Yuxuda dəvə görmək ☾✵ Qısa Yuxuyozma

Sdílet
Vložit
  • čas přidán 26. 08. 2024
  • @Yuxuda kanalına abunə olun!
    #Yuxuda #Röyada #Yuxuyozmalar
    Yuxuda dəvə görmək ☾✵ Qısa Yuxuyozma
    dəvə - Məməlilər sinfi cütdırnaqlılar dəstəsinə aid olan növ.
    Böyük heyvan olub, səhrada yaşamağa uyğunlaşmışdır. Səhralarda və quru çöllərdə istifadə olunan, bir və ya ikihürgüclu, çox dözümlü iri yük heyvanıdır. Nümayəndələrinin əksəriyyətinin nəsli kəsilmişdir. Hazırda dəvələrin əhliləşdirilmiş iki növü var.
    Yuxuda dəvə görmək çox yaxşı əlamət olub, xeyirli bir işə və murada çatmağa işarədir. Belə yuxudan sonra evdə sevinc və mehribanlıq artar; subaylar qız istəməyə gedə bilərlər və ya subay qızlara elçi gələ bilər. Evli olanlar ailə həyatında daha da xoşbəxt olarlar. Yuxu sahibinin və həyat yoldaşının işləri düzələr. Bir sözlə, gözləntiləriniz doğrulmağa başlayar.
    Yuxuda dəvə görmək müsəlman yuxu yozanlara görə, böyük sevinclər yaşamaq və istəyinə çatmaq deməkdir. Həyatınızın ən parlaq dövrünü yaşaya və növbəti xəbərlərdən çox xoşbəxt ola bilərsiniz. Sevdikləriniz yanınızda olar.
    Yuxuda dəvə balası görmək yeni gəlir qapısı açmaq, mal-mülk sahibi olmaq anlamındadır.
    Yuxuda dəvə hörgücü görmək muradına çatmaq mənasındadır.
    Yuxuda dəvə karvanı görmək bəxtin açılmasına və gözəl xəbərlərə işarədir. Belə yuxudan sonra yeni iş imkanları da yarana bilər; əlinizi atdığınız hər işdən uğur qazanarsınız. Yuxuda dəvə karvanı görmək ümidsiz olduğunuz yerlərdən müjdə almaq kimi də təfsir olunur. Qürbətdə yaşayanlar da vətənlərinə qayıdar bilərlər.
    Yuxuda dəvə kəsmək xəstə biri varsa, onun sağalacağına işarədir. Yuxuda dəvəni qurban kəsmək böyük arzuların gerçəkləşməsi mənasındadır. Belə ki, böyük bir səy göstərilən işdə uğur qazanmaq mümkün olacaq.
    Yuxuda dəvə əti yemək o deməkdir ki, evlilik həyatında əzab çəkənlər həyat yoldaşı ilə yenidən xoşbəxt olarlar. Bir müddət əvvəl sizə edilən haqsızlıq sona çatar. Subay olanlar da iş və ya təhsil həyatında böyük uğurlar qazanarlar. Düşmənlər məğlub edilər.
    Yuxuda dəvə hücumu görmək əvvəlkindən daha yaxşı imkanlara sahib olmaq kimi qiymətləndirilir. Sizi əsəbiləşdirən insanlarla aranız düzələr. Özünüzü daha sərbəst və müstəqil hiss edə bilərsiniz. Yuxuda dəvə hücumuna məruz qalmaq yeni bir fürsətə, daha çox pul qazanmağa işarədir.
    Yuxuda dəvə oxşamaq inadkarlığa son vermək və yaxınlarınızla barışıq içində olmaq anlamındadır. Ailənizdəki hüzursuzluq bitər. Sevdiyiniz insan sizə dəyər verər və daha çox bağlanar.
    Yuxuda dəvəyə minmək iş və ya təhsil həyatına davam edənlərin çox şanslı olacağı və müvəffəqiyyət qazanacaqlarına dəlalət edər. Dostlarınızdan daha yaxşı imkanlar əldə edə bilərsiniz. Şəxsi həyatınız arxa planda olsa da, karyeranızda sizi xoşbəxt edəcək nailiyyətlər olacaqdır.
    Yuxuda qaçan dəvə görmək xeyirli iş üçün səfərə çıxmağa işarədir. Belə ki, yeni bir səyahət planı qurub tətilə çıxa bilərsiniz. Sevdiklərinizlə birlikdə yeni məkanları görməyə gedə bilərsiniz. Xaricə getmək istəyənlər bu arzusunu həyata keçirərlər. Yeni və daha gözəl bir evə köçə bilərsiniz.
    Yuxuda ağ rəngli dəvə görmək subay olanlar üçün həm zəngin, həm də çox sadə qəlbli qismətin çıxacağı kimi dəyərləndirilir. Evli olanların isə övlad sahibi olacağına işarədir.
    Musiqi: Mirage
    Sinematik
    Dramatik
    Chris Haugen
    2:58
    fev 2018

Komentáře • 34