Gündə 2 Mixək Çeynəyin - Bir Həftədən Sonra...

Sdílet
Vložit
  • čas přidán 26. 06. 2024
  • #demədidemə #azerbaycan #mixək
    Mixəyin sağlamlığa faydaları
    Yəqin hamının evində mixək var. Etiraf edirəm ki, onun insan sağlamlığına faydaları haqqında mən də çox şey bilmirdim. Buna görə, azacıq da olsa, araşdırmağa ehtiyac duydum. Bu videoda hər gün 1 mixək qəbul edildikdə, yaxud çeynəndikdə nələr baş verəcəyi haqqında danışacağam.
    Mixək təbiət möcüzəsidir desək yanılmarıq. O, insan orqanizminə olduqca faydalıdır. İndiyədək mixək haqqında çox sayda elmi araşdırma aparılıb. Ağrıkəsici xüsusiyyəti ilə, yəqin ki, çox adam tanışdır. Diş ağrısı zamanı ağızda çeynəmək, yaxud ağrıyan dişin dibinə qoymaq kimi bir üsulu tətbiq edənlər rəylərdə yaza bilərlər.
    Mixəyin tərkibində evgenol adlı bir maddə var. O, xüsusi aromasını və özünəxas dadı məhz evgenoldan alır. Mixəkdə insan orqanizminin ehtiyac duyduğu bir çox bitki mənşəli maddələr də mövcuddur. Ümumiyyətlə, təbii otlar və ədviyyatlar istifadə edildikdə orqanizmə vitaminlər, minerallar kompleks şəkildə daxil olur.
    Mixəyin faydaları
    Mixəyin malik olduğu faydalı xüsusiyyətlər, əslində, onun yaşam mübarizəsi üçün yaratdığı mexanizmlərdir. Bəli, bitkilər də daim təhdid altındadırlar. Mixəyin düşməni mikroblardır. Bu səbəblə onun güclü antimikrobial xüsusiyyətə malik olması sizə təəccüblü gəlməsin.
    Ağzında candida yəni göbələk varsa, mixək çeynəmək kifayət edir. Mixək çeynəmək dişlərin üzərindəki ərp yığıntısının qalınlığını azaldır, diş əti xəstəliklərinə müalicəvi təsir edir. Ağız boşluğunun sağlamlığını arzulayanlar mixək yağından, yaxud mixəyin özündən istifadə etsələr, yaxşı olar.
    Təbii ki, mixəyin təkbaşına hansısa xəstəliyi müalicə etməsini iddia etmək düzgün deyil. Hətta mixək çeynəməyə başlamamışdan qabaq həkim məsləhəti almanız daha məqbuldur. Nə də olsa, hər orqanizm fərqlidir və hər bir vasitə-istər bitki mənşəli olsun, istər heyvan mənşəli, istərsə də kimyəvi,-orqanizmə individual təsir edir.
    Baş dərisindəki göbələkləri, yaxud hər hansı patogenləri yox etmək istəyənlərin də mixək yağına üz tutduqları məlumdur. Orqanizmdə göbələk infeksiyası varsa, toksikləşmə prosesinin başlaması, yavaş da olsa, irəliləməsi labüddür. Mixək bu zaman da orqanizmin ən yaxın dəstəkçisinə çevrilir; toksikləşmənin müddətini və həcmini, irəliləmə sürətini azaldır.
    Mixək yağının Helicobacter pylori ilə mübarizə apardığı da elmə məlumdur. Qeyd edim ki, Helicobacter pylori mədənin və onikibarmaq bağırsağın müxtəlif nahiyələrinin selikli qişasında aşkar olunan spiralşəkilli, qrammənfi patogen bakteriyadır. Mədə xoralarına, qastritlərə səbəb olur. Mixək Helicobacter pylorinin fəaliyyətinə mane olur, xoraları, qastriti, həzmsizliyi, qazı, köpü aradan qaldırır.
    İltihab əleyhinə xüsusiyyəti ilə mixək artritdən əziyyət çəkənlər üçün əlçatan vasitədir. Ağciyər xərçəngi başda olmaqla, bir çox xərçəng növlərinin əmələ gəlməsinə mane olur.
    Tərkibində mixək, yaxud mixək yağı olan pəhriz proqramı II tip diabet xəstəliyinə tutulma riskini azaldır. Mixək qəbulu qanda şəkərin səviyyəsini nizamlayır, insulin ifrazını artırır, insulinlə əlaqədar olan hüceyrə funksiyasını yaxşılaşdırır.
    Mixək sümüklərin sağlamlığı üçün də faydalıdır; osteoporozun meydana çıxmasına mane olur. Qadın orqanizmi osteoporoza qarşı daha həssasdır. Yaş artdıqca sümüklərinin qayğısına qalmaq hər bir insanın borcudur. Mixəkdəki manqan sümükləri gücləndirir. Təbii şəkildə qəbul edilən manqan sümüklərin böyüməsinə, sümük sıxlığının artmasına və illər boyunca sağlam qalmasına kömək edir.
    Sarımsaq və soğan kimi qidaların istifadəsindən sonra ağızda xoşagəlməz iyin qarşısını almaq xüsusiyyəti var. Yeməkdən sonra mixək çeynəmək kariesdən qoruyan ən təsirli vasitələrdən biri hesab edilir.
    Təzəliyini və keyfiyyətli olmasını yoxlamaq üçün bir neçə ədəd mixək 1 stəkan suyun içərisinə atılır, suyun dibinə batması və ya mayenin içərisində üzməsi onun keyfiyyətinin yüksək, yana çevrilərək suyun üzərində qalması isə köhnə və yararsız olduğunu göstərir.
    Mixəyin zərərləri və əks təsirləri
    Bəribaşdan qeyd edim ki, sadalayacaqlarım mixəyin özündən çox, yağına aiddir. İndi isə tərəziyə çıxın və kilonuzu dəqiqləşdirin. Sonra da çalışın ki, gündəlik qəbul etdiyiniz mixək yağı norması orqanizmin çəkisinin hər kiloqramına görə, 2,4 milliqramı keçməsin.
    Lakin müəyyən hallarda dozanı azacıq artıra bilərsiniz. Sadəcə, normanı həddən artıq aşmağa çalışmayın ki, qaraciyərdə toksikləşmə prosesi başlamasın.
    Mixək bəzi orqanizmlərə allergik təsir edir. Məhz bu səbəbdən, qəbul etməzdən əvvəl, həkim məsləhəti almağınız yaxşıdır.
    Hamilə və süd verən qadınlar mixək istifadə etməməlidirlər.
    Sizinlə həmişə evinizdə olan bir vasitədən-mixəkdən danışdım. Hindistanda və Çində mixəyin istifadəsinin tarixi 3 min il əvvələdək uzanır. Onun müalicəvi faydaları haqqında çox öyrənilib və öyrənilməkdədir. Əminəm ki vieomuz sizing üçün faydalı oldu. Bu kimi videolarımızın davamını görmək istəyirsinizsə, kanalımıza abunə olmağı, videolarımızı bəyənməyi unutmayın. İzlədiyiniz üçün təşəkkürlər.
  • Věda a technologie

Komentáře • 153

  • @natiqagamaliyev6410
    @natiqagamaliyev6410 Před 29 dny +40

    biz illərdi hər gün qara çayla birlikdə dəmləyib içirik ,biz ailəlikcə mixəyi sevirik❤

  • @gulnarseyidova5194
    @gulnarseyidova5194 Před měsícem +47

    Min bir dərdin dərmanı mixək👍çox sağolun.

  • @mahiragayev6449
    @mahiragayev6449 Před měsícem +20

    Sizə yalnız təşəkkürlər.Var olun faydalı insan olduğunuz üçün.

  • @user-ou8iq4bo3v
    @user-ou8iq4bo3v Před 28 dny +13

    Mən bu kanaldan çox yararlanmışam buna görəd də sizə minnətdaram.

  • @telliquliyeva2371
    @telliquliyeva2371 Před měsícem +16

    Cox sagolun mən mixəkdən illərdir istifadə edirəm Sizində faydalı məlumat verdiyiniz ücün tşk.edirəm 🤲

  • @Ezize-yy1fu
    @Ezize-yy1fu Před měsícem +16

    ÇOX SAĞOLUN BAHADIR MÜƏLLİM

  • @semayememmedova6348
    @semayememmedova6348 Před 29 dny +13

    Mikeyi defne yarpağı ile 10 deqiqe qaynadın sonra 2saat deme qoyun öz özüne dem alacaq soyuyacaq sonra bası temiz yuyandan sonra sonda həmin suyâ bir az isti su qatıb basıb həmin su ile yaxala qoy belece qalsın iki günden bir edin basda qasıntı kepek sebariya olmayacaq

  • @realmusayev2159
    @realmusayev2159 Před měsícem +18

    Məlumatlara görə əməkdaşlarınızla birlikdə çox sağ olun!!!

  • @kifayetmutallimova5039
    @kifayetmutallimova5039 Před měsícem +26

    Allah Sizi qo=uzun.Çox gözəl maarifləndirici işlər görürsünüz.❤ var olasınız.

  • @refiqerzayeva5728
    @refiqerzayeva5728 Před měsícem +79

    Salam mən mixəyi çayda istifadə edirəm acı olduğu üçün çeynəyə bilmirəm. Məlumat verdiyiniz üçün çox sağ olun.

  • @seherg.4231
    @seherg.4231 Před měsícem +17

    Bir sizin kanala baxiram, bir de Ibrahim Saracogluna! ALLAH sizden razi olsun! AMIN!❤❤❤❤

  • @nusabebabayeva1128
    @nusabebabayeva1128 Před měsícem +7

    Dogurdann Ciyniyək və Sorada udag oldu.Cox gözəll məsləhətniz ücün

  • @feridequrbanova5710
    @feridequrbanova5710 Před měsícem +10

    Çox saqolun faydalı məsləhətlərə görə

  • @rahileeliyeva8341
    @rahileeliyeva8341 Před měsícem +7

    Allah sizdən razı olsun amin super halal olsun sizə

  • @tofiqhuseynov1859
    @tofiqhuseynov1859 Před 13 dny +5

    Demleyib sacinizi yuyun sac tokulmessine komek edir. 15 eded mixeyin uzerine yarim stekan qaynar su elave edi demleyin. Tund cay rengi alandan sonra biraz soyudub her gun basinizi yuyandan sonra hemin su ile yaxalayin. Bu proseduru 10 gun her gun olmaqla. Novbeti 10 gun bir gunden bir, sonuncu 10 gun ise uc gunden bir tekrarlayin.

  • @nusabebabayeva1128
    @nusabebabayeva1128 Před měsícem +4

    Allah canızı sag eləsin🤲Mən hər gün sizə baxırsm.Deyiyin Demədi demədi verlişnə baxıram.Cox sag olun🤲👏👏👏👏👏👏

  • @ruslanbagirov363
    @ruslanbagirov363 Před měsícem +6

    ALLAH sizdən razı olsun.

  • @mirjalalmemmedli2047
    @mirjalalmemmedli2047 Před 29 dny +4

    Çox sağolun dəyərli sözləriniz üçün var olun

  • @tranvliyeva1690
    @tranvliyeva1690 Před 28 dny +9

    Təşəkkür faydalı məsləhətə görə

  • @Tnha_9796
    @Tnha_9796 Před 29 dny +9

    Her seher mixeyin 3 - ün yeyirem ağızı zeher kimi eliyir amma xeyirlidi

  • @user-te7qm9li7m
    @user-te7qm9li7m Před měsícem +8

    Çox sağolun məlumatlara görə

  • @user-gi9yu1bi7l
    @user-gi9yu1bi7l Před 23 dny +1

    Cox gözəl məlumatlar verirsiz Cox sagolun danşiqda super 👏👏👏

  • @user-qq1do2jo3s
    @user-qq1do2jo3s Před 6 dny

    Təşəvürlər bu xeyirli işlər cənətdə yeriniz var allah razı olsin

  • @turaleliyev3053
    @turaleliyev3053 Před 28 dny +3

    Məlumat verdiyiniz üçün təşəkkür edirəm

  • @user-gd4vi8yy3z
    @user-gd4vi8yy3z Před měsícem +7

    Cox maraqli oldu gerek mende yoxluyam cox saq olun

  • @user-hy6sk3bq5q
    @user-hy6sk3bq5q Před 29 dny +5

    Melumata gore tesekkur edirem.

  • @Papatya152
    @Papatya152 Před 26 dny +2

    Mixeyi coxx sevirem,fadali meslehete gore cox sag ol ay bahadur🤗🤗

  • @zamirzamir5208
    @zamirzamir5208 Před měsícem +7

    Teşəkürlər❤

  • @ElcinTahirov-yb7dq
    @ElcinTahirov-yb7dq Před 9 dny

    Qardaş Bu cür paylaşımlar üçün Təşəkkür edirəm

  • @user-mm6lc7lg8w
    @user-mm6lc7lg8w Před měsícem +8

    Cox sagolun maariflendirici meslehetiz ùcun,men diger bir kanalda da gòrmuwdum bu hakda ve hardasa 1 ay olar her seher ac qarjna 3 mixek ceyneyirem ve uduram.Ama sizden bir xaiwim var hamj meslehet verir ,ama hec kim demir bunu neqeder istifade etmek lazjmdj,su meselesi,bir ince safljgj varsa da suda cox icilende derd verer oda😊,eyer cavablandjrsaz memnun olardjg,evvelceden tewekkurler 😊😊😊😊

  • @dilqendhumbetova165
    @dilqendhumbetova165 Před měsícem +5

    Salam sizi izlemeyi sevirəm çoxda faydalanıram sizə bizi bilgiləndirdiyiniz üçün çox tşk edirəm 🙏🙏

  • @IzSiseron
    @IzSiseron Před 7 dny

    Çox sağ olun dəyərli məlumata görə.

  • @dinivideolar8864
    @dinivideolar8864 Před 24 dny +3

    Melumat ucun teşekkür edirem 🙏🙏

  • @user-mp5ee7je4f
    @user-mp5ee7je4f Před 23 dny +2

    Cox sağ olun məlumat ücün

  • @YahyayevShikhamir
    @YahyayevShikhamir Před 23 dny +1

    Azərbaycanın ən böyük ən faydalı kanalı🎉

  • @ZerifeDadasova-ji8kc
    @ZerifeDadasova-ji8kc Před měsícem +4

    Deyerli.bilgi.ucun.cox.sag.olun

  • @karabax9688
    @karabax9688 Před měsícem +10

    Var olun

  • @heqiqethuseynova9055
    @heqiqethuseynova9055 Před měsícem +5

    Mən mxəngi sevirəm.cayjda istifadə edirəm.həm də bəzi yeməklər varki onlarda istifadə edirəm.❤❤❤❤❤❤❤❤❤❤❤

  • @arzumancebrayilov4057
    @arzumancebrayilov4057 Před měsícem +6

    Coxx sagolun

  • @semarahimova8339
    @semarahimova8339 Před 29 dny +2

    Teşekurler melumat verdiz mixek haqda

  • @ilqaraslanov7190
    @ilqaraslanov7190 Před měsícem +6

    Mixeyden və hildən daimi istifadə olunsa xərçəngə yoluxma sıfır olar

  • @sssssubhan
    @sssssubhan Před měsícem +10

    İlgim firmasi cox bahadi

  • @user-qy9wo7st5o
    @user-qy9wo7st5o Před měsícem +2

    İcdifade Edirem Cox Sağolun👍♥️

  • @aliyaabasova3725
    @aliyaabasova3725 Před měsícem +13

    Salam mən mixeyi çaya qatıram hem xeyirlidir həm de çaya dad verir

  • @user-pe1ux9wx1k
    @user-pe1ux9wx1k Před měsícem +9

    🎉Sizin vidiolarınız davamlı olsun .

  • @arzumusaeva8679
    @arzumusaeva8679 Před 29 dny +3

    Sağol teekkür allah razi olsun

  • @aytenhabib3902
    @aytenhabib3902 Před 8 dny

    Cox gözel izah etdiniz agzlnza sagllk

  • @USER-MX6343
    @USER-MX6343 Před 18 dny

    Təşəkkürlər xəbərə görə 🙏🏻

  • @azrbaycanazrbaycan9053

    Mən lap uşaq vaxtımdan papamın sayəsində sevirəm mixəyi.İndiyə kimi istifadə edirəm, təşəkkürlər məlumat üçün 😊

  • @SolmazSadiqova-vb3ve
    @SolmazSadiqova-vb3ve Před 14 dny

    Çox sağ olun. minnətdaram

  • @user-uc3hm8ct3s
    @user-uc3hm8ct3s Před 28 dny +3

    Əla.

  • @zizaxmadov979
    @zizaxmadov979 Před 22 dny +1

    ТАШАКУРЛАР СИЗА ❤❤❤

  • @SeideGozelova
    @SeideGozelova Před měsícem +9

    Qarın ağrısının birinci dostu suyla uda bilsəz mükemmel 5 10 dene .

  • @CagtuSinem
    @CagtuSinem Před 20 dny +1

    Axsaminiz xeyirli olsun men çayda Cox sevirem

  • @hicranmuradova5301
    @hicranmuradova5301 Před měsícem +7

    BALASİ... PATİ QEN YOX PATOQEN.. :)) OSTROPOROZ YOX OSTEOPOROZ.. :)) TESEKKURLER

    • @user-wj7go7ff8u
      @user-wj7go7ff8u Před 28 dny +1

      Unutmayın ki,nə azərbaycan dili dərsi keçir,nə də həkimdir.hər şeydə bir pislik axtarın.

    • @user-wj7go7ff8u
      @user-wj7go7ff8u Před 28 dny +5

      Balasi yox- balası,tesekkurler yox- təşəkkürlər ,bir sözdə 5 səhv.

  • @Zehraselim370
    @Zehraselim370 Před 29 dny +5

    Eladi

  • @nusabebabayeva1128
    @nusabebabayeva1128 Před měsícem +6

    Maşallah Tək mən Sizi dinləmirəm .Mənən başqqada Coxlu İnsanllar sizə baxır

  • @elnurelnur5371
    @elnurelnur5371 Před 22 dny +1

    Cox faydalandım❤❤❤

  • @ceyhunqurbanov3210
    @ceyhunqurbanov3210 Před 26 dny +1

    Faydalı məlumatlar üçün sağol .Ama elə qaydada anladırsan ki ancaq həkimlər baş düşər.

  • @latafatjabbarli4426
    @latafatjabbarli4426 Před 19 dny +1

    Var olun. Həmişə faydalı məsləhətlər və məlumatlar verirsiniz. 2:43

  • @feqanabbasov7811
    @feqanabbasov7811 Před 25 dny +3

    Biz sizə təşəkkür edrik

  • @validkuskun9064
    @validkuskun9064 Před měsícem +4

    Əhsən

  • @user-ov4me6td5h
    @user-ov4me6td5h Před 29 dny +1

    Qəşəyy

  • @ilqaraliyev2807
    @ilqaraliyev2807 Před 17 dny

    Salam necəsiniz, Cox sağ olun, məlumatım oldu.bizə bildirin hardan originalını alağ, Cox sağ olun.

  • @islam.mesimov
    @islam.mesimov Před měsícem +3

    Mixek cox seyə faydası var.

  • @serviszaqatala8594
    @serviszaqatala8594 Před 24 dny +1

    Salam mən mixəyin iyini sevmirəm bilirəm faydalıdı kəskin iyi var hec istifadə etmirəm ama istiyirəm istifadə edim cox sagolun məlumata görə

  • @user-ye1it3lq1r
    @user-ye1it3lq1r Před 25 dny +2

    Əladl

  • @seymurmemmedov146
    @seymurmemmedov146 Před 24 dny +1

    ALLAH SİZİ QORUSUN

  • @xanimismayilova1916
    @xanimismayilova1916 Před měsícem +2

    Mede bagirsaginda problemi olanlara mixekden istifade etmek olmaz❤❤

  • @sssssubhan
    @sssssubhan Před měsícem +5

  • @user-rw7mi2uc9s
    @user-rw7mi2uc9s Před měsícem +3

    Acı olduğu üçün mədəmə pis təsir edir

  • @roma7410
    @roma7410 Před měsícem +4

    👍👍👍

  • @user-zc5py8io1l
    @user-zc5py8io1l Před 28 dny +4

    👍👍👍👍👍🙏❤️

  • @goatbaku
    @goatbaku Před 28 dny +2

    Məlumat verdiyiniz ucun coxsagolun❤

  • @BabekWhheyege
    @BabekWhheyege Před měsícem +4

    Saqol

  • @vefamirzeyeva7564
    @vefamirzeyeva7564 Před měsícem +3

    Salam tronb olan damarları necə müalicə edmək olar ?

  • @TeyyubAtakisiyev
    @TeyyubAtakisiyev Před 27 dny +2

    ❤❤❤

  • @konulliyeva1575
    @konulliyeva1575 Před 11 dny

    👏👏👏

  • @Gülər-72
    @Gülər-72 Před měsícem +2

    Mən də həmişə çaya mixək atıram. Ama nə kimi xeyiri, ya zərəri olduğunu bilmirəm.

  • @user-yg4gu5uv7c
    @user-yg4gu5uv7c Před 28 dny +2

    ❤❤❤❤❤❤

  • @user-ly8qp6xk3h
    @user-ly8qp6xk3h Před 6 dny

    Саг, олун❤❤❤❤❤

  • @user-ul5pf4rb5k
    @user-ul5pf4rb5k Před 22 dny +1

    👍

  • @telmanwabanov9792
    @telmanwabanov9792 Před měsícem +4

    Bahadur Seyidov ceyneyib sora udmaq lazimdimi?

  • @user-zh5xh6sl9i
    @user-zh5xh6sl9i Před 28 dny +3

    Kocam dişağrısın mixənglə sakitləşdirir düz!!

  • @sahnazasadullayeva2049
    @sahnazasadullayeva2049 Před 28 dny +2

    ❤❤❤❤❤❤❤

  • @afetliyeva968
    @afetliyeva968 Před 12 dny

    Teşekkür edirem demek olarki her sabah işe gedende 1 2 dene ceyneyirem

  • @rsulallahverdiyev1854
    @rsulallahverdiyev1854 Před 17 dny

    👍👍

  • @GadirGahraman
    @GadirGahraman Před měsícem +7

    Təşəkkürlər! Uğurlar!

  • @nusabebabayeva1128
    @nusabebabayeva1128 Před měsícem +3

    🎉🎉🎉🎉🎉🎉

  • @ilqarnecefov3283
    @ilqarnecefov3283 Před 28 dny +2

    Sizin verlişlərnizi izdəyirəm

  • @rasimboyukkisili2837
    @rasimboyukkisili2837 Před 22 dny +1

    Salam mixək ağıza atıb sormaq lazımdır. Bu zaman o səsi xırıldayan adama kömək edir.

  • @xoneorhan1706
    @xoneorhan1706 Před 26 dny +2

    Salam coxsaqolun ama mixək ceynemek olmur bes udsaq tesiri olmazzz???

  • @zenfiraeldarova8440
    @zenfiraeldarova8440 Před 11 dny

    Biz👍Mixekle👍Zencefili👍Cayla👍demliyirik👍FAYDALIDI👍🙏🤲

  • @mubarizmamedli4287
    @mubarizmamedli4287 Před 28 dny +1

    Qəbizlik yaradır

  • @telmanwabanov9792
    @telmanwabanov9792 Před měsícem +4

    men vaz kecdim niye cunku yuksek tezyig var mendw

  • @user-co2qx4wu6y
    @user-co2qx4wu6y Před 18 dny +1

    😢❤

  • @ZemfiraMusayeva-if6fe
    @ZemfiraMusayeva-if6fe Před 10 dny

    Mixek haqda melumatim yox idi, deqiq elmi aciqlamaniza gore cox saq olun.

  • @user-uf6bv6iq9l
    @user-uf6bv6iq9l Před 18 dny

    ❤👍🏻🤝🏻

  • @MuradMemmedov-jb8vg
    @MuradMemmedov-jb8vg Před měsícem +1

    Zererlerini öncə soyleseydiz heç iki eded mixengi zazar ermezdim yuksek tezyiqim var

  • @user-eb2xd4cp3c
    @user-eb2xd4cp3c Před 29 dny +2

    Sipirt virsu olmuşam onu icsem gedrmi virsumu