Video není dostupné.
Omlouváme se.

Cabir Novruz - Sən elə bir vaxtda rast gəldin mənə - Kamran M. YuniS

Sdílet
Vložit
  • čas přidán 24. 05. 2021
  • Cabir Novruz - Sən elə bir vaxtda rast gəldin mənə
    Bəstəkar - Emin Sabitoğlu
    Sən elə bir vaxtda rast gəldin mənə,
    Qurumuş bulağam,bulanmış suyam.
    Sən elə bir vaxtda rast gəldin mənə,
    Oxunmus nəğməyəm,çalınmış toyam.
    Nə gücüm çatdı ki,səndən yapışım,
    Nə gücüm çatdı ki,səndən qaçam mən.
    Nə odum oldu ki,yanam alışam,
    Nə şəhrim oldu ki,cavanlaşam mən.
    Sən elə bir vaxtda rast gəldin mənə,
    Ömrün payız vaxtı,xəzəl çağıydı.
    Sən elə bir vaxtda rast gəldin mənə,
    Sənin gəncliyinin gözəl çağıydı.
    Nə deyə bildim ki,tutmaz sevdamız,
    Nə deyə bildim ki,tutar bizimki.
    Bizimdir səmada axan o ulduz,
    O uzaqda itən qatar bizimdir.
    Sən elə bir vaxtda rast gəldin mənə,
    Dayanıb durmuşdum yol ayrıcında.
    Sən elə bir vaxtda rast gəldin mənə,
    Bir üzüm cavandı,bir üzüm qoca.
    Nə deyə bildim ki,sevən çağımdır,
    Nə dedim:sevirəm mənə dayaq ol.
    Nə deyə bildim ki,mənə yaxın ol,
    Nə deyə bildim ki,məndən uzaq dur.
    Sən elə bir vaxtda rast gəldin mənə,
    Ömrün esq badəsi içilmiş idi.
    Sən elə bir vaxtda rast gəldin mənə,
    Mənzilimin çoxu keçilmiş idi.
    Sən elə bir vaxtda rast gəldin mənə,
    Bu necə fəsildi,necə vaxt idi?
    Sən elə bir vaxtda rast gəldin mənə,
    Bu necə taledi,necə baxt idi.
    Nə deyə bildim ki,pənahsızam mən,
    Nə deyə bildim ki,pənah məndədir.
    Nə deyə bildim ki,günahsızam mən,
    Nə deyə bildimki günah məndədir.
    Sən elə bir vaxtda rast gəldin mənə,
    Özüm öz halıma gülmək istədim.
    Sən elə bir vaxtda rast gəldin mənə,
    Təzədən dünyaya gəlmək istədim.

Komentáře • 147

  • @DenizDenz-bf3pd
    @DenizDenz-bf3pd Před 6 měsíci +3

    Şairlərin sözlərdən şeir toxumaqlarına heyranam.İfanız ruhsaldır.

  • @sahibealiyeva9228
    @sahibealiyeva9228 Před 2 lety +15

    Cabir Novruzun ruhu qarşısında Baş Əyirəm! Sənətkarın üç oğlundan biri də bu dünyada yaşamır.Allah haqq dünyalarını versin.Amin.

  • @Cickliyeva-qm8sl
    @Cickliyeva-qm8sl Před rokem +4

    Allah Cabir Novruza rəhmət eləsin. Sizə isə Allah cansağlığı versin, sənətkarımız. Özünüzü qoruyun, sizə çox ehtiyacımız var

  • @tamerlannecefli6240
    @tamerlannecefli6240 Před rokem +5

    ALLAH Cabir Novruza rehmet etsin!Kamran muellim,ne yaxşi ki,varsiniz.Şairlerin qiymetli eserlerini ruhumuza yeridirsiniz!!!!ALLAH qorusun sizi!AMIN!

  • @Ulyana_Vlog_Yt
    @Ulyana_Vlog_Yt Před 8 měsíci +2

    Что же надо пережить чтобы написать такие стихи , очень-очень глубоко😢❤❤❤❤

  • @ifritlrshzadsi4870
    @ifritlrshzadsi4870 Před 2 lety +6

    Sizin..şeirləriniz..elə..bir..vaxtda..rast..gəldiki..mənə..içimdəki..boşluğu..doldurdu...

  • @DenizDenz-bf3pd
    @DenizDenz-bf3pd Před 6 měsíci +2

    Təzədən dünyaya 🌏gəlmək 👣istədim👏👏💐💐💐

  • @afqanhuseynov2345
    @afqanhuseynov2345 Před 9 měsíci +1

    Hər gun sizə qulaq asmaq rejim olub cox huzurlu

  • @lalefeteliyeva4484
    @lalefeteliyeva4484 Před 3 lety +7

    Bizim qoca təbiyyətin
    Amansız bir qanunu var
    Vaxtsız dəyən bir meyvəni
    Şaxta kəsər dolu vurar😔

  • @yeganequliyeva664
    @yeganequliyeva664 Před 3 lety +10

    Sən elə bir vaxtda rast gəldin mənə,
    Bir üzüm cavandı, bir üzüm qoca.😌❤️

  • @user-wx8lo8ki1f
    @user-wx8lo8ki1f Před 11 měsíci +1

    Teşekkürler.Sesinize , ürəyinizə sağlıq! Allah şairimize de gani- gani rehmet etsin!!!

  • @Qadngeyimleri-pt3gx
    @Qadngeyimleri-pt3gx Před 9 měsíci +2

    Hər şey zamanında gözəldir...Payızda vaxtsız çiçəkləmiş agac kimidir..

  • @boral9644
    @boral9644 Před 2 lety +2

    mənə elə gəlir şair burada yaşlı bir adamın gənc qadına aşiq olmasını vurğulayır.sevdiyini deməyə çəkinir

  • @lolaazeri3917
    @lolaazeri3917 Před 3 lety +5

    Sən elə bir vatda rast gəldin mənə,
    Təzədən dünyaya gəlmək istədim.

  • @ceyhunbabayev2589
    @ceyhunbabayev2589 Před 2 lety +3

    Cavanlıg karvanı getdi gecikdim.
    O karvanın sarvanı gocalıg imiş.
    Gışgırdım ,çığırdım ,yoruldum,bitdim
    Hayıma susmayan demə əcəlmiş.

  • @yeganequliyeva664
    @yeganequliyeva664 Před 3 lety +11

    Gecəniz xeyir olsun Dəyərli Sənətkarımız🙏❤️

  • @sevilrustamova2574
    @sevilrustamova2574 Před rokem +3

    Gözəl şeir,möhtəşəm ifa.
    Var olun,can saglıgı.🙏🙏🙏👏👏👏👏👏🌟🌟🌟🌟💐💐💐💐💐

  • @yeganequliyeva664
    @yeganequliyeva664 Před 3 lety +12

    Gözəl şeir! Ruhu şad olsun böyük Şairimizin!🙏

  • @qoncarzayeva5472
    @qoncarzayeva5472 Před 5 měsíci +1

    Əla çox gözəl səsləndirmə ömrünüz uzun olsun

  • @selaleselale1978
    @selaleselale1978 Před 3 lety +4

    Kaş ki , rast gəlmələr vaxtsız olmazdı.
    İçini yandıran xatirələr... olmazdı.

  • @cickyags4191
    @cickyags4191 Před 2 lety +6

    Nə deyə bildim ki, mənə yaxın ol,
    Nə deyə bildim ki, məndən uzaq dur. 💐💐💐💐💐

  • @konulbayramova3514
    @konulbayramova3514 Před 3 lety +6

    USTAD ❤️ DEYERLIMIZ ❤️ RUHUMUZUN DERMANI❤️ ZIRVELERI FETH EDEN SENET SERKERDEMIZ ❤️

  • @yaqutosmanl5593
    @yaqutosmanl5593 Před 3 lety +11

    Ruhunuzdan ürəyinizdən bizlərə hədiyyə etdiyiniz bu gözəlliyə görə sizə minnətdaram Bəy.

  • @baharmemmedova3068
    @baharmemmedova3068 Před 2 lety +3

    O qeder tesir etdi ki soz tapa bilmirem yazim.var olun.

  • @konulbayramova3514
    @konulbayramova3514 Před 3 lety +3

    SEN ELE BIR VAXTDA RAST GELDIN MENE..
    TEZEDEN DUNYAYA GELMEK ISTEDIM...
    ELE DE OLDU....😔 SANKI DUNYAYA TEZEDEN GELDIM...AMMA AGRILAR SENGIMEDI KI...
    MINNETDARAM SIZE 🙏🙏🙏 USTAD

  • @Anna-yj2cp
    @Anna-yj2cp Před 3 lety +13

    Любовь приходить неожиданно,она не определяются временем ...однажды ты просто влюбляшься на его взгляд...💘Спасибо Автору!!!Камран,Спасибо за прекрасный голос !!!👏👏👍Творческих успехов Вам !!!

  • @DenizDenz-bf3pd
    @DenizDenz-bf3pd Před 6 měsíci +1

    Ömrün payız 🍁vaxtı,xəzəl 🍂çagıydı.

  • @niciperi7602
    @niciperi7602 Před 2 lety +5

    Allah Cabir Novruzu rəhmət eləsin sizədə cansağlığı versin var oıun sənətkar

  • @user-uo7li4kc7l
    @user-uo7li4kc7l Před 6 měsíci +1

    💯🌹🌹🌹🌹 MÖHTƏŞƏM İfa Möhtəşəm şeir

  • @fatmaxanlmdadasova5587
    @fatmaxanlmdadasova5587 Před 2 lety +3

    Cox gozel dediniz sesinize quvvet

  • @user-ph6wg4md2w
    @user-ph6wg4md2w Před rokem +2

    Cox sag olun bele gozel hislere gore

  • @CavidQeribovdniolsannedrsn

    Rasd gəlməyəydim sənə kaş ki heç çıxmayaydın qabağıma kor etdin qəlbi gözü kor etdin qəlbimi

  • @yeganequliyeva664
    @yeganequliyeva664 Před 3 lety +11

    Sən elə bir vaxtda rast gəldin mənə
    Ömrün payız vaxtı,xəzəl çağıydı❤️

  • @azize4
    @azize4 Před 3 lety +5

    Bizimdi səmada axan o ulduz,
    O uzaqda itən qatar bizimdir..
    SEVİMLİ SƏNƏTKARIMIZ, TƏŞƏKKÜRLƏR

  • @yldzlgece7127
    @yldzlgece7127 Před 3 lety +2

    SƏN ele bir vaxtda rast gəldin mənə
    Təzədən dunyaya gəlmək istədim...

  • @lman2282
    @lman2282 Před 2 lety +3

    Sən elə bir vaxta rast gəldin mənə sənin gəncliyinin gözəl çağıydı

  • @DenizDenz-bf3pd
    @DenizDenz-bf3pd Před 6 měsíci +1

    Həyat çoxxx qəribədir.💐

  • @nurcahan6353
    @nurcahan6353 Před 3 lety +8

    Allah Rəhmət eləsin Cabir Novruzu...

  • @ayselisgenderli7199
    @ayselisgenderli7199 Před 2 lety +2

    Nece temkinli deyirsiz .Vurgunuyam sesizin🥰

  • @ismayilsirinov2291
    @ismayilsirinov2291 Před 3 lety +6

    Bu şeiri çox sevirdim. Sizin sayənizdə lap çox sevdim. Bayaqdan bəlkə 10 dəfə qulaq samışam sizə. Var olun əziz sənətkarımız. Cabir Novruz -Allah sizə rəhm rəhmət eləsin.

  • @yldzlgece7127
    @yldzlgece7127 Před 3 lety +2

    SƏN elə bir vaxtda rast gəldin mənə ,
    Nə deyə bdim ki ,sevən cagimdi ,ne deye bildim ki ,sevirem mənə dayaq ol...(((

  • @resmiyyebabayeva8727
    @resmiyyebabayeva8727 Před 3 lety +3

    Keçmişləri yaxın və əlçatmaz eyləyən bir ifa və ya təssüf qarışıq keçilməyən sevgi dolu sevgisiz bir ömür xatirələri Allahdan şairimizə rəhmət sizə ömür boyu sevgilər sevənlər dilərəm Kamran bəy

  • @mehribanhasanova5396
    @mehribanhasanova5396 Před rokem +2

    Bravo!

  • @gulnazquluyeva7990
    @gulnazquluyeva7990 Před 2 lety +2

    Axşamınız xeyir mən həmişə sizə qulaq asib sonra yuxuya gedirəm ruhum rahatlaşır sizə təşəkür edirəm

  • @sahibealiyeva9228
    @sahibealiyeva9228 Před 2 lety +3

    Sizin bu kövrək çıxışlarınız Məndə keçmişin : qayğısız Atalı- Analı günlərimi xatırladı.Ancaq bu günki həyat romantikliyi yox, reallığı sevdiyi üçün yuxulardan tez də ayılıram.Nə işə...Hər kəsin kövrək məqamları olur...

  • @yldzlgece7127
    @yldzlgece7127 Před 3 lety +3

    SƏN elə bir vaxtda rast gəldin mənə
    Özum öz halima gulmək istedim ...(((

  • @lolaazeri3917
    @lolaazeri3917 Před 3 lety +6

    Sən elə bir vaxtda rast gəldin mənə,
    Ömrün payız vaxtı, xəzəl çagıydı.
    Sən elə bir vaxtda rast gəldin mənə ,
    Sənin gəncliyinin gözəl çagıydı...

  • @user-gl9ur9fh1v
    @user-gl9ur9fh1v Před 2 lety +6

    Cabir Novruzun bu seirini men cox sevirem..
    Tesekkurler Kamran bey! 🧡🧡

  • @renaagabekova1741
    @renaagabekova1741 Před 3 lety +2

    ALLAH GƏNI .GƏNI .RƏHMƏT ELƏSIN .UNUDULMAZ ŞAIR .ĞABIR NOVRUZ .RUHU ŞAD OLSUN .AMIN!

  • @SssSss-dg8di
    @SssSss-dg8di Před 2 lety +2

    Nə sehrim oldu ki, cavanlaşam mən

  • @turkancabbarova5440
    @turkancabbarova5440 Před 3 lety +5

    Dəyərli şairimizden,deyerli setirler.Deyerli ustaddan evezolunmaz seslendirme.

  • @yaqutosmanl5593
    @yaqutosmanl5593 Před 3 lety +3

    Şeir gözəl ifa möhtəşəm.

  • @zakirhsnov7842
    @zakirhsnov7842 Před 2 lety +3

    "Tələbə" şeirinin müəllifi-Cabir Novruz.Tələbə mahnısı bütün zamanların nəğməsidi.❤

  • @yeganequliyeva664
    @yeganequliyeva664 Před 3 lety +5

    ❤️2❤️

  • @tarlandadashov395
    @tarlandadashov395 Před 2 lety +2

    Sağ ol qardaş

  • @hemidhemid8677
    @hemidhemid8677 Před 3 lety +2

    Sən elə bir vaxtda rast gəldin mənə....
    Bu necə taledi,bu necə bəxtdı

  • @ayanesedova435
    @ayanesedova435 Před 2 lety +5

    Çox sevdiyi şerlərdən biri.Səsiniz şerə bir az da gözəllik qatır.Yeni yeni ifalarınızla bizi sevindirin.Sizə can sağlığı arzulaýıram

  • @yldzlgece7127
    @yldzlgece7127 Před 3 lety +2

    SƏN elə bir vaxtda rast gəldin mənə ....

  • @lolaazeri3917
    @lolaazeri3917 Před 3 lety +5

    Gözəl şeiri....Möhtəşəm səsləndirmisiniz.
    Var olun.👏👏👏👏👏

  • @nurlanamammedova8026
    @nurlanamammedova8026 Před 2 lety +2

    Sən elə bir vaxtda rast gəldin mənə.....

  • @ilhamdeniz4987
    @ilhamdeniz4987 Před 3 lety +3

    Yeniden dünyaya gelmek istedim...

  • @esmirakrimova1315
    @esmirakrimova1315 Před 3 lety +2

    Cox sag olun deyerli insan....

  • @axireheyderova7603
    @axireheyderova7603 Před 3 lety +3

    Coxx gözəl ifa,coxx möhtəşəm sözlərr, var olun🙏

  • @natellahemzeyeva3675
    @natellahemzeyeva3675 Před rokem +1

    Hər vaxtınız xeyir Sevimli Sənətkarımız 🙏😔

  • @ruhengizazimova8386
    @ruhengizazimova8386 Před rokem +1

    Угурлар Сизлере олсун

  • @renaagabekova1741
    @renaagabekova1741 Před 3 lety +2

    ÇOX SEVDIYIM ŞEYIRLƏRDƏN BIRIDI .ÇOX SEVDIYIM MÜHƏNNI .ZÖXRƏ ABDULLAYEVIN IFASINDA MAHNI OXUYÜR,Ç ALLAH ŞƏFASIN VERSIN , ALLAH GORUSUN,.......................................... .ÇOX GÖZƏL ..........BU NEÇƏ TALEYDI ? SƏN .ELƏ BIR VAXTTA , RAST GƏLDIN MƏNƏ, ÖZÜM ÖZ HALIMA .GÜLMƏK ISTƏDIM ..., SƏN, ELƏ BIR VAXTTA , RAST GƏLDIN MƏNƏ,...TƏZƏDƏN DÜNYAYA .GƏLMƏK ISTƏDIM . MƏN TEZ, TEZ GULAG ASIRAM BU MAHNIYA ..............ALLAH SIZI GORUSUN .KƏMRAN BƏY .VAR OLUN .VƏ .BU .ŞETR ÜÇÜN . MINƏTTARAM.

  • @gulbaharr
    @gulbaharr Před 3 lety +1

    O uzaqda itən qatar bizimdir...
    Çoox gözəl ifa..təşəkkürlər!!!

  • @lman2282
    @lman2282 Před 2 lety +2

    Bu şeyir tam bizdən bəhs edir hardasan 😔💔

  • @xatireemrahova2534
    @xatireemrahova2534 Před 3 lety +6

    Axşamınız xeyr olsun👏zəhməti əməyi kecən hər kəsə cox sagolun deyirəm🧿♥️🙏ürəkləriniz daim var olsun🌹

  • @aygunaygun8263
    @aygunaygun8263 Před 3 lety +2

    Kamran bey🙏🏻🙏🏻

  • @rsadmmmdov2102
    @rsadmmmdov2102 Před 3 lety +4

    Cabir Novruz qələmi və Kamran M.Yunis səhifəsi

  • @hsnumid7345
    @hsnumid7345 Před 3 lety +3

    Çox gözəl sözlər çox ifa var olun Kamran bəy.

  • @dogmabak.7045
    @dogmabak.7045 Před 3 lety +4

    Ruhu çiçək insan❤️🌸

  • @ranababanli4535
    @ranababanli4535 Před 3 lety +3

    Cox sevdiyim bir weirdir ve her bir insanin heyatinda olan genclik,yenitetmelik illerinin duyqulari olan bir sevdiyi,hormet etdiyi biri ile qarwilawmaq qorxusu olanda ureyinden kecen hisslerdir!
    Kamran bey! Yene oz temkinli,teselli dolu sesinizin tesirinden bu weile xususi don getindirdiyiniz ucun tewekkur edirem! 👏👏👏👏👏

  • @user-it7wi7qk8m
    @user-it7wi7qk8m Před 3 lety +2

    Salam точно в точку УСТАД благодарю 🙏 ВАС

  • @karimaliyev901
    @karimaliyev901 Před 2 lety +2

    Nur üzlü insan Səsiniz var olsun

  • @nazime759
    @nazime759 Před 3 lety +2

    Gözəl şeirdi
    Allah rəhmət eləsin dəyərli şairimizə
    Səsinizə canınıza ürəyinizə sağlıq gözəl insan

  • @yaqutosmanl5593
    @yaqutosmanl5593 Před 3 lety +3

    Xeyirli gecələr Dəyərli sənətkarımız

  • @afqanhuseynov2345
    @afqanhuseynov2345 Před 10 měsíci

    Yaşa min yaşa Kamran ustad . mukəmməl

  • @azerbaycanbaki3589
    @azerbaycanbaki3589 Před 3 lety +2

    Anıdən fikrimdən keçdi bu şerə məhz bu musiqi səslənəcək..ya
    nılmadım

  • @rsadmmmdov2102
    @rsadmmmdov2102 Před 3 lety +4

    Sevdiyim şerlərdən biri..

  • @sebrsebr9683
    @sebrsebr9683 Před 3 lety +2

    Ehhhh niye geldin axi niye artiq gecdi ama ureyim sözüme qulaq asmır...

  • @kamashemsa.8435
    @kamashemsa.8435 Před 3 lety +4

    Ardı-ardına gözəlliklər👏
    Var olun!

  • @ulviyyehacili6232
    @ulviyyehacili6232 Před 3 lety +1

    Çox gözəl mahnının sözləridir Cabir Novruz yaradıcılığı da əvəzsizdir təşəkkürlər sevimli sənətkarımız

  • @zhranzrli8333
    @zhranzrli8333 Před 2 lety +2

    Cox sağ ol sənətkar ruhumu təzələdin

  • @yaqutosmanl5593
    @yaqutosmanl5593 Před 3 lety +3

    Bu gecenin ikinci möhtəşəmliyi

  • @teriagayev8100
    @teriagayev8100 Před 3 lety +2

    Nə diyə bildim ki günahsızam mən...👍

  • @hokumeferecullayeva5582
    @hokumeferecullayeva5582 Před 3 lety +3

    Allah rəhmət etsin Cabir müəılimə, ruhu şad olsun. Allah Zeynəb Xanlarovaya ömür versin bu gözəl şeirə, bəstəyə mahnı oxuyub

    • @sonaxanimbabaqizi733
      @sonaxanimbabaqizi733 Před rokem +1

      Allah Tahir Əkbərə də rəhmət eləsin. Çox gözəl mahnı bəstələyib bu şeirə.

  • @mehmanmehdiyev9437
    @mehmanmehdiyev9437 Před rokem +2

    SÖZSÜZ!!!....

  • @skina-l9110
    @skina-l9110 Před 2 lety +2

    😢😢😢💔.............. cox saq olun 🙏

  • @user-fq2ec6tl9m
    @user-fq2ec6tl9m Před 2 lety +2

    Nə deyə bildim ki günahsızam mən Nə deyə bildim ki günah məndədir

  • @teranebagirova1128
    @teranebagirova1128 Před 3 lety +2

    Darıxmışdım....Sen ele bir vaxtda qarşıma çıxdın....

  • @gulnarhuseynzade1014
    @gulnarhuseynzade1014 Před 3 lety +2

    Bir sözlə möhtəşəm...

  • @azerbaba9807
    @azerbaba9807 Před 3 lety +2

    Allah qorusun Sizi Senetkar

  • @fatmayusifova3181
    @fatmayusifova3181 Před 3 lety +1

    Qəlbinizə səsinizə ruhinuza sağlıq USTAD

  • @nartavantagiyeva1535
    @nartavantagiyeva1535 Před 3 lety +2

    ŞERLERİNİZ CENNETLİK VAR OLUN 🙏❤️🌹🌹🌹🌹🌹❤️

  • @yaqutosmanl5593
    @yaqutosmanl5593 Před 3 lety +2

    Kamran bəy.. Cabir Novruz.

  • @amalyamehdiyeva3691
    @amalyamehdiyeva3691 Před 3 lety +1

    Çox gözel şeirdi.Var olun!

  • @letisxelefli5852
    @letisxelefli5852 Před rokem +2

    Var olasiz

  • @safelturk1104
    @safelturk1104 Před 3 lety +3

    😢