Elnarə Xəlilova - Məhəbbət Payım | Akustik (Rəsmi Musiqi Videosu)

Sdílet
Vložit
  • čas přidán 13. 05. 2020
  • Elnarə Xəlilovanın "Məhəbbət Payım" (Akustik) mahnısı artıq onlayndır.
    Elnarə Xəlilovaya CZcams-da abunə ol: mikpro.az/exalilovayt/
    Musiqi: Vüqar Camalzadə
    Söz: Aqşin Əliyev
    Rejissor: Fuad Əlişov
    Elnarə Xəlilovanı sosial şəbəkələrdə izlə:
    Facebook: mikpro.az/exalilovafb
    Instagram: mikpro.az/exalilovaig
    Twitter: mikpro.az/exalilovatw
    Genius: mikpro.az/exalilovagn
    Elnarə Xəlilovanı rəqəmsal platformalarda dinlə:
    Keçid: mikpro.az/exalilovadinle
    Elnarə Xəlilova tərəfindən ifa olunan "Məhəbbət Payım" (Akustik) parçasının rəsmi videosu. Bu videonun bütün hüquqları "mikpro mmc" tərəfindən qorunur. © 2020
    Etiketlər:
    #ElnarəXəlilova #MəhəbbətPayım #mikpro
  • Hudba

Komentáře • 334

  • @elnara
    @elnara  Před 3 lety +188

    Bənd 1
    Düşəndə yadıma sənli günlərim
    Sinəmdə həsrətdən ocağ qalanır
    Başlanır dumanlı, çənli günlərim
    Ömrümə qəmli bir ömür calanır
    Nəqərat
    Xəyalın dolanır başımda mənim
    Səni harda gəzim, harda arayım?
    Bu sevib-sevilən yaşımda mənim
    Tanrıdan budurmu məhəbbət payım?
    Xəyalın dolanır başımda mənim
    Səni harda gəzim, harda arayım?
    Bu sevib-sevilən yaşımda mənim
    Tanrıdan budurmu məhəbbət payım?
    Bənd 2
    Getdin gözlərində qəmli baxışlar
    Mənimlə danışıb gülməyəcəksən
    Bəlkə gələcəksən yağan yağışla
    Bəlkə də heç zaman gəlməyəcəksən
    Nəqərat
    Xəyalın dolanır başımda mənim
    Səni harda gəzim, harda arayım?
    Bu sevib-sevilən yaşımda mənim
    Tanrıdan budurmu məhəbbət payım?
    Xəyalın dolanır başımda mənim
    Səni harda gəzim, harda arayım?
    Bu sevib-sevilən yaşımda mənim
    Tanrıdan budurmu məhəbbət payım?
    Xəyalın dolanır başımda mənim
    Səni harda gəzim, harda arayım?
    Bu sevib-sevilən yaşımda mənim
    Tanrıdan budurmu məhəbbət payım?
    Xəyalın dolanır başımda mənim
    Səni harda gəzim, harda arayım?
    Bu sevib-sevilən yaşımda mənim
    Tanrıdan budurmu məhəbbət payım?

    • @leylaadigozelova763
      @leylaadigozelova763 Před 2 lety +8

      Mehebbet payim menim usaxligima qayitdigim tek gizli qapidir.
      Minnetdaram💔😔

    • @alezgi4319
      @alezgi4319 Před 2 lety +5

      Eeehhhh.. menim 8_9 da oxuduğum ... Ağladığım ..... Mahnı .🖤 Heyif o günlərdən. Saf ürəyimlə acı çəkirdim biri üçün......

    • @SadiqAbdullazade
      @SadiqAbdullazade Před 2 lety

      @@leylaadigozelova763 😞❤

    • @fi2020
      @fi2020 Před 2 lety +1

      Hele indi 25yaşımda anlayıram nece derinden, anlamlı sözleri var imiş 😔

    • @mehparehesenova6451
      @mehparehesenova6451 Před 2 lety +1

      Həmişə var olun 💓🌺

  • @ruslanmemmedov570
    @ruslanmemmedov570 Před 2 lety +283

    90 lara salam ))) Xosbext insanlariq ki o dovru yasadiq.. o zamanlar bir de qayitmiyacaq

  • @nika9777
    @nika9777 Před 4 lety +365

    O zamanlar necə əl çatmaz idiniz bizə. Indi bu yazını oxuyacaq qədər yaxinsiniz 💝. Çox gözəl bir hissdir. 🥰🥰🥰

    • @qumrukazmova3422
      @qumrukazmova3422 Před 2 lety +15

      Qulaq asıram 2022ci ildə 14 yaşımda gələrəm 10il sonra yenə dinləyəcəm❤

    • @baharceferova5739
      @baharceferova5739 Před rokem +12

      Duzdu o vaxtlar kliplerde Bakini görerdik ona görede her wey maraqliydi.Her weyin bele menasiz olduqunu istemezdim.Amma yene o illeri yaeadiqim ucün cox xowbextem Mahnida Elnare xanimda hemiwe yadimizda o illerdeki kimi qalib.😘

    • @cemilpirveliyev2440
      @cemilpirveliyev2440 Před rokem +2

      Yhaaaa

    • @elnuralxanov8584
      @elnuralxanov8584 Před rokem +3

      Həqiqətən də...

    • @feridbagirzade2440
      @feridbagirzade2440 Před 23 dny

      Ne gözəl dediniz maraqla axşam saat 5den sonra Kəpəz TV sizin istəyinizle verlişi vardı orda səbirsizliklə gözləyirdik ki oxuyacaq indi

  • @shehla.5
    @shehla.5 Před 4 lety +242

    Bu mahniya qulaq asib o qeder agladigim olub... ushaqliq.. o vaxtki hissler kecdi, her shey unuduldu, mahninin gozelliyi ise ilk gunki kimidir. Elnarenin qizil fonda dushecek mahnilarindan biri.👍🏻💙

    • @Jenniesofty14
      @Jenniesofty14 Před 2 lety

      Dyzdu

    • @TheMirturqay
      @TheMirturqay Před rokem +4

      o hisleri mende yasamisam sizi cox yaxsi anlayiram
      omrumun en gozel illeri getdi
      Hesret basladi...
      Elnareni Elnare eden mahni...

  • @ismaylismaylzad5304
    @ismaylismaylzad5304 Před 2 lety +63

    Unutduğumuz kimlərinsə yadındayıqsa bağışlasınlar bizləri..🕊️🖤

  • @guneldadashova9305
    @guneldadashova9305 Před 6 měsíci +4

    Baxirsan kliplere, mahnilara, o dovr indiki dovrden daha muasir idi ...

  • @ilaheveliyeva4584
    @ilaheveliyeva4584 Před 13 dny +1

    Yazilari oxuyuram bu mahni ile bagli o vaxtlar, ne bilim 2000ci iller deye behs edilir ve men hele de qebullana bilmirem ustunden bu qeder iller kecibmis. Ne vaxt kecdi axi? Bu mahni cixanda 6 da oxuyurdum. Imdi 8de oxuyur boyuk oglum. Men ama hele o anda qalmisam bu mahnini esidende. Ne qeder vaxt idi qulaq asmirdim yadimdan da cixmisdi. Xatirladim yene o dovru yasadim sanki. Cox sag olun Elnare xanim o dovre apardiniz meni❤

  • @meleykeceferzade9296
    @meleykeceferzade9296 Před 2 lety +76

    Çox uzun iller olar ki bu mahniya qulaq asmirdim, birzamanlar ən çox sevdiyim mahini indi ise bele bir mahninin varlığını bele unutmuşdum. Bugun tesadufen qarşima çıxdı keçmiş xatireleri canlandirdi...

    • @Murner1458
      @Murner1458 Před 3 měsíci +1

      Həqiqətəndə... Elnarə gəncliyimizin bir hissəsi olduğunu xatırladım. Bir kədərlənib bir gülümsədim anormal ya normal bir hissiydi bilmədim....

  • @qaraqurbanli
    @qaraqurbanli Před 3 lety +67

    Ay daa...Hardan rastıma çıxdı bu klip, yenə o günlərimə qayıtdım...Möhtəşəm əsər...həm klip, həm ifa, həm musiqi, həm sözlər :(...

  • @gulila16
    @gulila16 Před 2 lety +70

    Эх,классные были времена,ни смартфонов,ни планшетов,2000-ые года были самые счастливые в моей жизни.

  • @ilkinrahimov2575
    @ilkinrahimov2575 Před 2 lety +48

    Heyif o illerden. Usagliq illeri. Problemsiz ,dertsiz heyat... Butun sevdiylerimiz yanimizda. . . Kas qayidardi o iller, hec olmasa 1 gun qayida bilseydik...

    • @isko_husko5292
      @isko_husko5292 Před rokem +6

      Men usag idim .Bu mahni cixanda.Her seyimi qurban vererem fikirleşmeden.O illere qayidim.

    • @zabavnaya-xt8tb
      @zabavnaya-xt8tb Před rokem

      Hec qayitmaq istemirem usagligima, ele indi yaxsidir

    • @ilkinrahimov2575
      @ilkinrahimov2575 Před rokem +1

      @@zabavnaya-xt8tb bezen yawadiglariniz sizi bele demeye mecbur edir

    • @zabavnaya-xt8tb
      @zabavnaya-xt8tb Před rokem

      @@ilkinrahimov2575 dediyim odurki kimise usagligi normal olub boyuyende eziyyet cekir kimsede eksine. Men o eziyyetli heyata qayitmaq istemezdim , doyurduler, indi valideyinlerimi hec sevmirem.

    • @ilkinrahimov2575
      @ilkinrahimov2575 Před rokem +1

      @@zabavnaya-xt8tb anladim sizi. In sa Allah indiki vaxta xosbext gunler yawiyasiz .

  • @imranabdullayev3452
    @imranabdullayev3452 Před 2 lety +18

    2000li illər Azərbaycanın ən klas zamanları olub. Mahnıları gözəl, insanları xoş xasiyyət. Bilmirəm bəlkə də mənim elə yadımda qalıb.
    İndidə modda olanlar Şəbnəm damla nə bilim nə.

  • @reyhaneazizli4729
    @reyhaneazizli4729 Před měsícem +3

    Uşaqlıq illərimin mahnısı❤

  • @gadirdavudov3172
    @gadirdavudov3172 Před 2 lety +48

    Hələ də sevirəm bu mahnını... Hər qulaq asdığımda aparır məni yeniyetməliyimə... Televiziyada həmişə gözlədiyim, sinif yoldaşımın telefonunda alıb qulaq asdığım bu gözəl mahnıya görə təşəkkürlər, Elnarə!

  • @kewinwilliamson7639
    @kewinwilliamson7639 Před 3 lety +48

    Hardadır mənim fanatı olduğum,gənclərə əsil örnək Elnarəm? Hər mahnısı çıxanda dilimizdən düşməyən qulaqlıqlarla yol gedəndə belə dinlədiyimiz amma bezmədiyimiz mahnıları oxuyan Elnarə.Yaxşıki varsız❤️❤️❤️

  • @elnurmammadli2065
    @elnurmammadli2065 Před 2 lety +18

    Bu mahnının baxış sayından Azərbaycan xalqının musiqi zövqü açıq aydın görünür…

  • @mehribanrasidovna
    @mehribanrasidovna Před rokem +5

    ....Hec yadimdan cixmir yagiwli havada mektebden gelib adyali burunub nem ust basla yuxuya gedib qalmisdim bu mahni sedalari altinda..2003cu il😢 Onda butun sevdiklerim heyatda idiler..

  • @mobiellmobicell4523
    @mobiellmobicell4523 Před rokem +20

    Bu mahnının yaranmasında əziyyəti olan hər bir kəsə təşəkkür edirəm.Möhtəşəm...

  • @Sema_Samirqizi
    @Sema_Samirqizi Před 3 lety +40

    Elnarə xanım siz bizim həmdə usagligimizsiniz.çox əzizsiz.

  • @gamehouse6826
    @gamehouse6826 Před 2 lety +4

    Blaaaaa nc nc nc ehhhhhh nebilime . Salam olsun 90 larin usaqlarina

  • @victoovictoo1822
    @victoovictoo1822 Před 3 lety +31

    Kaş bu mahnını həvəslə dinlədiyim vaxtlar olardı. Həyat o qədər tez gəlib keçir ki. Elə illərimiz var ki bir günü ilə belə yadıma sala bilmirəm o ili.deməli 365 günün içində fərqli bir gün belə olmayıb. Elə illərdə var ki sadəcə 1 və ya 2 günə görə yadımda qalıb. Ama elə bir günlərdə var ki... Əsrə bərabər.....

  • @ElvinFromBAKU
    @ElvinFromBAKU Před 4 lety +21

    Radiodan kasete yazmişdım, keyfiyeti aşağı alınmışdı, amma yene de bezmeden qulaq asırdım.deyirdiç görəsən nə vaxtsa klipi cixar görəsən ). Köhnə versiya mənə daha şirin gəlir

  • @veveomusic2981
    @veveomusic2981 Před 4 lety +15

    Mektebde oxuyurdum 6 ci sinifde o anda bu mahni teze cixmisdi birini oqeder sevirdimki her bu mahniya qulag asanda honkur honkur aglayirdim eh ilk sevgim

  • @Morphiss
    @Morphiss Před rokem +3

    Sevinc .. sən mənə insan adının bir başqasının ömrünə necə iz qoyduğunun, təsir etdiyinin canlı örnəyisən. Sənin üçün yaratdığım duyğuları, emosiyaları görməzdən gəlib hiss faciəsi yaratdın. Hər dinlədiyimdə sən mənimləsən, mənimlə. Mahnıda deyildiyi kimi " ömür ötüb gedincə, həsrət qaldım sevincə..."

  • @umid3461
    @umid3461 Před rokem +10

    Həqiqətən Elnarə xanımın səsində çox fərqli bir ton var , Hansıkı dinlədikcə adamı həm kövrəldir həmdə keçmişi xatırlatdığı üçün sevindirir. İnsan uşaqlığına toxunur . Sağolun Elnarə xanım

  • @narminazizova1025
    @narminazizova1025 Před 2 lety +6

    Indi 20 yasim olduguna gore mahni ne qeder kohne olsa da gencliyimin bu yaslarini bu mahniyla kecirirem, bu mahniyla aglayiram, o hisleri bu mahniyla yasayiram. Bir nece il sonra yeniden bu mahniya qulaq asacam, indi hiss etdiklerimi belke de onda hiss etmiyecem amma bu mahninin menim ucun yeri ferqli olacaq.

  • @memmedshamurov1639
    @memmedshamurov1639 Před 11 měsíci +5

    Yadıma nə vaxtlar düşür tam xatırlaya bilmirəm, ancaq yaxşı vaxtlar olduğundan əminəm. Möhtəşəmsiniz❤

  • @narindamirova8400
    @narindamirova8400 Před rokem +13

    Bu mahnı uşaqlığıma apardı məni. Yenə o hissləri yaşadım. Möhtəşəm ifa ❤️

  • @sebnempasayeva4808
    @sebnempasayeva4808 Před 2 lety +2

    Necə keçdi o günlər ay Allah kaş ki qayıdardı o günlər necə qayğısız idik ya rəbbim

  • @elsenesrefov42
    @elsenesrefov42 Před 4 měsíci +1

    Bu mahni yeni çixanda mənim 11 yaşim var idi çox bəyənirdim və qulaq asirdim🫶 üsdünnən hardasa 19 il keçib və bugün yenədə sevərəy bu mahniya qulaq asiram🫶❤️❤️❤️ super mahni, Elnarə xanimda çox gözəl oxuyur🫶❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @ulkrcfrli555
    @ulkrcfrli555 Před 2 lety +3

    Hardasa 3- 4 yaşım olardı 2003 cü illərdən danışıram. Bu mahnı TV-de verilende ağlayırdı ki bu mahnı mənimdir ona deyin oxumasın. ☹️

  • @Aytan_Music
    @Aytan_Music Před rokem +4

    Evvel yeni ili nece gozleyerdik 😩 indi hec gelmesini istemirik , 90 ci illerde doguldugum ucun xoshbextem en azi oz payima dushen ushagligimi doya doya yasamisham yaxsi pis gozel mahnilari dinlemisem yeni ulduzda bu mahnilar oxunurdu 😔❤

  • @elgunaliyev3915
    @elgunaliyev3915 Před rokem +6

    Cox uzun zaman oldu. Ona ilk dinlətdiyim mahni idi. O zaman sözləri deyildə musiqisi və ritmi cox xoşuma gəlirdi indi isə yalnizca sözlərini dinləyirəm. Bəlkədə oda burdadi illər kecsədə unuda bilmədiyim qadin

  • @aidaataz9248
    @aidaataz9248 Před 5 měsíci +1

    Bu mahnini usagliq qonsuma hesr etmisdim hele de ele de olaraq qalir icim de. Ust qonsu idin ama yaxin qeder uzaqdin mene. 😢

  • @amilhuseyov2968
    @amilhuseyov2968 Před 4 měsíci +1

    80-90-Lara Salamlar. Qocalırıqee(( Deyirəm Bu Cür Mahnının Baxış Sayını Görəndə Xəcalət Çəkirəm.. Millətdə Konkret Zövq Deyən Bir Şey Qalmayıb.. Elnarə Xanım Həmişə ❤️- Lərdəsizz

  • @user-ze7jd3xc4c
    @user-ze7jd3xc4c Před měsícem

    Nece gözel sözleri musiqisi var indi bele mahnilar yoxdu

  • @smanur6154
    @smanur6154 Před 3 lety +13

    Uşaqlıq vaxtımın ənnnn gözəl mahnısı❤❤❤❤

  • @elzaibadova
    @elzaibadova Před rokem +3

    2000-ci iller, ushagligim, telefonsuz, planshetsiz vaxtlar. Yeni il bayraminda radio hediyye vermishdiler, kanallari her gun chevirirdim ki bu mahnini versinler... indi ise heyatimiz chox deyishib, sunileshib her shey. Kash ki qayida bilsek o illere, kashki...

  • @prvancopsiyeva9835
    @prvancopsiyeva9835 Před rokem +4

    Mütəmadi olaraq beynimin öz özünə oxuduğu mahnıııı..... çıx artıq ağlımdan 😍

  • @PolatAlemdar-pi7hq
    @PolatAlemdar-pi7hq Před 20 dny +1

    Pianono gören kimi dedim bu Fuadın işidir

  • @agacabbarzade9547
    @agacabbarzade9547 Před 2 lety +3

    Bu mahninin menim uchun evezedilmez yeri var...En gozel en saf vaxtlarim idi o vaxtlar...O gunlere qayida bilmesem de Elnarenin sayesinde xeyalimda en azindan canlandira bilirem o illeri.Allah Elnare xanima cansagligi versin.Ailesini qorusun.Ancaq qayitsa bu yawimda da ona fanatliq ederem.Mence bu mahni onun eserinin wah beytidir.Mawtagadan salamlar...

  • @user-hs4qn6pz1j
    @user-hs4qn6pz1j Před 14 dny

    ayda kecmis gozel gunler uyda ne qeribe hiss

  • @nezrinmensimova1524
    @nezrinmensimova1524 Před měsícem

    Uşaqlığım yadıma düşdü😢♥️

  • @za6164
    @za6164 Před 7 měsíci +1

    Boğazlara bax milli ve xarici qatışıq👏

  • @ulviz.z2556
    @ulviz.z2556 Před rokem +2

    Heç vaxt dinləməkdən bezmədiyim mahnılar siyahısındadır❤bu musiqi

  • @turanebayramova8566
    @turanebayramova8566 Před 2 měsíci

    Heyf o gözəl, mənalı illərdən 😢

  • @orxanbaxsov5006
    @orxanbaxsov5006 Před rokem +3

    91-lərə salam, ömür tez gəlib keçir her anın qədrin bilin.....

  • @nilsebr4761
    @nilsebr4761 Před 2 lety +4

    2022 .30 may .gecə saat 01:00 .Bu mahnı ardan düşdü yadıma.

  • @user-yo9cp8fy7j
    @user-yo9cp8fy7j Před 2 měsíci

    Nə gözəl illər idi İlahi

  • @feridabdullayev8248
    @feridabdullayev8248 Před 2 lety +4

    Bu mahni englis dilinde tercume edilib oxunsaydi butun dunyada trend olardi

  • @mahirlkbrov8356
    @mahirlkbrov8356 Před 2 měsíci

    Baxıb pis oluram heyif😢

  • @user-ji1re6jo5o
    @user-ji1re6jo5o Před rokem +3

    Piano üçün düşünülmüş ən gözəl əsərlərdən biri qarşınızda.Uzun illərdir dinləyirəm,hər dəfə təzə nəsə tapıram bu mahnıda.İfası(səsi) ruhuma bir bahar mehi kimi,bir əbədi sakitlik gətirir .Boşuna illərlə fanatı olmamışıq demək...

  • @aidaataz9248
    @aidaataz9248 Před 5 měsíci +1

    Bu mahni cixdiginda orta mekteb de idim. 2000 iller falan. İndi 30 yasini kecmisem. Hele de o insani axtariram. Neyin ki xeyali etrafimda xeyali yuxularimda gezir.

  • @ferqaneabdiyeva7044
    @ferqaneabdiyeva7044 Před 11 měsíci +1

    Bu mahni bu ifa hemise dinlenilecek🙏👍

  • @sefegkerimli9360
    @sefegkerimli9360 Před 3 lety +4

    bu mahnı çıxanda mən uşağ idim.indi iki övlad anasıyam.mahnı superdi aparır uzağlara.

  • @sonaismayilova8051
    @sonaismayilova8051 Před 5 měsíci

    Cox savadli mugennidi bu mahnini cox gozel oxuyub❤

  • @bakcellgold4499
    @bakcellgold4499 Před 3 lety +5

    elnare ele oxuyur super mahnini adamin dinledikce dinlemeyi gelir sesi ozu cox superdir ela oxuyur

  • @nijatdrghli
    @nijatdrghli Před 4 lety +10

    Bir zamanlar uşaqlığımın indi isə gəncliyimin yeganə,bezdirməyən mahnısı...💎💣 və əvəzolunmaz Elnarə Xəlilova sadəcə möhtəşəm 💐💜 My QUEENN 👑💐⭐🏅

  • @user-kk5kn9oq5l
    @user-kk5kn9oq5l Před 10 měsíci +1

    Unudulmur mahni🎶🎶🎶

  • @asimzeynalov1963
    @asimzeynalov1963 Před 4 lety +5

    Yadıma düşdükcə sənli illərim...

  • @ulvisrkarl8584
    @ulvisrkarl8584 Před 4 lety +25

    Bu mahnıya qulaq asanda ancaq Sən yadıma düşürsən... Heç nə bilmirsən və heç vaxt bilməyəcəksən də. Heç özüm də artıq əmin deyiləm o hislərdən. Deyib Səni itirmək istəmirəm. Deyə biləcəklərim yığılacaq, yığılacaq içimdə və çürüməyə başlıyacaq. Olsun. Ən azı istəyəndə yazıram danışırıq, görüşürük. Əsas odur. Bu mahnı bizim olsun, Sən bilməsən də.
    7/6/2020, 03:40

    • @ulvisrkarl8584
      @ulvisrkarl8584 Před 3 lety +6

      Düz 1 il keçib...
      Şair nə gözəl deyib:
      "...ölmedim, bir gençlik ölümü saklı kaldı bende.
      Vakti vardıysa aşkın, onu beklemeliydi
      genç olmak yetmiyordu fayrap sevişmek için
      halbuki aşk, başka ne olsundu hayatın mazereti
      demedim dilimin ucuna gelen her ne ise
      vay ki gençtim
      ölümle paslanmış buldum sesimi."

    • @ulvisrkarl8584
      @ulvisrkarl8584 Před 2 lety +2

      @adborfc00 Gecdi daha. Onun olması üçün kimsə bədbəxt olmalıdı. Lazım deyil

    • @Jenniesofty14
      @Jenniesofty14 Před 2 lety +1

      @@ulvisrkarl8584 ....

    • @ulvisrkarl8584
      @ulvisrkarl8584 Před 2 lety +1

      @@ibaaniz Elədir :) Belə daha əbədidir :)

    • @ulvisrkarl8584
      @ulvisrkarl8584 Před rokem

      @@user-ld6wk4xv6p "Hə, əlbəttə, amma bilirsən, Zaur, həyatdı, hər şey olur"

  • @Robert-sr7se
    @Robert-sr7se Před 2 lety +3

    Eh bu mahnı meni çox böyük bir derd olan uzun bir yolla keçmişe aparır

  • @aidaataz9248
    @aidaataz9248 Před 5 měsíci +1

    Bu dovrun mahnilari meni cox incidir usagligim da cekdiyim sevgi acilari gelir aglima. Hamisi bos imis.

  • @turanhuseynoglu6874
    @turanhuseynoglu6874 Před 2 lety +6

    Eşq əzabı çəkdiyim vaxtların mahnısı )) İndi isə sadəcə uşaqlıq mahnım )

  • @rafiqtagizade.87
    @rafiqtagizade.87 Před 9 měsíci +1

    18 İl KEÇDİ... 🤔🤔🤔🤔🤔VALLAH ELEBİL DÜNƏNDİR♥️♥️♥️♥️♥️♥️♥️

  • @cavidmartin8750
    @cavidmartin8750 Před 3 měsíci

    90lara salam olsun.Bu mahnı çıxanda uşaq idik.Ekranlardaydı her gün.3 gündü yadıma düşüb 😕

  • @denizms1290
    @denizms1290 Před 10 měsíci +1

    Xəyalın dolanır başımda)

  • @qwertyboss1187
    @qwertyboss1187 Před 7 měsíci +1

    Eh 2000 neçənci illər getdi .
    Qocaldıq.

  • @PolisiyeRomani
    @PolisiyeRomani Před 2 měsíci

    Yillarimi geri ver zaman😢

  • @renasixiyeva2121
    @renasixiyeva2121 Před 11 dny

    Usagligimin klipleri necede sade cekilib insanlar negeder sadedir oz uzleridir geyim sade, sadeliyin gozelik oldugu iler indi insanlar kin doludur nifret doludur heyif kas qayida bilsek o gunlere, bunan sonra dunya daha negeder iyrenclesecek belli deil hec

  • @tonybombei892
    @tonybombei892 Před 2 lety +1

    Ayda hardan cixdi bu mahni qarsima😍😍😍😍😍aydaaa tuklerim biz-biz oldu cox mohtesem bir mahnidir😍😍😍😍

  • @aykacalilova8918
    @aykacalilova8918 Před 3 měsíci

    Nece cox sevirdim sizi indide hemcinin. Bezmeden dinleyirdim

  • @musalizade1249
    @musalizade1249 Před 7 měsíci +1

    Çox gözəl bir mahnı Elnarə xanım əfsanəsiniz çox bəyənirəm sizin xanımlığınızı və mahnilarinızı❤❤

  • @sahnazsadqova5735
    @sahnazsadqova5735 Před 3 měsíci

    Mahnının sözləri görəsən kimə aiddir Cox qəşəng sözləri var

  • @serfiveliyeva1521
    @serfiveliyeva1521 Před 10 měsíci +1

    Elnare ele ele bil menim ucun oxumusunuz. belkede hec zaman gelmeyeceksen. sesinize quvvet cox gozel oxumusunuz.

  • @elcinhuseynli1891
    @elcinhuseynli1891 Před rokem +1

    Aydaa telebelik illeri,sevdiyim qiz(qovusamasaqda),geceler bu mahniyla onu dusunmeler..qayitdim o illere.tesekkurler

  • @ismetceferov791
    @ismetceferov791 Před 3 lety +6

    Usaqligim xatirladan mahnı hemişe Elnare xanima simpatiyam olub və cox xoşlayiram Onun Sesini və üsulunu 😘❤️

  • @leylaadigozelova3692
    @leylaadigozelova3692 Před 2 lety +3

    Heçne ile evez olunmaz xatirələr.

  • @krissgabriel
    @krissgabriel Před 2 lety +1

    Ehh cavanlıq 8-ci sinifdə oxuyarkən Nokia 6300 işlədirdim. Sinif yoldaşım Məhərrəmlə birlikdə qulaqlıqla bu mahnıya qulaq asırdıq hər birinci dərs. Hələdə dostluğumuz var görüşəndə edəndə maşında bu mahnını qoyuruq 1-2 dəqiqəlik gedirik o vaxtlara.

  • @maliiiiiiiiiiiiiii22
    @maliiiiiiiiiiiiiii22 Před 3 lety +4

    maraqli bir genclik ucun tesekkur Elnara xanim))

  • @leylaadigozelova3692
    @leylaadigozelova3692 Před 2 lety +1

    Uşaqlığımın mahnisi nece sevirdim bu mahnını, klipi. Eşidən kimi qaçıb gəlib maraqla baxirdim, hec vaxt qaçirmirdim, 6 yasim var idi, helede Cox sevirem .❤

  • @erkinhaciyev390
    @erkinhaciyev390 Před 2 lety +2

    2021 də burda olanlar 🤗

  • @PolisiyeRomani
    @PolisiyeRomani Před 2 měsíci

    Bu mahnya sadece mahni kimi dinlediyim illerimi isteyirem😢

  • @aidaaliyeva728
    @aidaaliyeva728 Před 2 lety +2

    28.09.2021 yagisli bir is gununde biz efkarlanarkenn...

  • @bakcellgold4499
    @bakcellgold4499 Před 3 lety +1

    an cox gulag asdigim mahnidir ela super ehsen

  • @sabinahajiyeva5398
    @sabinahajiyeva5398 Před rokem +1

    Dövrünün( hətta düşünürəm ki,indi də belədir) ən gözəl klip və mahnılarından biridir👏Hər dinlədiyimdə mənə uşaqlığımı xatırladır və çox qəribədir ki illər keçsə də eyni duyğuları yaşayıram.Bu möhtəşəm hissdir.Təşəkkür edirəm,Elnarə xanım🤍

  • @nurizathe
    @nurizathe Před rokem

    Her zaman hiss etdirecek xatiredir bu mahni)

  • @arazibrahimli5079
    @arazibrahimli5079 Před rokem

    Elnarə bu klip boyunca ayaqyalın olduğuna görə bu mahnidan sonra uzun müddət müalicə almışdır!Respect!

  • @SaraSarra-mn8iy
    @SaraSarra-mn8iy Před 2 měsíci

    Iller kectikte yene de hemise biz bura gayidaciyig
    Bu sehifeye bu mahniya.2035 ci ildede burda olacayig cunku bu sadece gulag astigimiz mahni deyil ,kecmisimizdi gozel gunlemizdi.

  • @mehemmedbedelov5538
    @mehemmedbedelov5538 Před 2 lety +1

    Mohtewem eser Elnara xanimda mohrun vurub👍

  • @ilaheabbasli9154
    @ilaheabbasli9154 Před rokem

    Oxuyanda gözlərim dolur

  • @shebnembelil7353
    @shebnembelil7353 Před 3 lety +1

    Ennnnn xoşbext illerimin mahnisisannn💞💞💞 kaş yene saf olardig hec deyismeyeydik

  • @ulviyyeNamazova-ow2bl
    @ulviyyeNamazova-ow2bl Před 4 měsíci

    İl 2024 hələdə ehtiyac duyulur

  • @aytenshamlova1503
    @aytenshamlova1503 Před rokem

    Bu mahniye qulaq asib aglayirdim.. Her axsam space tvde cardax idi tam yadimda degil orda cixirdi sebirsizlikle gozleyirdim hey gidi gunler ne gözel idin geri qayitmayacaq yıllarim. Cocukluğum hardasan axı?! 😪 😪 😪

  • @azerbaycan_azerbaycandir
    @azerbaycan_azerbaycandir Před 2 lety +2

    Xəyallarındakı duyğularının gerçək sevgi hisslərinin duyğusal anlarını dərk edəcək bir hiss payı kəşf edici bir müsiqi deyəndə bu parça musiqini məsəl çəkə biləcək edər anlıq xatireli ruh xatirəsi yaradan kimi çəkə bilərəm məsəli

  • @eldarisgenderov1269
    @eldarisgenderov1269 Před 10 měsíci

    Bugün 17 il sonra Almaniyada düşdü yadımıza. Əla mahnı idi.

  • @PubgMobile-qy8sv
    @PubgMobile-qy8sv Před rokem

    İller kesede hec zaman unudulmaz bir ifa ehsen

  • @anarnebiyev8526
    @anarnebiyev8526 Před 4 měsíci

    Tələbəlik illərimin hit mahnısı ❤

  • @zuzawkam
    @zuzawkam Před rokem

    Gozel bir ifa beli 😍

  • @bakcellgold4499
    @bakcellgold4499 Před 3 lety

    super ela bravo super ses super ifa super mahni