Çörəyə rəng qatıldığını belə öyrənmək olar - SADƏ ÜSUL

Sdílet
Vložit
  • čas přidán 11. 06. 2024
  • Sənə Maraqlıdırsanın bütün videolarını CZcams-da izləmək üçün kanala ABUNƏ olun: goo.gl/RMf2cF
    ☪ Musiqi:
    ☪ Əziz Dostlar kanala ABUNƏ OLaraq bir birindən maraqlı videoları izləyə bilərsiniz
    ☪ Bütün Hüquqlar Qorunur © ® ™
    Qara çörəyə rəng qatıldığını belə öyrənmək olar - SADƏ ÜSUL
    Çörək qidamızın əsas hissəsini təşkil edir. Həkimlər sağlam qida kimi ağ çörəyi qara çörəklə əvəz etməyi məsləhət görürlər.
    Qara çörəyin tərkinbi mineral və vitaminlərlə zəngindir. Bundan əlavə qara undan bişirilmiş çörək tədricən həzm olunduğundan qanda şəkərin səviyyəsini sürətlə qaldırmır. Elə bu səbəbdən, qara çörək yedikdə uzun müddət aclıq hiss olunmur.
    Qara çörəyin tərkibindəki sellüloza bağırsaqları yemək qalıqlarından təmizəyir, peristaltikanı gücləndirir və artıq suyu canına çəkir.
    Qara çörəyin ən böyük faydası bağırsaqların işini asanlaşdırmasıdır. O, xüsusi ilə qəbzlikdən əziyyət çəkən insanlara məsləhət görülür. Bundan əlavə qara çörək insulinin miqdarını artırır, diabetin və ürək-damar xəstəliklərinin inkişaf riskini azaldır.
    Qara çörək toksinləri orqanizmdən çıxarır. Onun tərkibi dəmirlə zəngin olduğundan hemoqlobini aşağı olan insanlara məsləhət görülür.
    Həkimlərin bildirdiyinə görə, qara çörək onkoloji xəstəliklərin qarşısını almağa kömək edir.
    Dietoloqlar piylənmədən əziyyət çəkənlərə qara çörək yeməyi məsləhət görürlər. O, aşağı kalorili olması ilə seçilir, xolesterinin miqdarını aşağı salır, bədəndəki yağları yandırır.
    Bu gün həm pəhriz saxlayanlar, həm də şəkər xəstələri qara çörək almağa daha çox üstünlük verir. Qara çörəyin sağlamlığa daha xeyirli olması haqda fikirlər də ona tələbatı artırıb. Bu çörəklərin tərkibinə kimyəvi maddələr qatıldığı ilə bağlı söz-söhbətlər daha çoxdur. Araşdırmalar sübut edib ki, pəhriz çörəyi kimi tanınan qara çörəyin rəngini tündləşdirmək məqsədi ilə süni kimyəvi maddələrdən istifadə olunur. Ekspertlər isə bildirir ki, qara çörəyin tərkibi çovdar unu, ikinci növ qara un, maya, duz və ədviyyatdan ibarət olmalıdır.
    Qida mühəndisləri hər zaman məhsulların tərkib hissəsində E kodları ilə başlayan maddələrin sayının az olmasına tərəfdardırlar. Çünki onlar kimyəvi maddələrdən hazırlanır, ən başda da rəngləndiricilər gəlir. hətta çörəyə rəngləndirici olaraq kakao da vururdular. Bunların hamısı yolverilməzdir. Bu dozalar nə qədər yüksək olarsa, insan bədəninə o qədər gec sorulur, insan bədənindən gec sorulduğu üçün xəstəlik əmələ gətirə bilir”.
    Bəs qara çörəyin "qara olmadığını” necə bilək?
    Ekspert deyir ki, bunu adi gözlə fərqləndirmək mümkün deyil: "Bəzən çörəyi suya salanda rəngi çıxırsa, o deməkdir ki, ona rəng qatıblar. Çörəkdə hər hansı problem aşkarlanarsa, həmin markanı almamaq tövsiyə olunur.
    Dəyərli izləyicilər, mümkünsə videonu bəyənib WhatsAppda, Facebookda paylaşın👍 Öncədən təşəkkürlər
    Bizə dəstək üçün kanala ABUNƏ OLun və ZƏNG yəni (ZINQIROV) düyməsini basınki hərdəfə yeni, xeyirli, maraqlı videolar paylaşanda sizə bildiriş kimi gəlsin və sizdə videolarımdan faydalanasınız inşALLAH

Komentáře • 13

  • @senemaraqlidirsa
    @senemaraqlidirsa  Před měsícem +7

    *Dəyərli izləyicilər, mümkünsə videonu bəyənib WhatsAppda, Facebookda paylaşın👍 Öncədən təşəkkürlər*
    *Bizə dəstək üçün kanala ABUNƏ OLun və ZƏNG yəni (ZINQIROV) düyməsini basınki hərdəfə yeni, xeyirli, maraqlı videolar paylaşanda sizə bildiriş kimi gəlsin və sizdə videolarımdan faydalanasınız inşALLAH*

  • @firengizrustemova8061
    @firengizrustemova8061 Před měsícem +13

    Biz xəstə olduğumuz üçün qara çörək alırıq. Çörəyə kimyəvi maatdə qatanlar ,çörək üzünə həsrət qalsınlar.Dərmana möhtac olsunlar.Qazandıqları onlara haram olsun.😢

  • @huaweipsmart275
    @huaweipsmart275 Před měsícem +3

    Çox sağ olun əlaa video👍👍👍🙏

  • @zehracebiyeva8312
    @zehracebiyeva8312 Před měsícem +5

    Corek bir gun qalandan sonra yapiwqan kimi olur keskin qoxu verir hal bu ki ustunde 3 gun qalmasi yazilir

  • @user-dg2dh6mp1m
    @user-dg2dh6mp1m Před měsícem +2

    Təşəkkür❤

  • @saidr1124
    @saidr1124 Před měsícem +3

    Təşəkkürlər 🙏👍❤

  • @user-ld2xf7im5r
    @user-ld2xf7im5r Před měsícem +2

    🙏🙏

  • @SemsiyyeIsgandarova-dy9su
    @SemsiyyeIsgandarova-dy9su Před měsícem +6

    Vallah elə şeylər qacaglarki rəngi çıxmasın🙏

  • @aybnizsgrova6531
    @aybnizsgrova6531 Před měsícem +2

    ÇÖRƏYƏ QATCI QATANIN
    ƏLLƏRİ QURUSUN!!!
    ONU QATDIRAN İSƏ
    HEÇ XEYİR TAPMASIN!!!

  • @senuberqayibova7191
    @senuberqayibova7191 Před měsícem +4

    Ne qederki ozun hazirlayib ozun bisirib yemirsense demel qatqisi var.ozun hazirla 2 ci sort deyirm unuyla bisir ye ve emin ol.

    • @yegan4947
      @yegan4947 Před měsícem

      2- ci sort una qatqı olunmur ki?

  • @qismethebibsoy
    @qismethebibsoy Před měsícem +4

    "Qara Çörək" sözünün özü düzgün deyil.Çovdar çörəyi deyilməlidir.Qara rəngdir.