Ramiz Rövşən - Köhnə sözlər - Kamran M. YuniS

Sdílet
Vložit
  • čas přidán 20. 06. 2018
  • #kamranyunis #kamranmyunis #poeziyateatrı #şiirler
    #şeirlər #sevgişeirləri #ramizrövşən #vasifadıgözəlov
    Ramiz Rövşən - Köhnə sözlər
    Bəstəkar - Vasif Adıgözəlov - "Şərikli Çörək"
    Daş gərək bezməsin öz bərkliyindən,
    Bayquş da bezməsin öz təkliyindən.
    Tanrı özü yazıb yazılanları,
    ha pozmaq istəsən -
    bir xeyri yoxdu.
    Demə: " Balıq deyil su ilanları...",
    sevin ki, onların zəhəri yoxdu.
    Hamı söz çıxarır sözün içindən,
    şair öz sözündən bezməsin gərək.
    Demə: " Göz dünyanı görmək üçündü...",
    kor da öz gözündən bezməsin gərək.
    ...Bu köhnə sözlərə,
    kimdi o gülən?
    Hanı təzə sözün, atam balası?!
    Allah bu dünyadan
    bezmirsə hələ,
    Bəndə niyə bezsin, atam balası?!
    Daha dil dəyməyən bir söz qalmayıb;
    Nə təzə dərdim var,
    nə təzə sözüm.
    Demə: " Yaşamağa həvəs qalmayıb...",
    Mənim ölməyə də
    yoxdu həvəsim.
    Çoxları bəyənmir, yemir sözümü,
    Nə çıxar un kimi söz ələməkdən?
    Burdan yamayırsan, ordan süzülür,
    əl çək bu dünyanı təzələməkdən.
    Bu köhnə dünyadı; elə-beləcə
    gördüyün kimidi, özgə cür deyil.
    Hamı öz ömrünü alıb-verəcək,
    hamı al-verdədi,
    kim tacir deyil?!
    Ana sevgisinə, ata gücünə
    havayı aldığın ömrü baha sat.
    Aldanma heç kimə, satma heç kimə,
    satsan, öz ömrünü sən Allaha sat!..
    Amma Allaha da satma sözünü,
    demə ki, satdığın varaqda sözdü.
    Allah necə alsın özü-özünü,
    Allahın CANI yox,
    Allah da SÖZDÜ!...
    Nə çoxdu dik gəzib
    ucuz söz satan,
    Nə çoxdu yendirən ayağa
    sözü.
    Sən özün tapdana-tapdana, atam,
    Necə qaldırmısan Allaha sözü?!
    Allahı dünyayla barışdırmısan,
    qıraqda gəzməsin gözün Allahı.
    Dünyanı Allahla barışdırmısan;
    Allahın qulusan
    Sözün Allahı.
  • Krátké a kreslené filmy

Komentáře • 82

  • @yeganequliyeva664
    @yeganequliyeva664 Před 5 lety +8

    Tanrı özü yazıb yazılanları, ha pozmaq istəsən bir xeyri yoxdu..Ürəyə yatımlı misralar. Allahın bizlərə bəxş etdiyi əvəzsiz səs və ifa. Tanrı sizi qorusun Kamran bəy🙏

  • @yeganequliyeva664
    @yeganequliyeva664 Před 4 lety +5

    Demə:"Yaşamağa həvəs qalmayıb...",
    Mənim ölməyədə yoxdur həvəsim. ❤️❤️❤️❤️❤️🙏

  • @nezaketkrimovaehmedova2103

    Ad günün mübarək 100yaşayasan sənin yaradıcılıgına xalqımın ehtiyacı var🌹🌹🌹🌹🌹Var olasan💐💐💐💐💐🙋👍Neynim necə edim deməyəsən Allah bütün arzularını versin ogul🌹🌹🌹

  • @hemidhemid8677
    @hemidhemid8677 Před 3 lety +3

    Demə, yawamağa həvəs qalmayıb
    Mənim ölməyə də yoxdu həvəsim
    Səsimizə Sağlıq!

  • @lolaazeri3917
    @lolaazeri3917 Před 4 lety +4

    Allah özü qorusun sizi🙏Xalqımıza, sevdiklərinizə ,sevənlərinizə çox görməsin.

  • @fatimulusoy4228
    @fatimulusoy4228 Před 5 lety +6

    ALLAH qorusun Sizleri

  • @kmalm3909
    @kmalm3909 Před 6 lety +21

    Mənə görə Ən gözəl mövzu..... Tanrımı çox sevirəm...,qoy O, sizi həmişə bütün pisliklərdən qorusun Amin.

  • @userzemfira8022
    @userzemfira8022 Před 5 lety +4

    Sag olun .Allah sizi qorusun. sesinizle beraber. Minnetdaram italariniza gore.Halal olsun!.......

  • @cickyags4191
    @cickyags4191 Před 3 lety +2

    Allahın qulusan
    Sözün ALLAHI❤️❤️❤️

  • @lolaazeri3917
    @lolaazeri3917 Před 4 lety +4

    İlahi....Nə gözəl səsləndirmisiniz.

  • @adilemiriyeva4893
    @adilemiriyeva4893 Před 3 lety +3

    Ürək öz sevgisindən bezməsin gərək...

  • @rufatmammadov5112
    @rufatmammadov5112 Před 6 lety +8

    Allah Ramiz beyle sizi özu qorusun Kamran bey 🙏💝💝

  • @fuadabbasov7385
    @fuadabbasov7385 Před 5 lety +3

    Allah size omur versin.Weir konkret aparir .

  • @renaagabekova1741
    @renaagabekova1741 Před 3 lety +1

    RAMIIZ RÖVŞƏN , KƏMRAN.M. YÜNIS .ALLAH SIZI GORUSUN .

  • @eliiskenderli3646
    @eliiskenderli3646 Před 6 lety +9

    NƏ GÖZƏL SÖZLƏR! NƏ GÖZƏL İFA!!!! ALLAH O GÖZƏL SƏSİNİZİ , İFANIZI ƏSKİK ELƏMƏSİN. VAR OIUN!!!

  • @snsizolsmbagsla5814
    @snsizolsmbagsla5814 Před 6 lety +6

    Ramiz Rövşənin şeirləri qəlbə yatımlıdır.
    Allah ömür versin inşallah.

  • @lolaazeri3917
    @lolaazeri3917 Před 4 lety +2

    Möhtəşəm ifaya nə deyəsən.......Bu tək sizdə alınır.

  • @lolaazeri3917
    @lolaazeri3917 Před 5 lety +6

    Cox mukəmməl bir şeir ifası isə tam başq.Yaxşı ki sizi tanıdım..Allah ömur versinsizə səsinizi qorusun.

  • @gulshanhuseynova138
    @gulshanhuseynova138 Před 4 lety +3

    Allah sağlığlı ömür versin Bizim Ramiz Rövşənə. Şer şairin özü demişkən:- təpədən dırnağa məntiqdir Kamran M. Yunis Var Olun!

  • @zumrudhajiyeva5271
    @zumrudhajiyeva5271 Před 4 lety +3

    Kamran müəllim, Ramiz Rövşəni ikinci bir kəs sizin kimi anlada bilməz 🌊💙 Hər ikiniz bir dəryasınız😍😍

  • @minayeazimova6597
    @minayeazimova6597 Před 5 lety +3

    Allah her ikinizi qorusun atam balasi. Mense olmekden otru OLUREM.........

  • @ulvyyarahml5671
    @ulvyyarahml5671 Před 6 lety +6

    Allahın qulusan
    Sözün Allahı.......
    Möhtəşəm.....Ramiz Rövşən dühası....!!!
    Və həmişəki kimi gözəl ifa!
    Təşəkkürlər!

  • @kamrankamran9149
    @kamrankamran9149 Před 6 lety +3

    Coooox coox. Gozel ifa

  • @user-zt8ed8xg7g
    @user-zt8ed8xg7g Před 4 lety +1

    Bir nöqtəyə baxmaq nə qözəl

  • @esmirakrimova1315
    @esmirakrimova1315 Před 4 lety +2

    Bu seiri canli dinlemek yasamaq bir basqa idi

  • @fatimulusoy4228
    @fatimulusoy4228 Před 4 lety +2

    Hamı söz çıxarır sözün içindən

  • @minayeazimova6597
    @minayeazimova6597 Před 5 lety +3

    Unudulmayacaq Ramiz Rovwen. Cox sagolun Kamran bey

  • @turalabdurahmanov8820
    @turalabdurahmanov8820 Před 6 lety +5

    Təşəkkürlər.Var olun Kamran bəy. Səsinizlə ruhumuz qidalanır. Allah sizə yar olsun!

    • @kamranmyunis
      @kamranmyunis  Před 6 lety +2

      Tural Abdurahmanov Siz var olun bəy!!!

  • @ruxammmdova1062
    @ruxammmdova1062 Před 6 lety +4

    2 möhtəşəm şəxsiyyətin əməyi 👏👏

  • @omerhemzeli3733
    @omerhemzeli3733 Před 4 lety +1

    Əhsən,səsinizə qüvvət,var olun!

  • @renaagabekova1741
    @renaagabekova1741 Před 4 lety +1

    ƏLA! ÇOX GÖZƏL! SAX OLUN ,VAR OLUN !

  • @RenaAgabeyova-bc7uz
    @RenaAgabeyova-bc7uz Před 11 dny +1

    Allahin gulusan .Allahin sezy.

  • @nezaketkrimovaehmedova2103

    Gözəl sənətkar sənin əsərlərin elə hopub ki qəlbimizə sən qarışıq orada daimi yuva qurub....Allah səni qorusun Əsrin yarısını necə başa vurmusansa ikinci yarısını da eləcə xeyirli və ugurlu başa vurasan🌹🌹🌹❤👍👍👍

  • @kamalabagirova5289
    @kamalabagirova5289 Před 6 lety +4

    Sevirem Ramiz Rovseni. ..Sizin ifaniz sevgimi bire yuz artirdi. Her sabah size qulaq asmadan evden cixmiram, ruhumu qidalandiriram, inanin ki, gun boyu mene guc verir. Minnetdaram size.

  • @esmirakrimova1315
    @esmirakrimova1315 Před 5 lety +5

    Ay Kamran m seirlerinizi təkrar təkrar dinləyirəm.her dəfədə bir başqa duyğular yaradır.cox çox xais biraz dincəlin sonra davam edin serlere.

  • @alihsn9662
    @alihsn9662 Před 4 lety +2

    Arada bir nədənsə məsələn bir sözdən və övladin məhəbbətindən və ya digər şeydən feyz alanda həmən an Allahı xatirlayib deyirəm; Ey mənim Allahim, yalnız və yanliz sevgi Sənədir və Sən təksən şərikin yoxdur"
    Ustada da təşə təşəkkür edirəm.

  • @extrim_elektrik4910
    @extrim_elektrik4910 Před 6 lety +3

    Bu gozel melahetli sese Allah quvvet versin. Gozel gozlumm, nur simalim KAMRAN BEY

  • @melekqizz6544
    @melekqizz6544 Před 6 lety +5

    Ramiz Rovwen ve Kamran muellim cox gozel alinib tewekkurler senetkarlara💐👏💐👏💐👏💐👏💐👏💐👏

  • @zehrafatime9898
    @zehrafatime9898 Před 6 lety +4

    Ramiz Rovsen seirleri derin,felsefi şeirdi,her insan onu anlaya bilmez

  • @zumrudhajiyeva5271
    @zumrudhajiyeva5271 Před 3 lety +2

    Ne gözeldir musiqinin vehdeti....misralar....Kamran muellim, sizin sehirli ifaniz....poeziya geceleri canlanir gozumun önündə....Vaqif Semedoglu demisken, lap uzaq yasil adaya dönüb ele bil dünyanin düz vaxtları....teatr...tədbir...poeziya geceleri....elçatmaz bir ulduz olub sanki her şey....əndişəsiz günlərimiz ərşə çəkilib.... ümid edək....bu səhifəyə yigisib ümid edek...dünyanin düz vaxtinin geleceyi günə qədər...☘

    • @yeganequliyeva664
      @yeganequliyeva664 Před 3 lety +1

      Amin! Zümrüd xanım, Allah bir daha qismət eləsin gözəl Gecələrdə görüşməyi! 🙏

  • @elmirqenberov9873
    @elmirqenberov9873 Před 6 lety +3

    Ehsennn

  • @sevdakerimzade3848
    @sevdakerimzade3848 Před 6 lety +2

    Ramiz Rovsen poeziyasi qarsisinda sadece baş eymek olar. Kamran bey sesinize ve ureyinize sagliq. Mohtesem ikili...

  • @mftunhuseynyazar5728
    @mftunhuseynyazar5728 Před 3 lety +1

    Əla alınıb.

  • @ramileliyeva2425
    @ramileliyeva2425 Před 3 lety +1

    Çox gözəl.Allah qorusun sizi

  • @user-sv5bc9gi7l
    @user-sv5bc9gi7l Před 3 lety +1

    Безупречна.👏👏👏

  • @zauristamov1548
    @zauristamov1548 Před 5 lety +2

    Bu qaçırmışdım gözəl səsləndurmisiz şairdəki superdi çox dərindi adam itir şerin içində musiqilərdə söz ola biləməz indi belə əsər yazan yoxdu....

  • @kerbalayev
    @kerbalayev Před 5 lety +3

    Sagol, Kamran, ot dushi!

  • @aytacnaz844
    @aytacnaz844 Před 6 lety +2

    Elbetteki super seslendirme like★

  • @rustamyolamanovich1780
    @rustamyolamanovich1780 Před 4 lety +2

    QECƏ SAAT 4~OLDU MƏN HƏLƏDƏ SİZİN MƏNALİ QÖZƏL URƏYƏ TOXUNAN ŞERLƏRİNİZƏ QULAĞ ASİRAM 1~2~3~HEY DİNLƏYƏSİM QƏLİR.ALLAH SİZİ QORUSUN🙏🙏🙏🙏🙏🙏🙏

  • @fatimulusoy4228
    @fatimulusoy4228 Před 4 lety +3

    354👍məndən

  • @gunelyusifli9773
    @gunelyusifli9773 Před 6 lety +2

    Kamran bəy Allah qorusun sizi,səsinizə sağlıq.Ramiz Rövşən poeziyasını sevirəm,vurğunuyam,sadəcə heyranam.ən çox da "atam balası"nı sevirəm.sizin ifanızda da çox gözəl səslənir👍

  • @semssems3667
    @semssems3667 Před 6 lety +6

    Çox mənalı düşündürücü sözler misralar👍ifanıza üreyinize sağlıq Kamran bey 👏Ramiz Rövşen şerlerinin tek ve mahir ifaçısı💖👍

  • @ceyhunbabayev2589
    @ceyhunbabayev2589 Před rokem +1

    Dünyanı Allahla barısdırmanın yolu Gurandır.
    Gurandan kənar keçən ömür virandır.
    Dünyaya agalıg edenler masson, tirandır.
    Dünya sıxıntılar,məşəggətlər məkanıdır .
    Dünya sene öz sevgisini bu cür tanıdır.
    Gel dost olma bu goca ifrinle sen.!
    Daim muxalif ol öz nifrinle sen.!
    Menden uzag ol gözelinle,kifirinle sen!
    Daim celb eyleme meni öz fikrinle sen !

  • @ilhamatalibzade2545
    @ilhamatalibzade2545 Před 5 lety +2

    Çox bəyənirəm həm səsinizi, həmdə ifanızı. Çox təşəkkür edirəm

  • @letifequliyeva9552
    @letifequliyeva9552 Před 4 lety +2

    👏👏👏👏👏👏👏👏

  • @fidanakber5487
    @fidanakber5487 Před 5 lety +2

    Tewekurler....

  • @mehribancefer5665
    @mehribancefer5665 Před 4 lety +1

    Ver sözə ehya ki,səni tutuqca xabu əcəl
    Edə,hər saət səni ol uyqudan bidar söz!.
    M.Füzuli.

  • @aynuralsanova1750
    @aynuralsanova1750 Před 5 lety +2

    Sadəcə Mükəmməl👏👏👏

  • @nihatpiriyev3843
    @nihatpiriyev3843 Před 6 lety +2

    zirvə!

  • @imanquluburciyev8173
    @imanquluburciyev8173 Před 4 lety +1

    Sənə məktub yazıram,
    Ömrün hüdudlarından...
    Özümə arxayınam,
    Çıxmamışam yadından...
    Sən yarımçıq əsərsən,
    Səni itirmək olmur...
    İtkilərim çox olub,
    Səni itirmək olmur...

  • @nezaketletifova1118
    @nezaketletifova1118 Před 2 lety +2

    🎧👍👍👍

  • @xatiraheydarova3677
    @xatiraheydarova3677 Před 6 lety +2

    Allah ürəyinizə görə versin...

  • @xatireemrahova2534
    @xatireemrahova2534 Před 3 lety +1

    🙏

  • @alihsn9662
    @alihsn9662 Před 4 lety +1

    Eşqin məni divanə edir hər dəmi gəlsə.
    Divanəni pərvanə edir şəm, qəmi gəlsə.
    Xarkov 17.05.2016.

  • @yeganequliyeva664
    @yeganequliyeva664 Před 4 lety +3

    Nə çıxar un kimi söz ələməkdən?❤️🙏

  • @leylaqemberova9790
    @leylaqemberova9790 Před 3 lety +1

    ♥️♥️

  • @aygunaygun8263
    @aygunaygun8263 Před 4 lety +2

    Bu zəhrimar darıxmaq
    Çıxacaq axırıma
    Bilirsənmi bircə dənəm

  • @fatimefatime8870
    @fatimefatime8870 Před 4 lety +2

    🎧 415👍 👏

  • @ruslan2007
    @ruslan2007 Před 6 lety +2

    Yaşayın hər zaman!!!😍❤👍💖

  • @aynurkerimli5868
    @aynurkerimli5868 Před 6 lety +3

    Düz sözə nə deyəsən? Doğurdan hanı təzə söz deyən? Sevirəm dərin mənalı sözləri.Söz tapnıram deməyə Allah qorusun sizi. də, Ramiz Rövşəni də ,🙏

  • @renaagayeva2817
    @renaagayeva2817 Před 6 lety +2

    Allah sizi qorusun bütün pisliklərdən inşAllah 🙏🙏

  • @yeganequliyeva664
    @yeganequliyeva664 Před rokem

    ....Bu köhnə sözlərə kimdi o gülən?🎧🌹🌹🌹🌹🌹🙏

  • @nadirrzayev4755
    @nadirrzayev4755 Před 3 lety +1

    * * *
    Söz danışaq,söhbət edək mənalı
    Dünyanı öyrənək sual cavabla
    Fikirlər olsun qızıldan bahalı
    Hərə gəlsin əlində bir kitabla
    Elə mövzu seçək, ürəyə yata
    Nitqə yaraşıqdır dahi kəlamı
    Arada bir, yer verək zarafata
    Yığcam ifadələr yormur adamı
    Elmimizlə,biliyimizlə bölüşək
    Ünsiyyəti qoy bəzəsin fəlsəfə
    Öyrənib,öyrədək, inkişaf edək
    Dərin mənalar axtaraq hər dəfə
    Həvəsliyəm,varam belə məclisə
    Biri danışa,qalanları dinləyə
    Mümkün deyil kimsə sözünü kəsə
    Arif odur növbəsini gözləyə
    Arif odur həm dinləyə həm deyə

  • @user-be4yi7zd8f
    @user-be4yi7zd8f Před 4 lety +2

    Ех ай Камиан бей бу гедер дердлерле йашамаха хевес вармы Азербайцан дерди ,вирус, аиле ,мешет сайсам гутармаз сенденен йашамаха хевес вармы

  • @behbudovamanzar
    @behbudovamanzar Před 2 měsíci +1

    Salam lar! Elə dünya da kohnedir, söz də!Ona təzəlik qatan sair sözüdür!"Söz" qəzəl ini xatırladım!Dahi Nizami də sözə dəyər verib:"Sözün də su kimi lətafət i var!_!İnci tək sözlər seç..deyib!"Adam var, yanında olsan,bir qədərTamam unudular dərdin,məlalin!Adam var bir kəlmə danış sa,əgər!Dəymişin durmuşkən tökülər kalin!Adam var cürbəcür,adam var min_ min Hər gizli sirri var oz ürək lerin!Hər il qisdan sonra gəlsə də bahar!Yenə hər baharin öz aləmi var!(B.Vahabzadə)İndi mən də sizə bu kohnə şerin sozləri ilə deyirəm ki,kohne söz yoxdur!Kohne insanlar var!Bizim kimi kohnələrin dilində sozlər də yenilənir!Hər zaman xos sədaniz gəlsin!Kamran bey! Təşəkkürlər!🙏🌹

  • @samiraqdirli6543
    @samiraqdirli6543 Před 6 lety +3

    *DAHA YAŞAMAĞA HƏVƏS QALMAYIB*

  • @cickyags4191
    @cickyags4191 Před 3 lety +2

    ❤️549❤️

  • @ayxanimamverdili6703
    @ayxanimamverdili6703 Před 6 lety +10

    Allah sizi qorusun ne yaxsiki sizi tanidiq,tanidiqca sevdik.Ramiz Rovsennen bir daha olmayacaq!dahi insan her insan anlaya bilmez onun weirlerinin derinliyini.Kamran bey sag olun var olun sizi tanrim qorusun.

  • @fuadismayilov1093
    @fuadismayilov1093 Před 5 lety +3

    Çox menalı ifa edirsiniz Kamran bey Sesinize qüvvet