Bədənimizdən gələn PİS QOXUNUN səbəbi - 98% İnsan bunu bilmir

Sdílet
Vložit
  • čas přidán 9. 01. 2024
  • #BirBax #пахнет #qoxu
    Salam dəyərli izləyicilərim. Bədəninizdən gələn bəzi qoxuların daxilinizdəki xəstəlikdən xəbər verdiyini bilirdiniz? Bəli, əksər insan pis qoxunun səbəbini natəmizlikdə axtarır. Amma məsələ heç də elə deyil. Bəzi qoxular bizə xəstəliyimiz haqda siqnal verirmiş. Keçək videomuza.
    Qoxu nədən xəbər verir? Şübhəsiz ki, bütün dostlarınızın özünəməxsus bədən qoxusuna öyrəşmisiniz. Bəzən bir insanla ilk görüşdə belə, dərhal onunla ünsiyyəti dayandırmaq istəyirik. Çünki onun qoxusunu heç sevmirik. Bəzən isə kiminsə qoxusu ilk saniyələrdən simpatiya oyadır. Və bu xüsusi bədən qoxusu həyat boyu, demək olar ki, dəyişmir.
    İdman zamanı və ya istidə, aktiv tərlədiyimiz zaman bədəndə qoxu arta bilər. Duşdan sonra, bütün tər və dəri piyi bədəndən yuyulduqda, bu qoxu azalır. Ancaq o, heç vaxt tamamilə yox olmur. Bəzi insanlar bədən qoxusunu ətir və ya dezodorantların qoxuları arasında gizlətməyə öyrəşib. Başqa sözlə, onların çoxu öz qoxularını da unudur... Bunda qəbahət yoxdur; hamı qəfil odekolon və ətirdən istifadəni dayandırsa, yayda qoxuların qarışmasından avtobuslarda nəfəs almaq mümkün olmayacaq.
    Ancaq qoxu bədənimiz haqqında çox şey deyə bilər, hətta hansısa xəstəliyin başlamasının “həyəcan siqnalı” ola bilər. Əgər adi qoxu birdən-birə kəskin şəkildə dəyişibsə, bu, orqanizmin kimyəvi tərkibindəki dəyişikliyi göstərir. Bu cür siqnalları gözardı etmək olmaz!
    Xəstəliklərin qoxuları
    Turş qoxu. Həmişə xəstəlikdən danışmır, bəlkə də, siz bol ədviyyatlı yemək yemisiniz, yaxud son zamanlar rasionunuzda ədviyyatın və sarımsağın miqdarı artıb. Ancaq bəzən bu, tireotoksikozun əlaməti ola bilər. Belə ki, orqanizmdə tiroid hormonlarının sintezi artır, nəticədə, tər vəziləri aktivləşir və çoxlu tər ifraz olunur. Üstəlik, sürətlə kökəldiyinizi düşünürsünüzsə, yaxud əhvalınızın tez-tez dəyişdiyini hiss edirsinizsə, bu, endokrinoloqla əlaqə saxlamaq üçün bir səbəbdir.
    Sidik qoxusu. Tərdəki ammonyak qatılığının artması səbəbindən ortaya çıxan xüsusi qoxudur. Belə dəyişikliklər böyrək və ya qaraciyər xəstəliklərindən hər hansı birinin başlanmasından xəbər verir. Bu iki orqandan biri düzgün işləmirsə, o zaman bədən toksinləri başqa yollarla - məsələn; tərlə çıxarmağa çalışır. Əgər ağızdan ammonyak iyi gəlməyə başlayırsa, bu, mədə xorası yaradan Helicobacter pylori bakteriyası ilə yoluxmanın nəticəsi ola bilər. Bu cür qoxu ilə rastlaşsanız, böyrəklər bir nefroloq, mədə və qaraciyər isə qastroenteroloq və ya hepatoloq tərəfindən yoxlanılmalıdır.
    Sirkə qoxusu. Bədəndə yağların böyük həcmdə parçalanması səbəbilə tərlə çıxan aseton kimi qoxuyur. Həmişə kök olan insan qəfildən arıqlamaq qərarına gəlib, idmanla məşğul olmağa başlayırsa, bədən əmələ gələn bütün asetonu böyrəklər vasitəsilə çıxara bilmir. Nəticədə, tərlə ifraz etməyə çalışır. Sirkə qoxusu diabetin də əlaməti ola bilər. Mədəaltı vəzi insulin istehsal etmədiyi üçün beyində qlükoza çatışmır və o, yağları parçalamaq üçün siqnallar göndərir. Diabet xəstəliyi orqanizmdən şirin və ya sitrus, ananas, çürük alma qoxusunun yayılmasına səbəb bilər. Bu, tər və sidiklə təkcə asetonun deyil, həm də qlükozanın sərbəst buraxılması ilə əlaqədardır. Günün müəyyən saatlarında qoxunun artıb-azalması da müşahidə edilirsə, şəkərli diabetdən şübhələnnəyə dəyər.
    Fərqli qoxular. Alimlərin fikrincə, yaşla bağlı geniş yayılmış xəstəliklərin, məsələn; Alzheimer və Parkinson xəstəliklərinin də özünəməxsus qoxusu ola bilər. Bədən kimyasındakı dəyişikliklərə görə, Alzheimer çovdar çörəyi və ya maya, Parkinson isə müşk qoxusu verə bilər.
    Bal qoxusu. Bu xoş ətir sizi aldatmamalıdır; çünki meningit, sinüzit, otit, abses və pnevmoniyaya səbəb ola biləcək olduqca təhlükəli bir bakteriyanın qoxusudur. Bu bakteriyalar antibiotiklərə davamlıdır və onları dərmanlarla məhv etmək çətindir, ona görə də, müalicə uzun və çətin olacaq.
    Balıq qoxusu. Bu qoxunu başqa qoxu ilə qarışdırmaq çətindir. Bəzən nadir bir genetik xəstəlik nəticəsində meydana çıxır. Lakin əksər hallarda bu qoxunun qaynağı vaginadakı bakterial infeksiya olur. Xəstəlik törədicisi olan bakteriyalar cinsi orqanlarda həmişə mövcuddur, ancaq immunitet aşağı düşəndə və ya orqanizmdə turşu-qələvi balansı pozulduqda aktivliklərini artırlar. Beləcə, meydana kəskin balıq qoxusu çıxır.
    Turşumuş xəmir qoxusu. Bu, ciddi bir xəstəliyin-Norveç qaşınmasının təzahürüdür. Xəstəlik immunitetin azalması və ya yaşla əlaqəli demansiyanın fonunda baş verə bilir. Törədicisi qaşınma gənəsidir. Xəstəlik əksər hallarda ağır formaya keçməsə də, turşumuş xəmir qoxusuna diqqət yetirməyə dəyər.
    Qeyri-adi qoxuları olan insanlarla rastlaşmısınız? Müşahidələrinizi paylaşın!
  • Věda a technologie

Komentáře • 57

  • @birbaxkanal
    @birbaxkanal  Před 5 měsíci +20

    İzlədiyiniz üçün təşəkkür edirəm🙏🏻🌹

    • @Elxan321
      @Elxan321 Před 5 měsíci

      Belə gözəl,ağıllı və maarifləndirici videoları izləmək bizim borcumuzdur!Sizə də təşəkkür edib sağ olun deyirik!❤👍🌹🌹🌹

    • @bakili_oglan5719
      @bakili_oglan5719 Před 5 měsíci

      Menim yoldashimdan hemishe iy gelirdi men iyrenirdim ondan hemishe uzag gacirdim .Axiri da hec ne Yashaya bilmedim .

  • @ebil8368
    @ebil8368 Před 5 měsíci

    Salam maraqlı məlumat ücün cox sağ olun .Piy qoxusu nəyin əlamətidi ? Təşəkür edirəm

  • @Ezize-yy1fu
    @Ezize-yy1fu Před 5 měsíci +5

    MARAQLI VİDEODIR ÇOX SAĞOLUN

    • @birbaxkanal
      @birbaxkanal  Před 5 měsíci +1

      Siz sağ olun❤

    • @user-ii3bn6vo5m
      @user-ii3bn6vo5m Před 5 měsíci

      ​@@birbaxkanalsalam Meni Niye Bloklamisiz vaccab blokunda

    • @birbaxkanal
      @birbaxkanal  Před 5 měsíci +1

      @@user-ii3bn6vo5myəqin ki izləyicilərimiz üçün uyğun olmayan söz istifadə etmisiniz

  • @zenfiragulueva6855
    @zenfiragulueva6855 Před 5 měsíci +4

    Salam. Gözel xanım. Çox sağolun seve seve izliyirem. ❤

    • @birbaxkanal
      @birbaxkanal  Před 5 měsíci +1

      Təşəkkür edirəm

    • @hayat_2019
      @hayat_2019 Před 5 měsíci

      İllər öncə bir iş yoldaşım vardı, onun işə gəlməsini kimsə istəmirdi dəhşət idi iy deyirəm sizə, mən heç dözə bilmirdim ancaq öyüyürdüm, başa düşürdüki hamı iyrənir ondan, deyirdi neynim indi yuyunub gəlmişəm, ancaq mən natəmizlikdən bilirdim və bir gün şöbənin rəhbərinə fikrimi bildirdim bu insanı başa salın həkim müayinəsindən keçsin falan, həmişə üzü parıldayırdı yağlığı çox idi və nəhayət mən ordan uzaqlaşdım, hələdə həmin yerdə işləyir, vəziyyət yenə elədir ya yox düşünmək belə istəmirəm.

  • @yasemennagiyeva
    @yasemennagiyeva Před 5 měsíci +5

    Her birİnsanda Olan bir Qoxudur Heçde heçkim Deye bilmez ki mende qoxu yoxdur Xeyir bu qoxu her bir insan vardır Odur ki Sizin gösterdiyiniz Vidyolara baxib Meshlehet almak lazımlıdı teşekür edirik meslehete göre👍😃

    • @elsenmusayev8272
      @elsenmusayev8272 Před 4 měsíci

      Cox duz deyirsiniz her bir insanda azda olsa olurda indi bezi adamlar yazaxaq mende yoxdu falan bu mumkunsuzdu

  • @kovakadini88
    @kovakadini88 Před 5 měsíci +3

    Salam Abuneyik ! Beyendik ! Reyde Yazdiq ! Tesekkurler ...💞🤗🙇🙇

  • @ismaylmmmdhsnli6654
    @ismaylmmmdhsnli6654 Před 5 měsíci +1

    Tesekkurler❤❤❤

  • @asifesgerov3284
    @asifesgerov3284 Před 5 měsíci +2

    Coxlu coxlu sag olun

  • @elnarealiyeva3099
    @elnarealiyeva3099 Před 5 měsíci +3

    salam dolma qoxusu neyin elameti ola biler her

  • @zahraseven701
    @zahraseven701 Před 5 měsíci +12

    İnanın ki, çox qeybət edən insanların da pis qoxusu olur.

    • @birbaxkanal
      @birbaxkanal  Před 5 měsíci

      😊

    • @masterwood4292
      @masterwood4292 Před 5 měsíci

      Bəli bu realdı. Hər bir günahın öz qoxusu var. Necəki itlər bizdən yayılan qorxu qoxusunu hiss edirlərsə, bunun kimi bir çox günahların da öz qoxuları var. İnsanların 99 faizi bu qoxunu duya bilmirlər. İnsanın ruhani aləminin bir başa olaraq beyinə göstərdiyi təsirin nəticəsində beyin organlar siqnal ötürüb qıcıqlanma verir. Və qanda fermentlərin dəyişikliyi baş verir. Nəticədə dərimiz vasitəsi ilə ətrafa fərqli qoxular yayırıq. Misal üçün utanan zaman insan tərliyəndə onun tərindən heçvaxt pis qoxu gəlmir. Bunu hamı müşahidə etsə aydın şəkildə görə bilər. Çünki utanan zaman dərimizin buraxdıgı tər toksinli piy vəzilərinin əriməsi ilə baş vermir. Limfa mayesinin xaric olunması ilə baş verir. Ona görə də həmin an pis qoxu əvəzinə keşniş toxumuna oxşar ətir gəlir. Bunun kimi bir çox ruhsal hisslərin də özünə məxsus qoxusu var.

  • @Rahile_Kerimova
    @Rahile_Kerimova Před 5 měsíci

    Salam məndə hərgün sizi izləyirəm var olun

  • @deyanettalibov1284
    @deyanettalibov1284 Před 5 měsíci +1

    Çox gözəl.

  • @softbutterfly1_
    @softbutterfly1_ Před 5 měsíci +1

    Minnətdaramm❤❤

    • @birbaxkanal
      @birbaxkanal  Před 5 měsíci

      İzlədiyiniz üçün sağ olun😊

  • @xuramanrizvan7683
    @xuramanrizvan7683 Před 5 měsíci +2

    Hər bir insanın öz qoxusu olur və itlər məhz həmin qoxu ilə onu tapa bilir. Ancaq doğrudur, xəstəliknən əlaqədar xüsusi qoxular da olur.

    • @UserUser-ij8cc
      @UserUser-ij8cc Před 4 měsíci +2

      Ellə hər cüzi şeydən ötrü get həkimə həkimlərdəki maşallah oqədər yarımışıqki indiki həkimlərə heç ehtibar yoxdur

  • @aidaxalilova4673
    @aidaxalilova4673 Před 5 měsíci +1

    Maraqlı videolarla sizi həmişə gözləyirik

    • @birbaxkanal
      @birbaxkanal  Před 5 měsíci

      İzlədiyiniz üçün sağ olun😊

  • @f.xanoglu.9999
    @f.xanoglu.9999 Před 5 měsíci +2

    Dəyərli məlumatlar verdiyin üçün təşəkkür edirəm.
    Şükür Allaha məndə qoxu olmur. Ətir istifadə edən deyiləm.
    Tərləyən kimi hamam xaraşo.
    Facebookda kanalına abunə ola bilmədim. Kömək lazımdır mənə

    • @birbaxkanal
      @birbaxkanal  Před 5 měsíci +1

      Mən təşəkkür edirəm izləyən hər kəsə

  • @user-vb9vg1ch4c
    @user-vb9vg1ch4c Před 5 měsíci

    İnsan var ki xoş təzə cörəyin qoxusu gəlir bu neynən əlaqədir

  • @user-vu7ux9et3x
    @user-vu7ux9et3x Před 4 měsíci

    Soyuq isti hava ferq etmir qolaltlmdan vanel iyi gelir muayine de edibler ne vururamsa xeyri yoxdu😊

  • @roma7459
    @roma7459 Před 5 měsíci

    Salam zehmet olmasa asvaganda bitkisi hakinda melumat vererdiz.

  • @user-dq6kr9zp4e
    @user-dq6kr9zp4e Před 5 měsíci

    Salam gözəl xanım Məndə qapalı məkanda. Bədən dən 1 və yaxud 2 dəfə iy ixrac edir

    • @user-h5qlo
      @user-h5qlo Před 4 měsíci

      Giniekoluqa muraciat edin

  • @abdancix
    @abdancix Před 5 měsíci

    Salam mən məktəbə gedende nəzik getmirem qol altı üçün amma xeyri yoxdur tez terliyir ve kofta bütün su olur hava ile heç fərqi yoxdur bunun səbəbi nedirki ? Deyin zəhmət olmasa soğan sarımsaq yemirəm amma turşumus iyi gəlir

  • @user-wx2sr9kr8t
    @user-wx2sr9kr8t Před 4 měsíci +1

    Salam Aleykum boğazda qaynamış yumurta iysi gəlmək nə demək di ?görəsən tanışımda tez tez olur 😞 bezirəm deyir iyrənir ağzına dad qələndə

    • @user-wx2sr9kr8t
      @user-wx2sr9kr8t Před 4 měsíci +1

      Qaynamış yumurta yemirəm deyir onsuzda O iy öldürür deyir məni

  • @user-dq6kr9zp4e
    @user-dq6kr9zp4e Před 5 měsíci +1

    Karbit qoxusu nəyin əlamətidi

  • @user-ri7sc7us9k
    @user-ri7sc7us9k Před 4 měsíci +4

    AZƏRBAYCANDA İNSANLARIN 90%- DƏN PİS QOXU- POX İYİ GƏLİR. ONA GÖRƏ Kİ SU YOX QAZ BAHA ANCAQ ÖLMƏMƏK ÜÇÜN YAŞAYIŞ.

  • @user-of6oo6ek1r
    @user-of6oo6ek1r Před 4 měsíci +1

    Bədəndən gələn pis qoxu reklam elədiyiniz yağlardı

  • @user-go2jd3fp5n
    @user-go2jd3fp5n Před 5 měsíci +1

    Şir evdən getdi

  • @SamilQuliyev-mv1ee
    @SamilQuliyev-mv1ee Před 5 měsíci +1

    menim pacalarimdan cox pis iy gelir.5 il olar başlayib.bunun ucun ne edim.

  • @user-cd9sh3ui9n
    @user-cd9sh3ui9n Před 5 měsíci +4

    Гелби темиз инсанын еч бир гохусу олмаз ола билер зюлал тебти гохусу амма узр истейирем пахыл инсанлары ичериден дири. дири гурдлар гемирир она гере пис гоху гелир Аллах горусун😂😂😂

  • @user-nf8po7ob5w
    @user-nf8po7ob5w Před 5 měsíci

    Sidikden turw qoxu gelirse ?