Amerika İcmalı. Baydenin Normandiya əməliyyatının 80-ci ildönümündə mesajı | Amerikanın Səsi

Sdílet
Vložit
  • čas přidán 6. 06. 2024
  • Amerika İcmalı. Baydenin Normandiya əməliyyatının 80-ci ildönümündə mesajı. Rusiyanın Cənubi Qafqazda strateji hesablamaları.
    Prezident Bayden Normandiya əməliyyatının 80-ci ildönümü münasibətilə çıxışında ABŞ və NATO-nun Ukrayanın müdafiəsinə sadiq qalacağını vəd edib; ABŞ prezidentinin cənub sərhədində sığınacaq axtaranların sayına məhdiyyətlər qoyulmasına dair sərəncamına Konqresdə reaksiyalar; Rusiyanın Cənubi Qafqazda strategiyası - Oksford Universitetinin Rusiya və Şərqi Avropa Tədqiqatları bölməsinin eksperti Leyla liyeva ilə müsahibə; ABŞ-ın keçmiş prezidenti Donald Tramp Nyu Yorkda münsiflər məhkəməsi tərəfindən təqsirli bilindikdən sonra seçki təşviqat kampaniyasını davam etdirir - Vaşinqtondan hər həftə efirə çıxan Amerika İcmalı proqramında
    ***
    CZcams kanalımıza abunə olun: / amerikaninsesi
    Sosial media səhifələrimiz:
    Instagram: / amerikaninsesi
    Facebook: / voa.azerbaijani
    Twitter: / amerikaninsesi
    Telegram: t.me/voaazerbaijan
    Amerikanın Səsi ABŞ-ın ən böyük beynəlxalq multimedia xəbər təşkilatıdır. Bu təşkilat 40-dan çox dildə azad mətbuata çıxışın olmadığı yaxud məhdud olduğu məkanlarda yaşayan insanlara informasiya çatdırır.
    Amerikanın Səsi tam şəkildə ABŞ vergiverənləri tərəfindən maliyyələşdirilən Birləşmiş Ştatlar Qlobal Media Agentliyinin tərkib hissəsidir.
    Amerikanın Səsinin missiyasına və redaksiya müstəqilliyinə qanunlar təminat verir. Həmin qanunlar Amerikanın Səsinin jurnalistlərini kənar təsirdən, təzyiqdən, hökumət rəsmiləri və siyasi xadimlərin əks-tədbir xarakterli əməllərindən qoruyur.
    1976-cı ildə Prezident Cerald R. Ford Amerikanın Səsinin xartiyasını qanuna imzalayıb. Həmin sənəddə deyilir:
    1. Amerikanın Səsi davamlı olaraq etibarlı və yüksək keyfiyyətli xəbər mənbəyi qismində xidmət göstərəcək. Amerikanın Səsinin xəbərləri dəqiq, obyektiv və ətraflı olacaq.
    2. Amerikanın Səsi Amerika cəmiyyətinin hansısa seqmentini yox, bütövlükdə Amerikanı təmsil edəcək. Bu xüsusda o, Amerika təfəkkürünün və təsisatlarının balanslı və hərtərəfli mənzərəsini təqdim edəcək.
    3. Amerikanın Səsi Birləşmiş Ştatların siyasətini aydın və effektiv şəkildə təmsil edəcək, və həmçinin bu siyasətlərlə bağlı məsuliyyətli diskussiyalar və rəylər təqdim edəcək.
    1994-cü ildə ABŞ Konqresi ABŞ Beynəlxalq Yayım Aktını qəbul edib. Bu qanun da Amerikanən Səsinin jurnalistlərindən işlərinin yüksək keyfiyyətli, dəqiq, obyektiv, ətraflı, balanslı olmasını və ABŞ mədəniyyətini və sosial müxtəlifliyini əks etdirməsini tələb edir.
    2016-cı ildə Konqres Milli Müdafiə Səlahiyyətləri Aktında yenidən təsdiq edib ki, xəbər toplanışı və reportajların hazırlanması müstəqil və obyektiv qaydada aparılmalıdır.
    Hər gün Amerikanın Səsinin jurnalistləri azad mətbuat prinsiplərini dünyaya sərgiləmək naminə çalışırlar.
    02:04 Baydenin Normandiya əməliyyatının 80 illiyində çıxışı
    06:02 Konqresdə Baydenin immiqrasiya sərəncamına reaksiyalar
    09:40 Rusiyanın Cənubi Qafqazda strategiyası - Politoloq Leyla Əliyeva ilə müsahibə
    18:30 Tramp məhkəmədə təqsirli bilindikdən sonra kampaniyasını davam etdirir
    22:25 Gürcüstanda “xarici agent” qanununun qəbul edilməsinin regional təsirləri
    25:38 Xarkiv istiqamətində Rusiyanın məqsədləri

Komentáře • 5

  • @user-tb5pd3lp9b
    @user-tb5pd3lp9b Před měsícem +2

    HELLO AMERİCAN 🇱🇷✈️🇦🇿🤘🇹🇷✊🇪🇺

  • @hilalcfrova2841
    @hilalcfrova2841 Před měsícem +1

    Dünyada sülh olsun!

  • @azermehmandarov7294
    @azermehmandarov7294 Před měsícem

    МЕН ТУПИРИМ АМЕРИКАНЫН СЕСИНЕ ЛАЗЫМДЫР ДЕМЕК ШАМАХЫНЫН СЕСИ УЧИН

    • @akifmuxtarov1605
      @akifmuxtarov1605 Před 22 dny +1

      YAP-BALA!! ATA-ANANI,AİLƏNİ, ÖZÜNÜ, NEÇƏYƏ SÖYDÜRÜRSƏN??