Video není dostupné.
Omlouváme se.

Bəxtiyar Vahabzadə - Nağıl həyat

Sdílet
Vložit
  • čas přidán 17. 10. 2013
  • Bəxtiyar Vahabzadə - Nağıl həyat
    Anam olsan belə, ay anam, xeyli,
    Səndən gileyliyəm, səndən gileyli...
    Sən duymaq, düşünmək öyrətdin mənə,
    Duyub-düşünməkdən azad olaydım.
    Danışmaq öyrətdin sən öz körpənə
    Nola, mən anadan lal doğulaydım.
    Dilini bir ilə öyrəndim... nahaq!..
    Öz dilim özümə kəsilib yağı.
    Bütün ömrüm boyu çalışdım, ancaq
    Öyrənə bilmədim danışmamağı...
    Başıma bəladır mənim öz dilim,
    Dənizəm, üzümə durub sahilim.
    Yerimək öyrətdin tutub əlimdən,
    Dolaşdım aranı, dolaşdım dağı.
    Balana yerimək öyrədincə sən,
    Gərək öyrədəydin yıxılmamağı...
    Fikirlər yığılır beynimdə qat-qat,
    Cavablar qorxulu, suallar-yasaq.
    Həyatı qanana ögeydir həyat,
    Onu qanmayana doğmadır ancaq.
    Məni incidirlər bəzən qəsd ilə,
    Ertəsi hər şeyi unuduram mən.
    Girəvə düşəndə zalimə belə
    Zülm edib, kam almaq gəlmir əlimdən.
    Ana, quduzlaşır həyat, ilbəil,
    Dalayır puç olan ümidlərimi.
    Niyə isti deyil, mehriban deyil
    Bu amansız həyat qucağın kimi?..
    Hardasan, ay ana, bir gəl, mən yenə
    Bəlalı başımı qoyum dizinə.
    Mənə nağıl danış, dayansın anlar,
    Görüm, nağıldakı o qəhrəmanlar
    Cütbaşlı divləri nə təhər yıxır,
    Nə təhər gizlənib, tilsimdən çıxır.
    Bir danış, hardadır, görüm səadət?
    Bizim yurdumuza o niyə gəlməz?
    Danış, danış görüm, Məlik Məhəmməd
    Zülmətdən işığa necə çıxdı bəs?
    Danışma, ay anam, danışma, kiri,
    Beynimə batmayır bu əfsanələr.
    Divlər görmüşəm ki, nağıl divləri,
    Onların yanında toyuğa bənzər.
    Nadanlar görmüşəm, öz yolundakı
    Dikə eniş deyir, düzə dik deyir.
    Tülkülər görmüşəm, öz qolundakı
    Dəmir zəncirlərə bilərzik deyir.
    Atasını söyən, yada baş əyən
    Rəhbərlər görmuşəm, qəddar, amansız.
    Tikana gül deyən, gülə kol deyən
    Qarılar görmüşəm dinsiz, imansız.
    Quldurlar görmüşəm, özgə yer deyil,
    Yurdunu talayıb, asudə yatmış.
    Tacirlər görmüşəm, simuzər deyil,
    "Malades" sözünə Vətəni satmış.
    Dünyanı biləndən, duyandan bəri
    Mənim gözlərimdən düşüb həyat da.
    Nağılda gördüyüm qorxunc şeyləri,
    Həyatda görmüşəm, anam, həyatda.

Komentáře • 93

  • @azereliyev8939
    @azereliyev8939 Před 5 lety +55

    Bextiyar mellim men fexr eliyirem sizin yasadiqiniz olkede yasayiram men fexr eliyirem Azerbaycan turkunun sizin kimi dahi sairi olub Allah sene rehmet elesin

  • @olyakuliyeva2959
    @olyakuliyeva2959 Před 5 lety +16

    Azerbaycanin ,vetenperver en savadli dahi gozel unudulmaz hemise yasar ustad sairi Allah sene qeni qeni rehmet elesin mekanin nurla dolsun senden birde bu dunyaya gelmeyecek

  • @aiselsalmanyujuytt2472
    @aiselsalmanyujuytt2472 Před 5 lety +15

    Səsində hüzur olan adam kimi adam 😊

  • @taranahasan9006
    @taranahasan9006 Před 3 lety +3

    Dünyalar qeder sevdiyim insan . Kişilik mucessimesi Sizi terif etmeye kelimeler yetmir

  • @timkarzayev5527
    @timkarzayev5527 Před 5 lety +6

    Möhtəşəm. Yoxdur bu insana bərabər insan

  • @huseynveliyev1709
    @huseynveliyev1709 Před 6 lety +24

    Sesine .sozune qurban oldugum ,nur icinde yat...

  • @vasinka9272
    @vasinka9272 Před 5 lety +16

    hər kəlməsi bir xəzinə ədəbiyyatımıza .. necə gözəl ,mənalı misraları var

  • @maisekazimova2539
    @maisekazimova2539 Před 3 lety +7

    Həsrətin ölçüsü sığışmır sözə , Həsrətim,ümidim _qaram,ağımdır. İşığı tanıdan qaranlıq isə , Sevgimi tanıdan ayrılığımdır . B.Vahabzadə .

  • @reyrey7308
    @reyrey7308 Před 4 lety +5

    Bextiyar Vahabzade - hagg-edalet, vicdan simvoludur. Inanmag chetindir ki, yaxin zamanlarda Azerbaicanda bele bir shexsiyyet dunyaya gelsin.

  • @vasinka9272
    @vasinka9272 Před 5 lety +29

    Bəxtiyar Vahabzadə ədəbiyyatımızın əbədi yıxılmaz sütunlarındandı . Allah rəhmət eləsin sənə dahi şair

  • @orkhanorkhan2425
    @orkhanorkhan2425 Před 2 lety +1

    Kaş ki sağ olardı heyif bu cür şəxsiyyətli sairlerimizden Allah rəhmət eləsin ruhu şad yatdığı torpaq nurlu olsun böyük şair Bəxtiyar Vahabzadə

  • @azerveliyev5437
    @azerveliyev5437 Před 3 lety +5

    XALGIN BU ZƏLİL GÜNƏ DÜŞMƏYİNDƏ BƏXTİYAR VAHABZADƏNİN DƏ GÜNAHI ÇOXDUR

  • @samirayusublu3640
    @samirayusublu3640 Před 3 lety +2

    👍o qədər haqqı deyir bu şeir.ALLAH rəhmət eləsin sizə ŞAİR

  • @turanturku961
    @turanturku961 Před 6 lety +51

    Turk dunyasinin en boyuk yazari. Butun dovrlerin en mukemmel shairi. Cox heyifki seni dinleyenlerin sayi Elza Seyitcahsni dinleyenlerden defelerle azdi. Milletimiz cet, cede girlashir. Bu boyda esere qulaq asanlari barmaqla saymaq olar.Teessuf edirem..Hara gedir sabahimiz?!

    • @arzumannuri1448
      @arzumannuri1448 Před 5 lety +1

      Turan Turku insanlara indi elza kimiləri örnək eden edə milətdi xalq dedi ona şair çox heyif

    • @sbihicran4251
      @sbihicran4251 Před 4 lety

      Türk dünyasının ən böyük şairi, misilsiz, dahi, MƏHƏMMƏD FÜZULI dir.

  • @vuqar_israfilov
    @vuqar_israfilov Před 5 lety +11

    Gozel İnsan,gozel Wair. Allah sene rehmet elesin. Senin kimi insanlar yuz ilde bir gelir dünyaya. Ruhun wad olsun Wair

  • @user-ey6uy4my9q
    @user-ey6uy4my9q Před 2 lety +2

    Allah rəhmət eləsin

  • @Sebire15
    @Sebire15 Před 4 lety +5

    Ən mükəmməl , əvəzolunmaz şair.Məkanın cənnət olsun.

  • @qalibhuseynov9164
    @qalibhuseynov9164 Před 5 lety +12

    Qorxuram bir gun insan yasaya, insanliq ole.Nur icinde yat!!!

  • @asilbiri2829
    @asilbiri2829 Před 2 lety +2

    Allah rehmet elesin gozel insan

  • @intiqammemmedov6414
    @intiqammemmedov6414 Před rokem +2

    Allah səne rəhmət eləsin ey dahi şair....,,,,🤲🤲👏👏

  • @tofiqhuseynov4981
    @tofiqhuseynov4981 Před 4 lety +5

    Bextiyar Műellim çox Savadli, Ali bir insan olub heyatda ona görede śeyirleri çox menali,hikmetli incilerle bezenmiśdir!Mekanin Cennet bagiyla bezensin Böyűk Śair...

  • @azersellugur7503
    @azersellugur7503 Před 2 lety +1

    Allah kömek olsun hamiya inshallah.Allah rehmet elesin cemi ölenlere.Qebrin nurla dolsun.

  • @elihaciyev3263
    @elihaciyev3263 Před 3 lety +2

    Allah rəhmət etsin.!

  • @manzarasadova26
    @manzarasadova26 Před 2 lety +2

    Allah rəhmət eləsin türk dünyasının Bəxtiyarına

  • @vuslumtv1438
    @vuslumtv1438 Před 2 lety +1

    Əla cooox gözəl sözlərdi

  • @ashab-ikehf4297
    @ashab-ikehf4297 Před 5 lety +14

    Bizdə Baxtı yarık ki Baxfıyar Bahabzadə ilə dir zamanda yaşayıb mənəvi zövq almışıq şerlərindən Allahım ona və onun kimilərinə rəhmət eləsin təssüf ki sel ğəldi çinarları apardı yerində çör çöplər qaldı Allah c c bu millətə rəhm etsin

    • @renac1276
      @renac1276 Před 5 lety +2

      Amin haradı görsen Azərbaycanın ustadları daha niyə doğulmurlar? Kusublər bəlkədə amma Ehtiyacımız var yenə Tanrı bizi şairlərsiz ədəbiyyatsiz buraxmasın. Çunki Azərbaycanın ən böyük sərvəti onu ədəbiyyatdır.

    • @yaguthamidova2784
      @yaguthamidova2784 Před 4 lety +1

      Nurlu simasi nurlu sesi felsefi dushunceli ziyalimiz xalqimin vetenperver oglu allah rehmèt etsin

  • @maisekazimova2539
    @maisekazimova2539 Před 3 lety +7

    Əzabim, zillətim artır ilbəil, ☀️☀️☀️ Bu ağrı-acıdan bezmirəm yenə. 🌟 Mənim məhəbbətim məhəbbət deyil, Taleyin verdiyi cəzadir mənə. ☀️ ☀️ Fırtına yatdımı, sən bircə anda ☀️☀️ Mənimçün zülmətdən çıxan dan ☀️ oldun. Küsüşüb hər dəfə biz ☀️☀️☀️ barışanda, Ömrümə təzədən qayıdan oldun.Bitmədi, Çox yerə əkdik ☀️☀️ bəlkəni. İndi eyniləşib qara ,ağ da, 🌟 Gör necə müşkülə düşmüşəm,səni , Unutmaq da çətin, unutmamaq da. B.VAHABZADƏ.

  • @seadetio8889
    @seadetio8889 Před rokem

    Allah rəhmət etsin gözəl insan savadı alim Azərbaycan dövlətnin dahi şayri.Bəxdiyarvahabzadə.💐🇦🇿😪

  • @renac1276
    @renac1276 Před 5 lety +6

    Nurlar içinde yat ustad kaş ki gələ yaşasaydin. 😔

  • @zabithuseynov7489
    @zabithuseynov7489 Před rokem

    ALLAH SİZƏ RƏHMƏT ELƏSİN BƏXTİYAR VAHABZADƏ.

  • @samayahbibova5999
    @samayahbibova5999 Před 3 lety +2

    Allah rəhmət etsin Amin

  • @aytaj2682
    @aytaj2682 Před 3 lety +2

    Allah rəhmət eləsin 🙏

  • @user-qe3vz8gf4v
    @user-qe3vz8gf4v Před 5 lety +11

    Allah rehmet elesin cox gòzel sòzlerdi Qarilar gòrmuśem Tikana gul deyib ........

  • @maxgurbano6593
    @maxgurbano6593 Před 5 lety +5

    Аллах рехмет елесин .кучду шаир олуб..

  • @maisosmanov8264
    @maisosmanov8264 Před měsícem

    Allah Rəhmət eləsin sənə Dahi insan.( musiqinin səsi hədindən artig yiksək gəlir).

  • @alexandlrabulgun1005
    @alexandlrabulgun1005 Před 4 lety +4

    Allax rehmet etsin mekanl cennet olsun ruhu wad olsun. kozel insan.

  • @nermancabbarov9170
    @nermancabbarov9170 Před 5 lety +6

    Allah sənə rəhmət etsin Dahi insan dahi şəxsiyyət😔😔 səndən sonra dahada məhv oldu Azərbaycan(

  • @leylaeliyeva6557
    @leylaeliyeva6557 Před 6 lety +13

    Allah Rehmet eləsin gözəl şair.

  • @orxanbabayev1227
    @orxanbabayev1227 Před 4 lety +3

    Mekanin cennet olsun,oz sesiyle dinleyende werleri insan ruhu rahatliq tapir ,cox gozel werleri var 😔

  • @idealyryiyefideal8069
    @idealyryiyefideal8069 Před 3 lety +2

    Ela adam ya

  • @sohrabsuleymanov2135
    @sohrabsuleymanov2135 Před 2 lety +1

    Allah rəhmət eləsin Türk dünyamızın böyük şairi Bəxtiyar Vahabzadə🇹🇷🇦🇿

  • @yusifliyev7724
    @yusifliyev7724 Před 4 lety +3

    Allah rehmet elesin. Ruhuna dualar, amin

  • @muhammedsalimzadeh62
    @muhammedsalimzadeh62 Před 4 lety +4

    ALLAH rehmet elesin dahi sairimiz..Seirlerinde heyatimi gorurem..

  • @elmiraabbasova5451
    @elmiraabbasova5451 Před rokem

    Allah rəhmət eləsin sizə🤲🤲
    Dahi şairimiz

  • @user-gp5tq1py3f
    @user-gp5tq1py3f Před 5 lety +5

    Аллах сиза рехмат еласин амин

  • @elsanaxmedov3385
    @elsanaxmedov3385 Před 4 lety +2

    Super

  • @fmmfmdmdmtmrmrmfm4411
    @fmmfmdmdmtmrmrmfm4411 Před 3 lety +2

    Nur içində yat ! Azərbaycanln karifey şairi ! Bəxtiyar müəllim başınızı qaldırın . Görün Sizin yerinizdə kimlər oturub .Quşların yerində bayquşlar orurub . Amma elə deyil .

  • @aytencamal221
    @aytencamal221 Před 6 lety +8

    Allah rehmet elesin boyuk ustad

  • @tarbiyaqadimova3662
    @tarbiyaqadimova3662 Před rokem

    Allah qeni_ Qəni rəhmət eləsin. Menim çox sevdiyim Şair.

  • @Vilayetqarabagli
    @Vilayetqarabagli Před 2 lety +1

    Allah sənə rəhmət eləsin.

  • @dagnursoltan7360
    @dagnursoltan7360 Před 4 lety +3

    Nur içində yat

  • @abuvasmoy7763
    @abuvasmoy7763 Před 4 lety +2

    Allah sene rehmet elesin ama seni cixardacam heyatimnan

  • @muradallahverdiyev6553
    @muradallahverdiyev6553 Před 2 lety +2

    Йерин ченнет олсун турк дунясынын шаири

  • @NurNur-zi6hd
    @NurNur-zi6hd Před 4 lety +2

    Dahi insan.

  • @user-uu9eo6oq8x
    @user-uu9eo6oq8x Před 2 lety +1

    Аллах рехмет етсин великому поэту!!!. Зототые слова!!!

  • @lalequliyeva3073
    @lalequliyeva3073 Před 4 lety +2

    Allah rəhmət eləsin!

  • @LEGOCARPARK
    @LEGOCARPARK Před 4 lety +3

    Allah sənə rəhmət etsin bu sözlərdə mənalar var duyan duyar zəmanəyə aidir

  • @qaraaliev7051
    @qaraaliev7051 Před 3 lety +1

    Allah sənə rəhmət eləsin dahi şair

  • @rakifceferov4368
    @rakifceferov4368 Před 5 lety +3

    Allah rehmet etsin dahi şaire

  • @user-ej1xv8vu3k
    @user-ej1xv8vu3k Před 6 lety +5

    Аллах ряхмят элясин сяня шаир

  • @sekerlilitokaworld4955
    @sekerlilitokaworld4955 Před 5 lety +4

    Allah rəhmət etsin

  • @elnurmcidov3974
    @elnurmcidov3974 Před 6 měsíci

    Gözəl torpağın dahi insanı. Sen o torpağa layiqli oğul torpaq sene shan şöhrət gətirdi. Ancaq o torpaq suyu çörəyi dadan layiqli şair ola bilerdi

  • @durdanaismayilova1976
    @durdanaismayilova1976 Před 4 lety +2

    Allah rəhmət eləsin sənə şair!!!

  • @konulbaghirova5429
    @konulbaghirova5429 Před 7 měsíci

    Allah rəhmət eləsin😢

  • @yeganeehmedova2940
    @yeganeehmedova2940 Před 3 lety +2

    🤲🤲💕💕

  • @nergiz5419
    @nergiz5419 Před 4 lety +3

    .ah ana sen mene her seyi oyretdin,amma niye meni bu qeder saf,kinsiz boyutdun...niye bele sadelovh boyutdun...danis ay ana o seadet ne vaxt bizim eve gelecek...o qeder naqil soyledin ki,heyati naqil kimi basa dusurdum ay ana...goyden 3 alma dusende ayildim...

  • @leylaeliyeva6557
    @leylaeliyeva6557 Před 5 lety +3

    Allah min rehmet eləsin.

  • @lalememmedova5400
    @lalememmedova5400 Před 4 lety +2

    👏👏👏👏👏👏👏👏👏👏👏

  • @ilkinabdullayev3547
    @ilkinabdullayev3547 Před 4 lety +1

    Daim yasayan insan...

  • @manzarasadova26
    @manzarasadova26 Před 4 lety +2

    Hardasan ey Düha

  • @ayulduz3030
    @ayulduz3030 Před 5 lety +7

    Bele yazarı kim beyenmeye bilerkiiii😔😔😔😔O beyenmeyenlerin sebebi ferqlenmek deyil mi

  • @azersellugur7503
    @azersellugur7503 Před 2 lety +1

    Video cekeni Allah saxlasin.

  • @arzumannuri1448
    @arzumannuri1448 Před 5 lety +5

    dünya görməycəy bu saf incini
    şairdi olubdu bizlərə örnəy
    xalqa o qalx dedi qirdi dincini
    sözlərlə üz cirib qoymayib örpəy
    ondan öyrənmişəm şeir sənətin
    kim deyir o gedib o bizimlədi
    özündən qoyubdu şeir sənətin
    can gedib yaşayan söz bizimlədi

  • @soltanovrafiq1728
    @soltanovrafiq1728 Před 4 lety +2

    Дахи Инсан

  • @tiktok-lh9ib
    @tiktok-lh9ib Před 3 lety +2

    😞

  • @nihadrhimli3530
    @nihadrhimli3530 Před 4 lety +3

    Tacirlər görmüşəm
    Simuzər deyil
    "Malades"sözünə vətəni satmış

  • @zulfuqarsuleymanov1989
    @zulfuqarsuleymanov1989 Před 3 lety +2

    Musiqinin adını bilən varmı?

  • @manzarasadova26
    @manzarasadova26 Před 4 lety +2

    Göresen senin şeirlərini səndən gözəl deyən var????

  • @user-lp4of7zl2g
    @user-lp4of7zl2g Před 5 lety +1

    Вургун, сулейман рустем, шехрияр кими шаирлерин келгесинда ялтаглыга шаир адыны алан бир бошбогаз !

    • @user-vu6qg5nd5u
      @user-vu6qg5nd5u Před 5 lety

      Bextiyar Vahabzadenin SESIDECOX GÒZELMIW

    • @rhovaaa
      @rhovaaa Před 2 lety

      mən belə görürəm burda sizdən başqa boşboğaz yoxdu

  • @bakcelbakcell4686
    @bakcelbakcell4686 Před 2 lety

    BALLAH BELE INAD SOZUN USTUNDE DURn kiz men gormedim

  • @Anonymous-010
    @Anonymous-010 Před rokem +3

    Sənə elə çox ehtiyacım var baba🥹🥲 çox vaxtsız getdin sənə doyamadım baba🙇‍♂️😢 sən vətənini, torpağını, türklüyünü heç zaman danmadın🥹 sənə elə çox ehtiyacım var baba😔

  • @firidunserfaliyev4836

    Allah rəhmət eləsin

  • @reshad4890
    @reshad4890 Před 3 lety

    Allah rəhmət eləsin