Bu Qidaları Yeyənlər Heç Vaxt XƏRÇƏNG OLMUR!

Sdílet
Vložit
  • čas přidán 3. 07. 2024
  • #demədidemə #sağlamlıq #xərçəng
    1. Çuğundur. Bu göyərti iki məşhur antioksidantın- sirenik turşunun və kaempferolun qaynağıdır. Çuğundur, həmçinin, karbohidratları adi şəkərə çevirən ifrazatları önləyir, beləcə, qanda şəkərin tənzimlənməsində önəmli rol oynayır. Xərçəngə səbəb olan toksinlərdən hüceyrələri qoruyur, iltihablanmanı azaldır, ürək xəstəliyi, diabet və digər xroniki xəstəliklərə tutulmaq riskini azaldır. Əgər gündəlik atışdırmalıqların, məsələn; sendviçlərin və ya dürməklərin içinə çuğundur yarpaqları qoysaq, ən təbii və asan antioksidantı qəbul etmiş olarıq. Bəs, çuğundur yarpaqlarını necə bişirmək lazımdır ki, qida dəyəri itməsin? Yarpaqları kökdən ayırın, suya çəkin. Bir tavanı azca isidin, yarpaqları isti tavaya düzüb qarışdıra-qarışdıra bişirin. Ədvalar və yağ zövqə görədir. Amma ən sağlamı azca bişmiş yarpaqları yağsız yeməkdir. Çuğundur köklərini isə sarımsaq və zeytun yağıyla basdırma kimi edib azca qovura bilərsiniz.
    2. Sarımsaq. Tərkibində 33 növ kükürd birləşməsi, 17 növ amin turşusu, falavonoidlər, sink, maqnezium, kalsium, A, B, C vitaminləri olan sarımsaq orqanizmi gəncləşdirir. Malik olduğu antioksidantlar ilə siqaretin, kirli havanın və müxtəlif növ kimyəvi maddələrin orqanizmə verdiyi zərərləri aradan qaldırır, orqanizmdəki toksinləri atır. Bundan əlavə, yağları azaldır, qan laxtalanmasının qarşısını alır, yüksək təzyiqi aşağı salır, damarları qoruyan antioksidant, antimikrobial, antiviral və antiparazitikdir. Son illərdə aparılan araşdırmalar sarımsağın insan genlərinə təsirini aşkarlayıb. Bu xüsusiyyəti ilə epigenetik bir qida olan sarımsaq DNT strukturunda hüceyrə itirilməsini önləyərək qocalmanı ləngidə bilir. Yaşadığımız stress, kədər, hərəkətsizlik hüceyrə itirməyimizə səbəb olur. Yediyimiz sarımsaqlar bu itkilərin qarşısını alır, və ya həcmini azaldır.
    3. Brokoli. Başda A və C vitamini olmaqla, böyük miqdarda vitaminə malik brokolidə lif, kalium və kalsium da var. Tərkibindəki sulforafan fitokimyəvilər ilə qanda olan yüksək şəkərin damar çəpərlərinə və toxumalara xəsarət yetirməsinin önünə keçir. Bundan əlavə, diabetin orqanizmə verdiyi zərərin də qarşısını alır. Gözlərimizin sağlamlığı üçün lazım olan lutein və zeaksantinlə zəngin olan brokoli makulodistrofiya, katarakt kimi göz xəstəliklərində də müsbət təsir edir. Diabetin irəli səviyyələrinin gözlərə vurduğu ziyanın aradan qaldırılmasında da brokoli köməyə çatır. Faydasını görmək üçün brokoli xəfif buxarda bişirilməlidir.
    4. Qara kələm. Mətbəximizdə az istifadə olunsa da, qara kələm mədə turşusunun ən yaxın dostudur. Pis xolesterolun səviyyəsinin azalmasına, tərkibindəki fitokimyəvilər sayəsində orqanizmin toksinlərdən təmizlənməsinə kömək edən qara kələmi isti suda pörtlədin, sarımsaq və limon suyu əlavə edərək yeyin.
    5. Çin kələmi. Əzələ sisteminin möhkəmlənməsində və qan təzyiqinin normada qalmasında kaliumla zəngin Çin kələmi köməyə çatır. Ağ qan hüceyrələrinin hərəkətini artıraraq immuniteti gücləndirən, tərkibindəki A vitamini sayəsində görmə qabiliyyətimizə faydalı olan Çin kələmini mətbəximizə daxil etmək üçün qlobal dünyanın bizə verdiyi fürsəti dəyərləndirməliyik. Qeyd edim ki, Çin kələmi toyuq əti və müxtəlif tərəvəzlərlə qatılaraq da yeyilir.
    6. Kələm... Bu, bizim süfrələrimizin bəzəyi kələmdir. Qlükozinolat, kampferol kimi xərçənglə savaşan birləşmələrlə zəngin kələm orqanizmin müdafiəçisidir. Ürək xəstəliklərinə tutulmaq riskini azaldır, qanda şəkəri tənzimləyir, sümükləri möhkəmlədir, iltihablanmanın qarşısını alır. “Tərəvəzlərin kralı” olan kələm göz xəstəliklərinin önünə keçən lutein və zeaksantin kimi antioksidantlarla zəngindir. Doğranmış kələmi zeytun yağında soğanla birgə qovurub yemək faydalıdır.
    7. Vəzəri. Bəli, vəzəri ilə möcüzə qapılarını aça bilərsiniz. Bu göyərti orqanizmin ehtiyacı olan K vitamininin gündəlik təminatçısı sayıla bilər. Qeyd edim ki, K vitamini qanın laxtalanmasının, arteriyaların çevrəsində çöküntülərin əmələ gəlməsinin, artrit kimi bir çox xroniki xəstəliyin qarşısının alınmasında önəmli rol oynayır. İki ay ərzində hər gün vəzəri yesəniz, DNT-nizdəki xəsarətlər aradan qalxar, xərçəng riski və triqliserid səviyyəsi önəmli dərəcədə azalar. Hüceyrələrin sağlamlığını qoruyan vəzəri damar sərtləşməsini, ürək xəstəlikləri riskini aradan qaldırır.
  • Věda a technologie

Komentáře • 29

  • @shangulmmmdova7452
    @shangulmmmdova7452 Před 28 dny +6

    Bu formada faydalı məlumatları bizə çatdırdığınıza görə təşəkkür edirik❤💯

  • @user-te7qm9li7m
    @user-te7qm9li7m Před 28 dny +4

    Çox sağolun

  • @Ezize-yy1fu
    @Ezize-yy1fu Před 28 dny +12

    FAYDALI VIDEODIR ÇOX SAĞOLUN

  • @zeynebabbaszade6448
    @zeynebabbaszade6448 Před 28 dny +4

    Ay oglum Allah sizden razl olsun

  • @AybnizHuseynli
    @AybnizHuseynli Před 21 dnem

    Faydalı məsləhətlərə görə Cox sağ olun

  • @qizbesmirzeyeva8236
    @qizbesmirzeyeva8236 Před 12 dny

    Çox saq olun məsləhətinizə körə

  • @sifayinuri3040
    @sifayinuri3040 Před 23 dny

    Allah sizden razı olsun. Bilirim amma yenede mariflenmek lazımdı. Çok çok teşekkür ederim

  • @khatirajavadova8866
    @khatirajavadova8866 Před 26 dny

    Allahım komeye olsun, bu derdin dermanın tezlikle ashkara çıxartsın, Allah balalarımızı görüşün, Amin ,Amin Ya Rebbel Alemin

  • @TarlanDzhangirova
    @TarlanDzhangirova Před 28 dny +4

    👍👏💓

  • @zulqeydesafareliyeva3972

    ❤ inşallah yaxşı olar

  • @subnaznuriyeva5384
    @subnaznuriyeva5384 Před 24 dny

    ❤❤❤

  • @user-hf6gm7pj3e
    @user-hf6gm7pj3e Před 28 dny +2

    Xerceng xesdeliyi cox suretle yayilib

  • @heqiqethuseynova9055
    @heqiqethuseynova9055 Před 27 dny +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @baharcumayeva5628
    @baharcumayeva5628 Před 23 dny

    Ttttteeewwwkkürrrrllllleeerediriz❤

  • @heqiqethuseynova9055
    @heqiqethuseynova9055 Před 27 dny +1

    BU DƏYƏRLİ MƏ'LUMATLARA GÖRƏ SİZƏ TƏŞƏKKUR EDİRƏM.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-lh4sg4or5j
    @user-lh4sg4or5j Před 25 dny +1

    Qara yox ,qırmızı kələm

  • @arifguluzade3747
    @arifguluzade3747 Před 28 dny +13

    Mən inanmıram xərçəngdən qorunmaq bu qədər asand olsun. Onda elə hamı bütün günü kələm yesin heç kim də xərçəng olmasın. Bu saydıqlarınızın xərçəng hüceyrələrinin azalmasında təbii ki rolu ola bilər ama bu qədər asand deyil bu məsələ. Xərçəngə tutulmamaq üçün bu məsələlərə kompleks yanaşmaq, yəni qidalara fikir verməknən yanaşı, stresdən uzaq bir həyat, hərəkətlilik də lazımdı. Və insanın DNT.sinin xərçəngə nə qədər meyilli olub olmaması kimi şansları da bu işdə böyük rol oynayır. Ancaq sadaladığım amillərə kompleks yanaşılsa, həmçinin zərərli yeyəcəklərdən də uzaq durulsa, onda xərçəngə tutulmaq risqini azaltmış olarıq. Ümumilkdə faydalı videolarınıza görə təşəkkürlər❤

    • @soversennosecretnoss9673
      @soversennosecretnoss9673 Před 28 dny +2

      Xestelenmeden evvel bu qidalari qebul etsen xestelenmezsen . Xestelenenden sonra elbette bunlarin xeyri olmaz

    • @vnm5967
      @vnm5967 Před 27 dny +1

      Cox düz aciqladiz hələ əlavə cirkli su və havanın da cox böyük zərəri var

  • @hikmt-wr7xb
    @hikmt-wr7xb Před 27 dny

    Vallah Allah ömürü haracan yazıbsa oracandi

  • @tahirabayramova
    @tahirabayramova Před 28 dny +3

    ❤🤲👏👍

  • @asqelman8923
    @asqelman8923 Před 15 dny

    Həkimlər də tapa tapa gedir ortada da 1 şey yoxdur

  • @tarananuriyeva9907
    @tarananuriyeva9907 Před 28 dny +3

    👍👏💞

  • @emineliyev9504
    @emineliyev9504 Před 23 dny +1

    HACAN ÇÖREK LEGV OLUNSA O ZAMAN XERCENGDE LEGV OLAR.HE BIRDE YEDIYINIZ BUTUN YAGLAR XERCENG YARADIR.YENI ZELLANDIYA YAGI ALSAZ YAXSI OLAR

    • @user-ty7vk9ds6l
      @user-ty7vk9ds6l Před 16 dny

      Xeyirli məlumstlara görə cox sağ olun

    • @emineliyev9504
      @emineliyev9504 Před 14 dny

      @@user-ty7vk9ds6l men 24 saat bu melumatlari verirem.Ancag emel eden olmur

  • @almazsalehova8024
    @almazsalehova8024 Před 27 dny

    Hazırda tanıdığım ölənlərin əksəriyyəti xərçəngdən ölür