5 Dəqiqədə QULUNC AĞRISINI BELƏ KƏSİN!

Sdílet
Vložit
  • čas přidán 11. 03. 2024
  • #BirBax #xalqtəbabəti #qulunc
    #azerbaycan #kürək #ağrı #ağrıkəsici
    Qulunc ağrısından necə xilas olmaq olar?
    Xalq dilində qulunc olaraq bilinən əzələ ağrısı kürəyin üstündə yaranan əzələ sıxılmasıdır. Problem daha çox stressli və hərəkətsiz həyat sürən insanlarda müşahidə olunur. Çox vaxt ağrılı nahiyəni kobud şəkildə əzmək və ya masaj etməklə problemdən xilas olacağımızı düşünürük. Amma əslində, vəziyyəti daha da ağırlaşdırmış oluruq. Bəs bu halda biz nə edək? İndi biləcəksiniz.
    Miyofasial ağrı sindromu (MAS) olan qulunc əzələlərə və ətrafındakı yumşaq toxumalara təsir edən xroniki haldır. Qulunc ağrısı bəzi əzələləri və əzələlərin təşkil olunduğu yumşaq toxumaları əhatə edir. Qulunc ağrıları, adətən, bel, boyun, sinədə meydana çıxır. Qulunc ağrısı olan nahiyələrdə hərəkət zamanı çatırtı səsi eşidilir. Bəzən bir nahiyədə başlayan qulunc ağrısı zamanla ətrafına yayıla bilir.
    Hərdən ağrılar həssas əzələ nöqtələrinə heç bir təzyiq olmadan da meydana çıxır. Hətta elə nahiyələrdə başlayır ki, məəttəl qalırıq: “Burada da qulunc olarmı?” -deyə öz-özümüzdən soruşuruq. Mütəxəssislərin rəyinə əsasən, çatırtı ilə müşayiət edilən qulunc ağrılarının kökündə əzələ şişkinliyi, əzələ zəifləməsi, əzələlərin həssaslığının artması dayanır.
    Qulunc ağrıları ilə bağlı müxtəlif elm mərkəzlərində tədqiqatlar aparılıb. Onların əldə etdiyi nəticələri analiz edərkən, qulunc ağrılarının səbəblərini bu cür ümumiləşdirmək olar:
    1. Əzələ yaralanması. Təkcə əzələdə deyil, əzələni əhatə edən təbəqədə də görünən zədələnmə qulunc ağrısı yarada bilir;
    2. Əzələlərin həddən artıq gücə düşməsi və təzyiqə məruz qalması. Ağır işlərdə işləyənlərdə, yük daşımaq məcburiyyətində qalanlarda əzələlərin xəsarət almasına, iltihablanmaya rast gəlinir. Qulunc ağrısı bu kimi halların “həyəcan siqnalı” sayılır;
    3. Yanlış duruş (narahat oturma şəkli, hansısa işi görərkən əzələyə güc düşməsi). El arasında “donqar duruş” adlanan bir durum var. Bu cür duruşa malik insanların qulunc ağrılarından şikayətçi olduğu məlumdur;
    4. Sinir sıxılması. Əzələlərdəki və ya əzələ ətrafındakı təbəqədə sinirlərin sıxılması qulunc ağrıları ilə özünü biruzə verir;
    5. Uzunmüddətli hərəkətsizlik və ya oturaq həyat tərzi. Aktiv hərəkət etməyəndə əzələlər soyuyur, nəticədə, ağrı hiss edilir;
    6. Xroniki infeksiyalar;
    7. Köklük. Artıq çəkiyə malik insanların əzələlərində xəsarət meydana gəlməsi riski artır. Təbii ki, istənilən xəsarət vaxtında aşkarlanmadıqda, müalicə edilmədikdə iltihablanma qaçınılmaz olur. Orqanizm qulunc ağrıları ilə haray çəkir;
    8. D vitamini, fol turşusu kimi vacib elementlərin çatışmazlığı. D vitamininin əzələlərin və sümüklərin qorunmasında xüsusi rolu olduğunu bilirik. Əzələlər D vitamini ehtiyacını qulunc ağrısı vasitəsilə bildirə bilir;
    9. Yuxu pozğunluğu;
    10. Stress;
    11. Soyuqdəymə;
    Bəs Qulunc ağrılarından xilas olmaq mümkündür?
    Məşhur islam həkimləri Əl-Razi və İbn Sina belə bir resept söyləmişlər: “Qulunc olan zaman zeytun yağına batırılmış bezin içinə isti duz doldurun və quluncun üstünə qoyun”. Həqiqətən mükəmməl reseptdir.
    Qulunc üçün xalq təbabəti üsulları:
    1-ci üsul. 1 stəkan zeytun yağının içinə 1 xörək qaşığı udi hindi tozu qarışdırılır və kürək nahiyəsi yavaş-yavaş ovxalanır.
    2-ci üsul. 1 ədəd portağal və ya 2 ədəd limonun qabıqları qurudulur, toz halına salınır, qara zirə yağı ilə qarışdırılır, isidildikdən sonra bez parçası bu yağda isladılır və qulunc nahiyəsinə təpitmə qoyulur.
    3-cü üsul. Qoz böyüklükdə rusca хрен olan qıtıqotu kökünü, bir ədəd orta ölçülü kartofu və kartof böyüklükdə qoyun quyruğunu ətçəkən maşından keçirin, qarışdırıb yarım saat quluncun üstündə saxlayın. Bacardığınız qədər çox saxlaya bilsəniz daha faydalıdır.
    4-cü üsul. Böyük bir kələm yarpağı qaynayan suyun içində 2 dəqiqə qaynadılır və isti vəziyyətdə quluncun üstünə təpitmə qoyulur, üzəri yun parça ilə örtülür.
    Bəs xalq təbabəti çarə etmirsə, o zaman nə etməli?
    Bu halda çıxış yolu dərman və fizioterapiyadır. Fiziki təlimlər əzələ kütləsinin qorunmasına kömək edir. Düzgün qidalanma, artıq çəki varsa, arıqlamaq, stressdən uzaq durmaq da qulunc şikayətlərini azaldır. Quluncdan xilas olmaq üçün istifadə edilən üsulları belə sıralaya bilərik:
    -Reseptlə satılan dərmanlar;
    -Fiziki təlimlər və fizioterapiya;
    -Əzələ kütləsini qorumaq;
    -İynəbatırma;
    -Düzgün qidalanma və arıqlamaq;
    -Stressdən uzaq durmaq;
    -Şüurlu şəkildə müalicə proseduru tətbiq etmək;
    -D vitamini və fol turşusu qəbulu;
    -Ultrasəs müalicəsi;
    -Əzələni rahatladan plastrlar, bandajlar;
    -Qulunc ağrısı olan nahiyəyə isti su torbası qoymaq;
    -Masaj;
    El arasında qulunc qırmaq üsulları da var: qapıya söykənib gərinmək, bir insanın arxadan qolları dartması və s. Ancaq bilməlisiniz ki, bu üsulların tətbiq edilməsi zamanı xəsarət almaq riski yüksəkdir. Ən yaxşısı, mütəxəssis məsləhəti ilə masaja, fiziki təlimlərə baş vurmaqdır.
  • Věda a technologie

Komentáře • 70

  • @birbaxkanal
    @birbaxkanal  Před 3 měsíci +9

    Bizi haradan izləyirsiz? Zəhmət olmasa şərhə yazın🤗

    • @kovakadini88
      @kovakadini88 Před 3 měsíci +2

      ❤️🥰🌹🙋

    • @f.xanoglu.9999
      @f.xanoglu.9999 Před 3 měsíci

      Astara

    • @gulnarahelvig5577
      @gulnarahelvig5577 Před 3 měsíci

      Skandinavia🌸😍

    • @yeganeqaniyeva8706
      @yeganeqaniyeva8706 Před 3 měsíci

      Salam Aleykum Ramazan ayınız mübarək olsun Allah orucunuzu qəbul eləsin Allah sizdən razı olsun amin sinənin quluncdan ağrıdığını öyrəndik ❤

    • @user-uh6nz5xz9n
      @user-uh6nz5xz9n Před 3 měsíci

      Salam sizi Yevlaxdan izliyirik

  • @arzubagirova7544
    @arzubagirova7544 Před měsícem +2

    Çox sağ olun ❤

  • @serdaralxanova3274
    @serdaralxanova3274 Před 3 měsíci +4

    Dəyərli məsləhətlər üçün təşəkkür edirik

  • @kovakadini88
    @kovakadini88 Před 3 měsíci +5

    Uy Allah irağ eləsin dəhşətdi bu qulunc ağrıları ...😒🫤😤🥴

    • @birbaxkanal
      @birbaxkanal  Před 3 měsíci +1

      Bəli, Daim sağlam olun🙏🏻

  • @asifesgerov3284
    @asifesgerov3284 Před 3 měsíci +6

    Coxlu -coxlu sag olun.

  • @f.xanoglu.9999
    @f.xanoglu.9999 Před 3 měsíci +7

    Ən çox mənim başıma gələn ağrıdır.
    Çox vaxt özümü qapıya sürtürəm 😂😂😂
    Dəyərli məsləhətlər verdiyin üçün təşəkkür edirəm.

    • @Yashar707a
      @Yashar707a Před 3 měsíci +1

      Kürəyin əzələlərini qapının tini ilə masaj etmək adama ləzət edir. Çünki belə masağla kürək əzələlərinin qan dövranını yaxşılaşdırmaq olur. 😊 Tak, şto bu yolla kürəyi masaj etməkdə siz tək deyilsiz.😅

    • @birbaxkanal
      @birbaxkanal  Před 3 měsíci +1

      Biz təşəkkür edirik

    • @SonaIsmailova-ow2bo
      @SonaIsmailova-ow2bo Před měsícem +1

      mendede komeye birinici gapi gelir😂😂

    • @user-qw8rb5cg7t
      @user-qw8rb5cg7t Před 4 dny +1

      😂😂😂mende siznkmyem

  • @hikmt-wr7xb
    @hikmt-wr7xb Před 22 dny +1

    ❤❤gozel meslehet ucun cox saqolun

  • @gulnarahelvig5577
    @gulnarahelvig5577 Před 3 měsíci +3

    Bu cür deyerli paylaşım üçün çox sağ olun, teşekkürler !🌺

  • @rasimorucov5042
    @rasimorucov5042 Před 3 měsíci +1

    Dediyiniz bütün agrılar məndə var..Özümü cox pis hiss edirəm,hətda son zamanlar tanıdıgım insanların adını ğüclə yadıma salıram.Başıma qədər,cənəmə qədər hər yerimi bürüyüb qulunc..ALLAH sizdən razı olsun.

    • @user-ly4nm6tm4u
      @user-ly4nm6tm4u Před 3 měsíci

      Hə çox pıs şeydi adamın əsəblərınə tıxunur qumunc

  • @kovakadini88
    @kovakadini88 Před 3 měsíci +3

    Teşekkürler ❤️!🌹🙏✌️

  • @ceyhunbagirov1528
    @ceyhunbagirov1528 Před 3 měsíci

    Təşəkkürlər

  • @user-cm8uq2gj1r
    @user-cm8uq2gj1r Před 3 měsíci

    Cox yaxşı

  • @user-uh6nz5xz9n
    @user-uh6nz5xz9n Před 3 měsíci +1

    Salam sizi Yevlaxdan izliyirik. Allah sizden razi olsun

    • @birbaxkanal
      @birbaxkanal  Před 3 měsíci +1

      Salamlarımızı göndəririk Yevlaxa

  • @user-fz1gp4ox8w
    @user-fz1gp4ox8w Před 10 dny

    Salam cox olur mende qulunc

  • @asifaliyev8743
    @asifaliyev8743 Před 3 měsíci +2

    В Царство капитализма не возможно жить без стресса. Stressiz heyat qaldi Sovet dövründə.

  • @arzuezizova8967
    @arzuezizova8967 Před měsícem

    👏👏👏👏👏

    • @birbaxkanal
      @birbaxkanal  Před měsícem

      Yeni videolarda fikirlərinizi gözləyəcəyik. Sevgilər.

  • @user-cr5ux2ff4f
    @user-cr5ux2ff4f Před 3 měsíci

    Москвадан

  • @abdancix
    @abdancix Před 3 měsíci +1

    Salam Xəyalə xanım zəhmət olmasa cavablandirardiz bir den birə boyun nahiyəsindən başa ağrı vurur az qala ağlayacam ürək bulanma baş fırlanması bu əlamətlər nedir?

  • @efqanhuseynov1824
    @efqanhuseynov1824 Před 3 měsíci

    En yaxsisi qapiya yada yaxsi masaj ve isi saxla vessalam kecib gedir

  • @turkansukurlu3634
    @turkansukurlu3634 Před 3 měsíci +2

    Salam.menimde qolumun bawi agryr

  • @vaqifquliyev705
    @vaqifquliyev705 Před 19 dny

    Salam məndə bu sözü gedən ağrılar var çarəsi nədədi mən nə etməliyəm

  • @f16emrahx28
    @f16emrahx28 Před 3 měsíci

    Salam qizdirma 37.1 37.3 olur bu zaman sonra oz ozune kecir

  • @lamiyemmmdov9981
    @lamiyemmmdov9981 Před 3 měsíci

    Salam gurcustandan 🇬🇪🇬🇪🇬🇪🇬🇪ölrem men bu qulunc agrisindan 😢😢😢😢 eynen mendeki agrilar

    • @birbaxkanal
      @birbaxkanal  Před 3 měsíci

      Çox sağ olun. Sağlam və gümrah olun.

    • @xelilcelilov1853
      @xelilcelilov1853 Před 3 měsíci

      Salam xanim Tiflisde bildiyiniz normal.hekim var mende Tiflisde isleyirem 10 gundur Sol.teref kureyimde agrilar var zehmet deyilse eger bildiyiniz bir hekim varsa deye bilersiz

  • @lamiyemmmdov9981
    @lamiyemmmdov9981 Před 3 měsíci

    quluncunku yalniz masajdi men onla duram mesaj etdirem kesir nece gun sora birde 😢😢😢

  • @BRAo-77
    @BRAo-77 Před 3 měsíci

    Tomsk seherinden salamlayiriq sizleri!Nece illerdi osexandrozdan eziyyet cekirem. Bununcun bir care yazin xais edirik!

    • @mirmiru6623
      @mirmiru6623 Před 3 měsíci

      Percovıy plastır - yapışdıra bilərsiz .aildə iki dəfə massay oluna bilərsiz .
      D - vitamin qəbul edə bilərsiz həkimin reseptilə.

    • @BRAo-77
      @BRAo-77 Před 3 měsíci

      @@mirmiru6623 Cox saqolun. Allah razi olsun!

  • @user-ic3zc4jt5c
    @user-ic3zc4jt5c Před 3 měsíci

    ala

  • @elmirasariyeva2543
    @elmirasariyeva2543 Před 3 měsíci

    Gofen icin

  • @kuki_muki4082
    @kuki_muki4082 Před 3 měsíci +1

    Salam. Men ekaterinburda yasiyiram bu qulunc meni deli eliyir. Agri sineme vurur

    • @birbaxkanal
      @birbaxkanal  Před 3 měsíci

      Allah şəfa versin

    • @user-bv2vr8gb1r
      @user-bv2vr8gb1r Před 3 měsíci

      masaj edən kimi çəkilir..əsas soyuqdəymə və ağır əşya götürəndə yaranır

  • @user-kz9mf9bm6b
    @user-kz9mf9bm6b Před 3 měsíci

    Беле минлерле чекдийиниз роликлере горе миннетдарыг 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mehreliquliyev4155
    @mehreliquliyev4155 Před 3 měsíci +1

    Amma soyuqdəymədə də kürəkdə və başqa yerlərdə qulunc ağrıları ola bilər.Nədənsə, bunu demədiniz.

    • @birbaxkanal
      @birbaxkanal  Před 3 měsíci +2

      Səbəbləri sırasında soyuqdəymənin olduğunu qeyd etdim)

  • @user-rz1xt7pb1y
    @user-rz1xt7pb1y Před 3 měsíci

    Salam məndə cox əzyət cəkirəm 12 saat ayaq istəyə işim ağırdı artıq çəkim yoxdu bu. Gün cox pis ağrımşam 😂

  • @user-zc7gv7xv7p
    @user-zc7gv7xv7p Před 3 měsíci

    Mən ölürəm agrıdan

  • @user-zc7gv7xv7p
    @user-zc7gv7xv7p Před 3 měsíci

    Mən i öldürürqulunc agrisı

  • @alosatmamedov3352
    @alosatmamedov3352 Před 3 měsíci

    Yakutiyadan izləyirəm