Bu dəfə də gedim-gəlim, ayrılaq - Ayaz Arabaçı

Sdílet
Vložit
  • čas přidán 2. 07. 2024
  • Day, bizimki neynəsək də alınmır,
    Ay həyatım, ay əcəlim, ayrılaq.
    Bu sevginin nöqtəsini qoymağa,
    Gəlməsə də heç cür əlim, ayrılaq..
    İçimizdə son baharın "tansı"dı,
    Fürsət düşüb, ayrılığın şansıdı.
    Gör təqvimdə düşərli gün hansıdı..
    Qırmızıla, mənim dəlim, ayrılaq.
    Deyəcəyim sözü sənə qıymıram,
    Bu daşlaşmış üzü sənə qıymıram,
    Yol uzaqdı, düzü, sənə qıymıram,
    Yorularsan, özüm gəlim, ayrılaq.
    Durub-durub demə ki, "kaş olmasın".
    Son görüşdü, gözündə yaş olmasın,
    Elə-belə dava-dalaş olmasın..
    İstəyirəm həlim-həlim ayrılaq.
    Loğmanlım ey, təbiblim ey, həblim ey,
    Gül ətirli, bal çiçəkli ləblim ey,
    Gələn dəfə güc taparam, nəblim ey,
    Bu dəfə də gedim-gəlim, ayrılaq.

Komentáře • 1