Braziliya necə ölkədir? - Çaşıb qalacaqsız

Sdílet
Vložit
  • čas přidán 13. 12. 2021
  • Braziliya -rəsmi adı Braziliya Federativ Respublikası. Cənubi Amerikanın həm ən böyük, həm də əhalisi ən çox olan ölkəsidir. Ekvador və Çilidən başqa, bütün Cənubi Amerika ölkələri ilə həmsərhəddir. Ərazisi 8516000 km2 olan ölkə Cənubi Amerikanın 47,8%-ni əhatə edir. 10 ölkəylə sərhəd qonşusu olan Braziliyanın ən maraqlı sərhədi ölkənin şimalındakı Fransız Qvineyası ilədir. Bu sərhəd Braziliyanı bir Avropa ölkəsi ilə qonşu edir. İstanbuldan paytaxt Braziliyaya reys dəyişmə ilə, ən tezi, 17 saata uça bilərsiniz.
    Braziliya 4 fərqli saat qurşağına sahibdir. Paytaxt Braziliya ilə müqayisədə, ölkədə vaxt Türkiyəyə nisbətən, 6 saat geri qalır. Braziliyanın ərazisinin böyük hissəsi Cənub yarımkürəsində, kiçik bir hissəsi isə Şimal yarımkürəsindədir. Ölkə səhralardan yağış meşələrinə, şəlalələrdən bataqlıqlara, düzənliklərdən dağlara qədər təbii müxtəlifliyə malikdir. Dünyanın ən böyük bataqlığı Pantanal, dünyanın ən böyük meşəsi Amazon və dünyanın ən böyük şəlalələrindən biri olan İguazu Braziliyadadır.
    Amazon yağış meşələri başqa Cənubi Amerika ölkələrinin ərazisinə daxil olsa da, 60%-i Braziliyanın payına düşür. Planetimizdə ən çox bioloji müxtəlifliyə məhz burada rast gəlinir. Qardaş Türkiyə ərazisindən 7 dəfə çox olan meşələr sayəsində palnetimizə lazım olan oksigenin üçdə biri burda yaranır. İndiyədək elmə məlum olan 9 milyon heyvan növünün, təxminən, yarısı bu meşələrdədir. “Dünyanın ən ölümcül məkanı” adlanan İlanlar adası da Braziliyadadır. Buraya, qanunla yalnız elm adamlarının daxil olmasına icazə verilir. Adada hər 1 m2-ə 1 zəhərli ilan düşür. Braziliya o qədər böyük bir ölkədir ki, torpaqlarının tamamı, hardasa, bütün Avropa ölkələrinin ərazisinin toplamına çatır. Ərazisinə görə, dünya ölkələri arasında 5-ci yerdədir. Ölkə 26 əyalət və 1 federal bölgədən ibarətdir. Çox adam elə bilir ki, ölkənin paytaxtı Rio-de-Janeyrodur. Amma deyil...Paytaxt Braziliya şəhəridir. Rio 1960-cı ilədək paytaxt olub. Braziliya isə paytaxt olması üçün 1956-1960-cı illərdə, tam olaraq, 41 ay ərzində sıfırdan tikilən bir şəhərdir. Şəhər planlanarkən, yuxarıdan baxıldığında bir təyyarəyə bənzəyəcək şəkildə salınıb.
    Ölkənin demoqrafik göstəricisinə baxsaq, əhali sayının 214 milyona yaxın olduğunu görərik. (213057783). Əhalisinin sayına görə, müvafiq siyahıda 6-cı yerdədir.
    Braziliyada mədəni müxtəliflik də var. Burda fərqli ölkələrin, fərqli xalqların mədəniyyətlərinin izini görmək olur. Bu gün braziliyalılar avropalılar, afrikalılar, qızıldərililər kimi 3 etnik qrupun nəvələri olaraq qəbul edilir. Ona görə də, burda hər cür müxtəlifliyə rast gəlinir. Mətbəxdəki rənagrənglik də bundan qaynaqlanır.
    Əhalinin 47%-i ağdərili, 43%-i pardo, yəni, mələz, 8%-i qaradərili, 1,5%-i asiyalı, 0,5%-i yerli amerikalıdır. Pardolar qaradərililər kimi tünd, yaxud, ağdərililər kimi açıq dəriyə malik deyil. Əslində, ölkənin şimalı və cənubu arasında dəri fərqi olduqca nəzərə çarpır. Şimaldakı əhalinin yarısından çoxu qaradərili ikən, ölkənin ağdərili əhalisinin böyük hissəsi cənubda yaşayır. İrqçilik tarix boyunca burda problem olub. Amma 2011-ci ildə ölkədəki irq nisbəti dəyişdi. Ölkə tarixində ilk dəfə, ağdərili əhalinin digər əhali qrupuna nisbətən azaldığı müəyyən edildi. Bir zamanlar Braziliya dünyada ən çox afrikalı kölə idxal edən ölkə idi. Məhz buna görə, bu gün ölkədə afrika kökənli insanlarla addımbaşı qarşılaşmaq mümkündür. Rəqəmlərə baxsaq, o vaxtlar Braziliyanın ABŞ-la müqayisədə, 11 dəfə çox kölə idxal etdiyini görərik. O vaxt kölə kimi göndərilən, təxminən, 12,5 milyon insanın 38,9%-i Braziliyaya gəlirdi.
    1880-ci ildə əkinçilikdə texnologiyaya keçid və respublikanın elan edilməsiylə Braziliya Amerika qitəsində köləliyi ləğv edən son ölkə kimi tarixə düşdü. Amma köləlik ləğv edilsə də, qaradərililər cəmiyyətdə digər insanlarla eyni hüquqa malik deyildi. Məcbur qalan qaradərililər öz icmalarını yaratdılar. Beləcə, köləlik olmasa da, irqçilik alovları yanırdı. Əhalisinin 82%-i afrikalı kölələrin nəvə-nəticələri olan Salvador “Afrika xaricindəki ən böyük Afrika şəhəri” adlanır.
    Braziliya əhalisinin 65%-i katolik, 22%-i protestan, 2%-i spiritist, 3,2%-i müsəlman, budist, hindu kimi digər dinlərin mənsublarıdır. 8%-i isə heç bir dinə inanmadığını dilə gətirir.
    ABŞ-dan sonra dünyada ən çox xristian əhali burada yaşayır. Dünyada ən çox katolik əhaliyə də Braziliya sahibdir. Bunun da səbəbi Braziliyanın 1500-cü ildən 1822-ci ilədək, yəni, tam 322 il boyunca Portuqaliyanın müstəmləkəsi olmasıdır. 1891-ci ilə qədər dövlət dini xristianlıq idi. Əhali də bu müddət ərzində məcburən xristianlaşdırıldı. Bu gün yerli əhalinin az olmasının səbəbi də portuqallardır. Onlar bu torpaqlara gələndə özləri ilə bərabər Avropa xəstəliklərini də gətirdilər. Yerli əhalinin böyük qismini məhz bu yad xəstəliklər yox etdi. Etnik köklərə baxdıqda, ölkədə 900 mindən çox insan 240 qəbilədən birinin nümayəndəsidir. Siyahıya alınan 80-ə qədər qəbilə isə dünya ilə təmas qurmamağı seçib.
  • Věda a technologie

Komentáře • 42

  • @nicatehmedzade2944
    @nicatehmedzade2944 Před 2 lety +10

    Əla👍 maraqlı idi. Digərlər ölkələrlə bağlı çəkilişlərin davamı gəlsin👍

  • @nusabemuxtarova8940
    @nusabemuxtarova8940 Před rokem +2

    Məndə belə maraqlı faktlara baxıram 9 yaşım var belə faktları sevirəm.çox təşəkkür edirəm.👍👍

  • @zizseyidova8103
    @zizseyidova8103 Před 2 lety +13

    Təşəkkür edirəm 👍

  • @ummetden.1-i
    @ummetden.1-i Před 2 lety +7

    Maraqlı idi, Allah razı olsun. Bizi maarifləndirməyə davam edin.

  • @vidadihuseynov1969
    @vidadihuseynov1969 Před 2 lety +4

    Yasa eziz qardas cox maraqli arasdrma idi

  • @hokubabayeva4999
    @hokubabayeva4999 Před 2 lety +4

    Maraqli idi. Davamli olsun

  • @aykaaskerova5547
    @aykaaskerova5547 Před 2 lety +7

    Turkiye haqda da olsun♥️♥️♥️

  • @Luna-dl4tk
    @Luna-dl4tk Před rokem +2

    Çox sağ olun! Maraqlı məlumatlardır.

  • @ramilbabasov6435
    @ramilbabasov6435 Před rokem +1

    Cox saqol.Xosuma gelir melumatlar.Davami gelsin insallah !!

  • @fatimqurbanova4065
    @fatimqurbanova4065 Před rokem +1

    Əla idi. Basqa olkeler haqqinda da videolar gelsin😍😍😍😍😍

  • @zizseyidova8103
    @zizseyidova8103 Před 2 lety +8

    Çox maraqlı mövzudur.

  • @guzelkz2134
    @guzelkz2134 Před rokem +1

    Maraqlı kanaldır👏

  • @alexondrabs9gf6bq2e
    @alexondrabs9gf6bq2e Před 2 lety +7

    Ən çox arzum olub, Braziliyada yaşamaq olub, amma olmadı

  • @Vugar.travel
    @Vugar.travel Před 2 lety +4

    👍👍

  • @ggg9029
    @ggg9029 Před 2 lety +1

    Super idi...Sixilmadan izledim 👍👍👍👍

  • @gulnarasultanova5412
    @gulnarasultanova5412 Před 2 lety +5

    Maraglidi cox gorxulu bir olke

  • @dontloseyourhope9426
    @dontloseyourhope9426 Před 2 lety +4

    Növbəti İtalya və Fransa olsun məncə .Maraqlı olar 👍👍

  • @munasibhesenov1968
    @munasibhesenov1968 Před 2 lety +4

    👍👍👍

  • @bakibakili3199
    @bakibakili3199 Před 2 lety +1

    Ela çox xahiş edirəm Digər Amerika ölkələri haqqındada video hazırlayın məsələn Kolumbiya Ekvador çox mənə maraqlıdır bu ölkələr

  • @raufbsyramov8745
    @raufbsyramov8745 Před rokem +1

    QAZAQİSDANNAN MARAQLIDI EMEYİNİZE SAQLIQ

  • @MehtiyevMeftun
    @MehtiyevMeftun Před 6 měsíci

    Cox qorxuludu

  • @cnublu7052
    @cnublu7052 Před 10 měsíci +1

    😀 əladıre, ölkə ilə paytaxtın adı eynidir. Braziliyanın paytaxtı Braziliya şəhəri

  • @MehtiyevMeftun
    @MehtiyevMeftun Před 6 měsíci

    Coxxxx qorxulu olkedi 😢 bizim olkemize min sukur amin

    • @SalehSaleh-ir4vh
      @SalehSaleh-ir4vh Před 5 měsíci

      He. Niye gpresen ele videolar var niye oz vetendawlarina onu edirler insanliga sigmaz vehsidirler

  • @vuqarnecefli3560
    @vuqarnecefli3560 Před 2 lety +4

    Sağol qardaş ama maraqli odur ki görəsən biz hansi ölkəynən özümüzü muqayisə edirik?

  • @bayramzade01
    @bayramzade01 Před rokem +1

    Getmək istəyirəm

  • @recebovaa3435
    @recebovaa3435 Před rokem +1

    En Sevdiym Ölkə🫶

  • @Qabildemokracy2024
    @Qabildemokracy2024 Před 2 lety +1

    Mən Çiliyə getmək istərdim Xahiş edirəm Çili haqqında da müəllimat verəsiniz

  • @elnureminov1953
    @elnureminov1953 Před rokem +1

    Braziliyanın neçə şəhər və rayonları olduğu barədə məlumatı ya mən eşitmədim yada şərhçi demədi.

  • @Rzayev052
    @Rzayev052 Před 5 měsíci

    Qaqa brazliya adam kesen işkence veren yerler deyilki.??

  • @zaurdervish
    @zaurdervish Před 2 lety +5

    Fransa lütfən

  • @fomaabdulov9384
    @fomaabdulov9384 Před 2 lety +4

    Evveler brazilyanı paytaxtı San paula olub

  • @MehtiyevMeftun
    @MehtiyevMeftun Před 6 měsíci

    Ama brazilya ele olkediki kicik boyuk bilmirler qessab kimi ya bas yada dogruyurlar ferqi yoxdu ogruluq nem . Xeyanetkar aldadirma satilma eyyyyyy ya ölüm yada o mesele

  • @asmr.relaxing.azerbaijan
    @asmr.relaxing.azerbaijan Před 5 měsíci

    Sümeyra Çenetdən oğurlamısınız bu videonu 👎🏻

  • @macoqosmik6713
    @macoqosmik6713 Před rokem +1

    Brazilya ən təhlükəli ölkədi axşam saat 6 dan sonra küçeye çixmiyasan yoxsa öldün 💀💀🔫🔫❌❌

  • @heyat18
    @heyat18 Před 2 lety +1

    Təşəkkür edirəm 👍

  • @asmr.relaxing.azerbaijan
    @asmr.relaxing.azerbaijan Před 5 měsíci

    Sümeyra Çenetdən oğurlamısınız bu videonu 👎🏻