Amerika İcmalı. ABŞ və NATO müttəfiqləri Ukraynaya dəstəyə sadiq qalır | Amerikanın Səsi

Sdílet
Vložit
  • čas přidán 30. 05. 2024
  • Amerika İcmalı. ABŞ və NATO müttəfiqləri Ukraynaya dəstəyə sadiq qalır. İran-Azərbaycan əlaqələri. Bayden və Tramp qara seçicilərin səsləri uğrunda rəqabət aparır.
    ABŞ və Moldova əlaqələri gücləndirir və Ukraynanı dəstəkləmək öhdəliyini təzələyir - Blinken Moldovada Birləşmiş Ştatların ölkənin Qərbə inteqrasiya yolunda səylərinə dəstəyini ifadə edib; İranda prezident Rəisinin ölümündən sonra siyasi durum, Azərbaycan-İran əlaqələri - Azərbaycanın İrandakı keçmiş səfiri Nəsib Nəsibli ilə söhbət; Türkiyə artan rəqabət fonunda prezident Rəisinin ölümündən sonra İranın siyasi kursunun necə olacağını diqqətlə izləyir; ABŞ prezidentliyə namizədlər Co Bayden və Donald Tramp qara seçicilərin səsləri uğrunda rəqabət aparır - Vaşinqtondan hər həftə efirə çıxan Amerika İcmalı proqramında
    ***
    CZcams kanalımıza abunə olun: / amerikaninsesi
    Sosial media səhifələrimiz:
    Instagram: / amerikaninsesi
    Facebook: / voa.azerbaijani
    Twitter: / amerikaninsesi
    Telegram: t.me/voaazerbaijan
    Amerikanın Səsi ABŞ-ın ən böyük beynəlxalq multimedia xəbər təşkilatıdır. Bu təşkilat 40-dan çox dildə azad mətbuata çıxışın olmadığı yaxud məhdud olduğu məkanlarda yaşayan insanlara informasiya çatdırır.
    Amerikanın Səsi tam şəkildə ABŞ vergiverənləri tərəfindən maliyyələşdirilən Birləşmiş Ştatlar Qlobal Media Agentliyinin tərkib hissəsidir.
    Amerikanın Səsinin missiyasına və redaksiya müstəqilliyinə qanunlar təminat verir. Həmin qanunlar Amerikanın Səsinin jurnalistlərini kənar təsirdən, təzyiqdən, hökumət rəsmiləri və siyasi xadimlərin əks-tədbir xarakterli əməllərindən qoruyur.
    1976-cı ildə Prezident Cerald R. Ford Amerikanın Səsinin xartiyasını qanuna imzalayıb. Həmin sənəddə deyilir:
    1. Amerikanın Səsi davamlı olaraq etibarlı və yüksək keyfiyyətli xəbər mənbəyi qismində xidmət göstərəcək. Amerikanın Səsinin xəbərləri dəqiq, obyektiv və ətraflı olacaq.
    2. Amerikanın Səsi Amerika cəmiyyətinin hansısa seqmentini yox, bütövlükdə Amerikanı təmsil edəcək. Bu xüsusda o, Amerika təfəkkürünün və təsisatlarının balanslı və hərtərəfli mənzərəsini təqdim edəcək.
    3. Amerikanın Səsi Birləşmiş Ştatların siyasətini aydın və effektiv şəkildə təmsil edəcək, və həmçinin bu siyasətlərlə bağlı məsuliyyətli diskussiyalar və rəylər təqdim edəcək.
    1994-cü ildə ABŞ Konqresi ABŞ Beynəlxalq Yayım Aktını qəbul edib. Bu qanun da Amerikanən Səsinin jurnalistlərindən işlərinin yüksək keyfiyyətli, dəqiq, obyektiv, ətraflı, balanslı olmasını və ABŞ mədəniyyətini və sosial müxtəlifliyini əks etdirməsini tələb edir.
    2016-cı ildə Konqres Milli Müdafiə Səlahiyyətləri Aktında yenidən təsdiq edib ki, xəbər toplanışı və reportajların hazırlanması müstəqil və obyektiv qaydada aparılmalıdır.
    Hər gün Amerikanın Səsinin jurnalistləri azad mətbuat prinsiplərini dünyaya sərgiləmək naminə çalışırlar.

Komentáře • 6

  • @user-zx7xq6th9w
    @user-zx7xq6th9w Před měsícem +3

    Slava Ukraine

  • @user-zx7xq6th9w
    @user-zx7xq6th9w Před měsícem +2

    🇺🇦🇺🇦🇺🇦🇦🇿❤️❤️❤️👍👍👍👍👍🇦🇿❤️🇺🇦

  • @user-zx7xq6th9w
    @user-zx7xq6th9w Před měsícem +1

    Avropa niyə götürmür Moldova Avropa