Xaricə ümumiyyətlə gəlməyin | Xaricdə yaşam | Xaricdə təhsil

Sdílet
Vložit
  • čas přidán 8. 09. 2024
  • Xaricə ümumiyyətlə gəlməyin. Videoya sona qədər baxın ki, əsas məğzi anlayasınız.
    Teqlər: xaricdə yaşam, xaricdə təhsil
    🎬KANAL HAQQINDA
    Bu kanalda paylaşdığım fikirlərin sizin üçün faydalı olacağına inanıram. Kanalda şəxsi inkişaf, xaricdə yaşam, təhsil və s. kimi mövzular barədə danışıram.
    Abunə olub zəng düyməsinə basmağı unutmayın.
    📧ŞƏXSİ İNKİŞAF TƏLİMİ VƏ YA İNGİLİS DİLİNDƏ DANIŞIĞIN İNKİŞAF ETDİRİLMƏSİ XİDMƏTLƏRİ:
    bu e-mailə yazın: khayal.asadzade7@gmail.com
    📢Digər Sosial Şəbəkə Hesablarım:
    Kanalın yuxarı hissəsində digər sosial şəbəkə hesablarımın linklərini də tapa bilərsiniz.

Komentáře • 86

  • @user-bl2ig3bw3c
    @user-bl2ig3bw3c Před 6 měsíci +4

    Qardas business ve economy saheleri de artiq qerbi avropa olkelerinde cox regbet gormur cunki adamlar oz dillerini teleb edirler. Meselen: accounting,tax hamsi oz olkelerinin qayda qanunu teleb edir,ölkenin vergi systemini bilmelisen deyr. IT -den basqa artiq cox cetindi avropada yaxsi is tapmaq.

    • @khayalasadzade1019
      @khayalasadzade1019  Před 6 měsíci +4

      Bəli. Məsələ də budur. Dünya həddindən artıq dəyişib və immiqrasiya məsələləri də qat-qat qəlizləşib. Təqribən 10 il əvvəl daha rahat idi hər şey. Miqrant axını + Pandemiya + Ukrayna müharibəsi hər şeyi dəyişdirdi. İnsanlara bunu çatdırmaq lazımdır ki, əgər xaricə gələcəklərsə, çətinliklərə hazır olsunlar. Hər şey yağ bal deyil burda.

  • @turanaliyev5922
    @turanaliyev5922 Před 6 měsíci +16

    Əgər pisdisə qayıt gəl Bakıyada ... mən tanıdığım heç kim azerbaycana dala qayıtmıyıb ...

    • @khayalasadzade1019
      @khayalasadzade1019  Před 6 měsíci +4

      Mən bu videoda harada pis olduğunu dedim? Mən sadəcə mövcud olacaq çətinliklər barəsində danışmışam. Çünki xaricə gəlmək istəyən istənilən adam (ələlxüsus da gənclər) mövcud çətinliklər barədə xəbərdar olmalıdır ki sonra suyu süzülə-süzülə geri qayıtmasın. Çətinliklərə hazır olsun, sınmasın. Siz görməmisiniz, mən azı 10 nəfər görmüşəm elə qayıdan. Heç biri çətinliklərə dözə bilmədi.
      Belə də qalanda, mən burda vergi verirəm, işləyirəm və yaşayıram. Mənim hər cürə haqqım var ki, yaşadığım yeri tənqid edim (baxmayaraq ki, bu videoda heç tənqid eləməmişəm). Mənim üçün daimi yaşayış yeri Estoniyadır, Azərbaycan yox.

    • @turanaliyev5922
      @turanaliyev5922 Před 6 měsíci +2

      @@khayalasadzade1019 qardaş hər şey pul deyil ki yaşayış cəhətdən gedib avropada insan kimi yaşamaq olar...ancaq reklaç xatirinə deyirsən ki gəlmiyin zad..bizim millətin ən böyük problemi səni kimi paxıl insanlardı ..nəysə

    • @sabosbma
      @sabosbma Před 6 měsíci

      ​@@turanaliyev5922 reklam xatirinə? 😅 nəyin reklamı?

    • @sabosbma
      @sabosbma Před 6 měsíci +1

      ​@@turanaliyev5922hər şey puldur. Mən özüm Avropada miqrasiya qanunları ən ağır və sərt olan ölkələrdən birində və bəlkə də elə birincisində - Danimarkada yaşayıram. Təhsil almağa gəldim və magistr təhsilimi bitirdikdən sonra iş axtarışına başladım. 9 ay sonra iş tapdım😅 və ən ağır tərəfi bu idi ki bu 9 ay müddətində sən özün özünü nə yolla olur olsun təmin eləməlisən, dövlətdən hər hansısa işsizlik yardımı ala bilməzsən. Əgər almış olsan, dərhal oturum iznin əlindən alınır özün də deport.
      Yəni mən hələ yüksək ixtisaslı biri olaraq özüm özümün pul cəhətdən başımın çarəsinə baxmalı idim işsiz qaldığım müddətdə. İndi də işimi itirsəm yenə də o dediyim qanun qüvvədədir mən özüm özümü təmin eləməliyəm. Dövlət və ya həmkarlar ittifaqlarından 1 Danimarka kronu belə almağa ixtiyarım yoxdur.
      İndi yaxşı hər şey pul deyil də nədir?
      Hava ilə qidalanmaq, kirayəni ödəmək, kommunalları ödəmək, yol pulunu ödəmək....? Sən istəyirsən işlə istəyirsən işsiz ol ayın axırı hamısını ödəməlisən və ödəyirdim.
      Xaricdə yaşam asan deyil güclü iradə, sınmamaq tələb edir.
      Bəzən bizim azərbaycanlılar həqiqətən çox gülməli səslənirlər.

    • @khayalasadzade1019
      @khayalasadzade1019  Před 6 měsíci +1

      @@turanaliyev5922 Hə qardaşım hər şey pul deyil. Biz burda havanı yemək əvəzi yeyirik də)))

  • @zekaabbaszadeh3196
    @zekaabbaszadeh3196 Před 6 měsíci +3

    Bir məsələdə razıyam ki xarici ölkələrdə yaşamaq işləmək və təhsil almaqla bağlı bizdə stereotipik təsəvvürlər var. Məncə Xaricdə yaşamaq məsələsi fərdi təəssüratlarla ölçüldüyünə görə belədir. Halbuki xaric dediyimizdə bəzi insanlarımız həmin coğrafi bolgələrin psixologiyasını anlamadan ancaq məişətinə toxunan tərəflərini şərh etdikləri üçün əsl mahiyət nəzərdən qaçmış olur.

    • @khayalasadzade1019
      @khayalasadzade1019  Před 6 měsíci +3

      Elədir. Sanki, xaricdə olan problemləri dedikdə, bunların bütün xəyal dünyası məhv olur. Bütün arzuları və xəyalları qırılmış şüşə kimi yerə tökülür. Rasional düşünmürlər. Anlamırlar ki, hər adam xaricə gəlib özünə həyat qura bilmir. Bu həyatı qurmaq üçün min bir əziyyətdən keçməlisən.

    • @zekaabbaszadeh3196
      @zekaabbaszadeh3196 Před 6 měsíci +2

      Bir mesele de var ki getdikleri xarici ölkələrin insanları da ilk dovrlerde çox musbet çox semimi gelir insanlara. Bunun da sebebi yene de hemin olkenin insanlarını mental olaraq tanımamaqdan ireli gelir. Ve yene de bizim en boyuk problemimiz olan, meseleleri meişet seviyesinde şerh etmeyimizden qaynaqlanır. Meselen bizde cox yanlış tesevvur var ki qerbde insanlar cox prinsiplere sadiq cox deqiqdirler. Ama bu tam doğru deyil. Onların prinsipleri öz menfeetlerine xidmet etdiyi zaman işleyir. Zererine olan meselede asanliqla butun prinsip ve etik deyerleri rahatca ayaq altina atib gormezden geler. Bunu men boyuk boyuk sirket sahiblerinde bele gormusem.

    • @sabosbma
      @sabosbma Před 6 měsíci

      ​@@zekaabbaszadeh3196 Danimarkada yaşayıram, 100% qatılıram

  • @TP-jy1th
    @TP-jy1th Před 6 měsíci +1

    Azərbaycanda hüqüq var 😅
    Azərbaycanda hüquq da , qanun da bir nəfərdir 😮

  • @UlviyyaSafarova-om5vf
    @UlviyyaSafarova-om5vf Před 6 měsíci +3

    Hər dövlətin öz çətinlikləri var. Əgər siz xaricdə yaşamaq istəmisizsə, burada Azərbaycanın hrç bir günahı yoxdur..Çox adam burada özünə sığışdırmadığı işləri xaricdə asanlıqla görür. Məsələn tualet təmizləmək kimi. Heç kimin xətrinə dəymək istəmirəm.

    • @khayalasadzade1019
      @khayalasadzade1019  Před 6 měsíci +1

      Videonun məqsədi Azərbaycanı günahkar çıxarmaq deyil, xanım. Mövcud çətinlikləri izah etməkdir))

    • @UlviyyaSafarova-om5vf
      @UlviyyaSafarova-om5vf Před 6 měsíci +2

      ​@@khayalasadzade1019Bəli çətinlik hər yerdə var. Mənə görə bir çətinliyi başqası ilə əvəz etməyin nə fərqi?!.Burada barı öz mühitindəsən.
      Hamının fikrinə hörmətlə yanaşıram.

  • @user-zx7xq6th9w
    @user-zx7xq6th9w Před 6 měsíci +3

    Heç Glib çıxmaq olmur ora qardaş Allah şukur et ordsan Azerbaijan səfrliyiləri viza vermir Azerbaycan vətəndaşlarına ama Tələbələr Viza ala bilir oda yaxşı imtan verməlisən Tələblər Amerika çox gedir azerbaycan getmək olur ama beyin işləməlidir yüksük imtan verməlisən

  • @UlviyyaSafarova-om5vf
    @UlviyyaSafarova-om5vf Před 6 měsíci +3

    Əgər siz burada orta ya normal vəziyyətdə yaşayırsızsa getməyə dəyməz, çünki orada istəmədiyiniz işlərdə çalışmağa məcbur olacaqsız.bu da sizə əzab-əziyyət olacaq.Əgər burada ağır işlərdə işləyirsizsə( təmizlik işləri,gecə qoruqçusu tikinti işləri) onda risk etmək olar.Orada da eyni işləri görəcəksiz, amma daha cox pula.
    Bir məqam var ki,xaricdə ev kirayəsi və komunal çox bahadır,və aldığınz maaşın demək olar ki hamısı onlara gedəcək Ən azı 5-10 il belə ağır yaşamalı olacaqsız.(. Kənardan heç bir köməyiniz olmasa).

    • @khayalasadzade1019
      @khayalasadzade1019  Před 6 měsíci +2

      Bəli. Bəzilərinə bunu anlamaq çətindir təəssüf ki.

    • @sabosbma
      @sabosbma Před 6 měsíci +1

      Çox gözəl ifadə etmisiniz! Halal olsun

    • @snakep36
      @snakep36 Před 6 měsíci +2

      Azərbaycanın gələcəyi sual altındadır. Mən şəxsən gələcəyim üçün, uşaqlarımın gələcəyini fikirləşərək getməyi düşünürəm. Yoxsa burda da normal qazana bilirəm. Azərbaycanda nə hüquq var nə məhkəmə var. Nəsə biznesin varsa onu hökumətlə yarıya bölməlisən. Xaricdə daha çox perspektiv var. Komfort zonadan çıxmaq istəməyən üçün hə yaxşıdır bura. Başını aşağı salıb işləyirsən ki 30 min pul yığıb bir maşın alasan, hansı ki avropada 3 dəfə ucuzdu. Misal olaraq maşın çəkdim, başqa bir şey də ola bilər bu

    • @khayalasadzade1019
      @khayalasadzade1019  Před 6 měsíci +2

      @@snakep36 düz fikirləşirsiniz. Azərbaycanda problemlər var. Və uşaqlarınızın gələcəyini düşünürsünüzsə onlara yaxşı təhsil verdirin, getsinlər Avropaya ya ABŞ Kanadaya oxumağa. Bax onda onlar gəlib özlərinə həyat qura bilərlər burda. Və o həyatı qurmaq da daha rahat olar.

    • @snakep36
      @snakep36 Před 6 měsíci +1

      @@khayalasadzade1019 hə əlbəttə. Yəni xaricə gedəndə də planlı getmək lazımdı. Heç kim orda qırmızı lentlə gözləmir bizi. Çətinliklər həmişə olacaq.

  • @user-zx7xq6th9w
    @user-zx7xq6th9w Před 6 měsíci +2

    Yox yox ay qaqaş nə Taksi Şoferini yeri deyil ora çətin inamiram Viza versinlər heç Səfrliyin Qapsina yaxın durmaq olmur Tələbə olmalıdır beyin işləməlidir Dəqiq saat kimi

  • @Koradron540
    @Koradron540 Před 6 měsíci +1

    Hələ, ağlı başında olan, bir nəfərdə görmədim ki, Azərbaycana dönsün. Azərbaycan ən dibdir!

    • @khayalasadzade1019
      @khayalasadzade1019  Před 6 měsíci +2

      Qardaş, ağlı başında olmaqla deyil ki. Xaricdə qərib ölkədə ağır vəziyyətə düşüb məcbur qayıdırsan. Və ya deportasiya edirlər fərqli səbəblərdən (iş tapa bilmirsən və s.).

    • @Koradron540
      @Koradron540 Před 6 měsíci

      @@khayalasadzade1019 əsl ağır vəziyyət burdadır. Yoxsa xəbəriniz yoxdur? Biz də aydan düşməmişik və vəziyyəti dəyərləndirmək, analiz etmək savadımız var. Bəlkə sizin auditoriya savadsız insanlardan ibarətdir? Bax onu bilmərəm. Hər halda xaricdə İNSAN qalmaq daha asandır!

    • @khayalasadzade1019
      @khayalasadzade1019  Před 6 měsíci +1

      Oturum izni verməyib deportasiya ediləndə də insan qalırlar?))

    • @Koradron540
      @Koradron540 Před 6 měsíci

      @@khayalasadzade1019 anladığıma görə siz ya dtx, ya ФСБ yə işləyirsiniz. Ya da qrant alırsınız.

    • @sabosbma
      @sabosbma Před 6 měsíci +1

      ​@@Koradron540 bu nə savadsız yanaşmadıree😅

  • @Kelbecer_qartalı
    @Kelbecer_qartalı Před 6 měsíci +2

    Bizim hökmətin adamısan deyəsən yada Aztv nin əməkdaşı 😂😂😂

  • @Chefraf189
    @Chefraf189 Před 6 měsíci +3

    Öz adımadan devirem 8 ildir xarıcde yaşayan biri kimi, xarici ölke daha prespektivlidi bir iş görmek neyinki Azerbaycanda.Ve fikir versez ekser varlı Azerbaycanlılar xaricde yaşayır.Eger Azerbaycanda alınmırsa çalışın bir yol tapıb çıxın!

    • @khayalasadzade1019
      @khayalasadzade1019  Před 6 měsíci +2

      Bax bu fikirlə razıyam. "Əgər alınmırsa..." açar söz budur.

    • @ruslan-pe3wx
      @ruslan-pe3wx Před 6 měsíci +1

      Xaricdəki əksər varlı azərbaycanlılar Azərbaycanda oğurladıqları pullarla xaricdə yaşayanlardır. 7 ildir Almaniya kimi zəngin ölkədə yaşayıram, hələ burada varlı bir azərbaycanlı görməmişəm.

    • @Chefraf189
      @Chefraf189 Před 6 měsíci +1

      @@ruslan-pe3wx Menim dostum 6 il once Almaniyaya geldi, bir cox yerlerde isledi indi bir nece ildirki avtosalonda işleyir, Bakida 100 min azn ev aldi, altindada X6 si var.Mence qarşinda meqsed olsa ele bir olkede bunlari etmek mumkundur

    • @ruslan-pe3wx
      @ruslan-pe3wx Před 6 měsíci +3

      @@Chefraf189 100 min azn 50 min avro edir. Bu pula Almaniyada heç daxma da ala bilməz. Azərbaycanda isə 100 minlik ev almaq belə varlılıq göstəcisi deyil. X6 məsələsi isə aydındır, Azərbaycanda 1000 manat maaşla X6 sürənlər var ona qalsa.

    • @Chefraf189
      @Chefraf189 Před 6 měsíci +1

      @@ruslan-pe3wx Men demedim o varlidir, muqaise edin Sadece olkeleri. Azerbaycanda bu dediklerimi Sade yasayan adamcin demek olarki elcatmazdi.

  • @milli953
    @milli953 Před 6 měsíci +6

    Gedin xaricə, özü üçün deyir. Burada iş yoxdur. Olsa da 500-700 m.pulla omur boyu sürünəcəksiniz.

    • @khayalasadzade1019
      @khayalasadzade1019  Před 6 měsíci +1

      Nəyi özüm üçün deyirəm, qardaşım? Videonun məqsədi insanlara başa salmaqdır ki, xaric yağ-bal deyil. Bura gələn kimi sizə iş verən olmayacaq. Ələlxüsus da, özlərinin işə yararlı adamları dura-dura.

    • @milli953
      @milli953 Před 6 měsíci +2

      @@khayalasadzade1019 orası elədir ki,gedən kimi çətin olacaq. Amma,xaricə gedənlərdən hələ heç kim geri qayıtmayıb. Təzə təzə çətin olsa da. Orada insana insan kimi qiymət verirlər.

    • @khayalasadzade1019
      @khayalasadzade1019  Před 6 měsíci +3

      @@milli953 qayıtmayıb?)) Tamamilə yanılırsınız. Gözümlə neçəsini görmüşəm ki, adicə Estoniya kimi immiqrasiya siyasəti rahat olan ölkədən belə suyu süzülə-süzülə qayıdıb. Mən hələ Skandinaviya ölkələrindən danışmıram. Onların immiqrasiya siyasəti qat-qat ağırdır. İnsana insan kimi dəyər vermələri doğrudur, amma ixtisaslaşmış mütəxəssis deyilsinizsə, bazara faydanız yoxdursa, rahatlıqla oturumunuzu ləğv edib deportasiya da edə bilərlər. Videonun məqsədi belə şeylər barədə insanları xəbərdar etməkdir.

    • @milli953
      @milli953 Před 6 měsíci +1

      @@khayalasadzade1019 yanilmiram o cəhətdən ki,3-5 illik əziyyətdən sonra heç kim gəlmir. Bu müddətdə olur qayıdanlar. Söhbət 3-5 il sonrakı dövrdən gedir. Az müddətdə möhkəmlənə bilməyən təbii ki qayıdacaq.

    • @khayalasadzade1019
      @khayalasadzade1019  Před 6 měsíci +1

      Yaxşı bəs necə qarantiya verə bilərsiniz ki, 3-5 ildən sonra kimsə qayıtmayacaq?)) Hər adam bu əziyyətlərin içinə girmək istəmir. Girəndə də uzun müddət tab gətirə bilmir. Mən bunu demək istəyirəm. Tab gətirə biləcəksənsə gəl. Bilməyəcəksənsə, gəlməsən daha yaxşıdır.

  • @user-wm2kl4co2n
    @user-wm2kl4co2n Před 6 měsíci +2

    xarice gelib gelmemek o senlik deyil...sen getmisen, pisdi qayit vetene
    ))))))

    • @khayalasadzade1019
      @khayalasadzade1019  Před 6 měsíci +1

      Mənə də "qayıt vətənə" demək sənlik deyil, qardaşım))

  • @user-no7vp7jr3x
    @user-no7vp7jr3x Před 6 měsíci +1

    Raziyam

  • @orxanfettahov1948
    @orxanfettahov1948 Před 6 měsíci

    ❤❤❤❤

  • @eminsoltanov9251
    @eminsoltanov9251 Před 6 měsíci +1

    Qardas coxsaqol uaxin qohumlarim xaricdədir şəxsən mənə bir necə təklif var sənətkaram orada qazanmaq asandir

    • @khayalasadzade1019
      @khayalasadzade1019  Před 6 měsíci +1

      Yaxşı sənətiniz varsa qazana bilərsiniz. Uğurlar sizə

  • @mahirmehdi5123
    @mahirmehdi5123 Před 6 měsíci +1

    Gəl, İlhamın oğru ölkəsində yaşa. Rüşvət ver, yaşa

    • @khayalasadzade1019
      @khayalasadzade1019  Před 6 měsíci +1

      Videodan çıxardığın nəticə budursa orda elə ən yaxşısı sən yaşamalısan))

    • @mahirmehdi5123
      @mahirmehdi5123 Před 6 měsíci +1

      Sən fikrini düzgün ifadə etməyi öyrən hələ😊

    • @khayalasadzade1019
      @khayalasadzade1019  Před 6 měsíci +1

      @@mahirmehdi5123 baş üstə🫡

  • @qasimelitagiyev5053
    @qasimelitagiyev5053 Před 6 měsíci +2

    Xaricdə müəyyən bir müddət keçirib Azərbaycana geri gəldikdən sonra ilk başa düşüdüyüm odur ki burada bir sistem yoxdur
    Demək olar hər qurumun hər şirkətin hər firmanın və artıq hətta hər insanın öz düşüncə və fəaliyyət sistemi var.
    Hamı düşünür ki problemi çıxdıqda o problemi özü düşündüyü kimi həll edə bilər və bu onlarda həqiqətən alınır. Sanki ümumi vəziyyət məhz bu xaotikliyi tələb edir

    • @khayalasadzade1019
      @khayalasadzade1019  Před 6 měsíci +4

      Razıyam. Çox dərəbəylikdir və məncə mən burda yaşayıb sonra ora qayıdıb hardasa işləyə bilmərəm. Çünki, bəzən Azərbaycanda işlədiyim yerlərdəki rastlaşdığım problemləri yadıma salıram və bura ilə müqayisə edirəm. Və görürəm ki, Azərbaycandakı iş mədəniyyəti necə axmaq və dözülməzdir.

  • @eldareldarov1039
    @eldareldarov1039 Před 6 měsíci

    Hə gedin Rusiyaya orda müharibəyə qatılın.
    Bisavad Afrikada bisavadır

  • @pitbulpitbul5050
    @pitbulpitbul5050 Před 6 měsíci +2

    Ay kişi, Estoniya yerdir ki, ora kimse gede ? Estonlar ğzderi gelib dolubıar İsvece ,Norvece ..Estoniya ne vaxtdan yer olub ki.

    • @khayalasadzade1019
      @khayalasadzade1019  Před 6 měsíci +2

      Estoniya Avropa Birliyinin üzvüdür və kifayət qədər də varlı ölkədir. Vergiləri aşağıdır, e-hökumət sistemi var (seçkilər belə online keçirilir), və biznes mühiti də çox əlverişlidir. Mən Qərbi Avropadan belə bura gəlib yaşayan adamları görmüşəm.

  • @kesaava9235
    @kesaava9235 Před 6 měsíci +1

    Nə sayaqliyir bu.ne olumun var orda qayit dur qul bazarinda .ya da qabagina meyve qoy polisde her gun gelib əlindəkini goturub getsin.ya da taksavatliq elə polis ordan ora qovsun😂ə vallah sən qayit qəstinə😂😂

    • @khayalasadzade1019
      @khayalasadzade1019  Před 6 měsíci +2

      Brat, sənin bu videodan çıxardığın nəticə budursa, qul bazarında dayanası adam sənsən, mən yox))

  • @Ali.mamed009
    @Ali.mamed009 Před 6 měsíci +1

    Məndə bunu takib edirəm bu ne danışır onsuzda bizim millət istəmir kimse yaşasın rahat hami kef edir