Video není dostupné.
Omlouváme se.

SSRİ-nin ilk azərbaycanlı milyonçusu idi, dəlixanaya düşdü,acından öldü,çörək verdikləri üz döndərdi

Sdílet
Vložit
  • čas přidán 28. 04. 2021
  • SSRİ-nin ilk rəsmi milyonçusu, “Təbriz”, “Şəms” musiqi qruplarının yaradıcısı, “Təbrizim” mahnısının bəstəkarı milyonçu Cənnət Əliyev haqqında maraqlı faktları təqdim edirik
    Cənnət Salman oğlu Əliyev 17 aprel 1954-cü ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Keçili kəndində anadan olub. 9 yaşında atasını itirib. Ordubadda, Araz çayının sahilində yerləşən İnternat Məktəbində böyüyüb. İnternatda oxuyarkən o qədər aclıq hissi keçirib ki, ən böyük arzusu doyunca yemək olub. Yeməkxanadan çörək oğurladığına görə dəfələrlə döyülüb.
    ***
    Ali təhsil almaq üçün əvvəlcə Naxçıvan Dövlət Pedaqoji İnstitutuna qəbul olunur, daha sonra Xalq Təsərrüfatı İnstitutunda təhsil alıb. Həmin dövrdə nişanlı olan Cənnət bir müddət sonra nişanını qaytarıb Rusiyanın Sverdlovski şəhərinə gedir. Sverdlovski Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olur. Rüşvətxorluqla daima mübarizə apardığına görə ona dəli deyirlər. Sverdlovskidə bir müddət müstəntiq vəzifəsində işləyib. Amma rüşvətxorluğa qarşı çıxdığına görə təqiblərlə üzləşib. Sıxışdırıldığını görən Cənnət qərara gəlir ki, iqdisadiyyatla məşğul olsun. Sverlovskidə açdığı “Qvozdika” adlı mağazayla maddi vəziyyətini xeyli yaxşılaşdırır.
    1989-cu ilin axırlarında Sverdlovskinin "Smena” qəzetində "Sovet milyonçuları ilə müsahibə” rubrikasında milyonçu kimi müsahibə verir.
    ***
    Cənnət əvvəlcə xristianlığı qəbul edir, daha sonra Krişnaya sitayiş etməyə başlayır. Başını qırxdırıb monax olur, 13 ay gecə-gündüz bu fəlsəfəni öyrənir. 11 otaqdan ibarət ikimərtəbəli imarətini insanlara ibadətgah kimi verir. 20 il ərzində bütün dini və şeytani cərəyanlara qoşulub. Şamanizm, sufilik, yoqa və digər cərəyanlara üzv olub.
    ***
    Cənnət Əliyevin dinini tez-tez dəyişməsi ölkədə birmənalı qarşılanmır. Daha sonra İslam dinini qəbul edir, üzərində ayələr yazılmış bayrağı Bakıdakı teleqüllədə dalğalandırır, 12 metrlik "Zülfüqar” qılıncını hazırladaraq Azərbaycan ordusuna bağışlayır.
    ***
    İndi "Qızıl fond”da qalan "Təbriz” mahnısının bəstəkarı Cənnət Əliyevdir. Bu mahnının ilk ifaçısı Vüqar Yusifov, sonra isə Musa Musayev olub.
    "Təbriz" mahnısı üçün klip çəkilişinə başlanır, Sverdlovskidə İset çayının sahilində klip üçün 2 km uzunluğunda saxta sərhəd çəkilir, klipin çəkilişinə külli miqdarda vəsait ayrılır. Həmin klip efirə getdikdən sonra, çəkilən saxta sərhəd yandırılıb həqiqi Araz sərhədinə çalanır. Mahnının səslənməsindən 20 gün sonra Naxçıvanda İranla sərhədləri vurub dağıdırlar.
    ***
    1989-cı ildən öz təşəbüsü ilə paranormal hadisələrin araşdırılması fəaliyyətinə başlayıb. 2001-ci ildə parapsixoloq diplomu alıb. Uçan Naməlum Obyektlər (UNO) görmüş insanlarla görüşüb və özü də 2005-ci ildə Sverdlovskidə UNO ilə rastlaşdığını elan edib. 2005-ci ildə Leninin ruhu ilə əlaqəyə girmək üçün Ulyanovskidəki evində olub.
    O, ruhlar dünyasının varlığını iddia edirdi: "Araşdırmalarımın nəticəsində bu qənaətə gəldm ki, yaşadığımız dünyanın xaricində həqiqətən də ruhlar dünyası var. Bəli, bu mif deyil, reallıqdır".
    ***
    Etdiyi xeyriyyə əməllərinə görə tanınan Cənnət Əliyev bir müddət mənəvi rahatlığı vəhşi heyvanları saxlamaqda, kəndir üzərində gəzməkdə axtarıb. İş həyatında müxtəlif təzyiqlərlə qarşılaşıb. İstər rəsmi, istər qeyri-rəsmi şəxslər tərəfindən basqı alması özünəməxsus tərzdə istirahətə vaxt ayırmasına səbəb olub.
    ***
    Bir müddət sonra Cənnət Əliyev var-dövlətini itirib. O, bunu mafioz qruplar tərəfindən qarət olunması ilə izah edib. Daha sonra isə onun fəaliyyətində yoxlamalar aparılıb və nəticədə Cənnət Əliyev həbs olunub. O, həbsi barədə danışarkən bildirib ki, yoxlamalar icazəsiz aparılıb və əsassız səbəblərlə tutulub. Daha sonra isə Cənnət Əliyev ruhi xəstəxanada müalicə alıb.
    Son günlərini ibadətlə keçirən, xalq təbabəti ilə insanları müalicə edən Cənnət Əliyev 30 oktyabr 2014-cü ildə yüksək təzyiq səbəbindən Bakıda dünyasını dəyişib.
    ***
    SSRİ-nin ilk milyonçusu Cənnət Əliyevin ən yaxın dostu İlham adlı şəxs xatirələrində deyir: “Onun mənəvi haqqını nəinki krişnaçılar, heç müsəlmanlar da vermədilər. Ömrünün son günlərinə kimi yanında qalan yeganə insan mən olmuşam. Onun həmişə üz tutduğu insan mən olmuşam. Bir dəfə yanıma gəlib dedi ki, İlham, üç gündür çörək yemirəm. Nə qədər desəm də ki, gəl, gedək bizə, yemək hazırlasınlar ye, getmədi. Restoranların birində onun qarnını doyurduq, cibinə pul qoydum. Ansamblın heç bir üzvü Cənnətin dəfnində iştirak etmədi. Nə Şakir Quliyev, nə Musa Musayev, nə də o biriləri. Heç indinin özündə də bilmirlər ki, Cənnət harada dəfn olunub”.

Komentáře • 350

  • @guleysetmmmdova6792
    @guleysetmmmdova6792 Před 3 lety +28

    Sağ olun ki, belə insanları tanımaqda yardımçı olursuz
    Məkanı Cənnət olsun
    Çox vaxt belə yaxşı insanların sonu belə olur, yaxşılığı itirmək böyük günahdır,hər kəs bu vəfasız dünyadan əli boş gedir,elə bir adamı da itirib axtarmayan etibarsızlar da unutmasınlar bu dünya onlara da qalan deyil

  • @zerifeahmedova3798
    @zerifeahmedova3798 Před 5 měsíci +18

    Çox istedadlı, azad ruhlu, mütərəqqi fikirli,yardımsevər gənc idi.

  • @seymuragamali
    @seymuragamali Před 3 lety +42

    Çox qəribə Həyat hekayəsi var Allah rəhmət eləsin

    • @khenanmirzayev8790
      @khenanmirzayev8790 Před 5 měsíci

      Cenet muellimi allah rehmet elesun!Onu deli eden Mərdəkan Dendrarisinin direktoru Tofiq Məmmədov OLUB BUTUN EMLAKINI Qardasi Afiyedinle yedi! Ozude Allah belasina geldi masin vurdu!Ceneti pisixi xestexanaya salan o olub!!

  • @ibrahimquliyev4494
    @ibrahimquliyev4494 Před 3 lety +45

    VİDEONU İZLEDİM VE ÇOX KÖVRELDİM...HEYİF BELE VİCDANLI İNSANLARDAN...XEYİRXAHLIGI BAŞINA BELA OLUB YAZIGIN....ALLAH RUHUNU ŞAD ,, MEKANINI CENNET ETSİN....🙏💔

  • @user-zy4zl5nc4m
    @user-zy4zl5nc4m Před 5 měsíci +25

    Haqqı itirənlərə ar olsun ! Allah rəhmət eləsin.

    • @khenanmirzayev8790
      @khenanmirzayev8790 Před 5 měsíci

      Cenet muellimi allah rehmet elesun!Onu deli eden Mərdəkan Dendrarisinin direktoru Tofiq Məmmədov OLUB BUTUN EMLAKINI Qardasi Afiyedinle yedi! Ozude Allah belasina geldi masin vurdu!Ceneti pisixi xestexanaya salan o olub!!

  • @user-ev1kk8ju7c
    @user-ev1kk8ju7c Před 3 lety +19

    Allah razi olsun Vetenimin geyretli oxlu.Yerin cennet olsun Cennet.

  • @seidesireliyeva8584
    @seidesireliyeva8584 Před 2 lety +10

    təşəkkür edirəm bu məlumatı bizə çatdıranlara...
    mən1ci dəfədir ki bu insanın adını eşidirəm.Öz millətimin mərhəmətli,mərd,ziyalı insanlarına xüsusi hörmətim var.daxili zəngin insan olmuş.mənəviyyatı üstün.çox söz yazmaq olar amma gecdi....indən sonra Ona "ALLAH rəhmət eləsin "kəlməsindən başqa heç nə lazım deyil...😢

  • @aytkrzayeva796
    @aytkrzayeva796 Před 3 lety +10

    Çox qəribə taleyi varmış.Allah rəhmət eləsin 🙌

  • @elcinshabanov294
    @elcinshabanov294 Před 3 lety +12

    Yaxwi taniyiram Cenneti.Sverdlovck weheri Elmaw rayonunda Turbin-Motor zavodunda bir yerde iwlemiwdik.Allah rehmet elesin Deyirmancinin milyoncu oqluna.

  • @tahirehuseynova7382
    @tahirehuseynova7382 Před 3 lety +63

    Belə qeyrətli Azərbaycan oğulları çoxdur. Sadəcə onları vaxtında xalqa tanıtmaq lazım idi. Çox təssüff edirəm ki, sonu belə sonluqla bitir.
    Allah rəhmət eləsin. Yəqin ki, etdiyi yaxşılıqlara görə o dünyanın cənnətinə qovuşar.

  • @vusalsoltanov1547
    @vusalsoltanov1547 Před rokem +6

    Allah rəhmət etsin.Necede gözəl qelbli esl bir insan olub.Onun haqqında nəsə danışılanda və o danışanda yorulmuram ancaq dinlemek isteyirem

  • @leylimm5751
    @leylimm5751 Před 3 lety +29

    Yerin cənnət olsun, Cənnət!!! Ömrünü tam və dolğun yaşamısan! Çox heyif ki, ailəsi , övladları olmayıb.
    Bu vidonu tükü ürpərmiş vəziyyədə dinlədim. Çox sağ olun ki, bunu təqdim etdiniz!!!

  • @user-kl5we8vf6k
    @user-kl5we8vf6k Před rokem +5

    Аллах рехмет елесин, меканын ченнет олсун. Сени делиханайа Маштагада салдыранлар утансын, билирем, сагдылар,.Сенин олмейин лазым иди онлара, ону да через делихана еледилер. Тебризим махнысыны нейнирдин, ай рехметлик, башына да бу ишлер гелсин???!.Инди сен йохсан, Халг да еле билир, ки Нийамеддин движенийададыр. Сени таныйанлар таныйыр ве РЕХМЕТ дейир. Сени Свердловскдан танымышыг. Чооох теесуфлер олсун, ВЕРХНИ ПЫШМАДА билирдик Сен кимсен!!!!

  • @rovsenquliyev6807
    @rovsenquliyev6807 Před 3 lety +11

    Allah rəhmət eləsin Cənnətə xeyrhaq insan olub millətimizin bunun kimilərinin qədrin bilməliyik

  • @rizvanmursudov5578
    @rizvanmursudov5578 Před 5 měsíci +6

    ALLAH Rəhmət eləsin Mekanı cənnət olsun Amin

  • @vasif.SaZMeN
    @vasif.SaZMeN Před 10 měsíci +7

    Allah rəhmət eləsin ,Hər cür patensialli insan idi

  • @asiman999
    @asiman999 Před 3 lety +21

    Həyatda hər cür insan var. Həyat yalnız
    Xeyirxah, alicənab, ədalətli insanlardan ibarət deyil. Bəlkə də bu insanların tam əksi olanlar daha çoxdu... Ona görə də həyatda kəşməkeşli, məhrumiyyətli məqamlar çoxdu...

  • @behappydontworry4714
    @behappydontworry4714 Před 3 lety +28

    ALLAH rəhmət eləsin 😪
    Cox maraqıı vidyo idi Cox sag olun

  • @namiqhuseynov7561
    @namiqhuseynov7561 Před 3 lety +19

    Allah qeni qəni rəhmət eləsin dahi insana ruhun şad olsun qedrin nurla dolsun🕋🥀😔😥

  • @aliyezeynalova1928
    @aliyezeynalova1928 Před 3 lety +6

    HEYF ĞÖZƏL İNSAN SƏN YAŞAMALIYDIN. UYİDUGUN TORPAG NURLU OLSUN. ETIBARSIZ DOSTLARINA COX AYIB OLSUN.

  • @elnaraxundova1236
    @elnaraxundova1236 Před 5 měsíci +4

    Mekani Cennet olsun😢😢😢

  • @renaaqayeva9548
    @renaaqayeva9548 Před rokem +11

    Allah Rəhmət eləsin, məkanı Cənnət olsun 🕌🤲🤲🥀🥀😥

  • @user-jg2pe3bk5u
    @user-jg2pe3bk5u Před 3 lety +82

    Eybi yox bu dunya ele beledi yeri mekani cennet olar insaAllah bir Ana kimi yaziram

    • @ziyasuleymanov6168
      @ziyasuleymanov6168 Před 3 lety +1

      🙏🙏

    • @khenanmirzayev8790
      @khenanmirzayev8790 Před 5 měsíci

      Cenet muellimi allah rehmet elesun!Onu deli eden Mərdəkan Dendrarisinin direktoru Tofiq Məmmədov OLUB BUTUN EMLAKINI Qardasi Afiyedinle yedi! Ozude Allah belasina geldi masin vurdu!Ceneti pisixi xestexanaya salan o olub!!

  • @remihetemov2083
    @remihetemov2083 Před 3 lety +8

    Allah rehmət etsin belə insanlər yeni ürey temiz qelbi temiz olurlar Ruhları şad olsun pis insanlərədə Allahn Rəhmı gəlsin

  • @user-hd8zv6ek3g
    @user-hd8zv6ek3g Před 6 měsíci +3

    Allah sənə rəhmət eləsin Cənnət.
    Allah sənin haqqını yeyənlərin həlakını artırsın.
    Çox dəyərli insan idin sən.

  • @big9307
    @big9307 Před 3 lety +5

    Çox duygulandım. Nedense xeyirxah yardimsever gözel insanlar ömürlerinin son günlerinde tenha qalirlar.Malesef

  • @azerbaycanturkiye3787
    @azerbaycanturkiye3787 Před 3 lety +43

    Allah rehmet elesin Ruhuna Fatihe

  • @azersela7605
    @azersela7605 Před 3 lety +8

    Allah rehmet elesin ,mekanı cennet olsun.Azerbaycanin qeyretli oğlu heyif ondan, qedrin bilmediler...

  • @arzuelizade5243
    @arzuelizade5243 Před 3 lety +14

    Mahnını tələbə olanda Vüqarın və Musanın ifasında maqnitafonda eşitmişəm.Müəllifin Cənnət olduğunu bilmirdim.Dostları çox vəfasız çıxıb.Heyf Sovet dövründən.Yaşayış da rahat idi,savadlı adamlar üçün.İndi evsiz qalmazdım.😪😪😪

  • @aygunaliyeva6904
    @aygunaliyeva6904 Před 3 lety +7

    Allah Rehmet Elesin...Ćox maragli insan olub...Ruhu şad olsun🙏

  • @nazimnadjafov8391
    @nazimnadjafov8391 Před 5 měsíci +3

    Allah qəni qəni rəhmət eləsin, məkani cənnətdik ruhu şad olsun AMİN.

  • @RzaRzayev-ck4ec
    @RzaRzayev-ck4ec Před 5 měsíci +3

    Maraqli oldu Paylaşan sag olsun

  • @fatmabagirova7016
    @fatmabagirova7016 Před 2 lety +9

    ALLAH RƏHMƏT ELƏSİN!!

  • @validkuskun9064
    @validkuskun9064 Před 3 lety +34

    Yaxşı insanlari Allahim həmişə imtahana çəkir

  • @gulnazmemmedova2625
    @gulnazmemmedova2625 Před 3 lety +53

    Çox gözəl mahnıdı indi də sevilir çox maraqlı insandı və xeyirxah olub

  • @elxanbagirov225
    @elxanbagirov225 Před 3 lety +14

    YAXŞILIQ GÖZLƏRINDƏN GƏLSIN.ALLAH O DÜNYADA BILMƏYƏNLƏRI CƏZALANDIRSIN

  • @yashasinazerbaycan5853
    @yashasinazerbaycan5853 Před 3 lety +36

    Gorunur ki Bu insan Vetenperver
    Ve Cox Qeyri ADI biri olub.
    O Allahi butun Dinlerde axtarib.
    Axirda gelib Islama.
    Baxin gorursuz eynile 124min peyqenberin geliwi Kimi muxtelif dinler Sonunda Islam dini Ve Hz.Mehemmed Peyqenber.
    Allah BU insana rehmet elesin
    Video ucunde Kanala Tewekkur!!!

    • @elmirbabayev4689
      @elmirbabayev4689 Před rokem +1

      Rəhmətlik Şiə qardaşdır Cənnət Əliyev dəhşət Hz Əliyev aşıq kumuri olub.

  • @user-ve2uc1kv6i
    @user-ve2uc1kv6i Před 3 lety +6

    ALLAH REHMET EYLESIN MEKANI CENNET OLSUN INSHA'ALLAH

  • @nahidismayilov9910
    @nahidismayilov9910 Před 3 lety +4

    Uğurların bol olsun qardaş,səsinlə insan rahatlıq tapır.Yaxsi bir yol seçmisiz,uğurlar👏

  • @calminsideandout5403
    @calminsideandout5403 Před 3 lety +9

    ALLAH REHMET ELESIN CENNET ELIYEVE AMIN!

  • @user-kq8ys7ed1e
    @user-kq8ys7ed1e Před 3 lety +8

    Allah rəhmət eləsin. Pul dostlarina ise leenet elesin.

  • @ismayilibrahimov6433
    @ismayilibrahimov6433 Před 3 lety +10

    ALLAH....RƏHMƏT....ELƏSIN...MƏKANI....CƏNNƏT....OLSUN...🌻🌹

  • @afinaeliyeva3216
    @afinaeliyeva3216 Před 3 lety +24

    Çənnət insalığın juksək pilləsində dyryrdu allah rəhməf ejləsin jeri çənnət olsyn

  • @narminalakber5365
    @narminalakber5365 Před rokem +3

    Cox heyif yene hakli bir insan haksizliq gorur ve laiq olamdgi sonunyawagir Allah rehmet etsin heykeli qpyulasininsandir her kese teqdim.olunasidir unudulmamalidir bele insanlar😢

  • @aidamikaylova2785
    @aidamikaylova2785 Před 5 měsíci +1

    Mən ümumiyyətlə fəxr edirəm ki Azərbaycan torpagı CƏNNƏT Kimi oğullar yetişdirib.və yetişdirəcəkdidə inşəllah .yeri cənnət olsun.Amin

  • @qamaraxundova5952
    @qamaraxundova5952 Před 3 lety +24

    Bu insanda ele bil bir az psixoloji problem olub.Tebrizim ansambli vaxtiken cox mewhur olub.Allah rehmet elesin.Mekani cennet olsun.

    • @samirsevindikli8762
      @samirsevindikli8762 Před 3 lety +2

      Xeyir yox idi xanim onun doqulduqu kendde hami beledi cox savadli insanlar di kirisna dinin esasida ruhlarla elaqeni temsil edir esas bele bir xeyriyeci adami itirdik

  • @cahidasadov7517
    @cahidasadov7517 Před 3 lety +4

    Аллах рахмат еласин

  • @maiskazimov4717
    @maiskazimov4717 Před 3 lety +10

    Allah rehmet elesin Azerbaycanli talantli insanlar coxdur bu rehmetlikde olardan biri olub ,her cebhede iwleyib ,milisde ,sefirlikde ,musiqide ,tebrizim mahnisida cox gozel tesir edicidir ,Allah rehmet elesin qebri nurla dolsun

  • @user-rb7tr3qs2h
    @user-rb7tr3qs2h Před 3 lety +3

    Cox yaxsi, cox gozel insan idi. Allah rehmet elesin, Cennet muellim!

  • @ilqarsharifov1101
    @ilqarsharifov1101 Před 3 lety +3

    Vidyonu baxdım ve dinledim bu netice gördümki Azerbaycanlı ücün fedakar olmağa Can qoymağa deymez cünki buna benzer bir hadisede Qurban olduğum HACI ZEYNALEDİN TAĞIYEVİN Qızıda acından öldü ammam halbuki o Bakıdakı gözel binaların her birini ZEYNALEDİN BEY dikdirib Bakıya gözellik verib, yani Azerbaycan ücün deymez.

  • @yasarmemmedov9279
    @yasarmemmedov9279 Před 3 lety +8

    Neyse ki həyatın hər guşəsində olub...Allah rəhmət etsin

  • @allahinqulu6076
    @allahinqulu6076 Před 5 měsíci +1

    Çox maraqlı insandı. Allah rəhmət eləsin.🙏

  • @cemileaxmedova2008
    @cemileaxmedova2008 Před 3 lety +1

    Mən Cənnət müəllimi tanıyırdım Kalmıkiya prezidenti ilə siğə qardaş idi Onun ad gününə hədiyyə olaraq Kalmıkiyanın bayrağını xalçada toxutdurub mənə Çox mərhəmətli , həyatsevər , çox savadlı , vətənpərvər , vətəninin hər dərdinə məlhəm olmaq istəyən ,parçalanmış Azərbaycanın birləşdiyi o görsəydim öləndə dərdim olmazdı deyərdi Hərtərəfli bir insan idi Hər şeydən başı çıxırdı Mübariz , həqiqəti sevər, insanlığa qiymət verən, hamıya inanan , əfsus ki dostlarından yarımayan, elə dost dediyi adamlar tərəfindən arxadan vurulan, çətin günündə əl tutub adam elədiyi insanlar tərəfindən atılan , bir sözlə deməklə dərdləri qurtarmayan Cənnət Əliyev Allah rəhmət eləsin ,məkanı cənnət, yeri nurla dolsun Amin

  • @seyidgencevi2250
    @seyidgencevi2250 Před 3 lety +5

    Allah rəhmət eləsin qəbri nurla dolsun

  • @BairamovaN61
    @BairamovaN61 Před 5 měsíci +2

    Аллах..рехмет..елесин.миллетимиз..фехримиз..❤❤❤❤

  • @firuzeniziqocayev2437
    @firuzeniziqocayev2437 Před 3 lety +3

    Maraqli adam olub,oxumiwam onun barəsində,allah rəhmət eləsin.

  • @laleismayilova8706
    @laleismayilova8706 Před rokem +2

    Ne geder savadli imiw
    Allah rehmet elesin

  • @orxaneliyev3428
    @orxaneliyev3428 Před 3 lety +9

    Allah rehmet elesin.

  • @user-js3to8xx1f
    @user-js3to8xx1f Před 3 lety +2

    Аллах рахмат еласин. Пищит вам из Калмыкии мы думали он жив и живёт в гор. Астрахань.

  • @sevilkanovikova6516
    @sevilkanovikova6516 Před 3 lety +8

    ALLAH rəhmət eləsin. Öz gūcūnə bacarığıyla qal xan insanlar var olsun, onlara ancaq heyfan olursan. Nankorlara ar olsun , burunlarından gəlsin olunmuş yaxşılıa .

  • @fahreddinahmet3103
    @fahreddinahmet3103 Před 3 lety +19

    Alcax ssri bele bir Fexrimiz olan adamnan niye danışmırdı ona görəki o erməni yada gərək rus olaydı Allah yerini CƏNNƏT eylesin o birilərinə lənət.

    • @elcinshabanov294
      @elcinshabanov294 Před 3 lety +3

      Sovet dovrunde onu defelerle efirlerde gosteribler.Onun sonuna ele bizimkiler cixdi

  • @xalidaxalafova8112
    @xalidaxalafova8112 Před 3 lety +8

    Həyat belədi çörəyinin duxu olmayıb kiminsə əlini çörəyə çatdıran qalır bir yanda , bir az tanınan kimi keçmişi unudurlar .🤔 yazıqlar olsun məşhurlara . Allah rəhmət eləsin 🤲🤲🤲

  • @validkuskun9064
    @validkuskun9064 Před 2 lety +5

    İnsanlar çox etibarsizdir hər kəs çörəyin qədrini bilməz çox pis oldum üzüldüm insanin agli qəlbi onun həmişə düşməni olub nur içində yatsin

  • @naibeismayilova8856
    @naibeismayilova8856 Před 3 lety +6

    Allah rehmet elesin hemyerlimize qururduyucu vidyodur cox sag olun gosterdiyiniz vidyo ucun cox maraqlidi onuda deyim ki savet devrinde internatlarda acliq olmayib. Tebeiz mahnisina da gore rehmetliyin ruhuna minnetdariq . Ruhu wad olsun

    • @romarzaev946
      @romarzaev946 Před 3 lety

      dogru deyil mən özümdə internatda oxumuşam bəli yemək verilirdi ona yemək demek olardisa,əgər uzaqdan yeməklərin iyi gələndə artıq adamin ürəyi bulanırdısa,o zaman o yeməkləri necə yemək olardi?!

  • @falconparting8902
    @falconparting8902 Před 3 lety +8

    Allsh rehmet elesin mekanı cennet olsun etdiyi xeyir əmelleri o dunyada qarşısına cıxar

  • @aynurtalibova092
    @aynurtalibova092 Před 3 lety +13

    Belə cəsarətli.Xeyirxah.Heyatda hər istədiyini edib doymuş insanların əksəriyyətinin sonluğu nankorluq və təklik olur.

  • @elmarsadiqov4449
    @elmarsadiqov4449 Před 3 lety +21

    Samir səfərov bu mahnının ilk ifaçısı dalğa verlişində vüqar yüsubov oxuyub . Xoşbəxtəm ki bu günə qədər vüqar yusubovun musa musayevin tarixini qoruyub saxlamışam . Allah cənnəti rəhmət eləsin ki təbrizi Azərbaycanıa gətirib .

  • @rustmsdov3313
    @rustmsdov3313 Před 3 lety +2

    Allah rehmet elesin

  • @nailesemedova7896
    @nailesemedova7896 Před 3 lety +7

    Allah rəhmət eləsin

  • @eldenizimamaliyev1884
    @eldenizimamaliyev1884 Před 3 lety +4

    Allah rəhmət etsin çörək verən kişi oğlu kişi idi.

  • @kamilquliyev4971
    @kamilquliyev4971 Před 3 lety +2

    ALLAH REHMET ETSIN AMIN!

  • @user-ih9ih3lk1b
    @user-ih9ih3lk1b Před 3 lety +7

    Allah rehmet elesin beli ozune bir kun etmeyib dost artirib indi ne. Dostu var nede. Axtaran men cox heyif lenirem Ona koreki. Ozunun gedrini. Ozun bil basgasi senin gedrini bilmez 🤷‍♂️❤️🤷‍♂️👍🫀🙏🤲🤲🕋🕋🕋🙏Allah rehmet etsin.

  • @SHUMER1189
    @SHUMER1189 Před rokem

    Axırıncı ğörüşdüyü adam mən olmuşam dünyasını dəyişməmişdən 1 saat əvvəl Çox ğözəl insandı deyərdim ki indi O ruhi məkandadır.Çox maraqlıdır bu ğün yuxuda ğörürəm Cənnəti və durub CZcams u açıram və Cənnət haqda bu video çıxır qarşıma 1 ci !

  • @user-oo3he6qe3m
    @user-oo3he6qe3m Před 3 lety +2

    Allah geni geni rehmet eylesin, ruhu şad olsun....

  • @qaranfilaliyeva1238
    @qaranfilaliyeva1238 Před 3 lety +8

    Heyif bele ogullardan, dunya hemise bele olub, vaxtinda qedirleri bilinmir, gor nece heyat yolu olub, biz sovet vaxti qazetde oxumusduq onun haqqinda, milyonlari olanda basina yigilanlar, xeste olanda qacdilar

  • @entiqesuleymanova2853
    @entiqesuleymanova2853 Před 3 lety +2

    Allah rəhmət Eləsin AMİN deyən dillər var olsun

  • @sevaseva6388
    @sevaseva6388 Před 3 lety +2

    Allah rehmet etsin Cennet b.Defelerle qonaqimiz olub.Dayim Celilaqa Quliyev ansambldaydi.Wakir Quliyev bizim qohum deyil,O qrupdakilarin musiqi tehsilleri var idi ve oz yerlerinde mehwur idler.Dayim saksafonistidi.Wakir b accordion.gitara ifacisi idi.Musa guitarist Vuqar oxuyurdu hem udarnik ifa edirdi.Cennet b onlari az muddetde kenara qoydu.Qeribe iwlere baw qowdu.Sonu da bele.Yenede el oqlumuzdur Allah gunahlarini baqiwlasin!

  • @kamilsadixov3345
    @kamilsadixov3345 Před 3 lety +4

    Kimin evveli kimin axiri allah rehmet elesin yalniz yaxsi insanlara pis adamlara rehmet dusmur

  • @fear-pubgmobile4594
    @fear-pubgmobile4594 Před 3 lety +1

    Ay Allah tüklərim biz biz oldu . Bu insan nə axtarirmiş, .Allah rəhmət eləsin,

  • @aynurquliyeva2072
    @aynurquliyeva2072 Před 3 lety +1

    Maraqlı həyatı olub...

  • @melahetsoltanqizi3485
    @melahetsoltanqizi3485 Před 3 lety +2

    Etibarsız dünya,etibarsız insanlar. Allah rəhmət eləsin. Məkanı cənnət olsun.

  • @user-dj5cb1qw9t
    @user-dj5cb1qw9t Před 3 lety +5

    Bu da bucur bedbex olub Bunun yanda guclu bir Azerbaycanl Qadn olsayd Aglnn itirimezdi birde bele deyim var pul her zaman xowubetcilik getirmir

  • @hdbdjdjdjhyrvxygebbxu2186

    Allahrəhmət eləsin

  • @kifayetkifayet588
    @kifayetkifayet588 Před 3 lety +6

    ALLAH REHMET ELESİN RUHUN ŞAD OLSUN EZİYET İNİ İTİRENLERE HARAM OLSUN 😭

  • @Sab685
    @Sab685 Před 3 lety +3

    Allah rehmet etsin gozel İnsan Amin Allah

  • @ilhamibrahimova3062
    @ilhamibrahimova3062 Před 3 lety +2

    ALLAH REHMET ETSİN HEÇ KİMSEYE PİSLİK ETMEYİB,HEÇ KİMSENİN ÇÖREYİNE BAİS OLMADAN ZEHMETLE ÇALIŞIB. MİLYONLARA SAHİB OLARAQ XEYİR EMEL SAHİBİ OLUB. ALLAH O DÜNYASIN VERSİN MEKANIN CENNET ETSİN. NURLAR İÇİNDE YATSIN.

  • @samirguluyev8265
    @samirguluyev8265 Před 3 lety +2

    ALLAH Rehmet elesin eşitdiyimə görə xeyirxah insan olub

  • @bayramovabayramova3066
    @bayramovabayramova3066 Před 3 lety +2

    Mekani cennet olsun 🤲🤲🤲

  • @qaqasqaqas6630
    @qaqasqaqas6630 Před 3 lety +13

    Mahnida yazib.amma kimse oz adina cixarir.

  • @gladness7603
    @gladness7603 Před 3 lety +6

    Musa Musayev cındirın biridi.Elə dəfnə gəlməməyi məsləhətdi.

  • @xuramanhuseyin6426
    @xuramanhuseyin6426 Před 3 lety +3

    Allah rəhmət eləsın məkanı çənnət olsun yaxşı ınsanlar həmışə yad olunur ınsanlara tanıtmaq lazımdır

  • @user-fn2do4id6v
    @user-fn2do4id6v Před 3 lety +3

    Таныйырдым.Аллах рахмат етсин.Яхшы инсан иди.

  • @nazilaahmadzada7050
    @nazilaahmadzada7050 Před 2 měsíci

    Həyatın çıttını da vurub pırtınıda. Əla. Ona verilən həyatdan düzgün istidadə edib.👍🏼👍💐

  • @xanmbagrova
    @xanmbagrova Před 3 lety +2

    Allah rəhmət eləsin ruhu şad olsun 🤲

  • @user-se6pw9ri3w
    @user-se6pw9ri3w Před 3 lety

    Учился я в интернате во втором классе 1960-году. Кормили хорошо даже не доедали.

  • @user-gd9ms6uu5v
    @user-gd9ms6uu5v Před 3 lety +1

    АЛЛАХ рахмет еласин

  • @tuzuibrahimli2130
    @tuzuibrahimli2130 Před 3 lety +3

    Allah rehmet elesin qəribə insan və qəribə tale

  • @Carait
    @Carait Před 5 měsíci +1

    ALLAH RƏHMƏT ELƏSİN.

  • @mlahthuseyn.1153
    @mlahthuseyn.1153 Před 3 lety +2

    Allah məkanını Cənnət eləsin,çörəyini itirənlərə isə ar olsun

  • @elnazalieva3010
    @elnazalieva3010 Před 3 lety

    Məlumat ücün təşəkkür edirəm