"Gün keçdi" (film, 1971) (Vüsal Süleymanov)

Sdílet
Vložit
  • čas přidán 16. 09. 2022
  • Salam, videonu izlədiyiniz üçün öncədən təşəkkürlər! Kanalımıza abunə olmağı və videomuzu bəyənməyi unutmayın.
    Hörmətlə: Vüsal Süleymanov (Pianoclasss)
    Social Media: Instagram: / vusal.suleymanov_piano...
    Uşaqlıq illərində bir-birinə olan səmimi hisslərini xatırlayan qadın və kişi həmin münasibətləri yenidən qaytarmaq iqtidarında deyillər.
    Müəyyən məqsəd naminə həyatda öz-özünü aldadan Əsmər ilk baxışda xoşbəxt görünür: onun əri, qızı, gözəl ev-eşiyi, yaxşı dostları var. Maraqlı səyahətlərdən aldığı gözəl təəssüratlara malikdir. Əvvəllər bütün bunlar onu əyləndirsə də, sonralar tədricən bezdirir. Bəlkə də ona görə ki, Əsmər hələ də öz yerini tapa bilmir. Ona elə gəlir ki, bir günlük Bakıya gəlməklə malik olduğu süni həyat tərzini dəyişdirə biləcək. Amma insan yalnız keçmişlə, uşaqlıq xatirələri ilə yaşaya bilməz, hər adamın öz gələcəyi olmalıdır.
    Kino mütəxəssisləri bu filmi “iki aktyorla rejissor işi”, “iki aktyordan ibarət şedevr” adlandırıblar.
    Film əsasən Bakıda-İçərişəhərdə, prospektlərdə, təyyarə meydanında, yollarda çəkilib.
    Rejissor: Arif Babayev
    Ssenari müəllifi: Anar Rzayev
    Operator: Rasim İsmayılov
    Rəssam: Elbəy Rzaquliyev
    Bəstəkar: Emin Sabitoğlu
    Rollarda: Leyla Şıxlinskaya (Əsmər), Həsən Məmmədov (Oqtay), Həsənağa Turabov (Oqtayın iş yoldaşı), Çingiz Əlioğlu (Camal), Muxtar Avşarov (poçtalyon), Sədayə Mustafayeva (Əsmərin anası)
    - Emin Sabitoğlu 2 noyabr 1937-ci ildə Bakı şəhərində yazıçı Sabit Rəhmanın ailəsində anadan olub. Musiqi məktəbindən sonra 1954-cü ildə Konservatoriyaya Qara Qarayevin sinfinə daxil olub. İki ildən sonra isə Çaykovski adına Moskva Dövlət Konservatoriyasına Yuri Şoporinin bəstəkarlıq sinifinə keçirilib (1956-1961).
    Emin Sabitoğlu 18 noyabr 2000-ci ildə Bakı şəhərində vəfat edib.
    Yazıçı Sabit Rəhmanın və İsmət xanım İrəvanskinin oğludur. Musiqişünas Ceyran Mahmudovanın atasıdır. Müğənni Xədicə Abbasovanın həyat yoldaşıdır.
    1961-ci ildə "Azərbaycanfilm" kinostudiyasında musiqi redaktoru vəzifəsində çalışıb. Sonrakı illərdə Dövlət Filarmoniyasında bədii rəhbər,Üzeyir Hacıbəyov adına Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) müəllim işləyib.Bəstəkar 1 simfoniya, 3 simfonik poema, 3 kantata, simli kvartet, skripka və fortepiano üçün poema yazıb. Lakin bir neçə musiqi janrı onun yaradıcılığının əsasını, müəyyənedici hissəsini təşkil edir.
    O, 600-dən artıq mahnı, 9 musiqili komediya, 40-a yaxın filmə musiqi bəstələyib. "Şükriyyə", "Bakı, sabahın xeyir", "Uzaq yaşıl ada", "Payız gəldi", "Aman ayrılıq" mahnıları çoxsaylı əsərlərindən bəziləridir.Tamaşalara yazdığı musiqilərsə o qədər çoxdur ki, sayını heç bəstəkarın özü də doğru-dürüst bilmirdi. Paytaxt teatrları ilə yanaşı Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Naxçıvan teatrlarının tamaşalarına musiqi bəstələyib.Bəstəkar 2000-ci ildə vəfat etməsinə baxmayaraq,hələ də əsərləri ilə yaddaşlarda qalıb.
    Təltif və mükafatları:
    "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı - 28 oktyabr 2000[⇨]
    "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı - 23 iyun 1978[⇨]
    Azərbaycan SSR Dövlət mükafatı - 26 aprel 1986 ("Atları yəhərləyin" bədii filminin bəstəkarlığına görə)[⇨]
    Lenin komsomolu mükafatı - 1968
    "Şöhrət" ordeni - 12 dekabr 1997
    Azərbaycan Teatr Xadimləri İttifaqının "Qızıl Dərviş" mükafatı - 2001
    #GünKeçdi
  • Hudba

Komentáře • 8