523 Před měsícem

    Orda mais ne qederdi

    • @ausbildungyashami
      @ausbildungyashami  Před měsícem

      Yəqinki ausbildung təqaüdünü nəzərdə tutursunuz. Ortalama ausbildung təqaüdü 800-1200€ arası dəyişir ✌️🍀

  • @elvirasafarli7465
    @elvirasafarli7465 Před 7 měsíci

    Sizinle nece elaqe yaratmaq olar ?

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 7 měsíci

      Hal-hazırda əlaqə yaratmısınız. Suallarınızı burdan verə bilərsiniz ✌🏻🍀

  • @user-le8sl9nq3j
    @user-le8sl9nq3j Před rokem

    Menim komeye ehtiyacim var qardasim a2 bilirem menide komek edin gedim

    • @ausbildungyashami
      @ausbildungyashami  Před rokem +1

      Alman dilinizi birazda inkişaf etdirin daha sonra müraciətlərə başlaya bilərsiniz.
      Ps. Mən heçbir ödənişli vəya ödənişsiz xidmət vermirəm. Sadəcə bilik və təcrübəmi paylaşıram ✌️

  • @Q.R2001
    @Q.R2001 Před rokem +1

    Berlin Academy'ni məsləhət görürsüz?

    • @raufdadashov3465
      @raufdadashov3465 Před rokem

      Cox gozel sualdi.insallah cavab alariq

    • @turkanbabayeva7312
      @turkanbabayeva7312 Před rokem

      Bu kursla real gedenler olub.

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 10 měsíci

      Videoda qeyd etdiyim kimi hərhansısa bir kurs adı çəkməyim etik olmayacaq mənim tərəfimdən. ✌🏻🍀

  • @QudretShamiyev
    @QudretShamiyev Před 9 měsíci +1

    Qardaş mence ad vermeyin yox ele ad vermemeyin etik deyil.fırıldaqçı kursların adını deki insanlar senin çekdiyin eziyyetleri çekmesin, aldanmasınlar.

  • @sonsuzdad9223
    @sonsuzdad9223 Před 11 měsíci +1

    sifirdan it uzre ausbildung etmek olurmu

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 11 měsíci

      Bəli, mümkündür. Kanalda bunla bağlı ətraflı videolar paylaşmışam 😉

  • @raufdadashov3465
    @raufdadashov3465 Před rokem +2

    Eger sohbet berlin akademiyadan gedirse xahis edirem deyin.cunki men hal hazirda berlin ak.muqavilem var.istemirem sonra problemim olsun

    • @salehaghayev9373
      @salehaghayev9373 Před rokem

      Olar cox adamla problem yashayiblar

    • @raufdadashov3465
      @raufdadashov3465 Před rokem

      Insallah bu menimde basima gelmez.

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 10 měsíci

      Videoda qeyd etdiyim kimi hərhansısa bir kurs adı çəkməyim (yaxşı vəya pis mənada fərq etmir) etik deyil. ✌🏻🍀

  • @Memmedov98
    @Memmedov98 Před rokem

    Hamburg Academy necə kursdur? Onla bu işi görməyə dəyər?

    • @Bilmirem.T
      @Bilmirem.T Před 11 měsíci

      Salam oyrene bilmediz necedi?

    • @Memmedov98
      @Memmedov98 Před 11 měsíci

      @@Bilmirem.T hal-hazırda gedirəm pis deyil. Amma qiyməti bir az yüksəkdir. Ona görə də başqa kurs axtarıram.

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 10 měsíci +1

      Salam. Bu işi özünüz edə biləsiniz deyə, bütün detalları ilə video hazırlamışam. O video ilə özünüz edə bilərsiniz heç bir xərc çəkmədən. ✌🏻🍀

  • @shahinmuslumov2363
    @shahinmuslumov2363 Před rokem

    Salam getdiyimiz müellimin adını veya elaqe nömresini vere bilersiz bizde yararlanaq?

    • @mehmanabdullayev2834
      @mehmanabdullayev2834 Před rokem +1

      +

    • @ausbildungyashami
      @ausbildungyashami  Před rokem

      Salam. Təbiiki instagram vəya facebookda dm də verə bilərəm. Kommentlərdə hər hansısa bir insanın nömrəsini paylaşmaq biraz yaxşı olmaz deyə ✌

  • @turaladigozelov3238
    @turaladigozelov3238 Před rokem

    Salam ausbildung vizasını işçi vizasına dəyişmək olur ?

    • @ausbildungyashami
      @ausbildungyashami  Před rokem

      Salam. Əgər qualifikasiyalı işçisinizsə dəyişmək mümkündür. Yəniki işləyəcəyiniz peşə üzrə diplomunuz olmalıdır və bu diplom almaniyada tanınmalıdır. Bu halda mümkündür.
      Lakin əks halda mümkün olmur. 👌🏻

    • @turaladigozelov3238
      @turaladigozelov3238 Před rokem

      @@ausbildungyashami diplomu Almaniyada necə tanıda bilərəm ? Anabində baxıram ,uni və sahəm orada var və H+ bundan sonrakı etap nədir tanıtmaq üçün ?

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 11 měsíci

      @@turaladigozelov3238 əgər peşəniz oxuduğunuz uni də görünürsə h+ görünürsə, bu o deməkdirki artıq diplomunuz tanınır 👌🏻

  • @zeynoorucova9350
    @zeynoorucova9350 Před 6 měsíci

    Əksinə elələri cinayətkardılar nəqədər insanı aldadıb pulunu alillar ifşa edin mənce

  • @baxseyisismayilov1053

    15 saniyedi vidyonuz

  • @Nietzsche361
    @Nietzsche361 Před rokem

    Hardasa 50 şirkete müraciət elədim, hamsından redd cavabı gəldi. :(. Göresen Turizm ə qəbul almaq çətindir?

    • @joshgunnabiev6012
      @joshgunnabiev6012 Před rokem

      Hansı sahə üzrə ? Və dil sertifikatınız var ?

    • @Nietzsche361
      @Nietzsche361 Před rokem +1

      @@joshgunnabiev6012 yox sertifika yoxdu. Eslinde redd almağım normaldi cunku hele universiteti bitirmemisem. Turizm uzre

    • @joshgunnabiev6012
      @joshgunnabiev6012 Před rokem

      @@Nietzsche361 aydındır. Uğurlar 🙏🏼

    • @ausbildungyashami
      @ausbildungyashami  Před rokem +1

      Daha çox şirkətə müraciət etməyinizi məsləhət görərdim. Bəzən 300-400 müraciətdən sonra 1-2 şirkət geri dönüş edir. Motivasiyadan düşməyin ✌

    • @samiltahirli6252
      @samiltahirli6252 Před 11 měsíci

      B2 səviyyısində bilirəmsə bunu mütləq dil sertifkatı ilə təsdiq etməliyəm. Yoxsa ehtiyac yoxdur sertifkata.

  • @sevilmmmdli5229
    @sevilmmmdli5229 Před 10 měsíci

    Siz Almaniyaya gedib Almaniyadan muraciət edib qəbul almısız ya Azərbaycandan muraciət etmisiz?

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 10 měsíci +1

      Salam. Videoda qeyd etdiyim kimi Azərbaycandan özüm özümə qəbul alıb gəlmişəm ausbildunga. 🙂

  • @elnursh
    @elnursh Před rokem

    ausbildungdan verilən pulnan bir ay yaşamaq olar? elələrini tanıyırsız?

    • @ausbildungyashami
      @ausbildungyashami  Před rokem +5

      Salam. Mən özüm elə ausbildung maaşı ilə yaşayıram. Əlavə işi sadəcə borclarım və əlavə əyləncəm üçün xərcləyirəm.
      Ətrafımda çox adam tanıyıram minijobsuz da rahatlıqla ayı çıxarır. Ama təbiiki əlavə işlə daha yaxşı yaşayırsınız və xərcləri düşünmürsünüz. 👌🏻

    • @elnursh
      @elnursh Před rokem

      @@ausbildungyashami aleykum salam. sizə evi şirkət ayırıb, yoxsa kirayə qalırsız?
      birdə sizə şəxsi message göndərmək istəyirəm ailə haqqındadır burda yazmaq istəmirəm.

    • @ausbildungyashami
      @ausbildungyashami  Před rokem +1

      @@elnursh videoda qeyd etmişəm ev məsələsini. Evi şirkət vermir özüm tutmuşam 🙂 İnstagram dm-də yaza bilərsiniz.

  • @five6175
    @five6175 Před rokem

    Müəllimin əlaqə nömrəsini deyə bilərsiniz

    • @ausbildungyashami
      @ausbildungyashami  Před rokem

      Salam. İnstagramda və ya facebookda dm də göndərə bilərəm əlaqə nömrəsi ✌

  • @nigarvaliyeva4476
    @nigarvaliyeva4476 Před rokem

    Salam yaş həddi var sizde?

    • @ausbildungyashami
      @ausbildungyashami  Před rokem

      Salam. Mən ausbildung xidməti vermirəm🙂
      Ps. Ama ausbildung üçün ümumi olaraq xüsusi bir yaş limiti yoxdu 👌🏻

  • @kalayevnuraddin1643
    @kalayevnuraddin1643 Před 2 měsíci +3

    Allaha and ola sən oğulsan...

  • @aynurabbasova1597
    @aynurabbasova1597 Před 11 měsíci

    Müəllim adi nedir?

  • @mb7328
    @mb7328 Před 11 měsíci

    Bəlkəm vətənə qaydarsan? Bizdə də İTlazımdır. Neynirsən e bu nasistləri.

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 11 měsíci +2

      Gələcəyin bizə nə göstərəcəyi bəlli deyil. Hələki təhsil alıram😉

  • @user-sf5ff9sw9c
    @user-sf5ff9sw9c Před rokem +1

    Yawa

  • @baxseyisismayilov1053

    Qisasi amerika daha yaxsidi 😂 1 ildi bosuna almanca orgenmisem

    • @valehmemmedli9986
      @valehmemmedli9986 Před 10 měsíci

      Dəqiq bir isteyi olmayan adam üçün heç yer yaxşı deyil

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 10 měsíci +1

      Amerika və Almaniya fərqli sistemləri olan ölkələrdir. Bəzi insanlara görə Amerika yaxşıdır bəzilərinə görə isə Almaniya. Hər bir insan öz istəklərinə və yaşamaq istədiyi həyat standartlarını nəzərə alaraq müqayisə etməlidir. ✌🏻🍀

  • @ruhinsuleymanov5150
    @ruhinsuleymanov5150 Před rokem

    Salam video çox faydalıdır. Tesekkur edirəm. Zehmet olmasa instanizi yazardiz.

    • @ausbildungyashami
      @ausbildungyashami  Před rokem

      Salam. Videonun açıqlama hissəsində linkini qeyd etmişəm instagram hesabının. Vəya instagramda “Ausbildungyashami” yazıbda tapa bilərsiniz səhifəni ✌️

  • @ze.ro.666
    @ze.ro.666 Před 9 měsíci

    Salam qardas. Qalmaga ev verilmirde deyesen. Maasda az olur. 3 -4 il erzinde bele cox cetin olmur ki? Elave vaxt da yoxdur ki 2 ci ish ishleyesen. 8- 9 saat ishleyirsen.

    • @ze.ro.666
      @ze.ro.666 Před 9 měsíci

      Almanlarda uje bicleshib. Ucuza adam ishledir. )

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 9 měsíci

      Salam. Bəzən xidmət sahələrində ev ilə təmin edilsədə tələbə (pulunu ödəmək şərti ilə), çox vaxt ev vermilmir. Əlavə olaraq isə, bəli, peşəsindən asılı olmayaraq təhsil aldığınız müddətdə təqaüdlər normal maaşlardan az olur. Buna ucuz işçi qüvvəsi baxır bəzən insanlar. Ama siz eyni anda təhsil alırsınız və bəzən ay boyunca işləmirsiniz, sadəcə olaraq məktəbə gedib gəlib ay sonu maaşınızı alırsınız. ✌🏻🍀

  • @belamegnat
    @belamegnat Před rokem

    salam qardas.dil biliyi ucun sertifkati hardan nece almaliyiq.melumatinizi zehmet olmazsa boluserdiniz.cox sagolun vaxt ayirdiginiz ucun

    • @ausbildungyashami
      @ausbildungyashami  Před rokem +1

      Salam. Ausbildung üçün rəsmi dil sertifikatına ehtiyac olmur. Onun yerinə qəbul aldığınız şirkətdən dil biliyinizi təsdiq edən sənəd alıb səfirliyə təqdim edə bilərsiniz. Ama illaki dil sertifikatı almaq istəyirsinizsə telc, Goethe vəya tesdaf üçün araşdırmalar edə bilərsiniz. Azərbaycanda, Gürcüstanda vəya Türkiyədə imtahanlar vermək mümkündür yaxın ərazi olaraq✌.

  • @elnuraghayev6107
    @elnuraghayev6107 Před 3 měsíci

    Salam qardaş, məsləhət gördüyünüz müəllimin əlaqə nömrəsini öyrənmək olar? Məndə alman dilini öyrənmək istəyirəm məsləhətli müəllim axtarıram . Instagram istifadə etmirəm ona görə burdan soruşdum.

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 3 měsíci

      Salam. Təəssüf ki, burda əlaqə nömrəsi paylaşa bilmirəm ✌🏻☘️