Almaniyada yaşadığım 3 il:Xəyallar, Problemlər və Uğurlar! Almaniyada yaşamaq | Almanyada yasam

Sdílet
Vložit
  • čas přidán 8. 07. 2024
  • #almaniya #almaniyadayaşam #almanyadayaşam
    Linkə daxil olaraq və görüş təyin edərək, suallarınızı mənə verə bilərsiniz:
    superpeer.com/ausbildungyashami
    Salam dostlar. Almaniyaya gəldikdən buyana bir çox şeylər yaşamışam, təcrübə etmişəm və çətinliklərlə qarşılaşmışam. Bu 3 ildə özümün və ətrafımda olan bir çox insanın Almaniyada yaşayaraq qarşılaşdığı çətinlikləri toplayaraq sizinlə paylaşdım bu videoda. Əgər sizin də təcrübələriniz, suallarınız, video ideyalarınız vəya narahatlıqlarınız varsa bu mövzularda, şərhdə mənimlə paylaşın.
    Dost, əgər ilk dəfə videomu izləyirsənsə, mən Bəhlul və sənin üçün bu kanalda Almaniyada Yaşam( Almanyada yasam, almaniyada heyat ), Ausbildung Yaşamı (haqqında hərşey), xaricdə təhsil, Almaniyada təhsil və tədris metodları haqqında davamlı olaraq videolar hazırlayıram. Bu videolardan xəbərdar olmaq və bu cür videoların daha çox olması üçün videonu bəyənib kanala abunə olabilərsən. (almaniyaya nece getmek olar ? almaniyada yasayan azerbaycanlilar, almaniya ausbildung, almaniyada yasamaq, almaniyaya nece getmek olar ?)
    00:00 Giriş
    00:42 Intro
    00:48 Ausbildung prosesim necə oldu?
    02:42 Almaniyada məni ən çox təəccübləndirən şey
    04:25 Alman dili, b1 bəs edir mi?
    06:39 Ausbildungu niyə gec dəyişdim ?
    07:57 Necə aya qəbul aldım Ausbildunga ?
    09:41 Almaniyada son günə qədər ev tapa bilmədim.
    10:04 Almaniya kültürünə öyrəşə bildim ?
    11:46 Alman marketlərində etdiyim səhv
    12:36 Almaniyada qiymətlər artır ?
    13:15 Sığortalar ölkəsi Almaniya.
    15:19 Almaniyada bir günüm (Robot həyatıdır ?)
    18:05 Almanlar soyuqdur mu?
    19:26 Almaniyada dəqiqlik vacibdir mi?
    21:49 Almaniyada gələcək qarantiyası ?
    23:08 3 ildə Ausbildung mənə nə öyrətdi?
    25:44 Ausbildungda illik qiymətlər
    26:03 Almaniyada iş yerində olan fərqliliklər
    29:09 Almanların həyat prioritetləri
    31:02 Almaniyada çox pul qazanacam ?
    31:26 Almaniyada bürokratiya və sənəd işləri
    32:33 Oturum almaq çətindir mi?
    33:10 Niyə hərşeyi açıq şəkildə paylaşıram ?
    36:03 Almaniyada imzaladığın hərşeyə diqqət et!
    36:26 Almaniyaya gəlməyə dəyər mi ?
    38:05 Almaniyaya gələnlərə tövsiyyəm.
    39:11 Almaniyadakı 3 ilin özəti
    39:54 Son
    Almaniyayla bağlı:
    • Almaniya 🇩🇪
    Almaniyada magistr təhsili (master):
    • Podcast: Almaniyada Yaşam
    Ausbildunga müraciət (Ausbildung başvurusu):
    • Ausbildunga necə mürac...
    Ausbildung haqqında:
    • Ausbildung
    Ausbildung peşələri (Ausbildung meslekler):
    • Ausbildung peşələri (m...
    Social Media:
    Instagram → ausbildungyashami
    Tiktok → tiktok.com/@ausbildungyashami
    Telegram → t.me/+2o1APS2nJZk2Nzgy
    Facebook qrupumuz → bit.ly/Ausbildungedenler

Komentáře • 224

  • @sherlock889
    @sherlock889 Před 23 dny +13

    Video o qədər detallıdırki özümü saxlaya bilmədiç. Bitirmədən yazıram. Təşəkkürlər bu qədər şeylərinpaylaşdığınız üçün 🙌

  • @ekoloqsdu
    @ekoloqsdu Před 18 dny +5

    Eziyyetsiz hecneyin behresin almaq olmur. Gerek eziyyet cekesen, cetinliyi goresen ondan sonra ozun oz heyativi qurursan burda. Cunki bura gelende insan dushunmelidir ki sifirdan bashlayacaq, ve her sheye hazir olmalidir. Meqsedleri hedefleri olmalidir. Cox saqol sen de qardash, tecrubelerivi paylasib insanlari mariflendirirsen. Ugurlar sene. Sen daha artiqina layiqsen👍👍👍👍

  • @Beachbuggyracing1_2
    @Beachbuggyracing1_2 Před 21 dnem +5

    Yanvarda bizdə ausbildunga baslayacagiq. Bu məlumatlar bizim üçün faydalı oldu. Çox sağ olun

  • @user-rf3fc6pi9w
    @user-rf3fc6pi9w Před 18 dny +3

    Almaniyada Ausbildung proqramı ilə bağlı ən səliqəli, ətraflı, dolğun, faydalı videolar paylaşdığınıza görə çox sağ olun. Böyük maraqla izləyirik. Mümkündürsə videolarınızın birində uşaqları ilə Ausbildung proqramına qatılan ailələrdən çəkin. Onların təcrübəsini də eşitmək çox maraqlı olardı. Öncədən təşəkkür edirəm. İşlərinizdə uğurlar.

  • @teymurveliyev6461
    @teymurveliyev6461 Před 23 dny +4

    Cox sag olun Allah sənin yar və yardımcın olsun oglum.

  • @Kod.2014
    @Kod.2014 Před 23 dny +4

    Məlumatlar üçün təşəkkürlər👍

  • @ceyhunali9722
    @ceyhunali9722 Před 2 dny +2

    Minnətdaram çox gözəl geniş izaha görə

  • @srxanabdurahmanov843
    @srxanabdurahmanov843 Před 21 dnem +3

    AZƏRBAYCANDAN yazıram Sizə İlk Öncə təşəkkürlər çoox gözğl videodur.
    Onu anladım ki İnsana Hörmət edib Dəyər verirlər.(Bizdən fərqli olaraq😢

  • @user-ef5fq6ex9r
    @user-ef5fq6ex9r Před 23 dny +7

    Təcrqbələrinizi bizlə paylaşdığınız üçün təşəkkürlər

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 23 dny +1

      ✌🏻🍀

    • @Motovasyon
      @Motovasyon Před 21 dnem +1

      ​@@ausbildungyashami
      Xahiş eliyirəm suallarımı cavablandırasız .
      1) Mən bitirdiyim sahənin diplomu Almaniyada tanınmır . Hansı yaxşı peşələr üzrə gəlib orda işləyə bilərəm və ya təhsil ala bilərəm ?
      2) Sadəcə öz marağımıza görə komputer kurslarına gedib kompüteri öyrənib və IT üzrə çox yaxşı biliyə sahib olduqdan sonra ( Azərbaycanda ) gəlib almaniyada işə düzəlmək olar əldə etdiyimiz biliklərə görə komputer və IT üzrə ? Diplom və ya Sertifikat tələb edəcəklər yoxsa necə ? Sertifikatı da komputer kurslarını bitirdikdən sonra verirlər ?
      3 ) Səyahət etmək üçün gələndə 3 ay qalmaq üçün və polnu gəzmək , istirahət etmək üçün nə qədər pulla gəlmək lazımdır ?
      4) Oturum vizasını necə almalıyıq ? Nə etmək lazımdır ? Yəni ömürlük oturum vizası üçün . Deyirlər ən azı 3 il orda olmalısan amma necə olmalıyam axı 3 il üçün mənə elə məhz oturum vizası lazım deyil ?

  • @ferdi.yanasma.tedris.merkezi.

    Salam. Ətraflı məlumata görə təşəkkür edirəm.

  • @Deniztc9242
    @Deniztc9242 Před 23 dny +3

    Çox sağol verdiyin məlumatlar üçün

  • @user-kn3hz5ib8u
    @user-kn3hz5ib8u Před 9 dny +1

    Allah amanlnda olaslz Amin əziyyət çəkmədən heç nə mümkün deyil uğurlar

  • @user-gj9uj1ey3x
    @user-gj9uj1ey3x Před 17 dny +4

    Heyif Azərbaycan bu cur savadli kadirlari itirir

  • @behlulvaliyev3267
    @behlulvaliyev3267 Před 23 dny +2

    🙌🙌

  • @pavelkryucek8489
    @pavelkryucek8489 Před 23 dny +3

    Təşəkkür edirəm video üçün 🙏

  • @emrahemrahli6367
    @emrahemrahli6367 Před 23 dny +4

    Maraqlı bir söhbət daha, zamanın necə keçib getdiyini hiss etmədim, çox axıcı, lazımlı söhbət oldu, Uğurlar sizə

  • @orkhanhasanzade6107
    @orkhanhasanzade6107 Před 19 dny +2

    Uğurlar

  • @mmmsssmmmii
    @mmmsssmmmii Před 21 dnem +3

    İşlərinizdə uğurlar🎉

  • @Quliyev41
    @Quliyev41 Před 23 dny +1

    Əməyinə sağlıq 👑

  • @raufdadashov3465
    @raufdadashov3465 Před 22 dny +1

    Tesekkurler

  • @terlanaliyevv0
    @terlanaliyevv0 Před 23 dny +1

    Təşəkkürlər

  • @knarobyekt4007
    @knarobyekt4007 Před 23 dny +2

    Mükəmməl 😊

  • @ezgi8238
    @ezgi8238 Před 23 dny +2

    Teşekkürler video için 🙏

  • @eliyevhuseynaga4446
    @eliyevhuseynaga4446 Před 23 dny +2

    Ugurlar

  • @terlanhesenli5668
    @terlanhesenli5668 Před 22 dny +2

    Çox sağ olun

  • @afsanasamadova3811
    @afsanasamadova3811 Před 23 dny +1

    Ətraflı məlumat üçün təşəkkürlər !

  • @ilkinqurbanov9822
    @ilkinqurbanov9822 Před 21 dnem +1

    Əla 🎉

  • @Deniztc9242
    @Deniztc9242 Před 23 dny +4

    Salam uğurlar olsun qarşıdan gələn illərdə

  • @HabibBakshiyev
    @HabibBakshiyev Před 23 dny +1

    Bucür dəyərli məlumatlar üçün təşəkkür edirəm ✌🏻

  • @user-rt1gg7qz3b
    @user-rt1gg7qz3b Před 23 dny +2

    Əlasız! Təşəkkürlər

  • @TheKMHoldings
    @TheKMHoldings Před 22 dny +2

    Çox sağ olun Bəhlul dəyərli fikirlərdir

  • @UlkarMahammadzade
    @UlkarMahammadzade Před 23 dny +1

    Maraqla baxdım. Ugurlar başarılar diıeyirem.

  • @ElseverEzizov02
    @ElseverEzizov02 Před 20 dny +2

    Sagol abi məlumat ucun uğurlar❤

  • @ilkinalmaniyada
    @ilkinalmaniyada Před 23 dny +1

    Bol ugurlar senin ucun dostum, hersey paylasdiqca dahada coxalir, paylasimlara davam

  • @tebrizmammadzade4525
    @tebrizmammadzade4525 Před 23 dny +2

    Ihre Videos helfen den Menschen wirklich dabei, etwas über Deutschland zu lernen. İch danke İhnen für alles! İch wünsche Ihnen viel Erfolg!

  • @panahyusibov
    @panahyusibov Před 11 dny

    👍🏻

  • @ElcinMmmdov-ts5ny
    @ElcinMmmdov-ts5ny Před 23 dny +1

    Ətraflı məlumat üçün təşəkkürlər,Ev tapmaq haqda vidyonu səbirsizliklə gözləyəcəm 😊

  • @nuranasalmanova502
    @nuranasalmanova502 Před 18 dny +1

    👏👏

  • @knarobyekt4007
    @knarobyekt4007 Před 23 dny

    👌👌

  • @EldostMammadov
    @EldostMammadov Před 22 dny

    💪 ✌

  • @poladhesenli2336
    @poladhesenli2336 Před 23 dny

    Aller Anfang ist schwer halal olsun mende 1il den coxdu bu prosese baslamisam artiq viza min cixmaqina az qalib ve bu videolardan cox faydalaniram coxsaolun her seye gore

  • @elimemmedov5423
    @elimemmedov5423 Před 21 dnem +1

    👍👍

  • @subhanhemzezade-4438
    @subhanhemzezade-4438 Před 23 dny +1

    🙏

  • @simralehmedli3173
    @simralehmedli3173 Před 21 dnem +2

    Salam aleykum.Almaniyaya getmemiwden once Bakida iwlediyiniz halda ne ucun ausbildung yolu ile getdiz? İwci vizasi ile getmek daha yaxwi olmazdi ? Maiw daha yaxwi olardi.ausbildungun hansisa usdunlukleri varmi ?

  • @turalehacili2792
    @turalehacili2792 Před 23 dny +1

    Vielen dank für alles 🎉

  • @reyhanmaharramli1918
    @reyhanmaharramli1918 Před 23 dny

    👍🙏🏻

  • @phobia9664
    @phobia9664 Před 23 dny

    Yaxşı ki, varsınız, mənim kimi həyqtda özünə məqsəd tapyan biri, sizin videolarınız sayəsində qarşısına Ausbildung məqsədi qoyub

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 23 dny +1

      Tək məqsədim digər insanlara faydalı ola bilməkdi. Sizə də bir faydası olursa, nə xoş mənə ✌🏻🍀

  • @aykaaxmedova1463
    @aykaaxmedova1463 Před 23 dny +1

    Men Azerbaycanda yawayiram, yene de oz powetimle gedirem markete . Sakit , sessiz yere menim de ehtiyacim var. Inwallah qismet olar. Size de ugurlar !

  • @Huseynehmedow
    @Huseynehmedow Před 23 dny

    Çox sağ olun faydalı kontekst üçün. Bir də məsləhətli dil kursu bilirsiz ? Zəhmət olmasa deyərdiz

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 23 dny

      Mail vasitəsi ilə əlaqəyə keçin yönləndirmə edim ✌🏻🍀

  • @sehlaesedova7232
    @sehlaesedova7232 Před 22 dny +1

    Çox səviyyəli ,savadlı nitqiniz var,mümkün olsa gəzmədən çəkin videonu.

  • @ausbildungyashami
    @ausbildungyashami  Před 23 dny +11

    📌Dostlar bütün suallarınızı kommentlərdə verə bilərsiniz.

    • @isaibrahimov4124
      @isaibrahimov4124 Před 23 dny +2

      Salam Ausbildungu işə çevirmək olur? Olursa necə edirsən?

    • @sherlock889
      @sherlock889 Před 23 dny +2

      Çox sağolun

    • @Beachbuggyracing1_2
      @Beachbuggyracing1_2 Před 22 dny +1

      Salam.IT ucun yash mehdudiyyeti var?

    • @Motovasyon
      @Motovasyon Před 21 dnem +1

      Xahiş eliyirəm suallarımı cavablandırasız .
      1) Mən bitirdiyim sahənin diplomu Almaniyada tanınmır . Hansı yaxşı peşələr üzrə gəlib orda işləyə bilərəm və ya təhsil ala bilərəm ?
      2) Sadəcə öz marağımıza görə komputer kurslarına gedib kompüteri öyrənib və IT üzrə çox yaxşı biliyə sahib olduqdan sonra ( Azərbaycanda ) gəlib almaniyada işə düzəlmək olar əldə etdiyimiz biliklərə görə komputer və IT üzrə ? Diplom və ya Sertifikat tələb edəcəklər yoxsa necə ? Sertifikatı da komputer kurslarını bitirdikdən sonra verirlər ?
      3 ) Səyahət etmək üçün gələndə 3 ay qalmaq üçün və polnu gəzmək , istirahət etmək üçün nə qədər pulla gəlmək lazımdır ?
      4) Oturum vizasını necə almalıyıq ? Nə etmək lazımdır ? Yəni ömürlük oturum vizası üçün . Deyirlər ən azı 3 il orda olmalısan amma necə olmalıyam axı 3 il üçün mənə elə məhz oturum vizası lazım deyil ?

    • @mygeorgia6306
      @mygeorgia6306 Před 19 dny

      Salam Bir wey soruwum. Mc donaldsda bie weherden eger muqavike ve devet gelibse onu bawqa wehere nece deyiwmek olar?

  • @al1yev163
    @al1yev163 Před 23 dny

    Salam deyerli melumatlar ucun çox saqolun. Mene wittnau şeherinden devet gelib bilmirsiz nece yerdi?

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 23 dny

      Ora Freiburgun yanındakı qəsəbələrdən biridir. Freiburg özü çox qəşəng şəhərdi. Həm insanları yaxşıdır o bölgənin həm də iş imkanları yaxşıdır mənim bildiyim qədərilə ✌🏻🍀

  • @XanmBabayeva-st3ob
    @XanmBabayeva-st3ob Před 23 dny

    Melumat ucun cox sagolun😊Rothenburg ob der Tauber nece seherdi bilmirsiz qebulum ordan gelib onceden tesekkurler☺️

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 23 dny +1

      Bildiyim qədərilə çox kiçik bir kənddi ama yaxınlığında böyük şəhərlər var. Bunun üstünlükləri var ama çox kiçik yer sizə kənd yerində yaşayırmışsınız hissi verə bilər. Ama yeni gələnlər üçün kiçik yerlər yaxşı ola bilir bəzən ✌🏻🍀

    • @XanmBabayeva-st3ob
      @XanmBabayeva-st3ob Před 23 dny

      @@ausbildungyashami tesekkur edirem💫

    • @ramalseyidov9891
      @ramalseyidov9891 Před 23 dny +2

      Balaca şəhər olsada 10000 əhalisi var amma çox gözəl şəhərdir.Bayern əyaləti yaşamaq,işləmək üçün çox yaxşı bir yerdi.men burda 1000 nəfər əhalisi olan bir kəntdə yasayiram böyük şəhərə köçmək fikrim yoxdu hec.ugurlar indiden.xos gəlirsiz👍

    • @XanmBabayeva-st3ob
      @XanmBabayeva-st3ob Před 21 dnem

      @@ramalseyidov9891 cox sagolun tesekkur edirem melumat ucun ☺️

  • @VusaleQuliyeva-wx5st
    @VusaleQuliyeva-wx5st Před 23 dny

    Salam Azerbaycana qayidmaq fikriniz var? Ne vaxtsa? Yoxsa Almaniyada qalmaq daha yaxsidir.

  • @WillbeOkay-rw7cr
    @WillbeOkay-rw7cr Před 10 dny

    Salam, hər vaxtınız xeyir, videolarınız üçün təşəkkür edirəm, həqiqətən də çox məlumatlandırıcıdır
    Dil səviyyəsi B1 və ya B2 olan halda qəbul alma ehtimalı nə qədərdir, yəni geri dönüş etməmələri kimi bir ehtimal varmı

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 9 dny

      min b1 ilə rahatlıqla qəbul almaq olur ama b2 olarsa biraz daha çox üstünlüyünüz olur təbiiki ✌🏻🍀

    • @WillbeOkay-rw7cr
      @WillbeOkay-rw7cr Před 9 dny

      @@ausbildungyashami aydındır, minnətdaram

  • @ZarifaAliyeva-ov9bm
    @ZarifaAliyeva-ov9bm Před 18 dny

    Salam bəhlul bəy
    Size bir sualım vardı elebilinki menim cvimdə yazılıb ki bəzi kompüter proqramlarını bilirem Word Excel powerpoint kimi ama men bunlari bilmirem bu mene almaniyada Problem yarada bilermi?

  • @NuriyyaBagirova
    @NuriyyaBagirova Před 23 dny +3

    Həqiqətən dəyərli məlumatlardır,l liked ✨🥰
    Dediz ki, ilk dəfə balaca şəhərə köçmüsuz hansı şəhər idi o? Ve indiki videodaki yer haradı?

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 23 dny +2

      İlk dəfə gəldiyim şəhər “Wernigerode” idi. Orda yaşamasanız belə turist kimi getməyinizi tövsiyyə edərəm. Hal-hazırki şəhər isə Erfurtdur ✌️🍀

    • @NuriyyaBagirova
      @NuriyyaBagirova Před 23 dny

      @@ausbildungyashami çox sağolun ✨
      Almaniyada milyarder olmasaq belə restoran falan aça bileriy? Mümkündü orda şəxsi biznesimizin olması?

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 23 dny

      Əlbətdə mümkündür. Hər şey sizdən asılıdır. Bürokratik proseslər olsa da bir çox insan görmüşəm ki, öz biznesini qurur ✌🏻🍀

  • @sevincrzayeva2160
    @sevincrzayeva2160 Před 15 dny

    Salam cox sagolun mece etraflu melumat verirsiz .menim yoldasim Polsanin oturumunu alib Almaniyaya gele biler ??

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 14 dny

      Salam. Təəssüf ki, Polşa oturumu vəya vizası ilə Almaniyada işləmək olmur ✌️🍀

  • @Lila0110
    @Lila0110 Před 20 dny

    Azərbaycanda'da artiq posetler pulludur

  • @VuqarValyev
    @VuqarValyev Před 21 dnem

    Salam 38 yaşım var her hansi peşədə ausbildung ede bilərəm xahiş edirem məlumat verin

  • @flavormaker5504
    @flavormaker5504 Před 5 dny

    Salam Behlul bey siz minijob edirsiniz?

  • @user-le8sl9nq3j
    @user-le8sl9nq3j Před 17 dny

    Behlul bey bir sual yazim o duzdur ki hansisa dovletin sefirliyine dusmek ucun 6 ay o olkede yasamaq lazimdir yani men ausbildung ucun basqa olkeden getmek isteyrem

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 5 dny

      Hansı ölkədə yaşayırsınızsa o ölkənin səfirliyinə müraciət etməlisiniz. Başqa heç bir şeyə ehtiyac yoxdur ✌🏻🍀

  • @yeterrehimova6502
    @yeterrehimova6502 Před 23 dny

    Təşəkkürlər video üçün. Bəhlul bəy,bir günə vizadan müsbət cavab alan görmüsüz?

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 23 dny +1

      Bəli, bir günə qəbul alan bir neçə insan görmüşəm. Mənim özümə də 2 günə veriblər vizanı ✌🏻🍀

    • @yeterrehimova6502
      @yeterrehimova6502 Před 23 dny

      ​@@ausbildungyashamiÇox gözəl,mənə də bir günə cavab gəlib lakin qeyri-iş günləri olduğu üçün cavabı götürmək alınmır bir neçə günlük. İnşallah ki, müsbət olar. Təşəkkür edirəm

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 23 dny +1

      @@yeterrehimova6502 böyük ehtimal müsbət olacaq. Ama yenə də nəticəni alandan sonra burda mənimlədə paylaşmağınız xoş olar ✌🏻🍀

    • @yeterrehimova6502
      @yeterrehimova6502 Před 23 dny

      @@ausbildungyashami inşallah,mütləq

    • @yeterrehimova6502
      @yeterrehimova6502 Před 20 dny

      @@ausbildungyashami Salam. İşçi vizasına müraciət etmişdim və rədd cavabı gəldi, təəssüf ki

  • @Mrbeats_00
    @Mrbeats_00 Před 22 dny

    Videolariniz cox gozeldi butun videolariniza hevesnen baxiram Insallah mende ausbildungnan gelecem iki ile

  • @azersuleymanov3682
    @azersuleymanov3682 Před 22 dny

    Salam. Bir neçe ay evvelde yazmișdim. Vaxt ede bilse diș texnikliyi ausbildungu ve iș ortami haqqinda video çeksez sevinerdim

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 18 dny

      Salam. Bəli, hələki bu peşə ilə bağlı video istəyini qəbul edən olmayıb təəssüfki. Ama planda var hələ də və bu video olacaq kanalda ✌🏻🍀

  • @mubariznacafov1453
    @mubariznacafov1453 Před 23 dny

    Qardas siz it de hansi sektorda isleyirsiniz? Mende front end developerlikdi, komputer muhendisliyi uzre tehsil aliram uni de bu istiqametde ausbildung ede bileremmi ve qebul almaq mene asanmi olarmi sence?

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 21 dnem

      Mən Anwendungsentwicklung peşəsindəyəm. Siz isə əgər müəyyən baza bilikləriniz varsa qəbul ala bilərsiniz. Bununla bağlı kanalda video da var. Onu izləyə bilərsiniz detallı məlumat almaq üçün ✌️🍀

  • @eminismail8363
    @eminismail8363 Před 6 dny +1

    Salam. Bura hansı şəhərdir? Çox gözəl təbiəti var.

  • @VuqarValyev
    @VuqarValyev Před 21 dnem

    Salam bir şeyi bilmək isteyirem 38 yaşım var her hansi bir peşede ausbildunq etmək mümkundür xahiş edirem bir məlumat verin

  • @saidshikhizada332
    @saidshikhizada332 Před 23 dny

    Salam, ausbulding müddətində dərsə getdikdə həftəlik 40 saatdan çıxılır dərsdə olduğunuz müddət? iş vaxtı sayılır siz dərsə getdikdə?

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 23 dny +1

      Bəli, dərs saatları iş saatı olaraq hesablanır ✌🏻🍀

  • @eldenisz
    @eldenisz Před 23 dny

    salam, alman dilini orgenmeyi azerbaycanda hansi kursu meslehet gorersiz? (reklamsiz olsa inanin cox boyuk el tutmush olarsiz) 🙏🏻

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 23 dny

      Mail vasitəsi ilə əlaqə saxlayın yönləndirim ✌🏻🍀

    • @eldenisz
      @eldenisz Před 22 dny

      mail adresini qeyd ede bilersiz zehmet olmasa?

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 22 dny

      @@eldenisz kanalın açıqlama hissəsində var ✌🏻🍀

  • @RaulRaul-uw7tp
    @RaulRaul-uw7tp Před 23 dny +1

    Yaxınımın 65 yaşı var.Dil bilgisi əla.Almaniyada kursda işləyə bilər?Təşəkkür edirəm

  • @TheKMHoldings
    @TheKMHoldings Před 22 dny

    Bu ilin avqust sentyabr ayları üçün koch ya da backer üçün müraciət edib qəbul almaq mümkündür yoxsa artıq növbəti il üçün müraciət edək?

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 22 dny +1

      Müraciətlərə başlamaq üçün gecdir biraz. Ama yenə də boş qalan yerlərə müraciət edib qəbul almaq olar. Şansınız çox olmasa da var. Həm indi üçün həm də növbəti il üçün müraciətlər edin ✌️🍀

    • @TheKMHoldings
      @TheKMHoldings Před 22 dny

      @@ausbildungyashami çox sağ olun🙏🏻

  • @isfendiyarpoladov9111
    @isfendiyarpoladov9111 Před 21 dnem +1

    Siz ürəksiz, çox faydalı işlər görürsünüz bundan əmin olun!
    Videonun evvelinde dediz ki, dəhşət sakit və xaosdan uzaq bir yer falan. Bu ümumi Almaniya haqda deyilə bilər? Bakının xaosu, Almaniyanın böyük şəhərləriylə müqayisədə daha çoxdur?

  • @Motovasyon
    @Motovasyon Před 21 dnem +1

    Xahiş eliyirəm suallarımı cavablandırasız .
    1) Mən bitirdiyim sahənin diplomu Almaniyada tanınmır . Hansı yaxşı peşələr üzrə gəlib orda işləyə bilərəm və ya təhsil ala bilərəm ?
    2) Sadəcə öz marağımıza görə komputer kurslarına gedib kompüteri öyrənib və IT üzrə çox yaxşı biliyə sahib olduqdan sonra ( Azərbaycanda ) gəlib almaniyada işə düzəlmək olar əldə etdiyimiz biliklərə görə komputer və IT üzrə ? Diplom və ya Sertifikat tələb edəcəklər yoxsa necə ? Sertifikatı da komputer kurslarını bitirdikdən sonra verirlər ?
    3 ) Səyahət etmək üçün gələndə 3 ay qalmaq üçün və polnu gəzmək , istirahət etmək üçün nə qədər pulla gəlmək lazımdır ?
    4) Oturum vizasını necə almalıyıq ? Nə etmək lazımdır ? Yəni ömürlük oturum vizası üçün . Deyirlər ən azı 3 il orda olmalısan amma necə olmalıyam axı 3 il üçün mənə elə məhz oturum vizası lazım deyil ?

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 17 dny +1

      1. Diplomunuz tanınmırsa belə fürsət kartı ilə gəlmək şansınız var. Növbəti ay bununla bağlı detallı video olacaq. Ama yenidən ausbildung etmək istəyirsinizsə, kanalda bəzi peşələrlə bağlı videolar var.
      2. Xeyr, təəssüf ki sadəcə kurslardan nəsə öyrənərək işçi vizası ala bilməzsiniz ama bununla ausbildung edə bilərsiniz
      3. Bu qeyd etdiyiniz bir çox şeydən asılıdır və bunları analiz etmədən bir rəqəm demək doğru olmaz.
      4. İlk olaraq qeyd edim ki, oturum vizası deyə bir şey yoxdur. Milli viza var və bu 3 aydan çox Almaniyada qalacaq insanlar üçün verilir. Ausbildung ( vəya digər təhsil növləri) və iş vizası fərq etmədən sizə viza verirlər və vizanızın bitməsinə az qalmış siz oturuma müraciət edirsiniz. Növbəti həftələrdə isə oturumla bağlı video paylaşılacaq.✌🏻🍀

    • @Motovasyon
      @Motovasyon Před 17 dny +1

      @@ausbildungyashami oturumla bağlı videonuzu gözləyəcəm . Xahiş edirəm tez gəlsin .

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 17 dny

      @@Motovasyon video artıq hazırdı. 2 həftə sonra paylaşılması planlanıb ✌🏻🍀

  • @wkfkatalumite1913
    @wkfkatalumite1913 Před 23 dny

    Bəhlul bəy salam. Mən hal-hazırda Bakıda Azərişıq ASC- də SƏTƏMM( Sağlamlıq Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) üzrə çalışıram. Mən Almaniyaya gəlib Elektrik üzrə Ausbildung etmək istəyirəm. İstəyim budur ki: Mən elektriki bitirdikden sonra Weiterbildung edib Əməyin Mühafizəsi üzrə mütəxəssis çalışa bilərəm? Siz özünüzdə yaxşı bilirsiz Almaniyada ən axtarılan peşələrdən biridi Elektrik, bu barədə bir video hazırlaya bilsəz həddindən artıq cox sevinərəm.

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 23 dny +1

      Salam bəy. Weiterbildung əsasən oxuduğunuz peşəni inkişaf etdirmək üçün olur. Ama fərqli peşələri oxumaq üçün də kurslar keçə bilərsiniz. Bunun üçün isə 6 aylıq vəya 1 illik kurslar olur. Əgər qeyd etdiyiniz iş üzrə kurslar tapsanız, sonrasında işləyə bilərsiniz ✌🏻🍀

    • @wkfkatalumite1913
      @wkfkatalumite1913 Před 23 dny

      @ausbildungyashami Cox sağolun. Allah razı olsun sizdən. Birdə əgər bir video hazırlaya bilsəz Elektrik üzrə cox super olar😊 Uğurlar sizə😊

  • @turaladigozelov3238
    @turaladigozelov3238 Před 23 dny

    Salam. Ausbildung qəbul aldıqdan sonra. Hansı məktəbə gedəcəyimizi necə bilirik ?

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 21 dnem

      Bəzən müqavilədə bəzən isə peşə məktəbindən məktub gəlir sizə. Vəya rahatlıqla ausbildung şirkətinizdən soruşa bilərsiniz ✌️🍀

  • @turalcafarov5789
    @turalcafarov5789 Před 23 dny

    Qardaş səni çox gözəl başa düşürəm, xaosdan rahatlığa çatmısan, qınaqlardan uzaq olmusan, Allah mənə də qismət etsin inşəallah, Ausbildung üçün məncə gecdir, amma dil öyrənib , iş izni hər halda ala bilərəm , bəs sizcə?

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 23 dny

      Əgər iş vizasının şərtlərini qarşılayırsınızsa, iş vizası ala bilərsiniz ✌️🍀

    • @turalcafarov5789
      @turalcafarov5789 Před 23 dny

      @@ausbildungyashami Nələrdi şərtləri qardaş? İxtisaslı iş yox ,xüsusi bacarıq tələb etməyən işlər nəzərdə tuturam, bir zəhmət cavablandırardın

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 22 dny

      @@turalcafarov5789 Xeyr, bu qeyd etdiyiniz mümkün deyil təəssüf ki✌🏻🍀

    • @turalcafarov5789
      @turalcafarov5789 Před 22 dny

      @@ausbildungyashami tutalım anbarda fəhlə falan götürmürlər B1 səviyyəsində bilsəm?

  • @leo.O421
    @leo.O421 Před 22 dny

    Alman dilin A 2 ni nə qədər vaxta
    Öyrənə bilərəm

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 21 dnem

      Hər insanın öyrənmə müddəti fərqli ola bilir. Ama 4-5 ay a2 səviyyəsini öyrənməyə bəs edər 👌🏻

  • @hicranhuseyinova3199
    @hicranhuseyinova3199 Před 23 dny

    Orda bizdə olmayan dùzlük var

  • @user-hp3wv2es3w
    @user-hp3wv2es3w Před 22 dny

    Salam məni santexnik peşəsi üzrə dəvət ediblər ausbildinqə ora gələndə peşəni dəyişə bilərəmi məsələn otel üzrə və ya avtomobil üzrə onu da bildirim ki ali təhsilliyəm huquq təhsilim var

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 18 dny

      Salam. Bəli, dəyişə bilərsiniz. Bununla bağlı qanunları izah etdiyim detallı video da var kanalda ✌🏻🍀

  • @emilquluzade7169
    @emilquluzade7169 Před 23 dny

    Ausbilding edende hotelfachmanda adamı deyilen saatdan cox isledirler bizdeki kimi ? 8 saat di mesel 12 saat isletmirler?

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 23 dny

      Qanun olaraq bir gün ərzində ausbildung edəni (azubini) 10 saatdan artıq işlətməyə hüquqları yoxdur. Qanunsuz olaraq sui-istimal etmək istəyəm insanlar ola bilər ama hüquqlarınızı bildiyinizdə, bunu edə bilmirlər.

    • @emilquluzade7169
      @emilquluzade7169 Před 21 dnem

      @@ausbildungyashami deyilen saatdan cox isletseler nagarmaliyam? Mehkemeye getsem pul problemim olmaz? Burdaki kimi mesel 8 saat is yüküm var 10 saat isletdiler yene qanunsuz sayilir?

  • @aydinsuleymanli9998
    @aydinsuleymanli9998 Před 23 dny

    Uğurlar Bəhlul bəy mən şirkətlərə sənəd göndərmişəm bir neçəsi sənədlər yoxlanılacaq sonra sizinlə əlaqə saxlayacağıq dedilər bu cavab mənfidir yoxsa müsbət?Və birdə kursdan rəsmi Bescheinigung var məndə GOETHE universiteti ilə əməkdaşlığı olan kursdur bu səfirliyə göstərmək kifayətdir yoxsa iş yerindən almaq məsləhətdir həm də bu Vorstellungsgespräch-də istənilir?

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 23 dny

      Bu normal bir sənədə baxılma prosesidir. Çox vaxt avtomatik gəlir bu cavab. ✌🏻🍀

    • @aydinsuleymanli9998
      @aydinsuleymanli9998 Před 23 dny

      ​@@ausbildungyashamivorstellungsgespräch nə qədər müddətə keçirilər?

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 23 dny

      Şirkətə və müraciət ediyiniz vaxta görə dəyişir bu. Bəzən bir həftə içində bəzən isə bir ay sonra geri dönüş edirlər ✌🏻🍀

  • @Xez.ii.1
    @Xez.ii.1 Před 22 dny +1

    Salam Ausbildung ilə hüquq oxumaq olar ? Və ya işləmək?

    • @rufatrustamli313
      @rufatrustamli313 Před 22 dny

      Xeyr huquq,polis,pojarni islerini Avropa vetendaslari olmayanlari qebul etmirler

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 21 dnem +1

      Salam. Hüquqa aid peşə var. Bununla bağlı video hazırlamaq planımız var yaxın zamanda. İzləmədə qalın ✌️🍀

  • @elsanosmanov8773
    @elsanosmanov8773 Před 22 dny +1

    Almaniya getmek fikrini coxdan aglimdan cixartdim ama vidiolarin maraglidi heqiqetende

  • @alakbarovah
    @alakbarovah Před 23 dny +1

    Havasi barede ne dusunursunuz? Gunessiz havada kefi pozulan bir insan orda xosbext ola biler?🤔

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 23 dny +3

      Mən soyuq havaları çox sevdiyim üçün Almaniyanın havası mənim üçün çox yaxşıdır. Yay aylarında da isti havaları sevmirəm. İstirahət və tətil lazım olduğunda isə məzuniyyətlərdə çox ucuz qiymətə uçuş bileti alaraq yaxındakı İspanya və İtalya kimi ölkələrə getmək olur. Günəşin çox olmaması biraz insan psixologiyası tərəfdən biz qafqazlılara pis təsir edə bilər ama xoşbəxt olmaq üçün həddən çox nüanslar var Almaniyada, xüsusi ilə də bir qafqazlı üçün. ✌🏻🍀

  • @Jasminadalatova
    @Jasminadalatova Před 23 dny

    Əvvəlki ausbildinq ixtisasınız nə idi

  • @isaibrahimov4124
    @isaibrahimov4124 Před 23 dny

    Salam Ausbildungu işə çevirmək olur? Olursa necə edirsən?

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 23 dny +1

      bəli, olur. Sadəcə işçi vizasının şərtlərini qarşılamalısınız. Yəni Almaniyada tanınan diplomunuz olmalıdır və bu diplom üzrə iş tapmalısınız. Ausbildungu dəyişmə prosesini izah etdiyim videoda da bunu izah etmişəm ✌🏻🍀

    • @isaibrahimov4124
      @isaibrahimov4124 Před 23 dny

      ​@@ausbildungyashami diplomum yoxdur. Sadəcə ausbildungdur. Bəs 6 aya falan B1 imtahanı versəm sertifikat alsam necə? O zaman ausbildungu dayandırıb işləmək olur? Və iş tapmaq olur?

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 23 dny +1

      xeyr, təəssüfki olmur. Dil bilmək sadəcə məcburiyyətdir yaşamaq üçün. İş vizasına dəyişmək üçün tələbləri qarşılamalınız ✌🏻🍀

  • @forchildrenusaqlarucun5882

    Salam, 36 yaşım var. Bank sektorunda işləyirəm (kredit).java pr kursuna gedirəm+alman dili kursuna. Ausbuldingə muraciət edəcəm. It sahəsi istəyirəm qəbul ala biləcəm sizcə? Yaşıma görə narahatam.

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 23 dny +1

      Salam. Əgər sıfır biliklə müraciət edirsinizsə, Azərbaycandan qəbul almaq çətin olacaq. Tövsiyyəm kanalımdakı İT videolarını izləyərək orda qeyd etdiyim şeyləri öyrənin və onları cv-ə əlavə edin. Vəya başqa peşə ilə gələrək burda daha rahat dəyişin. Ama hərbir halda az da olsa biliyə sahib olmalısınız ✌🏻🍀

    • @forchildrenusaqlarucun5882
      @forchildrenusaqlarucun5882 Před 23 dny +1

      @@ausbildungyashami cox sag olun, sizin videolariniza demek olar ki, hamisina baxmisam, Çox deyerli tövsiyyeler veririsiniz.var olun. Allah qorusun sizi.

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 23 dny

      Təşəkkürlər ✌🏻🍀

  • @hicranhuseyinova3199
    @hicranhuseyinova3199 Před 23 dny

    Düz dür qeybət etmək günahdır bunu anlamırlar

  • @vuqarmemmediv2249
    @vuqarmemmediv2249 Před 23 dny

    Bu 3 ilde sehetinizde problem olanda,sizə diqqet gorsediblermi? Dersden iwden qalmaq bele weyler

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 23 dny

      Bəli, bununla bağlı heçbir problem yaşanmır. Xəstəsinizsə, videoda da dediyim kimi, müayinənizi olursunuz pulsuz formada və işdəndə dərsdəndə icazəli olur olsunuz ✌🏻🍀

  • @turkanbabayeva7312
    @turkanbabayeva7312 Před 21 dnem

    Salam ilk once cekdiyiniz emeye gore tesekkur edirem.1.Bilmek isterdim turist kimi gelib orda Azerbaycana donmeden ausbildung etmek olarmi?2.Turist kimi geldiyimde ausbildunga qeder muveqqeti islerde diplomsuz islemek olurmu? 3.Ausbildung dersleri cetindirmi? Dil bilgim A 2 ye yeni kecmisem

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 18 dny

      Salam. Xeyr, turist vizası ilə mümkün deyil. Ausbildung dərslərinin çətinliyi isə peşəyə görə dəyişsədə, hamısında ortaq olan şey Alman dilinin ən az b1 vəya b2 olmasıdır. Bu halda siz dərsləri başa düşə bilir və dərslərinizə normal hazırlaşa bilirsiniz ✌🏻🍀

    • @turkanbabayeva7312
      @turkanbabayeva7312 Před 18 dny

      Cavab ucun cox sagolun

  • @aynurememmedli709
    @aynurememmedli709 Před 13 hodinami

    Salam məncə iş saatı söhbəti bölgədən asılıdı burda yaşayan biri olaraq siz dediyiniz əksinədi ne pul ödənilir ne de günlə əvəz olunur .yani mən almaniyanı təcəssüm etdiyim kimi olmadığını yaşadım 😅

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 11 hodinami

      Salam. Məncə bölgədən asılı deyil. İnsandan asılıdır. Dünyanın heçbir ölkəsi mükəmməl deyil. Əlbət aldatmağa və qəpik quruşa görə başqa hərəkətlər edən insanlar olacaq. Hüquqlarını bilməyən insanlara edə bilirlər bunları sadəcə. Ama bu qeyd etdiyiniz şey Almaniyada çox az və bir neçə xidmət sahəsində olan şeydir. 🙌

  • @user-pi5ks3sr7h
    @user-pi5ks3sr7h Před 23 dny

    Qaqaşın videosuna baxıb dedim görən mənim yaşadığım Almaniya hansıdır, qaqaş dediyi hansı?!) Hərşey deyilən kimi güllük gülüstanlıq deyil. Həkim deyilən şey sığorta ilə sıfırdır. Terminləri 2-3 ay sonraya verirlər bəzən. Həkimlər yola verir sığorta ilə. Şərq insanının sevdiyi ortam yoxdu burda, ancaq işləmək və evdə dincəlmək var böyük çoxluqla. Gəlmələrlə çox az dostluq edirlər, qaynayıb qarışmırlar başqa millətlər kimi. Ausbildung deyilən şey mədəni hamballıqdı. 700-800 evroya 3 il səni işlədir, sonra yeni biri gəlir o tələyə düşür! Ev almaq üçün yarım milyon yevro və üstü pul lazımdır. Kirayələr çox bahadır. Təbiəti soyuq deyil, amma yağışdan bezirsiz. Çox şeylər var e daha nə deyim. Allah heçkimi pul üçün çöllərə salmasın!

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 23 dny +1

      Bəy, mən sadəcə bu 3 il ərzində olan bəzi təcrübələrimi paylaşmağa çalışdım. Dünyanın heç bir yerində bu məntiqlə "Gülüstanlıq" deyil. Videonun başlığında da qeyd etdiyim kimi "Almaniyada yaşadığım çətinliklər" ilə bağlı video hazırlamışam. Dediklərinizin bəzilərinə haqq verirəm ama eyni şeyləri hər videoda qeyd etməyim mənasızdır. Ama bu videoda dediklərimin də sonuna qədər arxasındayam. Və sizin dediyiniz hamballıq məsələsi ilə razı deyiləm. Niyəsini də izah etdiyim video var kanalda. Həkim məsələsində isə çox yaxşı ev həkimlərim olub həmişə və heçvaxt bir ev həkimi üçün 2-3 saatdan artıq gözləməmişəm və daim çox yaxşı müayinə ediblər həkimlərim.
      Fikirlərinizi və təcrübələrinizi paylaşdığınız üçün təşəkkür edirəm ✌🏻🍀

  • @user-hc6be6mp6v
    @user-hc6be6mp6v Před 21 dnem +1

    Qaqaş melumatı ele fasonda ötürürsen ki cümle cümle adam sıxılır baxmaqa👎

  • @Mehran-om1tz
    @Mehran-om1tz Před 21 dnem

    Kohne videonuzda demiwdizki mene msj yazarsiz hazirlawdigim melimeni adini deim..instagramda yazdim ama cavab gelmedi sizden..texmini 1aydan cox olar.

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 17 dny

      Yenidən yazın mesaj yuxarı qalxsın ki, göndərim. Təəssüf ki mesajların çoxluğundan mesajınızı görmədim✌🏻🍀

  • @VuqarValyev
    @VuqarValyev Před 21 dnem

    Salam 38 yaşım var her hansi peşədə ausbildung ede bilərəm xahiş edirem məlumat verin

  • @VuqarValyev
    @VuqarValyev Před 21 dnem

    Salam 38 yaşım var her hansi peşədə ausbildung ede bilərəm xahiş edirem məlumat verin

  • @VuqarValyev
    @VuqarValyev Před 21 dnem

    Salam 38 yaşım var her hansi peşədə ausbildung ede bilərəm xahiş edirem məlumat verin

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 18 dny

      Salam. Yaşa görə peşə uyğunluğu yoxdur. Əgər asan qəbul alına biləcək peşələr ilə maraqlanırsınızsa, restoran və hotel sahəsinə yönələ bilərsiniz. Ama özünüzün əlinizdı bir peşəniz varsa, ona da yönələ bilərsiniz ✌🏻🍀

    • @VuqarValyev
      @VuqarValyev Před 18 dny

      Çoxsaqolun