Gün keçdi (1971)

Sdílet
Vložit
  • čas přidán 10. 05. 2022
  • 12+
    Uşaqlıq illərində bir-birinə olan səmimi hisslərini xatırlayan qadın və kişi həmin münasibətləri yenidən qaytarmaq iqtidarında deyillər.
    Müəyyən məqsəd naminə həyatda öz-özünü aldadan Əsmər ilk baxışda xoşbəxt görünür: onun əri, qızı, gözəl ev-eşiyi, yaxşı dostları var. Maraqlı səyahətlərdən aldığı gözəl təəssüratlara malikdir. Əvvəllər bütün bunlar onu əyləndirsə də, sonralar tədricən bezdirir. Bəlkə də ona görə ki, Əsmər hələ də öz yerini tapa bilmir. Ona elə gəlir ki, bir günlük Bakıya gəlməklə malik olduğu süni həyat tərzini dəyişdirə biləcək. Amma insan yalnız keçmişlə, uşaqlıq xatirələri ilə yaşaya bilməz, hər adamın öz gələcəyi olmalıdır.
    Kino mütəxəssisləri bu filmi “iki aktyorla rejissor işi”, “iki aktyordan ibarət şedevr” adlandırıblar.
    Film əsasən Bakıda-İçərişəhərdə, prospektlərdə, təyyarə meydanında, yollarda çəkilib.
    Rejissor: Arif Babayev
    Ssenari müəllifi: Anar Rzayev
    Operator: Rasim İsmayılov
    Rəssam: Elbəy Rzaquliyev
    Bəstəkar: Emin Sabitoğlu
    Rollarda: Leyla Şıxlinskaya (Əsmər), Həsən Məmmədov (Oqtay), Həsənağa Turabov (Oqtayın iş yoldaşı), Çingiz Əlioğlu (Camal), Muxtar Avşarov (poçtalyon), Sədayə Mustafayeva (Əsmərin anası)
    İstehsalçı: Azərbaycanfilm
    İlk baxış tarixi: 12.02.1971
    Janr: lirik-psixoloji dram
  • Krátké a kreslené filmy

Komentáře • 301

  • @saatli_rayon
    @saatli_rayon Před rokem +411

    İl 2023 hələdə izləyən var?

  • @RxsndKrimova
    @RxsndKrimova Před 17 dny +6

    Hardasa öz həyatımı görürəm bu filmə baxanda Duyğulanıram

  • @saadatabasova598
    @saadatabasova598 Před rokem +160

    "Bilirsən ,illər keçir, yaşa dolduqca hərşeyə ayıq baxırsan, başa düşürsən ki bəşəriyyətin dahisi deyilsən, başa düşürsən ki həyatda sənin kimilər çoxdur, elə ki bunları başa düşdün, onda yaşamaq da asan olur. Sakitcə oturub öz işini görürsən."

    • @user-le8th9tq7m
      @user-le8th9tq7m Před 7 měsíci +8

      Öncə salam.Əslində insan Böyüdükçə ki, Müdrükləşir, Digərlərindən Çox Fərqli olduğunu anladıqca, bir növ Yalnızlaşırsanmış kimi olursan. Artıq Digərlərinin Həqiqi Simalarını Gördüyünü bilirsən, çünkü Anlayırsan ki, Həyat Özü elə Əsl Möcüzədir. Təşəkkür edirəm, Sizə.

    • @saadatabasova598
      @saadatabasova598 Před 7 měsíci +1

      @@user-le8th9tq7m Salam. Təşəkkür edirəm, rəyinizə görə. Çox haqlısınız, amma fikrimcə bu dediyiniz yalnızlaşmaq deyildə özünə daha çox dəyər verməkdi. Çünki yalnızlığı başqa cür anlayıram mən. Əgər zənglərinizi açan insanlar varsa, qapıları döyəndə üzünüzə xoşluqla açılırsa, və ən azından siz xəstələndikdə sizin üçün narahat olan, əlində bir qab yeməklə tez qapınıza gələn insanlar varsa, onda əmin olun yalnız sayılmırsız, hörmətli insan. Hər zaman dəyərli qalmağınızı arzu edirəm.

    • @qeribtayib2504
      @qeribtayib2504 Před 8 dny

      Ən sevdiyim manaloqdur.fantastika💯

  • @arzedna
    @arzedna Před 8 měsíci +55

    "Biz xaricdə olanda mən hər gün Moskva radiosuna qulaq asırdım; görüm Bakıda hava necədir? Biləndə ki Bakıda yağış yağır, soyuqdur, mən də üşüyürdüm..."

  • @leilaa30
    @leilaa30 Před rokem +116

    Əziziyəm birdə mən,
    Doldur içim birdə mən ,
    Ömür keçdi , gün keçdi .
    Cavan olmaram birdə mən.

  • @leylalyl00
    @leylalyl00 Před 6 měsíci +26

    Əsmərin getdiyi an Oqtayın qəlbində hiss ediklərini o qədər gözəl anlayıram kiii. Amma kaş ki zamanında hisslərinə sahib çıxardı. Çünki zaman aldıqlarını geri vermir bizə.

  • @hesenlio3o851
    @hesenlio3o851 Před rokem +83

    Baxdığım ən gözəl filimlər
    1.Gün keçdi
    2.Park
    3.Ölsəm bağışla
    4.Soyuq günəş

  • @ordukhanmamedov7096
    @ordukhanmamedov7096 Před 6 měsíci +18

    Nə yetkinlik, nə də cavanlıq yaşlarımda bu filmə bxmamışam. Yaxşı ki baxmamışam. O zaman baxsaydım bəlkədə başa düşməzdim və dəyərincə quymət verməzdim bu filmə. Bu cür filmləri qürbətdə baxmaq cox ağır gəlir. Hisslər qarışır.

  • @user-kc7zm7eh3r
    @user-kc7zm7eh3r Před 10 měsíci +43

    Mənim də belə məhəbbətim olub...bir birimizə qismət olmadıq..hərəmizin öz ailəsi var..amma siniflə görüşürük və hər görüşəndə də o günlər yada düşür..eynən Əsmərlə Oqtay kimi..heyif o günlərə..ömür keçdi, gün keçdi, cavan olmaram bir də mən..😔

    • @AzizAziz-eh4bp
      @AzizAziz-eh4bp Před 5 měsíci +4

      Yeqin bunu yazan qadindi.Əks cinsin duyğularini bu güne qeder qoruyub saxlamasini helede sevgisi haqqinda dusunmesine inanmiram nedense

  • @TbrizNovruzov-cb8pd
    @TbrizNovruzov-cb8pd Před 4 měsíci +15

    İl 2024. Hələ də sevgiylə sevə sevə izlədiyim Azərbaycan filmlərindən biri. Allah rəhmət eləsin Korifey Sənətkarlarimiza!!!

  • @arzedna
    @arzedna Před 8 měsíci +18

    "Belə görünür ki, adam həmişə harasa getmək istəyir..."

  • @saadatabasova598
    @saadatabasova598 Před 7 měsíci +17

    -sən o gecə ürəyində nə tutmuşdun?
    -mən o gecə, Oktay, ürəyimdə tutmuşdum ki, əgər qutuda heç olmasa bir dənə kibrit çöpü qalıbsa, biz səninlə evlənəcəyik.
    Səni sevirdim.

  • @nergizalizade
    @nergizalizade Před 5 měsíci +11

    En cox Baki seherinin tesviri meni heyran etdi. Ela film idi 👍

  • @ferruxmemmedov2956
    @ferruxmemmedov2956 Před měsícem +4

    Ümid edirəm bir gün baxacaqsan bu kinoya, görəcəksən yazdığımı.
    Edə bilmədiyim,deyə bilmədiyim bütün şeylər üçün üzr istəyirəm. Bir gün səninlə Bakıda, birlikdə gəzdiyimiz o küçələrdə görüşmək ümidi ilə .....

  • @gulnarresulova885
    @gulnarresulova885 Před rokem +20

    2023 ildi ,bu filim ,hələdə izlənilir ,sonralarda izləniləcək .❤Həyat nə qədər ki ,davam edəcək ,bu filimdə izləniləcək .👍❤LEYLA ŞIXLİNSKAYA ,❤HƏSƏN MƏMMƏDOV ,hər iki aktyor ,ziyalı ,mədəni ,əvəzolunmazdılar.LEYLA ŞIXLİNSKAYA ❤,çox gözəl olduğu üçün bu filim ,də gözəl alınıb ❤👍

  • @ramazansiracoglu7638
    @ramazansiracoglu7638 Před rokem +41

    Gecələr düşündüm: “Mütləq sabah mən,
    Sənə deyəcəyəm gizli hissimi.”
    Səni görən kimi bilmədim nədən,
    Utancaqlıq hissi boğdu səsimi.
    *
    Heyranın olsam da mən gənc yaşımda
    Etiraf təpəri yoxdu özümdə.
    Xəyalın gündüzlər gəzdi başımda,
    Gecələr yorulub yatdı gözümdə.
    *
    Ötüb keçdisə də illər aradan
    Paslı kilid kimi dilim oldu lal.
    Səni başqasına yazdı Yaradan.
    İndi təsəllimdir yadigar xəyal…

  • @arzedna
    @arzedna Před 8 měsíci +8

    - Yadındadır, Bakıya necə qar yağmışdı? Heç sonra elə qar yağıb?
    - Yox.

  • @arzedna
    @arzedna Před 8 měsíci +30

    "Həyatda, məncə, ən gözəl şey odur ki, insan özü üçün bir nağıl uydura bilsin; əfsanə, ya həqiqət, dəxli yoxdur. Əsas budur ki, uydurduğu nağıla inansın".

    • @user-iq8mp2nc2b
      @user-iq8mp2nc2b Před 5 měsíci +1

    • @IsmailIbrahim-oe6wu
      @IsmailIbrahim-oe6wu Před 3 měsíci +1

    • @MirHadiHadiyev
      @MirHadiHadiyev Před měsícem +1

      Sizin iki şərhinizi oxudum.İkisi də sentimental.Yəqin ki yaralısınız. Dünyada hər şey ötəridir. Bir gün ağlayırsan bir gün gülürsən.Bax belə keçir gedir günlər. Blez Paskal demişkən: Havanın necə olmasının mənim üçün heç bir əhəmiyyəti yoxdur.Mənim özümün günəşli tutqun yağıntılı yağıntısız günlərim var.

  • @gunstv2495
    @gunstv2495 Před 6 měsíci +12

    Bütün həyatını hisslərlə, hisslərin varlığı ilə, onun istisi ilə, hərarəti ilə yaşamaq necə də gözəldir...

  • @sabuhiahmadov
    @sabuhiahmadov Před rokem +74

    Bir dəfə "yox" deyəcəyim yerdə "hə" dedim. Əsmər

  • @elshadjafar2437
    @elshadjafar2437 Před 2 měsíci +5

    Hər vaxtiniz xeyir olsun. Möhtəşəm sənət əsəri. Şedevr musiqilər. Yetmişinci illərin Bakisini görmək baximindan gözəl fürsət. Sevə sevə baxiram və doymuram. Ssenari ssenari olanda yaradici rejissor quruluş verəndə, plan doldurmaq uçun cəkilən film olmayanda belə sənət əsəri ortaya cixir. Bir daha var olun. Allah amaninda olun!

  • @hecerhezretquliyeva300
    @hecerhezretquliyeva300 Před rokem +17

    BU FİLİMDE OYNAYANLARA BE DÜNYASINI DƏYİŞƏN ATİYORLARA ALLAHDAN REHMET DİLEYİREM İNŞALLAH

  • @lauraaliyeva5077
    @lauraaliyeva5077 Před rokem +51

    Ne yaxwi ki bu film var gözel Bakım her küçesi bir efsanedir. Bu film meni uwaqliğıma qaytardı gözel küçeler , bulvar, tariximiz en gözel dövrler 😍😍😍

    • @y.ahmed.2062
      @y.ahmed.2062 Před rokem +1

      ❤❤❤❤❤

    • @ilkin.azimov
      @ilkin.azimov Před rokem +2

      Fəvvarələr meydanı və filan, o meydani, hansını ki, artıq çoxdandı yerlə yeksan ediblər

  • @leylabaqirova__
    @leylabaqirova__ Před 4 měsíci +5

    Filmin mahnıları o qeder duyğulu ve gozeldir ki.Elece de aktyorların ses tembrleri.O vaxt Azerbaycan filmlerinin bir başqa keyfiyyeti olub indi ele deyil.Ilde bir defe mutleq izleyirem.

  • @Solo--Dragon
    @Solo--Dragon Před rokem +51

    Sevgi gerek vaxtinda etiraf edilsin itirsede bilek qalsada saxlamaq en dehsetlisidir

  • @lion7325
    @lion7325 Před 5 měsíci +14

    54:26 Kamikadzelər təyyalərinə minərkən torpaqdan əbədi ayrılırdılar. Onlar bilirdilər ki bir də heç vaxt bu torpağı görməyəcəklər. Bir də geri dönməyəcəklər. Əsmər ona görə Kamikadze adını götürür

  • @user-ci3jr7dk1e
    @user-ci3jr7dk1e Před 9 dny +3

    Чох агыр,ве агыр олдугу гедер де меналы бир филм..урек агрысы иле бахдым...дуз 45 ил мени гери гайтарды бу филм,не исе,чох теессуф ки,отен бир санийени беле гери гайтармаг олмур.Муса Джелил демишкен..Йене о баг олайды...

  • @rehmankisiyev8824
    @rehmankisiyev8824 Před rokem +15

    Bəli, sevirsənsə vaxtında etiraf et ,sonra gec olar .Mən bu filmə uşaqlıqda baxmışdım ,uşaq olduğum üçün əhəmiyyət verməmişdim .İndi isə böyük maraqla izlədim .
    Əziziyəm birdə mən,
    Doldur içim birdə mən.
    Ömür keçdi ,gün keçdi.
    Cavan olmam birdə mən.😔

  • @aynureabidova1568
    @aynureabidova1568 Před rokem +23

    Bu cür düşünən "mütəxəssislərə"görə indi Bakıdan əsər əlamət qalmayıb

    • @Asad1-
      @Asad1- Před rokem +8

      Heqiqeten, Avropada her sey kohne vaxti nece idise qoruyub saxlayiblar, bizde sokulmeyen yer qalmayib

  • @tuncaynesibli8152
    @tuncaynesibli8152 Před rokem +38

    50:16-50:51-ci saniyələrdəki Seyid Həsən kişi mənim ulu babamdır, uşaq vaxtı, nənəm ilə baxanda demişdi mənə, film də gözəl filmdir, indi artıq çox korlanıb cəmiyyət!

    • @mehmanb.1242
      @mehmanb.1242 Před rokem +4

      ALLAH RƏHMƏT ELƏSİN 🤲
      heyif bu filmlərimizdən ...

    • @tuncaynesibli8152
      @tuncaynesibli8152 Před rokem +5

      ​@@mehmanb.1242 Amin, ölənlərinizə rəhmət, doğru deyirsiniz, çox heyif, indi artıq cahillik, əxlaqsızlıq baş alıb gedir 🤦

  • @eriksonconnni828
    @eriksonconnni828 Před 8 měsíci +7

    70 90 ci illər Azərbaycanın ən müasir dövrleri olub bunu deyim və biləsiz indi gerideyik savadsız cəmiyyət puxtelesmekdedir

  • @ilkinikretogluhacizadeh
    @ilkinikretogluhacizadeh Před 6 měsíci +6

    Hər kəsin öz filmi gələr göz önünə .Ey həyat sən nə qəribəsən 😔

  • @gunstv2495
    @gunstv2495 Před 6 měsíci +6

    Hisslərimizin içimizdə gizlənən qəbristanlığı bizi kölgə kimi daim təqib edir. Soyuq məzarların istisi, hənirtisi bizi için- için ağladır, ağladır... Görünməyən göz yaşları cücərir, cücərdir... Könül məbədimiz, həyat məbədimiz bir- birinin xarabalıqlarını ayaqlarının altında arayır, axtarır... Ey həyat, sən nəyə gərəksən...

  • @rsidmmmdova5794
    @rsidmmmdova5794 Před 2 měsíci +4

    Bilirsən illər keçir, yaşa dolduqca hər şeyə ayiq baxirsan.... Başa düşürsən ki, bəşəriyyətin dahisi deyilsən.... Başa düşürsən ki, həyatda sənin kimilər çoxdur.... Elə ki, bunlari başa düşdün ,onda yaşamaq da asan olur.... Sakitcə oturub öz işini görürsən..

  • @hamlethuseynov8594
    @hamlethuseynov8594 Před měsícem +3

    Belə filmlərin dəyəri qiyməti o qederdiki illər keçsə belə o dublaj səsləri o musiqi bir daha heç vaxt filmlər olmayacaq yaxsl ki bizə bir miras qoydu bu sovet hökuməti bizdən qalacaq isə heç 2 çi dəfə baxmaq belə istənilməyən Bozbash filmler olacaq heyf çox heyf ki bir miras qoyulacaq film olmadl dövlətlərdən sonra ancaq güldürmək üçün qurşaqdan asagl zarafatlarla filmlər çəkildi

  • @lemanbabayeva9726
    @lemanbabayeva9726 Před 5 měsíci +5

    Oktay işdən başqa heç nə düşünmürsən. Əsmərin sizə demək istədikləri çox dərin idi.
    Ancaq sevgi imkansız olsa, gözəldir. Deyəsə...2023

  • @sen_sen_sen123
    @sen_sen_sen123 Před 6 měsíci +5

    Bu filmin her deyqesin keçmişime hesr edirem🥀🥀gün keçdi keçmiş bitdi🍂🍂

  • @gulzar9979
    @gulzar9979 Před rokem +14

    İfrat dərəcədə utancaqlığın nəticəsi.....

  • @user-jt3ox3eg7q
    @user-jt3ox3eg7q Před rokem +28

    Очевидно лишь одно, человек абсолютно ранимое существо, ибо его одинаково ранит и радость и печаль, и нищета и богатство, и любовь и ненависть, и счастье и горе, как и присутствие либо отсутствие любой чувственности.
    Иллюзии, иллюзии, уметь любить само по себе уже счастье, особенно если любимый жив и здоров, иногда счастливые не осознают своего счастья, но чаще всего не ценят и пренебрегают им....
    Не грусти о том чего нет,
    Здесь и сейчас наслаждайся жизнью сполна и тем чем владеешь.
    Человек удивительное явление из разных чувств и контраста эмоций.
    Человек овершенно необъяснимое творение.

  • @azerzeynalov9479
    @azerzeynalov9479 Před rokem +16

    47:47 Əsmər deyir o gecə hər şey dəyişə bilərdi, qadınların icində gizdi hissi hər kişi tuta bilmir🤷‍♂️Sonradan peşmancılıq heckimə vermir fayda - Budu həyatda qayda

  • @SebVettel96
    @SebVettel96 Před rokem +39

    Allahaqqi men bele bawa duwurem ki, biz evveller daha muasir olmuwuq. Bizde ele bil tersine gedir. Bilmirem niye amma bu deqiqe hemen illerde yawamaq ucun her weyi vererdim. ..

    • @TheTinkywinky3
      @TheTinkywinky3 Před 9 měsíci +6

      Dinin zibilleridi

    • @user-ti7dw2zw4z
      @user-ti7dw2zw4z Před 7 měsíci +4

      Çünki bizi evveller ruslar idare edirdiler.

    • @lion7325
      @lion7325 Před 5 měsíci +2

      Senzura var idi hər sahədə, indi senzura yoxdur ayıb deyilən şey də yoxdur

    • @atillaeliyev4986
      @atillaeliyev4986 Před 5 měsíci +2

      Haqlisiniz

  • @Ugur.Imamaliyev
    @Ugur.Imamaliyev Před rokem +38

    Sadəcə dərin və möhtəşəm ötəsi film nümunəsi!

  • @arifegafarova6040
    @arifegafarova6040 Před 4 měsíci +6

    Izledikce kovrelirem

  • @sahinqasimov2574
    @sahinqasimov2574 Před 7 měsíci +10

    "Həyatda məncə ən gözəl şey odur ki insan özü üçün bir nağıl uydura bilsin . Əfsanə ya həqiqət dəxli yoxdur əsas budur ki uydurduğu nağıla inansın"

  • @user-yz5lf7ci1s
    @user-yz5lf7ci1s Před rokem +25

    Necə dəyişmişik 50 ilə…. Hətta Azərbaycan dilinin təmizliyi, saflığı və gözəlliyidə orada qalıb….. filmin əvvəlində xanım deyir ki İçəri Şəhərin köhnə kələkötür yolları qalmamalıdı 21 əsrə miras…. İndi yaxşı anlafıq ki qalmalı imiş.. Bəs bu gün 21 əsrdə Azərbaycanın (ümümbəşər) adət ənənəvi varlığı: abır, həya, namus, qeyrət deyirlər ki lazım deyl gələcək nəsilə…. Yenədə yanılırlar, amma sonrakı peşmançılıq……

  • @skys193
    @skys193 Před 8 měsíci +3

    Tesadufen ayin 30u izledim bu filmi,Oktayin ad gunu ))

  • @nahidhsimova3275
    @nahidhsimova3275 Před 10 měsíci +5

    Filmin Anarın Gürcü familiyası eseri esasında yazildiğini eseri oxuyanda anladım.Rastlaşmışdım amma izlemey indi qismet oldu.Eserle birebir eynilik teşkil ede bilmez,çox dialoq çıxarılsa da yenede çox geşey filmdir.

  • @DTX-rc5tt
    @DTX-rc5tt Před 10 měsíci +14

    UŞAQLIQ VƏ GƏNCLİYİMİN SEVİMLİ KİNO ŞEDEVRLƏRİNDƏN BİRİ. HƏR DÖVRDƏ AYRI CÜRƏ ANLAYIRSAN. BAXDIQCA UŞAQLIQ İLLƏRİM GÖZÜMÜN ÖNÜNDƏ CANLANIR.

  • @neynasanz1578
    @neynasanz1578 Před rokem +14

    Kinonun başlangıcındakı içeri şeheri sökmek isteyen memarın neveleridir yegin indiki Bakıda tarixi yerleri söküb gökdelenler tikenler. İnsan filme baxanda keçmişe dönür o twmiz gözel şehere mühite

  • @aynisanesnad9893
    @aynisanesnad9893 Před 7 měsíci +6

    Kaş o illərdə yaşayardım. Heyif çox heyif

  • @emilio16
    @emilio16 Před rokem +12

    Sevditim film! Leyla nece qozel olub

  • @ilahealakurt
    @ilahealakurt Před 11 měsíci +9

    Azərbaycan filmlərini ifadə etməyə söz tapmıram... hələ ki bu film...🤍

  • @ibrahimimanzade2214
    @ibrahimimanzade2214 Před 8 měsíci +4

    14.09.2005 ci ilin bu gunu..ilk sevgi etirafi aldigim gun..helede onu xatirlayanda bu filmi varaqlayiram..1 sozle sevginin qururdan ve safliqdan ifade edilmeyib xatirelerde qaldigi en gozel numunasi.

  • @user-ii3lw3du8y
    @user-ii3lw3du8y Před rokem +8

    Аллах инсанлара кишилере реhмет етсин

  • @mirachuri2023
    @mirachuri2023 Před 5 měsíci +5

    Bilirsən indi sənlə olmaq istəyirəm , istəyirəmki yanımda olasan .ehh bu mentalitet bu mənasız qaydalar olmasa inanki bir an belə düşünmərəm ,çıx gəl deyərəmm🥺ehh amma nəbilim ,üreyim ağrıyır sənin belə halına dözə bilmirəm ,bir ömür onunla həyatını məhf etməyinə 🥺💔

  • @Nvrsta
    @Nvrsta Před rokem +29

    Mən bilirəm o da bilir amma heçkəs bildiyin dilə gətirmir... Gün keçir... Qorxuram gün gələ deyim ki "Gün keçdi"...

  • @kamalcamal1043
    @kamalcamal1043 Před 8 měsíci +3

    Sen qoynu cicekli baharsan bahar eşqinden könlùme bir gùneş doqar gözlerim yoldadır hardasan ey yar .

  • @Kubrasrgn
    @Kubrasrgn Před rokem +10

    çok güzel işlenmiş soyutlama filmi. hayran kaldım

  • @ilahesixaliyeva4099
    @ilahesixaliyeva4099 Před 2 měsíci +3

    Təkcə mən keçmişdən gəlmişəm❤

  • @shushinski-xs7sm
    @shushinski-xs7sm Před 10 dny +3

    13:23 Divarda yazıçı Hemingwayin şəkli var. Azərbaycanın bir çox filmlərində şəkli var. Sosialist düşüncələrinə görə yəqin və də müharibəyə qarşı olub

  • @DrAliabas
    @DrAliabas Před rokem +9

    Ən sevdiyim film, musuqiləridə çox gözəldir

  • @fizuli9981
    @fizuli9981 Před rokem +22

    Əsmərin yetkinlik səsi Amalya Pənahovaya , gənclik səsi isə Əminə Yusifqızı' na məxsusdur.

    • @samiraunver5695
      @samiraunver5695 Před rokem +5

      Məncə Əminə Yusif qızı deyil , Ofeliya Sənanidi

    • @elcinsxliyev8357
      @elcinsxliyev8357 Před rokem +6

      Əsmərin gənclik səsi ofeliya sənaniyə məxsusdur

  • @mehmanb.1242
    @mehmanb.1242 Před 11 měsíci +4

    Bu filmə baxdıqca , sanki insan öz keçmiş həyatını bu filmdə yenidən yaşayır...GÜN KEÇDİ ,,,,Ömürdə o günlərlə birgə🥀🥀

  • @niluferqedimli2325
    @niluferqedimli2325 Před 4 měsíci +3

    Mənim hələdə severey baxdimğim filmlerden biridir.

  • @azerzeynalov9479
    @azerzeynalov9479 Před rokem +20

    Hələdə bir-birlərini başa düşmülər hər iksinidə icində istək var💞

    • @MehriGuleliyeva-vo3gi
      @MehriGuleliyeva-vo3gi Před 11 měsíci +1

      Ama oglanda istek yoxdu

    • @azerzeynalov9479
      @azerzeynalov9479 Před 11 měsíci +2

      @@MehriGuleliyeva-vo3gi İstəy var utancaqı birdə apır həya edir deyə bilmir🤦‍♂️

    • @lion7325
      @lion7325 Před 4 měsíci +1

      Utanır həm də hələ oxuyurdu deyə özünü Camala rəqib bilmirdi

  • @cemwid2022
    @cemwid2022 Před rokem +12

    Kino göstərir ki, sevdiyi kişiyə qovuşmayan qadınlar ən təhlükəli məxluqlardı. Camal Hüseynoviçin günahı nəydi bəs? Onu sevməyən qadınla evlənmək?

  • @cavidancfrov3593
    @cavidancfrov3593 Před 8 měsíci +8

    Hisslərin ürəyə düşməsi bu qədər asan ikən dilə düşə bilməməyi niyə...

  • @ayshanagazadeh6196
    @ayshanagazadeh6196 Před rokem +21

    Oktay bəzi sözləri ilə qızı gəldiyinə peşman elədi..

    • @azerzeynalov9479
      @azerzeynalov9479 Před rokem +4

      Düzdü amma Əsmərindı demək istədiyi söz var amma demir sonrada Oktaydan inciyir🤷‍♂️

  • @niyazqelbinur.
    @niyazqelbinur. Před 7 měsíci +2

    Mən baxmamışdım, necə də gözəl film imiş...

  • @benturkym9827
    @benturkym9827 Před rokem +10

    КОНЕЧНО ЖЕ СМОТРЮ, НАСТАЛЬГИЯ ПО БАКУ, ПО АЗЕРБАЙДЖАНУ, ПО СССР
    🥰😘👍👍👍👍👍🤝🤝🤝🤝🇦🇿🇳🇿🇹🇷

  • @zahraaliyeva4142
    @zahraaliyeva4142 Před rokem +30

    Oktay konkret tipik azerbaycanli oglanidir.esmere halal olsun ozunu bedbext etmedi

    • @binytismaylzad4250
      @binytismaylzad4250 Před rokem +21

      Həsən Məmmədov filmin ssenari' sinin dəyişilməsini istəyib. Əsl ssenaridə evinə dəvət eləməli, bərabər olmalıydılar. Amma Həsən bəy bundan imtina eliyib, Azərbaycan kişisinə evli qadınla bu cür sonluq yaraşdırmayıb. 👍

    • @gunelpiriyeva1441
      @gunelpiriyeva1441 Před rokem +17

      @@binytismaylzad4250 eyni zamanda Azərbaycan qadınına da evli olduğu halda belə şeyi yaraşdırmayıb. Halal olsun həqiqətən. Çox sevsə belə yenə də yaxınlaşmadı, nəfsinə sahib çıxdı. halaldır

    • @azerzeynalov9479
      @azerzeynalov9479 Před rokem +2

      Marağlısı odur ki, uşaqlıqdan bir yerdə böyüyüblər hələdə bir-birləri başa düşmürlər🤷‍♂️

    • @ayayousif901
      @ayayousif901 Před 11 měsíci +2

      @@gunelpiriyeva1441 yegin sizin gozunuzden qacib o sehne... Yaxinlashmaq istedi... Ama Esmer redd etdi! 👍

    • @lilin369
      @lilin369 Před 3 dny

      ​@@ayayousif901👌👍

  • @tukazaliyeva
    @tukazaliyeva Před 2 měsíci +1

    "Bu lap ilk məhəbbət kimidir, keçib gedəndir, saxlaya bilmirsən... heyifsilənirsən, amma saxlaya bilmirsən""

  • @hecerhezretquliyeva300
    @hecerhezretquliyeva300 Před rokem +6

    BU FİLİM ÇİXANDA MEN TEZE ANADAN OLMUŞDUM DEYE BİLEREMKİ BU FİLİM MENİMLE YAŞITDIR

  • @xuramanmamedova5433
    @xuramanmamedova5433 Před rokem +11

    Gözəl təmiz zamanlar

  • @andreyFATI
    @andreyFATI Před 12 dny +1

    Gün keçdi ya da Keçmişə səyahət.

  • @elcinsxliyev8357
    @elcinsxliyev8357 Před rokem +14

    Bu film bizim tarixmizdi

  • @aynuresahib8461
    @aynuresahib8461 Před rokem +19

    Möhtəşəm film.

  • @cemwid2022
    @cemwid2022 Před rokem +8

    Köhnənin məşhur kinolarına baxmaqdayam. Çoxusunun mövzusu da nakam sevgilərdi. Artıq başqasında olan qızları sevməkdi tema. Maraqlıdı sadəcə.

  • @uzeyirnzrov9034
    @uzeyirnzrov9034 Před rokem +8

    Əsil saf sevgi Toxunmasi belə Təmiz

  • @aysberq05
    @aysberq05 Před 5 měsíci +3

    "Əsas odur ki,uydurduğu nağıla inansın"

  • @ormasan3733
    @ormasan3733 Před rokem +7

    HEYİF SENDƏN AY BAKI…İNDİ BÖYÜK BİR RAYON OLMUSAN…

  • @mominfrhadova5500
    @mominfrhadova5500 Před 6 měsíci +3

    Gözəl idi..🥺

  • @caspian.caspian
    @caspian.caspian Před rokem +11

    Oqtay çox içine qapaniq adamdir,zaten oktayla evlenseydi belke de daha çox peşman olardi

  • @viptelekom2262
    @viptelekom2262 Před 3 měsíci +2

    Helede baxiram

  • @sabinasabina1367
    @sabinasabina1367 Před rokem +10

    Amalya xanım əsil Sənətkardı ama burda daha ciddi,qəmli səs lazım idi….

  • @TurkanTv
    @TurkanTv Před rokem +10

    Gözəl filmlərimizdən biri

  • @firuzamanafova
    @firuzamanafova Před 9 měsíci +4

    ... - yaxşı,bəs evlər necə olsun?
    - bu lap ilk məhəbbət kimidir, keçib gedər amma saxlaya bilmirsən.

  • @saatli_rayon
    @saatli_rayon Před 7 měsíci +8

    2024cü il izləyən var? Bəyənin sayimizi bilək😊

    • @lilin369
      @lilin369 Před 3 dny

      Актёры показали просто голливудский уровень.шедевр❤

  • @bavarenes
    @bavarenes Před rokem +5

    BU FILM 1993-94 CU ILLERDEN SONRA CEKILMIS BIZIM ISTENILEN FILMDEN YAXSHIDIR VE USTUNDUR! BU FILMI DUNYAMIZ DURSA 2100 CU ILDEDE IZLEYECEKLER. INDI CEKILEN FILMLER ISE UZAQI 10-15 ILDEN SONRA GEDECEK GEDER GELMEZE. HEYIF O INSANLARDAN, O SENETKARLARDAN VE O SHEHERDEN, COX HEYIF!

  • @IsmailIbrahim-oe6wu
    @IsmailIbrahim-oe6wu Před 3 měsíci +1

    2024, izlədiyimə görə çox xoşbəxtəm. Möhtəşəm filmdir.

  • @hecerhezretquliyeva300
    @hecerhezretquliyeva300 Před rokem +4

    ÇOX ĞÖZEL FİLİMDİR

  • @shamshasanzade2843
    @shamshasanzade2843 Před rokem +11

    Oqtayın heç bir günahı yoxdur. O, Əsməri sevirdi sadəcə gördüki Camal qədər varlı deyil ona görədə addım atıb Əsməri məyus etmək istəmədi. Əsmər isə var dövləti seçdi. Oqtayı sevirdisə Camal seçimlər arasında olmamalı idi.

    • @lion7325
      @lion7325 Před 5 měsíci +4

      Oqtay etiraf etmirdi axı. Qızlar sevsə də həmişə qarşı tərəfdən addım gözləyirlər

  • @aydanallahyarova7759
    @aydanallahyarova7759 Před rokem +14

    Oqtayın xasiyyəti mənə Albert Kamunun "L'Étranger" əsərinin baş qəhrəmanını xatirlatdı. Heçnə vecinə deyil, özü də bilmir nə istəyir, sadəcə axın ilə gedir. Əsmer isə onun üçün yox öz kecmişi üçün darıxıb, planlarla və ümidlə dolu gunləri , gələcəyə inandığı günləri üçün, Oqtay sadəcə keçmişin bir rəmzidir, həmdə ürəyində olan boşluğu doldurmaq istəyir. Nə bilim sevgi hekayəsi deyil bu məncə

    • @everythingwillbeokay
      @everythingwillbeokay Před 10 měsíci +8

      Doğrudur, öz keçmişi üçün də çox darıxıb, hətta lap çox. Amma Oqtayı hər zaman sevib, qəlbində saxlayıb, Oqtay üçün bu keçərlidirmi, düşünmürəm, ümumiyyətlə emosional xarakter deyil Oqtay, Albert Camus'nun Yad obrazı qədər duyğusuz, biganə də deyil amma, mən belə düşünürəm.

    • @lion7325
      @lion7325 Před 5 měsíci +1

      Əlaqəsi yoxdur. Oqtay işini çox sevir dəyər verir. Sadəcə çox realistdir elə bildi ki Əsmər ona "hə" deməz o gənc işsiz-gücsüz çağında. Kamünün personajı isə heç öz anasını sevmir

  • @BMW_807
    @BMW_807 Před 7 měsíci +5

    2024 də izləyən var?

  • @seferli
    @seferli Před rokem +14

    34:23
    Onda yaşamaq da asan olur...

  • @elshanquseynov197
    @elshanquseynov197 Před rokem +22

    Sovet vaxtında şəhərsalma var idi, 30 ildiir ki cinayəkar idarəetmə Bakını pis vəziyyətə saldı

    • @y.ahmed.2062
      @y.ahmed.2062 Před rokem +3

      Duz soze ne deyesen 👍👍👍👍👍

    • @lion7325
      @lion7325 Před 4 měsíci +1

      Geniş fərah Bakı olub zövqsüz binalar şəhəri

  • @aytanmamedova
    @aytanmamedova Před rokem +8

    Ne yahwiki Oktay gardaw kimi insanlar var idi o zaman.Yohsa Iceri weher olmazdi

  • @user-ht4pn7rc9n
    @user-ht4pn7rc9n Před 2 měsíci +1

    Niyə gəldi?gəldi ki oqtayı razecerevat eləsin....hec anlamadım...məqsəd nə idi??

  • @user-uo8uc5io8b
    @user-uo8uc5io8b Před 6 měsíci +3

    Поддерживаю ВАС, фильм отличный 🎉смотрела с удовольствием

  • @Xyala-hp1fd
    @Xyala-hp1fd Před 5 dny

    Salam. Abunə oldum və sevə sevə izlədim və bəyəndim👍🏻 Əllərinizə əməyinizə saglıq🙏