Albalını belə istifadə edin - Faydası inanılmazdır

Sdílet
Vložit
  • čas přidán 22. 05. 2024
  • Sənə Maraqlıdırsanın bütün videolarını CZcams-da izləmək üçün kanala ABUNƏ olun: goo.gl/RMf2cF
    ☪ Musiqi:
    ☪ Əziz Dostlar kanala ABUNƏ OLaraq bir birindən maraqlı videoları izləyə bilərsiniz
    ☪ Bütün Hüquqlar Qorunur © ® ™
    İnfarkt riskini sıfıra endirən şirə
    Ürək və qan-damar problemləri dünyada ölüm səbəbinə görə həmişə birinci sırada olub, bu səbəbdən də məsələnin ciddiliyinə varmaq lazımdır. İnfarkt ürəyin qan dövranı pozulmasının son həddidir və belə halda insanın həyatı tükdən asılı qalır.
    Bu sualı özümüz-özümüzə versək və bu faydalı vidoları izləyib riayət etsək, yəqin ki, özümüzü bu təhlükədən sığortalaya bilərik. İnfarkt az hərəkət edənlərdə, siqaret və alkoqol qəbul edənlərdə, kök insanlarda, uzun müddət qan laxtalanması yüksək qalanlarda, daimi yağlı qidalar yeyən-lərdə, marqarindən çox istifadə edənlərdə daha sıx görülür. İnfarkt keçirmiş insanların əksəriyyətinin qanında xolesterin və lipidlərin miqdarı normadan yuxarı olur, belə insanların qanları qatılığa meyilli olur.
    Bəzən xəstələr sinə nahiyəsində olan hər ağrıya görə infarktdan şübhələnirlər, mədə və qida borusu ağrılarını infarkt kimi dəyərləndirirlər. Xəstəyə dəqiq diaqnoz qoymaq üçün təcili kardioqramma çəkdirmək önəmlidir və ürək sağlamlığını qorumaq üçün təbii yollardan istifadə etməklə xəstəlik riskini azaltmaq olar. Ürək xəstəliklərinin qarşısını almağın ən təsirli təbii yollarından biri albalı şirəsidir. Mütəxəssislər bildirirlər ki, gündə cəmi iki stəkan albalı şirəsi içmək bəzi ölümcül tibbi fövqəladə halların baş vermə ehtimalını azaltmaq üçün kifayət qədər güclü təsir göstərə bilər. Araşdırmaya görə, albalı şirəsi istehlakı insult və ya infarkt riskini əhəmiyyətli dərəcədə azaldır. Bunun səbəbi, şirənin qan təzyiqi və xolesterini aşağı salan və ürək-damar xəstəliklərindən qoruyan "polifenol" adlanan sağlam bitki birləşmələri ilə zəngin olmasıdır.
    "Nutrients" jurnalında dərc edilən nəticələr, həmçinin bu şirəni içənlərin ciddi xəstəliklərə səbəb olan iltihab və oksidləşdirici stressə daha az meylli olduğunu ortaya çıxarıb. Tədqiqatın bir hissəsi olaraq, Delaver Universitetinin rəhbərlik etdiyi bir qrup albalı şirəsinin 65-80 yaş arası 34 kişi və qadın üzərində təsirini araşdırıb. Onlar 12 həftə ərzində gündə 480 ml şirə istehlak ediblər. Albalı şirəsinin "pis xolesterolu", digər bir sözlə LDL-ni (aşağı sıxlıqlı lipoprotein) 11 faiz azaltdığı aşkar edilib. Diyetoloq Dr. Şo Çinq Şay bildirib ki, bu araşdırma albalı şirəsinin ürək üçün faydalı, sağlam pəhrizə yaxşı bir əlavə ola biləcəyini göstərir. "Gördük ki, albalı qrupunun iştirakçılarının qanındakı sistolik qan təzyiqi və LDL xolesterini, həmçinin CRP və MDA biomarkerləri də daxil olmaqla, iltihabı və oksidləşdirici stressi göstərən maddələr nəzarət qrupuna nisbətən daha aşağı səviyyələrdə idi.
    Yüksək qan təzyiqi və xolesterin səviyyələri infarkt, insult kimi ciddi sağlamlıq problemlərinə səbəb olan iki əsas amildir. Ürək-damar xəstəlikləri bütün dünyada ən böyük ölüm səbəblərindən biridir. Əgər çəki artımının qarşısını almaq istəyirsinizsə, digər şirələr və içkilərlə müqayisədə albalı şirəsi daha yaxşı seçimdir", - deyə həkim vurğulayıb. Qeyd edək ki, burada konservləşdirilmiş yox, təbii albalı şirələrindən söhbət gedir. Albalı şirəsinin təbii olaraq ev şəraitində meyvələrdən əldə olunması burada çox böyük əhəmiyyət kəsb edir.
    Dəyərli izləyicilər əksəryətimiz bilmirik ki ətrafımızdakı təbiət sağlamlığmız üçün həyat əhəmiyyət daşayan bitkilərlə meyvə- tərəvəzlə zəngindir nədən biz bunlardan istifadə edərək sağlamlığımızın qeydinə qalmırıq.
    Dəyərli izləyicilər, mümkünsə videonu bəyənib WhatsAppda, Facebookda paylaşın👍 Öncədən təşəkkürlər
    Bizə dəstək üçün kanala ABUNƏ OLun və ZƏNG yəni (ZINQIROV) düyməsini basınki hərdəfə yeni, xeyirli, maraqlı videolar paylaşanda sizə bildiriş kimi gəlsin və sizdə videolarımdan faydalanasınız inşALLAH

Komentáře • 10

  • @senemaraqlidirsa
    @senemaraqlidirsa  Před 2 měsíci +5

    Dəyərli izləyicilər, mümkünsə videonu bəyənib WhatsAppda, Facebookda paylaşın👍 Öncədən təşəkkürlər
    *izə dəstək üçün kanala ABUNƏ OLun və ZƏNG yəni (ZINQIROV) düyməsini basınki hərdəfə yeni, xeyirli, maraqlı videolar paylaşanda sizə bildiriş kimi gəlsin və sizdə videolarımdan faydalanasınız inşALLAH*

  • @vefaeliyeva3349
    @vefaeliyeva3349 Před 2 měsíci +3

    Ləzzətli şirə həm də çox xeyirli. Nə gözəl. Allah razı olsun.❤

  • @saidr1124
    @saidr1124 Před 2 měsíci +3

    Supeŕ albalı mövsümüdür təşəkkürlər❤🙏👍

  • @huaweipsmart275
    @huaweipsmart275 Před 2 měsíci +3

    Həməşəki kimi əlaa çox sağ oçun

  • @user-zu7bw6tk8k
    @user-zu7bw6tk8k Před 2 měsíci +2

    əla meyvədi

  • @DostvefasiNG
    @DostvefasiNG Před 2 měsíci +2

    Salam. Var olun.şəkildəki meyvəni vişnə gilas bilirik. ❤

  • @AqilNniftaliyev
    @AqilNniftaliyev Před 2 měsíci +2

    Men cox xowlayram

  • @gunugunu9070
    @gunugunu9070 Před 2 měsíci +2

    Albali yani visne

  • @user-yi8zm3pj3p
    @user-yi8zm3pj3p Před 2 měsíci +3

    Albali gilasdir???

  • @elcanliyev1908
    @elcanliyev1908 Před 2 měsíci +2

    Bu gilasdı