Gəncədə “Voleybol hərkəs üçün!” devizi altında tədbir təşkil olunub

Sdílet
Vložit
  • čas přidán 31. 05. 2024
  • Gəncədə “Voleybol hərkəs üçün!” devizi altında tədbir təşkil olunub
    Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə Regional Voleybol Klubunun (RVK) təşkilatçılığı ilə “Voleybol hərkəs üçün!” devizi altında idman tədbiri baş tutub. Gəncənin Heydər Əliyev adına Mərkəzi meydanında təşkil olunan tədbir 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunub.
    Tədbirdə Gəncə Regional Voleybol Klubunun rəhbəri Pərviz Qədirov, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi İntiqam Hüseynov, şəhərin idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
    Gəncə Regional Voleybol Klubunun əhatə etdiyi şəhər və rayonlardan gələn 200-dən çox uşaq və yeniyetmənin qatıldığı oyunlar maraqlı anlarla yadda qalıb. Belə ki, 2 saat ərzində “Voleybol hərkəs üçün!” devizi altında müxtəlif viktorinalar, müsabiqə tipli əyləncəli oyunlar keçirilib. Qaliblərə hədiyyələr təqdim olunub.
    Qeyd edək ki, tədbirin keçirilməsində əsas məqsəd ölkəmizdə, o cümlədən Gəncədə və ətraf regionlarda voleybol idman növünün inkişaf etdirilməsi, kütləviliyinin artırılmasıdır.
    #azerbaijan #azevolleyball #volleyball #bizbirlikdəgüclüyük #gence #1iyun

Komentáře •