Yaponların ömrünü UZADAN SİRR! Onlar nəyi yemir?

Sdílet
Vložit
  • čas přidán 20. 01. 2024
  • #BirBax #uzunömür #yapon
    Yaponlar niyə uzunömürlüdürlər? Onlar nə yeyib içirlər ki, xəstələnmirlər? Bu sual məni də maraqlandırdığı üçün mövzunu yaxşıca araşdırdım və onların cavan qalma sirlərini tapdım. Yaponların əsrlər boyu topladıqları təcrübələr onlara qocalıqda da sağlam yaşamağa imkan verir. Bu gün məhz həmin təcrübələri sizinlə bölüşəcəm. Siz də elə indi, şərh bölümünə cavan qalmaq üçün etdiyiniz təcrübələrinizi yazın. Əminəm ki izləyicilərimiz üçün maraqlı olacaq.
    “Ən uzunömürlü insanlar”ın yaşadığı ölkələr siyahısına, uzun illərdir ki, Yaponiya liderlik edir. “Günəş ölkəsi”nin hər 4 sakinindən birinin yaşı 65-dən yuxarıdır və onların 60 mini yüzü adlayıb. Gerontoloqlar və qocalma prosesinin tədqiqi ilə məşğul olan alimlər bunun səbəbləri ilə maraqlandılar. Məlum oldu ki, daha az xəstələnmək və daha uzun yaşamaq üçün bəzi qaydalara riayət etmək lazımdır. Yeri gəlmişkən, Yaponiyada bu qaydalar qeyri-adi bir şey deyil- hər kəsin normal yaşamının bir hissəsidir.
    Dünyanın hər yerindən, o cümlədən, Yaponiyadan olan alimlər insan ömrünü uzatmağa imkan verən düsturu dəqiq müəyyən etməyə çalışırlar. Prosesdə genetika xüsusi yer tutur və bununla bağlı heç nə etmək olmaz. Ancaq əksər hallarda ömür uzunluğu həyat tərzi və qidalanma ilə müəyyən edilir. Yaponiyada orta ömür müddəti 84 ildir.
    Yaponların uzunömürlülüyünün sirri nədir?
    1. Az duz qəbulu. Hazırda Yaponiya dünyanın inkişaf etmiş ölkələri arasında liderlərdən biridir. Ancaq “Günəş ölkəsi” həmişə belə olmayıb. Keçən əsrin 50-ci illərində Yaponiya ölümcül xəstəliyə - vərəmə qarşı fəal mübarizə aparırdı. 70-ci illərin əvvəllərində yapon xalqı ürək-damar xəstəliklərinə səbəb olan problemlərin tapılması və onların aradan qaldırılması ilə fəal məşğul olmağa başladı. Yaponlar az yağlı, sağlam pəhrizə sahibdirlər və porsiyaların sayı bizim qida vərdişimizə nəzərən xeyli azdır. Əvvəllər yaponların yeməkləri kifayət qədər duzlu idi. 1 insan gün ərzində orta hesabla 30-40 qram duz istehlak edirdi. Yaş artdıqca bu, yüksək qan təzyiqinə, ürək və qan damarları ilə bağlı problemlərə, infarkt və insult riskinə səbəb olurdu. Zamanla həkimlər duz qəbulu ilə ürək-damar sisteminin xroniki xəstəlikləri arasında birbaşa əlaqəni tapdılar. Məsələnin öyrənilməsinə həssas yanaşdılar. İndi yaponların rasionunda duzun gündəlik miqdarı 10 qramdan çox deyil. Buna görə də, bişmiş yeməklərə əlavə olaraq duz səpmək ənənəmiz yaponlara qəribə gəlir.
    2. Acarkən yemək. Yaponlar, xüsusən də, yapon qızları belə fikirdədirlər ki, yeməyin yalnız 80%-ni yemək lazımdır. Yaponlara qulaq asmaq fikrindəsinizsə, heç vaxt həddindən artıq yeməyin. Masadan azacıq aclıq hissi ilə qalxmaq lazımdır. Bu, sağlam həyat tərzi sürməyə çalışanlara çoxdan məlumdur. Dietoloqlar deyirlər ki, daim doya-doya yemək bədənimizin sürətlə aşınmasına səbəb olur. Yaponiyada yeməklər həmişə kiçik boşqablarda verilir, porsiyalar da azdır. Üstəlik, bütün yaponlar gündə, ən azı, 7 növ meyvə-tərəvəz yemək qaydasına riayət etməyə çalışırlar. Rasionda üstünlük dənli bitkilərindir. Qızların ağ şəkərdən imtinasının kökündə sağlamlıqla həmahəng arıq olmaq arzusu da dayanır. Orta sinif yaponların rasionunda ən çox ton balığı, yerkökü, kələm, bibər, lobya, tofu və soya cücərtiləri var. Qeyd edim ki, yaponlar içki rejiminə riayət etməyi də unutmurlar.
    3. İsti yeməklərdən imtina. Əvvəllər Yaponiyada mədə xərçəngindən ölüm nisbəti yüksək idi. Xəstəliyin qarşısını almaq üçün bir çox amillər aradan qaldırılıb ki, onlardan biri də isti yeməkdir. Mütəxəssislərin araşdırmaları nəticəsində aşkar olundu ki, yaponların çoxu yeməyi nəinki isti, hətta qaynar-qaynar yeməyi sevirlər. Bu isə mədə-bağırsaq traktında patalogiyaların yaranmasına gətirib çıxarır. Buna görə də, zamanla isti yeməklərdən, hətta isti içkilərdən də imtina etməyi tövsiyə etdilər.
    4.Aralıq dənizi pəhrizinə riayət etmək. Bir şərtlə ki, süd olmasın. Yaponların menyusu Aralıq dənizi mətbəxini xatırladır, çünki tərkibində çoxlu sayda müxtəlif tərəvəzlər, meyvələr var. Bundan əlavə, pəhriz balıq, toyuq, bitki yağı və dəniz məhsullarına əsaslanır. Yaponlar nadir hallarda toyuq yumurtası yeyirlər; uzağı, həftədə bir neçə ədəd. Yaponiyada çox məşhur olan “mərmər mal əti” kifayət qədər bahalı məhsuldur. İnsanların çoxu bu ləzzəti yalnız böyük bayramlarda dada bilir. Yaponiyada alkoqol var, amma sakinlər ondan çox istifadə etmirlər. Yapon mətbəxində şəkər, süd, qatıq və süddən hazırlanan pendirlər, praktiki olaraq, yoxdur. “Günəş ölkəsi”nin sakinləri adi pendir əvəzinə soya pendirindən - tofudan istifadə edirlər. Bitki mənşəli zülal orqanizm tərəfindən zəif mənimsənildiyi üçün çox faydalı olmasına baxmayaraq, Yaponiyada xüsusi üsulla fermentasiya edilir.
  • Věda a technologie

Komentáře • 96

  • @azadabadov8635
    @azadabadov8635 Před 5 měsíci +15

    Yaponiyada rüşvət, süründürməçilik, qohum bazlıq, stress, yoxdur. Demakratiya, ədalət müstəqil məhkəmə var.

  • @asifaliyev8743
    @asifaliyev8743 Před 5 měsíci +32

    Yaponlar hemde bizim kimi bow bow yunanslara gore fikir etmirler.
    Biz qizimiza 10 minlik cehiz verende, birden ewitsekki qonwu öz qizina 15 minlik cehiz verib, bu bizim üçün boyuk bir facie olur.
    Bizde ucuz aftomobili olan, ewitseki qonwu Cip alib, bu bizim üçün boyuk bir facie olur.
    Bizde olan Butun bu menasiz, bow bow fikirler Yaponlarda olmadiği üçün bu Yaponlar çox yawayir.

  • @user-kf2ve5mq4h
    @user-kf2ve5mq4h Před 5 měsíci +52

    Yaponlarda qazla,işığın qiymətində limit olmadıgına ğörə çox yaşayırlar.Biz də aldığimızın hamısın qazla işığa verır,ac qalıb az yaşayırıq.

  • @user-yi8zm3pj3p
    @user-yi8zm3pj3p Před 5 měsíci +27

    Yaponiyada insan hüquqları pozulmur , rüşvətxorluq yoxdur tibbi xidmət insanlara xidmet edir.Yasamaq üçün əlverişli şərait yaradılıb. Qəbiristanlıq pulsuzdur.Bir sözlə bele ölkədə derd yalniz ecelle gelir, rusvetxor memurlarin əli ile deyil.!!!!

  • @ELMIRAMmmdova-eh2fk
    @ELMIRAMmmdova-eh2fk Před 5 měsíci +6

    Yaxşılardan nümunə götürmək lazımdır.
    Çox sağ olun 🌹🌹🌹🌹🌹🌹🌹🙏

    • @birbaxkanal
      @birbaxkanal  Před 5 měsíci

      Siz sağ olun

    • @user-jm2eu9vf5e
      @user-jm2eu9vf5e Před 4 měsíci

      ​@@birbaxkanal .Salam.bu sağlamlıq sistemini məhşur Yanon alimi Nişi yazıb .vaxtınız olsa Ərşad Əzimzadənin. " Möçüzəsiz Möçüzə kitabını oxuyun , orda dəqiq hamısı yazılıb . Sağ olun

  • @samsungqusar1145
    @samsungqusar1145 Před 5 měsíci +3

    Çoxsağol.Xeyale.xanim.bele.gozel.melumatlar.verirsiz.

  • @user-he4ji2bq4f
    @user-he4ji2bq4f Před 5 měsíci +3

    Xəyalə xanım ALLAH sizi qorusun ki Yapon xalqının yaşam tərzinə bizlərə açıqladığnız üçün sizə minnətdaram ...

    • @birbaxkanal
      @birbaxkanal  Před 5 měsíci

      Təşəkkür edirəm xoş sözləriniz üçün

  • @Ezize-yy1fu
    @Ezize-yy1fu Před 5 měsíci +6

    Ömürünüz uzun olsun Xəyalə xanım.

    • @birbaxkanal
      @birbaxkanal  Před 5 měsíci +2

      Təşəkkür edirəm xoş sözləriniz üçün

  • @f.xanoglu.9999
    @f.xanoglu.9999 Před 5 měsíci +3

    Dəyərli məlumatlar verdiyin üçün təşəkkür edirəm

  • @violetline1460
    @violetline1460 Před 5 měsíci +3

    Tewekkurler

  • @minaaslanova9115
    @minaaslanova9115 Před 4 měsíci +2

    Təşəkkür edirəm❤

    • @birbaxkanal
      @birbaxkanal  Před 4 měsíci

      Çox sağ olun. Sağlam və gümrah olun.

  • @kovakadini88
    @kovakadini88 Před 5 měsíci +8

    Allah'a Min Şükür Alhamdulillah ☝

  • @ibraqimovelsan1618
    @ibraqimovelsan1618 Před 5 měsíci +6

    Salam əlinə gələnə çox sevinməmək əlindən çıxana kədərlənməmək

  • @SjsjsSjsjs-cv4ln
    @SjsjsSjsjs-cv4ln Před 2 měsíci +2

    bizkilər oqədə yeyirki tərpənə bilmir sonrada deyir xəstəyəm

  • @basti8788
    @basti8788 Před 5 měsíci +2

    İnsanın ömrünü qısaldan yeganə şey acgözlülükdür

  • @gulsnqdirova3020
    @gulsnqdirova3020 Před 5 měsíci +4

    Yaponlar çox işləyən xalqdır.Tənbəl deyillər.

  • @violetline1460
    @violetline1460 Před 5 měsíci +4

    Tebii bitkilere cox istifade edirler . Idman da cox onemlidi

  • @spingame3959
    @spingame3959 Před 4 měsíci +3

    Yapon bizim marketde olan hec bir seyi yeməz.

  • @qiymthmdova9609
    @qiymthmdova9609 Před 4 měsíci

    Dəyərli məlumat üçün çox sağol..

    • @birbaxkanal
      @birbaxkanal  Před 4 měsíci

      İzlədiyiniz üçün biz təşəkkür edirik

  • @aytensabanova6935
    @aytensabanova6935 Před 5 měsíci +64

    "Süfrəyə acmamiş oturma, süfrədən tam doymamış qalx " bu hədisi Peyğəmbərimiz Muhəmməd sallallahu aleyhi və səlləm 1500 il əvvəl soyləmisdi yaponlar yox.

    • @teymurmemmedov4116
      @teymurmemmedov4116 Před 5 měsíci +4

      Əhsen

    • @user-ll4zh9ei5w
      @user-ll4zh9ei5w Před 5 měsíci

      Ayəəə maqa nə qanır əəəəəə? Sən Bakıda o ərəbləri görmürsən? Onlar bizim çağda iyli bulaşıqdılar, geyimləri, yeməkləri yaman gündədir, indi 1400 il qabaq onlar lap poxun içində olublar

    • @user-ll4zh9ei5w
      @user-ll4zh9ei5w Před 3 měsíci

      Məhəmməd nə qanırdı əəəəəə? Deyirdi yer yastığı, öküzün üstündədi, günəş axşam palçığa girir, günəş yerin başına fırlanır kimi gic şeyləri deyirdi.

    • @aytensabanova6935
      @aytensabanova6935 Před 3 měsíci +2

      @@user-ll4zh9ei5w Bu ancaq cahil və elimsiz insanların fikridi. Yer üzünün ən dahi insanidi MUHƏMMƏD SALLALLAHU ALEYHİ VƏ SƏLLƏM.

    • @Imisli_Makler_2014
      @Imisli_Makler_2014 Před 3 měsíci

      Bəli

  • @mehemmedhesenov2923
    @mehemmedhesenov2923 Před 5 měsíci +3

    Cox sagolun,bela verlislari hamisa verinki, bizda qocalanda saglam yasayaq......

    • @birbaxkanal
      @birbaxkanal  Před 5 měsíci

      Siz sağ olun ki, izləyib fikirlərinizi bizimlə bölüşürsünüz

  • @birbaxkanal
    @birbaxkanal  Před 5 měsíci +3

    Bizi haradan izləyirsiniz?

  • @N.R.656
    @N.R.656 Před 3 měsíci

    7:58 9 1ci yerde olmalı mence

  • @elchinaliyev774
    @elchinaliyev774 Před 5 měsíci +15

    Səhər işə gedərkən görürəm 70 yaşlı kişi və qadınlar özüdə şortikdə idman edib qaçırlar.ono görə uzun ömürlü olurlar.bizim kimi həkimə dərmana üstünlük vermirlər.

    • @birbaxkanal
      @birbaxkanal  Před 5 měsíci +4

      Haqlısınız. Sağlam olmaq üçün hərəkət önəmlidir

    • @violetline1460
      @violetline1460 Před 5 měsíci +1

      Yaponlar . Vietnamlilar . Koreyalılar tebii bitkilərdən cox istifadə edirlər. Ona görə də saglamdilar . İdman da cox onemlidir

    • @asifaliyev8743
      @asifaliyev8743 Před 3 měsíci +2

      Bizde 70 yawli kiwi idman edende deyellerki ağsaqqal kiwisen, utanmirsan. Bu yawda sene idman yarawar. Otur evde, qonwulardan ayibdi.

    • @user-td6uk7ue8n
      @user-td6uk7ue8n Před 2 měsíci

      @@asifaliyev8743😂

  • @azerazer5062
    @azerazer5062 Před 2 měsíci

    Xəstəliyi verən də Allahdır sifasini verən də Allahdır bizləri yaradan da yaşadan da öldürən də Allahdır hər kəs Allahın iznilə yaşayır əcəli bitən olur nə bir an gecisər nə bir an tezləşər amma yediklərimizə diqqət etsək yaxşı olar Allah Rəsulu Muhammed Sallalahu aleyhivəsələm də açmamış yemezdi doymamış durardi və gündə iki dəfə yeyərdi bizə ən gözəl örnək peyğəmbərimiz Muhammed Sallalahualeyhivəsələmdir o da nə çox qaynar nə çox soyuq yeyib icməzdi lə ilahə illəllah Muhammədən Rəsulullah

  • @ofelyaabbasova676
    @ofelyaabbasova676 Před 3 měsíci +1

    İnsanı məmurlar qocaldır

  • @Namelum_0707_
    @Namelum_0707_ Před 3 měsíci

    Uzun ömür nəyimə lazımdı? Az yaşayım, gözəl yaşayım.

  • @SjsjsSjsjs-cv4ln
    @SjsjsSjsjs-cv4ln Před 2 měsíci

    aqtiv həyat təmiz qida sağlamlıqdır

  • @user-pt4jl4mx2b
    @user-pt4jl4mx2b Před 5 měsíci

    Uzun ömür çoxu laosdadir

  • @aristotel1401
    @aristotel1401 Před 4 měsíci

    Yapon öz dövlətinnən yaxşılıq görür.

  • @firangizmamedova454
    @firangizmamedova454 Před 5 měsíci

    Xeyale xanim Tovuz da tebii mehsullarin telefon nomresini aydin gostetesiniz bizde istifade edek. Evvelceden teshekkurumu bildirirem.

  • @user-xu2xx3if1o
    @user-xu2xx3if1o Před 5 měsíci

    Biz bir ya iki yumurta yeyə bilerik Onlar 10 dene yeyir

  • @user-fn5wy7rz9y
    @user-fn5wy7rz9y Před 3 měsíci

    Yaponların indı dediklərini , Rəhmətlik Nənəm mənə 50 il əvvəl demişdi, bir süd məmulatlarından başqa.

  • @user-dr3eb9is8z
    @user-dr3eb9is8z Před 3 měsíci

    Yaponlar ömür boyu araşdırma aparıb kəşflər edirlər ona görə də ən ağıllı millətdilər.bizim kimi yeyib yatmırlar

  • @user-gx5oi2pe8b
    @user-gx5oi2pe8b Před 5 měsíci +3

    YAPONİYA BİZİMKİMİ İŞSİZ DEYİRLER İŞ YERLERİ ÇOXDUR YAXŞI PUL ALIRLAR AZ YAŞDA PENSİYA ALIRLAR. 50-55 BİZDE 65-YAŞDA SAX QALAN AZ OLUR😂 1-2-UŞAQ DOĞURLAR. BİZDE 3-4-5-6-7-8-10-16-UŞAQ DOĞURLAR😂ONA GÖREDE TEZ ÖLÜRLER😂 BİZİMKİLER KASIBDIR PUL TAPMIR UŞAQ DOĞUR GÖRMEMİŞLER😂

    • @user-xo9yg8zq1m
      @user-xo9yg8zq1m Před 4 měsíci

      10 uşaın dərdi fikri elə bizi öldürür

    • @Kanou4578
      @Kanou4578 Před 4 měsíci

      Sizə kim deyir ki arvad hər dogandan sonra soxun. O da nəcburən doğur. Həm də ki ilk cinsi əlaqədə kişinin belindən bəlkə 15 uşağın sperması gəlib keçib arvada? Arvad elə onu bir bir sayıb barmaqlayıb tökməkidi yerə? Az səy səy danışib güldürün

  • @user-ml5tv9iy4s
    @user-ml5tv9iy4s Před 5 měsíci

    İnsanın uzun yaşaması üçün ilk amil təmiz sudur. Bunu ukrarynalı həkim Druzyak öz kitabında:-Ömürü necə uzatmaq əsərində uzun müddətli apardığı təcürbə də əks etdirib. Məsləhət görürəm oxuyasınız. Onun həmin kitabında yazılıb ki, insan ömrünü uzadan ən yaxşı su Dağlıq Qaabağdadır.

    • @Namelum_0707_
      @Namelum_0707_ Před 3 měsíci

      Deyirəm axı bu ermənilər niyə özlərini öldürürlər.

  • @YandereEso
    @YandereEso Před 4 měsíci

    Őlum Allahin emri.dunyaya galannin alnina yazlib olum tarixi her sey bos seydi😊

    • @Kanou4578
      @Kanou4578 Před 4 měsíci

      Hər şey tam olaraq bos deyil. Allah verdiyi ömrü sağlam yaşamaq lazımdı. İkinci də ki insan verilən ömrü etdiyi(və ya edəcəyi) günahlarla qısalda və etdiyi və ya edəcəyi savablarla uzada bilər. Ən azından Allah verən ömrü sağlam və günahsız yaşayıb canımızı sağlam,ruhumuzu günahsız allaha qaytarmalıyıq

  • @user-up4kz7yg7o
    @user-up4kz7yg7o Před 4 měsíci

    Bu yaponlar canlarının qədirini yaxşı bilirlər😁😁😂

  • @SjsjsSjsjs-cv4ln
    @SjsjsSjsjs-cv4ln Před 2 měsíci

    mənözüm özmə malicə edirəm xeyrin də görürəm

  • @faiq1768
    @faiq1768 Před 4 měsíci +1

    Camaatin derdi fikiri olmasa hami yasiyar

  • @SjsjsSjsjs-cv4ln
    @SjsjsSjsjs-cv4ln Před 2 měsíci

    ağır yemək yemirəm yungül yeyirəm tərəvəz ueyirəm

  • @13asedov
    @13asedov Před 5 měsíci +1

    Lazımdı uzun ömür?

    • @birbaxkanal
      @birbaxkanal  Před 5 měsíci

      Niyə yox?

    • @13asedov
      @13asedov Před 5 měsíci +1

      Bu lazımsız dünyadan zatən gedəsiyik vaxtı uzadıb yaşamın səviyyəsini düşürtməkdənsə tez getmək yaxşıdı.yaşlanmaq nəyimə lazımdı?

  • @teymurmemmedov4116
    @teymurmemmedov4116 Před 5 měsíci

    Yapon niye quran dir de müselmanlara. Ama əməl eləmirler axi

  • @xelilovaxanim6093
    @xelilovaxanim6093 Před 4 měsíci

    Bu yağı reklam etməyin nolar bərbaddı

  • @spingame3959
    @spingame3959 Před 4 měsíci

    Yaponlar İslamdan guclu deyillər.Sadece biz öz dinimizə əməl etmirik.

  • @tofiqabbasov6386
    @tofiqabbasov6386 Před 5 měsíci

    😮Dayim idmanla məşğul olmaq .birdə düzgün qidalanma .

    • @birbaxkanal
      @birbaxkanal  Před 5 měsíci

      Çox sağ olun. Sağlam və gümrah olun.

  • @Emin.n_
    @Emin.n_ Před 3 měsíci

    Sallam deyirsuz qargidali yagibyemeyin ama sponsor qargidali yagidir )

    • @birbaxkanal
      @birbaxkanal  Před 3 měsíci

      Sponsordu deyə yeyin demirəm ki) əsas olan bu deyilmi?

    • @Emin.n_
      @Emin.n_ Před 3 měsíci

      He faydalidi sizin vidyolar teshekur

    • @user-dr3eb9is8z
      @user-dr3eb9is8z Před 3 měsíci

      Qarğıdalı yağı onun kanalının məhşurlaşmasına kömək edir.demirki al ye

  • @asifaliyev8743
    @asifaliyev8743 Před 5 měsíci +1

    Sağlam Yawamaq çox çetindir. Doyunca yiyirsen, sağlamliğa ziyandir. Saglam olmaq isteyirsen gerek butun gunu ac yalavac qalasan. Bilmirsen neyniyesen.
    Tox olanda az yawiyirsan
    Ac olanda çox yawiyirsan.
    Heyata nifret edirsen.

  • @user-lt9ur1zy6i
    @user-lt9ur1zy6i Před 3 měsíci

    Гулдур мамурлар олмаса инсан 100 ил йашыйан билар. Азарбайцан 50 ил йашайацаг мамурлар 100 ил

  • @vsilkrimova396
    @vsilkrimova396 Před 4 měsíci

    Bunu Yaponlardan niyə ğyrenirsiz ki, O boyda Həzrəti Peyğenberin dedyin qoyub onun bunun sözün öne çekirsiz ... Niyede Hz. Peyğenberin sözderin demirsiz ...gözəl sağlam arqlama pəhrizderdə var olduğu halda ...

  • @faiq1768
    @faiq1768 Před 4 měsíci

    Pox yaponlarin yasayisina zir zibil yeyib 84 il yasamaq kime lazimdir

    • @Namelum_0707_
      @Namelum_0707_ Před 3 měsíci

      Ha ha ha😂😂😂😂😂😂😂

    • @user-dr3eb9is8z
      @user-dr3eb9is8z Před 3 měsíci

      Qurbağa qızartması üstündədə kərtənkələ ayağı 😂😂

  • @sudefschirinov6940
    @sudefschirinov6940 Před 4 měsíci

    Goyun,donuz və heyvan ətindən istifadə etmək orqanizmə zərərlidir.Guş və balig məhsullari organizmə xeyirlidir.Təəssüflər olsun ki, Azərbaycanda ən cox yeyilən goyun və heyvan ətləridir,ona görə də insanlarimiz cox erkən gocalir və cox xəstəliklərə dücar olurlar
    Mövzuya görə Sizə təşəkkür edirəm

    • @fridkrimov8089
      @fridkrimov8089 Před 4 měsíci +2

      Azərbaycanda hərkəs ət yeyə bilmir ayda 2 klo ət almağa pul yoxdur ən çox yeyilən makaron kartof və çörəkdir birdə təmiz kərə yağı yeyə bilmədiyimiz üçün xəstəlik tapırığ

    • @elmael2906
      @elmael2906 Před 4 měsíci +1

      Гойун ети эн файдалыдыр, сиз не данышырсыз.?

    • @birbaxkanal
      @birbaxkanal  Před 4 měsíci +1

      Siz sağ olun💗