Faydasını Biləndən Sonra Hər Gün SUYUNU İÇƏCƏKSİNİZ!

Sdílet
Vložit
  • čas přidán 18. 02. 2022
  • #BirBax #Azerbaycan #ispanaq
    "Bir Bax" kanalı Rüfət və Xəyalə Xəlilovlara məxsusdur. Əməkdaşlıq üçün aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərsiniz:
    (+994) 55-554-58-83
    Bu bitkini bəlkə də hər gün göyərti satılan piştaxtalarda görürük. Lakin onun faydalarını bilmədiyimiz üçün tez-tez alıb yemirik.
    Bu gün market və bazarlarda qarşımıza çıxan, dəstəsi 1-15 qəpiyə satılan ispanağın bəzi xəstəliklərin müalicəsi zamanı necə istifadə olunma qaydasından danışacağıq. Diqqətiniz bizdə olsun.
    Ispanağı ya dovğada, ya da kükü bişirərək yeyir. Amma onu sırf müalicə vsitəsi kimi bişirib yeyən adam demək olar ki yoxdur. Niyə? Çünki məlumatsızıq.
    İspanaq böyüməkdə olan uşaqdan tutmuş qocalığa qədər hamı üçün faydalıdır. Məşhur şərq təbibi İbn Sina ispanağın müalicəvi xüsusiyyətləri haqqında bəhs edərkən onu “bitkilərin şahı” və “mədənin süpürgəsi” adlandırırdı
    İspanaq çiy şəkildə istifadə zamanı daha faydalı təsir göstərsə də, bişiriləndə müalicəvi xüsusiyyətlərini itirmir. Bir çox dünya ölkələrinin kulinariyasında ondan xörək, salat, şoraba, qəlyanaltı, püre, sous və konservlərin hazırlanmasında istifadə edilir.
    İspanağın həftədə 1-2 stəkan şirəsini çəkib acqarına için, bunu vərdiş edin. İspanaq yarpaqlarından çiy halda salatlar hazırlayın. Qaraciyər, böyrəklər, sümüklər, göz üçün çox faydalıdır.
    - İspanağın tərkibində olan fol turşusu hamiləlik zamanı döldə sinir sisteminin normal formalaşmasını təmin edir, yaşlılarda isə Alzheymer xəstəliyinin qarşısını alır.
    - Tərkibində olan dəmir duzları və B qrupu vitaminləri sayəsində qanyaranmanı sürətləndirir, dəmir çatışmazlığı ilə müşayiət edilən qanazlıqlarında olduqca faydalı təsir göstərir, həmçinin dərialtına piy toplanmasının və sellülitin qarşını alır.
    - İspanaq yarpaqlarında çox miqdarda olan sekretin zülalı mədə və bağırsaqların, mədəaltı vəzin şirə ifrazını artıraraq həzmi yaxşılaşdırır. İspanaq tərkibindəki həzm olunmayan liflər sayəsində bağırsağın selikli qişasını qıcıqlandıraraq onun normal fəaliyyətini təmin edir, qəbizliyin qarşısını alır. İspanaq karbohidrat mübadiləsini tənzimləyir, qlükozanın toxumalara keçməsini asanlaşdırır və qanda şəkərin səviyyəsini normallaşdırır.
    İspanaq orqanizmdə K vitamininin çatışmazlığı nəticəsində yaranan sümük zəifliyi, qanaxmaya meyillik, damar kirəclənməsi kimi bəzi xəstəliklərin müalicə və profilaktikasında olduqca faydalıdır.
    - İspanaq tərkibindəki maddələr sayəsində sinir sisteminə sakitləşdirici təsir göstərir, qavramanı, zehni qabiliyyəti artırır, yuxunu yaxşılaşdırır, həmçinin makulada yaranan degenerasiya proseslərini ləngidərək görmə zəifləməsinin qarşısını alır.
    Qan azlığında, halsızlıq, yorğunluqda, göz zəifliyində çox faydalıdır. İspanaqda zülal da çoxdur doyurucu və enerjiverici bir təsiri vardır, ürək üçündə faydalı bir qidadır, ürək əzələsini qüvvətləndirir. İspanağı çox yeyən insanlar infarkt olmur, əzələ qıcolmaları olanlar üçün ispanaq əvəzolunmaz qidadır.
    İspanağın tərkibindəki minerallar sümük və dişlər üçün çox faydalıdır, klimaks keçirən xanımlar, hamiləlikdən sonra ana olan xanımlar üçün ispanaq salatı və şirəsi mükəmməldir, sümük ərimələrinin qarşısını alır, təzə qan yaradır.
    İspanaqdan yeməklər və ya salatlar hazırlanan kimi yeyilsə yaxşıdır. O, bişirildikdən sonra 24 saat ərzində yeyilməlidir. Uzun müddət isti yerdə qaldıqda ispanaqlı yeməyin tərkibində bakteriyaların təsirindən əmələ gələn nitratlar qana sorularaq eritrositlərin oksigen daşımasına mane olur və hüceyrə tənəffüsünü pozur. İstifadə olunduqdan 2-3 saat sonra göyərmə, təngnəfəslik, ürəkbulanma və ishal kimi zəhərlənmə əlamətləri baş verir. Üstəlik İspanaqdan hazırlanan yeməklərə şəkər əlavə edilməsi zəhərlənmə riskini azaldır.
    Bəs kimlər ispanaq yeyə bilməz?
    Tərkibində yüksək miqdarda turşəng turşusu olduğuna görə böyrək və sidik çıxarıcı yolların xəstəliklərində, öd kisəsi daşlarında, pankreatit, podaqra, qastrit, mədə və bağırsağın xora xəstəliyində, həmçinin tərkibində K vitamininin çoxluğuna görə qan laxtalanması yüksək olan xəstəliklərdə az miqdarda istifadə olunmalıdır. Turşəng turşusu cavan, təzə yarpaqlarda daha az olduğundan həmin xəstəliklərdən əzyyət çəkənlər ona xüsusi diqqət yetirməlidirlər.
    İspanaq xalq təbabətində müalicəvi vasitə kimi istifadə olunur:
    - 10 qram xırda doğranmış ispanaq yarpaqları üzərinə 1 stəkan qaynar su əlavə edilir, 1-2 saat dəmlənir, süzülür. Xronik qəbizlik, meteorizm, qanazlığı və vərəm zamanı gündə 3-4 dəfə yeməkdən 20 dəqiqə əvvəl 1/4 stəkan içilir.
    - İspanaq yarpaqlarının şirəsi sıxılır, 1:1 nisbətində badam və ya küncüt yağı ilə qarışdırılır, alınan qarışığın çay qaşığı ilə uşaqlara verilməsi boy inkişafını sürətləndirir.
    - Yanıq və ekzemaların müalicəsində ispanaq yarpaqlarının zeytun yağında bişirməsindən istifadə olunur. Onu hazırlamaq üçün xırda doğranmış yarpaqlar qaynayan zeytun yağına tökülür və ocaqdan götürülərək soyudulur. Yağı süzülmüş yarpaqlar zədəli nahiyəyə qoyulur.
  • Věda a technologie

Komentáře • 114

  • @konuljafarova411
    @konuljafarova411 Před 2 lety +25

    Ümumiyyətlə bütün göyertiler yaşıllıqlar cox xeyirlidir insan ücün

  • @menzermenzerr8142
    @menzermenzerr8142 Před 2 lety +17

    Xeyirli olduqunu bilirdim amma az istifade edirik.

  • @mohubbetimanov4193
    @mohubbetimanov4193 Před 2 lety +15

    Bilirdim,lakin səhlənkarlıq edirəm həmişə. Bu gündən sonra həmişə alacam evə.👍👍

  • @turalaliyev8039
    @turalaliyev8039 Před 2 lety +21

    Nə yalan deyim həmişə spanaği əlacsiz bişirirdim bu qədər faydali olduğunu bilmirdim coox sağolunku faydalarini dediz indi isə vitamin deposu kimi bişirəcəm sevə sevə əlacsiz yox.Cox təşəkkürlər.👍

  • @mhmmdhmdov7672
    @mhmmdhmdov7672 Před 2 lety +16

    Maraqlı məlumatlara göre təşəkkür

  • @mhmmdhmdov7672
    @mhmmdhmdov7672 Před 2 lety +7

    Bəyəndim əla

  • @Lenkeran042-sq7vz
    @Lenkeran042-sq7vz Před 3 měsíci +1

    İspanaq bizim evdə çox sevilən yeməydi ama bu qədər faydalı olduğunu bilmirdik çox sağolun

    • @birbaxkanal
      @birbaxkanal  Před 3 měsíci

      Çox sağ olun. Sağlam və gümrah olun.

  • @tbibaynal571
    @tbibaynal571 Před rokem +5

    çox sağ olun xanim ! Əla məlumat ,gözəl,savadli nitq üçün! Dinlədikcə dinləmək istəyir adam !👍👍

  • @user-vv4oz2cq7c
    @user-vv4oz2cq7c Před 3 měsíci +1

    Türklərin ən çox istifadə etdiyi bitkidir

  • @madmazelxs8876
    @madmazelxs8876 Před 2 lety +10

    Faydalı məsləhətdi cox saq olun ...bilmədiyimizidə öyrəniriy

  • @melekabbasova7270
    @melekabbasova7270 Před rokem

    Cox sagolun Allah sizdən razı olsun

  • @solmazmemmedova-li3xr
    @solmazmemmedova-li3xr Před 4 měsíci

    Faydalı məsləhətiniz üçün çox sağ olun

  • @qizqayitqasimova9597
    @qizqayitqasimova9597 Před 2 lety +8

    Bizim sevdiyimiz ispanaqdan dadli tere yemeyi biwirilir

  • @EsmerNesirova
    @EsmerNesirova Před 9 měsíci +1

    Allah sizden razi olsun inşallah

  • @mhmmdhmdov7672
    @mhmmdhmdov7672 Před 2 lety +7

    İspanağı yumurtasız çox xoşlayıram

  • @danceonly9800
    @danceonly9800 Před 2 lety +13

    Çox maraqlı məlumatdır. Çox sağ olun

  • @resmiyyeehmedova4145
    @resmiyyeehmedova4145 Před 2 lety +3

    bilirdim bu qədər xeyirli olduğunu.ama siz hər xeyrin dəqiq dediz.çoox sağ olun

  • @violetline1460
    @violetline1460 Před 2 lety +4

    Duzdu spanaw cox faydali goywrtidi amma ammasi var mede turwulugu olanlar ehtiyatli olsun . Men de od mede ptablemi var spanaq yeyende turwulugum artir tezyiqim qalxir kureyimde agrilar olur

  • @rzarza3707
    @rzarza3707 Před 2 lety +4

    Allah hər şeyi insan ücün yaradıb o çümlədən tərəvəzləridə hamısından istifadə etmək lazımdır qaydasında və əsasən ciy halda yaxşı olar ki ,yerli məhsul olsun bunun əhəmiyyəti coxdur .

  • @vuqarceferov6332
    @vuqarceferov6332 Před 2 lety +8

    Salam xəyalə xanım siz çox gözəl videolar hazırlayırsınız, sizin bu gərgin işinizdə uğurlar arzulayıram

  • @qarabagazerbaycan1783
    @qarabagazerbaycan1783 Před 2 lety +5

    İspanaq bir başa mədaaıtı vəzə çox xeyri var.

  • @dadashovagulzar1916
    @dadashovagulzar1916 Před 2 lety +1

    Super 👍

  • @mhmmdhmdov7672
    @mhmmdhmdov7672 Před 2 lety +10

    Çox sevdiyim göyərti növüdü

  • @tomaabdulezimova4141
    @tomaabdulezimova4141 Před 2 lety +6

    Xeyirli olduğunu bilən kimi dəstəsini 20 qəpik elədilər

  • @peritaibova1923
    @peritaibova1923 Před 5 měsíci

    En sevdiyim yemək

  • @sukranmamedov1756
    @sukranmamedov1756 Před 3 měsíci

    Çox sagolun

    • @birbaxkanal
      @birbaxkanal  Před 3 měsíci

      Çox sağ olun. Sağlam və gümrah olun.

  • @ilhamagaverdiyev7987
    @ilhamagaverdiyev7987 Před 2 lety +1

    Qanda eritrositləri artırır ki,bu da insanın dözümlülüyünü artırır.

  • @zaurnuraliyev1193
    @zaurnuraliyev1193 Před 2 lety +1

    Mayonezlə əla salat olur

  • @xanimtagiyeva1032
    @xanimtagiyeva1032 Před 2 lety

    Būtun gøyertileri sevirem

  • @sexavetallahverdiyev6449
    @sexavetallahverdiyev6449 Před 2 lety +1

    Temiz qan yaradir

  • @user-pt2fz3rx7t
    @user-pt2fz3rx7t Před 2 lety +8

    Mən qaraciyərimə görə neçə ildir bişirtdirirəm.Çox saq olun👍👍👍👍👍

  • @ehedhasilov438
    @ehedhasilov438 Před 2 lety +4

    Beyndim

  • @qwertqwertyui2738
    @qwertqwertyui2738 Před 2 lety +6

    Mən sıyıq bişirirəm daha çox sevirəm sarımsaq qatıqla😋yoldaşım deyirdi bu nədi nəqədər yemək olar OT covid olandan sonra dedim həkimlər deyir qışda çox yeyin tərkibində dəmir var indi öyrənib tez-tez özü alır

    • @user-dn5fg1lq2q
      @user-dn5fg1lq2q Před 2 lety +1

      Elaci kesilib alir)))

    • @qwertqwertyui2738
      @qwertqwertyui2738 Před 2 lety

      @@user-dn5fg1lq2q yalnışsan qadının sözünə baxmaq ona dəyər verməkdir doğru yolda olduğumuzu anladı 1000man.qədər xərci çıxdı covid olanda kişilər xəstəliyə dözümü yoxdu oda ola ağır covid

  • @etibarhacyev1383
    @etibarhacyev1383 Před 2 lety +1

    Salam,qan azlığı üçün necə istifadə etməli?

  • @arazeliyev300
    @arazeliyev300 Před 2 lety +5

    cooooox sagolun gozel insan men foyerti satiram belke sizin bu videodan sora goyerti braz bahalasa belke bizimde uzumuz gule

  • @zohrnecefova5980
    @zohrnecefova5980 Před 2 lety +3

    İndiki kubreli ispanaqlara aiddeyl

  • @sufreyegel6393
    @sufreyegel6393 Před 2 lety +7

    Salam Kanalımızın Videosunu İcazə almadan hansı ixtiyarla paylaşmısınız? Ən azından Öncədən məlumat verə bilərdiniz? Bizim sizi şikayət etməyə yetərincə haqqımız var!

  • @gucbirlikddirgulcin8082
    @gucbirlikddirgulcin8082 Před 11 měsíci +1

    👍

  • @shargiyamammadova3753
    @shargiyamammadova3753 Před 2 lety +3

    Men ıspanağı biwirmeden
    ciy yeyirem Doglayib userine pendir elave edirem Bu daha yaxwi alinir

  • @ilhamagayev7434
    @ilhamagayev7434 Před rokem

    Ciy yemek faydalidi

  • @heidikeller8876
    @heidikeller8876 Před 2 lety +1

    Biz böreni yaparik her türlü yemeni yaparik corbalsra koruk ama en cok devdim böreni yaparim

  • @ilhamtagiyev7365
    @ilhamtagiyev7365 Před 3 měsíci

    Qanı laxtalaşdırır ?

  • @aynursabanova34
    @aynursabanova34 Před 2 měsíci

    Ciy sokunu blendirle ezib pure etsek zeherlenme vermez

  • @savalansuleymanzade845
    @savalansuleymanzade845 Před 2 lety +2

    bes evveller deyirdiler ki duz emele getitir

  • @alimemmedov9432
    @alimemmedov9432 Před 3 měsíci

    👍👍👍❤❤

    • @birbaxkanal
      @birbaxkanal  Před 3 měsíci

      Çox sağ olun. Sağlam və gümrah olun.

  • @letafetqasimova4716
    @letafetqasimova4716 Před 2 lety +8

    Mən cox tez tez spanaq aliram və növbənöv yeməklər bişirirəm, düzdür köp verir , amma cox dadli yeməklər alinir, hər kəs öz təcrübəsindən , oqranizminə nece təsir etməsini bilir

  • @srxanisayev3060
    @srxanisayev3060 Před 8 měsíci

    Mən həmişə alıram yeməyini birdə kətəsini tez tez bişirirəm çox dadlıdı

  • @qarayevagulbeste5832
    @qarayevagulbeste5832 Před rokem

    Qırmızı zoglu ispanaq daha yaxşıdı, kərəyüzlə qaynadıb içmək qan üçün faydalıdı, əfsuslar olsun ki, digər xəstəlikləri olana ziyandı 😞 , mənə də lazımlıdı , amma başqa problemlər də oldugu üçün az istifadə edirəm

  • @aysnismaylova2389
    @aysnismaylova2389 Před rokem

    Fadalı👍

  • @azadsfrov4965
    @azadsfrov4965 Před rokem

    Heyva

  • @user-co2qx4wu6y
    @user-co2qx4wu6y Před 3 měsíci

    😮😮😮

  • @renaqocayeva5827
    @renaqocayeva5827 Před 2 lety

    əks göstərişi qanı laxtalandırır

  • @user-wv4pt5to2d
    @user-wv4pt5to2d Před rokem

    Mən bu videoya bu gün baxdım amma spanaxın dadını sevmirəm dəstəsi 10 qəpik olan spanax Rusiyada 300rubldır orda yemədim burada tapmıram çox istifadə edin

  • @user-kr2oj6hl7p
    @user-kr2oj6hl7p Před rokem

    Sibirde yawiyiram kq min uc yuz rubldu

  • @heidikeller8876
    @heidikeller8876 Před 2 lety +1

    Ispanak deyilmi

  • @firengizhumbetova402
    @firengizhumbetova402 Před 2 lety +2

    Tezyiqi qaldirir niye demirsiz

  • @mezahireliyev7116
    @mezahireliyev7116 Před rokem

    Siz ispanağı təəriflədiyinizə görə qiyməti 1 manatdan da baha olacaq.

  • @mayaaliyeva469
    @mayaaliyeva469 Před 2 lety +3

    Men yeye bilmirem yeyen kimi tezikimi srazi qaldirir

  • @aide979
    @aide979 Před rokem

    7

  • @alinovruzzade5079
    @alinovruzzade5079 Před rokem

    İspanaq Şomududa. Mənə çatmıyan bu söz oldu tərkibində turşəng turşusu var? Şomu turş olmur axı

  • @SoftxBlink789
    @SoftxBlink789 Před rokem

    demiri bedenden atır

  • @munevveraxundova3465
    @munevveraxundova3465 Před rokem

    Hər gün olmaz,şomu qaı qatılaşdırır...

  • @zano_che_guevara6962
    @zano_che_guevara6962 Před 2 lety +5

    Heftede 5 defe en az yeyirem eksine meni xeste salıb

  • @xalilovahabiba7317
    @xalilovahabiba7317 Před 2 lety +2

    Гебизлийе комег едир .ону билирем.

  • @elvinrevanli8101
    @elvinrevanli8101 Před 2 lety +1

    Xeber paylawirsan bir normal xeber paylawda 8 deqiqelik vidio ele reklamdir 😡😡😡😡😡

  • @saratalishinski6014
    @saratalishinski6014 Před 2 lety +1

    Böyrək xəstəliklərində məsləhət deyil Xüsusən daş olanda

    • @xaliqyunusov7192
      @xaliqyunusov7192 Před 2 lety +1

      He.odde boyrekde daw olana olmaz.mende odde daw var.onu yeyande cox agrlylram.agrllar olur medemde.

  • @user-ls3qo9bg2z
    @user-ls3qo9bg2z Před 2 lety +3

    10 qəpiyədə olsa alib yemirik nə qədər xeyirlidir

  • @listtarov4311
    @listtarov4311 Před rokem

    İroekrororke❤kfifofoofofoofpfpfpf❤fjfjkejffijâkfkfufifidiforirjtititotktktktofodoüdkekof8eid7dieiriorkekrorldldidodokdkfjdjrofoofpflrototootooylyl

  • @user-cq7nz3bs6b
    @user-cq7nz3bs6b Před rokem +2

    Podaqrasi olanlar üçün ziyandır

  • @thisisganja5000
    @thisisganja5000 Před 2 lety

    Mən bilən böyrəyə ziyan

    • @tbibaynal571
      @tbibaynal571 Před rokem

      çünki bostana mutləq dərman,azot verirlər. Azot yəni slitra boyrəyə ziyan olur.

  • @almanya_999
    @almanya_999 Před 8 měsíci

    İBNİ SİNA SPANAX YEMEHDEN İÇİ DAĞILDIDA ÖLDÜ😂😂😂MEDEDE YARA EMELE GETİRİR😂😂

  • @hsnhuseynov3891
    @hsnhuseynov3891 Před 2 lety

    Bu nədir¥

  • @vuqarmmmdzad4586
    @vuqarmmmdzad4586 Před rokem

    Axtarıram tumende tapa bilmirəm amma

  • @xzr5188
    @xzr5188 Před 2 lety +1

    Reklam 👎👎👎Əl çək

    • @susannaabdullayeva5864
      @susannaabdullayeva5864 Před 2 lety +2

      Burda neyi reklam edirki.Ziyaninda deyir xeyirinde.Men burda reklam gormurem.👍👍