RG - Format Deyil

Sdílet
Vložit
  • čas přidán 27. 08. 2024
  • Music audio by RG performing Format Deyil. © 2014, MadHouse Community, LLC. Produced by Nadir Negd Pul.
    MP3 Yükləmək üçün: bit.ly/FormatDeyil
    Bu nəfəsim mikrofona hənir verəcək,
    Kəsilməyəcək, təki tapılana qədər əvəzim,
    Bu həvəsim hünər vərəcək.
    Əl çək, haqq-ədalət gerçək bizdə axı nə gəzir?
    Yaxşı gəzin-tozun, amma ölməyə ... Vətən,
    Artan benzin pulu görən, kimin cibinə gedər?
    Bir də gördün, gecə bu vədə deməmiş nədən,
    "Bəsdi" - deyib bu qədər salır yekə cipinə bir gədə,
    Ona görə demirəm, yaxşısı, susum,
    Mən sakit dururam, amma sətirlərim qan qusur.
    Ruh kirliysə, niyə alır axı onda can qüsul?
    Anar demiş: sabun dəyişir, köhnədi üsul.
    Bir susun, görün əməli, deməli, düz qurulmuyub təməli,
    Bu gün bu otaqdan vicdanın səsi gəlir.
    Mənim sağ qolum əvəz edir vəsiqəmi,
    Polis əmi bizi susdurmaq üçün heç nə əsirgəmir!
    Məni kritiklər top-tüfəngə basır, çünki düz gəlmir formata!
    Məni heç kəs "show-biz"ə qatmasın, çünki düz gəlmir formata!
    Düz məndə, media gopa basır, ona görə düz gəlmir formata!
    Rap zəfər havası, siz qorxaq qalasız və bu düz gəlmir formata!
    Mənlə böyüyən uşaqlar Eleven-da neylir?
    Tək tanıdığım kokteyl - "Molotov Kokteyli".
    O birisi şarlatanlar nəsə inqilab, akt eyləyir,
    Nəysə, mən içirəm çayçıda çay mixəkli.
    Bu gözlər nə qədər görüb haqq-ədalət yetirilib qətlə,
    Bunu dərsliyə salmaz TQDK, dinlə diqqətlə!
    Biz ki tərbiyə görmüşük küçədə, ümumiyyətlə,
    Nə olsun, valideyinlərimiz intelligentlər?
    Bu "ara uşağı". 3 yaşdan bilirəm, yoxdu Şaxta Baba,
    Sehir deyil göyqurşağı,
    Yuxarıdan aşağı baxmaq olmaz rəqibə qəribə kinayəylə,
    Atam iradəylə öyrədib, hər şeydən qabaq ailə,
    Ay lə, yaş ötüb keçir, nələrə nailəm?
    Göygölü dəyişdim Xəzərə, Mikrorayon 3-cü Dairə,
    Badamdar və sairə.
    Xasiyyətcə, zahirən dəyişirəm
    Heç bir əməlimə çəkmirəm xəcalət,
    Nə çarə olacağa?
    Oldu keçdi balacama, öyrədirəm qanacağa,
    Nə vaxt özünü qanacaq ha, tək başına qalacaq.
    Biləcək, kişinin olar ulqumu,
    Saymayanın ağası ol, sayanın qulu!
    Məni kritiklər top-tüfəngə basır, çünki düz gəlmir formata!
    Məni heç kəs "show-biz"ə qatmasın, çünki düz gəlmir formata!
    Düz məndə, media gopa basır, ona görə düz gəlmir formata!
    Rap zəfər havası, siz qorxaq qalasız və bu düz gəlmir formata!
    Facebook: rhythmng...

Komentáře • 138