Şamil Ənvəroğlu - Yorğunam - Kamran M. YuniS

Sdílet
Vložit
  • čas přidán 25. 08. 2021
  • #kamranmyunis #kamranyunis #şamilənvəroğlu #şeirlər
    #poeziyateatrı #sevgişeirləri #şiirler #poeziya #cavanşirquliyev
    Şamil Ənvəroğlu - Yorğunam
    Bəstəkar - Cavanşir Quliyev - "Fəryad" film musiqisi
    YORĞUNAM---ağır-ağır illərimi yoxuş boyu daşımaqdan yorğunam,
    "Niyə axı?" sualını gündə yüz yol öz-özümə soruşmaqdan yorğunam,
    Mənim olmayan bu ömrü mənimkitək yaşamaqdan yorğunam...
    SUSQUNAM---səssizliyə çəkilərək bu mənasız səbəbləri dərin-dərin düşünməkdən susqunam,
    "Kim anlar ki, içimizi?" fikri ilə hər bir şeyi boş verməkdən susqunam,
    "Nə qaldı ki,itirməyək..." gələnləri, gedənləri,
    "varam" deyib, sonra qəfil "ölənləri" itirməkdən susqunam...
    SOLĞUNAM---vaxtsız ölən arzulara için-için ağlamaqdan solğunam,
    Gündə yüz yol ürəyimi amansızca dağlamaqdan solğunam,
    İçimizdə haray çəkən son ümidin əl-qolunu bağlamaqdan solğunam...
    KÜSKÜNƏM---neçə-neçə yalanlara,
    neçə-neçə nadanlara inanmaqdan küskünəm,
    Neçə-neçə şərəfsizə,
    neçə-neçə dəyərsizə güvənməkdən küskünəm,
    Neçə-neçə vəfasızdan,
    neçə-neçə əxlaqsızdan namus-qeyrət gözləməkdən küskünəm...
    Haqsız olan bu dünyanın xoş günü dəysin başına,
    Min yalanlar ölkəsinin doğrusu dəysin başına,
    Qucaq-qucaq gəzənlərin "sevgisi" dəysin başına,
    Şirin-şirin yalanlara qonanlardan BEZMİŞƏM.
    Guya bizə "gün ağlayan" çobanlardan BEZMİŞƏM...
  • Krátké a kreslené filmy

Komentáře • 116

  • @yaqutosmanli3183
    @yaqutosmanli3183 Před rokem +4

    Bir il öncə səslənən bu şeir yenə məni məndən aldi.var olun dəyərli sənətkar.

  • @qoncarzayeva5472
    @qoncarzayeva5472 Před 4 měsíci +2

    Allah Sizə uzun ömürlər. cansahlıgı versin dəyərli sənətkarımız

  • @validammmdova1213
    @validammmdova1213 Před 2 lety +2

    Şamil Ənvəroğlu və Kamran m.Yunis möhşəmliyi

  • @eliyevaruqeyya3758
    @eliyevaruqeyya3758 Před 6 měsíci +2

    ALLAH QORUSUN SİZİ !

  • @solmazmammadova4250
    @solmazmammadova4250 Před 11 měsíci +2

    SALAMLAR OLSUN GOZEL SENETKARIMIZA.REBBIM SIZI GORUSUN YORULMAYASINIZ❤❤

  • @yeganequliyeva664
    @yeganequliyeva664 Před 2 lety +14

    SOLĞUNAM- vaxtsız ölən arzulara için-için ağlamaqdan solğunam,....

  • @yeganequliyeva664
    @yeganequliyeva664 Před 2 lety +8

    Gecəniz xeyir olsun Sevimli Sənətkarımız!🙏

  • @Kiki_1998
    @Kiki_1998 Před 11 měsíci +2

    Актуально ❤ Спасибо❤
    Не только красивый голос ,Вы и сам красивый😊

  • @almnurkamalova7604
    @almnurkamalova7604 Před 2 lety +3

    Çox gözəl ifa edirsiniz Məndə çox yorulmuşam .........

  • @sweet_lee
    @sweet_lee Před 2 lety +4

    Möhteşem sözler, möhteşem ses tonu..
    Bu sözleri bu yaşda anlamağa mecbur eden heyatdan ve insanlardan küskünem...

  • @user-mh8tr8vu7i
    @user-mh8tr8vu7i Před 9 měsíci +2

    Да полгостью я свашими словами ...согласна❤

  • @vuqarali6713
    @vuqarali6713 Před 3 dny +1

    Təşəkkür edirəm.

  • @yaqutosmanl5593
    @yaqutosmanl5593 Před 2 lety +6

    Axşamınız xeyirli olsun dəyərli sənətkarımız

  • @behbudovamanzar
    @behbudovamanzar Před 3 měsíci +1

    Salamlar!Musiqi o qədər gözəl idi ki...bütün "Yorğunluğum" u özü ilə bir andaca apardı!Şeirə gəlincə günümüzün reallığını əks etdirən hər şeyi özündə ehtiva edib!Biz də bilirik bunları...Amma ?Bəzən unuduruq!Bu şeir bir daha yadımıza saldı,olub _ keçənləri və yaşadığımız gündəlik həyatımızı!Sizdə?Gözəl söylədiniz!Amma?Siz yorğun ola bilməzsiniz!Çox gəncsiniz!Biz yaşda olanlar bunu deyə bilərlər!Amma?Bizim hələ "Son umid" imiz sönməyib!Qarşıda yurda dönmək həvəsi var,canımızda!Həmişə düşünürəm ki...mən niyə qocaldım!? Mən gedib 70 yaşda nə iş gorə biləcəm,orda?Bir də ... məndən böyük olanlar da 15_ 20 nəfər olacaq, yəqin!Onların da qulluğunda duranlar olacaq!Mən isə?Özümə qulluq edəcəm,yenə... Yorğunluqu onda görəcəm!...Çox ibrət almalı mövzudur!Hamının bildiyi və hamının başına gəldiyi və ...unutmağa çalışdığı!Səsinizə qüvvət!Allah həmişə sizin qarşınıza yaxşı insanlar çıxartsın!Heç vaxt da yorğun olmayasınız!Bütün yaradıcılıginizda uğurlar!Və...həmişə cavan olasınız! Gücünüz , qüvvətiniz tükənməsin! İnşallah!

  • @vtndas8835
    @vtndas8835 Před 2 lety +5

    Bu dünya yox,insanlar yordu,çətin həyat yordu,özbasinalıq,milləti düsunmədikləri ucun pul dērdi yordu..

  • @ff.endless2456
    @ff.endless2456 Před 2 lety +5

    İnsanlara yaxşılıq edin .Amma insandan vəfa gözləməyin.Allaha sığının.Allahı sevin.Bircə Allah bizi təmənasız sevir.Bunu bilin.Analarınızı sevin.Bu dünyada bir şeyi şahidi oldum analar yalnız öz övladları üçün güclü olur başqaları üçün yox.

  • @user-gl9ur9fh1v
    @user-gl9ur9fh1v Před 2 lety +2

    Samil Enveroglu
    Kamran. M. Yunis
    Tesekkurler!🧡🧡

  • @rsadmmmdov2102
    @rsadmmmdov2102 Před 2 lety +3

    Şer,ifa,mükəmməl!

  • @user-it7wi7qk8m
    @user-it7wi7qk8m Před 2 lety +3

    Как же всё верно Устад мой

  • @user-hw4lp5qy5n
    @user-hw4lp5qy5n Před 4 měsíci +1

    Ürəyimi oxuduz

  • @xeyyamxelefov1262
    @xeyyamxelefov1262 Před rokem +4

    Səsinizlə şeirin məna və qüdrətini artırırsınız. Təşəkkürlər!!!🤗👍🎧😔

  • @taranaali3572
    @taranaali3572 Před 2 lety +2

    Təşəkkür edirəm sizlərə. Allah sizlərdən razı olsun.Var olun

  • @ayguntehmez9588
    @ayguntehmez9588 Před 2 lety +2

    Tam da bu curem Ustad...bu gunlerde

  • @arazmashanli7953
    @arazmashanli7953 Před 2 lety +3

    Bir söz yetər. MÜKƏMMƏL!

  • @ulviyyahajili9267
    @ulviyyahajili9267 Před 2 lety +3

    Yorğunam😥

  • @nurcahan6353
    @nurcahan6353 Před 2 lety +4

    Yorğunam...

  • @aygunaygun8263
    @aygunaygun8263 Před 2 lety +6

    Sesinize qurban .Yaxşı ki varsiz .Dinlədikcə göz önünnən kimlər gəlib kecdi.😔

  • @sevdasalayeva9482
    @sevdasalayeva9482 Před 2 lety +4

    Mənim olmayan ömür....

  • @ulviyyehacili6232
    @ulviyyehacili6232 Před 2 lety +2

    Kim anlar ki içimizi

  • @xalideagamirzeyeva8491
    @xalideagamirzeyeva8491 Před 2 lety +6

    Günün reallığı,ömrün reallığı,
    Kamran M.Yunis,Şamil Ənvəroğlu,
    Allah Sizdən razı oısun!

  • @EnergetikaEnergetika-uw9kl
    @EnergetikaEnergetika-uw9kl Před 8 měsíci +2

    😢Bu fon musiqini eşidəndə gozumun onune qara kecmisimin nakam arzulari xatirlanir..

  • @lolaazeri3917
    @lolaazeri3917 Před 2 lety +6

    DƏYƏRLİ MÜƏLLİF.
    DƏYƏRLİ SƏNƏTKARİMİZ
    İkilikdə var olun.

  • @ahugozlum1241
    @ahugozlum1241 Před 2 lety +4

    Yorulmaqdan bos bos tesellilerden yorgunam...:/ nefesinize sagliq bey! Coxdanki lap coxdanki izleyiciniz sadece serh yazmirdim coxdandi ama nezerimdesiz her zaman.🙂

  • @nergiz5419
    @nergiz5419 Před 2 lety +3

    Mən də həm yorqun ,həm də solgunam...

  • @axireheyderova7603
    @axireheyderova7603 Před 2 lety +2

    Gənc olmasına baxmayaraq böyük ürək və gözəl qələm sahibi Şamil bəy və dəyərli sənətkarimiz,Allah hər ikinizi qorusun🙏🙏🙏

  • @nezaketletifova1118
    @nezaketletifova1118 Před 2 lety +3

    Yorğunam,susqunam,solğunam,kúsgúnem bezmişem...😔

  • @aliquseynaqayev3771
    @aliquseynaqayev3771 Před 2 lety +4

    ...mən də həmçinin...neçə filan, filan, filanlardan bezmişəm...boynuna doğma kimi sarılan ilanlardan bezmişəm...amma yenə yaşayırıq...hərənin öz "niyə"silə yaşayırıq...Çox aktual bir şeir və ifada da yorğunluğu və bezikəni hiss elədim.

  • @xatireemrahova2534
    @xatireemrahova2534 Před 2 lety +5

    Anam nasazdı ürəyim sıxılır Allah hamıya ömür versin 🙏saglam can versin😔🙏

    • @aygunaygun8263
      @aygunaygun8263 Před 2 lety +2

      Can.Allah köməy olsun .Darixmıyln sebrli olun .Dünyanin ən gözəl varlığı ANA🤲🏻🤲🏻

    • @xatireemrahova2534
      @xatireemrahova2534 Před 2 lety

      @@aygunaygun8263 Allah razı olsun😔😢

  • @doktor1982
    @doktor1982 Před 2 lety +4

    Çoxsağolun var olun. Allah sizi qorusun

  • @aygunaygun8263
    @aygunaygun8263 Před 2 lety +3

    Kamran bəy🙏🏻🙏🏻

  • @konulbayramova3514
    @konulbayramova3514 Před 2 lety +5

    13 cü palata yenə məni aldı götürdü.....
    Belə yaşamaqdan yorğunam......
    Mənəmi yazılmış bu misralar....
    Her iki deyerlimiz var olun.
    USTAD NE YAXŞI Kİ VARSIZ 🤲 🤲❤️

    • @yaqutosmanl5593
      @yaqutosmanl5593 Před 2 lety +1

      Can Könül xanım necəsiniz qadası 💖 Allah köməyiniz olsun əzizim 🌹

    • @yeganequliyeva664
      @yeganequliyeva664 Před 2 lety +2

      Allah köməyiniz olsun Könül xanım🙏😘

    • @konulbayramova3514
      @konulbayramova3514 Před 2 lety

      @@yeganequliyeva664 birdənəm teşekkür edirəm 🥰🥰🥰

  • @shlbgulu6614
    @shlbgulu6614 Před 2 lety +9

    Çox ağır günlər yaşayıram çox yorğunam küsdüm hər şeyə hər kəsə danışacaq gücüm yox belə.var olun Allah daim var etsin sizi...

  • @xalideagamirzeyeva8491
    @xalideagamirzeyeva8491 Před 2 lety +2

    Haqsız olan bu dünyanın,
    Xoş günü dəysin başına......

  • @mftunhuseynyazar5728
    @mftunhuseynyazar5728 Před 2 lety +2

    Əla!

  • @shahlaibrahimli5600
    @shahlaibrahimli5600 Před 2 lety +4

    Səsinizə qüvvət Kamran bəy, qələminizə qüvvət Şamil bəy. Necə də doğru, tam zəmanəmizlə səsləşən şer. Belə şer yazmaq, eləcə də söyləmək cəsarət tələb edir.

  • @nazime759
    @nazime759 Před 2 lety +4

    Allah sizə cansağlığı bəxş eləsin
    Səsinizə qüvvət

  • @shamilenveroglu5788
    @shamilenveroglu5788 Před 2 lety +18

    Nə qədər çətin olsa da, BAŞIUCA, ALNLAÇIQ və ŞƏRƏFLƏ yaşamaq nəsib olsun hər birimizə🙏🙏🙏
    O SƏNƏTKAR ÜRƏYİNİZ sevinsin həmişə,əziz İNSAN👏👏👏
    TANRI KÖMƏYİMİZ OLSUN HƏR ZAMAN🙏🙏🙏🌹🌹🌹❤❤❤

    • @azize4
      @azize4 Před 2 lety +2

      Amin Gözəl Şairimiz nə qədər güclü qələminiz var həyatın reallığını bu qədər gözəl qələmə almaq.. Allah sizi qorusun 🤲

    • @shamilenveroglu5788
      @shamilenveroglu5788 Před 2 lety +4

      @@azize4 ,diqqət və dəyəriniz üçün minnətdaram. Var olun,xoşbəxt olun həmişə🙏🌹👏

    • @yaqutosmanl5593
      @yaqutosmanl5593 Před 2 lety +5

      Şamil bəy bu şeri 50-60yasli bir insan yazsaydı deyərdim . Ömür keçib yorulur insan. Allah ömür versin siz gənclərə . 30-35yasinda bu ağırlığında şeir .Bu ömrünü başa vuran insanın hekayəti olmalıdı. Allahım bizim cavanlar niyə gəncliyini yaşamamiş qocaldılar.Rəbbim sizi qorusun Şamil bəy .

    • @shamilenveroglu5788
      @shamilenveroglu5788 Před 2 lety +6

      @@yaqutosmanl5593 ,hər vaxtınız xeyir olsun,dəyərli insan. Diqqət və dəyəriniz üçün minnətdaram🙏
      Bu ölkədə kim öz həyatını yaşaya bildin ki?
      Uşaqkən gənc oluruq, gənckən isə qoca...

    • @nezaketletifova1118
      @nezaketletifova1118 Před 2 lety +4

      @@yaqutosmanl5593 Yaqut xanim,balalarımızın uşaqlığıda,cavanlığıda müharibe,kasıbçılıq, içinde keçdi.Ne gún gördülerki cavanlarımız.Cavan-cavan qocalib balalarımız🥺

  • @ff.endless2456
    @ff.endless2456 Před 2 lety +2

    Heç kim anlamaz insanı.Bircə Allaha təslim olmalıyıq hər halimizlə.Həyat çox acımasızdır.Haqsızlıqdan elə məndə yorulmuşam.

  • @azize4
    @azize4 Před 2 lety +2

    Küskünəm - neçə neçə yalanlara
    Neçə neçə nadanlara inanmaqdan küskünəm..
    həyatın bütün həqiqətləri((

  • @user-hw4lp5qy5n
    @user-hw4lp5qy5n Před 4 měsíci +1

    🌹

  • @yaqutosmanl5593
    @yaqutosmanl5593 Před 2 lety +10

    Bu şeri Sehirlı xanımlar qrupu dünən oxuyanda sizin ifanızı səbrsizliklə gözləyirdik. Var olun bəy

  • @cickyags4191
    @cickyags4191 Před 2 lety +3

    KÜSKÜNƏM- neçə-neçə yalanlara,neçə-neçə nadanlara inanmaqdan
    KÜSKÜNƏM,.... 😔

  • @ranababanli4535
    @ranababanli4535 Před 2 lety +2

    Menim ücen sözun qurtaran saati! Ureyimon butun sözlerini dile getirdiniz! Saq olun!👍👍👍👏👏👏

    • @yaqutosmanl5593
      @yaqutosmanl5593 Před 2 lety +1

      Axşamınız xeyir olsun Rəna xanım. Necəsiz əzizim 🌹. Rəbbimin amanında olun dəyərli xanım.

    • @ranababanli4535
      @ranababanli4535 Před 2 lety

      @@yaqutosmanl5593 Her gününüz,zamanınız xeyirli ,bereketli ,saqlam olsun sevimli Yaqut xanım!⚘Cox şad oldum yazınızı görduyumde🌹Babatam,şükür bu günüme!Cox saq olun ,geçeniz xeyre qalsın,gözel xanim!💐🌛⭐

  • @azize4
    @azize4 Před 2 lety +2

    Yorğunam- ağır ağir illərimi yoxuş boyu daşımaqdan yorğunam..((
    Nə qədər möhtəşəm şeir və USTADIMIZ təşəkkürlər Allah sizi qorusun

  • @nezaketletifova1118
    @nezaketletifova1118 Před 2 lety +3

    🎧👍👍👍

  • @jenniekim4094
    @jenniekim4094 Před 11 měsíci +2

    Ağır ağır illərim.Axırda sağalmaz xəstəlik tapdım.Cəkdiyim əzablar məni yıxdı.

  • @zulfiqarquliyev7932
    @zulfiqarquliyev7932 Před 2 lety +2

    İnsan vərəqin üzündən özü də oxuya bilər bu şeiri.Düşündürücüdür mənim üçün şeiri bir başqasının ifasında dinləməyi kim kəşf edib və əcəb də edib.Hələdə ki,Kamran bəyin ifasında.Çox təşəkkür edirəm Sizə hər axşam Sizin ifanızda minimum 3 4 şeirə qulaq asıram Çox sağ olun.

  • @hokumeferecullayeva5582
    @hokumeferecullayeva5582 Před 2 lety +2

    Axşamınız xeyir. Yenə söz qarşısında acizəm. Ruhunuz, ürəyiniz var olsun

  • @lolaazeri3917
    @lolaazeri3917 Před 2 lety +4

    Susqunam....səssizliyə çəkilərək...

  • @piralisadixov8234
    @piralisadixov8234 Před rokem +2

    🙏🙏🙏❣️❣️❣️

  • @nezaketletifova1118
    @nezaketletifova1118 Před 11 měsíci +3

    😔😔😔

  • @mehdinematov2722
    @mehdinematov2722 Před 8 měsíci +2

    Elə məndə yaman yorğunam.

  • @rsadmmmdov2102
    @rsadmmmdov2102 Před 2 lety +3

    Solgunam,küskünəm.

  • @mehribancefer5665
    @mehribancefer5665 Před 2 lety +2

    Çiynimə yüklənmiş yükdən yorğunam.

  • @sebrsebr9683
    @sebrsebr9683 Před 2 lety +2

    Çox yorulmuşam coox bu haqsiz həyatımdan bezmişəm 😥😔😔😔

  • @user-it7wi7qk8m
    @user-it7wi7qk8m Před 2 lety +2

    🥀💔

  • @userzemfira8291
    @userzemfira8291 Před 2 lety +2

    54👍🎧

  • @xalideagamirzeyeva8491
    @xalideagamirzeyeva8491 Před 2 lety +2

    Gecəniz xeyir ,Kamran müəllim!

  • @limanszhayeller5493
    @limanszhayeller5493 Před 2 lety +3

    Şeirlər hamısı qəmdən kədərdən,,,,,
    Sevincdən şeir yazan görmədim,oxumadım😏

  • @user-hg2gz4bb2i
    @user-hg2gz4bb2i Před 2 lety +3

    Мен дерд елинден йорхунам

  • @useruser5401
    @useruser5401 Před 2 lety +2

    ...😔

  • @afqanhuseynov2345
    @afqanhuseynov2345 Před 8 měsíci +2

    Dəyərli KAMRAN BƏY özunuzə fikir verin bu qədər yuku hər urək tab gətirə bilməz

  • @nigaraliyeva5647
    @nigaraliyeva5647 Před 2 lety +2

    Hər şeyi boş verməkdən,susqunam…

  • @SalamSalam-rg9tb
    @SalamSalam-rg9tb Před 2 lety +1

    💔💔🥀🥺😔

  • @yeganequliyeva664
    @yeganequliyeva664 Před 2 lety +4

    ❤️47❤️

  • @gunelturksoy9413
    @gunelturksoy9413 Před rokem +1

    Hər ikiniz var olun Dəyərlilərimiz🙏

  • @gelenyut8056
    @gelenyut8056 Před 2 lety +1

    Çirkin adam
    Niyə başı aşağı yeriyirsən
    Nədən utanırsan, insanlardanmı
    Yoxsa onların gülüşləridənmi qorxursan
    Bəlkə yerlər də axtarırsan qəlbinin qırıqlarını
    Niyə başı aşağı yeriyirsən çirkin adam
    Utanma çirkin adam
    Qoy üzü gözəl əməli çirkin olanlar utansın
    Ağlama daha bəsdi, sil axan göz yaşını
    Sən günahkar deyilsən, qoy zalım Fələk ağlasın
    Məni sevən olmadı demə
    Unutma səni sevən atanı, ananı, bacını
    Səndə özgələri sevmə
    Neyləyirsən sevgi deyəndə üzdə gözəliy axtaranı
    Bilirəm üzün çirkin olandan sonra
    Heçkəs görməz qəlbinin gözəliyini
    Hərkəs əyləncəyə çevirər səni
    Kimi gülər kimi lağ eliyər hətta bəziləri
    Həddin aşıb barmaqla göstərər səni
    Qorxma çirkin adam
    Bir gün gələcək hamı sevəcəy səni
    Heçkəs daha incitmiyəcəy o kiçik qəlbini
    Təsüf sən ölənən sonra hamı biləcəy qədrini
    Bax onda başı dik gəzəcəysən çirkin adam

  • @lolaazeri3917
    @lolaazeri3917 Před 2 lety +2

    🎧.......

  • @rsadmmmdov2102
    @rsadmmmdov2102 Před 2 lety +3

    SUSQUNAM..

  • @arifamammadova8263
    @arifamammadova8263 Před 2 lety +2

    Guya bize gun aglayan cobanlardan bezmisem

  • @cickyags4191
    @cickyags4191 Před 2 lety +2

    ❤️50❤️

  • @yaghmurluroya8358
    @yaghmurluroya8358 Před 2 lety +2

    😞🎧

    • @yaqutosmanl5593
      @yaqutosmanl5593 Před 2 lety

      Bu dünən Bizim üçün göndərdiyi nə görə coooox sağ ol canim mənim 🌼🌼🌼🌼

    • @userzemfira8291
      @userzemfira8291 Před 2 lety

      Röya💕🌹

  • @muradnovruzbekov1232
    @muradnovruzbekov1232 Před rokem +2

    ƏlA

  • @etibarmirzeyev2588
    @etibarmirzeyev2588 Před 9 měsíci +2

    Guya bizə gün aqlayan çobanlardan bezmişəm.

  • @Sabi-lz3zs
    @Sabi-lz3zs Před 3 měsíci +1

    Kamran bey size bir tanidiginiz şair haqda heqiqetler faktlar deyimmi?

  • @DenizDenz-bf3pd
    @DenizDenz-bf3pd Před 10 měsíci +2

    Indii haml yorgundur

  • @sadatmursudovamks2691
    @sadatmursudovamks2691 Před 2 lety +2

    Kamran M Yunis

  • @esmirakrimova1315
    @esmirakrimova1315 Před 2 lety +3

    Nece agir seirdi....

  • @konul28
    @konul28 Před 2 lety +2

    Kamran bəy arxa fondakı müsiqinin adı zəhmət olmasa

  • @ifritlrshzadsi4870
    @ifritlrshzadsi4870 Před 2 lety +2

    YORĞUNAM...SOLĞUNAM...SUSQUNAM🤦🏼‍♀️
    NECƏDƏ..SÖZLƏRİ..TAM..DOĞRU..ŞEİRDİR...BİZƏ..GÜN..AĞLAYAN..ÇOBANLARDAN...BEZMİŞƏM🤦🏼‍♀️

  • @poeziyageceleri7988
    @poeziyageceleri7988 Před 2 lety +2

    Poeziya Gecələri kanalına abunə olsanız məmnun olardım sizin vurğununuzam ifalarınıza sevə sevə qulaq asıram

  • @nezaketletifova1118
    @nezaketletifova1118 Před 2 lety +3

    😔😔😔