Bəxtiyar Vahabzadə - Bir salama dəymədi (Xəzər Süleymanlı)

Sdílet
Vložit
  • čas přidán 23. 01. 2020
  • #bextiyarvahabzade #xezersuleymanli
    Bu gün mən səni gördüm,
    Salam vermək istədim,
    Üzünü yana tutdun.
    Söylə, illərdən bəri
    Qəlbimizin bir duyub
    bir vurduğu illəri,
    Axı, nə tez unutdun?
    Beş ildə gözümüzdən axan o qanlı sellər,
    Bir salama dəymədi?
    Heç üzümə baxmadan yanımdan necə keçdin?
    Sən eşqin salamını qorxuyamı dəyişdin?
    Yoxsa sən öz əhdinə, ilqarına ağ oldun?
    O qədər yaxın ikən, bu qədər uzaq oldun.
    Şirin gülüşlərimiz, acı fəğanlarımız
    Bir salama dəymədi?
    Qayğılı anlarımız, qayğısız anlarımız
    Bir salama dəymədi?
    Sən neylədin, bir düşün!
    Yalnız indi anladım; ah, sən daha mənimçün
    Əlçatmaz bir çiçəksən,
    Yaşanmış günlərim tək geri dönməyəcəksən!...
    Qop ey tufan, əs ey yel! Xəzəl olum, tökülüm
    Düz beş il ürəyimdə
    Bəslədiyim məhəbbət, bir salama dəymədi.
    Bir günlük həsrətimə dözə bilməyən gülüm,
    Bəs nə oldu? Bu həsrət bir salama dəymədi?
    Getdin, dalınca baxdım, can ayrıldı canımdan,
    Sən necə etinasız ötə bildin yanımdan?
    Ah çəkdim, başım üstə yarpaqlar əsdi, gülüm,
    Sənin qəlbin əsmədi.
    Arxana da baxmadın!
    Niyə sənin yolunu məhəbbətin kesmədi?...
    Qazancımız de, bumu?
    Deyilməmiş o salam əlvidamız oldumu?
    Sən mənə zülm eylədin, mənə zülm yaraşır.
    Bir salama dəyməyən eşqə ölüm yaraşır!
  • Zábava

Komentáře • 165

  • @xavertalib6564
    @xavertalib6564 Před 4 lety +72

    Ən sevdiyim şeirlərdən biri.Bəlkə də birincisi😍👏

  • @user-ig6tb2ib8r
    @user-ig6tb2ib8r Před 4 lety +57

    Bir Salama Dəyməyən Eşqə Ölüm Yaraşar...💔

  • @user-my2zl1fk9j
    @user-my2zl1fk9j Před 4 lety +37

    Ruhun şad olsun Bəxtiyar müəllim.Səni şeirlərini ifa etməklə yaşadan Xəzər kimi oqullar var.

  • @romanceart
    @romanceart Před 2 lety +8

    Bu şeiri yaşayan insanların hamısıyla tanış olmaq isterdim

  • @orxanvistani1841
    @orxanvistani1841 Před 2 lety +5

    Bu şeir bir ömürlük qəlbimə yara olaraq qaldı... Yaxşı yada pis fərq etməz. Hər xatirə bir gün əzab verir. Bağışla məni. Haqqını halal et.

  • @qarabagazrbaycandr1906
    @qarabagazrbaycandr1906 Před 2 lety +6

    Çox şükür nakam sevgim olmuyub.ilk sevdiyim ,ilk əlini tutduğum həyat yoldaşım oldu😍

  • @shidlrolmzvtnbolunmz8609
    @shidlrolmzvtnbolunmz8609 Před 4 lety +18

    Bir salama dəyməyən eşqə ölüm yaraşır...

  • @RovshanFarmanli
    @RovshanFarmanli Před 3 lety +14

    Gəlməyinə 3 ay qalmış tərk edib getdiyin o əsgər gəldi və qarşına çıxdı.2 illik "canımnan çox sevirəm" "məni heç vaxt tərk etmə tək buraxma" dediyin o saç saqqalı qəm qoxan oğlan od alovun içindən gəldi..Niyə bir salam vermədin?Axı nən sənə gəncliyimi qurban vermişdim.Axı mən sənə görə arzularımnan xəyallarımnan vaz keçib əsgər getmişdim.Məgər bir salam bunıara bərabər deyildi?? Qorxdun həə? Qorxdunki ailənin,qoşulub qaçdığın o ğlanın yanında hər şeyi məhv edərəm həə? Qorxma mən hər şeyi qarnəndakı o kötpəyə keçdim.Qisasımı Allaha buraxdım Allah özü menim intiqamımı alacaq sizdən yalan üzərində qurduğunuz o ailədən.Birinin bədbəxt edib heç vaxt xoşbəxtliyə sahib ola bilməz hrç kim..Və unutma mən səbrli bəndəyəm.Səbr bir sərvətdir ancaq tükənən sərvət..O sərvət tükəndiyi gün mən gələcəm məni necə məhv etdiysəniz elə məhv edəcəm hər şeyinizi...#bilirəm hər gecə gizlin gəlib bu şeirlərlə vicdanın qarşısında əzildiyini.

    • @faridaahmadova9314
      @faridaahmadova9314 Před 3 lety +2

      Siz neler yasamisiz((

    • @seawolf1983
      @seawolf1983 Před 2 lety +1

      Səbrli ol əziz qardaş gəncliyini cavanlığını heç kimə qurban verməyə dəyməz. İnsanlar dönükdü nankordu, sənin kəsilmiş dırnağını kimsəyə dəyişmərəm mənə deyən biri kimi

    • @aldigimnefes90
      @aldigimnefes90 Před rokem

      😊 bu qədər sevməyin qarşılığında başqa birinə dəyişilmisiz deyə bu cür düşünürsüz yoxsa ? Bax qardaşım sevgi Allahımızın bizə göndərdiyi ən müqəddəs bir hisdir tay tuşlar arasında bəlkədə pis olarsız ki sevdiyiniz sizi aldatdı kiməsə və yaxud nəyəsə satdı ama heç vaxt unutmayın ki insan sevdiyin kimi seçməsindən aslı olmuyaraq harda olur olsun yetərki xöşbəxt olsun deyə dua edər və çox sağolun ki uşağını düşünərək onu satmamısınız və bunuda sonda qeyd edim ki onun sizin qəlbinizdə sizin də onun qəlbin də sonsuzadək o sevgi saf və təmiz olaraq əlçatmaz bir ulduz tək qalacaqdır çünki uzaqdan yaşanan sevgi hər zaman dəyərli olur belədə qalır !

  • @suprisi2853
    @suprisi2853 Před 4 lety +45

    Bu səs bu səs....😍😍😍TƏK KƏLİMƏYLƏ MÖHTƏŞƏMMMM....😍😍😍👍🏻👍🏻👍🏻UĞURLARINIZ BOL BOL OLSUN🙏🏻🙏🏻

  • @javidvliyev3891
    @javidvliyev3891 Před 7 měsíci +1

    Çox bərbad səsləndirmənizə baxmayaraq şeir yenə də möhtəşəmliyini qoruyub.

  • @gunesuser811
    @gunesuser811 Před 4 lety +24

    "Bir Salama dəyməyən eşqə ölüm yaraşır." B.V. Gözəl diksiyanlz var . Təşəkkür

  • @huseynhumbatov6180
    @huseynhumbatov6180 Před 3 lety +5

    möhtəsəm B .Vahabzadəyə min rəhmət,sizə uzun ömur

  • @8vvvvvvvvv
    @8vvvvvvvvv Před 4 lety +51

    Bu bir sah əsərdi və sizin ifanizda daha da qiymətli olub , O qədər mükəmməl ifadir ki başqa heç kim belə tamamlaya bilməzdi.Sag olun Xəzər bəy 🙏👍 gözəl ifaya gorə

    • @gulnarcavadova632
      @gulnarcavadova632 Před 4 lety

      Salam narahatçiliqa gore uzurlu sayin .Sizi ise devet edirik.Is onlinedir.Evden idare olunur.Hec bir yere gedmeden.Gun erzinde 4-5saat vaxt lazimdi.Vaxti ozunuz secirisiz.Size resmi sekilde kart acilir.Emek haqqini resmi senedlewme yolu ile adiniza acilan bank kartiyla alacaqsiz.Daha etrafli melumat istesez vere bilerem.

  • @xaliqmensimov15
    @xaliqmensimov15 Před 4 lety +8

    Dünən gecə bu şeiri onun səsindən dinləmişəm, sevdiyim qız səsləndirmişdi bu şeiri. Getdi ama, ailəsi razı deyildi. Hər gecə tərk eliyir məni. O qədər acımasızdı ki. Bircə salama belə dəyməyən... Bəlkə nə vaxtsa bu kamenti görər, bilmirəm. Ama onu hələ də çox sevdiyimi bilsin istərdim... Sağalmır hislər.💔😢😢

  • @gunayabdullayeva9844
    @gunayabdullayeva9844 Před 10 měsíci

    Bezen ele insanlar olurki salamda deymir onlara

  • @eyvazhuseyinov8357
    @eyvazhuseyinov8357 Před 3 lety +2

    Bir salama deymedim butun heyatımdı bu şeir

  • @zaraagayeva8794
    @zaraagayeva8794 Před 3 lety +3

    Qop ey tufan, əs ey yel, xəzəl olum tökülüm
    Düz beş il ürəyimdə bəslədiyim məhəbbət, bir salama dəymədi... 🥺

  • @ceferxendan276
    @ceferxendan276 Před 4 lety +15

    Gözəl ifa mənalı şeir xəyallara apardı məni ...var olasız Xəzər bey

  • @okeanokean4071
    @okeanokean4071 Před 4 lety +4

    Hec üzüme baxmadan yanimnan nece kecdin 👍

  • @alitagiyev5658
    @alitagiyev5658 Před 2 lety +1

    Bu qədər uzağ olmarığ. Prenses

  • @bdbdbdjdjjbdbdbdbbdjdjd1511

    Bəxtiyar Vahabzadə poeziyası.Var olun,çox tesekkurler size,Allah sizi ve bizi bu səsdən məhrum etməsin

  • @elvanakifqizi8036
    @elvanakifqizi8036 Před 3 lety +2

    Cox beyendiyim sheirdi😍

  • @ravidbabayev1650
    @ravidbabayev1650 Před 4 měsíci

    Super ifa 👍

  • @kenanqeribov601
    @kenanqeribov601 Před 4 lety +4

    Allahim sesin mohtesemliyine bax soz tapa bilmirem Xezer bey ehsen size

  • @madinaqoqayeva9668
    @madinaqoqayeva9668 Před 4 lety +5

    Mohtesemsiz ancaq sizin seslendirdiyiniz şeirlərə qulaq asıram normalda weir sevmirem

  • @gunayhacyeva7821
    @gunayhacyeva7821 Před 4 lety +2

    Bu gecə səhərə qədər qulaqlarımda sizin səs, yanaqlarımda isə göz yaşım olub

    • @gulnarcavadova632
      @gulnarcavadova632 Před 4 lety

      Salam narahatçiliqa gore uzurlu sayin .Sizi ise devet edirik.Is onlinedir.Evden idare olunur.Hec bir yere gedmeden.Gun erzinde 4-5saat vaxt lazimdi.Vaxti ozunuz secirisiz.Size resmi sekilde kart acilir.Emek haqqini resmi senedlewme yolu ile adiniza acilan bank kartiyla alacaqsiz.Daha etrafli melumat istesez vere bilerem.

  • @yegannuriyeva5977
    @yegannuriyeva5977 Před 3 lety +3

    O qədər gözəl söylədiniz ki,kövrəlməmək mümkün deyil,çoox təşəkkür edirəm Sizə

  • @nergiz5419
    @nergiz5419 Před 4 lety +4

    B.Vahabzade poeziyasinin vurqunuyam

    • @gulnarcavadova632
      @gulnarcavadova632 Před 4 lety

      Salam narahatçiliqa gore uzurlu sayin .Sizi ise devet edirik.Is onlinedir.Evden idare olunur.Hec bir yere gedmeden.Gun erzinde 4-5saat vaxt lazimdi.Vaxti ozunuz secirisiz.Size resmi sekilde kart acilir.Emek haqqini resmi senedlewme yolu ile adiniza acilan bank kartiyla alacaqsiz.Daha etrafli melumat istesez vere bilerem.

  • @lalabbasova9340
    @lalabbasova9340 Před 4 lety +9

    Mikayil Müşfiqdən “Həyat Sevgisi”ni gözləyirəm sizdən🌹😊

  • @yusifhumbetov3829
    @yusifhumbetov3829 Před 2 lety +2

    GoZEL SHER ,MOHTESHEM IFA !!!

  • @zehraagazade13
    @zehraagazade13 Před 2 lety +1

    Ən sevdiyim şeir😍Mən bu şeiri tədbirlərdən birində danışmışdım məktəbdə hamı alqışlamışdı ayaqda o yadıma düşdü bir an.Çox gözəl oxumusuz🥺

  • @telliqoceliyeva6468
    @telliqoceliyeva6468 Před 3 lety +1

    Bir salama dəymədi.....

  • @leilaa30
    @leilaa30 Před 4 lety +9

    Əhsən sizə 👏🏻

  • @leylaibrahimli7419
    @leylaibrahimli7419 Před 3 lety +1

    En sevdiğim weir sizin ifanizda bawqa bir can tapmiw..sesinize quvvet..ehsen

  • @imanyolcusu7489
    @imanyolcusu7489 Před 4 lety +1

    Bir wer ve bir tale... Mohtewem bir eser,yawanaraq oxunan bir ifa....

  • @ruqiyyesalman6795
    @ruqiyyesalman6795 Před 3 lety +1

    çox sevdiyim şeir hemde şair idi çox gözelde dinledim sesinize quvvet .

  • @lemanabdul194
    @lemanabdul194 Před 3 lety +1

    Bu şeir başqadı 🤤❤️

  • @semesemasemazade2376
    @semesemasemazade2376 Před 4 lety +4

    Her gecemi senin seirlerinle sesinle baglayiram..cunki dinleyende ruhuma hezin bir heyat kimi toxunur ses tellerin....

  • @rakooyunoyna
    @rakooyunoyna Před 2 lety +1

    Çox gözəl şer.Çox gözəl səs.Səsinizə sağlıq

  • @minaraorudjova
    @minaraorudjova Před 4 lety +3

    Bir salama deymedi 😔 Mohteshem ses 👏🏻👍🏻

  • @ruqiyyebabayeva9786
    @ruqiyyebabayeva9786 Před 4 lety +2

    ALLAH bu səsi səndən əsirgəməsin,AMİNQoru səsini,gözəl oğlum.

  • @jasminjasmin5777
    @jasminjasmin5777 Před 4 lety +3

    Möhtəşəm...

  • @notuser9
    @notuser9 Před 3 lety +3

    Salam vere bilmedim,sen de vermedin..Uzume baxmadan yanimdan nece kechirdin? men seni gorduyum heryerde taniyardim,sen niye meni gec tanidin? Salami kechdim, bir baxisha deymedim? Dunya dondu,zaman dondu,hech kim getmedi,nefes almadi,o 3 saniye men sende itdim. men senin arxanca baxdim,sen menim.sen mene zulm eledin,mene dogurdanda zulm yarashir.Seni yeniden gormek umidi ile.ozune yaxshi bax

  • @sebinemahmudova1557
    @sebinemahmudova1557 Před rokem

    Ruhun sad olsun

  • @anaranarh1467
    @anaranarh1467 Před 3 lety +1

    Cox gozel seir ve mohtesem ses 👍

  • @eklabtv3912
    @eklabtv3912 Před 3 lety +1

    Gözəl ifadı. Bu qədər təbii səsləndirirsiz. Şeir bir daha can tapır. Yoxsakı həddən artıq emosiya yükləyib şeirin mənasın itirənlər...

  • @munevveraxundova3465
    @munevveraxundova3465 Před 3 lety +1

    Bu şeri Əminə Yusif qızının ifasında eşitmişdim,indi də sizin ifaya qulaq addım,birinci ifa nə qədər cılğınlıqla ifa olunmuşdusa,ikincı ifa bir o qədər sakit, əsl kişiyə yaraşan təmkinlə söylənilmişdir,hər 2 ifa super və təkrarolunmazdır,dəfələrlə dinlədim, təşəkkürlər...

  • @userzemfira8022
    @userzemfira8022 Před 4 lety +3

    Gənclikdə əbər bildiyim şeirlər sırasında idi. Cox sağ olun Xəzər bəy.

  • @gulnaresanili
    @gulnaresanili Před 4 lety +1

    Gözəl səs və gözəl təqdimat!!! Var olun! Çox əla.

  • @sfqbayraml9608
    @sfqbayraml9608 Před 4 lety +1

    Çox gözəl dinlədikcə dinləməy istəyir adam

  • @saadetkubraaltin4462
    @saadetkubraaltin4462 Před 4 lety +2

    Sesinde ruhum dincelir 👏👏👏👏

  • @vaqifabdullayev9229
    @vaqifabdullayev9229 Před 4 lety +2

    Ses super🌙❤Bir salama deymedi))

  • @gunaykazimova8714
    @gunaykazimova8714 Před 4 lety +2

    Cox cox cox mohtesemnende otesi. Cox gozel seslendirirsiz. Ureyinize saqliq❤

  • @mectamecta1098
    @mectamecta1098 Před 4 lety +2

    UĞURLAR....

  • @samiresultanzade3597
    @samiresultanzade3597 Před 4 lety +1

    Allah qorusun sızı həmişə gözəl şeirlər soyleyirsiz

  • @elvinrahimov5219
    @elvinrahimov5219 Před 2 lety

    Super şeirdi.Məktəb illərində öyrənmişdim.

  • @tagitagiyev3557
    @tagitagiyev3557 Před 4 lety +1

    Var ol sair elive quvvet super

  • @MrAyaz
    @MrAyaz Před 4 lety +2

    Allah sizi qorusun !!!

  • @mobius1681
    @mobius1681 Před 3 lety

    Xumar xanım çox gözəl ifa edib

  • @abaaliyeva936
    @abaaliyeva936 Před 3 lety +1

    Super

  • @Alisa-bm5ee
    @Alisa-bm5ee Před rokem

    Heqiqeten de bir salama deymedi

  • @seideqedirova933
    @seideqedirova933 Před 2 lety

    Cox teessuf ki, bele alinir coxlarinda

  • @emineyorulmaz8135
    @emineyorulmaz8135 Před 4 lety +1

    Tebrikler 👍👍👍👍👍

  • @spingame3959
    @spingame3959 Před rokem

    Əla.

  • @vusalagayev6618
    @vusalagayev6618 Před rokem

    Əlaaa.

  • @rusalkaaze4142
    @rusalkaaze4142 Před 4 lety

    Cox sevdiyim bir şeir ...iller önce oxuduğum şeir xatirələrle dolu......

  • @musiqilerleyawayan7310
    @musiqilerleyawayan7310 Před 4 lety +1

    En sevdiyim weir cox tesirli ifa etmisiz her zamanki kimi sanki yawanilmiw kimi ifa etdiniz🙁👏

  • @nigarrehimova5767
    @nigarrehimova5767 Před 3 lety +1

    Təşəkkürlər.

  • @tarazuli2809
    @tarazuli2809 Před 2 lety

    Bir salama deymiyen, esqe olum yarasir💔

  • @rzasahbazov5927
    @rzasahbazov5927 Před 3 lety

    Əla

  • @madina.o6
    @madina.o6 Před 4 lety +3

    Çox gözəl sağ olun üzbek xızıdan salam🌷👍

  • @gunayhaciyeva9727
    @gunayhaciyeva9727 Před 4 lety +1

    Möhtəşəm. Ses ve gozlerinizin derinliyi sheri daha da möhteshem edir.

    • @gulnarcavadova632
      @gulnarcavadova632 Před 4 lety

      Salam narahatçiliqa gore uzurlu sayin .Sizi ise devet edirik.Is onlinedir.Evden idare olunur.Hec bir yere gedmeden.Gun erzinde 4-5saat vaxt lazimdi.Vaxti ozunuz secirisiz.Size resmi sekilde kart acilir.Emek haqqini resmi senedlewme yolu ile adiniza acilan bank kartiyla alacaqsiz.Daha etrafli melumat istesez vere bilerem.

  • @pervizveliyev7157
    @pervizveliyev7157 Před 4 lety +1

    salam olsun herkese, xezer suleymanli ugurlar sene. xezer bu seir meni kecmise aparir neyinki meni mene ele gelirki sevib sevile herkesi kecmise aparir, tesekurler sene xezer suleymanli, insallah yeni seir seslendir sebirsizlikle gozduyur herkes

  • @xatirememmedova4245
    @xatirememmedova4245 Před 4 lety +3

    Elə bil yaşayırsan o anları .Cox gözəl ifa gözəl səs adamın urəyi titrəyir əhsən sizə 👍👍👍👍👏👏

  • @spingame3959
    @spingame3959 Před rokem

    Ayridiq ve ana seirlerini daha gözəl deyir Xəzər.

  • @ureyimsenn.5265
    @ureyimsenn.5265 Před 4 lety +1

    Əhsən Size Xezer Bey ) 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @afsanaakhmedova5360
    @afsanaakhmedova5360 Před 8 měsíci

    😔😔😔😔😔😔♥️♥️♥️🙏🙏Qovuşduran Allaha həmd olsun

  • @nilufernili1405
    @nilufernili1405 Před 4 lety +2

    Sizi sevirəm💙

  • @elburusqenberov8651
    @elburusqenberov8651 Před rokem

    Iller kecsede helede 1 ci defe ewdrmiwem kimi diqqetle dinliyirem

  • @bakhshaliguliyev5631
    @bakhshaliguliyev5631 Před 4 lety +6

    Salam gözel teşebbüsdür feqet bu şeiri daha duyğulu oxusanız çox yerine oturar bezi sözler. Sesinizdeki boşluqlar seirin vurğularını itirir.

  • @alizadecevahir1400
    @alizadecevahir1400 Před 2 lety +1

    👍👍👍

  • @punhanesemedova8758
    @punhanesemedova8758 Před 2 lety

    Mene zülüm yaraşir

  • @sevilnebiyeva6741
    @sevilnebiyeva6741 Před 4 lety +1

    ❤️

  • @abuomar8387
    @abuomar8387 Před 3 měsíci

    Deymedi😢

  • @valentinanik8573
    @valentinanik8573 Před 4 lety +1

    ❤️❤️❤️❤️

  • @fidanbayramli9486
    @fidanbayramli9486 Před 4 lety +2

    💥👏👏👏

  • @user-pq7ev8qo9v
    @user-pq7ev8qo9v Před 3 lety +1

    Xezer bey sizi çoox severek dinleyirem , insanı valeh edirsiz. Sizden çox xahiş edirem payıza aid şeir deyerdiz zehmet olmasa 🙇‍♀️💗

  • @hasnvax
    @hasnvax Před 4 lety

    🤩💚

  • @user-pl7wz5rr3q
    @user-pl7wz5rr3q Před 4 lety

    🖤

  • @user-fm2fo7jo3r
    @user-fm2fo7jo3r Před 3 lety +1

    🌹❤️❤️❤️❤️

  • @seawolf1983
    @seawolf1983 Před 2 lety

    Bu şeyrdən mənimdə payım var. Eynən 5 il sonra bitən məhəbbət hekayəm kimi.
    Kalbimin Efendisi - T.A

  • @gunsayl361
    @gunsayl361 Před 4 lety +2

    😔❤

  • @gunesnur7883
    @gunesnur7883 Před 3 lety

    Bir salama dəymədi

  • @mzizov94
    @mzizov94 Před 4 lety

    DÖBÜŞÜM SENI SEVREM 😥😥😥

  • @gokkusagarkadaslarnn5348

    Həqiqətən də çox təəssüf ki var həyatımızda bir salama dəyməyənlər(

  • @huseyntagiyev_96
    @huseyntagiyev_96 Před 4 lety +1

    👍👍👍👍👍👍

  • @abbasovaanara9983
    @abbasovaanara9983 Před 4 lety

    Bu halda.. Dəyməz😔

  • @sevdaehmedli2905
    @sevdaehmedli2905 Před 4 lety +1

    😔😔👍

  • @abdullayeva_telli
    @abdullayeva_telli Před 3 lety +1

    👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻

  • @user-hf4vp6wx4u
    @user-hf4vp6wx4u Před rokem

    🥀💔🥀