Bu video sizi ŞOK edəcək - İrandan gələn patıya ermənilər nə qatır?

Sdílet
Vložit
  • čas přidán 1. 08. 2024
  • #patınədir #patinedir #patı
    Bu video sizi ŞOK edəcək - İrandan gələn patıya ermənilər nə qatır?
    Bu videoda
    Patı nədir
    Pati nedir
    Patı haqqında
    Son vaxtlar gündəmimizdə yeni bir söz də peyda oldu: “Patı”. Bu sözün hansı anlama gəldiyini izah etməyəcəyəm, çünki hamınız onun nə olduğunu artıq bilirsiniz. Məni düşündürən, fikirlərimi bir-birinin ucuna calayan bu “patı”nın gənclərin əlində və həyatında birdən-birə necə peyda olmasıdır. Bunu düşünə-düşünə “patı” haqqında, yəni metanfetamin haqqında bir az araşdırma apardım.
    Tarixinə nəzər saldıqda, “patı”nın “doğulduğu” yerin Yaponiya olduğunu görürük. Metamfetamin ilk dəfə 1893-cü ildə kimyaçı N.Naqayoşi tərəfindən efedrindən sintez edilmişdir. O vaxt bu məhlul sarımtıl rəngə çalırdı, qoxusu yox idi. 1919-cu ildə Ogata soyadlı bir elm adamı kristal metamfetamini yaradır. Yox, o, insanlığa zərər vurmaq, gənc ömürləri yarıda qoymaq istəmirdi. Ogata`nın məqsədi daimi asılılıq yaratmayan ağrı kəsici əldə etmək idi.
    Yəqin, bilirsiniz ki, istənilən dərman kəşf olunandan, yaradılandan sonra mütləq klinik tədqiqatlara, uzunmüddətli və təkrar sınaqlara məruz qalır. Ogata`nın “super yeni ağrıkəsicisi də” bu aqibəti yaşadı. Amma... O məhşur cümlədəki kimi: “Əsas sözlər “amma”dan sonra gəlir...”
    Klinik tədqiqatlar aparıldıqda kristal metamfetaminin bədəndə zəif ağrıkəsici effekti verdiyi, bunun qarşılığında, güclü bir psixostimulyator olduğu təsbit edildi. Bundan sonra, “patı” uzun müddət depressiyanın dərmanı sayıldı... Hətta, bir ara Yapon əsgərlərinin döyüşlərdə güclərini qoruyub saxlamaları məqsədilə onlara “patı” verildiyi də söyləntilər sırasındadır. Qısa zamanda asılılıq yaratması və müxtəlif üsullara baxmayaraq, asılılığının qarşısının alınmasındakı çətinlik tezliklə “patı”nın “yalnız tibbi məqsədlər üçün” olan preparatlar sırasına daxil edilməsinə səbəb oldu.
    Dünya elm tarixində öz danılmaz yeri olan Alman alimləri də metanfetaminin tarixindən yan ötməyib. “Patı” 1930-cu ildə Almaniyada “Pervitin” adı ilə növbəti dəfə sintez edildi. Ardınca, Wehrmacht (Vermaxt) əsgərlərinin döyüş rasionunun bir hissəsinə çevrildi. Deyilənə görə, Fransaya hücum ərəfəsində Üçüncü Reyxin əsgərlərinə 35 milyona yaxın “patı” dozası verilmişdi.
    Metanfetaminin sevimliliyi tezliklə Üçüncü Reyxin liderlərinə də sirayət etdi. Hətta, Hitlerin fərdi həkimi Morrel`dən stimulant kimi metanfetamin tələb etməsi, getdikcə asılıya çevrilməsi, müharibənin sonlarına yaxın gündə bir neçə dəfə ona iynə vurulması ilə bağlı müxtəlif versiyalar da söylənənlər sırasındadır.
    “Patı”nın okeanı aşıb ABŞ-a çatması isə SSRİ-nin qələbəsindən sonra baş tutdu. Belə ki, ABŞ-a aparılan, yaxud nicat tapmaq üçün okeanı keçən alman alimlərinin bir çoxu “ordu və metanfetamin” layihəsini davam etdirdilər. Sadəcə, bu dəfə xidmətin ünvanı ABŞ ordusu idi. Koreya və Vyetnam müharibələri zamanı hər bir əsgərin çantasında “patı” olduğu haqqında hələ də ABŞ mediası iddialar və ayrı-ayrı faktlar çap etməkdədir.
  • Věda a technologie

Komentáře • 13

  • @azejafaroff2565
    @azejafaroff2565 Před měsícem +7

    Аллах бизлари горусун ону ватана гатирана Аллах налат еласин амин

  • @Ezize-yy1fu
    @Ezize-yy1fu Před měsícem +1

    FAYDALI VIDEODIR ÇOX SAĞOLUN BAHADIR

  • @shahinqummatov7911
    @shahinqummatov7911 Před měsícem +5

    Başliğin heç aidiyyati olmadiki

  • @ilkinmemmedov3924
    @ilkinmemmedov3924 Před měsícem +3

    bədbəxt insanlar üçündür

  • @gulnarseyidova5194
    @gulnarseyidova5194 Před měsícem

    Çox sağolun

  • @polisiyeRomani01
    @polisiyeRomani01 Před měsícem

    Vay vay qorxunc Allahim övladlarimizi qorusun😢

  • @gulnarsuleymanova6860
    @gulnarsuleymanova6860 Před měsícem

    😢

  • @R_Samir
    @R_Samir Před měsícem

    Zəmanəmizin bəlası haqda məlumat üçün təşəkkür edirem amma mövzunun başlıqla əlaqəsi yoxdur.

  • @AliSelimov-ro3ir
    @AliSelimov-ro3ir Před měsícem +4

    Patının gəlməsi şok deyil də,ermənilərin nəsə qatması şokdur Ermənilər nəsə qatmasa xeyirlidir patı?

  • @telmanwabanov9792
    @telmanwabanov9792 Před měsícem +2

    kopek uwaqlari

  • @bakinkabakinka092
    @bakinkabakinka092 Před měsícem +1

    Bəs ermənilərin nə qatdiqin diməsiz!?

  • @user-lu8hh8tz7e
    @user-lu8hh8tz7e Před měsícem +2

    İranda gələn patıya ermənilər nə qatırlar? Nə qatırlar? Burda söhbət başqa şeydən gedir, başlıq isə tamam başqa bir şeydir, ermənilər irandan gələn patıya nə qatırlar