Programlaşdırma (İT)

Sdílet
Vložit
  • čas přidán 21. 07. 2024
  • Salam dostlar. ✌🏻 Bugün programlaşdırma ( Fachinformatiker für Anwendungsentwickler #ausbildung ) peşəsi üzrə danışdım. Bu peşə üzrə ausbildung etmək istəyən insanlara yol göstərməkdir əsas məqsədim. Yeni bir ölkəyə gəlirik və heç birimiz heç bir peşə haqqında ətraflı və düzgün məlumatlar tapa bilmirik. Sırf buna görə məndən sonra ausbildung etmək istəyən insanlara öz təcrübələrimi ötürmək istəyirəm. Əgər siz də dəstək olmaq istəyirsinizə, kanalı izləyərək və videoları digər ausbildungla maraqlanan insanlara göndərərək dəstək ola bilərsiniz. Videonu sona qədər izləyib bütün məlumatları almağınızı məsləhət görürəm. Uğurlar hər birinizə 👌🏻
    Videoda olan mövzular:
    00:00 Intro
    00:10 Məzmun
    00:37 Interview prosesi və suallar
    03:02 Programlaşdırma üzrə təcrübə lazımdırmı❓
    03:55 Ausbildung şirkətimlə tanışlıq
    04:35 İlk iş günü necə olur ❓
    05:35 Hansı programlaşdırma dillərindən istifadə edirəm❓
    06:00 Sınaq müddətim necə keçdi❓
    06:45 Almanların bu peşəyə marağı varmı ❓
    07:20 Hansı dərslər var ❓
    09:15 Dərslərdə hansı dil səviyyəsi lazım olur ❓
    10:00 Dərslərin çətinlik səviyyəsi necədir❓
    10:35 İş yerində hansı dil səviyyəsi lazım olur ❓
    10:55 Məktəbdə yazdığımız testlər
    12:08 Ausbildung imtahanları necə olur❓
    13:45 Ausbildung maaşları (təqaüdləri) nə qədərdir ❓
    14:16 Ausbildungdan sonraki maaşlar nə qədər olur❓
    15:00 Son
    16:15 Outro
    Social Media:
    Instagram → ausbildungyashami
    Tiktok → tiktok.com/@ausbildungyashami

Komentáře • 89

  • @elmar7_
    @elmar7_ Před 11 měsíci +2

    Təşəkkür məlumat üçün )

  • @dunyamalimalidunya5812
    @dunyamalimalidunya5812 Před 10 měsíci

    Emeyinize sagliq qardash ))

  • @letifrehimbeyli1516
    @letifrehimbeyli1516 Před 11 měsíci +2

    Çox sağol qardaş mulumatlara görə 👍

  • @jeyhunshirizada9421
    @jeyhunshirizada9421 Před 10 měsíci

    etrafi melumat ucun cox sagol

  • @Zero-0577
    @Zero-0577 Před 11 měsíci +4

    Çox super izah edirsən. Çox sağol qardaş.

  • @tarlanmalikov9264
    @tarlanmalikov9264 Před 6 měsíci +1

    vallah billah mən birinici dəfədir ki, youtube da videoya tam axıra kimi baxıram.özüdə 4 videoda dalbadal.kobud səslənə bilər.yediyin Azərbaycan çörəyi sənə halal olsun.halaldır sənə.

  • @kostlischesmenu5791
    @kostlischesmenu5791 Před 10 měsíci +1

    Əhsən qardaş, çox gözəl çox əhatəli və komplekt izah etdiniz, davamı gəlsin ugurlar 👍👍👍

  • @talehhuseynov6588
    @talehhuseynov6588 Před 2 měsíci +1

    Əla

  • @ilhamqenberov4326
    @ilhamqenberov4326 Před 11 měsíci +3

    Salam çox sağolun məlumatlandırıcı video üçün duales Studium haqqıında video çəkə bilərsiz zəhmət olmasa?

  • @musakhudaverdiyev2906
    @musakhudaverdiyev2906 Před 11 měsíci +2

    Salam. zehmet olmasa Idman sahesi uzre cekilis edersiniz. futbol uzre zehmet olmasa

  • @gismatsakafi
    @gismatsakafi Před 4 měsíci

    Salam ilk olaraq deyəsən İT sistem üzrə Ausbildung etmisiz somra İT programlaşdırma ?Neçə yaşında başlamısız Ausbildung a?

  • @Memmedov98
    @Memmedov98 Před 4 měsíci

    Salam Bəhlul bəy. Mənim şəbəkə inzibatçılığından anlayım var. Özüm evdə oturub müstəqil surətdə öyrənmişəm. Bilmək istəyirəm ki, bunun önəmi var ora müraciət etmək üçün yoxsa nəsə sertifikat filan almalıyam proqramlaşdımaya müraciət etmək üçün. Əlavə olaraq da, bu sahədə ausbildungdan sonra maaş nə qədər olur?

  • @orkhanruth
    @orkhanruth Před 11 měsíci +2

    Salam. Mənim bakalavr və magistr diplomlarım var; Amma iş təcrübəm heç yoxdur. Mən Almaniyada Duales Studium etməyi düşünürəm, ancaq ikinci variant olaraq Ausbildung-u da saxlamışam. Əsas sualım budur ki, bu diplomlarımın olması məni “overqualified” edə bilər? Həm Duales Studium, həm də Ausbildung üçün soruşuram bunu. İkinci sualım da, diplomları CV-də qeyd etməsəm, amma daha sonra interview vaxtı üstü açılsa problem yarada bilərmi?

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 11 měsíci

      Salam. Ausbildung üzərindən götürdüyümüzdə bəli, bu sizin üçün mənfi cəhətdir. Çünki şirkətlər düşünürki siz ən az 6 il bunun təhsilini alıbsınız və heçnə öyrənməyibsiniz. Ama yaxşı bir motivasiya məktubu ilə fikirıərinizi və gələcək planlarınızı yazaraq qəbul ala bilərsiniz. Çox da problem olmaz 👌🏻ama sizə məsləhətim bu programlaşdırmaya sıfırdan başlayanlar üçün videomu izləyib müəyyən şeyləri öyrənərək cv nizi şişirdin.
      Ps. Təbiiki sizin biliklərinizin aşağı olmasını düşünərək deyirəm. Əgər bilikləriniz yaxşı səviyyədədirsə və sadəcə təcrübəniz yoxdursa bu zaman situasiya sizin üçün daha yaxşı ola bilər 👌🏻

  • @necefrauf79
    @necefrauf79 Před 11 měsíci +1

    salam web developer kimi ausbildung etmek olur ? siz almanyaya azerbaycandan ev tapib getmisiz yoxsa almanya gedenden sonra ev tapmisiz ?

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 11 měsíci

      Salam. Almaniyaya gəlmədən əvvəl də ev tapmışdım. Lakin mən ausbildungumu sonradan dəyişərək başqa şəhərə köçmüşəm. Digər sualınız üçün isə bu videodan əvvəlki videonu izləməyinizi tövsiyyə edirəm. Ətraflı məlumat vermişəm o videoda. Xüsusəndə sual cavab hissəsində ✌🍀

  • @elzamammedova2424
    @elzamammedova2424 Před 11 měsíci +1

    34 35 yashinda olanlari onda, eger 25 26 yashindakina bugeder yox deyilerse hec goturmuler Auzbildunga?

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 11 měsíci +1

      40+ yaşında İT ausbildungu edəb azərbaycanlı belə tanıyıram. Təbiiki qəbul edirlər. Ama üstünlük az yaşlı insanlara verilir əsasən.

  • @mubariznacafov1453
    @mubariznacafov1453 Před 10 měsíci +2

    Salam mən komputer mühəndisliyi oxuyuram və Front end developerəm sizcə ausbildungla ora gəlib bir başa normal maaşla işə başlaya bilərəmmi yoxsa mənədə standart maaş verəcəklər?

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 10 měsíci +1

      Salam. Əgər ausbildung etməyə gəlirsinizsə, ausbildung maaşınız(təqaüdünüz) nə qədərdirsə onu alacaqsınız. Əgər iş vizasına dəyişəcəksəniz(bunun da öz şərtləri var), bu zaman şirkətlə sizin aranızda razılaşdırılmış maaş alacaqsınız. Hərçənd ki, developerlər min. 16-17 eurodan aşağı olmur saatlıq əmək haqqı. Ama çox vaxt 20+ alırlar saatlıq maaş. 👌🏻

  • @miri4616
    @miri4616 Před 10 měsíci +1

    Salam, Mühəndislik sahəsi üzrə ausbulding mövcuddur? (Cad drafter kimi)

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 10 měsíci +1

      Sizin dediyiniz iş haqqında ilk dəfədir eşidirəm. Ümumi olaraq hansı sahəyə aid işdirsə, o sahədə ausbildung olub olmadığını araşdırmaq lazımdır 👌🏻

  • @saaaaall8814
    @saaaaall8814 Před 10 měsíci +1

    bakalavr hüquq təhsili almış birinə hansı ausbildung etməyi tövsiyə edirsiniz (ümumiyyət bakalavrı hüquq oxuyub ausbildung etməyə dəyər yoxsa ağılsız bir addım olardı) ? Və bir digər sualım odur ki, ausbildung etdikdən sonra magistr təhsili almaq mümkündür?

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 10 měsíci

      Hüquq çox yaxşı peşədir Azərbaycanda. Təbiiki Azərbaycanda aldığınız bakalavr təhsili daha yüksək mərtəbə olaraq sayılır təhsildə. Əgər Azərbaycanda bu sahə üzrə işləmək istəmirsinizsə, Almaniyada hüquq üzrə yalnız hüquqşunas köməkçisi peşəsi üzrə ausbildung edə və işləyə bilərsiniz.
      Ausbildungu bitirdikdən sonra magistr təhsili ala bilməzsiniz, çünki magistr təhsili bakalavr təhsilinin davamıdır. Ausbildung isə bakalavr təhsilindən aşağı səviyyədə sayılır. Ümid edirəm bu məlumatlar sizə köməkçi olar ✌️🍀

    • @saaaaall8814
      @saaaaall8814 Před 10 měsíci

      @@ausbildungyashami Yox, mən burda artıq bakalavr təhsilimi (hüquq) almışam deyək və əlavə olaraq bunun davamı kimi hüquq yönümlü magistr təhsili almaq istiyirdim Almaniyada. bu mümkündür?
      Və bu arada, cavablandırdığınız üçün minnətdaram.

  • @qalibmustafayev2796
    @qalibmustafayev2796 Před 6 měsíci

    salam heçbir proqramlaşdırma dilini bilmədən ausbildung təhsilinə başlamaq olar? Hal hazırda B1 hazırlaşıram və 3 ay sonra imtahanım var,gələn il üçün ausbildunga başlamaq istəyirəm sizcə proqramlaşdırma dilləri haqqında biliklərimi artırmağım şərtdir?

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 6 měsíci

      Bəli, başlamaq olur. Ama heçbir bilik olmadan qəbul almaq birax çətindir. Ən azından bəzi mövzularda baza biliklərini bilmək sizin üçün üstünlük olacaq ✌️🍀

  • @Zero-0577
    @Zero-0577 Před 11 měsíci +2

    Mən şəxsən kimya və biokimya sahələrinə daha çox maraqlıyam. Bəzi laborantlıq sahələrdə İT üzrə bilikli olmağı tələb edirlər, bunun haqda ümumi məlunat varmı?

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 11 měsíci +1

      IT biliyi dediyiniz yəqinki standart komputer biliyidir. Bu çox normaldır. Ən azından kompüter istifadə etməyi və bəzi programları istifadə etməyi bacarmaq lazımdır. Çünki artıq bütün lobarotoriya işləri komputerlərdə edilir 👌🏻

    • @Zero-0577
      @Zero-0577 Před 11 měsíci

      ​@@ausbildungyashami O, bəzi programlar yalnız Microsoft programlarıdır? Yoxsa Python, Java kimi programlar lazımdır. Bu haqda məlumatsızam.

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 10 měsíci +1

      @@Zero-0577komputeri istifadə qaydaları, ofis programları və s. lazım olur. Programlaşdırmaya ehtiyac yoxdur, çünki bu tam başqa bir peşədir ✌️🍀

  • @ayselqalandarova
    @ayselqalandarova Před 10 měsíci

    Salam dövlət və ictimai münasibətlər üzrə bakalavr təhsili alıb İt üzrə ausbildung edə bilərəm?

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 10 měsíci

      Salam. Bəli, təbiiki ausbildung edə bilərsiniz ✌️ Ausbildung üçün attestat belə bəs edir 🙂 Ali təhsiliniz heç bir əhəmiyyət daşımır bu prosesdə

  • @ilkinnesrullayev2633
    @ilkinnesrullayev2633 Před 11 měsíci

    Abi mən neft sectorunu bitirmisəm. Ancaə ha hazirda data science uzrə dərslər aliram. Sadəcə 2 sualim var 1 ailəli bir səxs ausbulding edə bilərmi və nə qədər pul veirlər İT sahəsi uzrə 2 ci sualim Alman dilinin oyrənilməsi ilə bagli bir video cəkərsiz zəhmət olmasa

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 11 měsíci

      Bəli, təbiiki edə bilərsiniz ✌ Maaşlarla bağlı məlumat vermişəm videoda. Alman dili ilə bağlı video da hazırlayacam ✌🍀

  • @Whoneedschannelname
    @Whoneedschannelname Před 10 měsíci

    Salam, məlumatlar üçün çox sağol. Mənim mexanika mühəndisliyi üzrə magistr təhsilim və 3 il staj var, amma programlaşdırma üzrə ausbilding etmək istəyirəm. Yaş 30. Bundan sonra programlaşdırma üzrə qəbul ala bilərəm? AWS Sertifikatlar ala bilərəm amma faydası olarmı bilmirəm. Mənə nə məsləhət verədiz?

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 10 měsíci

      Salam. Reallıq odurki biraz yaş artdıqda qəbul almaq da çətinləşir. Ama təbiiki mümkündür. Əsas sizin motivasiyanız və öyrənmə istəyinizdir. Sıfırdan başlayanlar üçün programlaşdırma ausbildungu videom var. O video sizə çox köməyi olacaq sona qədər izləmək ✌🏻🍀

    • @Whoneedschannelname
      @Whoneedschannelname Před 10 měsíci

      Cox sagolun, baxacam
      @@ausbildungyashami

  • @mma-vb2fr
    @mma-vb2fr Před 11 měsíci

    Qardaş Ausbildung başlama vaxtı ilə başlamayanda sonradan qəbul olub ortada başladiqda yenə 0dan örgədirlər individual olaraq yoxsa necə?Çünki deyirlər ki,Ausbildung sentyabr və ya avqust aylarında start götürür,bir neçə ay gec başlayanda yoxsa geri qalırsan dərslərdən?

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 11 měsíci +1

      Şirkətlər əsasən 1 il əvvəldən tələbə axtarırlarki belə bir situasiya olmasın. Ama belə hallar olduqda bəli bəzi dərslərdən geri qalmış olursunuz. Vəya ilin tam ortasında başlayırsınızsa bu zaman dərsə getmirsiniz və yeni tədris ilində dərslərə başlayırsınız. O vaxta qədər isə ancaq işləyirsiniz. 👌🏻

    • @mma-vb2fr
      @mma-vb2fr Před 11 měsíci +1

      ​@@ausbildungyashamiÇox sağol qardaş dolğun məlumat üçün!

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 10 měsíci +1

      @@mma-vb2fr ✌️🍀

  • @Byhesen
    @Byhesen Před 6 měsíci

    Saatlıq 18 və ya 19 avro net məbləğdir? Yoxsa vergi çıxılır? Çıxılırsan nə qədər çıxılır?

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 6 měsíci

      brutto məbləğdir. Vergi və sığorta tutulur daha sonra ✌🏻🍀

  • @anaryusub
    @anaryusub Před 10 měsíci

    Salam Aleykum.Yalniz ixtisas derslerimi kecirilir?Ya basqa Mathe, Logik kimi dersler de kecirilir?

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 10 měsíci +1

      Salam. Xeyr, riyaziyyat və digər fən dərsləri keçirilmir. İxtisas dərsləri və əlavə qanunlar, alman dili, etik və s. kimi dərslər olur. ✌🏻🍀

    • @anaryusub
      @anaryusub Před 10 měsíci

      Tesekkur edirem🤝

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 10 měsíci

      @@anaryusub ✌️🍀

  • @agaaliyev3361
    @agaaliyev3361 Před 9 měsíci

    29 yaşım var İT üzre oxumaq artıq gec olar? Bakida Alman dili kursuna gedib əlava C# və ya java örgənib ausbildung etmək olar bəy? Zamanda itirmek istemirem

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 9 měsíci

      bəli, mümkündür. Sadəcə biraz vaxt alacaq bu. Buna görə də davamlılıq və motivasiya əhəmiyyətlidir✌🏻🍀

    • @agaaliyev3361
      @agaaliyev3361 Před 9 měsíci

      @@ausbildungyashami Vaxt ayırıb cavablandırdığınız üçün təşəkkür edirəm.🙏

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 9 měsíci

      @@agaaliyev3361 ✌🏻🍀

    • @sonoseva
      @sonoseva Před 7 měsíci

      35-36 yaşı olan birisi IT üzrə ausbildung edə bilər? Yoxsa mumksuzdur?

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 7 měsíci

      @@sonoseva bəli, edə bilər. Hal-hazırda İT Audbildungunun 2-ci ilində olan 43 yaşında bir dostum belə var. ✌🏻🍀

  • @mma-vb2fr
    @mma-vb2fr Před 9 měsíci

    Qardaş orda bütün proqram dillərini örgədirlər yoxsa bir proqram üzrə örgədirlər?

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 9 měsíci +1

      Salam. Bütün programlaşdırma dillərini öyrətmələri mümkün deyil. Lakin sizə lazım olacaq səviyyədə öyrədilir hərşey ✌️🍀

    • @mma-vb2fr
      @mma-vb2fr Před 9 měsíci

      ​@@ausbildungyashamiÇox sağolun qardaş.

  • @deadpool2466
    @deadpool2466 Před 10 měsíci

    Salam, Sizden Meslehet almaq isteyirdim zehmet olmasa. Menim 22 yaşım var ve Universiteti bitirmişem İT Üzre ve Hal-hazırda Magistere Qebul olmuşam Azerbaycanda ancaq ki, Almanyaya Gedib Ausbildung etmek isteyirem İT üzre , ve Tezelikcen Alman dili Öyrenmeye başladım, sadece Sual vermek isteyirdim men Ausbildung etmek Üçün Burdaki Magister tehsilimi dayandırıb gelmeliyem ancaq dayandırsam Esgerliye çağıracağlar. Men de Getmek isdemirem esgerliye, Ausbildung etmek isdeyirem. Meselen Almanyaya Ve ya Hansısa Ölkeye Magister Tehsili Ve ya Bakalavr Tehsili almağa gedende Esgerlik Qarişmir, Bu Ausbildungda da beledir mi ?

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 10 měsíci +1

      Salam. Təəssüfki Azərbaycanda peşə təhsili üçün hərbi möhlət verilmir. Siz magistrı dayandırıb Ausbildunga getsəniz sizə çağırış gələcək. ✌️🍀

    • @deadpool2466
      @deadpool2466 Před 10 měsíci

      Bes, burdakı magister tehsilimi dayandırmadan Almanyaya Ausbildung a gede Bilerem ? Sualıma Cavab verdiyiniz üçün Çox sağolun

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 10 měsíci

      @@deadpool2466 edə bilərsiniz ama bu zaman da universitetdən atılacaqsınız bir müddət sonra

    • @deadpool2466
      @deadpool2466 Před 10 měsíci

      Almanya’dan Deportasiya etmezler? Cavablandırdığınız Üçün çox minnetdaram size 🙏🏻

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 10 měsíci +1

      @@deadpool2466 Almaniyada qanunsuz bir şey etmədiyiniz müddətcə etməzlər ✌

  • @azrbabayev7606
    @azrbabayev7606 Před 11 měsíci

    41 yaşında Ausbildung edə bilərəm ?

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 10 měsíci

      Bəli, mümkündür. Sadəcə yaşdan dolayı biraz çətin olacaq qəbul almaq 🙂

  • @user-vr3dy8lw2n
    @user-vr3dy8lw2n Před 11 měsíci

    Salam.Sizin çalışdığınız iş hansıdır? Və Çox yaxşı maaşı olan peşələr hansılardır.

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 11 měsíci

      Salam. Videoda elə öz işim və dərslərim haqqında danışmışam 🙂

    • @user-vr3dy8lw2n
      @user-vr3dy8lw2n Před 11 měsíci

      @@ausbildungyashami Cavabınız üçün çox sağ olun. Bəs yaxşı peşələr hansını məsləhət bilirsiniz?

    • @user-vr3dy8lw2n
      @user-vr3dy8lw2n Před 11 měsíci

      @@ausbildungyashami ''Fachinformatiker'' nə deməkdir?

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 11 měsíci

      @@user-vr3dy8lw2n İT Mütəxəssis deməkdir🙂

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 11 měsíci

      @@user-vr3dy8lw2n heç bir peşəyə pis deyə bilmərik. Sevərək etdiyiniz, xarakterinizə, bilik və bacarıqlarınıza uyğun olan peşə sizin üçün ən məsıəhətli peşədir. Peşə seçimi ilə bağlı video hazırlayacam. Ümid edirəm sizə köməyi dəyər 👌🏻

  • @kral5174
    @kral5174 Před 11 měsíci

    Şəbəkə administratoru sahəsi üzrə qəbul varmı ?

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 10 měsíci

      Fachinformatiker/in für digitale vernetzung peşəsi var. Bu peşəyə baxa bilərsiniz 👌🏻 Ama yerlər az olduğu üçün çox insana systemintegration peşəsini tövsiyyə edirəm. ✌️