“5 il həyatımda olan insan məni 100 manat pula “bariqa” qapısında qoyub getdi” - Şok müsahibə

Sdílet
Vložit
  • čas přidán 5. 02. 2024
  • “Sevmədiyim insanları həyatıma buraxırdım...”
    “Səhərlər uşaqlara dərs deyirdim, axşamlar "mal" satırdım”
    Nigarın hazırda 25 yaşı var. 13 yaşından başlayaraq 11 il narkotik istifadə edib.
    Stopnarkotik.az-a danışan müsahibimiz deyir ki, 2018-ci ildə rəhmətə gedən atası da uzun illər narkoman olub. Məhz bu səbəbdən də valideynləri ayrılmaq məcburiyyətində qalıb. Bundan sonra anası onu və özündən kiçik olan 2 qardaşını çox çətinliklə böyüdüb.
    “Elə bir narkotik maddə yoxdur ki, ondan istifadə etməyim”, - deyən Nigar artıq 19 aydır ki, “ayıqdır”. İndi o, narkomaniyadan əziyyət çəkən qızların, qadınların müalicə olunduğu “Ümid Limanı” Reabilitasiya Mərkəzinin proqram rəhbəridir. Öz təcrübəsini bu qızlarla bölüşür və onların da tezliklə sağalaraq, normal həyata qayıtmasına dəstək olmağa çalışır.
    Nakorik istifadə etdiyi 11 il müddətində Nigar bir çox məhrumiyyətlərə düçar olub. Hətta narkotik əldə etmək üçün müxtəlif “bariqa”larla yatağa girmək məcburiyyətində qalıb. Bütün bunları bütün çılpaqlığı ilə Stopnarkotik.az-a danışan müsahibimiz yaxınları, qohumları və onu tanıyanlar tərəfindən qınaq hədəfinə çevriləcəyindən heç də ehtiyat etmir: “Bunları danışmaqda məqsədim odur ki, qızlarımız bu yoldan çəkinsinlər. Bilsinlər ki, gələcəkdə narkotik əldə etmək üçün ya fahişə olacaqlar, ya da narkotik satmaq məcburiyyətində qalacaqlar”.
    Buyurun, Nigarın həyat hekayəsini onun öz dilindən eşidin.
    Müsahibədən çıxarışlar:
    “Elə narkotik maddə olmayıb ki, ondan istifadə etməyim”
    “Aylarla evə gəlmirdim...”
    “Evdən qızıl, pul oğurlayırdım...”
    “Hazırlığa getdiyim ingilis dili müəllimimin evindən telefon oğurladım...”
    ““Lomka”da olurdum, birinci dərsələrə getməyə gücüm çatmırdı”
    “5 il həyatımda olan insan məni gətirib 100 manat pula və 1-2 istifadəlik “kokos”a “bariqa”nın qapısında qoyub getdi”
    “Atam torpağa tapşırılan gün mən “bariqa” qapısında “mal” istifadə edirdim”
    “18 yaşımda evdə 8 yaşlı qardaşımın yanında “patı” istifadə edirdim”

Komentáře • 555

  • @azerbaycanliturk

    Bayrağımızı düz qoyun, tərsinə yox! Başa düşürəm ölkədə hər şey tərs gedir ama siz ən azından bayrağımızı düz qoyun! 🇦🇿☝️

  • @user-un6vt9rj9p

    40 yaşım var.17yasimdan marixuana istifadə etmişəm.30yasimnan tiryək metadone gerayin və sair hər şey etmişəm..son dəfə hər şey götürüb Qətərə getdim.4 gün hər şey edib gəzib dolandım..25gun oteldə qapını bağladım dözdüm.və bir ayın tamamında yəni insan kimi təyyarəyə minib sağlam adam kimi qayıtdım..hər şey insanın özündən asılıdır..25il hər şey etdim.indi ən gözəl kayf oğlumun mənimlə qürur duymasidir

  • @user-mn3qp6uq2w

    Mən şəxsən belə bir xanımla ailə quraram və ona həqiqətəndə həyatda ən gözəl cənnəti bu dünyada yaşadaram bu fəxr olunacaq bir yaşamdı.

  • @user-un6vt9rj9p

    Kimlərsə kiminsə qizini bacisini mala otuzdurursa onnan qəhbe namərd nakisi peysər biri ola bilməz..30il kayfda oldum ama hec bir insani bu yola cəkmədim..baslyani doydum soydum cəkindirdim.coxlarini ayirdim.ən sonda özümü ayirdim.cunki iki balami atasiz qoymaq istəmədim...kisi olun..qoymayin ətrafiniz zəhərlənsin..

  • @user-km8oc3fb6z

    Şirin qizdi. Razi olsa bu qizla aile quraram.

  • @taranataylor1231

    Narkoman deyəndə savadsız, səviyyəsiz adamlar təsəvvür edirdim. Belə gözəl, savadlı qızın bu yola düşə biləcəyinə heç vaxt inanmazdım. Sizin Azərbaycan cəmiyyətindən qorxmayaraq gəncləri pis yoldan çəkindirmək naminə hamıdan gizli həyatınızı dürüst, mərdcəsinə danışmağınız qaşısında baş əyirəm. Güclü olun həmişə!

  • @yasemeneliyeva1221

    Bu qız həyatda ən böyük bir şeylə nəfsi ilə mübarizə aparır.Başımıza nə iş gəlirsə nəfsimizdən gəlir. Yolu hər zaman açıq olsun

  • @shairaziyadova6631

    Salam . Meslehetime qulaq as Caliş namaza başla Allahdan yardım iste . Və dinini öyrən . Dindar yəni mömin dostlar tap . Tez tez Allaha dua ele Sllah seni bu bəladan uzaülaşşdırsın və birdə bu bəlaya salmasın. Bacı meslehetşme qulaq as . Yoxsa özün öz başına qalsan cox çekindi sabit qalmaq . Men denerdim mümkün deyil . Menimde qardaşkatım sizin kımı idiler . Meslehete qulaq asmadılar biri ölub obirside öz işindedi . Ancak adamlar tanıyorum tövbe edin namaza başlayandan sora Aileleri ile barışsınlar . Allahın izni ile her şey yaxşıdı ve Aileleride namaz qılır . İsesem bura yaz . Nömremi verim danişaq .

  • @sevinmamedova9711

    Çox savadlı,cəsarətli,həyat dolu bir Xanımdır.Allah tutduğun yolu açıq eləsin

  • @S_B80
    @S_B80  +46

    Savadlı qızdır. Necə də səliqəli danışır. Çox heyif gənclərimizdən

  • @hikmetsadixov2587

    Çox cəsarətli qızdır!!! Təki bu bəladən qurtarsın!

  • @user-cw1zc5cl9q

    narkotiki Azərbaycana gətirən in Allah bəlaslnl versin amin

  • @user-fv8xm8bn4t

    Bu qız haqqında pis yazanlar , allahdan qorxun hamının balası var, bilmək olmaz başına nə gələcək.

  • @leilagarib342

    nece agilli qizdir! danishigi,cumleleri, illerle tehsil alan qizlardan daha savadli cumleler qurur!hem de chox gozeldir,umid edirem olkeni deyishib yeni heyata bashlayar.

  • @minayeselimli7373

    O zibili ölkiyə gətirən,gətizdirən,satan satdıran cibinə görə milləti zəhətliyən hamısının Allah min bəlalarını versin amin in şəə Allah🤲

  • @vpnnbagir2643

    Çox ağıllı və savadlı qızdı.Afərin sənə,düz yola cəsarətlə qayıtmısan..Atanın evdə pis vərdişi uşağı bu yollara sürükləyib.Yenə də gec deyil.Ən gözəl yaşdasan,belə də pis vərdişləri olanlara nümunə olmağa davam et.Sənə uğurlar arzu edirəm.Ananın da qədrini bil.

  • @ayguljafarova7758

    Çox cəsarətli və ağıllı insandır, sağala bilməyi həqiqətən möhtəşəm bir şeydir. Uğurlar arzu edirəm

  • @user-hm8tr7vl7d

    Какая смелая,позитивная,красивая девушка,удачи тебе,не слушай что говорят другие,ты сама себя спасла❤Все у тебя будет отлично солнышко❤

  • @kontakthome2369

    Çox gözəl cox cəsarətli xanımsız Allah kömək olsun. Sizin bu çıxışınız bir nəfəri belə bu yoldan qaytarsa və ya başlamaqdan çəkindirsə Allah sizə böyük savablar yazacaq. Bir çox kişilərin edə bilməyəcəyi etiraflar etdiniz həqiqətən sizə halaldır. Səhvsiz insan yoxdur heç birimiz süddən çıxmış ağ qaşıq deyilik təki hər birimiz sizin kimi etdiyimiz səhv nə olur olsun onu görək nəticə çıxardaq və səhv etməməyə çalışaq. Allah hər bir kəsə sizdə olan iradədən, çəsarətdən qismət eləsin ilk öncə özümüzü sonra isə ətrafımızı günahlardan çəkindirək. Bir daha təşəkkür edirəm sizə uğurlar arzu edirəm.

  • @user-uq5uo9gx4t

    Нигар ханум вы бесподобная..Вы большая умница ) желаю вам удачи во всём..Берегите себя и своих близких..🙌