FİSİNCAN PLOV- Qədim Bakı mətbəxi. Фисинджан плов рецепт- АЗЕРБАЙДЖАНСКАЯ КУХНЯ

Sdílet
Vložit
  • čas přidán 26. 12. 2018
  • Fisincan plovun resepti:
    Aş qarası üçün
    500qr ət (yarı qoyun yarı dana əti)
    250qr qoz
    3 ədəd ortaboy soğan
    3-4 xörək qaşığı ərinmiş kərə yağı
    1 dolu xörək qaşığı nar turşusu
    1 xörək qaşığı alça turşusu
    1 stəkan nar şirəsi.
    duz
    qara istiot
    sarıkök.
    Plov üçün
    250qr stəkanla 2 stəkan düyü
    Qazmaq üçün
    1 stəkanun
    1 dolu xörək qaşığı qatıq
    2 xörək qaşığı duru yağ
    1 çimdik duz
    1 çimdik
    soda
    Nuş olsun.
    İnstagram səhifəmiz-- / plovlar(aŞlar )
    PLOVLAR(AŞLAR)-- • PLOVLAR(AŞLAR)
    Sarı alçadan palçıq turşu. Туршу из алычи-- • Sarı alçadan palçıq tu...
    NAR NEKTARININ QIŞ ÜÇÜN BAĞLANMASI . .100% təbii NAR ŞİRƏSİ.-- • NAR NEKTARININ QIŞ ÜÇÜ...
    Nar turşusu.-- • Nar turşusu.

Komentáře • 900

  • @eganahesenova4383
    @eganahesenova4383 Před 2 lety +39

    Allah sizi qorusun,inşallah,cox insan fisincani bişirmeyi oyredib,rehmetlik nenemin bişirdiyinin yanindan bele keçmeyib,o abqora ve naldan istifade edirdi,nali ne vaxt atdigini bilmirdim,sag olun ki,dediniz,caniniza ve ellerinize sagliq,bişirdim o dadi verdi,agzimiz dada geldi,omrunuz uzun olsum,❤️❤️❤️🙏🏾🙏🏾🙏🏾

  • @Rosh79
    @Rosh79 Před 4 lety +69

    Can Bakı "anon ölsün ay Bakı" bez razmer Bakı qaragün Bakı ❤️❤️❤️❤️

  • @saidazargarli1060
    @saidazargarli1060 Před 4 lety +1

    Məndə bakilıyam ancağ biz soğan qovurub qatmırıq qozuda maşından keçiririkki yağı üzünə çıxsın, məncə bu cürə İranda edirlər, bəlkə siz irandan gəlmə bakılısız? Hər necə olsada dadlı olmağına şübhə etmirəm, hörmətlə sizə layk edirəm.

  • @ilahahuseynova1476
    @ilahahuseynova1476 Před 4 lety +40

    Fisinçan əsl bakılılarin yeməyidir. Sizin gözəl xanım yemək bişirmənizi daim izləyirəm. Cox gözəl əl qabliyyətiniz. Səsiniz də adamı yormur. Əllərnizə sağlıq.

  • @z.4619
    @z.4619 Před 2 lety

    Fikir verməyin, bildiyiniz kimi hazırlayın.

  • @alikbakinskiy5129
    @alikbakinskiy5129 Před 4 lety +5

    can ay BAKI gör nə gözəl kalorili yeməklərin var . cansız mənə cismimdə olan can BAKILIMDIR .CƏNNƏT BAKIDIR HÜRREYİ QILMAN BAKILIMDIR . XANƏNDƏ ÇALIR ŞUR iylə TAR iylə KAMANI - KİM SEVSƏ BU ALƏTLƏRİ MÜTLƏQ BAKILIMDUR. bu yemeyi ölü yesə dirilər vallah.

  • @AzebakuBaku
    @AzebakuBaku Před 3 lety +99

    Hər bir yeməyi düzgün bişirən,qədim Bakılılar, ən-ənələrimizi yaşadanlar var olun,😘♥️🌷

  • @talibhasanov875
    @talibhasanov875 Před 4 lety +4

    Fisincandıda...... Bakı fisincanı Lənkəran fisincanından fərqli olur. Bakılılar küftədən, nalsız bişirirlər rəngi qəhvəyi olur. Lənkəran fisincanı çöl quşlarından Butöv soğan, nar, boranı və ən əsası qızdırılmış nal atılır ki, rəngi qara olur. Yəni tam fərqli təamlardır.

  • @UserUser-ml8ti
    @UserUser-ml8ti Před 5 lety +17

    Hər bir hazırlıq yüksək səviyyədədir. Əllərinizə sağlıq nuşi canlıqla dadın. Bircə sualım var, nəyə görə qazmağı bitki yağıyla hazırladız və qazana qoyanda yenə bitki yağı vurduz? Qazmaqda kərə yağı mütləqdi, ətri dadı bir başqa olur. Sizində süfrəniz bol olsun Allah can sağlığı versin sizə. Amin.

  • @RavanaAbbassoy
    @RavanaAbbassoy Před 4 lety +22

    Men bir defe Bakılıların yas məclisində bu aşdan yedim cox beyendim. Cox dadli idi hercend men Qarabagliyam bizde bu aş hec vaxt bisirilmez.ferqli yemekleri sevirem butun zonalarimiz dogmadi bize. bir defe etmeye calisacam

  • @malikbagrov629
    @malikbagrov629 Před 3 lety +15

    Salam.Mən özüm bakılıyam.Sənin bişirdiyin fisincan plovu çox bəyəndim.Hala olsun.Məsməxanım

  • @zerifeismayilqizi
    @zerifeismayilqizi Před 5 lety +145

    "RAHMAN VE RAHIM OLAN ALLAHA TE'RIFLER YARASIR!"

  • @fidanshukur7427
    @fidanshukur7427 Před 5 lety +11

    Əslində aş-qara kəliməsində qara sözlərinə o mismar və nal atandan sonra dəyişən rəngə görə deyilib. Siz bir dəfə elə hazırlamısınız bəzi izləyicilər narahat olub onların fikrinə hörmət edərək bu dəfə eləmədiniz. Bu hərəkətiniz belə sizin nə qədər gözəl insan olduğunuzu göstərir. Əliniz qolunuz var olsun. Bayramda bunu hazırlayacam. Bəyənməyən 10 nəfərə isə insaf arzu edirəm. Daimi izləyiciniz Fidan xanım. ❤️❤️❤️❤️❤️❤️❤️

  • @martanefrit9942
    @martanefrit9942 Před 3 lety +24

    Bu yeməyi Novruz bayramında bişirmişdim ilk dəfə. Dadına, möhtəşəmliyinə söz ola bilməz. Qonağlarımız çox bəyənmişdi. Sizim kanalınızdan çox yemək bişirməyi öyrəndim. Ən əsasda milli qədim yeməklərimizi, başqa kanalda tapmazdım. Hələ 19 yaşım var, amma siz mənə çox şey öyrətdiniz. Əlləriniz var olsun

  • @elmirabedelova3153
    @elmirabedelova3153 Před 3 lety +55

    Золотые ручки наших Бакинок. Гордость наша. Браво.

  • @pikexanimeliyeva9507
    @pikexanimeliyeva9507 Před 2 lety +3

    Canlm bakllim sen mene nenenin yemeklerini xatirlatdln Allah sene can sagligl versin eynen nenenin yemekleri bütün bisirdiyin yemekler coox sağ ol

  • @elshanaskarov4956
    @elshanaskarov4956 Před 4 lety +4

    Salam. Men amerikada yadhayiram, sizin kanalinizi izleyirem, necede darixiram yemeklerimiz ucun! cox saqolun ki eziyyet cekib bizlerede orgedirsiniz milli yemeklerimizi. gelen hefte Fisincan plov hazirlamaqa calishacam. Ama mende alcha palchiq turshusu var nar yoxdur, umud edirem tek alcha turshusu ilede yaxshi alinar. Allaha emanet olun! Teshekkurler!!!

  • @taghihajizada5030
    @taghihajizada5030 Před 2 lety +11

    Çox sağolun, Ağababa xanım. Siz böyük həriflə XANIMSINIZ. ALLAH Sizdən razı olsun.

  • @samsunq607
    @samsunq607 Před 4 lety +11

    Gözəl xanım Bakılı deyiləm amma Bakılılarla dostluq edirəm həmişə.Çünki onlarda xəbislik görmədim.Mərd oldular hər zaman dostluqda möhkəm oldular.Ana bacı oldular mənə.Mətbəxinizi də xüsusilə sevirəm əla ləzzətli xörəklərinizə bayılıram.Əlləriniz var olsun

  • @user-lc7ig9nt5u

    SİZİN FİSİNÇANİZ COX LEZZETLİDİR YEMİŞEM ANAM REHMETİK ÖRDEY EYA XORUZ ETİNDEN BİŞİRERDİ AMA MENİM MAL DTİNDEN BİŞİRİLEN FİSİNÇANDAN COX XOŞUMA GELİR BİZ LENKERANLİLARİNDA COX GÖZEL YEMEKLERİMİZ VAR ÇENUB YEMEKLERİDE SUPERDİR 👍😊