Faydasını Biləndən sonra HƏR GECƏ 1 Stəkan İçəcəksiz!

Sdílet
Vložit
  • čas přidán 17. 06. 2024
  • #demədidemə #xalqtəbabəti gülxətmi
    Gülxətmi çiçəyinin faydaları və zərərləri
    Bağçaları və çəmənlikləri bəzəyən gülxətmi çiçəyini tanıyanlar varsa, rəylərdə yazsın. Bəli, bu gün sizə gülxətmi çiçəyindən danışacağam.
    Gərgin iş rejimindən yorulanlar, qeyri-düzgün qidalanma nəticəsində ləng işləyən metabolizmalar, stressli günün sonunda şişkinlik hiss edilən mədələr, təlaşlı, istirahətsiz keçən günlərdəki kiçik yaralanmalar-bunların hamısının bir əlacı var: gülxətmi çiçəyi.
    Yol kənarlarında, boş ərazilərdə, parklarda, bostanların kənarlarında rastımıza çıxan gülxətmi, sadəcə, bəzək bitkisi deyil. Şəfalı xüsusiyyəti ilə bir çox xəstəliyə dəvadır. Boyu uzun olur. Gövdəsi xəfif tüklüdür. Çiçəkləri müxtəlif rənglərdə olur: sarı, çəhrayı, bənövşəyi, zoğalı və sair. Hər çiçəyin 5 ləçəyi var. İstənilən məkanda özünə lazım olan torpağı-qumlu və humuslu torpağı tapmaqda mahirdir. Aralıq dənizi sahilləri bitkinin ana vətəni sayılır. İstini və rütubəti sevir. Tibbi məqsədlə istifadə edilən gülxətmi bitki çaylarına harmonik dad qatır. Adətən, avqust ayında çiçək açır. Havanın qəfil dəyişməsinə dözür.
    Gülxətmi çiçəyinin faydaları.
    Tərkibindəki minerallar sayəsində gülxətmi insan orqanizminin sağlamlığını qoruyur. Faydaları bunlardır:
     Sakitləşdirici və sağaldıcı xüsusiyyətə malikdir;
     Sidikqovucudur. Sidik yollarında yığılan toksinləri xaric edir;
     Qandurulducudur;
     Orqanizmdə yığılan artıq mayeni xaric edir. Ödəm problemlərinizi gülxətmi ilə həll edə bilərsiniz;
     Tənəffüs yollarında baş qaldıran narahatlıqlardan bu şəfalı bitki sayəsində yaxa qurtarmaq şansınız var. Uzun sürən quru öskürəyi kəsir;
     Diş əti və ağız yaralarındakı mikrobları qırır;
     Daimi ağrıyan yaralar varsa, gülxətmi çiçəyindən püre hazırlayıb nahiyəyə qoyun. Qısa müddətdə ağrılar yox olacaq;
     Enerji verir;
     Bağırsaq narahatlıqları hər bir insanda qidalanma problemləri yaradır. Bu problemlərin həllində də gülxətmi çiçəyi köməyə çatır: bağırsaqların işini nizamlayır, nəcisi yumşaldır;
     Yuxu pozğunluğu və nizamsız yuxu rejimi insanları stressə salır. Gün ərzindəki enerji ehtiyatımızı yuxuya borcluyuq. Düzgün yuxu rejimi üçün gülxətmi çayı içmək faydalıdır-yuxugətiricidir;
     İş yoldaşlarınız, qohumlarınız qrip olubsa, özünüzü evə qapatmağınıza gərək yoxdur. Gülxətmi çiçəyi dəmləyin, için. Boğazınızdakı mikrobları qıracaq, immunitetinizi möhkəmləndirəcək və siz rahatca işə gedə biləcəksiniz;
     Ürəyin və qaraciyərin sağlamlığı üçün də gülxətmi çiçəyi əlçatan vasitədir;
     Dərinizin sağlamlığı naminə də evinizdən gülxətmi çiçəyini əksik etməyin. Kəsiklər, yaralar, səpkilər zamanı effektivdir;
     Üst tənəffüs yollarında yaranan narahatlıqlar üçün gülxətmi çiçəyi əsl həll yoludur. Boğazınızdakı infeksiyaları təmizləyəcək, rahat nəfəs almağınızı təmin edəcək;
     Arıqlamaq üçün pəhriz proqramı tətbiq edirsinizsə, bu müddəti zövqlü və asan keçirə bilərsiniz. İçilən gülxətmi çayı tərkibindəki minerallar sayəsində toxluq hissi verir və insan daha az yemək yeyir;
     Qadınlarda aybaşı sancılarını azaldır;
    Gülxətmi çayı necə dəmlənir?
    1 ovuc quru gülxətmi çiçəyini 2 stəkan qaynar suya qatın. Qabın üstünü yun şal ilə basırın və gözləyin. 15 dəqiqə sonra içə bilərsiniz. Bu çayı gündə 2 dəfə olmaqla, öynələr arasında içmək yaxşıdır. Çalışın, ən azı, 14 gün gülxətmi çayı için. Yalnız bu cür onun faydalarından yararlana bilərsiniz.
    Müntəzəm şəkildə qəbul edildiyində ürək-damar, dəri, bağırsaq və tənəffüs sistemi xəstəlikləri riskini aşağı salır, mövcud xəstəliklərə müalicəvi təsir edir. Demək mümkünsə, gülxətmi çayı təpədən dırnağa şəfa mənbəyidir. Enerjimiz azaldığında, bədənimizdə ağrı və ya yaralar olduğunda, həzm sistemində problem baş qaldırdığında gülxətmi çayı dəmləyib içmək həyat keyfiyyətimizi yaxşılaşdırır...
    Gülxətmi çiçəyinin zərərləri nələrdir?
    1) Hamilə və süd verən qadınlar gülxətmi çiçəyindən istifadə etməmişdən qabaq həkimlə məsləhətləşsələr, yaxşı olar;
    2) Diabet xəstələrinin müntəzəm şəkildə gülxətmi çiçəyi çayı içməsi bir az təhlükəlidir. Qanda şəkərin səviyyəsini aşağı saldığından, istifadədən əvvəl endokrinoloqla danışmaq lazımdır;
    3) Yaxın zamanda cərrahi əməliyyata girəcək olan insanlar da gülxətmi çayı ilə ehtiyatlı olmalıdırlar. Əməliyyatdan 15 gün əvvəldən gülxətmi çayının içilməsi dayandırılmalıdır. Qandurulducu xüsusiyyəti ilə gülxətmi əməliyyat zamanı qanaxmaya səbəb olar;

Komentáře • 74

  • @mubarizsahbazi7025

    Qoca nənələrimizin dediyinə görə mədə üçün ən faydalı dərman bitkilərindən biri qurudulmuş əvəliklə düyünü bişirərək yeməy lazımdır.

  • @bsartrsulova-fx1bb

    İLĞIM ŞİRKƏTİNDƏN DANIŞIRSIZ, XAHİŞ EDİRİK ONUN MƏHSULLARI HƏR MARKETDƏ OLSUN, XÜSUSƏN AZƏRBAYCAN RAZYANASI, İRANINKI ŞİRİN DADIR, BİZİMKİNİN EFİRİ BAŞQA DADIR, OLSUN MAĞAZALARDA!!!

  • @Ezize-yy1fu

    FAYDALI VIDEODIR ÇOX SAĞOLUN

  • @IsayevaSebine

    Cox sağolun

  • @ugurburjal7287

    Minnatdaram malumatiniz ucun

  • @user-wv2hn7ic6r

    Gedebeyde bizde coxdu Atam isdifade eliyir Ag ciyerinde prablem variydi baska ditkide qatir Cay duzeldir icir Ciyarini yaxsi Saxliyir mualice Eliyir dermana ehdiyaci yoxdu

  • @leilaabbas9189

    Çox sağ olun çox gözəl məlumat verirsiz

  • @gulickamamedova451

    Məlumat üçün çox sağ olun həyətimizdə çcx rəngləri var tumlarını yığıb əkirəm ❤

  • @sekeriskenderli2769

    ƏLA. TƏŞƏKKÜRIƏR.

  • @user-cu1fb9uk5s

    Təşəkkür Bağımda çox bitir

  • @dilarheydrova3398

    Allah razi olsun

  • @fsanseyidova7882

    Faydalı məlumat üçün təşəkkür edirik

  • @RustemPiradov-dv3zd

    Çox sağol Allah köməyiniz olsun bizlərə məlumat verdiyimiz üçün təşəkkür edirəm Allah qorusun sizi Allah köməyiniz olsun 👐👐👐👐❤❤❤❤👍👍👍👍

  • @gunayismayilova8739
    @gunayismayilova8739 Před 21 dnem

    Çox sağol gözel insan

  • @narsim790

    Əhsən sizə❤

  • @adilnuri6791

    Təşəkkürlər.... uğurlar

  • @rayaeminova4765

    Menim ücün nömre birdir cox faydasını körmüşem möhteşem bitkidir

  • @skintofiqi1032

    Uca Allahım sizdən cox razı olsun

  • @teltelek6959

    Sağ ol