Qatıqdan 10 qat daha təsirli meyvə qurusu

Sdílet
Vložit
  • čas přidán 28. 06. 2024
  • Sənə Maraqlıdırsanın bütün videolarını CZcams-da izləmək üçün kanala ABUNƏ olun: goo.gl/RMf2cF
    ☪ Musiqi:
    ☪ Əziz Dostlar kanala ABUNƏ OLaraq bir birindən maraqlı videoları izləyə bilərsiniz
    ☪ Bütün Hüquqlar Qorunur © ® ™
    Sümük əriməsini dayandıran meyvə qurusu - Qatıqdan 10 qat daha təsirlidir
    Osteoporoz bütün dünyada milyonlarla insana təsir edən və xüsusilə yaşlılarda müşahidə olunan sağlamlıq problemidir. Sümük kütləsində azalma, sümük toxumasının mikro arxitektura quruluşunun pozulması ilə xarakterizə olunan xəstəlikdir. Sümük əriməsinin ən sürətli olduğu dövr klimaksdan sonrakı ilk illərdir. Osteoporoz xəsətliyini (sümük əriməsi) düzgün qidalanma ilə dayandırmaq və ya qarşısını almağ mümkünndür.
    Qadınlarda sümük əriməsinin səbəbi
    Klimaks dövrü sümük əriməsi xəstəliyi üçün ən əhəmiyyətli risk amilidir. Klimkasdan sonra qadınlarda hər hansı bir əlamət olmasa da, sümük əriməsi ehtimalı var. Klimaks dövründə qadınlıq hormonunun səviyyəsi çox azalır. Daha az sümük toxumasına sahib olduqları üçün qadınların osteoporoza yaxalanma riski yüksəkdir.
    Beynəlxalq Osteoporoz Fondunun məlumatlarına görə, bu xəstəlik dünyada 200 milyon qadının ortaq dərdidir. Dünyadakı 60-70 yaşlı qadınların üçdə biri, 80 yaşlı qadınlar isə üçdə ikisi bu xəstəlikdən əziyyət çəkirlər.
    Travmatoloq Cağatay Öztürk düzgün qidalanma ilə osteoporozun qarşısını almağın mümkün olduğunu deyir. Həkim Cağatay Öztürk sümük əriməsinin qarşısını almaq üçün 10 əsas maddəni belə sıralayır:
    Kalsium, maqnezium və mineral baxımından zəngin olan qidalar sümük quruluşunu gücləndirir.
    Sümük sağlamlığı üçün ən vacib mineral isə kalsiumdur. Bu səbəbdən sümük əriməsindən qoruyan qidalar arasında da süd və süd məhsulları mühüm yer tutur. Pendir və digər süd məhsulları kalsium baxımından zəngindir. Bu qidalardanda daha faydalısı gavalı meyvəsidir.
    elmi araşdırmalar gavalının sümük sağlamlığını dəstəklədiyini və osteoporozun qarşısını aldığını göstərir.
    Gavalı kalium, K vitamini və bor kimi sümük sağlamlığını dəstəkləyən mühüm minerallarla zəngindir. Qurudulmuş gavalı sümük və əzələ toxumasını gücləndirir.
    Pensilvaniya Universiteti tərəfindən aparılan bir araşdırma gündə 5 ədəd quru gavalı yeməyin sümük sıxlığının itirilməsinin qarşısını aldığını və sümük sınıqlarının nisbətini 50 faiz azaltdığını üzə çıxarıb.
    Qara gavalı liflə zəngin olmaqla yanaşı, antioksidan xüsusiyyətləri ilə də diqqət çəkir. Bu xüsusiyyətlər sümük toxumasının qorunmasına və güclənməsinə kömək edə bilər. Xüsusilə postmenopozal dövrdəki qadınlarda görülən sümük mineral sıxlığı itkisinin qarşısını almaqda təsirlidir.
    Yaşlılıqda osteoporoz riski artır. Gavalı istehlak etmək bu riski azaltmaqda təsirli rol oynaya bilər. Gavalıların tərkibindəki fenolik birləşmələr və bor elementi sümük sağlamlığını qoruyan xüsusiyyətlərə malikdir.
    Bütün bu xüsusiyyətlərinə görə gavalı sümüklər üçün ən faydalı qidalardan biri hesab edilən qatıqdan belə daha güclü təsirə malikdir. Ekspertlər qurudulmuş gavalının qatıqdan 10 qat daha təsirli olduğunu bildirirlər.
    Qurudulmuş gavalını qəlyanaltı əvəzinə yeyə və ya ondan kompot hazırlayaraq istehlak edə bilərsiniz.
    Bununla yanaşı, yaşıl yarpaqlı tərəvəzlər, paxlalı bitkilər, meyvə qurusu, D vitamini ehtiva edən qidalar və taxıl baxımından zəngin qidalar da sümük əriməsindən qoruyur.
    Yüksək miqdarda kalsium və maqneziumla zəngin olan ərik yeyin.
    Bədəndəki D vitaminini aktiv hala gətirmək üçün ən az 15 dəqiqə günəş işığı qəbul edin.
    Hər gün D vitamini ilə zəngin olan yumurta sarısı yeyin.
    Çay, qəhvə kimi kofein tərkibli içkiləri azaldın.
    A, E və C vitaminləri baxımından zəngin olan və bol miqdarda kalsium ehtiva edən gül kələmi, kahı kimi yaşıl tərəvəzlər yeyin.
    Kalsium və D vitamini anbarı hesab edilən süd için.
    Həftədə iki gün kalsium baxımından zəngin olan istridyə, krevet kimi dəniz məhsullarını yeyin.
    Sümük əriməsinə səbəb olan proteolitik fermentləri azaldıcı təsir göstərən üzüm çəyirdəyi yeyin.
    Siqaret və alkoqoldan uzaq durun.
    İdmanla məşğul olmamaq, siqaret, spirt istifadəsi, D vitamini, kalsium əksikliyi digər risk amilləridir. Qaçış, rəqs, tennis, dırmaşma, nərdivana çıxmaq sümük əriməsinin qarşısını alır. Həftənin ən azı 3-4 günü təxminən 45 dəqiqə bu məşqlər edilməlidir.
    Osteoporozlu xəstələrin hansı şikayətlər yaranır?
    Həkim Cağatay Öztürk osteoporozun bədənimizdə ən çox onurğaya təsir etdiyini bildirib. Kürək ağrısı, bel ağrısı, boy qısalması, donqarlaşma ola bilər. Ümumiyyətlə, osteoporoz hiyləgər şəkildə irəliləyir. Sümük əriməsi nəticəsində sınıqlar daha çox onurğa, bud və əl biləyində yaranır.
    Dəyərli izləyicilər, mümkünsə videonu bəyənib WhatsAppda, Facebookda paylaşın👍 Öncədən təşəkkürlər
    Bizə dəstək üçün kanala ABUNƏ OLun və ZƏNG yəni (ZINQIROV) düyməsini basınki hərdəfə yeni, xeyirli, maraqlı videolar paylaşanda sizə bildiriş kimi gəlsin və sizdə videolarımdan faydalanasınız inşALLAH

Komentáře • 9

  • @senemaraqlidirsa
    @senemaraqlidirsa  Před měsícem +4

    *Dəyərli izləyicilər, mümkünsə videonu bəyənib WhatsAppda, Facebookda paylaşın👍 Öncədən təşəkkürlər*
    *Bizə dəstək üçün kanala ABUNƏ OLun və ZƏNG yəni (ZINQIROV) düyməsini basınki hərdəfə yeni, xeyirli, maraqlı videolar paylaşanda sizə bildiriş kimi gəlsin və sizdə videolarımdan faydalanasınız inşALLAH*

  • @azbaycanoglu282
    @azbaycanoglu282 Před měsícem +3

    Gözəl paylaşmıdır ,hələ siz əncir qurusunu demirsiniz o da bir çox dərdin dərmanıdır.Hamınıza sağlamlığlar.

  • @saidr1124
    @saidr1124 Před měsícem +4

    Gavalı qurusu çox dərdin dərmanıdır👍🙏təşəkkürlər🙏

  • @SahinAgayev_1.800
    @SahinAgayev_1.800 Před měsícem +3

    ❤Teşekkur❤edirik❤eladi❤

  • @huaweipsmart275
    @huaweipsmart275 Před měsícem +3

    Təşəkür edirəm🙏👍

  • @rehileqasimova7938
    @rehileqasimova7938 Před měsícem +3

    Təşəkkür edirəm. Var olun.

  • @tahiraliyev7722
    @tahiraliyev7722 Před měsícem +3

    Çooox sağ olun

  • @samo6992
    @samo6992 Před měsícem +2

    Cox sağ olun

  • @fizzexanimresulova2069
    @fizzexanimresulova2069 Před měsícem +3

    ❤❤❤