Konul Kerimova - Sen Aglama (Yeni 2022)

Sdílet
Vložit
  • čas přidán 21. 08. 2024
  • Könül Kərimova - Sən Ağlama
    Söz: Əhməd Cavad
    Mus: Cabbar Musayev
    Aranjıman: İlkin Həsən
    Video Cover: Səbuhi İsazadə
    Produccer: Elvin Salmanov
    PR Menecer: Nadir Kərimov
    Könül Kərimova - nın ifa etdiyi bütün audio və video məzmunlar "NK Media" tərəfindən qorunur. Nüsxələnməsi və təkrar yayımı qadağandır!
    #KonulKerimova #SenAglama #KonulKerimova2022

Komentáře • 556

  • @sabit-tf6ss
    @sabit-tf6ss Před rokem +112

    Bu mesaji oxuyanın allah onu çox çox sevindirsin 🙏🙏

  • @elnurislam023
    @elnurislam023 Před rokem +36

    Elxan Şirinovdan sonra möhtəşəm ifa.Könüllərin səsi.Sevənlərin,sevgisi yarımçıq qalanların mahnısı......💔

  • @aytenimanli111
    @aytenimanli111 Před rokem +381

    Səssizliyə qərq olan və illərcə susaraq intizarın kölgəsində sürünən könüllərin mahnısıdır bu.Hansı ki, gizlincə ağlayıb başqalarına gülümsəyib qəmini gızlədər sevənlər...Ürəyinizə sağlıq əziz sənətkar və ağlayan qəlblərin səsi olan söz şairi.Sizləri də unutmadım musiqi sədasının ahəngini sevən bəstəkar Hamınızı alqışladıq .👏👏👏👏

  • @etibarteymurov8491
    @etibarteymurov8491 Před rokem +79

    İlahi bu hesretli gecelerin sonun getir. Geceler ağlayıb sabah gülmümsemeye mecbur qadınları sen qelbin sevindir, üzün güldür. Bu çetin imtahanın sonun tez yetir, xoşbextlikle bitir. Amin🙏

  • @cavid.musayev
    @cavid.musayev Před rokem +8

    Əhməd Cavadın sözlərinə bəstələnmiş Cabbar Musayev əsəri... 👍👍👍

  • @kazakhstanuralsk0770
    @kazakhstanuralsk0770 Před rokem +48

    Qazaxstanan salam mahnilar super Azerbaijan Qazaxstan Turkiye Uzbekistan Kirgiztan Turkmenistan Baskurtostan Tatarstan Qaraqalpaqstan Uygurstan Dagestan

    • @___sr___001
      @___sr___001 Před rokem

      Va Aleykum Salam qardaş
      YAŞASIN TÜRK DÜNYASI ✊✊✊

  • @aydan3280
    @aydan3280 Před rokem +9

    En cox sevdiyim mahni Elxan sirinovla duet oxusaydiz cox gozel olardi

  • @elnurmammadov4196
    @elnurmammadov4196 Před rokem +48

    Mən deyən yox, fələk deyən oldusa,
    Əsdi yellər, gül yanağın soldusa,
    Dərd əlindən ala gözlər doldusa,
    Sən ağlama, mən ağlayım, gözəlim!
    Uğurunda olmuş ikən sərsəri
    Mən öpmədən o qıvırcıq telləri,
    Dağıtdısa təbiətin yelləri,
    Sən ağlama, mən ağlayım, gözəlim!
    Hanı sənin hər eşqinə, hər gəncə
    Eşq oxuyan qəlbin sönmüşdür məncə,
    Bulmayırsa qəlbin artıq əyləncə,
    Sən ağlama, mən ağlayım, gözəlim!
    Bir quş idim gecə-gündüz sizlərə,
    Yazıq, məni güldürmədin bir kərə...
    Baxıb indi alındakı izlərə
    Sən ağlama, mən ağlayım, gözəlim!
    Mən baxarkən sən vurduğun yaraya,
    İndi zalım fələk girdi araya...
    Bax, xəstə qəlbimlə gəldim haraya,
    Sən ağlama, mən ağlayım, gözəlim!
    Əhməd Cavad

  • @nihadabdullayev1422
    @nihadabdullayev1422 Před rokem +8

    Bu qadını sevirem de.Mahnıları da özü de super

  • @ulvisadetddinov5658
    @ulvisadetddinov5658 Před rokem +52

    reyleri oxuyannar .🌹

  • @bayramsdob924
    @bayramsdob924 Před rokem +13

    Möhtəşəm
    Elxan Şirinovdan sonra Könül nece gözel oxuduz halal olsun size gözel senetkar

  • @arzuismayilova7440
    @arzuismayilova7440 Před rokem +68

    Atamı isdedim ..anamı isdedim ..uşaqlığımı isdedim.. həyat vurduqca vurdu 😢🥀😢

    • @nasrinmamedova1238
      @nasrinmamedova1238 Před rokem +5

      mende sein kimi Atami Anami isted😢😢😢

    • @boyukkisiabdullayev2562
      @boyukkisiabdullayev2562 Před rokem

      Mende atamin anamin balaca qizi olmagi isdedim 😥ehhh heyat ele vurdu ki sagalmayan soz yaralari var qelbimde

    • @rahib1981
      @rahib1981 Před rokem +1

      😰😰😰😰😰eyni derd eyni heyat yasami

    • @aytenimanli111
      @aytenimanli111 Před rokem +2

      Bəlkə, bir təsəLLi ,ya da nakam gözlərin işığa doğru közərən ümidi ilə baxırsan ,anlayıram sizi.Çünki qəmli ürəyi və nəmli gözləri daşıyan ruh var sizdə.Allahdan səbrinizi dilərəm,bir də tək hüzur verən ömrü yaşayın.Amin.🤲

    • @hmdhsnov84
      @hmdhsnov84 Před rokem +2

      Atam anam sağdı amma onları itrmək qorxusu ilə yaşamaq başqa dərddi

  • @Azerbaycan77
    @Azerbaycan77 Před 4 měsíci +2

    Mahninin musiqiside cox gozeldi .bunun ucun Cabbar muellime tesekkurler .inssnin ruhunu oxsayir musiqi

  • @mehmanquliyev8202
    @mehmanquliyev8202 Před rokem +13

    Elxan Sirinovun mohtesem eseri Cox gozel oxuyub Konul xanimda👍

    • @cabbarmusayev6878
      @cabbarmusayev6878 Před rokem +1

      ƏSƏR CABBAR MUSAYEVƏ və ƏHMƏD CAVADA AİDDİ.ELXAN İFA EDİB.

  • @fallingvioletta2823
    @fallingvioletta2823 Před 10 měsíci +2

    Çox gözəl ifa gözəl mahindi 😢😢😢😢😢😢😢😢😢

  • @xeyalecebrayilova1306
    @xeyalecebrayilova1306 Před rokem +5

    Yorumlari oxuyuram ekseriyyeti sevdiyi ile qovuwmayanlardir bu mahnini dinleyen. Lakin men oz sevdiyimle aile qurmuwam 4 ildir aileliyik ovladimiz var hec bir inciklik, naraziliq gormemiwem yoldawimnan. Wukurki her gunumuz her wey qaydasinda gedir. Amma bu mahni yaranan gunnen demek olar her gun dinleyirem seve seve,. Mahninin ahengi, konul xanimin sesi valeh edir. Tanrim butun sevenlere menim xowbextliyimnen bexw etsin, bele mahnilarida menim kimi sadece mahniya vurulub dinlesinler, oz heyatlarina aid ederek yox. 🙏🙏🙏

  • @anarhesenov2672
    @anarhesenov2672 Před rokem +9

    Ay Allah bu mahnı məni çox ağladır vallah səsinizə qüvvət Könül xanım ürəyim sızıldayır

  • @user-np8kg8wv3r
    @user-np8kg8wv3r Před 7 měsíci +2

    Ses möhteşem musiqidə superr geceni aqlıyıb seheri gülmseyen qadınlara gelsinn 🥺

  • @yazarelxannurbalal5015
    @yazarelxannurbalal5015 Před rokem +73

    Bu həyat belədir, xəbərsiz gəlib ,
    Sevən ürəkləri qırır, sındırır .
    Mənim gözlərimin işığı olan ,
    Özgənin evində işığ yandırır .
    ..........
    Qurbanı olduğum taleh rəssamı ,
    Bəxtimə min qara, bir ağ çəkibdir .
    İndi özgəsinin nazını çəkən ,
    Vaxtilə qəlbimə min dağ çəkibdir .

  • @agakrimkrimzad
    @agakrimkrimzad Před 8 měsíci +6

    Gencliyimde itirdiyim Atamı isdiyirem, Qaçqınlıqda itirdiyim uşaqlığımı isdiyirem.Ailəcə xoşbəxt yaşadığım günləri ,evimizi o evin səsin Kürün isdiyirem.Ata seni isdiyiremmmm

  • @aynurmmmdova2201
    @aynurmmmdova2201 Před rokem +14

    Sesin var olsun Könül xanımın♥️♥️♥️

  • @elvinqasimli5511
    @elvinqasimli5511 Před rokem +7

    Bu mahnının Elxan Şirinov möhürünü vurubdu sizdə çox gözəl oxumusunuz səsinizə qüvvət

  • @xalidxalidli6721
    @xalidxalidli6721 Před rokem +3

    Cox gozel oxumusuz Konul xanim Elxan Sirinovun mahnisidi super alnib

  • @raqilnesirov5554
    @raqilnesirov5554 Před rokem +5

    Genc vaxtlarimda en cox qulag asdigim ve en cox sevdiyim Könül Xanim. Elxan Şirinovun mahnisi cox gözel alinib ama Bu mahnini Elxan Şirinov möhürünü vurub. Ama qeşey sesinize cox illerdir 🥰🥰 heyranam.

    • @sevdaqasimova1966
      @sevdaqasimova1966 Před 6 měsíci

      Bixəbər dinləyicinin,mahnını Elxan bəstələyib,ifa edib.Mahnının musiqisi Cabbar Musayevin.Sözləri Əhməd Cavadındır.Diqqətli olun.Ən azı sevdiyiniz əsərlə bağlı.

    • @sevdaqasimova1966
      @sevdaqasimova1966 Před 6 měsíci

      Elxan,sadəcə ifa edib.

  • @ilhamabbasova39
    @ilhamabbasova39 Před rokem +10

    Necə gözəl mahnı,necə gözəl ifa.Siz əsl sənətkarsiniz,Könül xanım.Əsl səhnə mədəniyyəti olan müğənni

  • @sahilaliyev784
    @sahilaliyev784 Před rokem +7

    Allah sizdən razı olsun bütün acılarım düşdü yadma🥺🥺

  • @letifmemmed9367
    @letifmemmed9367 Před rokem +23

    Əslində vardır bu mahnının klibi. Gözlərimizi bağlayanda hər birimizin klibi gözümüzün önündə dönür.

  • @SabitIsrafilov
    @SabitIsrafilov Před rokem +4

    Elxan Şirinovun repertuarinnan iller once dinleyerek musiqi senetini sevdiyim negmelerden biridi.

  • @natavanabbasova5540
    @natavanabbasova5540 Před rokem +26

    Gözəl mahnıdır. İnsanın ruhun dincəldir. Gözəl oxuyan sənətkardır Könül Kərimova.

  • @xanmhasanli8292
    @xanmhasanli8292 Před rokem +3

    Oxu oxu oxuduqca ❤❤

  • @turalmovlali7321
    @turalmovlali7321 Před rokem +7

    Gözəl xanım səsiniz var olsun ən yaxın adamımi itirmişəm bu mahnı tam yerinə düşdü ağla ağla ki ürəyin boşalsın.,,💔

  • @gunayhacizade2791
    @gunayhacizade2791 Před rokem +2

    Super mahnıdı çox sevdim sizin səsiniz də könül xanım nə oxuyursa əla alınır çünki səsi gözəldi

  • @xyyamhsnov7252
    @xyyamhsnov7252 Před rokem +8

    Bu musiqi adamı ruhunu sakitlşdirir çox gözəl musiqidi ❤️❤️❤️❤️❤️❤️❤️

  • @zeytun85
    @zeytun85 Před rokem +7

    Superrrrrrrrrr👍👍👍

  • @aslanaslan-pe7sp
    @aslanaslan-pe7sp Před rokem +5

    Gözəl mahnıdır,ifası kimi😘🥰😘👍

  • @asimnovruzov4434
    @asimnovruzov4434 Před rokem +17

    Allah səsinə dəyməsin ilər keçsədə səsin həməşəki kimi qalsın 🇬🇪❤🇦🇿😘😘😘😘👍👍👍👍

  • @MuradNuri6816
    @MuradNuri6816 Před rokem +18

    Hər zaman olduğu kimi mükəmməl🎼👍🏿

  • @primmmdova5831
    @primmmdova5831 Před rokem +3

    Bir ömur aglar qoydu meni😪😪😪

  • @MayisimMayisov-ef3qc
    @MayisimMayisov-ef3qc Před 8 měsíci +5

    😢Allahım kömək ele çox çaresizem Ailəm dağıldi S.... 😢onu bilki mən əlimdən gələni elədimm Ama sen isitmedin Öz yoluna baxdın heçnə olmamiş kimi 😢Bir gün peşman olarsan İnsAllah onda gec olacaq Mən çox dedim eşitmedin😢 😢😢😢😢Ahim üstündə olsun Allah var 💔💔💔😔😔😔

    • @bigane026
      @bigane026 Před 4 měsíci

      Eyer kimese gore ailenizi dagitmisinizsa, cox sehv etmisiniz, her şerefsiz sozunu tutmur, ve sizi qinamiram cunku, sizi cox gozel anlayiram

  • @yeganeismayilova3114
    @yeganeismayilova3114 Před rokem +5

    Əziz Könül xanım səsiniz o qədər həzin ve insan qəlbinə toxunandirki.Sizin pərəstişlariniz olaraq yazıram,illər əvvəl hələ orta məktəbdə oxuyarkən o qədər dinleyirdmki sizi,qardaşım mənə sizi kasetlerinizi alıb gətirərdi.bu günki gün sinif yoldaşım sizi görəndə məni xatırlayır,deyir o vaxt çox dinləyirdin.ama zaman keçdi ailə,problemlər musiqidən uzaqlasdim.herden musiqiləriniz qarşıma çıxanda o illəri xatırlayıram.sizi çox sevirik,sadə ve səmimi qalın hər zaman.

    • @sabit-tf6ss
      @sabit-tf6ss Před rokem

      Ammin çox gözəl oxuyur səsində superdi maşallah olsun gözəl Könül xanım mən bunun bütün mahnısına qulaq asimisam Gözəl sənətkar qulaq asa asa adam həsrət aparır . Allah bütün sənətkarları qorusun içində könül xanımı ammin

  • @zeynb5406
    @zeynb5406 Před rokem +3

    Bəh bəh bu mahnını sizin ifa etdiyinizə sevindim ama Elxan müəllim də çox gözəl oxuyub möhürünü vurub

  • @raufaliyev988
    @raufaliyev988 Před rokem +5

    Çox gözel Mahnidir Könül xanim var olun👍

  • @cingiztapdiqov9110
    @cingiztapdiqov9110 Před rokem +3

    Bir aydı bu mahnıya qulaq asram təşkkürlər Könül xanım

  • @vuqarismayilov1620
    @vuqarismayilov1620 Před rokem +3

    Halal olsun könül xanım bekede 50 sefer dinemişem bu mahnını cox sağolun bele neğmelere göre👏👏

  • @SeherMusicOfficial
    @SeherMusicOfficial Před rokem +2

    Super ifa könül kərimova

  • @semsiabdullazade3025
    @semsiabdullazade3025 Před rokem +23

    Getdi geriyə baxmadan zaman
    Nə qədər qışqırdım, çağırdım dayan
    Dedi daha gecdir dönmərəm inan
    Odur ki gözündən silginən yaşı
    Bir ömür bu yükü, həsrəti daşı
    Əlinlə sinənə göm hislerini
    Oturub qucaqla sıx dizlərini
    Alaram əlindən əzizlərini
    Görənlər deyərki ağarıb başı
    Bir ömür bu yükü, həsrəti daşı

    • @pervintagiyeva1044
      @pervintagiyeva1044 Před rokem +3

      😢😔😔😔😔👍

    • @pirquluquliyev5516
      @pirquluquliyev5516 Před 8 měsíci +1

      😢

    • @adsoyad9877
      @adsoyad9877 Před 7 měsíci +1

      Təsrli və mənalı sözlər
      Zaman elə gedirki. Əlimizdən alıp apardıglarnı heçvaxt geri qaytarmır 😢😢😢💔💔

    • @bigane026
      @bigane026 Před 4 měsíci

      Beterinde beteri var şukur, deyib masqali yaşayaq, adam yaninda gulek teklikde gözlerimiz şişene kimi aglsyaq

  • @sefersefer5467
    @sefersefer5467 Před rokem +3

    Elxan Şirinov yaradıb vaxtı ilə ay Könül babat can verdin mahnıya. Müşayiət də yaxşıdı

  • @mayko147
    @mayko147 Před rokem +8

    Könüllerin sultanı Könül xanım sizden yoxdu bu mahnı meni taa haralara götürdü allah canınızı sağ elesin

  • @ulvisadetddinov5658
    @ulvisadetddinov5658 Před rokem +5

    bu vezyetde mahni ses meni haralara apardin senetgarr allah sene omur sesine quvvet versin🌹🌹☝️☝️🥀

  • @user-zt2di7tr4v
    @user-zt2di7tr4v Před 2 měsíci +1

    Musiqiyə ikinci həyat vermək belə olur ay millet. Elxanda bu musiqini çox gözəl oxumuşdu. Könül bu janrın anasıdı.. ❤👍🌹

  • @nuranememmedova67
    @nuranememmedova67 Před rokem +5

    Super mahnidi var olasiz könül xanim sizə şəmkirdən salamlar

  • @realemlak2467
    @realemlak2467 Před rokem +5

    Gözəl ifadır🤲🎶

  • @ElnareMemmed
    @ElnareMemmed Před 3 měsíci +6

    Elxan Şırınov super oxuyub,yanıqlı oxuyub

  • @orxansemidov7564
    @orxansemidov7564 Před rokem +3

    bu xanimi sesi bam baska bir sesdi de var olsun her zaman ifada super alnib

  • @turkiyem1559
    @turkiyem1559 Před rokem +8

    Çohhhh gözeldi MaşeALLAH Mohteşem birçe Sesdi Ayahda Alkışlayam MaşeALLAH Pehçe gözel bir Sesdi halal olar Azeri gardaşım gardaşım 👍👍👍👏👏👏🧿🧿🧿🇹🇷🇹🇷🇹🇷🇦🇿🇦🇿🇦🇿🌹🌹🌹❤️

  • @rayxanrozmetova7382
    @rayxanrozmetova7382 Před rokem +6

    Çokkkkk Güzel Şarki Ağzına Yüregıne Sağlıkk

  • @user-km1mw8ju2n
    @user-km1mw8ju2n Před 3 měsíci +2

    Səsiniz həmisə gəlsin Konul xanim.Sizi cooox sevirəm❤❤❤

  • @huseynserdarli57
    @huseynserdarli57 Před rokem +6

    Özündə səsində həmişə var ol sənətkar

  • @___sr___001
    @___sr___001 Před rokem +9

    Hər zaman olduğu kimi MÖHTƏŞƏM!!!👏👏👏 Könül xanımın mahnıları qəlbləri sızladır, xüsusilə yaralı qəlbləri.....

  • @hafizkazimovhafizhafix6246

    heqiqeten cox dugusal xeyallar surukleyen bir ifadir. sesinize quvvet Konul xanim kecmiwe apardiz

  • @aydinceferov6174
    @aydinceferov6174 Před rokem +13

    Men indi sehid qardaşlarımızın ailelerini başa düşürem😔Onlar gecələr nə çəkillər.Bitmək bilməyən gecələr,sel kimi axıb gedən göz yaşları.Allah sizi rəhmət etsin bizim nur üzlü şehidlerimiz🤲🏻Ailelerinə səbir dileyirem.Bilirəm çox çətindi .Amma həyat neynəmək olar.Hərəni bir cür sınağa çəkir😢😢

  • @ramizaliyev1914
    @ramizaliyev1914 Před rokem +3

    Səsinizə qüvvət Könul xanım bu mahnı uşaqlıq illərimizə aparır

  • @bedalbagirov9652
    @bedalbagirov9652 Před 2 měsíci +1

    Allah sizi qorusun Amin səhər səhər məni yaman ağlatdin çox uzaqlara apardı bu mahnı rəbbimiz heç kimi bu dünyadan nakam aparmasın hamı ürəyindəki arzularına qovuşsun Amin Amin ilahi Amin

  • @seirdunyamz2946
    @seirdunyamz2946 Před rokem +4

    Sən ağlama mən ağlayım😢😢😢

  • @ramincefer
    @ramincefer Před rokem +2

    Ən sevdiyim ifaçı İfa da kı superdi .

  • @user-dr4tb9wf2y
    @user-dr4tb9wf2y Před rokem +5

    EŞG OLSUN ,MÖHTEŞEM,👍❤️ VAR OLASINIZ EZİZİMİZ KÖNÜL XANIM❤️🤲🤲

  • @cnanomarova5865
    @cnanomarova5865 Před 11 měsíci

    😢 mükemmel ifa Könül xanım yaralı qelbimdeki xatireleri oyatın

  • @aynurzeynalova2078
    @aynurzeynalova2078 Před rokem +6

    İllər öncəyə necə getməyəsən..Elxan şirinov..

  • @user-wc2yk6ub8s
    @user-wc2yk6ub8s Před rokem +21

    Превосходное исполнение, красотой восхищение голоса, красоты неземной!!! Исполнение, как огонёк любви в тишине счастья!!! Желаю Вам и Всем кто слушает:,, СЧАСТЬЯ, МИРА 🕊 И ДОБРА!!! БЛАГОДАРЮ!!!

    • @eynullalkbrov6153
      @eynullalkbrov6153 Před rokem +5

      Здравствуйте, Иван!
      Спасибо большое Вам, за такие прекрасные пожелание!
      От всей души благодарю Вас, взаимно очень!
      Пусть в Вашем доме всегда царит мир, покой любовь и взаимопонимание!

    • @___sr___001
      @___sr___001 Před rokem +2

      Спасибо за добрые слова и пожелания, здоровья и благополучия вам и вашим близким

    • @Ok-cd4rb
      @Ok-cd4rb Před rokem +1

      ❤️❤️❤️

  • @muradvlizad9203
    @muradvlizad9203 Před 2 měsíci +1

    Allah səsinə qüvvət versin, var olun. 👍🏻

  • @zulfiy4473
    @zulfiy4473 Před rokem +2

    Heyat çox aglatdı meni derdlerimle😭😭😔😔

  • @ceyhuncavadov8961
    @ceyhuncavadov8961 Před rokem +3

    Sadəcə möhtəşəm... 🥺🥺🥺😥😥😥😢😢

  • @sahilliyev2881
    @sahilliyev2881 Před rokem

    Mahnını tək oxumaq şərt deyil. O mahnını yaşamaq bir ayrı aləmdir. Allah Könül xanıma can sağlığı versin. Allahın möcüzəsi çoxdur. Biridə kaş Könül xanımı sağaltması olsun.... Amin

  • @aliyealiye5488
    @aliyealiye5488 Před rokem +39

    Qizil sesli Qizil yüzlü asıl hanım kibar hanım güzel senetkar soylu Türk qizi Qan qardasim soy qardasim can qardasim uğurlar in bol olsun. 🧿🤲🇹🇷🇦🇿🤘Canım Türkiyem den canım güzel Azerbaycanima can gardaslarima selamlar hoşçakalin.

    • @vesile3633
      @vesile3633 Před rokem +1

      gizilgül ❤️

    • @Tunarnesibov1809
      @Tunarnesibov1809 Před rokem

      Ve Aleykümsalam can qardaşlarıma 🇦🇿❤️🇹🇷🇦🇿❤️🇹🇷🇦🇿❤️🇹🇷

  • @ruslanemirov1988
    @ruslanemirov1988 Před rokem +5

    Elxan Shirinovla duet olsun + klip. Ugurlar

  • @OrxanQafarov-qb2js
    @OrxanQafarov-qb2js Před 7 dny

    Hər kəsə salamlar gün ərzində bəlkədə 20 dəfə qulaq asıram bu qardaş və bacıya Allah sizi var eləsin xalqımın gözəl övladları ❤❤❤

  • @serfinazqasimov860
    @serfinazqasimov860 Před 5 měsíci +1

    Bu mahnını eşidəndə necə ağlamıyasan 17 ildə keçirtdiyim əziyətlər yadıma duşur

  • @yeganeehmedova7957
    @yeganeehmedova7957 Před rokem +3

    Gozeg musiqi allah butun seveleri qovusdursun💞❤🤲

  • @aksanaaxundova.aksanamtbxi3305

    Allah səsinizə qüvvət versin.
    Könül xanımın mahnıları ifası sanki insan ürəyini oxuyur.

    • @meryememmedi868
      @meryememmedi868 Před 10 měsíci

      Vakansiya Xanımlardan ibarət işçilərin çalışdığı online biznese işçilər tələb olunur.
      1.Staj və təhsil önəmli deyil
      2.Evde oturaraq çalışmaq.
      3.Fasiləli iş saati.
      4.Limitsiz internet.
      5.MAAŞ-500+ dövlət səviyyəsində kartla ödənilmə..
      HEYATINI DƏYİŞ..

  • @yasmnmmmdova354
    @yasmnmmmdova354 Před měsícem +1

    Allah qorusun mədəniyətli qeyrətli insan kimi insan bal kimi səs❤❤

  • @nabatmva6439
    @nabatmva6439 Před rokem +2

    Uğurlu olsun ğözəl sənətkarim Könül Xanim möhtəşəm mahni ruhlandirici ürəkə yatan sevği dolu mahni ❤❤👏👏

  • @IsmaylAxundov-xb4be
    @IsmaylAxundov-xb4be Před 2 měsíci +1

    Könül Kərimova da möhtəşəm oxuyur

  • @user-hk3ys4wo1r
    @user-hk3ys4wo1r Před rokem +6

    супер👍🌺

  • @rehmanibrahimli322
    @rehmanibrahimli322 Před 3 měsíci +2

    Gülnar seni çox sevirem❤ bu mahnini bir yerde dinleyeceyik 😊

  • @pervizheybetov4657
    @pervizheybetov4657 Před rokem

    Məhv oldum Allahım ne gozel oxumusuz könül xanm supersizz

  • @farizosmanov6456
    @farizosmanov6456 Před rokem +9

    Elxan şirinovun mahnisidir Allah onada Könül xanimada can sagligi versin ❤❤

    • @cabbarmusayev6878
      @cabbarmusayev6878 Před rokem

      XEYİR....CABBAR MUSAYEVİN MAHNISIDI.SADƏCƏ ELXAN İLK İFAÇISI OLUB

  • @ElenaAlyeva-gt1pf
    @ElenaAlyeva-gt1pf Před rokem

    Mahnı ağlatdi meni sözlər çox mənalıdır səsinizə qüvvət,🌹🌹🌹🌹

  • @Zeynepkyr5352
    @Zeynepkyr5352 Před rokem +6

    👏👏👏

  • @zehrahuseynova2962
    @zehrahuseynova2962 Před rokem +1

    Super alinib

  • @kirmanismayilov6336
    @kirmanismayilov6336 Před rokem +3

    Aglıyanı olmuyanların mahnısı,özü özünü aglıyanların mahnısı.fələk evin yıxılsın.

  • @Guler_Mubariz
    @Guler_Mubariz Před rokem +24

    “Xəstə qəlbimlə bax,gəldim haraya…”
    Oxu,oxu…Car çək dünyaya,inlət dərdli könülləri sənərkar qadın…

  • @user-pp2vg1lm7g
    @user-pp2vg1lm7g Před rokem

    Cox sagol Konul xanim.On il evvele qayitdim

  • @nurlanmuradoff940
    @nurlanmuradoff940 Před rokem +2

    Elxan Şirinov ❤️✌️

  • @ademlacin8202
    @ademlacin8202 Před rokem +1

    Möhtəşəm

  • @sedagetmemmedova6095
    @sedagetmemmedova6095 Před rokem +1

    Möhteshem.sesin var olsun.teshekkür.

  • @SevincMehdizade
    @SevincMehdizade Před měsícem

    Nə vaxtdır möhtəşəm ifa eşitmiridik❤

  • @elsadibrahimli9800
    @elsadibrahimli9800 Před rokem +1

    Ürəyimin dərdini mahnılarla ovuturam keçmiş və bitmiş sevgi❤️😭

  • @user-nq9xy8ec2f
    @user-nq9xy8ec2f Před rokem +6

    Как всегда супер браво 👏

  • @huseynheyderov297
    @huseynheyderov297 Před rokem +1

    Çox dəyərli və sevdiyim bir xanım. Allah sizi qorusun

  • @user-hd1tm2ip7k
    @user-hd1tm2ip7k Před 10 měsíci

    Eh ürəyimdə o qədər səsiz ağlamışam duyan olmuyub😔😔😔